Press "Enter" to skip to content

Elxan elatlı cəhənnəmdən gələn səs yüklə

Elatlı, Elxan. Qanunsuz əməliyyat : roman / E. Elatlı. – Bakı : Elgün, 2015. – 288 s.

Elatlı, Elxan

Yeni nəşrlər: biblioqrafik göstərici (IV rüb) / Qubadlı rayon Həsənqulu Qasımov adına Mərkəzi kitabxana; red. M. Muradova; tərt. ed.: Ə. Alıyeva.- Sumqayıt, 2017.- 6 s.

“Yeni nəşrlər” adlı biblioqrafik göstəricidə 2017-ci ilin IV rübündə Qubadlı

MKS-in fonduna yeni daxil olan ənənəvi və elektron kataloqa (EK) salınmış kitabların annatasiyalı biblioqrafik təsviri verilmişdir. Bu nəşrlərin təsviri əlifba sırası ilə qruplaşdırılmışdır.

Axundov, Süleyman Sani Rzaqulubəy oğlu. Seçmə hekayələr : Hekayələr / S. S.R. Axundov ; tərt. ed. R. İsmayılov ; red. F. Şıxlinski ; rəs. E. Cabbarov. – Bakı : Altun kitab, 2015. – 208 s.

Bu kitabda orjinal nasir kimi taninan dramaturq Seleyman Sani Axundovun hekayələri ilə taniş olacaqsiniz. S.S.Axundovun ilk əsəri “Tamahkar” komediyasıdır. O bu əsərini Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasının təsiri ilə 1899-cu ildə yazmışdır. Bu komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, onlarda gözəl həyat arzuları oyatmağa çalışmışdır. “Laçın yuvası”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Səadət zəhmətdədir”, “Molla Nəsrəddin Bakıda”, “Eşq və intiqam” və başqa pyeslərin müəllifidir. S.S.Axundov həm də orijinal nasirdir. Onun “Kövkəbi-hürriyət”, “Yuxu”, “Qonaqlıq”, “Qan bulağı”, “Qatil uşaq”, “Zarafat” və s. hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələ-

rindəndir.
Azərbaycan-ərəb dili danışıq kitabçası / tərt. Ş. Ələsgərov ; red.: Y. Əliyev, Ə. E. Samil. – Bakı : Azərbaycan Tərcümə Mərkəzi, 2017. – 200 s.
Azərbaycan Respublikasının Konstitusiyası : 26 sentyabr 2016-cı ildə qəbul edilmiş dəyişikliklər və əlavələrlə. – Bakı : n.y., 2017. – 80 s. ; 20 sm. – 2000 экз. – 2.80 AZN
Çimən, Əli. Tarixi dəyişdirən müharibələr : gizli tarix / Ə. Çimən ; red. E. Rafiqoğlu ; tərc. N. Məmmədzadə ; tərt. R. Həsənova ; rəs. Ö. Məmmədov. – Bakı : Qələm, n.i.y. – 432 s.
Cabbarlı, Cəfər Qafar oğlu. Seçmə hekayələr : Hekayələr / C. Cabbarlı ; red. F. Şıxlinski ; rəs. E. Cabbarov. – Bakı : Altun kitab, 2017. – 176 s.

Bu kitabda böyük yazıçı Cəfər Cabbarlının nəsrində özünəməxsus yer olan hekayələr toplanmışdır.Yazıçı bu hekayələrdə yaşadığı dövrün mənəvi-əxlaq problemlərini, cəmiyyətdəki nöqsanları ustalıqla qələmə almışdır. Savadsızlıq, sosial ədalətsizlik, qadın hüquqsuzluğu kimi problemlərin yaratdığı faciələr bu hekayələrin ana xəttini təşkil edir.

Elatlı, Elxan. Adsız tablo : detektiv roman / E. Elatlı ; red. Ş. Sarkaroğlu ;

naşir N. Həbibov. – Bakı : Elgün, 2013. – 272 s.

Roman istedadlı rəssamın faciəli qətlindən və bu qətlin sirrinin qəribə təsadüf nəticəsində açılmasından bəhs edir. Eyni zamanda insanlardakı qısqanclıq hissi, ər-arvad problemləri, məhəbbət, xain xislətli adamların psixologiyası kimi məsələlər əsərdə ön plana çəkilib.
Elatlı, Elxan. Cəhənnəmdən gələn səs : kriminal roman / E. Elatlı. – Bakı : Elgün, 2011. – 344 s.

Yazıçı Elxan Elatlının “Cəhənnəmdən gələn səs” romanı XX əsrin ən dəhşətli qırğını olan Xocalı soyqırımına və erməni əsirliyində əzab çəkən həmvətənlərimizin acınacaqlı taleyinə həsr edilib. Romanda Azərbaycan milli təhlükəsizlik orqanlarının fəaliyyətinə, anaya və vətənə məhəbbət, dostluq, ilahi eşq mövzularına da geniş yer ayrılıb.

Elatlı, Elxan. Ən yaxın planet : detektiv roman / E. Elatlı. – Bakı : Elgün, 2012. – 328 s.

Əsasən detektiv romanlar müəllifi kimi tanınmış sevimli yazıçımızın bu əsəri də detektiv janrdadır. Lakin romanda eyni zamanda təmənnasız, saf məhəbbətə, döyüş səhnələrinə, ailə problemlərinə, cəmiyyətdə rast gəlinən əxlaqa zidd hərəkətlərin ifşasına əhəmiyyətli yer ayrılıb.

Elatlı, Elxan. Ələkeçməz Yaquar : dedktiv roman / E. Elatlı ; red. Ü. Arif. – Bakı : Elgün, 2011. – 272 s.

Tanınmış detektiv yazıçı Elxan Elatlının sizə təqdim etdiyimiz bu romanı da detektiv janrdadır. Roman, əsasən, Rusiyada yaşayan bir azəri ailəsinin faciəsindən bəhs edir. Amma, burada məhəbbət, ailə-məişət problemləri, günümüzün bəzi reallıqları da öz əksini tapıb.

Elatlı, Elxan. Görünməyən izlər : roman /E. Elatlı. – Bakı : Elgün, 2015. -320 s.

Romanda anası tərəfindən uşaq evinə verilmiş Humay adlı qızın sonrakı acınacaqlı taleyindən və onun məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlı ilə tanışlığından bəhs edilir. Bu günümüz üçün son dərəcə tərbiyəvi əhəmiyyətə malik olan romanda narkomaniyanın gətirdiyi faciələrə də ustalıqla toxunulur.

Elatlı, Elxan. Xəstə ruhlar : tarixi-detektiv roman / E. Elatlı. – Bakı : Elgün, 2015. – 304 s.

Romanda artıq geniş oxucu kütləsi tərəfindən sevilib qəbul edilmiş xəfiyyə Qanbay Qasımlı yenidən oxucuların görüşünə gəlir. Lakin yazıçı burada yalnız onun apardığı təhqiqatı təsvir etməklə kifayətlənmir. Nisbətən yaxın tariximizə ardıcıl maraqlı ekskurslar edərək, Azərbaycanın başına gəlmiş bəlaların və bədnam qonşularımızla düşmənçiliyin tarixi köklərini bədii dillə göstərməyə çalışır.

Elatlı, Elxan. Qan ləkəsi : roman / E. Elatlı. – Bakı : Elgün, 2014. – 506 s.

Yazıçının “Qan ləkəsi” romanı fikrimizcə Azərbaycan detektivində öz sanbalı və ciddiliyi ilə seçilir. Romanda məhəbbətə, ailə-məişət məsələlərinə, müəllim-şagird münasibətlərinə toxunulmaqla bərabər Qarabağ uğrunda ədalətli savaşımız da öz əksini tapmışdır.

Elatlı, Elxan. Mərtəbələr : Psixoloji roman / E. Elatlı. – Bakı : Elgün, 2014. – 248 s.

Roman günümüzdə hər bir kəsi düşündürən pul, qazanc və bununla bağlı formalaşan maddi həyat səviyyəsindən bəhs edir. Eyni zamanda, əsərdə müxtəlif insanların namus, vicdan, düzlük kimi mənəvi dəyərlərə olan fərqli baxışlarına da rast gəlinir.

Elatlı, Elxan. Qanunsuz əməliyyat : roman / E. Elatlı. – Bakı : Elgün, 2015. – 288 s.

Kitabda söhbət iyirmi dörd il əvvəl baş vermiş qətl hadisəsinin məxfi agent Gültən Dəmirli tərəfindən yenidən araşdırılmasından və şəhərdə taxribatlar törədən mütəşəkkil terrorçu dəstənin zərərsizləşdirilməsindən getsə də, burada anaya və vətənə məhəbbət, mürəkkəb ailə münasibətləri, qadın psixologiyası, düşmənə nifrət, intiqam eşqi və digər məsələlərə də kifayət qədər yer ayrılıb.

Elatlı, Elxan. Niyə susursan, polkovnik? : detektiv roman / E. Elatlı. – Bakı : Elgün, 2014. – 288 s.

Elxan Elatlının “Niyə susursan, polkovnik?” detektiv romanı gənc müğənni qızın ibrətamiz həyat hekayəsindən və bir mənzildə baş vermiş ağır cinayətin polkovnik Qasımlı tərəfindən araşdırılmasından bəhs edir. Romanda bu günkü mənəvi həyatımızda rast gəlinən pulgirlik, saxtakarlıq, ikiüzlülük, yaltaqlıq kimi bir çox eybəcərliklər ironiya ilə ön plana çəkilərək tənqid olunur.

Elatlı, Elxan. Ölüm ağacının kölgəsində : məhəbbət romanı / E. Elatlı. – Bakı : Elgün, 2017. – 300 s.
Elatlı, Elxan. Pəncərədə görünən kölgə : detektiv rоmаn / E. Elatlı ; red. A. Nəbioğlu. – Bakı : Elgün, 2011. – 176 s.

Əsərdə baş vermiş müəmmalı cinayətin sirrinin açılmasından söhbət getsə də ana və övlad məhəbbətinin, halallıq, mənəvi təmizliyin təbliği də özünəməxsus yer tutur. Bu baxımdan roman gənclərin tərbiyəsində müsbət rol oynamağa qadirdir.

Elatlı, Elxan. Seçilmiş cəza : detektiv roman / E. Elatlı. – Bakı : MBM, 2012. – 256 s.

Azərbaycan ədəbiyyatına Qanbay Qasımlı kimi maraqlı xəfliyyə obrazı gətirən sevimli yazıçımız Elxan Elatlının “Seçilmiş cəza” əsəri həmin obrazın növbəti macərasından bəhs edir. Fikrimizcə, peşəkarlıqla yazılmış bu detektiv roman da oxucular tərəfindən rəğbətlə qarşılanacaq.
Elatlı, Elxan. Yeddinci mərtəbədə qətl : povest və hekayələr / E. Elatlı. – Bakı : Elgün, 2011.- 144 s.

Elxan Elatlının kitabda toplanmış dörd hekayə və iki povesti sırf detektiv janrdadır. Onlarda hüquq-mühafizə orqanlarının çətin və şərəfli işindən, qaranlıq cinayətlərin ağlın və məntiqin gücü ilə açılmasından bəhs edir.

Haqverdiyev, Əbdürrəhim bəy Əsəd oğlu. Seçmə hekayələr : Hekayələr / Ə. Ə. Haqverdiyev ; tərt. ed. E. Astanbəyli ; rəs. E. Cabarov. – Bakı : Altun Kitab, 2015. – 224 s.

Kitabda görkəmli mütəfəkkir Ə. Haqverdiyevin zəngin ədəbi irsindən seçmələr – Mirzə Səfər , Şeyx Şəban , Ata və oğul, Bomba, Marallarım , Ovçu Qasım , Qəndil, Çeşmək və s. kimi hekayələr toplanmişdır. Hekayələrinin əsas mövzularından biri mövhümatın tənqididir.

Hər suala bir cavab : ensiklopedik toplu / tərt. İ. Əlfi ; red. T. Rüstəmova. I cild. – Bakı : Azərbaycan Tərcümə Mərkəzi, 2016. – 368 s.
İngiliscə-Azərbaycanca izahlı kompüter terminləri lüğəti = English-Azerbaijani Explanatory Dictionary of Computer Terms / tərt. R. Məmmədli. – Bakı : Kitab Klubu, 2014. – 466 s.
İsmayılqızı Nigar. Savaşçı : (aprelin izi ilə. ) kitab şəhid Əbdülməcid Axundovun əziz xatirəsinə həsr olunur. / N. İsmayılqızı ; red. E. Hüseynbəyli ; məsl. D. ibrahimova ; tərc.: A. Şabanov, G. Əliyeva ; tərt. Z. Əliyev. – Bakı : ÇapArt nəşriyyat evi, 2017. – 223 s.
Məmmədquluzadə, Cəlil Hüseynqulu oğlu. . Seçmə hekayələr : Hekayələr / C. H. Məmmədquluzadə ; tərt. E. Astanbəyli ; rəs. E. Cabarov. – Bakı : Altun Kitab, 2015. – 224 s.

Kitabda görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin ən məşhur hekayələri yeni təqdimatda oxucularının ixtiyarına verilir. Bu hekayələrdə XX əsrin əvvələrindəki Azərbaycan cəmiyyətinin sosial – məişət problemləri əks olunur.

Tarix və politologiya

Siyasət dünyasında baş verənlər, XX əsrin əvvəlindən tarix səhnəsində olanlar.

Yaradılıb 5 may 2012 Topik 287 Abunəçi 14 Reytinq 24.96

Administratorlar (2):
kayzen Apollon

Moderatorlar (0):
Moderator yoxdur

Şərqi slavyanlarında dövlətin meydana çıxması

  • Tarix və politologiya
  • 28 fevral 2023, 00:10

VIII əsrə doğru «rus» termini şərqi slavyanlara aid edilmişdir. Uzun illər «rus» sözü ilə bağlı fikirlər onun xarici (norman) və yaxud avtoxton (slavyan) kökdən gəlməsi ilə parçalanmışdır. Xarici tarixşünaslığı təmsil edən R.Payps və H.Devidson belə hesab edirlər ki, əfsanəvi Ryurik Skandinav rus tayfasından olmuşdur. Qeyd etmək lazımdır ki, Skandinaviyada belə bir tayfa adı yoxdur. Akademik B.A.Rıbakov belə hesab edir ki, çox güman rus slavyan tayfalarından birinin adıdır. Bəzi tarixçilər isə «rus» sözünün slavyan icmalarının mövcud olduğu rayondakı Ros çayı ilə bağlı olduğunu qeyd edir. Vaxtı ilə görkəmli rus tarixçisi V.O.Klyuçevskinin də qeyd etdiyi kimi bugün də «rus» termininin tarixi və etimoloji kökü aydınlaşdırılmamışdır.

SSRİ 1960-cı İLLƏRİN İKİNCİ YARISI -1980-ci İLLƏRİN ORTALARINDA

  • Tarix və politologiya
  • 28 fevral 2023, 00:10

İctimai-siyasi həyat
N.S.Xruşşovun istefası ilə onun başladığı ictimai-siyasi həyatın liberallaşması prosesinin dəyişiklikləri dayandı. N.S.Xruşşovun istefasının təşəbbüskarı və təşkilatçılardan biri olan L.İ.Brejnev Sov.İKP MK-nın birinci katibi (1966-cı ildən Baş katibi) seçildi. Brejnev Leonid İliç (1906-1982) Yekaterinoslav quberniyasının Kamensk qəsəbəsində fəhlə ailəsində doğulmuşdur. 1935-ci ildə Metallurgiya İnstitutunu bitirmiş, 1939-cu ildən partiya işinə keçmişdir. Böyük Vətən müharibəsində siyasi işçi kimi iştirak edərək general-mayor rütbəsində 4-cü Ukrayna cəbhəsinin siyasi idarəsinin rəisi olmuşdur.
Davamı →

Xocalı faciəsi haqqında söylənilmiş fikirlər

  • Tarix və politologiya
  • 26 fevral 2023, 18:36

Xocalı hadisəsi baş verəndə xəbərlər təkcə Azərbaycanın o vaxtkı rəhbərliyinə yox, dünyanın hər yerinə, dünyanı idarə edən böyük dövlətlərin başçılarına belə çatırdı. Ancaq hamı susurdu… Müasir dünya dəhşətli insan qırğını görməmişdi və maraqla gözləyirdi. Gözləyirdi ki, görsün torpağın qara üzü günahsız insanların qırmızı əti ilə örtüləndə necə görünür?!
Elxan Elatlı, Cəhənnəmdən Gələn Səs

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Heydər Əliyev

SSRİ-nin xarici siyasəti

  • Tarix və politologiya
  • 22 fevral 2023, 23:04

İ.V.Stalinin ölümündən sonra SSRİ-nin xarici siyasəti əhəmiyyətli dərəcədə dəyişərək mülayimləşməyə istiqamətləndi. 1953-cü ilin iyulunda Koreyada atəşin dayandırılmasına dair saziş imzalandı. İsraillə 1953-cü ilin fevralından kəsilən diplomatik münasibətlər bərpa olundu. Sovet İttifaqı Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkərək onunla münasibətləri normallaşdırdı.

Sovet İttifaqında Ölkənin sosial-iqtisadi vəziyyəti

  • Tarix və politologiya
  • 22 fevral 2023, 22:34

60-cı illərin ortalarına doğru Sovet İttifaqında əhalinin ərzaq məhsulları, yüngül sənayeni kənd təsərrüfatı xammalı ilə təmin edilməsi sahəsində ağır vəziyyət yaranmışdı. Kənd təsərrüfatı sahəsində ölçülüb-biçilmədən tətbiq olunan eksperimentlər 1953-1958-ci illərdə əldə edilən naliyyətləri heçə endirdi. Heyvandarlıq sahəsi ağır zərbə aldı, SSRİ xaricdən taxıl almağa məcbur oldu. Yeni hakimiyyətin qarşısında duran əsas vəzifə iqtisadi islahatları davam etdirmək idi.

SSRİ beynəlxalq aləmdə

  • Tarix və politologiya
  • 21 fevral 2023, 01:00

1960-cı illərin ortaları «soyuq müharibə»nin davamı kimi səciyyələndirilə bilər. İki fövqəldövlət SSRİ və ABŞ-ın hərbi potensialı tədricən bərabərləşdi. Hərbi-strateji paritet yarandı. 1964-cü ilin oktyabrında sovet dövlətinin sükanı arxasına keçən yeni hakimiyyət xarici siyasət sahəsində üç prioritet vəzifə qarşıya qoydu.
Davamı →

Müasir Rusiyanın xarici siyasəti

  • Tarix və politologiya
  • 17 fevral 2023, 00:40

1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra onun tərkibindən ayrılan respublikalar Müstəqil Dövlətlər Birliyini (СНГ) yaratdı. Baltikyanı respublikalarından başqa, keçmiş sovet respublikalarının hamısı MDB-də təmsil olundu. 1992-ci ilin mayın 15-də MDB ölkələri kollektiv təhlükəsizlik haqqında müqavilə imzaladı. 1993-cü il yanvarın 22-də MDB-nin Nizamnaməsi qəbul edildi. Rusiya keçmiş sovet məkanında nüfuzunu və varlığını MDB çərçivəsində səmərəli əməkdaşlıq mexanizmi əsasında davam etdirmək niyyətində idi. Digər tərəfdən, «yaxın xaric» ölkələrində xarici ölkə vətəndaşlarına çevrılən 25 mln. rus vardır ki, onların da taleyi Rusiya dövlətinin MDB daxilində yeritdiyi siyasətdən asılıdır.

Federalizmin inkişafı. Çeçenistan müharibəsi

  • Tarix və politologiya
  • 12 fevral 2023, 23:23

Rusiya Federasiyasına SSRİ-dən miras qalan ən mürəkkəb məsələlərdən biri millətlərarası münasibətlər problemidir. Vəziyyəti gərginləşdirən şərait ondan ibarət idi ki, yeni Rusiyaya federativ quruluşun əvvəlki etnik prinsipi miras qalmışdı. Fərq isə yalnız onda idi ki, Federasiyanın subyektləri keçmiş Rusiya muxtariyyətləri idi. Ölkədəki etnosiyasi vəziyyət göstərdi ki, SSRİ-dən fərqli olaraq, əhalinin 80 faizindən çoxunu təşkil edən rus xalqı bütün Rusiya ərazisi üzrə yayılmışdır. Məhz bu amil respublikalarda fəaliyyətdə olan milli hərəkatlarda və ayrı-ayrı respublikaların rəhbərliyində nəzərə alınmamışdı.

İmperator III Aleksandr

  • Tarix və politologiya
  • 2 fevral 2023, 23:12

XIX əsrin 60-cı illərinin əvvəllərindən Rusiyada həyata keçirilən islahatlar ölkənin iqtisadi inkişafını sürətləndirdi, xüsusi sahibkarlığı bərqərar etdi. Şəhərlər artır, dəmiryolları çəkilir, çoxlu yeni sənaye müəssisələri yaranırdı. Əhalinin təhsil səviyyəsi yüksəlir, yüzlərlə yeni təhsil müəssisəsi açılırdı. Məhkəmə sistemi liberallaşdırılmışdır. Çarın təbəələri öz mənafeyini məhkəmədə müdafiə etmək, vəzifəli şəxslərin özbaşınalığndan şikayət etmək hüququ almışdır. Hakimiyyətin senzuranı yumşaltması nəticəsində 60-cı illərdə Rusiyada yüzlərlə yeni qəzet və jurnal meydana çıxmışdır. Xarici ölkələrə səfər etmək qaydası sadələşdirildiyi üçün minlərlə rusiyalı turist və səyyah ölkəni tərk edir, bir çox insan Avropanın qabaqcıl ali təhsil müəssisələrində təhsil alırdı. Dövlətin siyasəti tədricən Rusiyanı liberal və hüquqi dövlətə çevirmək istiqamətində olmuşdur.

Rusiya mədəniyyətinin Qızıl əsri. XIX əsrin I yarısında mədəni həyat

  • Tarix və politologiya
  • 1 fevral 2023, 21:49

XIX əsr, sözün əsl mənasında, Rusiya mədəniyyət tarixinin «Qızıl əsri»dir. Məhz bu zaman rusiyalı yazıçı, bəstəkar, rəssam, alim və fikir adamlarının yaratdığı əsərlər bütün dünyada qəbul olunaraq dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Məhz XIX əsrdə zadəgan və xalq mədəniyyətinin birləşməsi nəticəsində vahid Rusiya milli mədəniyyəti formlaşdı. Rus mədəniyyətini təmsil edənlərin böyük əksəriyyəti ədəbiyyat, musiqi, incəsənət, elm sahəsində dünyəvi yaradıcılıq formasından istifadə edərək öz əsərlərində ənənəvi əxlaqi həqiqəti vəsf etmişdir. Beləliklə, dünyəvi mədəniyyət milli ənənə, pravoslav məzmunu və mənası ilə tamamlanmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.