Press "Enter" to skip to content

Dövlət əmlakının özəlləşdirilməsi haqqında

5.3. Komissiyanın iclası komissiya üzvlərinin üçdə iki hissəsinin iştirakı təmin olunduqda səlahiyyətli hesab olunur.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 510-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 510-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606; 2001, № 10, maddə 640; 2002, № 4 (II kitab), maddə 189, № 10, maddə 592; 2003, № 10, maddələr 566, 569; 2004, № 6, maddə 432; 2005, № 5, maddələr 400, 403, 405; 2006, № 7, maddə 590, № 8, maddə 678, № 9, maddə 742; 2007, № 11, maddə 1097, № 12, maddə 1246; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 10, maddə 788, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 233, № 3, maddə 438; 2017, № 7, maddə 1352, № 11, maddə 2032; 2019, № 6, maddə 1036; 2020, № 4, maddə 397; 2021, № 6 (I kitab), maddə 567, № 12, maddə 1351) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 13.2-ci bəndinin ikinci abzasına “sağlamlaşdırılması,” sözündən sonra “sahibkarlığa dövlət köməyinin, o cümlədən” sözləri və “mühafizəsi,” sözündən sonra “dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844; 2001, № 7, maddə 470, № 10, maddə 640; 2002, № 12, maddə 725; 2003, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004, № 9, maddə 678; 2005, № 5, maddə 400; 2006, № 7, maddə 590; 2007, № 5, maddə 452, № 6, maddə 599, № 11, maddə 1097; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2013, № 10, maddə 1146; 2014, № 5, maddə 477; 2015, № 9, maddə 999; 2016, № 8, maddə 1384; 2019, № 3, maddə 413, № 5, maddə 826, № 6, maddə 1036; 2021, № 1, maddə 41) ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8-ci hissəyə “dövlət əmlakının” sözlərindən əvvəl “Bu Qaydaların 9-cu hissəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

2.2. 9-cu hissədə “maliyyələşdirilməsi,” sözü “, o cümlədən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi,” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 510-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2022-ci il

Dövlət əmlakının özəlləşdirilməsi haqqında

I. Aşağıdakı normativ hüquqi aktlar təsdiq edilsin (əlavə olunur):

“Dövlət müəssisəsini özəlləşdirmə komissiyasının fəaliyyəti haqqında Əsasnamə”;

“Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”;

“Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək kollektivinə güzəştli satışı haqqında Əsasnamə”;

“İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”;

“Dövlət özəlləşdirmə opsionları haqqında Əsasnamə”;

“Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi Qaydaları”;

“Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”;

“Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı Qaydaları”;

“Dövlət müəssisələrinin müflis elan olunma yolu ilə özəlləşdirilməsi Qaydaları”;

“Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi Qaydaları”;

“Özəlləşdirilən dövlət əmlakına (müəssisə və obyektlərinə) mülkiyyət hüququnun rəsmiləşdirilməsi Qaydaları”.

II. “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli 450 nömrəli Fərmanına aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci abzasdan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 1995-ci il 29 oktyabr tarixli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri çıxarılsın.

2. 2-ci bəndin birinci və ikinci abzaslarından “bu Fərman qüvvəyə minən günədək qeydə alınmış” sözləri çıxarılsın.

3. 2-ci bəndin üçüncü abzasında “Azərbaycan Respublikasının 29 oktyabr 1995-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nda” sözləri “Qanunvericilikdə” sözü ilə əvəz edilsin.

III. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” 1996-cı il 25 mart tarixli, 450 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər edilsin:

1. 1 bölmənin 1-ci bəndindən “bu Əsasnamə qüvvəyə minən günədək qeydə alınmış” sözləri çıxarılsın.

2. II bölmənin 1-ci bəndindən “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qüvvəyə mindiyi gündən” sözləri çıxarılsın.

3. II bölmənin 2-ci bəndindən “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının qüvvəyə mindiyi günədək qeydə alınmış” sözləri çıxarılsın.

4. II bölmənin 3-cü bəndində “Azərbaycan Respublikasının 1995-ci il 29 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nda” sözləri “Qanunvericilikdə” sözü ilə əvəz edilsin.

5. III bölmənin 2-ci bəndinin ikinci abzasından “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən paylar ” sözləri çıxarılsın.

IV. Azərbaycan Respublikası Prezidentinin “Dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən bir sıra normativ sənədlərin təsdiq edilməsi haqqında” 1996-cı il 25 mart tarixli 451 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında” Əsasnaməyə aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci bənddən “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq hazırlanmış və” sözləri çıxarılsın.

2. 7-ci bəndin 4-cü abzasında “25” rəqəmi “20” rəqəmi ilə əvəz edilsin.

3. 10-cu bəndin birinci cümləsində “müsabiqə” sözü “investisiya müsabiqəsi” sözləri ilə əvəz edilsin.

4. 10-cu bəndin ikinci cümləsi çıxarılsın.

5. 16-cı bənddən “kommersiya müsabiqələri” sözləri çıxarılsın.

V. “Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli, 522 nömrəli Fərmanına aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 1-ci bəndin 3-cü abzasında “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. 1-ci bəndin dördüncü abzası çıxarılsın.

3. 1-ci bəndin beşinci abzasına “7.7-ci yarımbəndinin” sözlərindən sonra “1-ci və” sözləri əlavə edilsin.

4. 3-cü və 4-cü bəndlər çıxarılsın.

VI. Azərbaycan Respublikası Prezidentinin “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” 1997-ci il 14 may tarixli, 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə”nin 3-cü bölməsinin 1-ci bəndində “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın 7 nömrəli əlavəsinin 10-cu bəndinə müvafiq olaraq” sözləri çıxarılsın.

VII. Azərbaycan Respublikası Prezidentinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanının preambulasında “1995-ci il 29 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na sözləri “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri ilə əvəz edilsin.

VIII. Azərbaycan Respublikası Prezidentinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci bənddən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na sözləri çıxarılsın.

2. 3-cü bəndin 4-cü abzasında və 12-ci bəndin 3-cü abzasında “75” rəqəmi “80” rəqəmi ilə əvəz edilsin.

3. 3-cü bəndin 5-ci abzasında “25” rəqəmi “20” rəqəmi ilə əvəz edilsin.

IX. Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya müsabiqəsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli, 771 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsi haqqında Əsasnamə”nin 1.2-ci bəndinin 1-ci abzasında mötərizədə verilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri çıxarılsın.

X. Bu Fərmanın II – IX bəndlərində verilən fərmanların və əsasnamələrin mətnində müvafiq olaraq ismin uyğun hallarında tətbiq edilən “Dövlət Əmlak Komitəsi” və “DƏK” sözləri ismin uyğun hallarında ” Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

XI. “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli, 253 nömrəli Fərmanının 2-ci bəndinin ikinci abzasından “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq” sözləri çıxarılsın.

XII. Aşağıdakı normativ hüquqi aktlar qüvvədən düşmüş hesab edilsin:

“Dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən bir sıra normativ sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli, 451 nömrəli Fərmanının 1-ci bəndinin ikinci, dördüncü, beşinci və altıncı abzasları;

“Dövlət mülkiyyətinin özəlləşdirilməsinin həyata keçirilməsini təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 24 sentyabr tarixli, 498 nömrəli Fərmanı;

“İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 fevral tarixli, 550 nömrəli Fərmanının 1-ci və 2-ci bəndləri;

“Dövlət müəssisəni özəlləşdirmə komissiyasının fəaliyyəti haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 29 aprel tarixli, 576 nömrəli Fərmanı;

“Dövlət özəlləşdirmə opsionları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli, 578 nömrəli Fərmanı;

“Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 16 may tarixli, 584 nömrəli Fərmanı;

“Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin həyata keçirilməsinə nəzarəti təmin edən Dövlət Komissiyasının yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 3 may tarixli, 306 nömrəli Sərəncamı;

“İxtisaslaşdırılmış çek auksionlarının mütəşəkkil keçirilməsinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 16 may tarixli, 569 nömrəli Sərəncamı;

“İnvestisiya müsabiqəsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 771 nömrəli Fərmanı;

“Başa çatdırılmamış tikililərin ortaqlığına icazə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 26 dekabr tarixli, 382 nömrəli Fərmanı;

Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 25 fevral tarixli, 100 nömrəli Sərəncamı.

XIII. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tapşırılsın ki, bu Fərmandan irəli gələn lazımi tədbirləri görsün.

XIV. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 23 dekabr 2000-ci il

2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə

Dövlət müəssisəsini özəlləşdirmə

komissiyasının fəaliyyəti haqqında

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Əsasnamə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na (bundan sonra – II Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Əsasnamə dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi və onların özəlləşdirilməsinə hazırlıq işlərinin aparılması məqsədi ilə hər bir müəssisədə (birlikdə) dövlət müəssisəsini özəlləşdirmə komissiyasının (bundan sonra – komissiya) yaradılması və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.3. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, II Dövlət Proqramını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

2. DÖVLƏT MÜƏSSİSƏSİNİ ÖZƏLLƏŞDİRMƏ KOMİSSİYASININ YARADILMASI

2.1. II Dövlət Proqramına uyğun olaraq dövlət müəssisəsinin özəlləşdirilməsi zamanı onun səhmdar cəmiyyətinə çevrilməsi haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edildiyi gündən 10 (on) gün ərzində müəssisə rəhbəri tərəfindən əmək kollektivinin rəyi nəzərə alınmaqla müəssisədə (birlikdə) komissiya yaradılır. Müəssisə rəhbəri komissiyanın yaradılması barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Əmlak Məsələləri Dövlət Komitəsi) 3 (üç) gün ərzində yazılı məlumat verir.

2.2. Komissiya II Dövlət Proqramına müvafiq olaraq dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi haqqında qərar qəbul edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində II Dövlət Proqramının 5.4-cü bəndində göstərilən sənədləri hazırlayıb təsdiq olunmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir. Qeyd olunan müddət ərzində sənədlər hazırlanıb təqdim edilmədikdə, II Dövlət Proqramının 5.5.-ci bəndinə uyğun, Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə komissiya yaradılır.

2.3. Komissiyanın tərkibi bu Əsasnamənin 2.1-ci və 2.2.-ci bəndlərində nəzərdə tutulmuş hallarda aşağıdakı qaydada müəyyən edilir:

özəlləşdirilən müəssisə orta müəssisə qrupuna aid olduqda komissiyanın tərkibi 5 (beş) nəfərdən ibarət formalaşdırılır və onun tərkibinə özəlləşdirilən müəssisənin (1 nəfər), yerli icra hakimiyyətinin (1 nəfər), Dövlət Əmlakı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinin (1 nəfər) nümayəndələri daxil edilir. Özəlləşdirilən müəssisə inhisarçı təsərrüfat subyektinə aid olduqda komissiyanın tərkibi 7 (yeddi) nəfərdən ibarət formalaşdırılır və onun tərkibinə özəlləşdirilən müəssisənin (1 nəfər), yerli icra hakimiyyətinin (1 nəfər), Əmlak Məsələləri Dövlət Komitəsinin (2 nəfər), İqtisadiyyat və Sənaye Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Vergilər Nazirliyinin (1 nəfər) nümayəndələri daxil edilir;

özəlləşdirilən müəssisə iri müəssisə qrupuna aid olduqda komissiyanın tərkibi 9 (doqquz) nəfərdən ibarət formalaşdırılır və onun tərkibinə özəlləşdirilən müəssisənin (2 nəfər), yerli icra hakimiyyətinin (1 nəfər), Əmlak Məsələləri Dövlət Komitəsinin (2 nəfər), İqtisadiyyat və Sənaye Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Vergilər Nazirliyinin (1 nəfər) nümayəndələri daxil edilir.

2.4. Bu Əsasnamənin 2.1-ci bəndində göstərilən halda özəlləşdirilən müəssisə, 2.2-ci bəndində göstərilən halda (komissiya Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradıldıqda) isə Əmlak Məsələləri Dövlət Komitəsi komissiyanın tərkibinə öz nümayəndələrini təqdim etmələri barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət edir. Həmin orqanlar bu müraciətə əsasən 3 (üç) gün müddətində komissiyaya öz nümayəndələrini təyin etməlidirlər.

3. DÖVLƏT MÜƏSSİSƏSİNİ ÖZƏLLƏŞDİRMƏ KOMİSSİYASININ ƏSAS VƏZİFƏLƏRİ

3.1. Komissiyanın əsas vəzifələri aşağıdakılardır:

Dövlət Proqramının 5.4-cü bəndində göstərilən sənədlərin işlənib hazırlanmasını təmin etmək və təsdiq olunmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;

özəlləşdirilən dövlət müəssisələrinin səhmlərinin (hissələrinin) 15 faizini güzəştli şərtlərlə satın almaq hüququ olan şəxslərin siyahısını tərtib etmək;

kütləvi informasiya vasitələri üçün özəlləşdirilən müəssisələr haqqında Dövlət Proqramında nəzərdə tutulmuş məlumatları hazırlamaq və Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;

özəlləşdirilən dövlət müəssisələrinin balansında olan və onların tərkibindən çıxarılan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin siyahısını tərtib edərək Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək, habelə müvafiq təşkilatların və yerli icra hakimiyyəti (və ya bələdiyyə) orqanlarının balansına verilməsi məqsədəuyğun hesab edilməyən sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin özəlləşdirilən müəssisələrlə birlikdə və ya ayrıca özəlləşdirilməsi barədə təkliflər vermək;

normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. DÖVLƏT MÜƏSSİSƏSİNİ ÖZƏLLƏŞDİRMƏ KOMİSSİYASININ HÜQUQLARI

4.1. Komissiyanın aşağıdakı hüquqları vardır:

Dövlət Proqramının 5.4-cü bəndində göstərilən sənədlərin işlənib hazırlanması üçün müəssisə rəhbərliyindən lazımi sənədləri tələb etmək;

özəlləşdirmə zamanı müəssisənin sosial infrastruktur obyektlərindən istifadə olunması barədə təkliflər hazırlayıb Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;

zəruri hallarda öz işinə müstəqil auditor, ekspert və məsləhətçi cəlb etmək;

ona həvalə edilmiş vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə özəlləşdirilən müəssisənin rəhbərliyinə lazımi tapşırıqlar vermək;

normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqlar.

5. DÖVLƏT MÜƏSSİSƏSİNİ ÖZƏLLƏŞDİRMƏ KOMİSSİYASININ FƏALİYYƏTİNİN TƏŞKİLİ

5.1. Komissiyanın iclasları həftədə bir dəfədən az olmayaraq keçirilir.

Komissiyanın hər bir üzvü komissiyanın iclaslarında iştirak etməyə borcludur. O, komissiyanın iclaslarında iştirak edə bilmədiyi halda bunun səbəbini bildirməklə komissiyanın sədrini xəbərdar etməlidir.

5.2. Komissiyanın iclaslarında baxılacaq məsələlər üzrə materialların surətləri və qərar layihələri komissiyanın bütün üzvlərinə iclasa azı iki gün qalmış paylanmalıdır.

5.3. Komissiyanın iclası komissiya üzvlərinin üçdə iki hissəsinin iştirakı təmin olunduqda səlahiyyətli hesab olunur.

Alqı-satqı müqaviləsinin şərtlərində ödənişin dövlət özəlləşdirmə payları (çekləri) ilə həyata keçirilməsi nəzərdə tutulduğu halda alıcı ən geci 5 (beş) bank günü müddətində dövlət özəlləşdirmə paylarını (çeklərini) satıcıya təqdim edir.

5.4. Komissiyanın iclaslarının gündəliyi onun iclasında iştirak edən komissiya üzvlərinin ümumi sayının sadə səs çoxluğu ilə təsdiq edilir.

Komissiyanın hər bir üzvi səsvermə zamanı bir səsə malikdir.

Komissiyanın iclasında təkliflər növbə ilə səsə qoyulur.

Komissiyanın qərarları onun iclaslarında açıq səsvermə yolu ilə və iştirak edən üzvlərinin sayının sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledici sayılır.

5.5. Komissiyanın iclasının protokolu və qəbul olunmuş qərarlar iclasın keçirildiyi gündən sonrakı üç gün ərzində rəsmiləşdirilir, komissiyanın sədri və katibi tərəfindən imzalanır.

5.6. Komissiyanın üzvü qəbul olunmuş qərarla və ya bütövlükdə müəssisənin özəlləşdirmə planı ilə razı olmadıqda öz xüsusi rəyini yazılı surətdə komissiyanın sədrinə və komissiyanın iclasının protokolu ilə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir.

5.7. Komissiyanın fəaliyyəti onun sədri tərəfindən təşkil olunur.

Komissiyanın sədrinin aşağıdakı hüquqları vardır:

komissiyanın işinin təşkili və ona rəhbərlik etmək;

komissiyanın vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar olaraq onun üzvləri, komissiyanın işinə cəlb olunmuş şəxslər və özəlləşdirilən müəssisənin vəzifəli şəxsləri üçün məcburi sayılan göstərişlər vermək;

üzrsüz səbəblərə görə komissiyanın iclaslarında iki dəfədən artıq iştirak etməyən komissiya üzvünün onun tərkibindən çıxarılması barədə Əmlak Məsələləri Dövlət Komitəsi qarşısında məsələ qaldırmaq;

əmək kollektivinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilən özəlləşdirmə çeklərinin silinməsində iştirak etmək.

5.8. Komissiyanın fəaliyyətinin təminatı özəlləşdirilən müəssisənin sərəncamında olan vəsait hesabına həyata keçirilir.

5.9. Özəlləşdirilən dövlət müəssisəsinin özəlləşdirmə planı və digər sənədlər İqtisadi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edildikdən və dövlət müəssisəsinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətinin səhmlərinin 15 faizinin əmək kollektivinə dövlət özəlləşdirmə payları (çekləri) müqabilində güzəştli şərtlərlə satışı başa çatdıqdan sonra komissiyanın fəaliyyətinə xitam verilir.

Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə

Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi

1. Bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın (bundan sonra – II Dövlət Proqramı) həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin (bundan sonra – qeyri-yaşayış sahələri) özəlləşdirilməsi qaydalarını tənzimləyir.

2. Qeyri-yaşayış sahələrinə aşağıdakılar aiddir:

ayrıca tikilmiş qeyri-yaşayış binaları;

yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri;

mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri.

3. Bu Qaydalarda nəzərdə tutulan “ayrıca tikilmiş qeyri-yaşayış binaları” dedikdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əhatə edilməyən sahələr və binalar nəzərdə tutulur.

4. Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

4.1. özəlləşdirilən dövlət müəssisələri (obyektləri) tərəfindən icarəyə götürülmüş və onlar tərəfindən istehsal, ticarət, ictimai-iaşə, məişət xidməti və digər məqsədlər üçün istifadə edilən qeyri-yaşayış sahələri qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həmin müəssisələr (obyektlər) ilə birlikdə özəlləşdirilir.

4.2. qeyri-dövlət hüquqi şəxsləri və ya fiziki şəxslər tərəfindən icarəyə götürülmüş (bundan sonra – icarəçi) qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə ərizələr Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir.

Ərizəyə icarə müqaviləsinin surəti və aşağıdakı sənədlər əlavə olunur:

a) hüquqi şəxslər üçün:

hüquqi şəxsin nizamnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti;

hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti;

qeyri-yaşayış sahəsinin texniki pasportu;

b) fiziki şəxslər üçün:

şəxsiyyəti təsdiq edən sənəd;

qeyri-yaşayış sahəsinin texniki pasportu.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi daxil olmuş müraciətə əsasən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında iki həftə ərzində müvafiq qərar qəbul edir. Özəlləşdirilən dövlət əmlakı yerli əhəmiyyətli memarlıq abidəsi olduqda, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həmin qərarı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırır.

4.2.1. İcarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır.

4.2.2. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir.

İcarə obyekti (qeyri-yaşayış sahəsi) bu bəndin 1-ci abzasında göstərilən hallarda özəlləşdirmə üçün açıq elan edildikdə və icarə müqaviləsi ləğv olunduqda mülkiyyət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həll edilir.

5. İstifadədə olmayan qeyri-yaşayış sahələri bu Əsasnamənin 4.2.2.-ci yarımbəndində göstərilən qaydada özəlləşdirilir.

6. Qeyri-yaşayış sahələrinin alıcısı qismində “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət əmlakının alıcıları çıxış edə bilərlər.

7. Qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.

//çıxarılıb////çıxarılıb//

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanun dəyişdi

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 580; 2002, № 10, maddə 586; 2005, № 5, maddə 391, № 6, maddə 464; 2006, № 5, maddə 389, № 6, maddə 478, № 12, maddə 1005; 2007, № 8, maddə 745; 2013, № 11, maddə 1314; 2014, № 12, maddə 1524; 2015, № 2, maddə 78) 6.2.6-cı maddəsindən “, standartlaşdırma və metrologiya müəssisələri” sözləri çıxarılsın.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1404-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2015-ci il.

Comments are closed, but trackbacks and pingbacks are open.