Press "Enter" to skip to content

Dağlar necə yıxılır

Himalay- Everest-Comolonquma-8848 m

Dağlar

Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!

Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .

Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə

Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə

• Dağlar necə yaranır? • Qırışıq dağ nədir? • Dağın zirvəsi haradadır? “Dağlar” kitabını oxumaqla siz bu füsunkar relief forması haqqında hər şey, o cümlədən, onların necə və harada yaranması, dağlarda mövcud olan bitki və heyvanlar aləmi barədə ətraflı məlumat əldə edəcəksiniz.

Məhsulun kodu: 9789952494402
Janr: Ensiklopediya
Nəşriyyat: 3 alma
Müəllif: Kris Oksleyd
Dil: Azərbaycan

şərhlər 0

Haqqımızda

  • Əlaqə və ünvanlar
  • Xəbərlər
  • Bloq
  • Bizdən kitab tövsiyəsi
  • Seçilmişlər siyahısı
  • Mobil tətbiqlər

Aksiyalar Və Endirimlər

  • Möhtəşəm endirimlər
  • Pulsuz çatdırılma fürsəti
  • Hədiyyə Sertifikatları
  • VISA kartla ödəniş zamanı 7% endirim

Sifariş haqda

  • Sifarişi necə etmək?
  • Ödənişi necə etmək?
  • Promokodu necə istifadə etməli?
  • Bölgələrdən sifariş etmək qaydası
  • Çatdırılma
  • Sərfəli taksit imkanı
  • “Özün götür” xidməti nədir?
  • Bizimlə əlaqə saxlayın
  • Sifarişimi qaytarmaq (dəyişmək) istəyirəm
  • Geyimlərin rahat qaytarılması
  • Pulsuz dənəmə nədir?

Dağlar haqqında məlumat və Xəritələrdə təsviri.

Qurunun əsas relyef formalarından biri dağlardır. Zirvə- Dağların ən yükəsk hissəsidir. Qədim dağlar daha çox aşınmaya məruz qaldığı üçün zirvələri daha hamardır Pik – dağların şiş uclu zirvəsinə, Dağ yalı – sıra dağların ən hündür hissəsinə deyilir. Aşırım – nisbətən az yüksəkliyə malik olan, keçid üçün əlverişli olan hissəsinə deyilir. Ətək – dağın ən aşağı və düzənliyə qovuşan hissəsinə deyilir. Yamac – Dağın zirvəsi ilə ətəyi arasında olan meyilli hissəsinə deyilir.

Mütləq yüksəkliyinə görə dağlar 3 yerə ayrılır.

1.Alçaq dağlar – hündürlüyü 1000m-ə qədər.məs: Bozdağ, Çobandağ .

2.Orta hündürlüklü dağlar – 1000- 2000 m -ə qədər.məs:Ural

3. Hündür dağlar – 2000m-dən yüksək. Məs: Pamir, Karpat, And, Himalay .

Himalay- Everest-Comolonquma-8848 m

Dağlar mənşəyinə görə qırışıq və qırışıq- faylı dağlara bölünür:

Qırışıq – faylı dağlar– qədim dağlardır. Baykal, Kaledon, Hertsin dağəmələgəlmə mərhələlərində yaranmışlar. Kaledon və Hertsin dağəmələ gəlmə mərhələsi Paleozoy dövründə baş verib. Məsələn: Ural (Avropa ilə Asiyanın sərhəddində), Appalaç, Skandinaviya, Əjdaha, Kap, Baykal ətrafı dağlar, Böyük Xinqan, Böyük Suayrıcı, Tyan-Şan, Altay, Sayan.

Qeyd : Tyan- Şan, Altay, Sayan dağları geoloji cəhətdən qədim olmasına baxmayaraq burada güclü zəlzələlər baş verir, mütləq yüksəkliyi çoxdur. Səbəb : Kaynazoy erasinda yerniden qalxmaya məruz qalıblar.

Mezozoy erasında yaranan dağlarda qədim dağlara aiddir. Bu erada Kimmeri dağəmələ gəlmə mərhələsi olmuş və Şimali Amerika və Avrasiyada ağıdakı mezozoy erasına məxsus qədim dağlar yaranmışdır: Verxoyansk, Çersk, Tibet, Kun-Lun . Şimali Amerikada isə Kordilyerin şərq hissəsi Qayalı dağlar bu erada yaranıb.

Qırışıq dağlar Kaynazoy erasında formalaşan cavan dağlardır. Bu erada alp dağəmələgəlmə mərhələsi baş verib. Məs: And, Himalay (Nepal), Alp, Qafqaz, Karpat, Piriney, Apennin, Atlas, Pamir, Hindiquş, Krım, Kopetdağ və s. Qırışıq dağlar litosfer tavalarının sərhədlərində yaranan dağlardır.

Hazırladı: Osman Eminov

Qeyd: Müəllimlərin işə qəbulu və ali məktəbə hazırlaşmaq istəyənlər “Bakı Peşəkarlaq Akademiyası”nda dərslərimizə qoşula bilərlər bilərlər”. Yüksək səviyyədə keçən dərslərimiz həm miq həm atestasiya imtahanında sizə kömək edəcək.

Əlaqə nömrələri: �� ☎️ (+99412) 436 92 67 | (+99455) 787 21 23/24
�� Ünvan:Nizami metrosunun yaxınlığı,Caspian Plaza, 3-cü korpus,11-ci mərtəbə.

Müəllifin öz əlaqə nömrəsi: 055-534-81-70

Dağlar necə yaranmışdır ?

Dağların mənşəyini bilmək üçün birinci növbədə geosinklinal anlayışı ilə tanış olmaq lazımdır. Ona görə ki, yer qabığında yayılmış geosinklinal sahələr həqiqi mənada indi gördüyümüz və haqqında bol-bol eşitdiyimiz müasir dağların ana vətəni olmuşdur. Başqa sözlə desək indiki dağlar qədim geosinklinalların yerində formalaşmışdır.

Halbuki dağların əmələ gəlməsini qədim xalqlar dinlə, mövhumatla, xüsusilə itaət etdikləri müxtəlif Allahlarla sıxı surətdə bağlamışlar.

Məsələn, qədim yunanlar arasında belə bir şayiə yayılmışdı ki, guya onların itaət etdikləri “Allahlar” Yunanıstanın ən uca dağı olan Olimpin zirvəsində yaşayır və istədikləri “əmrləri” də oradan verirlər.

Bildiyimiz kimi Şri-lanka adasında ən hündür dağ Adəm dağıdır. İslam dinini təbliğ edənlər xalq arasında yaymışdılar ki, “cənnətdən” qovulmuş Adəm bu dağda yaşayır. Ona görə də ona Adəm dağı adı deyirlər.

Əsfanəyə görə Türkiyə ərazisindəki Ararat dağının başında guya “Nuhun gəmisi” ilişib qalmışdır. Bəzi din xadimlərinin uydurmalarından istifadə edən amerikalılar bir vaxtlar bu gəmini axtarmaq bəhanəsi ilə xüsusi ekspedisiyada təşkil edib. Sonradan məlum olub ki, ekspedisiya axtarış işilə deyil, casusluq işilə məşğul olmuşdur.

Digər yunan əfsanəsinə görə,guya Promotey göydə olan odu insanlar üçün oğurlamış və bu iş üstündə Allahlar Prometeyi Qafqaz dağlarının ən uca yeri olan Elbrus zirvəsində zəncirləmişlər.

Hətta Naxçıvanın Paradaş kəndi ətrafında qədim dənizlərdə yaşayan heyvan qalıqlarından kiçik bir təpənin əmələ gəlməsini belə yerli əhali qədim xalq əsfanələri ilə izah etmişlər. Ümumiyyətlə bu heyvanların qabıqları girdə pul şəklində olduğu üçün el arasında bunlara “daş para” deyilir. Paradaş kəndinin adı da məhz buradan götürülmüşdür.Belə söyləyirlər ki, guya burada vaxtilə çox pullu-paralı bir adam yaşamış, amma, o, son dərəcə xəsis olmuşdur. Bu varlı,zəngin adamın heç bir kasıba,fəqirə rəhmi gəlmədiyindən guya Allahın qəzəbinə tutulmuş və beləliklə də bütün pulları daşa dönmüşdür.

Belə qədim xalq əsfanələrindən yüzlərlə misal gətirmək olar ki, bunların da elmi izahla heç bir əlaqəsi yoxdur. Yalnız Yer kürəsində baş verən daxili və xarici geoloji prosesləri, geoloji dəyişikləri dərk etməklə, elmi cəhətdən araşdırmaqla dağların necə əmələ gəlməsini bilmək olar.

Orta əsrlərdə yer kürəsinin bəzi regionlarında, xüsusən Yunan və Roma mədəniyyətinin mərkəzi sayılan Yunanıstanda,İtaliyada,Anadoluda yaşayan xalqlar dağların əmələ gəlməsində başlıca səbəb zəlzələni hesab edirdilər. Lakin bu o qədər də təəccüblü deyirildi. Doğrudan da həmin ərazilər ən şiddətli və dəhşətli zəlzələ ocağına malikdir. Ona görə də o zaman insanlar zəlzələni Yer səthinin simasını dəyişdirən əsas qüvvə kimi göstərirdilər. Balkan yarımadasında əhəng daşı süxurlarından təşkil olunmuş qayalı dağlarda tez-tez baş verən güclü zəlzələlər nəticəsində dəhşətli uçqunlar və dərin çatlar əmələ gəldiyindən bunların şahidi olan yerli xalq,dağ əmələ gəlmənin səbəbini yalnız zəlzələdə görmüşlər.

Esxilə görə guya zəlzələ nəticəsində Siciliya İtaliyadan ayrılmışdır. Platonun fikrincə, həmin səbəbdən mifoloji “Atlantida” adası Yer üzərindən silinmişdir. Strabon belə fikir söyləmişdir ki, qitələrin yaxınlığında yerləşən bütün adaları mənşə etibarilə qitələrlə sıxı surətdə əlaqədardır və bu adalar zəlzələ, yaxud da dəniz dalğaları nəticəsində qitələrdən ayrılmışdır.

O, həmçinin iddia edirdi ki, qitələrdən xeyli uzaqda yerləşən bütün adaların əmələ gəlməsi yalnız vulkanizm ilə əlaqədardır. Deməli Strabona görə qitələr üzərində hündür dağlar da həmin yolla əmələ gəlmişdir.

Dağların əmələ gəlmələrinin izahında ərəblər də yunanların arxasınca gedirdilər. Lakin ərəb tarixçisi Məsudu deyirdi ki, Yer üzərində elə bir sahə yoxdur ki, o həmişəlik olaraq quru qalsın, yaxud da su ilə örtülmüş olsun. Deməli, bununla Məsudi transqressiv və reqressiv hərəkətlərin – yəni dənizlərin quruya hücumunun və qurulardan geri çəkilməsinin mövcud olduğunu söyləmək istəmişdi. Bu isə Yer qabığının müəyyən sahələrdə qalxma və enmə hadisələri ilə əlaqədardır.

Qərbi Avropada alman və fransız alimləri dağların əmələ gəlmə prosesinin səbəbini yer qabığının müxtəlif relyef formalarının dəyişilməsində görürdülər. Malye,Buffon və Verner kimi alimlər məhz bu fikrin tərəfdarları idilər.

1741-1811-ci illərdə yaşamış alman alimi P.Pallas belə bir fikir söyləmişdir ki, ilk sıra dağların nüvəsini təşkil edən qranit süxurudur və bu süxur Yer üzərində ilkin olaraq əmələ gəlmişdir. P.Pallaşa görə bu qranit süxurundan təşkil olunmuş ən hündür sahələr heç vaxt dənizlərlə örtülməmişdir. Cavan dağların isə hamısı vulkanların püskürmə gücü ilə yaradılmışdır.

Vulkanların və zəlzələlərin fəaliyyəti ilə əmələ gələn ayrı-ayrı dağları əlbəttə inkar etmək olmaz. Məsələn, İtaliyada Vezuvi, Etna, Rusiyanın Kamçatka yarımadasında, İndoneziyada, Sakit okeanının bir neçə adasındakı bəzi dağlar bu qəbildəndir.

Hətta 1960-cı ilin 21 mayında Sakit okeanın şərq sahilində yerləşən Çili respublikası saysız-hesabsız fəlakət törədən ən dəhşətli zəlzələyə məruz qaldı. Həmçinin bu zəlzələ ilə əlaqədar olaraq şiddətli vulkan püskürmələri də baş verdi.

Amma qitələr üzərində keçmiş geoloji dövrlərdən bəri ucalan minlərlə yüksək dağ sistemlərinin – Tyan- Şanın, Uralın, Altayın, Sayanın, Verxoyanskinin, Xinqanın, Ramirin, Qafqazın, Himalayın, Tibetin, Karpatın, Alpların, Kordilyerlərin, Andın, Appalaçın, Atlasın və s-nin əmələ gəlmələrini sadəcə şəkildə vulkanlarla bağlamaq olmaz.

Bəzi tədqiqatçılar dağların əmələ gəlməsini kontraksiya nəzəriyyəsi ilə izah edirlər. Bu nəzəriyyənin tərəfdaşları iddia edirlər ki, alma, və ya kartof quruyarkən qabığı qarışdığı kimi yer qabığı da soyuduqca onun səthində qırışlar-dağlar əmələ gəlmişdir.

Əlbəttə bu doğru deyildir. Ən azı ona görə ki, yer qurumur, o soyuma nəticəsində öz həcmindən itirir.

Yer qabığının müxtəlif rayonlarında baş verən güclü vulkan püskürmələri nəticədə atmosferə qalxan qızmar qazlar, odlu maye halındakı lavalar və həmçinin əmələ gələn yüksək hərarətli bulaqlar,özləri ilə Yerin dərinliyindən səthinə daima külli miqdarda istilik gətirir.

Günəş şüalarının Yerə verdiyi istilik isə onun yalnız bir neçə metr dərinliyinə keçə bilir. Deməli, Yer kürəsi verdiyi istilikdən dəfələrlə az miqdarda istilik alır. Odur ki, Yer kürəsi hazırda da tədricən soyumaqda davam edir.

Biz bilirik ki, cisimlər soyuduqda öz həcmini kiçildir. Deməli, alimlərin fikrincə bu qayda ilə də Yerin nüvəsi kiçilir. Bu proses zamanı Yer qabığını təşkil edən laylar qırışır və dağ sistemləri yaranır.

Dağların əmələ gəlməsinin bu cür izahı dünyanın bütün alimləri arasında geniş yayılmışdır. Lakin dağ əmələ gəlmə prosesi yuxarıda dediklərimizdən xeyli mürəkkəb şəkildə gedir. Yuxarıda qeyd etdiyimiz kimi, əksər halda dağların ana vətəni geosinklinallar sayılır. Alimlərin fikrincə Yer qabığı Arxey erasının sonu və Proterozoy erasının əvvəllərində nisbətən sabit, möhkəm olan platformalara və mütəhərrik,çökə bilən geosinklinal sahələrə ayrılmışdır.

Geosinklinal zozalar haqqında ilk təsəvvür amerikan geoloqları C.Xoll və C.Dena tərəfindən işlənilmişdir. Sonralar isə bu təsəvvür E.Oqun,İ.Koberin, C.Şuxertin, S.Bubnovun və rus alimlərindən A.Arxangelskinin, A.Borisyakın, V.Obruçevin, N.Şatskinin, D.Nalivzinin, N.Straxovun və başqalarının işlərində əhəmiyyəti dərəcədə zənginləşdirilmiş, “geosinklinal” nəzəriyyəsinin elmi əsası verilmişdir.

Tədqiqatlar göstərir ki,meridional istiqamətdə uzanan indiki Ural dağlarının yerində,Paleozoy erasında,hətta ondan da qabaq böyük geosinklinal hövzə-dəniz mövcud olmuşdur. Həmin dəniz nəinki indiki Ural dağları yerləşən sahəni, hətta indiki orta Asiyanı,Qərbi Sibir ovalığını, Taymır yarımadasını örtmüşdür. Bu böyük dənizin dalğaları qitələrin hündür sahillərini yumuşdur. Digər tərəfdən qədim çaylar və sellər vasitəsilə də buraya arası kəsilmədən çöküntülər gətirilmişdir. Dənizdə toplanan bu çöküntülər milyon illər ərzində çox qalın süxur qatları əmələ gətirmişdir. Paleozoy erasının axırında indiki Ural,Tyan-Şan,Qazaxıstan və s. sahələr tədricən qalxaraq dənizdən azad olur və yer qabığında gedən müxtəlif hərəkətlər nəticəsində dağlıq ölkəyə çevrilir. Zaman keçdikcə bu dağlar yüksəlmiş, aşınmış, hamarlanmış və nəhayət indiki müasir şəklə düşmüşdür.

Bu prosesi eyni ilə Salair, Sayan, Kaledon, Appalaç, Manqışlaq, Atlas, Kordilyer, Himalay, Qafqaz və s. dağlar üçün də söyləmək olar.

Ümumiyyətlə alimlər Yerin geoloji tarixində Yer kürəsinin simasını dəyişən üç inqilab qeyd edirlər. Bunlardan ən qədimi Kaledon hərəkətləri, sonra gələn isə Hersin və Alp hərəkətləridir. Dağ əmələgətirici inqilabların davam etmə müddətləri belədir. Kaleolon inqilabi 171000000 il; Hersin inqilabı 165000000 il və Alp inqilabı 190000000 ildir.

Kaledon dağ əmələgətirici hərəkətləri adətən Paleozoy erasının Kembri,Silur və Devon dövrlərini,Hersin dağ əmələgətirici hərəkətləri Paleozoy, Karbon və Perm dövrlərini, Alp dağəmələgətirici hərəkətləri isə bütünlüklə Mezozoy və Kaynozoy eralarını əhatə edir.

Kaledon hərəkətlərinin təsirinə məruz qalan sahə Şimali Amerika ilə Avropa arasındakı Qrampian geosinklinalı olmuşdur. Kaledon qırışıqlıq hərəkətləri nəticəsində bu geosinklinal getdikcə sulardan azad olmuş və Silur dövrünün axırında tamamilə dağlıq sahəyə çevrilmişdir. Skandinaviya, Şotlandiya, Baykal ətrafının və Qrelandiyanın bəzi dağları Kaledon yaşlı hesab edilir.

Paleozoy erasının ikinci yarısında başlanan Hersin qırışıqlıq hərəkətləri Appalaç, Qərbi Avropa və xüsusilə Ural-Tyanşan geosinklinallarında özünü daha qabarıq göstərmişdir.

Hersin qırışıqlıq hərəkətləri nəticəsində Appalaç, Atlas bir sıra Qərbi Avropa dağları, Tyan-Şan, Qazaxıstan dağları əmələ gəlmiş və xüsusən Perm dövrünün axırında meridional istiqamətində uzanan Ural silsiləsi yaranmışdır. Bu silsilə Avropa və Asiya qitələrini birləşdirmiş və beləliklə də böyük Avrasiya qitəsinin törəməsinə səbəb olmuşdur.

Cavan Alp qırışıqlıq hərəkətləri nəticəsində isə müasir dövrdəki ən hündür dağ sistemləri əmələ gəlmişdir. Buraya Qərbi və Şərqi Sakit okean sahilləri boyu uzanan Berxoyansk, Çersk, Sixote-Alin, Çukot, Kamçatka, Saxalin, Kordilyer, And dağları və Aralıq dənizi zonası boyunca uzanan Pireney, Apennin, Alp, Dinar, Karpat, Krım, Qafqaz, Anadolu, Pont, Tavr, Zaqros, Elbrus, Dəmavənd, Manqışlaq, Kopetdağ, Balkan, Pamir-Alay, Hindquş, Himalay və s. kimi çox uca dağlar aiddir.

Dünyanın fiziki coğrafiya xəritəsinə baxsaq, qitələrin ümumi fonu üzərində ucalan Sakit okean, yaxud Kordilyer,Aralıq dənizi və Monqol-Oxot böyük dağ qurşaqlarını ayırmaq olar.

Adlarını çəkdiyimiz bu dağ sistemlərinin hamısı milyon illərin məhsuludur. Həm də bunlar müasir formaya düşüncə uzun-uzadı çox mürəkkəb bir inkişaf yolu keçmişdir.

Başqa sözlə desək dağlar birdən-birə deyil, bir neçə geoloji mərhələdə yaranmış, həm də hərəkətlərin təsiri altında süxur təbəqələrində gedən qırışma nəticəsində onlarda antiklinal və sinklinal sahələr formalaşmışdır. Qırışıq hərəkətlərin daha güclü baş verdiyi geosinklinal sahələrdə laylar bəzən hətta 90 0 -yə yaxın bucaq altında dik qaldırılmışdır.

coğrafiyaçı,ADPU-nin Quba filialının baş müəllimi

Comments are closed, but trackbacks and pingbacks are open.