Afad qurbanov muasir azerbaycan dili
Sovet dövrünün və Azərbaycan Respublikasının görkəmli dilçi-alimi, türkoloq və ictimai xadim akademik Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi qeyd olunur.
1 avqust – Azərbaycan əlifbası günüdür – MƏQALƏ
XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1 avqust 1990-cı il tarixdə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilmişdir.
Həmin dövrdə bu işdə akademiklər Budaq Budaqov, Məmməd Cəfərov, Bəkir Nəbiyev, Əlisöhbət Sumbatzadə və başqaları öz səylərini və biliklərini əsirgəməmişlər. Cəmiyyətdə əlifba barəsində müxtəlif ziddiyyətli fikirlər mövcud olmuş və hansı əlifbanı götürmək barədə aşağıdakı təkliflər verilmişdir:
- Qədim Türk-Uyğur, yaxud Orxon-Göytürk əlifbasını müasir tələblərə uyğun hazırlayıb işlətmək;
- Keçmişdə istifadə etdiyimiz ərəb qrafikalı əlifbada islahat aparmaq;
- Dünyada oxşarı olmayan, tamamilə yeni bir əlifba düzəltmək;
- Latın qrafikalı əlifbaya qayıtmaq.
O zaman cəmiyyətdə ərəb qrafikalı əlifbanın tərəfdarlarının əksəriyyət təşkil etməsinə baxmayaraq məhz A.Qurbanovun təkidi ilə dördüncü təklifin – latın qrafikalı əlifbaya qayıtmaq ideyasının daha məqsədəuyğun olduğu qəbul edilmişdir. Bu təkliflə bağlı üç fikir səslənmişdir:
- Latın əsaslı müasir türk əlifbasını olduğu kimi götürmək;
- XX əsrin 20-ci illərinə qədər istifadə olunmuş əlifbada heç bir dəyişiklik etmədən eyni ilə qəbul edib işlətmək;
- Latın qrafikalı yeni müstəqil əlifba tərtib etmək.
Afad Qurbanov üçüncü mülahizəni əsas götürərək latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlamış və Komissiyanın müzakirəsinə vermişdir. Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılmış, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunmuşdur.
XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır.
Ümumxalq sərvətimiz olan bügünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, dilçilik elmimizin korifeyi, məşhur dilçimiz akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.
Afad qurbanov muasir azerbaycan dili
Sovet dövrünün və Azərbaycan Respublikasının görkəmli dilçi-alimi, türkoloq və ictimai xadim akademik Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, ümumi dilçilik, Azərbaycan dilçiliyi və türkoloji dilçilik sahələrinin inkişaf etdirilməsində tarixi izlər qoymuş dilçilik elminin korifeyi Afad Qurbanov 10 yanvar 1929-cu ildə anadan olmuşdur. O, dünyanın bir çox milli və beynəlxalq akademiyaların akademiki, nüfuzlu linqvistik təşkilatların həqiqi və ya fəxri üzvü, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, Türk Dil Qurumunun şərəfli üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor olmuşdur. XX əsrin 80-ci illərində A.Qurbanov SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini vəzifəsində çalışarkən elmi təşkilatçılığını bütün sovet məkanında nümayiş etdirmişdir.
Akademik Afad Qurbanov geniş yaradıcılıq qabiliyyətinə, zəngin erudisiyaya, dərin biliyə malik alim, xalqa və onun mədəniyyətinə dərin məhəbbət bəsləyən fədakar ictimai xadim, sadə, təvazökar və humanist bir insan idi. O, bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına, Azərbaycan dilinin saflığının təmin olunmasına, müasir Azərbaycan əlifbasının hazırlanmasına həsr edən əvəzsiz şəxsiyyətlərimizdəndir.
Afad Qurbanov XX əsrin 70-80-ci illərində yeganə dilçi-alim olmuşdur ki, Azərbaycan dilçiliyində müstəqil nəzəri şöbəsini yaratmağa nail oldu. “Onomastika Elmi Məktəbi”nin formalaşması bilavasitə professor Afad Qurbanovun fəaliyyəti ilə bağlıdır. Alimin bu sahə ilə bağlı ən böyük uğuru Dövlət mükafatına layiq görülmüş ikicildlik “Azərbaycan dilinin onomalogiyası” adlı fundamental monoqrafiyasıdır. Professor A.Qurbanov bu əsərində fundamental onomastik təlimin nəzəri əsaslarını yaratmış, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirməyə nail olmuşdur.
Afad Qurbanovun ümumi dilçilik problemlərinin tədqiqində də öz dəst-xətti, elmi konsepsiyası vardır. Onun 1977-ci ildə çap olunmuş ikicildlik “Ümumi dilçilik” irihəcmli kitabı milli zəmində yazılmış ilk dərslikdir və hazırda ali təhsil müəssisələrində istifadə olunan yeganə tədris vəsaitidir. Görkəmli alim bu əsərdə ümumdilçilik tarixində ilk dəfə olaraq dünya dillərinin təsnifinə dair yeni bölgü, o cümlədən Altay dilləri ailəsi haqqındakı yeni və orijinal təsnif vermişdir.
Afad Qurbanovun elmi yaradıcılığında türkoloji dilçilik məsələləri xüsusi yer tutmuşdur. Azərbaycan dilçiliyində “türkoloji dilçilik” terminini ilk dəfə məhz professor Afad Qurbanov gətirmişdir. Onun müəllifliyi ilə “Türkoloji dilçilik”, “Ortaq türk dili”, “Türk xalqlarında advermə ənənələri” və s. əsərlər çap olunmuşdur.
Görkəmli dilçimiz Afad Qurbanovun keçmiş əsrin 90-cı illərində Azərbaycan Əlifba Komissiyasının sədri və hazırkı Azərbaycan əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur. Ümumxalq sərvəti olan bügünkü əlifba bu yorulmaz insanın, xalqın dərindən sevən fəal vətəndaşın Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.
Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Afad Məmməd oğlu Qurbanov 10 yanvar 1929-cu ildə qədim Borçalının Qızıl Şəfəq kəndində anadan olmuşdur.
A.Qurbanov orta təhsilini Qızıl Şəfəq və İlməzli kənd məktəblərində almışdır. Müharibə illərindəki kadr qıtlığı, habelə onun savadı və təşkilatçılıq bacarığı nəzərə alınaraq 1945-ci ildə 16 yaşlı yeniyetmə Qızıl Şəfəq yeddiillik məktəbin direktoru və Azərbaycan dili müəllimi təyin edilmişdir. Məhz həmin ildən A.Qurbanov pedaqoji fəaliyyətə başlamışdır. 1946-1948-ci illərdə Gürcüstan Müəllimlər İnstitutunda təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuş və 1951-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək 1950-ci illərdən etibarən Azərbaycan Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifələrində çalışmışdır.
A.Qurbanov 1981-1989-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) rektoru olmuş, 1979-cu ildən başlayaraq ömrünün sonuna qədər Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1990-1994-cü illərdə Milli Məclisin üzvü olan alim əlifba islahatının təşkilatçılarındandır. Azərbaycan Pedaqoji İnstitutunda filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur.
Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə (1983) qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Ə.Dəmirçizadənin rəhbərliyi ilə «Səməd Vurğunun «Vaqif» pyesinin dili və üslubu» mövzusunda namizədlik, 1968-ci ildə «Müasir Azərbaycan ədəbi dili» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan dilçiliyində onomalogiya A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi, «Azərbaycan onomastikası», «Azərbaycan onomalogiyası məsələləri», «Poetik onomastika», «Azərbaycan dilinin onomalogiyası» kimi sanballı monoqrafiyaları çap olunmuşdur. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişaf dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da məhz o olmuşdur. A.Qurbanovun Azərbaycan Onomastika Məktəbinin, Onomastika Elmi Cəmiyyətinin və «Onomastika» Elmi jurnalının yaradıcısı və təsisçisi kimi xidmətləri böyükdür.
Elmi yaradıcılığa «Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə qalıqlarına qarşı mübarizə» adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında «Dilçiliyin sistemi», «Dilçiliyin tarixi», «Müasir Azərbaycan ədəbi dili», «Bədii mətnin linqvistik təhlili», «Azərbaycan onomastikası», «Azərbaycan dilinin onomalogiyası», «Ümumi dilçilik» (I-II cildlər), «Dünyanın dil ailələri» və s. kimi sanballı əsərləri ilə məşhurdur.
A.Qurbanovun elmi fəaliyyəti yüksək qiymətləndirilərək ona 1981-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adı verilmişdir. Görkəmli alim «Azərbaycan dilinin onomastikası» monoqrafiyasına görə Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür.
AMEA-nın müxbir üzvü Afad Qurbanov 26 sentyabr 2009-cu ildə Bakıda vəfat etmişdir.
(1929-2009)
Comments are closed, but trackbacks and pingbacks are open.