Azərbaycan incəsənəti
Azərbaycan musiqisini dinləyən, şer və qəzəllərini oxuyan, Azərbaycan rəssamlarının sənət əsərlərinə tamaşa edən, nəqqaşlıq, misgərlik kimi sənətkarlıq nümunələri ilə tanış olan hər bir kəs özünü sanki sehrli bir dünyada hiss edir. Bu da təsadüfi deyil. Azərbaycanın qədim milli-mənəvi dəyərləri, təbiətinin füsunkarlığı sanki musiqiyə, sənət əsərlərinə hopub. Azərbaycan incəsənəti təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Qədim milli-mənəvi dəyərləri, ənənələrini özündə yaşadan Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların qovşağı kimi tanınır.
Azərbaycan incəsənəti
Azərbaycan musiqisini dinləyən, şer və qəzəllərini oxuyan, Azərbaycan rəssamlarının sənət əsərlərinə tamaşa edən, nəqqaşlıq, misgərlik kimi sənətkarlıq nümunələri ilə tanış olan hər bir kəs özünü sanki sehrli bir dünyada hiss edir. Bu da təsadüfi deyil. Azərbaycanın qədim milli-mənəvi dəyərləri, təbiətinin füsunkarlığı sanki musiqiyə, sənət əsərlərinə hopub. Azərbaycan incəsənəti təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Qədim milli-mənəvi dəyərləri, ənənələrini özündə yaşadan Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların qovşağı kimi tanınır.
Teatr
Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri ilə bağlıdır. “Novruz” mərasiminin mühüm epizodunu təşkil edən “Kosa-kosa” oyunu əsl teatr nümunəsidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən, maska taxan aktyor var. Elə professional Azərbaycan teatrının təşəkkülündə də xalq teatrı əhəmiyyətli rol oynayib.
Azərbaycanda professional teatrın tarixi 1873-cü ildən başlayır. Həmin il martın 10-da Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə bir qrup həvəskarlardan ibarət dəstə böyük mütəfəkkir, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundovun “Lənkəran xanın vəziri” və “Hacı Qara” komediyalarını səhnəyə hazırladılar. Bununla da Azərbaycan teatrının bünövrəsi qoyuldu.
Gələcəkdə dünya dramaturgiyasının şah əsərləri ilə yanaşı, Azərbaycan teatrının repertuarı Hüseyn Cavid, Nəriman Nərimanov, Əbdülrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, İlyas Əfəndiyev kimi ədəbi nəhənglərin əsərləri ilə zənginləşdi.
Hazırda Azərbaycanda öz repertuarı ilə seçilən 23 teatr var. Azərbaycanın tolerant bir ölkə olması ölkənin mədəni həyatında da özünü büruzə verir və hazırda ləzgi, rus dillərində teatrlar da fəaliyyət göstərir.
Kino
2 avqust 1898-ci il. Azərbaycan kino salnaməsi bu tarixdən başlayır. İlk kinoseansda tamaşaçılara ssenari müəllifi, rejissor, fotoqraf və nasir Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” xronika süjetləri və “İlişdin” adlı bədii kinosüjet təqdim olunmuşdu.
1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun əsəri əsasında rejissorlar Boris Svetlov və Qriqori Lemberq “Neft və milyonlar səltənətində” adlı ilk tammetrajlı bədii filmi lentə almışdılar. Bu cütlük öz yaradıcılıq tandemini həmin dövrdə ekranlara çıxaran “Arvad” və “Yeni tərzdə köhnə əhvalat” ilk tammetrajlı bədii filmlərində də davam etdirmişdilər.
“Neft və milyonlar səltənətində” filminin dəyərini artıran xüsusi bir cəhəti qeyd etmək yerinə düşərdi. Çünki bu filmdə həmin dövrün məşhur teatr nəhəngləri Hüseyn Ərəblinski, Mirmahnud Kazımovski, görkəmli xanəndə Cabbar Qaryağdıoğlu və tarzən Qurban Pirimov çəkilmişdi.
Ü.Hacıbəylinin “Arşın mal alan” operettası əsasında eyniadlı ilk kinokomediya da elə bu dövrdə meydana gəlib. Azərbaycan kinosunun səssiz mərhələsində bu əsəri ekranlaşdırmaq cəhdi uğursuzluqla nəticələndi. Lakin əsərin 1945 və 1965-ci ildə ekranlara çıxan səsli versiyaları keçmiş Sovet məkanında ən çox kassa gəliri əldə edən film olub. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi Sovet ekranında uzun illər nümayiş olunan xarici ölkə filmlərinin arasından “100 sevimli film” sırasında “Qızıl siyahı”ya daxil edilib.
1925-ci ildə ilk Azərbaycan detektiv filmi olan “Əvəz-əvəzə” (rejissor Aleksandr Litvinov) ekrana gəlir. Azərbaycanın ilk milli kinorejissoru kimi isə Abbas Mirzə Şərifzadə “Bismillah” filminə quruluş verib.
Dünyada səsli filmlərin çəkilişlərinin geniş vüsət aldığı dövrdə Azərbaycan kinosu da sükutdan xilas oldu. 1936-cı ildə ilk səsli “Mavi dəniz sahilində” filmi (filmin rejissoru Boris Barnet, operatoru Mixail Kirillov) ekranlara çıxdı.
1956-cı ildə kinosevərlər ilk dəfə “O olmasın, bu olsun” filmini rəngli kadrlarda izlədilər. Filmi Azərbaycan peşəkar musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəylinin eyniadlı komediyası əsasında rejissor Hüseyn Seyidzadə, operator Əlisəttar Atakişiyev lentə almışdı.
İncəsənət
Azərbaycan ərazisində e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qayaüstü təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü rəsmlər təsviri sənətin qədimliyindən xəbər verir. Təkcə Qobustanda 4000-dən çox petroqlif, yəni daş üzərində oyma texnikası əsasında çəkilmiş qayaüstü rəsmlər aşkarlanıb.
Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər üstünlük təşkil edir. Bu sırada Naxçıvan, Xocavənd, Gədəbəy, Ürmiya gölü, Qarabağ ərazisindən tapılan kürə formalı qab, ikibaşlı maral fiquru, üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab, aypara şəklində qızıl yaxalıq, qızıl cam, keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə göz oxşayır.
Mingəçevirdən, Şamaxıdan tapılmış dekorativ qablar, piyalələr, qadın bəzək əşyaları Azərbaycanda qədim vaxtlardan şüşə istehsalının mövcudluğunu sübuta yetirir. Həkkaklıq və heykəltəraşlıq nümunələri Albaniya dövrü sənətində geniş yayılmışdır. Bu dövrün ən kamil heykəltaraşlıq nümunəsi Mingəçevir məbədinin (5-6 əsrlər) daş kapitelinin səthində müqəddəs dirilik ağacının sol və sağında üz-üzə dayanmış iki tovuz quşunun qabartma təsviridir.
Şəki, Şuşa, Quba, Ordubad, Lahıcda, eləcə də digər şəhər və yaşayış məskənlərində saxlanılan monumental divar rəsmləri xalq yaradıcılığı ənənələri ilə sıx bağlıdır. Şəki Xan Sarayı, eləcə də bir çox bölgələrdə divar rəsmləri həmin dövrdə yaşayıb yaradan sənətkarların ustalığından xəbər verir.
Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və digərləri memarlıq sənətinin nadir inciləridir.
Bu gün Azərbaycan rəssamlarının, heykəltəraşlarının əsərləri dünyada tanınır və sərgilənir. Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Ömər Eldarov və digər tanınmış rəssam və heykəltəraşlar yaratdıqları əsərlərlə Azərbaycan sənətini zənginləşdirirlər. Yeri gəlmişkən, UNESCO-nun 2009-cu ili Səttar Bəhlulzadə ili elan etməsi beynəlxalq aləmdə Azərbaycan təsviri sənətinin təqdir olunması kimi qəbul edilir.
Müasir boyakarlıq sənətində mənzərə janrının yaradıcısı, rəssam, qrafik Səttar Bəhlulzadənin əsərləri Parisin, Neapolun, Vyananın, Havananın, Berlinin, Dəməşqin, Beyrutun, Bağdadın sərgi salonlarında nümayiş olunub.
Ümumiyyətlə, bu gün Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.
Xalçalar
Azərbaycan xalçaları 2010 –cu ilin noyabrından etibarən UNESCO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısında qorunur. Azərbaycanda hələ qədim dövrlərdə ipək, qızıl, gümüş saplardan xalçalar toxunurdu. Arxeoloji materiallara əsasən Azərbaycanda xalçaçılıqla hələ tunc dövründən (e.ə II minillik) məşğul olmuşlar. Bu barədə Herodot, Klavdi Elian, Ksenofont, Musa Kalankatlı kimi dünya tarixçiləri də məlumat vermişlər.
Azərbaycan xalçaları xovlu və xovsuz olur. Xovsuz xalçalar öz toxunma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: Palaz, Cecim, Ladı, Kilim, Şəddə, Vərni, Zili, Sumax.
Xalça sənəti coğrafi mövqeyinə görə şərti olaraq 7 məktəbə (Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) ayrılır. Bunların hər biri coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə fərqlənir.
Musiqi
Azərbaycanda musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələr, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qayaüstü rəsmlərindən alınıb. Açıq səma altında muzeyə çevrilən Qobustan ərazisində qeyri-adi “çalğı alətləri”–güclü səslər verən və hər biri ayrı tembrə malik olan daşlar keçmişdən dəyərli xatirə kimi bu gün də qorunur.
Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri elan olunub. Muğam mənalı söz və musiqinin vəhdətindən yaranan ecazkar kompozisiya, bitkin və kamil sənət əsəridir. Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır.
Muğamlar ifaçıdan xüsusi boğaz texnikası və geniş səs diapazonu tələb edir. Muğam sənəti Azərbaycan musiqisini zənginləşdirərək, ona yeni janrlar gətirmişdir.
Üzeyir Hacıbəylinin muğam-operaları, Vaqif Mustafazadənin muğam-cazı, Aqşin Əlizadə və Nəriman Məmmədovun muğam sonataları, Fikrət Əmirov, Niyazi, Süleyman Ələsgərov, Nazim Əliverdibəyovun xor və simfonik muğamları Şərq və Qərb musiqi ənənələri əsasında meydana gələn olduqca maraqlı və nadir eksperimentlərdir.
Azərbaycanda opera sənəti keçən əsrin əvvəllərində təşəkkül tapmağa başlayıb.
Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəylinin H.Z.Tağıyev teatrında səhnələşdirilən və müsəlman Şərqinin ilk opera əsəri olan “Leyli və Məcnun”u ilə qoyulub.
Azərbaycan musiqisinin digər qolunu isə tamamilə fərqli quruluşa və ifaçılıq vərdişlərinə sahib olan aşıq sənəti təşkil edir. Kiçik bir tamaşanı xatırladan aşıq sənəti çoxşaxəli şifahi xalq yaradıcılığının bir istiqamətidir. Orada xalqın sadə istək və arzuları, sevgi və qəhrəmanlıq hissləri bədii əksini tapır. Aşıqlar həm də ən yaxşı səyyahlardır. Eldən-elə dolaşan sənətkarlar gördüklərini, eşitdiklərini, başlarına gələn ən maraqlı hadisələri nəzmə çəkərək dastanlara çeviriblər. “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Tahir və Zöhrə” və digər dastanlar da belə yaranıb.
Azərbaycan bəstəkarları, xüsusilə Üzeyir Hacıbəyli, Qara Qarayev öz yaradıcılığında aşıq musiqisinin səxavətindən dönə-dönə yararlanıblar. Azərbaycanın aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
- 454 Portalda olan xidmətlərin sayı
incə
1. творческое воспроизведение действительности в художественных образах. İncəsənət əsərləri произведения искусства, XIX əsr incəsənəti искусство XIX века, Azərbaycan incəsənəti искусство Азербайджана, incəsənət xadimləri деятели искусства, incəsənət aləmi мир искусства, incəsənət abidələri памятники искусства
2. отрасль творческой деятельности. Təsviri incəsənət изобразительное искусство, incəsənət sahəsində в области искусства
стать тонким, исхудать. incəlməmək отриц. от incəlmək.
1) тонкий, утонченный; 2) нежный, изящный, изысканный; 3) мелкий, миниатюрный; 4) грамм. мягкий. incə səsli мягкая гласная.
см. incəlmək.
см. incələşdirmək
сущ. от глаг. incəlmək
1. утончаться, утончиться (становиться, стать тонким)
2. худеть, похудеть, исхудать, превратиться в щепку, становиться, стать как щепка; hövsələm incəlib (daralıb) нервы у меня не выдерживают
сущ. от глаг. incələnmək, утончение
сущ. от глаг. incələşmək
сущ. от глаг. incələtmək, утончение
палатализация (смягчение согласных путем добавочного участия средней части языка).
глаг. утончаться, утончиться (становиться, стать более тонким)
1. утончаться, утончиться
2. лингв. палатализоваться, смягчаться
глаг. nəyi утончать, утончить что
1. тонкость (специфическая черта, особенность какого-л. дела, занятия, области знания). Riyaziyyatın incəlikləri тонкости математики, incəliklərinə varmaq nəyin вдаваться в тонкости чего; bütün incəliklərini bilmək nəyin знать все тонкости чего
2. нежность:
1) свойство нежного. Naxışın incəliyi нежность узора, dərisinin incəliyi kimin нежность кожи чьей, səsinin incəliyi нежность голоса чьего
2) нежное чувство, ласковость, мягкость в отношении к кому-л., в обращении с кем-л. Rəftarının incəliyi kimin kimlə нежность в обращении кого к кому, münəsibətindəki incəlik kimin нежность в отношениях чьих
3. утонченность, изысканность. Zövqün incəliyi утонченность вкуса, ifadələrin incəliyi изысканность выражений
4. лингв. мягкость, палатальность. Səsin incəliyi палатальность звука, incəlik işarəsi знак мягкости (на письме)
нареч. очень нежно. İncə-incə danışır очень нежно говорит
прил. только во мн. ч. :
1. тоненькие-тоненькие
вводн. сл. к счастью, на счастье, по счастью (выражает удовлетворение). İncəvara, hamı salamat qayıtdı к счастью, все благополучно вернулись; incəvara, yağış dayandı к счастью, дождь прекратился
понуд. от incələtmək.
См. также в других словарях:
- incəlmə — «İncəlmək»dən f. is … Azərbaycan dilinin izahlı lüğəti
- incələnmə — «İncələnmək»dən f. is … Azərbaycan dilinin izahlı lüğəti
- incələşmə — «İncələşmək»dən f. is … Azərbaycan dilinin izahlı lüğəti
- incələtmə — «İncələtmək»dən f. is … Azərbaycan dilinin izahlı lüğəti
- inc — ☆ inc for 5, now often [ iŋk] abbrev. 1. inclosure 2. including 3. inclusive 4. income 5. incorporated: also ☆ Inc … Universalium
- INC — can refer to: *Indian National Congress *Indian National Council *Iraqi National Congress *Iglesia ni Cristo *International Network of Crackers, a major warez organization during the early 1990s. *The (International) Noise Conspiracy (band) *… … Wikipedia
- Inc — Cette page d’homonymie répertorie les différents sujets et articles partageant un même nom. >> Sigles d une seule lettre Sigles de deux lettres > Sigles de trois lettres … Wikipédia en Français
- Inc. — Cette page d’homonymie répertorie les différents sujets et articles partageant un même nom. >> Sigles d une seule lettre Sigles de deux lettres > Sigles de trois lettres … Wikipédia en Français
- inc — INC, incuri, s.n. (reg.) Poftă de râs, de joc, de zburdălnicii. – et. nec. Trimis de valeriu, 21.07.2003. Sursa: DEX 98 inc s. n., pl. íncuri Trimis de siveco, 10.08.2004. Sursa: Dicţionar ortografic INC incuri n … Dicționar Român
- Inc. — Inc. may refer to: * Incorporation (business), the forming of a new corporation * Inc. (magazine), an American business magazine * Incoming * Include, included, or includingInc may refer to: * Increment, a shortform in computer programming… … Wikipedia
- inc. — inc. 1. 〈Abk. für engl.〉 incorporated, (amerikan. Bez. für) eingetragen (Kapitalgesellschaft) 2. 〈Abk. für lat.〉 incidit * * * Inc. = ↑ incorporated. * * * Inc., Abkürzung für Incorporated. * * * Inc. = incorporated … Universal-Lexikon
Azərbaycan incəsənəti (film, 1934)
Azərbaycan incəsənəti filmi rejissor Qriqori Braginski tərəfindən 1934-cü ildə çəkilmişdir. Azdövlətkinosənayedə istehsal edilmişdir. Film Azərbaycan milli incəsənətinin inkişafından, təbliğindən və incəsənət ustalarının xalqa xidmətindən bəhs edir.
Quick facts: Azərbaycan incəsənəti, Janr, Rejissor, Bəstək. ▼
Azərbaycan incəsənəti | |
---|---|
Azərbaycan incəsənəti | |
Janr | sənədli qısametrajlı |
Rejissor | Qriqori Braginski |
Bəstəkar | Müslüm Maqomayev |
İstehsalçı | Azdövlətkinosənaye |
İlk baxış tarixi | 1934 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
İl | 1934 |
Texniki məlumatlar | 4 hissə 1004 |
Rəng | ağ-qara |
Close ▲
Похожие статьи
-
Azərbaycan mədəniyyəti və incəsənəti
Azərbaycan mədəniyyəti və incəsənəti AMEA Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan haqqında Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan…
-
Azərbaycan xalq musiqisinin əsasları
Azərbaycan xalq musiqisinin əsasları НЕКОТОРЫЕ НАПРАВЛЕНИЯ ИССЛЕДОВАНИЙ АКУСТИЧЕСКИХ СВОЙСТВ АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ МУЗЫКИ Üzeyir Hacıbəyov — müasir…
-
Azərbaycan haqqında bilmədiyiniz maraqlı faktlar “Ucuz ətin şorbası olmaz”, “Mərifət bazarda satılmır”, “Qaş qayırdığı yerdə gözü də çıxartdı” kimi…
-
AZƏRBAYCAN MUZEYLƏRİ – katib Azərbaycan incəsənəti Azərbaycanda e.ə. müxtəlif binalar mövcud olmuşdur. Qəbələ şəhərində inşa edilmiş Dəyirmi Qala, Qax…
-
Azərbaycan muğamları 1970-ci illərin əvvəllərində SSRİ-də UNESCO-nun himayəsi altında keçirilən ənənəvi musiqinin beynəlxalq festivalları Qərb üçün Sovet…
Comments are closed, but trackbacks and pingbacks are open.