Press "Enter" to skip to content

Cəfər quluzadə astronomiya

-Yəqin, elmi maarifləndirmənin yetəri qədər aparılmaması da marağın kəsin azalmasında öz təsirini göstərir.

“Kainatda elə dünyalar var ki, ordakılar bizə “qarışqa” kimi baxırlar” — Azərbaycanlı alim

Demokrat.az xəbər verir ki, bu sözlər Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadəyə aiddir.

TƏQDİMAT: Cəfər Quluzadə 1961-ci ildə Leninqrad Dövlət Universitetindən məzun olub. 1966-ci ildə Astrofizika ixtisası üzrə aspiranturanı bitirib və namizədlik dissertasiyasını müdafiə edib.

1997-ci ildən Astrofizika kafedrasında müdir vəzifəsində çalışır. Avropa Astronomiya Cəmiyyətinin üzvüdür.

AzEdu.az Cəfər Quluzadə ilə müsahibəni təqdim edir:

-Kainatın yaranma prosesi “Böyük partlayış” nəzəriyyəsi ilə izah olunur. Amma kainatın formalaşmasının ilkin anı hələ də elm üçün müəmmadır. Fikrinizcə, yaranma prosesinə təkan verən əsas qüvvə nədir?

-Bu, çox mürəkkəb məsələdir. Əvvəllər hesab edirdilər ki, bütün göy cisimləri ulduz və qalaktikalar hamısı bir vaxtda yaranıb. Kainat toz və qazlarla dolu olub. Qazla tozun içərisində hərəkət edən kiçik hissəciklər yanındakıları yığa-yığa göy cisimlərini əmələ gətirib.

Bu, əvvəlki konsepsiyadır. Son zamanlar “Böyük partlayış” ideyası ortaya çıxıb. Bunların heç biri nəzəriyyə deyil, fərziyyədir. Kainat əvvəldən çox sıx bir maddədə cəmləşib və partlayış olub. Bununla da göy cisimləri əmələ gəlib. İlkin vəziyyəti təyin etmək isə mümkün deyil. Lakin hadisələrin sonrakı inkişafını izah edə bilirik. İlahiyyatçılar güman edirlər ki, hər şeyi Allah yaradıb və təkanverici əsas qüvvə odur. Elm isə başqa cür izah edir. Qeyd etdiyim konsepsiyalar nəticəsində dünya yaranıb və inkişaf edir. Bu gün də yeni ulduzlar öz-özünə əmələ gəlir. Ulduzlar da insan kimi yaşayır, inkişaf edir, müəyyən mərhələyə çatır. Sonra yavaş-yavaş məhv olmağa başlayırlar.

Bütün proseslər çox yavaş gedir. Bu prosesləri izləməyə insan ömrü yetməz. Təsəvvür edin, milyon yaşı olan ulduzlara cavan ulduzlar deyirik. Onların yaşları milyard illərlə ölçülür. Ulduzlarda müəyyən müddətdən sonra dayanıqsızlıq əmələ gəlir və onlar üst qatını saxlaya bilmir. Nəticədə ulduzlardan böyük bir maddə qopub kainata səpələnir.

Ulduz partlayanda həcmi böyüyür və parlaqlığı kəskin artır. Ulduzu tarazlıqda saxlayan 2 qüvvə var: Cazibə qüvvəsi onu sıxmağa, təzyiq qüvvələri isə genişləndirməyə çalışır. Bu iki qüvvə bir-birinə bərabər olanda ulduz tarazlıqda qalır. Cazibə qüvvəsi üstünlük təşkil edərsə, ulduz bərk sıxılır. Bərk sıxılanda temperatur artır. Sıxılıb-genişlənmələr nəticəsində ulduz hər dəfə müəyyən qatını atır. Elə bir an gəlir ki, ulduzun ölçüləri azalır və qravitasiya çoxalır. Qravitasiya sahəsi o qədər böyük olur ki, ulduzdan kvantlar çıxa bilmir. Ulduzu niyə görürük? Çünki ondan işıq kvantları çıxır. Qravitasiya sahəsi çox böyük olsa, kvantlar çıxa bilmir. Beləliklə, ulduz daha görünmür və buna elmdə qara dəlik deyirik. Qara dəliyi yalnız qonşu ulduzlara təsirinə görə hiss etmək olar.

-Dünya alimlərinin qənaətinə görə, kainat təcillə genişlənməkdə davam edir. Bu genişlənmə nə zamansa zəifləyə və sıxılma ilə əvəz oluna bilərmi?

-Kainatın genişlənməsi fikirləriylə razı deyiləm. Mənim şəxsi konsepsiyama görə, kainat genişlənmir. Amma bütün dünya bunun əksini söyləyir. Dopler effektinə görə, şüalanmanın mənbəyi bizdən uzaqlaşırsa, onun verdiyi xətlər spektrın qırmızı ucuna, yaxınlaşırsa, bənövşəyi ucuna sürüşür. Əksəriyyətinin xətləri qırmızı tərəfə sürüşür. Hesab edirlər ki, kainat genişlənir.

Ulduz uzaq olduqca daha böyük sürətlə hərəkət edir. Niyə? Sualın cavabını izah eləmək mümkün olmur. Bunu kvantların qocalması ilə izah edirəm. Onda müəyyən dərəcədə nəticəyə varmaq olar. Təbii, bu, şəxsi fikrimdir. Ola bilər ki, doğru olmasın.

-Başda Stiven Hokinq olmaqla, bir çox alim paralel dünyaların mövcudluğunu fərz etsələr də, bunun əksini söyləyənlər heç də az deyil. Sizcə, bu fərziyyələrdə hansı tərəf haqlıdır?

-Həyatda hər şey cüt yaranıb. İnsan da cüt yaranır. Ona görə hesab edirlər ki, anti-dünya da var. Anti-dünya nədir? Bu barədə heç nə bilmirik. Kainatda sirli məsələlər həddən artıq çoxdur. Zərrəciklər varsa, anti-zərrəciklər də mövcuddur. Eyniylə, dünya varsa, anti-dünya da var.

“Nyuton yaradıcı qüvvəyə inanıb və ibadət edib”

-Qeyd etdiniz ki, ilahiyyatçılar kainatın yaranmasını dinlə əlaqələndirirlər. Amma reallıq budur ki, dünyanın ən məşhur astrofizikləri də yaradıcı qüvvənin varlığına inanıb, bəzən də ibadət edirdilər..

-Bəli, böyük alimlər də buna inanıblar. Nyuton çox böyük alim olub. Fizika sahəsində o zirvəyə çatan olmayıb və olmayacaq. Nyuton da yaradıcı qüvvəyə inanıb və ibadət edib. Ancaq dünyanın çox sirlərini də məhz Nyuton açıb. Fəsillərin, gecə-gündüzün əmələ gəlməsini o izah edib. Ümumdünya cazibə qanunu bu dəqiqə bütün dünyanı idarə edir. Mexanikanın 3 qanunu var ki, istənilən avtomobil bu qayda ilə idarə olunur. Bu inam onun öz fikridir. Mən şəxsən inanmıram.

Universiteti Rusiyada bitirmişəm. İlkin təlimimiz dialektika, materiya olub. O zamandan bu fikir məndə qalıb. Allahın hər şeyi yaratdığını hesab etmirəm. Biri oğurluq edir, deyirlər Allahın işidir. Kim nə edirsə, Allaha bağlayır. Mən bu fikirlərlə razılaşmıram.

-Belə çıxır ki, cəmiyyətin böyük kəsiminin dini düşüncələri sizə görə utopiyadan başqa bir şey deyil.

– Mən bizdəki fikirlərin çoxu ilə razı deyiləm. Hamısı uydurmalardır.

Qurani-Kərimdə də qeyri-adi bir şey yoxdur. Quran sanki o dövrün konstitutsiyasıdır. Xristianların da müqəddəs kitabını oxumuşam. Bütün dinlərdə eyni şeyi yazırlar. Pis yola getmə, oğurluq eləmə. İnsanlar öləndə Yasin sürəsi oxunur. Halbuki orda ölüdən söhbət belə getmir. İslam dininə görə, Quran təkcə yas yerində oxunmalı deyil. Bizdə isə ancaq hüzrlərdə oxuyurlar. Üstəlik, Yasin oxumağın ölüyə xeyir olduğunu deyirlər. Heç bir xeyri yoxdur. Heç ölünün oxunulanlardan xəbəri də olmur.

-Anladığım qədərilə materialistsiniz. Lakin materializmin özünü doğrultmadığına dair kifayət qədər iddialar səsləndirilir..

-Bəli, materialistəm! Kommunizmdə materializmlə bağlı uydurmalar var idi. Lakin bunların heç biri doğru deyil. İdealist fikirləri müdafiə edə bilmərəm.

“Kainatda həyat bir bizim planetdə deyil, çox yerdə mövcuddur”

-NASA-nın hazırda əsas hədəfi Marsdır. Bu planetdə insan koloniyası qurmaq planlaşdırılır. Lakin professor Namiq Cəlilovun fikrincə, bundan sonra Marsda həyatın yaranmağı mümkünsüzdür.

– Bu suala cavab vermək çox çətindir. Elə canlılar var ki, min dərəcə temperaturda da ölmürlər. Həyatın varlığı orda yalnız insan yaşamalıdır anlamına gəlmir. Kainatda elə paralel dünyalar var ki, orda yaşayanlar bizə ibtidai canlılar kimi baxırlar. Eyniylə biz qarışqaya baxan kimi. Kainatda həyat bircə Yerdə ola bilməz. Yoxsa idealizmə gəlib çıxmış olarıq. NASA tərəfindən çoxlu sayda başqa ulduzlar, planetlər kəşf olunub. Onların bəzilərində fiziki şərait tam öyrənilməyib. Lakin Mars həyatın mövcud olması üçün fiziki şəraitinə görə ən uyğun yerdir. Merkuri və Venerada temperatur çox yüksəkdir. Digər planetlər isə buzdan ibarətdir. Marsda öncələr həyatın mövcud olması artıq sübut olunub. Orda ibtidai şəkildə də olsa, bitki var.

-Amma Marsın maqnitsferası olduqca zərər görüb və atmosfer qatı çox incədir. Bu planetdə həyat üçün ilkin şərt hesab olunan maqnitsferanın yenidən meydana gəlməsi nə dərəcədə realdır?

– Yerin atmosferi, həm də qoruyucu təbəqədir. Atmosfer olmasa, heç bir canlı yaşaya bilməz. Yerin qoruyucu təbəqəsi Günəşdən gələn təhlükəli zərrəcikləri dünyaya buraxmır. Bəzən bu zərrəciklər qütb bölgələrindən Yerə daxil olurlar. Ona görə qütb parıltıları meydana gəlir. O planetin ki maqnitsferası yoxdur, orada hər hansı canlının yaşaması mümkün deyil. Bundan sonra da bu qoruyucu təbəqə yarana bilməz.

NASA Marsa insan göndərməyə hazırlaşır. Ən azından gedib- görüb, geri qayıdacaqlar.

“Bir layihəmə Amerikadan qrant təklif etdilər”

– Bugünün özündə də dünyanı düşündürən əsas məsələ Neil Armstronqun doğurdan da Aya gedib-getməməsiylə bağlıdır. Astrofizik alim kimi bu məsələdə siz nə düşünürsünüz?

-Əlbəttə ki, gediblər. Bu qədər yalan olmaz. Bəzən müəyyən uydurmalar danışırlar. Deyirlər, Armstronq azanı dinləyərək deyib ki, mən Ayda bu səsi eşitmişdim. Ayda səs ola bilməz! Səs atmosferdə yaranır. Daha bir uydurma isə Amerikanın bayrağının Ayda yellənməsi ilə bağlıdır. Orada bayraq yellənə bilməz! Bayrağı yellədəcək hava Ayda mövcud deyil! Bütün bu uydurmalar insanları elmdən uzaqlaşdırır.

-Zaman-zaman NASA-nın özünün də gizli məqsədlər xatirinə bu cür utopiyaları məqsədli şəkildə yaydığı bildirilir.

– Kosmik gündəmi daim izləyirəm. Hər şey göz qabağındadır. Edilən işlərin də hamısının dəlili var. İndiki dövrdə hər şey var-dövlətə bağlıdır. Amerikanın imkanı var ki, elmə bu qədər xərc qoysun. Məhz bu xərclərin nəticəsində belə kəşflər edilir. Biz isə alimə 1 həftəlik məzuniyyət verə bilmirik.

Amerikadan Bakıya azərbaycanlı professor gəlmişdi. Deyir, bizi məcbur edirlər ki, məzuniyyətə çıx, get, dünyanı gəz. Amerikadan neçə qurumdan mənə məktub gəlib. Bir elmi işimə görə məni oraya dəvət etdilər. Layihəyə qrant həsr etdilər və özümün də gəlməyimi istədilər. Buna imkanımın olmadığını yazdım. 1 həftədən sonra bütün xərclərinizi yüksək səviyyədə ödəyəcəyik deyə mail aldım. Ancaq yenə gedə bilmədim. Səhhətim uyğun deyil. Yaşım da çoxdur. Amerikaya getmək üçün16 saat uçmaq lazımdır. Mən bu yaşda ona dözə bilmərəm.

“Atmosfer bu qədər çirklənməyə davam eləsə, Şimal Buzlu okean əriyəcək və bütün dünyanı su basacaq”

– Alimlərin bütün xəbərdarlıqlarına baxmayaraq, atmosferdə çirklənmənin miqdarı sürətlə artır. Üstəlik, bir gün Günəşin tamamilə sönəcəyi də dəqiqdir. Bütün bunların fonunda gələcək dünyada bizi nələr gözləyir?

-Bizi insanlığın çox böyük təhlükələri gözləyir. Belə getsə, 5 min ildən sonra Yer qaynar ulduz kimi işıq şüalandıracaq. Temperatur 500 dərəcəyə qalxacaq. Bütün canlılar məhv olacaq. Bu, labüddür. Günəşin də sonu var. Elə bir fəlakət ola bilər ki, Yer tamamilə əriyib yoxa çıxar.

Bunlar olmasa belə, Yerdə bu gün qlobal istiləşmə prosesi gedir. Atmosfer bu qədər çirklənməyə davam eləsə, Şimal Buzlu okean əriyəcək və bütün dünyanı su basacaq. Bu hadisələr gözləniləndir. Günəşdə hazırda da nüvə reaksiyaları gedir. Yüksəkenerjili zərrəciklər çıxır və kainata yayılır. Bunlar olmasa belə, birbaşa insanların səbəb olduğu problemlər dünyamızı məhvə aparacaq.

-Cəfər müəllim, bir az da işin təhsil istiqamətinə yönələk. Tələbələrimizin astrofizikaya marağı necədir?

-Elmə maraq kəskin azalıb. Biz tələbə olan vaxtı auditoriyada 50 nəfərdən cəmi 3-5-i qız olardısa, indi 80 nəfər arasında bir oğlan belə tapılmır. Oğlanlar elmə gəlmirlər. Çünki elm insanları “yedizdirmir”. Oğlan alimlikdən qazandığı pulla ailə saxlaya bilməz.

Magistraturada da vəziyyət eynidir. Qızların xətrinə dəymək istəmirəm. Ancaq elmi inkişaf etdirən əsasən, kişilər olub. Qadın alimlərin sayı nisbətən azdır. Belə getsə, 20-30 ildən sonra dərs demək üçün xaricdən alim çağıracaqlar. Burda işləyən professorların 99%-i Rusiyada, Ukraynada təhsil alanlardır. 20 il bundan əvvəl məşhur alimlərimiz var idi. Bəhram Əsgərov, Zahid Xəlilov, Mirabbas Qasımov və s. İndi bu cür alimlərimiz yoxdur. Uşaqlarda da səviyyə kəskin aşağı düşüb. 50 ildən çoxdur, mühazirə oxuyuram. 10-20 il bundan qabaq auditoriyaya daxil olanda ehtiyat edirdim ki, birdən tələbənin verdiyi sualı cavablaya bilmərəm. Məcbur idim, bir xeyli izahlar axtarıb tapım. İndi nə deyirsən de, qəbuldur. İndiki tələbəyə “pambıq qaradır” desən, elə də qəbul edəcək. Boloniya sistemi bizə uyğun deyil. Bizim xalq bu sistem üçün yetişməyib. Birdən-birə I mərtəbədən X mərtəbəyə çıxmaq olmaz.

Mən universitetə daxil olanda (1955-ci il) bir dənə də olsun Azərbaycan dilində dərslik yox idi. İndi elə 10-dan çox dərsliyi mən yazmışam. Bütün universitetlərdə bu dərsliklərdən istifadə olunur. Ancaq təəssüf ki, oxuyan yoxdur.

“Bu gün Yerin, ulduzun nə olduğunu bilməyən elmlər doktoru var”

-Yəqin, elmi maarifləndirmənin yetəri qədər aparılmaması da marağın kəsin azalmasında öz təsirini göstərir.

– TV və radiolarda səhərdən axşama qədər vur-çatlasındı. Baxın görün, elmdən bircə kəlmə verirlərmi?

İnsanlarda elmə marağı oyatmaq lazımdır. Neçə il bundan əvvəl TV-lərə müraciət elədim ki, razıyam, pulsuz, heç olmasa həftədə bir dəfə “İnsan və kainat” adlı elmi veriliş aparaq. Bu gün Yerin, ulduzun nə olduğunu bilməyən elmlər doktoru var. Hansı ki, planetlə ulduzu bir-birindən seçə bilmir.

Bu sahədə maarifləndirmə işləri aparılmır. Gənclərdən soruşsanız, Üzeyir Hacıbəyovu tanımayacaqlar. Amma Mozanbikdə filan müğənninin neçənci dəfə ailə həyatı qurması hamının marağındadır.

O gün TV-də süjet verirlər ki, Tacir Şahmalıoğlu 54 yaşında ata olub. Üstəlik, doğum evini də göstərirlər. Axı bu informasiya mənim nəyimə lazımdır?! Fikir verin, hər hansı dahimiz haqqında efirlərdə bir süjet gedirmi?! Halbuki bizim çox böyük alimlərimiz olub. Amma səhərdən axşama qədər müğənnilərin ad günlərini qeyd edirlər.

Bir gün bir verilişdə elə informasiya eşitdim ki, ayağımın altından yer qaçdı. Məlumatda deyilirdi ki, Yer Günəşin ətrafında fırlanmır. Yer Günəşə yaxınlaşanda yay, uzaqlaşanda qış olur. Kanala zəng edib biabır etdim! Buna dünya baxır. Belə səhvlərə yol vermək olmaz! İl ərzində TV-lərdə 28 elmi səhv tapıb qeyd etdim. Bunu onlara bildirsəm də, heç reaksiya verən də olmadı.

Cəfər quluzadə astronomiya

Əvvəla yazıya başlamamışdan əvvəl onu xüsusi ilə qeyd etmək istərdim ki, son zamanlar nədənsə müsəlman təbəqənin, dini inanclı şəxslərin əleyhinə bir sıra yazılar artır və sürətlə yayılmağa başlayır. Amma bu yazıların cavabları və ya başqa, dini inancın əsaslarına həsr olunmuş yazılar, elmi araşdırmalar bir o qədər yayılmır, populyarlaşmır. Bəlkə də subyektiv və obyektiv səbəblər var, nə isə bununla işim yoxdur. Bu müsahibədən əvvəl bu tip yazılar və müsahibələr olmuşdur, amma bu müsahibəni çox adamın paylaşmasına və verilən primitiv cavabların çox insan tərəfindən yüksəkdəyərli fikir kimi qəbul olunmasına görə düşündüm bu müsahibədə olan bəzi fikirlərə aydınlıq gətirilsin…

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadəni salamlayıram. Cəfər müəllimin müsahibəsinin əvvəlindəki elmi izahlar və cavablar bir çox məsələlərdən bizi agah edir. Qalaktikanın genişlənməsi haqqında olan fərziyələrə çox gözəl izah verməsi və bu izah üçün qurduğu cümlələr, həqiqəti ifadə etməsi məni sevindirdi. Hətta deyərdim ki, müsahibənin ortasına qədər niyə görə başlığı belə qoyublar? Axı Cəfər müəllim dinin, Quranın əleyhinə nə dedi ki? – fikri beynimdə dolaşırdı. Qalaktikaların daim genişlənməkdə olmasından (səhv etmirəmsə Qurani-Kərim də buna işarə edir) danışması, səsləndirilən fərziləri şərh etməsi gözəl idi. Müsahibənin əvvəlində səsləndirilən nizam və nizamsızlıq məsələsinə gəlincə isə nizamlılıq yalnız nəyinsə olduğu yerdə olmağı demək deyil. Nizamsızlıq adlandırdığımız nə isə də özünə məxsus nizamlılığa malik ola bilər. Eyni zamanda nizamlı bir sistem səbəb-nəticə qanunlarına da tabedirsə, səbəb-nəticə qanununa əsasən hansısa nizamsızlıq mümkün ola bilər. Və ya ola bilər ki, bizim üçün nizamsızlıq görünən bir şey əslində bir nizamlı qanunauyğunluğa tabedir. Siz ədədi və ya həndəsi silsiləyə nəzər salsaz nələri ifadə etməyə çalışdığımı anlaya bilərsiz. Zaman var idi ki, bir sıra elmi nailiyyətlərdən əvvəl, elmi nailiyyət predmeti qəribə qarşılanır, mövcudluğuna şübhə olunur, müəyyən nizama malik olmasına, qanunauyğunluğa tabe olmasına baxmayaraq ( biz bundan hələki bixəbər olduğumuz üçün) onu nizamsız və ya heçbir qanunauyğunluğa tabe olmamağını iddia edirdik və s. Digər tərəfdən elm hərşeyin sirrini tam aşkara çıxarmış deyil. Nə indi, nə yüz illər əvvəl, nə də min illər əvvəl. Heç yaxın illərdə də elmin hərşeyi izah edə biləcək gücə gəlməsinə inanmıram… Bunu Cəfər müəllim də bilir ki, müsahibəsində bunu açıq-aydın ifadə edir. İcazənizlə müsahibədən bəzi fikilərə baxaq:

“İnsan zəkası kainatı müəyyən sərhədə qədər dərk edə bilir. Məsələn, biz sonsuzluq deyirik. Bəs sonsuzluq nədir?! Qeyri-müəyyənlik… Biz dünyanı, materiyanı müəyyən yerə qədər anlaya bilirik. Elm belədir ki, daim inkişafdadır. Dünən bilmədiyimiz bəzi məsələləri bu gün izah edə bilirik. Ancaq bütün məsələləri izah etmək qeyri-mümkündür.“ “……. Elmin inkişafı ilə əlaqədar sabah başqa nəzəriyyələr, fərziyyələr də meydana gələ bilər. ….. “ “ …… Houkinqin son fikirlərinə görə, qara dəlik alternativ kainata yoldur. Bu isə fərziyyədir. Alimlər yavaş-yavaş hər şeyi izah etməyə çalışırlar. Amma ilkin təkanı dəqiq deyə bilmirlər. Yəni, ilk başlanğıcın necə olmasını bilmirik. …… “

Cəfər müəllimin bu kimi fikirlərini rəhbər tutaraq və özünün ifadə etdiyi kimi demək olar ki, elm hələ nələrinsə sirrini yavaş-yavaş açmağa çalışır, bunun üçün səy göstərir, təcrübələr keçirir. Amma bu o demək deyil ki, hələ elmin sübut etmək üçün gücü çatmadığı nəsə reallıq deyil, elmə ziddir. Bu absurt yanaşmadır. Bir şey elmi cəhətdən izah oluna bilməyibsə, bu o demək deyil ki, illər sonra ( hətta yüz illiklərdə ola bilər) bu elmi nailiyyət kimi, təsdiqlənmiş nəzəriyyə qismində bizə təqdim olunmayacaq…

İkinci ən əsas məsələ hansısa elmi nəzəriyyələr, fərziyyələr də yanlış ola bilər. Bir nəzəriyyənin və ya fərziyyənin irəli sürülməsi və arqumentlərlə əsaslandırılması o demək deyil ki, o nəzəriyyə 100% düzdür. Bir müddət sonra onun ziddi olan və daha güclü arqumentlərə və əsaslandırmalara malik nəzəriyyə gələr və onu alt-üst edər. Necə ki, Cəfər müəllim u hadisəyə öz müsahibəsində bilərəkdən və ya bilməyərəkdən toxunub:

Əvvəllər belə bir fikirlər var idi ki, kainat yarananda toz və qazla dolu olub. Və qazla tozun içərisində hərəkət edən kiçik hissəciklər yanındakıları yığa-yığa gedib, sonra göy cisimləri yaranıb. Bu, nəzəriyyə yox, fərziyyədir. Uzun müddət yaranmanı bu mexanizmlə izah edirdilər. Sonralar yeni nəzəriyyə ortaya çıxdı. Bildirildi ki, kainat əvvəldən çox sıx bir maddədə cəmləşib və böyük partlayış olub. Bununla da göy cisimləri əmələ gəlib. Bu da sübut olunmamış bir nəzəriyyədir. Ancaq bəzi şeyləri izah etmək olur. Dünyanın quruluşu haqqında əvvəllər Ptolomey nəzəriyyəsi var idi. O səhv idi, amma çox şeyi izah edə bilirdi. Ona görə də, o təlim 15 əsr yaşadı. Sonra isə elmin inkişafı nəticəsində aydın oldu ki, Ptolomeyin təlimi bəzi şeyləri izah edə bilmir.

Bu təlimdə deyilirdi ki, filan zaman Günəş tutulması olacaq. Amma əslində ümumi nəzəriyyə olaraq səhv idi. Buna baxmayaraq, burada daxili dəqiqlik o qədər böyük idi ki, səhv də olsa, çox hadisələri izah edirdi. İndi heliosentrizm nəzəriyyəsi var. Yəni Günəş sisteminin mərkəzində Günəş durur. Elmin inkişafı ilə əlaqədar sabah başqa nəzəriyyələr, fərziyyələr də meydana gələ bilər. ….. “

Yəni ki, hər mövcud olan nəzəriyyə və fərziyyə doğrudur deyilə bilməz.

Müsahibədə verilən suallardan biri:

– Elm ilk anı araşdırmağa çalışır. Din adamları isə ən yaxşı halda sadəyə qaçaraq, ilk təkanın ali bir şüur – Allah tərəfindən olduğunu deyir. Elə dinlər də ilk təkanın uca bir varlığın iradəsi ilə baş verdiyini vurğulayır. Siz də belə düşünürsünüz?

Suala fikir versəniz sanki, insanlar iki cəbhəyə ayrılır. Elm adamları və din adamları.

Din elmə qarşı deyil, əksinə öz müqəddəs təlimlərində elmin inkişafının tərəfdarı olmuşdur. Çünki, din adamları bilir ki, düzgün elmi nailiyyətlər sonda insanı məhz həqiqətlərə aparacaqdır. Amma bizlər çox vaxt, müəyyən vaxtlarda hər elmi nəzəriyyə adı ilə bizə təqdim olunan, adında elm olan hərşeyi qəbul elədik. Adicə evimiz üçün qida alanda yaxşısnı seçirik, kənarı gözəl bəzədilmiş, amma içi zay olan məhsulu almırıq, uzağı aldanıb bir-iki dəfə alarıq. Kaş Zehni qidamıza – elmə də bu qədər həssaslıqla yanaşardıq. Din ilk anı nəinki araşdırır, nəinki öz din alimlərinə müxtəlif sahələrdə ixtisaslaşıb, sirrlər açmağa şövq edir, eyni zamanda ilk an sirrlərinin, təbiətdə, elmdə olan bir sıra sirrlərin aşkarlanmasına gedilən yollarda verir. Bunu hər zaman missal çəkirəm. Əgər insanlar İmam Əli(ə)-nin hədisindəki, “Fəratdan (çaydan, sudan) evlərinizə nur (işıq) çəkərdim” hissəsinin üstündə dayanıb, düşünüb, bunun mümkünlüyü haqqında düşünsəydilər, yollarını tapmağa çalışsaydılar, onlar elmi nailiyyətlərdə çox üstünlüklər əldə edərdilər. Bu elmə aid olan bəlkə də minlərlər hədislərdən biri idi… Biz dini, Allahı elə şəkildə istəyirik ki, nə istədik o bizə dərhal versin, bütün sirrləri bizə aşkar eləsin, özü də onun istədiyi kimi olmadığımız və onun dediklərini etmədiyimiz halda…

İndi isə Cəfər müəllimin cavabına nəzər salaq:

“….. Dünyanı idarə edən qüvvə ümumdünya cazibə qüvvəsidir. Bununla çox şeyi izah etmək olar. Fərz edək ki, dinlərin dediyi kimi kainatı Allah yaradıb. O zaman sual olunur: bəs Allahı kim yaradıb? İlkin təkan məsələsinə görə haqlı olaraq bu sual yaranır. Bütün hər şey, o cümlədən kainat da təsadüfən yaranıb. Burada yaradıcı axtarmağa ehtiyac yoxdur. “

Əgər biz hörmətli Cəfər müəllimimizə desək ki, Allahı “X” yaradıb, deyəcək bəs “X”-ı kim yaradıb? Deyəcik “Y”, deyəcək bəs “Y”-i? bu da olur sonsuzluq və ya Cəfər müəllimin öz ifadəsi ilə desək, “… biz sonsuzluq deyirik. Bəs sonsuzluq nədir?! Qeyri-müəyyənlik… Biz dünyanı, materiyanı müəyyən yerə qədər anlaya bilirik…” – deyirdi Cəfər müəllim. İkinci bir tərəfdən Allahın özünün yaradılmağa ehtiyacı olsa, o özü Allah anlayışının ifadə etdiyi mənadan uzaq düşmüş olmurmu?

Cəfər müəllim bu sualın yaranması səbəbini “İlkin təkan məsələsinə görə haqlı olaraq b usual yaranır.” Deyirsə bəs ilkin təkan məsələsi özü Allahdırsa, onunda ilkin təkana ehtiyacı varmı? Daha asan ifadə etsək, ilkin təkanı tapandan sonar, bəs bu ilkin təkanı hansı ilkin təkan yaradıb sualını vermək nə qədər məntiqə uyğundur?

Hörmətli Cəfər müəllim, “Bütün hər şey, o cümlədən kainat da təsadüfən yaranıb. Burada yaradıcı axtarmağa ehtiyac yoxdur.” – deyir. “Yaradıcı” sözünü, “ilkin təkan” sözü ilə əvəz etsək eyni məna gəlməzmi? Onda belə çıxır ki, siz hər şeyin təsadüfən yarandığını qəbul edirsiz və burda “ilkin təkanı” axtarmağa ehtiyac görmürsüz? Bəlkə bizim yaradıcı dediyimiz məfhuma siz “İlkin təkan” adını verib axtarışına çıxmısınız?

– Ümumiyyətlə, çox eşidirik ki, materializm özünü doğrultmadığına görə, tarixin arxivinə gömülüb. Siz isə hələ də materializmi müdafiə edirsiniz.

Materializm bu gün də yaşayır. Həmişə də yaşayacaq. Materializm olanı deyir. İdealizm deyir ki, mən bunu görürəmsə, deməli həmin cisim var. Materializm isə deyir ki, mən bunu görsəm də, görməsəm də, o var. Düz deyir. Yəni mən koramsa, o cisim yoxdur?!

Müsahibədən növbəti hissə. Yenə də yanlış dəyərləndirmə. İdealizm və materializmin müqayisəsindən elə başa düşülür ki, sanki idealism ancaq gözlə görünənlərə inanır. Təbii ki, bu iddia kökündən yanlışdır. Bəs idealism necə iddia edir ki, onun Allahı gözlə görünmür? O, gözü ilə görmədiyi Allaha necə inanır bəs? Düşünürəm ki, Cəfər müəllim özü bilmədən də, bəzi şeyləri öz müsahibəsində aşkar edir J

Baxın materialistlərlə idealistlərin ən böyük fərqi ondadır ki, materialistlər bunu mənə elm göstərməyib hələ deyir, idealistlər isə elm bunu mənə hələ göstərə bilmirsə, bu o deməkdir ki, o həqiqətdə mövcud deyil və ya yoxdur? Necə ki, “Yəni mən koramsa, o cisim yoxdur?!”

“Çox qəribədir. Biz Quranı oxuyuruq. Orada yazılır ki, İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə aparır. Amma Tövratda yazılır ki, İshaqı aparır. O da, bu da Allahın kitabı adlandırılır. İndi hansına inanaq?

Digər tərəfdən Quranın axırıncı ilahi kitab olduğunu deyirlər. Həm də Məhəmməd peyğəmbərin axırıncı peyğəmbər olduğunu. Mən buna da inanmıram. Hesab edirəm ki, dünya inkişaf etdikcə, dövr dəyişdikcə, başqa bir dinə də ehtiyac yaranacaq. İslam dininə niyə ehtiyac yaranmışdı? Çünki ərəb cəmiyyətində çox böyük problemlər var idi. “

Müsahibənin bu hissəsini qısaca bu fikri yazmaq istərdim ki, Qurani-Kərim yalnız problemlər oldu deyə gəlmədi, eyni zamanda Allahın kitabına ( Tövrat, İncil) insanlar əl uzatdı deyə gəldi. Hesab edirsiz ki, dünya inkişaf etdikcə başqa dinə ehtiyac yaranacaq. Bunu necə deyə bilirsiz? Axı siz materialistsiz və dinləri doğru hesab etmirsiz. Yenə dinə ehtiyac duymaq, yeni şəxsin gəlişinə ehtiyac duymaq idealist düşüncələrə xas bir xüsusiyyət deyilmi? əgər Quranı oxumusuzsa orda Allahın Quranla və dinin sonuncu olmağı ilə bağlı işarələri də görmüsüz demək ki…

Quran da meydana gələn dövrdə müəyyən elmi fikirlər var idi. Qurandakı bəzi şeylər də özündən əvvəlki elmi biliklərdən əxz olunanlardır. Çox eşidirik ki, Quran Allah tərəfindən göndərilmiş müqəddəs bir kitabdır. Amma mən hesab edirəm ki, Quran Məhəmməd peyğəmbərin ağlının, zəkasının məhsuludur. Məhəmməd peyğəmbərin beyninə qeyri-adi fikirlər gəlirdi. O isə elə bilirdi ki, bu, ilahidən belə deyilir. Bir sözlə, həqiqətən də qeyri-adi, istedadlı adamlar var. Mənim özümdə də bir qabiliyyət var.

Gələk müsahibənin bu hissəsinə. Əgər tarixi dəlillər, sənədlər Peyğəmbərin(s) oxuyub – yazmaq belə bilmədiyini sübut etməsəydi, deyərdik ki, əslində Peyğəmbərimiz(s) alim, elm adamı olub və bildiklərini bir kitaba yığıb və insanlara din adı ilə təqdim edib. Təbii ki, öz düşüncələri bu qədər həqiqətləri əks elətdirə bilməz. əgər dedikləri İlahi bir nurun əksi olmasa… O ki, qaldı Quranda olan bəzi məlumatların ondan əvvəldə mövcudluğuna, haqq haqqdır onun haqq vasitə ilə təkrar çatdırılması, mövcud vasitənin haqqlığını, mötəbərliyini, Allah kitabı olduğunu qüvvədən salmır.
Quran Məhəmməd peyğəmbərin ağlının, zəkasının məhsuludur. Məhəmməd peyğəmbərin beyninə qeyri-adi fikirlər gəlirdi. O isə elə bilirdi ki, bu, ilahidən belə deyilir. Bir sözlə, həqiqətən də qeyri-adi, istedadlı adamlar var . – Bu hissəyə gəldikdə əgər elədirsə niyə görə istetdadlı şəxsin sözlərini dinləməməliyik? İddia hissəsinə gəldikdə isə elm insanı söylədiyi hər bir hissəsini elmi dəlillərlə sübut etməyi bacarmalıdır. Biz Cəfər müəllimdən iddiasını əsaslandırmasını istərdik…

Müsahibənin sonlarına yaxın isə yuxularından danışır Cəfər müəllim və müsahib bu yuxuların mənbəsi haqqında sual ünvanlayır…

– Maraqlıdır. Bəs bu informasiya sizə hardan verilir? Kainatın özündən?

– Hesab edirəm ki, kainatdan. Kainatda sonsuz sayda dalğalar var. Biz o dalğaların müəyyənlərini qəbul edə bilirik. O dalğalar müəyyən formada gəlib beynə çatanda beyində qıcıqlanmanı yaradır, insanda fikirlər oyanır.

Bir dostumuz var idi. Deyirdi ki, həqiqətə nə ad verirsən ver o öz mahiyyətini, kimliyini itirmir. Biz bəzən eyni həqiqətdən danışarıq, amma başqa adlarla, başqa xüsusiyyətləri ilə… Kainat. Olsun Kainat J Dalğanın insan beynində qıcıqlanma yaratması, qıcıqlanma nəticəsində impulslar və s. və s. Bəs nətəri oluree, neçə km-lər oyana olan biriləri haqqında bizə məlumatının ötürülməsi? Hələ çooox düşünülməli, araşdırılmalıdır bu məsələlər üstündə, Cəfər müəllim J

Cəfər müəllim sonda işlədilən bəzi fikirləri ilə məndə razıyam. Bizdə alimlərə dəyər vermək çox aşağıdır və düşünürəm ki, dinlə yanaşı elmdə tədris olunmalıdır və əlavə edirəm ki elmlə yanaşı dində tədris olunmalıdır… Din elmə mane deyil, Cəfər müəllim. Din elm adı ilə sırıdılmağa çalışılan elmi xurafatlara qarşıdır. Xurafatlar yalnız dində olmur, elmdə də olur.. Elmin xurafatı, yanlış fərziyyələr, tam əsaslandırılmayıb, amma əsaslandırılmış bir çox nəzəriyyələrə zidd olan nəzəriyyələrdir…

Cəfər quluzadə astronomiya

2019-07-02 11:58:39

Astrofizik alim: “Kainatda elə alternativ dünyalar var ki, ordakılar bizə ibtidai canlılar, “qarışqa” kimi baxırlar”-MÜSAHİBƏ

Cəfər Quluzadə: “Şimal Buzlu okean əriyəcək və bütün dünyanı su basacaq, temperatur 500 dərəcəyə qalxacaq” Bu sözlər Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadəyə aiddir. TƏQDİMAT: Cəfər Quluzadə 1961-ci ildə Leninqrad Dövlət Universitetindən məzun olub. 1966-ci ildə Astrofizika ixtisası üzrə aspiranturanı bitirib və namizədlik dissertasiyasını müdafiə edib. 1997-ci ildən Astrofizika kafedrasında müdir vəzifəsində çalışır. Avropa Astronomiya Cəmiyyətinin üzvüdür. AzEdu.az Cəfər Quluzadə ilə müsahibəni təqdim edir: -Kainatın yaranma prosesi “Böyük partlayış” nəzəriyyəsi ilə izah olunur. Amma kainatın formalaşmasının ilkin anı hələ də elm üçün müəmmadır. Fikrinizcə, yaranma prosesinə təkan verən əsas qüvvə nədir? -Bu, çox mürəkkəb məsələdir. Əvvəllər hesab edirdilər ki, bütün göy cisimləri ulduz və qalaktikalar hamısı bir vaxtda yaranıb. Kainat toz və qazlarla dolu olub. Qazla tozun içərisində hərəkət edən kiçik hissəciklər yanındakıları yığa-yığa göy cisimlərini əmələ gətirib. Bu, əvvəlki konsepsiyadır. Son zamanlar “Böyük partlayış” ideyası ortaya çıxıb. Bunların heç biri nəzəriyyə deyil, fərziyyədir. Kainat əvvəldən çox sıx bir maddədə cəmləşib və partlayış olub. Bununla da göy cisimləri əmələ gəlib. İlkin vəziyyəti təyin etmək isə mümkün deyil. Lakin hadisələrin sonrakı inkişafını izah edə bilirik. İlahiyyatçılar güman edirlər ki, hər şeyi Allah yaradıb və təkanverici əsas qüvvə odur. Elm isə başqa cür izah edir. Qeyd etdiyim konsepsiyalar nəticəsində dünya yaranıb və inkişaf edir. Bu gün də yeni ulduzlar öz-özünə əmələ gəlir. Ulduzlar da insan kimi yaşayır, inkişaf edir, müəyyən mərhələyə çatır. Sonra yavaş-yavaş məhv olmağa başlayırlar. Bütün proseslər çox yavaş gedir. Bu prosesləri izləməyə insan ömrü yetməz. Təsəvvür edin, milyon yaşı olan ulduzlara cavan ulduzlar deyirik. Onların yaşları milyard illərlə ölçülür. Ulduzlarda müəyyən müddətdən sonra dayanıqsızlıq əmələ gəlir və onlar üst qatını saxlaya bilmir. Nəticədə ulduzlardan böyük bir maddə qopub kainata səpələnir. Ulduz partlayanda həcmi böyüyür və parlaqlığı kəskin artır. Ulduzu tarazlıqda saxlayan 2 qüvvə var: Cazibə qüvvəsi onu sıxmağa, təzyiq qüvvələri isə genişləndirməyə çalışır. Bu iki qüvvə bir-birinə bərabər olanda ulduz tarazlıqda qalır. Cazibə qüvvəsi üstünlük təşkil edərsə, ulduz bərk sıxılır. Bərk sıxılanda temperatur artır. Sıxılıb-genişlənmələr nəticəsində ulduz hər dəfə müəyyən qatını atır. Elə bir an gəlir ki, ulduzun ölçüləri azalır və qravitasiya çoxalır. Qravitasiya sahəsi o qədər böyük olur ki, ulduzdan kvantlar çıxa bilmir. Ulduzu niyə görürük? Çünki ondan işıq kvantları çıxır. Qravitasiya sahəsi çox böyük olsa, kvantlar çıxa bilmir. Beləliklə, ulduz daha görünmür və buna elmdə qara dəlik deyirik. Qara dəliyi yalnız qonşu ulduzlara təsirinə görə hiss etmək olar. -Dünya alimlərinin qənaətinə görə, kainat təcillə genişlənməkdə davam edir. Bu genişlənmə nə zamansa zəifləyə və sıxılma ilə əvəz oluna bilərmi? -Kainatın genişlənməsi fikirləriylə razı deyiləm. Mənim şəxsi konsepsiyama görə, kainat genişlənmir. Amma bütün dünya bunun əksini söyləyir. Dopler effektinə görə, şüalanmanın mənbəyi bizdən uzaqlaşırsa, onun verdiyi xətlər spektrın qırmızı ucuna, yaxınlaşırsa, bənövşəyi ucuna sürüşür. Əksəriyyətinin xətləri qırmızı tərəfə sürüşür. Hesab edirlər ki, kainat genişlənir. Ulduz uzaq olduqca daha böyük sürətlə hərəkət edir. Niyə? Sualın cavabını izah eləmək mümkün olmur. Bunu kvantların qocalması ilə izah edirəm. Onda müəyyən dərəcədə nəticəyə varmaq olar. Təbii, bu, şəxsi fikrimdir. Ola bilər ki, doğru olmasın. -Başda Stiven Hokinq olmaqla, bir çox alim paralel dünyaların mövcudluğunu fərz etsələr də, bunun əksini söyləyənlər heç də az deyil. Sizcə, bu fərziyyələrdə hansı tərəf haqlıdır? -Həyatda hər şey cüt yaranıb. İnsan da cüt yaranır. Ona görə hesab edirlər ki, anti-dünya da var. Anti-dünya nədir? Bu barədə heç nə bilmirik. Kainatda sirli məsələlər həddən artıq çoxdur. Zərrəciklər varsa, anti-zərrəciklər də mövcuddur. Eyniylə, dünya varsa, anti-dünya da var. “Nyuton yaradıcı qüvvəyə inanıb və ibadət edib” -Qeyd etdiniz ki, ilahiyyatçılar kainatın yaranmasını dinlə əlaqələndirirlər. Amma reallıq budur ki, dünyanın ən məşhur astrofizikləri də yaradıcı qüvvənin varlığına inanıb, bəzən də ibadət edirdilər.. -Bəli, böyük alimlər də buna inanıblar. Nyuton çox böyük alim olub. Fizika sahəsində o zirvəyə çatan olmayıb və olmayacaq. Nyuton da yaradıcı qüvvəyə inanıb və ibadət edib. Ancaq dünyanın çox sirlərini də məhz Nyuton açıb. Fəsillərin, gecə-gündüzün əmələ gəlməsini o izah edib. Ümumdünya cazibə qanunu bu dəqiqə bütün dünyanı idarə edir. Mexanikanın 3 qanunu var ki, istənilən avtomobil bu qayda ilə idarə olunur. Bu inam onun öz fikridir. Mən şəxsən inanmıram. Universiteti Rusiyada bitirmişəm. İlkin təlimimiz dialektika, materiya olub. O zamandan bu fikir məndə qalıb. Allahın hər şeyi yaratdığını hesab etmirəm. Biri oğurluq edir, deyirlər Allahın işidir. Kim nə edirsə, Allaha bağlayır. Mən bu fikirlərlə razılaşmıram. -Belə çıxır ki, cəmiyyətin böyük kəsiminin dini düşüncələri sizə görə utopiyadan başqa bir şey deyil. – Mən bizdəki fikirlərin çoxu ilə razı deyiləm. Hamısı uydurmalardır. Qurani-Kərimdə də qeyri-adi bir şey yoxdur. Quran sanki o dövrün konstitutsiyasıdır. Xristianların da müqəddəs kitabını oxumuşam. Bütün dinlərdə eyni şeyi yazırlar. Pis yola getmə, oğurluq eləmə. İnsanlar öləndə Yasin sürəsi oxunur. Halbuki orda ölüdən söhbət belə getmir. İslam dininə görə, Quran təkcə yas yerində oxunmalı deyil. Bizdə isə ancaq hüzrlərdə oxuyurlar. Üstəlik, Yasin oxumağın ölüyə xeyir olduğunu deyirlər. Heç bir xeyri yoxdur. Heç ölünün oxunulanlardan xəbəri də olmur. -Anladığım qədərilə materialistsiniz. Lakin materializmin özünü doğrultmadığına dair kifayət qədər iddialar səsləndirilir.. -Bəli, materialistəm! Kommunizmdə materializmlə bağlı uydurmalar var idi. Lakin bunların heç biri doğru deyil. İdealist fikirləri müdafiə edə bilmərəm. “Kainatda həyat bir bizim planetdə deyil, çox yerdə mövcuddur” -NASA-nın hazırda əsas hədəfi Marsdır. Bu planetdə insan koloniyası qurmaq planlaşdırılır. Lakin professor Namiq Cəlilovun fikrincə, bundan sonra Marsda həyatın yaranmağı mümkünsüzdür. – Bu suala cavab vermək çox çətindir. Elə canlılar var ki, min dərəcə temperaturda da ölmürlər. Həyatın varlığı orda yalnız insan yaşamalıdır anlamına gəlmir. Kainatda elə paralel dünyalar var ki, orda yaşayanlar bizə ibtidai canlılar kimi baxırlar. Eyniylə biz qarışqaya baxan kimi. Kainatda həyat bircə Yerdə ola bilməz. Yoxsa idealizmə gəlib çıxmış olarıq. NASA tərəfindən çoxlu sayda başqa ulduzlar, planetlər kəşf olunub. Onların bəzilərində fiziki şərait tam öyrənilməyib. Lakin Mars həyatın mövcud olması üçün fiziki şəraitinə görə ən uyğun yerdir. Merkuri və Venerada temperatur çox yüksəkdir. Digər planetlər isə buzdan ibarətdir. Marsda öncələr həyatın mövcud olması artıq sübut olunub. Orda ibtidai şəkildə də olsa, bitki var. -Amma Marsın maqnitsferası olduqca zərər görüb və atmosfer qatı çox incədir. Bu planetdə həyat üçün ilkin şərt hesab olunan maqnitsferanın yenidən meydana gəlməsi nə dərəcədə realdır? – Yerin atmosferi, həm də qoruyucu təbəqədir. Atmosfer olmasa, heç bir canlı yaşaya bilməz. Yerin qoruyucu təbəqəsi Günəşdən gələn təhlükəli zərrəcikləri dünyaya buraxmır. Bəzən bu zərrəciklər qütb bölgələrindən Yerə daxil olurlar. Ona görə qütb parıltıları meydana gəlir. O planetin ki maqnitsferası yoxdur, orada hər hansı canlının yaşaması mümkün deyil. Bundan sonra da bu qoruyucu təbəqə yarana bilməz. NASA Marsa insan göndərməyə hazırlaşır. Ən azından gedib- görüb, geri qayıdacaqlar. “Bir layihəmə Amerikadan qrant təklif etdilər”Bugünün özündə də dünyanı düşündürən əsas məsələ Neil Armstronqun doğurdan da Aya gedib-getməməsiylə bağlıdır. Astrofizik alim kimi bu məsələdə siz nə düşünürsünüz? -Əlbəttə ki, gediblər. Bu qədər yalan olmaz. Bəzən müəyyən uydurmalar danışırlar. Deyirlər, Armstronq azanı dinləyərək deyib ki, mən Ayda bu səsi eşitmişdim. Ayda səs ola bilməz! Səs atmosferdə yaranır. Daha bir uydurma isə Amerikanın bayrağının Ayda yellənməsi ilə bağlıdır. Orada bayraq yellənə bilməz! Bayrağı yellədəcək hava Ayda mövcud deyil! Bütün bu uydurmalar insanları elmdən uzaqlaşdırır. -Zaman-zaman NASA-nın özünün də gizli məqsədlər xatirinə bu cür utopiyaları məqsədli şəkildə yaydığı bildirilir. – Kosmik gündəmi daim izləyirəm. Hər şey göz qabağındadır. Edilən işlərin də hamısının dəlili var. İndiki dövrdə hər şey var-dövlətə bağlıdır. Amerikanın imkanı var ki, elmə bu qədər xərc qoysun. Məhz bu xərclərin nəticəsində belə kəşflər edilir. Biz isə alimə 1 həftəlik məzuniyyət verə bilmirik. Amerikadan Bakıya azərbaycanlı professor gəlmişdi. Deyir, bizi məcbur edirlər ki, məzuniyyətə çıx, get, dünyanı gəz. Amerikadan neçə qurumdan mənə məktub gəlib. Bir elmi işimə görə məni oraya dəvət etdilər. Layihəyə qrant həsr etdilər və özümün də gəlməyimi istədilər. Buna imkanımın olmadığını yazdım. 1 həftədən sonra bütün xərclərinizi yüksək səviyyədə ödəyəcəyik deyə mail aldım. Ancaq yenə gedə bilmədim. Səhhətim uyğun deyil. Yaşım da çoxdur. Amerikaya getmək üçün16 saat uçmaq lazımdır. Mən bu yaşda ona dözə bilmərəm. “Atmosfer bu qədər çirklənməyə davam eləsə, Şimal Buzlu okean əriyəcək və bütün dünyanı su basacaq”Alimlərin bütün xəbərdarlıqlarına baxmayaraq, atmosferdə çirklənmənin miqdarı sürətlə artır. Üstəlik, bir gün Günəşin tamamilə sönəcəyi də dəqiqdir. Bütün bunların fonunda gələcək dünyada bizi nələr gözləyir? -Bizi insanlığın çox böyük təhlükələri gözləyir. Belə getsə, 5 min ildən sonra Yer qaynar ulduz kimi işıq şüalandıracaq. Temperatur 500 dərəcəyə qalxacaq. Bütün canlılar məhv olacaq. Bu, labüddür. Günəşin də sonu var. Elə bir fəlakət ola bilər ki, Yer tamamilə əriyib yoxa çıxar. Bunlar olmasa belə, Yerdə bu gün qlobal istiləşmə prosesi gedir. Atmosfer bu qədər çirklənməyə davam eləsə, Şimal Buzlu okean əriyəcək və bütün dünyanı su basacaq. Bu hadisələr gözləniləndir. Günəşdə hazırda da nüvə reaksiyaları gedir. Yüksəkenerjili zərrəciklər çıxır və kainata yayılır. Bunlar olmasa belə, birbaşa insanların səbəb olduğu problemlər dünyamızı məhvə aparacaq. -Cəfər müəllim, bir az da işin təhsil istiqamətinə yönələk. Tələbələrimizin astrofizikaya marağı necədir? -Elmə maraq kəskin azalıb. Biz tələbə olan vaxtı auditoriyada 50 nəfərdən cəmi 3-5-i qız olardısa, indi 80 nəfər arasında bir oğlan belə tapılmır. Oğlanlar elmə gəlmirlər. Çünki elm insanları “yedizdirmir”. Oğlan alimlikdən qazandığı pulla ailə saxlaya bilməz. Magistraturada da vəziyyət eynidir. Qızların xətrinə dəymək istəmirəm. Ancaq elmi inkişaf etdirən əsasən, kişilər olub. Qadın alimlərin sayı nisbətən azdır. Belə getsə, 20-30 ildən sonra dərs demək üçün xaricdən alim çağıracaqlar. Burda işləyən professorların 99%-i Rusiyada, Ukraynada təhsil alanlardır. 20 il bundan əvvəl məşhur alimlərimiz var idi. Bəhram Əsgərov, Zahid Xəlilov, Mirabbas Qasımov və s. İndi bu cür alimlərimiz yoxdur. Uşaqlarda da səviyyə kəskin aşağı düşüb. 50 ildən çoxdur, mühazirə oxuyuram. 10-20 il bundan qabaq auditoriyaya daxil olanda ehtiyat edirdim ki, birdən tələbənin verdiyi sualı cavablaya bilmərəm. Məcbur idim, bir xeyli izahlar axtarıb tapım. İndi nə deyirsən de, qəbuldur. İndiki tələbəyə “pambıq qaradır” desən, elə də qəbul edəcək. Boloniya sistemi bizə uyğun deyil. Bizim xalq bu sistem üçün yetişməyib. Birdən-birə I mərtəbədən X mərtəbəyə çıxmaq olmaz. Mən universitetə daxil olanda (1955-ci il) bir dənə də olsun Azərbaycan dilində dərslik yox idi. İndi elə 10-dan çox dərsliyi mən yazmışam. Bütün universitetlərdə bu dərsliklərdən istifadə olunur. Ancaq təəssüf ki, oxuyan yoxdur. “Bu gün Yerin, ulduzun nə olduğunu bilməyən elmlər doktoru var” -Yəqin, elmi maarifləndirmənin yetəri qədər aparılmaması da marağın kəsin azalmasında öz təsirini göstərir. – TV və radiolarda səhərdən axşama qədər vur-çatlasındı. Baxın görün, elmdən bircə kəlmə verirlərmi? İnsanlarda elmə marağı oyatmaq lazımdır. Neçə il bundan əvvəl TV-lərə müraciət elədim ki, razıyam, pulsuz, heç olmasa həftədə bir dəfə “İnsan və kainat” adlı elmi veriliş aparaq. Bu gün Yerin, ulduzun nə olduğunu bilməyən elmlər doktoru var. Hansı ki, planetlə ulduzu bir-birindən seçə bilmir. Bu sahədə maarifləndirmə işləri aparılmır. Gənclərdən soruşsanız, Üzeyir Hacıbəyovu tanımayacaqlar. Amma Mozanbikdə filan müğənninin neçənci dəfə ailə həyatı qurması hamının marağındadır. O gün TV-də süjet verirlər ki, Tacir Şahmalıoğlu 54 yaşında ata olub. Üstəlik, doğum evini də göstərirlər. Axı bu informasiya mənim nəyimə lazımdır?! Fikir verin, hər hansı dahimiz haqqında efirlərdə bir süjet gedirmi?! Halbuki bizim çox böyük alimlərimiz olub. Amma səhərdən axşama qədər müğənnilərin ad günlərini qeyd edirlər. Bir gün bir verilişdə elə informasiya eşitdim ki, ayağımın altından yer qaçdı. Məlumatda deyilirdi ki, Yer Günəşin ətrafında fırlanmır. Yer Günəşə yaxınlaşanda yay, uzaqlaşanda qış olur. Kanala zəng edib biabır etdim! Buna dünya baxır. Belə səhvlərə yol vermək olmaz! İl ərzində TV-lərdə 28 elmi səhv tapıb qeyd etdim. Bunu onlara bildirsəm də, heç reaksiya verən də olmadı.

Comments are closed, but trackbacks and pingbacks are open.