Press "Enter" to skip to content

Rəhmətə gedənlərimizə hansı yaxşılıqları edə bilərik

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (11 gün əvvəl)

Nömrəni necə deaktiv edə bilərəm

sual aydın deyil. sındırsaz nömrəni olacaq istifadəyə yararsız. tam bağlatdırmaq istəsəz mobil operatorunuza müraciət edin, kömək etsinlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Azercell nömrəsidirsə, bağlamağı özünüz edə bilərsiniz.Sadəcə Azercell saytında,sağ tərəfdə kilid işarəsinə vurub. Orada nömrəni qeydiyyat edəndən sonra, deaktiv etmək mümkündür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi – Payoneer ünvan təsdiqləmə (23 saat əvvəl)

123589 cavab verdi – PC üçün tövsiyə (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (6 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (6 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (6 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (8 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (8 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (11 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (11 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (19 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (29 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (33 gün əvvəl)

Rəhmətə gedənlərimizə hansı yaxşılıqları edə bilərik?

Rəhmətə gedənlərimiz bizim istiğfarımıza, dualarımıza və bağışlanma istəməyimizə çox ehtiyac duyurlar. Bu hadqa İmam Sadiq (ə) buyurur: “Necə ki, canlılar hədiyyə ilə şad olurlar, qəbir əhli və bərzəx əhli onlara görə edilən istiğfar və rəhmətlə şad olarlar”.

İmam Sadiq (ə) buyurur: “Öləndən sonra insana çatan savab üç şeydir:

2. İnsanın həyatda olan zaman əməl etdiyi yol və adətlər ki, başqaları üçün nümunəyə çevrilmişdir.

3. Onun üçün bağışlanma istəyən saleh övlad”.

Ona görə də Məsumlarımız (ə) bizə tövsiyə edirlər ki, ölülərimizi sevindirək və onlar üçün xeyir əməllər görək. Bəs ölülərimiz üçün ən faydalı işlər hansılardır?

1. İnsan can verən zaman bu Quran surələrini oxumaq: “Yasin”, “Saffat”, “Əhzab”, “Ayətül-kürsü”, “Əraf” surəsinin 54-cü ayəsi, “Bəqərə” surəsinin son 3 ayəsi.

2. Vəhşət namazı qılmaq. İnsan ölən gecə onun üçün vəhşət namazı qılmaq müstəhəb və tövsiyə edilən əməllərdəndir. İki rükətli namazdır ki, ilk rükətində “Həmddən” sonra “Ayətül-kürsü” və ikinci rükətində “Həmd”dən sonra 10 dəfə “Qədr” surəsi oxunur.

3. Qəbrin kənarında Quran oxumaq. İmam Sadiq (ə) buyurur: “Meyitin qəbrinin başında “Mülk” surəsini oxumaq qəbir əzabının dəf olmasına səbəb olar”.

4. Ölüləri ziyarət etmək. Seyyid ibni Tavusdan nəql edilir ki, ölüləri ziyarət etmək ədəbi belədir ki, üzü qibləyə dayanır və əlini qəbrə qoyub deyirsən: الَلّهُمَّ ارحَم غُربَتَهُ وَصِل وَحْدَتَهُ Sonra 7 dəfə “Qədr” surəsini oxuyursan.

5. Quranın surələrini oxuyub, hədiyyə etmək. “Fatihə”, “Yasin”, “Saffat”, “Mülk”, “Əhzab”, “Ayətül-kürsü”, 7 dəfə “Qədr” surəsini oxumaq və savabını ölülərə hədiyyə etmək.

Milli.Az

Azərbaycanda biznes qurmaq istəyərkən maneələri necə dəf etmək olar və ya adətən hansı bəhanələrdən istifadə edirik… ?!

Bir insandan soruşaq: sizə bunu etmək üçün hansı problemlər imkan vermir? O çox güman ki, aşağıda sadaladığımız problemləri sizə deyəcək. Bu dəfəki postumuzda problemlər və həll yolları barədə sizinlə fikir mübadiləsi aparmaq istərdik

Bir çox insan arzuladığı işə sahib olmaq istərdi. Bəs biznes fikiri ilk öncə necə formalaşdırmaq olar? Əslində bir çoxları sadəcə bu haqda düşünür vəssalam. Fikir olaraq başda qalır, zaman keçir, hərəkət olmur, sadəcə yenə də ağlımızda onu saxlamaqla kiyafətlənirik. Əslində isə onu həyatda keçirmədikcə biznesimizin nə dərəcədə maraqlı, uğurlu və orijinal olduğunu bilə bilmərik.

Beləliklə bəhanələri sıralamışıq:

1. Mən qorxuram

Aramıza xoş gəldiniz! Unutmayaq ki, qorxmayan qəhraman yoxdur. Qorxularımıza qalib gəlməyi bacarmalıyıq. Əks halda uduzan olacağıq

2. Güclü əlaqələrim yoxdur

Facebook, Twitter və digər sosial şəbəkələrə görə internetdə istənilən bizə lazım olan insan ilə əlaqə qura bilərik, əlbəttə ki, Roma Papasından başqa. Əgər məktub yazarkən cavabsız qalıbsa, demək yanaşmada problem var. Bunun üçün “müştərilər ilə necə danışmaq lazım” olduğunu başa salan yüzlərlə kitab var. Bu sahədə bilikləri artırmaq lazımdır.

Unutmayaq ki, bir insan nə qədər çox məşhurdursa, o qədər onun vaxtı azdır. Elə formada yazmaq lazımdır ki, oxumaq maraqlı olsun, fikriniz konkret anlaşılsın, ona sizinlə danışmaq maraqlı olsun

3. Mən artıq gecikmişəm…

Hmm, bəlkə də Stiv Cobs mükəmməl məhsulları ilə sizi artıq həqiqətən qabaqlayıb, amma Facebook yaradıcısı olan Mark sosial şəbəkəni yaratmaqla bir yenilik etməyib. Facebookdan öncə MySpace, HI5 və digər sosial şəbəkələr var idi. Hətta Myspace üçün deyirdilər ki, bundan mükəmməl sosial şəbəkə olmayacaq.

Amma oldu. Çatdırmaq istədiyimiz fikir odur ki, gecikmək fikri barədə ümumiyyətlə düşünməyin. Ən yaxşılar qalib gəlir, ilklər deyil

4. Ehh mənə qulaq asan olmayacaq heç

Əgər sizin fikrinizi qəbul etmirlərsə, bu onların deyil, sizin günahınızdır. Bu o deməkdir ki, siz maraqsızsınız. Maraqlı olmaq barədə düşünün, o zaman sizi dinləyəcəklər

5. Pulum yoxdur

Elə bilirsiniz biznesə başlayan insanlar milyonerdir? Bizneslə məşğul olan sadəcə pulunu, zamanını, və s. idarə edə bilir. Bütün ömrü boyu pul yığmaq ilə o həyata keçməyəcək, amma fikrimizi dəyişmək öz əlimizdədir.

Unutmaq lazım deyil ki, pul heç zaman insana bəs etməyəcək. Əgər başlamaq istədiyiniz biznesə görə milyonlar lazımdırsa və bunsuz keçinmək olmazsa, bir müddətlik bu fikri kənara qoyub daha yüngül bir şeylər etmək olar.

6. Vaxtım yoxdur

Bizdə bütün dünyada sutkada 24 saat var. Yer kürəsində elə yer yoxdur ki, orada gün 50 saatdan ibarət olsun. Demək məsələ vaxtımızı necə idarə etdiyimiz ilə bağlıdır

Yerin dibində bir bunkerə atsalar sizi, hava, yemək və su qıtlığı olsa, internetə toxunmayacaqsınız. Bir yol ilə bunkerdən çıxmaq istəyəcəksiniz, çünki resurslar bitdikdən sonra sizə nə olacaq bilirsiniz. Elə isə bu rahat dünyada hər zaman rahatlıq içində yaşayacağıq deyə qarantimiz yoxdursa, bunker vəziyyətini niyə gözləyirik?

7. Lazımı bilik və bacarıqlarım yoxdur

İndiki zamanda bu problem deyil. Mağarada yaşamırıq. Kurslar, Universitetlər, kitablar, məqalələr, demək olar ki, hər şey əlçatandır ki, biz mükəmməl olaq. Bacarıqlar hər zaman doğuşdan bizdə olmaz, onu sonradan qazanırıq.

Əgər düşünürsünüzsə, sizdə həvəs yoxdur və heç nə etmək istəmirsiniz, o zaman biznes barədə olan fikrinizi bir kənara atıb məhəllədə futbol oynamağa gedin.

8. Ağlıma gətirə bilmirəm ki, hansı işi qura bilərəm

Nəsə ideal bir şey qurmaq etiraf edək ki, çətindir. Belə hallarda Nobel mükafatı qazana və ya dünya şöhrətli ola bilərsiniz

Artıq sınaqdan keçmiş şeyləri daha yaxşı etmək isə daha asan və realdır.

Küçəyə çıxın, insanların üzlərinə baxın. Məgər hamısı idealdır və problemləri yoxdur? Siz onların problemlərinə çarə tapa bilərsiniz. Sadəcə düşünmək lazımdır ki, onlara necə kömək etmək olar

9. Risk edə bilmərəm

Əgər narkotik və insan-alveri ilə məşğul deyilsinizsə, hansı cinayətdən danışmaq olar ki. Heç kəs sizi printer təmir edən şirkət yaratdığınıza görə həbs etməz.

Unutmayaq ki, hər zaman mükəmməl olmayacaq. Sadəcə, hazırlıqlı, yüksək motivasiyalı və ürəkli olmalıyıq. Ən azı belə olmasaq 30 il sonra düşünə bilərik ki, kaş o vaxtı bunu edərdim

10. Məsləhət verə bilərəm, amma özüm edə bilmərəm

Səhv fikirdir. Bu tənbəllikdən irəli gəlir. Özünüz hər şeyi bacarırsınız

11. Mən perfeksionistəm, məndə hər şey ideal olmalıdır

Özünüzə güvənmirsiniz, qorxursunuz, tənbəh olmaqdan çəkinirsiniz? Bu artıq perfeksionist olmaq deyil, kompleksdir. Məsələlərə digər tərəfdən baxmaq lazımdır. Bəlkə mənə bunu dedilər ki, işimi daha gözəl görüm. Bu adamlar yaxşılığımı istəyirlər deyə düşünək bəlkə?

12. Ölkədə bir iş qurmaq mümkün deyil

Hər kəs bilir ki, biznesmənlər hansı çətinliklər ilə qarşılaşırlar. Əlbəttə çətin olması yaxşı bir haldır, yoxsa sizdə stimul olmazdı, çünki bu işi hər kəs apara bilərdi. Belə olan halda isə siz işinizi mükəmməl bildiyiniz üçün zəiflər bazardan silinir. Təbiətin qanunudur bu. Zəiflərləri silirlər, güclülər isə qalır

Unutmayaq ömrümüz çox qısadır, postumuzun sizə uğurlu olması diləyi ilə…

Comments are closed, but trackbacks and pingbacks are open.