Press "Enter" to skip to content

Azrbaycan şrablarının texnologiyası

Bu gün IT mütəxəssisləri, fəaliyyət sahəsi informasiya texnologiyaları ilə əlaqəli olan kifayət qədər böyük bir mütəxəssis qrupu deməkdir. İnformasiya texnologiyaları həyatımızın demək olar ki, bütün sahələrinə möhkəm bir şəkildə daxil olub. Hazırda İT mütəxəssisi peşəsinin nümayəndələri gündəlik həyatda və istehsalatda informasiya texnologiyalarının tətbiqinin hər bir aspektində iştirak edirlər. “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan tələbələr müasir informasiya texnologiyalarının informasiya prosesləri, informasiya resursları, informasiya sistemləri, elmi və texniki informasiyanın verilənlər bazası, biliklər bazası, informasiya məhsulu və xidmətləri bazarı kimi əsas anlayışları ilə dərindən tanış olur, informasiya sistemləri və informasiya texnologiyaları arasındakı əlaqəni öyrənirlər. Bu ixtisasın əsaslarına yiyələnməklə tələbələr informasiya sistemlərinin və texnologiyalarının fəaliyyətini dəstəkləyən və verilənlərin təhlükəsizliyini təmin edən proqram təminatından istifadəyə əsaslanan bilik və vərdişlər qazanır, həm də kompüter şəbəkələrində işin təşkili xüsusiyyətlərini öyrənməklə yeni tələblərə cavab verən texniki və proqram vasitələrinin sazlanmasını həyata keçirmək imkanı əldə edirlər. Bu ixtisas informatika və riyaziyyat ilə maraqlananlar üçün uyğun sahədir.

Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib – FOTO

Oktyabrın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Azərbaycanda reklam bazarı: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının və reklam şirkətlərinin, biznes assosiasiyaların nümayəndələri iştirak ediblər.

KOBİA-dan BAKU.WS-ə bildirilib ki, İctimai Şuranın sədri Fərhad Qaraşov forumun Azərbaycanda reklam bazarı sahəsində mövcud vəziyyətin və çətinliklərin öyrənilməsi məqsədilə təşkil olunduğunu qeyd edib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin dövlət-özəl dialoqu vasitəsilə reklam bazarı iştirakçılarının çətinliklərinin öyrənilməsi və birgə həll yollarının tapılması üçün səmərəli platforma olacağını vurğulayıb, reklam sahəsində ictimai iştirakçılığın genişləndirilməsinə, sahibkarların müvafiq sahə ilə bağlı məlumatlığının artırılmasına dair təkliflər səsləndirib.

Qeyd olunub ki, reklam fəaliyyəti sahəsində birliklər, şuralar, assosiasiyalar və digər qeyri-hökumət təşkilatları yaradıla bilər. Sahibkarların reklam ödənişləri, qayda və prosedurlar barədə məlumatlığını artırmaq və maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün KOBİA-nın regionlarda fəaliyyət göstərən KOB dostu ofislərində və KOB inkişaf mərkəzlərində ADRA ilə birgə seminar və görüşlər keçirilə bilər.

Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov rəhbərlik etdiyi qurumun fəaliyyəti, ötən 4 il ərzində ölkənin reklam ekosisteminin inkişafı üçün görülən işlər və qarşıda duran hədəflərdən danışıb. Vurğulanıb ki, agentliyin fəaliyyətinin əsasında müvafiq sahənin inkişafı ilə yanaşı, sahibkar məmnuniyyəti, şəffaflıq və məsuliyyət prinsipləri dayanır.

Açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirmək üçün onlayn icazələr sistemi, vahid məlumat bazası, 360 dərəcə panoramik virtual xəritəçilik sistemi və digər innovativ həllər tətbiq olunmaqdadır. Reklam sahəsində müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması gələcəkdə də davam etdiriləcək.

Forumda sahibkarlıq fəaliyyətində reklam vasitələrindən istifadə, sağlam və innovativ reklam mühitinin inkişafı və bu sahədə həyat keçirilən tədbirlər, reklam bazarı iştirakçılarının qarşılaşdıqları çətinliklər barədə müzakirələr aparılıb, tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.

Azrbaycan şrablarının texnologiyası

Bu gün IT mütəxəssisləri, fəaliyyət sahəsi informasiya texnologiyaları ilə əlaqəli olan kifayət qədər böyük bir mütəxəssis qrupu deməkdir. İnformasiya texnologiyaları həyatımızın demək olar ki, bütün sahələrinə möhkəm bir şəkildə daxil olub. Hazırda İT mütəxəssisi peşəsinin nümayəndələri gündəlik həyatda və istehsalatda informasiya texnologiyalarının tətbiqinin hər bir aspektində iştirak edirlər. “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan tələbələr müasir informasiya texnologiyalarının informasiya prosesləri, informasiya resursları, informasiya sistemləri, elmi və texniki informasiyanın verilənlər bazası, biliklər bazası, informasiya məhsulu və xidmətləri bazarı kimi əsas anlayışları ilə dərindən tanış olur, informasiya sistemləri və informasiya texnologiyaları arasındakı əlaqəni öyrənirlər. Bu ixtisasın əsaslarına yiyələnməklə tələbələr informasiya sistemlərinin və texnologiyalarının fəaliyyətini dəstəkləyən və verilənlərin təhlükəsizliyini təmin edən proqram təminatından istifadəyə əsaslanan bilik və vərdişlər qazanır, həm də kompüter şəbəkələrində işin təşkili xüsusiyyətlərini öyrənməklə yeni tələblərə cavab verən texniki və proqram vasitələrinin sazlanmasını həyata keçirmək imkanı əldə edirlər. Bu ixtisas informatika və riyaziyyat ilə maraqlananlar üçün uyğun sahədir.

İxtisasın tarixi

Proqramlaşdırmanın ilk illərində proqramlaşdırma dilləri bir çox rəqəmlər seriyasından ibarət olduğu üçün, demək olar ki, ilk İnformasiya texnologiyaları mühəndisləri, əsasən, riyaziyyat yönümlü ixtisaslarda təhsil almış şəxslər idi.1950-cillərdə və 1960-cı illərin əvvəllərində əgər proqramçı olmaq istəsəydiniz, ilk öncə riyaziyyat üzrə bakalavr təhsili almalı idiniz.1060-ci illərdə isə ilk elektron kompüterlərin yaradılmasından sonra bu sahə ilə məşğul olan mütəxəssislər isə artıq mühəndislər, riyaziyyatçılar və statistikaçılar idilər. İllər ötdükcə isə daha asan proqramlaşdırma dillərinin yaranması bu sahəyə maraqlı olan digər şəxslərə də imkanlar açdı, mühəndislər, riyaziyyatçılar isə proqramlaşdırma ilə deyil, kompüter elmlərində daha mürəkkəb işlərlə məşğul olmağa başladılar.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Şəbəkələrin idarə edilməsi;
  • ➝ Veb-saytların yaradılması;
  • ➝ Veb-saytlara texniki dəstək;
  • ➝ Alqoritmlərin və kompüter proqramlarının yazılması;
  • ➝ Sistem analizi;
  • ➝ Kiber təhlükəsizliyin təmin edilməsi;
  • ➝ Mövcud sistemə texniki dəstəyin göstərilməsi;
  • ➝ Hardware və Software problemlərinin aradan qaldırılması;
  • ➝ Proqram təminatının tətbiqi və digər proqramlar ilə düzgün qarşılıqlı əlaqənin təşkili;
  • ➝ Proqramlar ilə işləmək üçün təlimat və lazımi texniki sənədləri tərtib etmək;
  • ➝ Yazılan kodun bütün elementlərin düzgün işləməsini sınaqdan keçirtmək (test etmək);
  • ➝ Nöqsanları aradan qaldırmaq;
  • ➝ Ofis texnikasının tənzimlənməsi, bəzi avadanlıqların problemlərinin aradan qaldırılması;
  • ➝ Keyfiyyət menecmenti sistemindəki uyğunsuzluqların aradan qaldırılmasına və qarşısının alınmasına yönəlmiş tədbirlərdə iştirak edin;
  • ➝ Şirkətin bütün proqram məhsullarını quraşdırılması, konfiqurasiya edilməsi, saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • ➝ Xidmətlərin saxlanılması üçün müraciətləri qəbul etmək (Help Desk). Bunları müəyyən edilmiş qaydalara uyğun olaraq yerinə yetirmək;
  • ➝ Hər bir istifadəçiyə onlayn qeydiyyatı və zəruri mənbələrə girişi təmin etmək üçün istifadəçi və qrup hesablarının planlaşdırılması, yaradılması və saz vəziyyətdə saxlanılması;
  • ➝ Təhlükəsizlik pozuntularını aşkar etmək və aradan qaldırmaq üçün şəbəkədəki hadisələrin yoxlanılması strategiyasını planlaşdırır və həyata keçirmək. Resursları idarə etmək və istifadəsinə nəzarət etmək

Harada bu ixtisasa sahiblənmək olar?

Dövlət Universitetləri:

  • ➝ “ADA” Universiteti
  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti
  • ➝ Azərbaycan Texnologiya Universiteti
  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • ➝ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
  • ➝ “Azərbaycan” Universiteti
  • ➝ Bakı Mühəndislik Universiteti
  • ➝ Bakı Biznes Universiteti
  • ➝ Milli Aviasiya Akademiyası
  • ➝ Mingəçevir Dövlət Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti
  • → Odlar Yurdu Universiteti

Özəl Universitetlər :

  • ➝ Bakı Avrasiya Universiteti
  • ➝ Qərbi Kaspi Universiteti
  • ➝ “Naxçıvan” Universiteti

Kurslar :

  • ➝ Code Academy
  • ➝ ItCity Academy
  • ➝ Step IT
  • ➝ Tech Academy və s.

Bu ixtisas üzrə harada çalışmaq olar?

İxtisas üzrə mütəxəssislər:

  • ➝ Fərdi olaraq müxtəlif platformalar vasitəsilə sifarişlər qəbul edərək;
  • ➝ Özəl müəssisələrin İnformasiya texnologiyaları şöbələrində;
  • ➝ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi başda olmaqla digər nazirlik və dövlət müəssisələrində;
  • ➝ Müəllim olaraq yuxarıda qeyd etdiyimiz və digər müxtəlif universitet və kurslarda fəaliyyət göstərə bilərlər.
  • ➝ İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq informatika fənnini tədris edə bilər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Riyazi biliklər;
  • ➝ Diqqətli olmaq;
  • ➝ Alqoritmik biliklər;
  • ➝ Sistemli düşüncə;
  • ➝ Analitik düşüncə;
  • ➝ Komanda ilə işləmək bacarığı;
  • ➝ Məsuliyyətli olmaq;
  • ➝ İntizamlı olmaq;
  • ➝ Data strukturlarına bələd olmaq;
  • ➝ Dil bilikləri (xüsusilə İngilis dili);
  • ➝ Dəyişikliklərə ayaq uydura bilmək;
  • ➝ Proqlamlaşdırma dilləri bilikləri ( hal-hazırda ən çox istifadə edilən dillər Python və JavaScript);
  • ➝ Müasir informasiya sistemlərini sınaqdan keçirmə metodlarını bilmək;
  • ➝ Məlumatla işləmə bacarığı: toplanması, işlənməsi, təhlili;
  • ➝ Güclü yaddaş;
  • ➝ Tənqidi düşüncə.

İxtisasın gələcəyi

Bildiyimiz kimi dünyadakı inkişaf etmiş ölkələrdə sənaye öz yerini informasiya axışına verməyə başlayıb. Bu halda informasiya texnologiyaları sürətlə inkişaf etməyə doğru gedir. Bu səbəbdən bir çox universitetlərdə bu ixtisasın adı eşidilməyə başladı və təkcə Amerikada ən az 200 universitetdə ixtisas üzrə təhsil verilməkdədir. Bu vəziyyət İnformasiya texnologiyaları ixtisasının önümüzdəki illərdə ölkəmizdə də önəmli bir yerə sahib olacağının göstəricisidir. Hazırda gələcəyin ixtisası olaraq tanınan bu ixtisasa Azərbaycanda da böyük tələbatın olmasına baxmayaraq, ixtisaslı kadrların azlığı müşahidə olunmaqdadır və bu da ixtisas sahiblərinə olan ehtiyacın daha da artmasına səbəb olur. Əmək bazarında bu ixtisas sahiblərinə günü-gündən artan ehtiyac, məzunların gələcəkdə işsiz qalma ehtimalının sıfıra yaxın olacağını deməyə imkan verir.

Əmək haqqı

İxtisas üzrə əmək haqqları peşə sahibinin bacarıqlarından, təcrübəsindən və tutduğu vəzifədən asılı olaraq 1000-3000 AZN arasında dəyişməkdədir.

Comments are closed, but trackbacks and pingbacks are open.