Press "Enter" to skip to content

Nijdenin faşist ideologiyası bizim üçün təhlükəlidir” – Erməni məmur

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Andreasyan açıqlamasında Nijdenin “Tsağakronizm” ideologiyasının faşist bir ideologiya olduğunu və müasir sivil cəmiyyətlər üçün böyük təhlükə daşıdığını bildirib.

Erməni nəşri 44 günlük müharibə ilə çökən “milli ideologiya”dan yazdı

“Manipulyasiyalar, siyasi intriqalar və demaqoqiya həmişə həyatımızın ayrılmaz hissəsi olub. Siyasətçi qeyri-müəyyən terminlərlə danışanda, insanların incə milli vətənpərvərlik simlərinə toxunanda, arqumentsiz eyhamlardan istifadə edəndə, ucuz dividendlər qazanıb, camaatı sevindirəndə, populist çıxışlar edəndə hamımız ona inanırıq. Bütün bunlar manipulyasiya sahəsinin müxtəlif təzahürləridir. Biz çox vaxt buna əhəmiyyət vermirik, amma bir qayda olaraq o yemi uduruq”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Erməni nəşri daha sonra mövzunu belə davam etdirib

“30 ildir ki, “Artsax” mövzusu bu cür manipulyasiyaların və ucuz spekulyasiyaların mövzusu olub. “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi ilə bitən münbit saxta dəyərlər və demaqoqluq meydanı formalaşıb. Lakin 2020-ci il müharibəsi və ondan sonrakı hadisələr göstərdi ki, nə onilliklər boyu axıtdığımız göz yaşları, nə “torpaq təhvil vermək” niyyətində olanlara yönəlmiş təhdidlər, nə də “Artsax”a və xalqına olan sevgi və qayğı səmimidir.

Məlum oldu ki, məhəbbət, milli məqsədlər və itirilmiş vətəni qaytarmaq kimi çoxəsrlik arzular sacxta və uydurmadır. Məlum oldu ki, biz hər şeyi əsaslandırıb, hər şeylə barışa bilirik. Vətənimizin məhvi ilə belə.

Elə bir vaxt gəldi ki, ən qəbuledilməz sənəd imzalandı və imzalayan şəxs erməni xalqının qarşısında qürurla, açıq şəkildə dayana bildi, çıxışlar etdi, baş verənlərə görə başqalarını ittiham etdi. İndi isə cəzalandırılmır, lənətlənmir, çünki o “haqlıdır”. Xain deyil, oğrular isə “köhnələrdir”.

“Nijdenin faşist ideologiyası bizim üçün təhlükəlidir” – Erməni məmur

Ermənistan mədəniyyət nazirinin müavini Janna Andreasyan erməni televiziyasında nasist kollaborasionisti Qaregin Nijdenin ifrat millətçi “Tsağakronizm” ideologiyasının təhlükəsi barədə əhəmiyyətli açıqlamalar verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Andreasyan açıqlamasında Nijdenin “Tsağakronizm” ideologiyasının faşist bir ideologiya olduğunu və müasir sivil cəmiyyətlər üçün böyük təhlükə daşıdığını bildirib.

“Nijde ideologiyası, əslində, faşist bir ideologiyadır. XXI əsrin cəmiyyəti olaraq bizim üçün çox təhlükəlidir, çünki bu ideologiya dünyaya qarşı aqressiya, özünü dünyadan təcrid etmə və digər cəmiyyətlər üzərində üstünlük nümayiş etdirmək prinsipləri əsasında qurulub. Əgər bu təlimdən bütün gözəl sözləri ayırsa, o zaman geriyə çox təhlükəli bünövrə qalacaq”,- deyə Andreasyan qeyd edib.

O, erməni cəmiyyətinin sözügedən ideologiyaya görə müasir sivil cəmiyyətlərdən geri qaldığını və alternativ konsepsiyalara ehtiyac olduğunu qeyd edib.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.