Press "Enter" to skip to content

Müasir Azərbaycan Dili

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Afad Qurbanov

Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.

Afad Qurbanov (azərb. Afad Məhəmməd oğlu Qurbanov ‎; 10 yanvar 1929 , Cücəkənd – 26 sentyabr 2009 , Bakı ) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). [1]

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı [ redaktə | mənbəni redaktə et ]

Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.

O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.

XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.

Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilmişdir.

Afad Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlamış və Komissiyanın müzakirəsinə vermişdir. Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılmış, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunmuşdur.

XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır. [2]

Ümumxalq sərvətimiz olan bügünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, dilçilik elmimizin korifeyi, məşhur dilçimiz akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.

Elmi fəaliyyəti [ redaktə | mənbəni redaktə et ]

Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə “Səməd Vurğunun “Vaqif pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə isə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axundovun, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfologiya F.Cəlilovun, onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi “Azərbaycan onomastikası” (1986), “Azərbaycan onomalogiyası məsələləri” (1986), “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988) kimi sanballı monoqrafiyaları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur.

Elmi yaradıcılığa “Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə” (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında “Dilçiliyin sistemi” (1976), “Dilçiliyin tarixi” (1976), “Müasir Azərbaycan ədəbi dili” (1967, 1985), “Bədii mətnin linqvistik təhlili” (1986), “Azərbaycan onomastikası” (1986), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Ümumi dilçilik”, I–II cildlər (1989–1993), “Dünyanın dil ailələri” (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur [3] .

Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi “Müasir Azərbaycan ədəbi dili” kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: “A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır”.

A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzu sayəsində 1981–1983-cü illərdə APİ-də (ADPU-da) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur.

Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.

Müasir Azərbaycan Dili

Dərslikdə müasir Azərbaycan ədəbi dili anlayışı, müasir Azərbaycan ədəbi dili fənni və onun başqa elmlərlə əlaqəsi, müasir Azərbaycan ədəbi dili fənninin şöbələrində öyrənilən məsələlər şərh olunur.

Fonetika, onun məqsəd və vəzifələri, növləri, əhəmiyyəti, Azərbaycan dilinin fonetik quruluşu və fonemlər sistemi, fonetik transkripsiya, səs, səsin fiziki (akustik), fizioloji, ictimai əlamətləri, danışıq səsləri və onların təsnifi, Azərbaycan dilinin saitlər və samitlər sistemi, heca, vurğu, avazlanma, intonasiya, Azərbaycan dilində fonetik hadisə və qanunlar geniş izah olunur.

Dərslikdə yazı, əlifba, qrafika, orfoqrafiya və orfoepiya şöbələrinin öyrəndiyi məsələlər də öz əksini tapır.

Dərslikdən ali məktəblərin tələbələri, müəllimləri, magistrlər, elmi işçilər, orta məktəb müəllimləri faydalana bilərlər.

Dərslik barədə qeyd və təkliflərini çatdıracaq oxuculara müəllif qabaqcadan öz minnətdarlığını bildirir.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü Afad Məmməd oğlu Qur­ba­nov 10 yanvar 1929-cu ildə qədim Borça­lının Qızıl Şə­fəq kəndində anadan olmuşdur.

A.Qurbanov orta təhsilini Qızıl Şəfəq və İlməzli kənd məktəblərində almışdır. Müharibə illərindəki kadr qıtlığı, habelə onun savadı və təşkilatçılıq bacarığı nəzərə alınaraq 1945-ci ildə 16 yaşlı yeniyetmə Qızıl Şəfəq yeddiillik məktəbin direktoru və Azərbaycan dili müəllimi təyin edilmişdir. Məhz həmin ildən A.Qurbanov peda­qoji fəaliyyətə başlamışdır. 1946-1948-ci illərdə Gürcüstan Müəllimlər İnstitutun­da təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuş və 1951-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək 1950-ci illərdən eti­ba­rən Azər­bay­can Pe­daqoji Univer­si­te­tin­də Filologiya fa­kül­tə­sinin dekan müa­vini, de­ka­nı, Azər­­baycan dilçiliyi kafedra­sının mü­diri vəzifələrində çalışmışdır.

A.Qurbanov 1981-1989-cu illər­də Azərbaycan Pedaqoji İnstitutu­nun (in­di­ki Azər­baycan Dövlət Pedaqoji Universiteti) rek­toru olmuş, 1979-cu ildən baş­la­ya­raq öm­rünün sonuna qədər Azərbaycan dilçiliyi ka­fedrasının müdiri və­zifəsində çalış­mışdır. 1990-1994-cü il­lər­də Milli Məclisin üzvü olan alim əlifba islahatının təşkilat­çı­­la­rın­dandır. Azərbaycan Peda­qoji İnsti­tutunda fi­lo­­logiya və pedaqogika elm­lə­ri üzrə mü­dafiə şurasının sədri olmuşdur.

Aspirantlıqdan Azərbaycan Milli Elmlər Aka­demiyasının müxbir üz­v­lüyünə (1983) qə­dər şərəfli bir tədqiqatçı yo­lu keçən A.Qur­ba­nov 1962-ci ildə pro­fessor Ə.Dəmirçiza­dənin rəh­bərliyi ilə «Səməd Vurğunun «Vaqif» pye­si­­nin dili və üslubu» mövzusunda na­mi­zəd­lik, 1968-ci ildə «Müasir Azər­baycan ədə­bi dili» mövzusunda doktorluq dissertasi­yası mü­dafiə et­mişdir. Azərbaycan dil­çiliyində onomalogiya A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər mə­qaləsi, «Azərbaycan onomas­ti­ka­sı», «Azərbaycan onomalogi­yası məsə­lə­ləri», «Poetik onomasti­ka», «Azərbay­can di­li­nin onomalogiyası» kimi san­ballı mono­qra­fi­ya­­ları çap olunmuşdur. Azərbaycan dilçiliyi ta­rixində ilk dəfə olaraq antroponimlərin in­ki­şaf dövr­lərini müəyyənləşdirən, hər bir döv­rün səciyyəvi cəhətlərini konkret dil fakt­ları ilə əsaslandıran da məhz o olmuşdur. A.Qurbanovun Azərbaycan Onomastika Məktəbinin, Onomastika Elmi Cəmiyyətinin və «Onomastika» Elmi jurnalının yaradıcısı və təsisçisi kimi xidmətləri böyükdür.

Elmi yaradıcılığa «Şagirdlərin ya­zılı və şi­­fahi nitqlərindəki yerli şivə qa­lıq­larına qarşı mü­­­barizə» adlı mə­qalə ilə başlayan yorulmaz təd­­­­qiqatçı Azərbay­canda və bütün türk dünya­sın­da «Dilçiliyin sistemi», «Dilçiliyin tarixi», «Müa­sir Azərbaycan ədəbi di­li», «Bədii mət­nin linqvistik təhli­li», «Azərbaycan ono­mas­ti­ka­sı», «Azər­bay­can dilinin ono­ma­lo­gi­ya­sı», «Ümu­­mi dilçilik» (I-II cildlər), «Dünyanın dil ailələri» və s. kimi sanballı əsərləri ilə məş­­­hurdur.

A.Qurbanovun elmi fəaliyyəti yüksək qiymətləndirilərək ona 1981-ci ildə Azər­bay­can SSR Əməkdar elm xadimi fəxri adı verilmişdir. Görkəmli alim «Azər­baycan dilinin onomastikası» monoqrafiyasına görə Azərbaycan Respub­likası Dövlət Müka­fatına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Afad Qur­ba­nov 26 sentyabr 2009-cu ildə Bakıda vəfat etmişdir.

(1929-2009)

Comments are closed, but trackbacks and pingbacks are open.