Fövqlad hallar uşaqların gözü il
Daha sonra tədbir iştirakçıları müsabiqəyə qatılmış uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
“Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda mükafatlandırma mərasimi olub -Fotolar
Sumqayıt şəhər Təhsil şöbəsində “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda Sumqayıt şəhər məktəbliləri arasında keçirilmiş VII Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Manevr.az -ın verdiyi xəbərə görə, tədbirdə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Təhsil şöbəsinin, məktəblərin direktor və müəllimləri, valideynlər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Mərasimdə bildirilib ki, Sentyabr-dekabr ayları ərzində keçirilmiş müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, fövqəladə hal probleminə ictimaiyyətin diqqətinin yönəldilməsi olub.
Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, şəhər və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib.
Sonra respublika uşaq yaradıcılıq müsabiqəsində ilk üç yeri tutmuş uşaqlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Həmçinin şəhər mərhələlərində ilk üç yeri tutmuş uşaqlara fəxri fərmanlar təqdim olunub.
Fövqlad hallar uşaqların gözü il
Dekabrın 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in, Təhsil Nazirliyinin birgə təşkilatçılığı və FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırma mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti və mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.
Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Fövqəladə Hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin Təhsil şöbəsinin rəhbəri Leyla Həsənova, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV və ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinə həsr olunmuş sərgi ilə tanış olublar.
Sərgiyə baxışdan sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Birinci yerə 31, ikinci yerə 37, üçüncü yerə 47 nəfər layiq görülub, 52 nəfərə isə həvəsləndirici diplomlar təqdim edilib. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Mükafatları Təhsil nazirinin müavini İdris İsayev, Fövqəladə Hallar nazirinin müavini Faiq Tağı-zadə, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin Təhsil şöbəsinin rəhbəri Leyla Həsənova, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və digər şəxslər təqdim ediblər.
Tədbir bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin qatıldığı müsabiqəyə sentyabrın 27-dən start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 518 rəsm, 210 plakat, 236 əl işi, 205 yanğın və qəza-xilasetmə texnikasının modeli və 139 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.
“Fövqəladə hallar uşaqların gözü ilə” I Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 1 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyi (FHN) Təhsil Nazirliyi ilə birgə 2010-cu il dekabrın 28-dən 2011-ci il aprelin 30-dək məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda I Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsi keçirmişdir.
AZƏRTAC xəbər verir ki, iyunun 1-də Muzey Mərkəzində Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə I Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
FHN və Təhsil Nazirliyi əməkdaşlarının, rəssamların, KİV və ictimaiyyət nümayəndələrinin, valideynlərin iştirak etdikləri tədbiri Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov açaraq bayram münasibətilə uşaqları təbrik etmişdir. Natiq ilk dəfə keçirilən müsabiqənin uşaqların bu sahədə istedadlarının aşkarlanması baxımından əhəmiyyətini vurğulamışdır. Son illər ölkəmizdə uşaqlara və rəssamlıq sahəsinin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı diqqətə çatdırılmışdır.
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə bildirmişdir ki, əsas məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, həmçinin istedadlı uşaqların üzə çıxarılmasıdır. Natiq insanın uşaqlıqdan fövqəladə hallara hazır olmasının, bu cür hadisələrdə özünü idarə etməyi öyrənməsinin, həmçinin kiməsə yardım etməyi bacarmasının vacibliyini qeyd etmişdir.
Sonra yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq, inşa, hekayə və şeir nominasiyaları üzrə işlərin təqdim olunduğu müsabiqədə hər nominasiya üzrə I, II və III yerlər müəyyənləşdirilmişdir.
“Rəsm” nominasiyası üzrə I yerə Əfqan Şabanov, Samir Məmmədli, Fərrux Qocayev, “Plakat” nominasiyası üzrə I yerə Bənövşə Axundova, Ceyhun Qədirov, “Şeir” nominasiyası üzrə I yerə Sevgin Abbasova, Şəhrəbanı Zərbəliyeva və Əhməd Zeynallı layiq görülmüşlər.
Yaradıcılıq müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Həmçinin müsabiqənin iştirakçılarına həvəsləndirici mükafatlar təqdim edilmişdir.
Daha sonra tədbir iştirakçıları müsabiqəyə qatılmış uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Müsabiqədə iştirak etmiş məktəblilərin seçilmiş işləri kataloq şəklində nəşr olunmuşdur.
Comments are closed, but trackbacks and pingbacks are open.