Press "Enter" to skip to content

Adil babayev azrbaycan dili v nitq mdniyyti

Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qayğısına qalır, onun təmizliyi və saflığı uğrunda böyük əzmlə, cəsarətlə mübarizə aparır.

Adil Babayev”Az dili və nitq mədəniyyəti” vəsait

A.Babayev”Az dili və nitq mədəniyyəti” dərslik.(2016).Yaxşı vəziyyətdədir.Çox az istifadə olunub.whatsappa yazın

Bakı 2 Oktyabr 2020 2937 dəfə
E

Elçin Abdullayev

Elanın vaxtı bitmişdir
Seçilmişlərə əlavə et

Oxşar Elanlar

Alman dili

90 6 Fevral

Mostbet – ən etibarlı bukmeyker

Mostbet Reklam

Alman dili

90 12 Fevral

Azərbaycan dili və İnglis dili 10 cu sinif testi

8 13 Fevral

Azərbaycan dili hazırlığı

50 3 Mart

Alman dili- немецкий язык

90 2 Fevral

İngilis dili hazırlığı

100 3 saat əvvəl

Alman dili

90 23 Yanvar

İşgüzar İvrit dili kursu

100 24 Yanvar

Azərbaycan dili və ədəbiyyat müəlliməsi

30 6 Fevral

İngilis dilindən hazırlıq

30 2 saat əvvəl

Ingilis dili qrammatikasının əsasları

3 4 Fevral

İşgüzar İvrit dili kursu

150 25 Fevral

Ofis meneceri tələb olunur

600 Bu həftə

Yeni başlayanlar üçün onlayn İvrit dili kursu

100 28 Fevral

İntensiv Rus dili kursu

70 27 Fevral

Azərbaycan dili və Ədəbiyyat fənni üzrə hazırlıqlar

İngilis dili kurslarına xüsusi endirim

69 24 Fevral

Vinilim AZ

8 10 saat əvvəl

Çin dili kursları

150 25 Yanvar

İngilis dili

İntensiv İngilis dili kursu

70 12 Fevral

Zinyət Tədris Mərkəzində Ərəb dili kursları

100 25 Yanvar

Sizin üçün-ALMAN dili kursları.

100 1 Fevral

Ödənişli xidmətlər

Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!

Ödənişli xidmətlər

Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!

Elanı sil

Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim

Telefon: (012) 566-74-58

Haqqımızda

Yardımçı linklər

Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır

© UcuzTap bir şirkət məhsuludur

Adil babayev azrbaycan dili v nitq mdniyyti

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan dili və nitq mədəniyyəti

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Professor Adil Babayev: Dil millətin ən böyük sərvətidir

Çox vaxt millətin varlığının ən əsas amili kimi vətəni götürürlər. Doğrudur, millətin yaşaması və inkişafı üçün vətən əsas şərtdir. Amma millətin varlığı üçün vətən dil qədər önəmli deyil. Çünki millət vətənsiz yaşaya bilər, amma dilsiz millət olmaz. Vətənsiz xalqlar çoxdur, amma onlar dilləri sayəsində öz milli varlıqlarını qoruyub saxlaya biliblər. Müdrik siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin bizə əmanət edib getdiyi azərbaycançılıq ideyasının da təməlində ana dilimiz dayanır. Ümummilli Lider deyirdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Dil – millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!”

Ulu Öndər Azərbaycan dilinin – dövlət dilinin qorunması, inkişaf etdirilməsi məqsədilə üç ildə beş mühüm sənəd imzalamışdı (18 iyun 2001-ci il, 4 iyul 2001-ci il, 19 aprel 2002-ci il, 30 sentyabr 2002-ci il, 5 yanvar 2003-cü il).

Bunu Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin professoru Adil Babayev AZƏRTAC-a müsahibəsində deyib.

Professor A.Babayev bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev 2012-ci il mayın 23-də, habelə 2009-cu il iyunun 19-da dilimizin inkişafı üçün dərin məzmunlu və tarixi sərəncamlar imzalayıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ana dilini həddən artıq sevir və hamıya nümunə olmaq üçün deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı Azərbaycan dilindən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz var və biz öz dilimizdə də danışırıq”.

Ulu Öndərin azərbaycançılıq ideyasının böyük davamçısı Prezident İlham Əliyev də bir çox dil bilməsi ilə yanaşı, öz ana dilinə dərin hörmət və məhəbbətini ifadə edərək deyib: “Müasir Azərbaycan ədəbi dili siyasi, ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim öz ehtiyatını zənginləşdirən bir dildir. O, özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sayəsində çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti var”.

Ulu Öndərin sözünün davamı kimi aşağıdakı kəlamları da misal gətirmək olar: “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri sırasında öz layiqli yerini tutmuşdur”.

Xalqımızın bəzi nümayəndələri dilimizin incəliklərini bilmədikləri üçün, “dil fərdi psixoloji aktdır” problemini unutduqları üçün ana dilini bəzən ikinci plana çəkir, 1-2 yaşından uşaqlarını qeyri-dildə danışdırırlar. Onlar unudurlar ki, uşağın psixolinqvistik mexanizmi 12 yaşadək formalaşır. Məhz bu dövrdən sonra uşaqlar qeyri-dili yaxşı mənimsəyə bilərlər. Ana dili bazası möhkəm olan insanlar poliqlot olurlar. Macar poliqlotu Kota Lomb deyirdi ki, mən 37 dildə sərbəst danışıram. Bu dillərin hamısını doğma macar dili bazasında öyrənmişəm. Bu problemi dünyanın bütün psixoloqları və linqvistləri təsdiq edirlər”.

Bizdə isə başqa dildən sözlər götürməyi, nitqi qəlizləşdirməyi savadlılıq əlaməti kimi qəbul edirlər. Bu problem Prezident İlham Əliyevi də düşündürür. O, hələ 2012-ci ilin aprelində respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı Ağstafa şəhərindəki “Yazıçılar evi”ndə bölgə ziyalıları ilə görüşündə mənəviyyat və dil məsələlərinə toxunaraq demişdi: “Biz dilimizi qorumalıyıq. Kim bunu qorumalıdır? İlk növbədə, ziyalılar, ədiblər, şairlər, eyni zamanda, nüfuzlu insanlar, söz sahibləri, bizim televiziya kanalları. Mən də baxıram bizim kanallara. Başqa qüsurlarla yanaşı, bax bu, məni çox incidir. Bizim dilimizə aid olmayan kəlmələr işlədilir. Nə üçün?! Axı bizim eyni məna daşıyan bir neçə kəlməmiz vardır. Sən Azərbaycan sözündən istifadə et. Başqa dili bilmək lazımdır. Mən hesab edirəm ki, bizim vətəndaşlarımız nə qədər çox dil bilsə, o qədər də yaxşıdır. Xüsusilə gənclərimiz. Həm rus dilini, ingilis dilini, həm türk dilini bilməlidirlər. Ancaq biz dilimizi qorumalıyıq. Ona görə ki, bu, çox ciddi məsələdir”.

Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qayğısına qalır, onun təmizliyi və saflığı uğrunda böyük əzmlə, cəsarətlə mübarizə aparır.

Dövlətimizin başçısının imzaladığı sərəncamlarda nitq mədəniyyəti məsələləri qətiyyətlə qoyulur. Buna görə də respublikamızın bütün ali məktəblərində “Azərbaycan dili və nitq mədəniyyəti” fənni tədris olunur. Müəllifi olduğum “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyi Təhsil Nazirliyi tərəfindən təsdiq edilib. Amma hələ də bu fənnin mahiyyətini tam dərk etməyən adamlar onu nəzəri kurs kimi başa düşürlər. Əslində isə onu təcrübi şəkildə tədris etmək, tələbələrin mədəni nitq vərdişlərinə sahiblənmələrinə çalışmaq lazımdır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli Sərəncamı dilçilər qarşısında böyük vəzifələr qoyur. Bu Sərəncamın icrası istiqamətində cəsarətli, düşünülmüş və ciddi addımlar atılmalıdır. Məsələn, reklamlar yazılmazdan əvvəl xüsusi komissiya tərəfindən yoxlanılmalıdır. Bütün mağazaların önündə vurulan tablolar Azərbaycan dilində yazılmalıdır. Televiziya verilişlərinin aparıcıları Azərbaycan dili və nitq mədəniyyəti üzrə kurs keçməlidirlər. Bu və digər əməli tədbirlərin görülməsi nəticəsində ana dilimizin saflığının qorunmasına nail ola bilərik.

Comments are closed, but trackbacks and pingbacks are open.