Press "Enter" to skip to content

Kitab: Albert Camus – Yad

Bu gün anam ölüb, bəlkə də dünən olub bu, xəbərim yoxdur.

Albert Kamü “Yad” PDF

Bu gün anam ölüb, bəlkə də dünən olub bu, xəbərim yoxdur.

Yad – Albert Kamü yaradıcılığında ilk və ən çox səs gətirən əsərdir. Kitabda özünə belə yad olan bir adamın həyat qarşısında nə qədər uzaq bir baxış bucağına malik olduğunu, özünə daha nə qədər yadlaşacağını görəcəksiniz. Kitab ilk cümləsindən etibarən insanı təsiri altına salır. Əsərə başlamamış o cümlənin acı ilə deyildiyini düşünsəm də, davam etdikcə əksinə vecsizliyin bariz şahidi oldum. Əsərdə digər yandan Albert Kamü edam cəzasına olan münasibətini bildirmiş, hər kəsi düşündürəcək fikirlərini Meursault vasitəsi ilə oxucularına çatdırmışdır.

1913 – 1960

Alber Kamyu (fr. Albert Camus) — fransız yazıçı və filosof, ekzistensializm cərəyanının nümayəndəsi, sağlığında “Qərbin vicdanı” adlandırılmışdı. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957).

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Albert Kamü “Yad” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Albert_Camus_Yabancı-TR.pdf
alber-kamu-yad-AZ.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Kitab: Albert Camus – Yad

Hey, dostum! Ekrana bir az az yaxın əyləş, deyəcəklərim var.
20-ci əsrin yazıçıları, problemlərini və düşüncələrini ifadə etmək üçün əvvəlki əsrin yazıçılarından fərqli yollar mənimsədilər. Bu yollar, biz oxucular üçün çox vaxt anlaşılması güc və əmək istəyən növdəndir. Albert Camus də bu yazıçılardandır. Elə isə, gəlin Camus’nü bir az anlamağa çalışaq.

Camus’nün Yad əsəsri ölüm xəbəri ilə başlayır: “Bu gün anam öldü. Bəlkə də dünən. Bilmirəm.”

Əlcəzair’də yaşayan orta sinif bir fransız olan Mersault, anasının ölümünü bir Qocalar Evi’ndən gələn bir qısa telqraf ilə öyrənir. Tez-tələsik anasının qaldığı Qocalar Evi’nə gedərək bütün gecəni anasının cəsədi başında keçirərkən Mersault’nun sərgilədiyi vecsiz və duyğusuz davranışları onun necə bir xarakterə sahib olduğuna dair bizə önəmli mesajlar verir. Ancaq, qəhrəmanımız üçün “xeyirsiz övlad” damğasını vurmaq üçün hələ çox tezdir. Çünki, romanın irəliləyən dəqiqələrində fərqinə varırıq ki, Mersault, yalnızca anasının ölümünə qarşı deyil, həyatda hər şeyə qarşı duyğusuz və vecsizdir. Bu, onun özəyini təşkil edir.

Anasının ölümündən sonrakı gün həyat bütün normallığı ilə davam edir Mersault üçün: sevgilisi ilə bərabər dənizə gedirlər, birlikdə film izləmək üçün sözləşirlər. Ancaq sevgilisi, bir ara Mersault’nun qara bir boyunbağı taxdığını görür və ondan “yasdasanmı?” deyə soruşur. Mersault, “hə, anam öldü” deyə cavab verir. Sevgilisi heyrətlər içərisində “nə vaxt?” deyə əlavə edir, cavab isə belə olur: “dünən”.

Mersault’nun bu vecsiz və duyğusuz davranışları romanın irəliləyən hissələrində onun başına ciddi bəlalar açır – heçdən yerə bir cinayət törədib bir insan öldürür. Səbəb isə öldürdüyü ərəbin əlində tutduğu bıçaqdan Günəş şüası Mersault’nun gözünə düşərək onu dəhşətli dərəcədə narahat etməsidir. Beləliklə, Mersault, əlindəki silahla dəfələrcə atəş açaraq o ərəbi yerindəcə öldürür.

Romanımızın ən can alıcı məqamı Mersault’nun məhkəmə prosesləridir. Çünki, məhkəmə, bir cinayətdən çox Toplum Normaları’na yad qalmış, bunları yox sayan bir şəxsi sorğulayıb mühakimə edir.

Yad romanı bizə ilk baxışda topluma qarşı yadlaşmış, toplumun dəyərlərini yox saymış bir şəxsin portretini çəkir. Bundan əlavə, Yad əsəri müasir klassiklərdəndir. Digər bütün klassiklərdə olduğu kimi, yazıldığı ilk gündən günümüzə kimi fərqli şəkillərdə oxunub, fərqli şəkllərdə anlaşılıb. Məncə, klassiklərin sahib olduğu ən böyük xüsusiyyətlərdən biri də budur: illər boyu ortaya çıxan düşüncə axınlarının süzgəcindən keçməsi və təkrar-təkrar şərh edilməsi.

Əsərin müəllifi Albert Camus’nün ölümündə də maraqlı məqam var. O, öz əsərlərində nihilizm və absurdizm cərəyanlarını oxucuya hiss etdirirdi. Ondan soruşanda ki “sizcə, ölümünüz hansı ormada olsa, absurd olardı?”, o, “yəqin ki, avtomobil qəzasında olsa” cavabını vermişdi. Və beləcə 1960-cı ildə Albert Camus avtomobil qəzasında ölür.

O, yaşadığı müddət boyu özünü heç bir ideologiyaya aid etmir və deyirdi: “Həqiqətən əhəmiyyətli olan bir tək fəlsəfiproblem vardır – intihar. Həyatın yaşamağa dəyib – dəymədiyi məsələsində bir qənaətə gəlmək, fəlsəfənin əsas sualına cavab verməkdir.”


Albert Camus’dən seçdiklərim:

“Xoşbəxtliyin nə olduğunu axtarsan, heç vaxt xoşbəxt olmayacaqsan. Həyatın mənasını axtarırsansa, heç vaxt xoşbəxt olmayacaqsan.”

“İnsan, əslində nədirsə, o olmağı rədd edən yeganə varlıqdır.”

“Bir ölkəyi tanımaq istəyirsinizsə, o ölkədə insanların necə öldüyünə baxın.”

“Bütün böyük hadisələrin, böyük düşüncələrin önəmsiz bir başlanğıcı var.”

“Əldə etdiyimiz hər nəaliyyət bizi kölələşdirir. Çünki, daha yaxşısını etməyə məcbur edir.”

“Ölüm qorxusunu aşmadıqca, insan üçün azadlıq mövcud olmaz.”

“Hər kəs bilir ki, həyat, yaşamaq zəhmətinə dəyməyən bir şeydir.”

Oxuduğum kitablar

Qətiyyən “Çox kitab oxumuşam və ya oxuyuram” deyə bilmərəm. Blog açmaqda məqsədim daha çox kitab oxumaq və oxuduqca hər kitabda kəşf etdiyim “tapıntıları” daha çox insanla paylaşa bilməkdir. Məncə, pis və ya gərəksiz kitab yoxdur. Oxuduqdan sonra gərəksiz hesab etdiyimiz kitabdan da nəsə öyrənmiş oluruq – ən azı o kitabın bizə gərəksiz olduğunu öyrənirik 🙂

2 Aralık 2016 Cuma

“Məsləhətli kitab” -Albert Kamyu “Yad”

” Məsləhətli Kitab ” – Albert Kamyu “Yad”

“. Ama herkes bilir ki, hayat yaşamaya değmez. Aslına bakarsanız, insan ha otuzunda ölmüş ha yetmişinde, pek önemli değildi. Çünkü her iki halde de, pek doğal ki, başka erkekler de, kadınlar da yaşayacaklardı, hem de binlerce yıl. “

Pis kitab yoxdur, hər kitab bizə nəsə öyrədir. Sadəcə əgər siz kitab oxumağa yenicə başlamısınızsa, yeniyetməsinizsə, kitab oxumaq sevgisini, həzzini hələ tam hiss etmirsinizsə bu kitabdan hələ minimum 5-6 il uzaq durun :)) Mən oxudum.. Əlbəttə ki, ilk təəssüratlarım yaxşı olmadı. “Ön söz”ündə “Bu bir saçma serüvendir” yazılmış əsər haqqında heç kitab oxumamış, 17 yaşı yenicə tamam olmuş birinin təəssüratları belə də olmalı idi 🙂

Amma bu əsər mənimçün imtahan oldu :)) ” Bəlkə sonu maraqlıdır”, sonunda gözlənilməz nəsə olacaq ümidi ilə sonadək oxudum 🙂 Çoxları belə əsəri ilk 20 səhifədən sonra oxumamaq q ərarına gəlir. Hətta əksəriyyət bu cür əsərlə rastlaşdıqdan sonra kitab oxumaq haqqında bir daha düşünmür :)) Çünki ilk təəssürat çox vacibdir və kitab haqqında məlumatı az olan biri hansısa saçmalık fəlsəfəsini dərk etməz, onun istədiyi axıcı və maraqlı sujet xəttidir.

Bunlar mənim 17 yaşımda kitabdan aldığım təəssüratlar idi. Kitabı bu yaxınlarda yenə oxumağa başladım. Əslində, hər kitabı hər yaşda – ən azı 3-4 ildən bir oxumaq maraqlı olar, əlbəttə vaxt olsa və hövsələ olsa. Blog açmağın mənimçün bir müsbət cəhəti də bu oldu: haqqında blog yazacağım kitabı bir daha və daha diqqətlə oxumalı oluram.

Əsas məsələ. Kitabı yenidən oxuyanda əsərin qəhrəmanı olan Meursaultun öz anasının ölümünü, onun dəfnini rahat-rahat, mənasız detallar ilə anlatması, anasının ölümündən sonra tanış olduğu qızın-Marienin onu həqiqətən sevib sevmədiyinin onun üçün mənasız bir şey olması, mənasız səbəblərdən insan öldürməsi, sonra həbsxanadakı fikirləri, hamısı mənə gülməli, rahatladıcı gəldi. Oxuduqca qəhrəmanın auruasına düşərək, onun kimi həyata yadlaşdım , məsuliyyətlərim yox oldu, həyat bir az daha sadələşdi gözümdə) )) Əsərdə də belədir, Meursault hər şeyə məntiqlə yanaşır, duyğular, mənəviyyat kimi şeylər onun üçün yoxdur.

“..Anam ölmüş bugün. Belki de dün, bilmiyorum. İhtiyarlar Yurdu’ndan bir telgraf aldım: “Anneniz vefat etti. Yarın kaldırılacak. Saygılar.” Bundan bir şey anlaşılmıyor. Belki de dündü. “

Əsər haqqında ətraflı məlumatı, “saçmalık fəlsəfəsi” haqqında hər şeyi, Kamyunun yaradıcılığının əslində elə sırf bu dərin fəlsəfi fikirlər üzərində qurulmasını hər yerdən tapa bilərsiniz ona görə də yalnız öz təəssüratlarımı qısaca vurğulasam daha yaxşıdır :Qısası, Kamyu vecsiz, rahat, qayğısız şəkildə həyatını yaşayan, mənasızlıqdan ibarət olan birinin mənasız həyatını əsər olaraq yazıb. Bu mənasızlıq təkcə mənə görə mənasızlıq deyil ha, yəni əsər tək mənə mənasız gəlmir, əsər bilincli şəkildə mənasızlıq haqqında danışır. Əvvəl dediyim kimi əsəsrin “ön söz”ündə də bu -əsəsrin mənasızlıq, saçmalık, absurdluq fəlsəfəsi haqqında olması vurğulanır.

Oxuduqdan sonra bir müddət divarlara boş-boş baxıb, yolda boş-boş yeriyib, beyni donmuş vəziyyətdə ortalıqda gəzə bilərsiniz. Mənim kimi.. :)) Hətta ə sərin verdiyi mənasızlıq , durğunluq hissləri, beynimə ruhuma yerləşdiyi üçün blogu yazmaq da çətinləşdi mənə. Yəni blog da əsərin əsas mövzusu kimi oldu deyəsən :)) Bilmirəm..

Son olaraq şəxsən mən özüm kitablar haqqında deyilən fikirlərə qulaq asmamağa çalışıram. Çünki kimlər üçünsə pis , pessimist sayılan kitabların mənə böyük enerji verdiyi hallar olub. Siz də mənim təəssüratlarıma çox fikir vermiyin, fəlsəfəyə insan psixologiyasına, “dərin mövzular”a marağınız varsa, oxuyun kitabı, hətta marağınız yoxdursa da oxuyun, ən azı Kamyudan, onun fikirlərindən, saçmalık fəlsəfəsindən və dolayısı ilə bir çox bilmədiyiniz yeni anlayışlardan xəbəriniz olar 🙂

Comments are closed, but trackbacks and pingbacks are open.