Press "Enter" to skip to content

ADPU-da yenidənhazırlanma və təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2020-2021-ci tədris ili üçün elan olunmuş yenidənhazırlanma və təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir.

Az adpu dərsli klər

Azərbaycan Dövlət Pedaqoji Universiteti – pedeqoji kadrların hazırlanması üzrə ali təhsil müəssisəsidir. Universitet 1921-ci ildə təsis edilmişdir. Mövcud olduğu dövr ərzində universitet ali təhsilli 100,000-dən artıq müəllim hazırlamışdır.
Hal-hazırda universitetdə 7000-dən artıq tələbə təhsil alır.
Universitetdə 12 fakültə fəaliyyət göstərir:

• Tarix fakültəsi
• Filologiya fakültəsi
• Pedaqoji fakültə
• Kimya fakültəsi
• Biologiya fakültəsi
• Fizika fakültəsi
• Riyaziyyat fakültəsi
• Coğrafiya və çağırışaqədər hazırlıq fakültəsi
• Pedaqogika və psixologiya fakültəsi
• Mühəndis-pedaqoji və bədii qrafika fakültəsi
• Əlavə təhsil fakültəsi
• Əcnəbi tələbələrin işi üzrə fakültə

Universitetin 55 kafedrasında 330 müəllim çalışır. Onlardan 59-u elmlər doktoru, 329-u elmlər namizədi və dosent, 4-ü elmlər akademiyasının həqiqi üzvüdür.
Universitetdə 730 yardımçı heyət çalışır. Universitetin kitabxanası və oxu zalı var.
Kitabxananın fondunda 700.000 nüsxə kitab vardır. Universitetin kompüter otağı, onomastika laboratoriyası, zoologiya muzeyi, tibbi mərkəzi vardır.

Əlaqə Göstər

  • Phone: +994125983771
  • Fax: +994124930026
  • Email: moc.ireza@updA

Ətraflı məlumat

  • Абревиатура: ADPU
  • Сайт: Open Link
  • Ректор: Yusif Məmmədov

Əlaqəli

İxtisas 30

  1. Учитель математики
  2. Учитель биологии
  3. Учитель истории
  4. Fizika müəllimliyi
  5. Riyaziyyat müəllimliyi
  6. İnformatika müəllimliyi
  7. Coğrafiya müəllimliyi
  8. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  9. Tarix müəllimliyi
  10. Təhsildə sosial-psixoloji xidmət
  11. Biologiya müəllimliyi
  12. Kimya müəllimliyi
  13. Ekologiya
  14. Menecment
  15. Xarici dil müəllimliyi (ingilis dili)
  16. Xarici dil müəllimliyi (fransız dili)
  17. İbtidai sinif müəllimliyi
  18. Учитель начальных классов
  19. Riyaziyyat və informatika müəllimliyi
  20. Məktəbəqədər təlim və tərbiyə
  21. Texnologiya müəllimliyi
  22. Tarix və coğrafiya müəllimliyi
  23. Musiqi müəllimliyi
  24. Təsviri incəsənət müəllimliyi
  25. Kimya və biologiya müəllimliyi
  26. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi
  27. Korreksiyaedici təlim
  28. Учитель физического воспитания и допризывной подготовки (для девушек-физического воспитания)
  29. Учитель музыки
  30. Учитель изобразительного искусства

ADPU-da yenidənhazırlanma və təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2020-2021-ci tədris ili üçün elan olunmuş yenidənhazırlanma və təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, sənəd qəbulu Azərbaycan dili və ədəbiyyatı müəllimlıyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimlıyi, fizika müəllimliyi, kimya müəllimliyi, biologiya müəllimliyi, tarix müəllimliyi, coğrafiya müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, sosial iş ixtisasları üzrə aparılır. Yenidənhazırlanma təhsili üzrə 110-dək və təkrar ali təhsil üzrə 60-a yaxın şəxs sənədlərini artıq təqdim edib. Hazırda qəbul edilmiş sənədlərin təhlili və tədrisə hazırlıq prosesi gedir.

Yenidənhazırlanma təhsili üzrə bir tədris ili müddətində təhsil alanlar üçün 1-ci semestrdə əsasən nəzəri və metodoloji dərslər tədris olunacaq, 2-ci semestrdə isə tələbələr təcrübəli metodistlərin rəhbərliyi ilə pedaqoji təcrübə keçəcəklər. Təkrar ali təhsil üzrə qəbul olunan tələbə II tədris ilinə qəbul olunur və lazım gələrsə, alt qruplarda fənni dinləyərək I tədris ilindəki akademik borcları da ödəyir.

ADPU-nun Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən hər iki təhsil forması üzrə sənəd qəbulu aparılır. Təhsil almaq istəyənlər pandemiya şəraiti ilə əlaqədar sənədləri onlayn şəkildə təqdim edirlər.

Hər iki təhsil forması üzrə təhsil almaq üçün ADPU-nun rektorunun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) surəti (bu ilin məzunları universiteti bitirmə haqqında arayış və transkript), işləyənlər üçün əmək kitabçasının surəti, sağlamlıq haqqında arayış, 3×4 sm ölçüdə fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, CV (anket) təqdim edilməlidir. Hər bir sənəd skaner edilərək “pdf” formatında onlayn şəkildə [email protected] elektron poçt ünvanına göndərməlidir. Suallarla bağlı göstərilən e-mail ünvanına və ya (+994) 0502104274 mobil nömrəsi (Whatsapp) vasitəsilə müraciət etmək olar.

Sənəd qəbulundan sonra müsahibəni uğurla keçən namizədlər müqavilə yolu ilə müraciət etdiyi ixtisas üzrə müvafiq olaraq dinləyici və tələbələr sırasına qəbul ediləcəklər. Qəbul olunmuş şəxslərlə universitetdə tələbələrlə işin məzmunu, tədrisin təşkili, daxili qaydalar və sair məsələlərlə bağlı ilkin təqdimat aparılacaq, onların sualları cavablandırılacaq.

Sənədlər onlayn qaydada ( [email protected] ) avqustun 25-dək hər gün vaxt məhdudiyyəti olmadan qəbul edilir.

Az adpu dərsli klər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında yeni arxeoloji araşdırmalara aid seminar keçirilib

11 noyabr 2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ələsgər Mirzəzadənin təqdimatında elmi seminar keçirilmişdir. Seminarda Filialın direktoru, dosent Xudayar Sultanlı, Pedaqoji fakültənin dekanı, baş müəllim Mənzilə Rəhimova, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqları professor Tufan Məmmədov, tarix üzrə fəlsəfə doktoru Vəfa Mahmudova, Cəlilabad rayonu Şatırlı kənd orta məktəbin tarix müəllimi, tədqiqatçı Elşad Əmənov, Filialın Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının professor-müəllim heyəti, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin əməkdaşları, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının tələbələri iştirak etmişlər. Giriş sözü ilə bütün seminar iştirakçılarını salamlayan Filialın direktoru, dosent Xudayar Sultanlı AMEA-nın nümayəndələrinin Filialımızda görməkdən məmnun olduğunu, həmçinin onların ölkəmizin ən qədim tarixi yaşayış yerlərindən olan Cəlilabad rayonunda apardıqları müxtəlif tarixi-tədqiqat işlərini yaxından izlədiyini və bu araşdırmaların çox sevindirici olduğunu bildirib. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Respublika Prezidentimiz Cənab İlham Əliyevin dövlətçiliyimizin bütün istiqamətlərində olduğu kimi, maddi-mədəni sərvətlərimizin qorunması istiqamətinə də həssas yanaşmasını yüksək qiymətləndirdiyini seminar iştirakçılarının diqqətinə çatdırıb. Sonra professor Tufan Məmmədov və Vəfa Mahmudova söz alaraq hal-hazırda Cəlilabad rayonunda apardıqları arxeoloji tədqiqat işləri haqqında seminar iştirakçılarına ümumi və maraqlı məlumatlar veriblər. Baş müəllim, tarix üzrə tədqiqatçı Ələsgər Mirzəzadə Elmi seminarda geniş təqdimatla çıxış edib. O, xüsusən Cəlilabad rayonunun Üçtəpə ərazisində aparılan arxeoloji abidələrə aid maddi-mədəni nümunələr, onların tarixi, əhəmiyyəti barədə seminar iştirakçılarını məlumatlandırıb. Tələbələrin maraqlı və çoxsaylı suallarını ensklopedik çalarlarla cavablandıran Ə.Mirzəzadə həmin ərazilərdə hələ də bu istiqamətdə arxeoloji qazıntıların davam etdiyini və aşkar olunacaq hər yeni maddi mədəniyyət nümunəsinin Azərbaycan tarixinə zənginlik qatacağına ümüdvar olduğunu bildirib.

Noyabrın 9-u Ölkəmizdə Dövlət Bayrağı Günü idi

Xatırladırıq ki, Dövlət Bayrağı Günü Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Bayrağımız – Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Ümumilli Lider Heydər Əliyev

Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının əməkdaşları Rayon tədbirinə qatılmışlar

08 noyabr 2022-ci il tarixində Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş Rayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatları Malik Həsənov, Elman Nəsirov, Şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk olaraq Şəhidlərimizin əziz xatirələrinin anıldığı Tədbirdə ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı, Pedaqoji fakültə dekanlığının nümayəndələri, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin əməkdaşları, aidiyyatı struktur bölmələrin işçi qrupu, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək Respublikamızın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən geniş söz açıb, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Vətənpərvərlik motivlərinin güclü nümayiş olunduğu Tədbir tamaşaçıların alqışları ilə qarşılanıb.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının tələbələri Hərbi Qənimətlər Parkında olmuşlar

ADPU-nun Cəlilabad filialının Tələbə Gənclər Təşkilatı Rayon Gənclər və İdman idarəsilə birgə Hərbi Qənimətlər Parkına ekskursiya təşkil etmişlər. Ekskursiya zamanı tələbələr 44 günlük şanlı qələbəmiz məqamında müzəffər ordumuz tərəfindən düşmənin ələ keçirilən hərbi qənimətlərilə və ümumilikdə Parkla tanış olmuşlar. Eyni zamanda, Vətən Müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı və əyani məlumatlar almışlar. Həmçinin, müharibə cinayətləri törətmiş düşmənin döyüş bölgəsindən uzaqda olan ərazilərimizə raket zərbələri endirməsi, dinc sakinlərimizin qətlə yetirilməsi və yaralanmaları barədə əlavə faktlarla da tanış olmuşlar. Bununla yanaşı onlar qənimət götürülən eksponat, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin faktiki yaşayış ərazilərimizə atılmış “İsgəndər-M” raketinin qalıqlarına da tamaşa etmişlər. İnanırıq ki, Hərbi Qənimətlər Parkına ekskursiyalar Dövlət-Xalq-Ordu birliyimizin Vətən Müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında vətəndaşlarımızda dolğun məlumat yaratmaqla yanaşı, onlara daim qürurverici hisslər yaşadacaqdır. Şanlı Zəfər Günü münasibətilə başda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edir, bu uğurda canlarını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, Qazilərimizə Allahdan Şəfa diləyirik.

Şəhid leytenant Kazımov Rusif Yusif oğlunun ev muzeyi ziyarət olunub

ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı başda olmaqla Filialımızın kollektivi Şəhid leytenant Kazımov Rusif Yusif oğlunun ailəsinə baş çəkmişlər. Çox anlamlı görüşmədə erməni təxribatının qarşısını alaraq düşmənə layiqli cavab verən və bu uğurda sinəsini sipər edən xalqımızın cəsur övladının əziz xatirəsi anılıb, ailə üzvlərinə səbr dilənərək onların kədərləri paylaşılıb. Birlik və bərabərlik nümayiş etdirilərək Rusif kimi xalqın qeyrət rəmzi olan oğulların əziz xatirələrinin hər zaman qəlbimizdə yaşayacağı vurğulanıb. Sonra Şəhidin Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən ev muzeyi ziyarət olunub. Bu igid övladımızın yağlı boya ilə hazırlanmış Portreti Filial kollektivi adından Qəhrəman Şəhidimizin Ev muzeyinə hədiyyə olunub. Qeyd edək ki, Rusif Yusif oğlu Kazımov 1997-ci il martın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. 2003-2011-ci illərdə Uzuntəpə kənd tam orta məktəbini bitirib, 2011-2014-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2019-cu ildə Ağstafa rayonu N-saylı hərbi hissədə leytenant rütbəsində xidmət edib. Azərbaycan Ordusunun leytenantı olan Rusif Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağ yüksəkliyinin alınması, Kəlbəcərin azad edilməsi, Suqovuşan istiqamətində geden döyüşlərdə, Şuşanın azad olunmasında, Laçın koridoru istiqamətində gedən döyüşlərdə iştirak edib. Rusif Kazımov 5 noyabr tarixində Şuşanın azad olunması uğrunda gedən şiddətli döyüşdə şəhid olmuşdur. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rusif Kazımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Bundan başqa bu cəsur Vətən övladı 29.12.2020-ci il tarixli Sərəncama əsasən “Şuşanın azad olunmasına görə”; Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə 29.12.2020-ci il tarixli növbəti Sərəncama əsasən isə “Kəlbəcərin azad olunmasına görə” medalları və “Dəmir yumruq” diplomu ilə təltif edilmişdir. Böyük Zəfər Gününü bizlərə bəxş edən xalqımızın igid övladları ruhunuz şad olsun!.

Şanlı Zəfərimiz

05 noyabr 2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfərimiz” adlı tədbir keçirilib. Tədbirdə Filialın direktoru, dosent Xudayar Sultanlı, Pedaqoji fakültə dekanlığının nümayəndələri, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin əməkdaşları, aidiyyatı struktur bölmələrin işçi qrupu, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər. Xüsusi dəvətlilər olaraq Şəhid ailə üzvləri və Qazilərimizin də qatıldıqları Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayıb. Sonra Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb. Möhtəşəm Zəfərimizlə nəticələnən 44 Günlük Vətən Müharibəsinin başlanma məqamını tariximizin ən şanlı, şərəf dolu anlarından biri kimi qeyd edən ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı əslində bu qələbənin bünövrəsinin vaxtilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğuna diqqət çəkib. Ötən illər ərzində Azərbaycanımızın keçdiyi böyük inkişaf yolundan danışan natiq bu uğurlu dövlətçilik strategiyaların təməl prinsiplərinin məhz Ulu Öndər tərəfindən hazırlandığını, qazanılan bütün nailiyyətlərin əsasında onun müəyyənləşdirdiyi siyasi kursun davamçısı, ölkə Prezidentimiz Cənab İlham Əliyevin olduğunu, məhz, bu əsasda daha yüksək zirvələrin fəth edilərək parlaq ideyaların həyata keçirildiyini vurğulayıb. Direktor X.Sultanlı bildirib ki, Azərbaycan Ordusunun 2020-ci ilin sentyabr ayının 27-də Respublikamızın Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin əmri ilə Ermənistan silahlı qüvvələrinə qarşı başlatdığı əks-hücum əməliyyatında qazanılan möhtəşəm qələbə xalqımızın könül başçasında əbədi olaraq öz yerini almışdır. Bu möhtəşəm Zəfərin qazanılmasında güclü Dövlət, cəsur Ordu strategiyası, Milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi dayanır. Vətən Müharibəsində Azərbaycan hərb tarixində yenilikçi strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm vermişdir. Nəticədə həm sürətlə irəliləmə taktikasını həyata keçirərək uzun illər işğal altında olan ərazilərimiz yağılardan təmizləmiş, həm də düşmənin bütün hərbi texnikasını darmadağın edərək canlı qüvvəsinə ciddi zərbələr endirmiş, müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti¬ki olaraq iflic vəziyyətinə gətirmiş, başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın¬da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirlərinin səyi, ümumilikdə isə Dövlət-Ordu-Xalq birliyinin heyrətamiz gücü ilə düşmən məhv edilmişdir. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirmişdir. Sonra məruzə üçün söz Filialın Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarixçi Şöhrət Namazovaya verilib. O, geniş məruzəsində tariximizin Vətən Müharibəsindən üzü ağ çıxdığını, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusunun işğalçı Ermənistanın onillər ərzində qurduğu istehkamlarını darmadağın etdiyini, bu minvalla böyük zəfərə imza atıldığını tarixi faktlarla əsaslandırıb. Həmçinin müharibəni yaradan səbəbləri, düşmənin fitnəkar addımlarını, xarici havadarlarının iç üzlərini siyasi mərhələlərlə peşəkar bir dildən izah edən Ş.Namazova Möhtərəm Prezidentimiz, Cənab İlham Əliyev tərəfindən onların beynəlxalq müstəvidə ifşa edildiyini əsaslı dəlillərlə tədbir iştirakçılarına izah edib. Cəsur döyüşçü, Vətən Müharibəsi Qazisi Sadıqov Nicat Natiq oğlu çıxışında onlar üçün göstərilən qayğı və diqqətə görə Respublika Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlığını bildirərək Filial rəhbərliyinə də təşəkkür edib. Vətənin keşiyində durmaq üçün hər an hazır olduğunu söyləyərək birlik və bərabərliyimizin daim var olmasını arzulayıb. O, məhz belə olacağı təqdirdə heç bir fitnəkar, dağıdıcı gücün Azərbaycan əsgəri qarşısında duruş gətirə bilməcəyini vurğulayıb; yaşasın Azərbaycan xalqı, yaşasın Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyev. Qazimizin səmimi çıxışı alqışlarla qarşılanıb. Şanlı Zəfər Bayramımızın şəninə uyğun olaraq ADPU-nun Cəlilabad filialının tələbələri Rəhman Feyziyev, Tərlan Seyfullayev, Ceyhunə Ağaverdiyeva, məzun Asif Əsədov məzmunlu musiqi ifaları ilə Şanlı Zəfər tədbirimizə rəng qatıblar.

XALQIMIZIN UNUDULMAZ ÖVLADLARI

Şəhid Tural Arif oğlu Rəhimov 1993-cü il yanvar ayının 1-də Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olub. O, 1999-2003-cü illərdə Söyüdlü kənd tam orta məktəbində, 2003-2008-ci illərdə Muğan kənd tam orta məktəbində, 2008-2010-cu illərdə isə Cəlilabad şəhərində 1 saylı tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə Lənkəran Dövlət Universitetində “Kimya-biologiya” ixtisası üzrə ali təhsil alıb. 2016-cı ildən müəllim olaraq çalışırdı. Ailəli idi. Bir övladı yadigar qalıb. Tural Rəhimov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə 2015-2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və “leytenant” hərbi rütbəsi alıb. 2016-cı il aprelin 1-də məzuniyyətə göndərilsə də, 2-5 apreldə baş verən Aprel döyüşlərinin başlaması ilə hərbi hissəyə geri dönən Tural Rəhimov, Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun leytenantı olan Tural Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib. Tural Rəhimov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəhimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Bundan başqa Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 24.12.2020-ci il tarixli Sərəncama əsasən “Cəbrayılın azad olunmasına görə”; Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik nümayiş etdirdiyinə görə 29.12.2020-ci il tarixli Sərəncama əsasən isə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Böyük Zəfər Gününü bizlərə bəxş edən xalqımızın igid övladları ruhunuz şad olsun!.

Şuşa Azərbaycanın döyünən ürəyidir

ADPU-nun Cəlilabad filialında 2022-ci ilin Şuşa ili qeyd olunması ilə əlaqədar “Şuşa Azərbaycanın döyünən ürəyidir” adlı tədbir keçirilib. Tədbirdə Filialın Tərbiyə işləri üzrə təşkilatçısı Aydın İbişov, Pedaqoji fakültə dekanlığının əməkdaşı Elnarə İsmayılova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Səbinə İsmayılova, Keyfiyyətin təminatı şöbəsinin müdiri Dürdanə Əliyeva, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər. Dövlət Himnimizin səsləndirilməsilə başlanan tədbirdə Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələri anılıb. Sonra söz ADPU-nun Cəlilabad filialının tərbiyə işləri üzrə təşkilatçısı, “Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Aydın İbişova verilib. O, çıxışında Şuşa şəhərinin ölkəmiz üçün əhəmiyyətindən danışaraq, mədəniyyət paytaxtımız olan bu füsunkar təbiətə malik yurdumuzda artıq “Xarıbülbül” festivalının keçirilməsindən, unudulmaz şairimiz Molla Pənah Vaqifin poeziya günlərinin qeyd edilməsindən, Dünya Azərbaycanlılarının Qurultayı kimi mötəbər tədbirlərə ev sahibliyi etməsindən sevinc dolu cümlələrlə danışıb. Bildirilib ki, Azərbaycanın qədim şəhəri olan Şuşa 28 illik erməni əsarətindən 44 gün davam edən şanlı Vətən müharibəsi nəticəsində azad edilib. Qədim diyarımız Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu Ümummilli Liderimiz Heydər Əliyev belə ifadə etmişdir: ”Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Şuşa təkcə şuşalılar üçün yox, bütün Azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. Daha sonra söz “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Ələsgər Mirzəzadəyə verilib. Natiq öz növbəsində tarixi çox-çox keçmişlərə dayanan Şuşa şəhərinin Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğunu tədbir iştirakçılarına xatırladıb. O, qeyd edib ki, sevindirici haldır ki, biz artıq şərəf və iftixar dolu günlərimizi Şuşamızla birgə yaşayırıq. Bu qədim yurdumuza işğaldan azad olunduqdan sonra baş çəkən Ə.Mirzəzadə ümumilikdə Qarabağımızda aparılan böyük quruculuq işlərindən danışaraq Respublikamızın Prezidenti, Cənab İlham Əliyevə minnətdarlığını ifadə edib. Tədbirin sonunda “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının I tədris ilinin tələbəsi Rəhman Feyziyev və məzun Asif Əsədovun ifalarında “Şuşanın dağları” və digər musiqi parçaları ifa olunub. Filialın “İbtidai sinif müəllimliyi” ixtisasının II tədris ili üzrə tələbəsi Ülviyyə Xankişiyevanın yüksək bacarıqla ifa etdiyi və tədbirin ruhuna uyğun musiqilər diqqəti cəlb edib. Onun “Çırpınırdı Qara dəniz” musiqi ifası isə xüsusi alqışlarla qarşılanıb.

XALQIMIZIN UNUDULMAZ ÖVLADLARI

Şəhid Mirlətif Mirislam oğlu Ağayev 20 noyabr 1990-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 1997-ci ildə Göytəpə şəhər 1 saylı tam orta məktəbində ilk təhsilinə başlamış, 2008-ci ildə həmin məktəbi bitirərək Tibb Universitetinə daxil olmuş, 2013-cü ildə ali təhsilini başa vurduqdan sonra isə hərbi xidmətə yola düşmüşdü. Ordu sıralarında zabit kimi xidmət edərək 2015-ci ildə ehtiyata buraxılmışdı. Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Mirlətif Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. 247 yaralı əsgəri, 20 şəhidi döyüş meydanından çıxara bilib. Mirlətif Ağayev oktyabrın 26-da Qubadlı döyüşləri zamanı şəhid olub. Noyabr ayının 7-sində ata yurdu olan Cəlilabad rayonunun Ləkin kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirlətif Ağayev ölümündən sonra “Vətən uğrunda”, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə 24.12.2020-ci il tarixli Sərəncama əsasən “Cəbrayılın azad olunmasına görə”, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və bacarıq nümayiş etdirdiyinə görə 29.12.2020-ci il tarixli Sərəncama əsasən isə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Böyük Zəfər Gününü bizlərə bəxş edən xalqımızın igid övladları ruhunuz şad olsun!.

XALQIMIZIN UNUDULMAZ ÖVLADLARI

XALQIMIZIN UNUDULMAZ ÖVLADLARI Şəhid Ramin Hüseynağa oğlu Bayramov 8 oktyabr 1979-cu ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açmışdır. 1986-1996-cı illərdə Alar kənd 2 saylı tam orta məktəbində təhsil almışdır. 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşdur. 2000-ci ildə ali təhsilini əla qiymətlərlə başa vurduqdan sonra 3 ay hərbi təlim-məşq keçərək leytenant rütbəsi almışdır. 2005-2006-cı illərdə hərbi xidmət qulluqçusu olan Ramin Bayramov bu müddətdə baş leytenant rütbəsi almış, sonda ehtiyatda olan zabit kimi ehtiyata buraxılmışdır. Azərbaycan Ordusunun baş leytenantı olan Ramin Bayramov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsində hərbi səfərbərlik zamanı könüllü iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. 10 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Xalqımızın igid övladı 11 noyabr 2022-ci il tarixində Cəlilabad rayonunun Alar kəndində dəfn edilmişdir. Ailəli idi, 3 övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Bayramov ölümündən sonra “Vətən uğrunda”, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə isə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Böyük Zəfər Gününü bizlərə bəxş edən xalqımızın igid övladları ruhunuz şad olsun!.

Comments are closed, but trackbacks and pingbacks are open.