Press "Enter" to skip to content

Allaha pənah allaha təvəkkül kitabı

İnsanın əməli imanı zəiflətməkdə və gücləndirməkdə təsirlidir. İnsan o zaman ki, bir şeyə ehtiyac hiss edir, çalışar ki, onu aradan qaldırsın.

Təvəkkül etməkdə bilməli olduğumuz məsələlər

Həqiqətdə iman Allahla insan arasında olan rabitədən asılıdır. Bu rabitə iki şeydə zühur edər. Biri odur ki, insan öz ehtiyaclarını Allahdan istəyər.

O biri isə Onun qarşısında təvazökarlıq edər. Əmrlərinə itaət edər. “İyyəkə nəbudu və iyyəkə nəstəin” ayəsi də bu həssas mövzuya işarə edir.

İnsanın əməli imanı zəiflətməkdə və gücləndirməkdə təsirlidir. İnsan o zaman ki, bir şeyə ehtiyac hiss edir, çalışar ki, onu aradan qaldırsın.

Peyğəmbərlər (ə) gəldilər və bəşəri Allaha görə agah etdilər. Onlara belə təlim verdilər ki, Allahdan başqa heç kəs onlara yardım edə bilməz.

Peyğəmbərlər (ə) insanlara təlim verirlər ki, cinlərə və ruhlara pənah aparmaq yerinə, Allaha pənah aparsınlar.

Bəziləri təvəkkülün mənasını düzgün başa düşmürlər. Bəlkə də onu düzgün dərk etməyə meyl belə etmirlər. Onlar belə güman edirlər ki, “Mən Allaha təvəkkül etdim” cümləsini deyəndən sonra başqa bir vəzifələri olmaz.

Başqa bir işi görmək lazım deyildir. Əlbəttə, elə bir insan yoxdur ki, bütün işlərini Allaha tapşırmış olsun və sonra da heç bir iş görməsin.

İnsan ac olan zaman ən azı əlini yeməyə tərəf uzadar. Ancaq bəziləri təvəkkülü tənbəllik etmək üçün bir bəhanə kimi istifadə edərlər.

Əgər fəaliyyət göstərmədən və ancaq bir cümlə deməklə bütün işlər həll olsaydı, bəs bu qədər buyuruşlar və göstərişlər nə üçündür? Ona görə də təvəkkül haqqında belə yanlış nəticə çıxartmaq düz deyildir.

1. Maneələri dəf etmək üçün təvəkkül etmək.

Allah Təala bizə təfəkkür etmək qüdrətini əta etmişdir. Ancaq bu qüdrəti bizim əlimizdən ala bilər. Bəzən bu həqiqətlə üzləşirik. Deməli, bizi bu nemətdən məhrum edə bilən Qüdrət vardır. O, bizim bütün planlarımızı alt-üst edə bilər.

Ona görə də burada təvəkkül o mənada işlənir ki, bu nemətlərdən istifadə edən zaman diqqət etməliyik ki, Allah bizi onlardan məhrum edə bilər.

Ona görə də Allahdan istəyək ki, bizə nemətlərindən düzgün istifadə tofiqini əta etsin. Başqa sözlə, maneələri aradan qaldırması üçün Allaha təvəkkül edək. Bu təvəkkülün ən aşağı mərtəbəsidir.

2. İnsanın ixtiyarında olmayan şeylərə görə Allaha təvəkkül etmək.

Elə şeylər vardır ki, insanın ixtiyarında deyildir. Bunun üçün bir çox şərait lazımdır ki, həmin şeylərə malik olsun. Ona görə də insan Allaha təvəkkül edər.

3. Silsiləvi təvəkkül.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Allaha pənah allaha təvəkkül kitabı

“Kim mənim dünyama kirli əllərini uzadırsa, Allah bilsin, cəzasını versin.

Unikal.org-un məlumatına görə, bu sözləri xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb.

Aktrisa bir müddət əvvəl Seyid Lazım ağa ziyarətgahında “Quran” əvəzinə Hacı Xavər Xanımın “Allaha pənah, Allaha təvəkkül” kitabını öpərək alnına qoymuşdu. Onun bu hərəkəti sosial şəbəkədə tənqid edilmişdi. Əsədova onu tənqid edənlərə cavab verib:

“Namaz qılmıram, çünki buna hazır deyiləm. Məni tanıyan bütün insanlar bilir ki, namaz qılanların bəzisindən çox “Quran” ayələri, dualar oxuyuram. Hansı ziyarətə gedirəm duasını oxuyub səcdə edirəm. Balaca vərəqin üstündə “Quran” ayəsi görsəm, öpüb gözümün üstünə qoyuram. Qüsuru insanlarda yox, əvvəl öz içinizdə axtarın. Ömür çox qısadır, ona-buna pislik etməkdənsə, öz şəxsi həyatınızla məşğul olun. Eybi yox, başı açıq olun, amma Allaha saf hissləriniz olsun. Allah məni və qızımı şeytan ruhlu insanlardan qorusun.

Pdf kitabı

salam aleykum Bayraminiz mubarek olsun sizden xahis edirem
Kitabın adı: Allaha Pənah, Allaha Təvəkkül
Müəllif: Hacı Xavər xanım.
Kitabın buraxılma ili : 2005
bu kitabinpdfsini menden xahis edirler isteyirler sizde bu kitabin pdfsi varsa mneim vatsapima atardinizda zehmet olmasa atim isteyen sexse 0706408829 vatsap nomremm tesekkur edirem onceden

İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Namaz vaxtı

Fəcr 05:41
Gün çıxır 07:01
Zöhr 12:51
Əsr 16:07
Gün batır 18:41
Məğrib (İftar) 18:58
İşa 19:51

Hacı Şahinin ruhuna salavat göndərərsənmi?

  • Ateistlərə cavablar
  • Mübahisəli məsələlərə cavab
  • Hz. Imam Əli (ə)
  • Şiəlik əhli sunnə kitablarından

Naviqasiya

  • Ətraflı axtarış
  • Bizimlə əlaqə
  • Saytın qaydaları
  • Mağazamız

Dini söhbətlər

  • Hacı Şahin – Allah İnsanı Hər An Görür
  • Cənnətə kimlər gedəcək
  • Hacı Şahin – Namaz
  • Hacı Şahin – Hədis
  • Hacı Ramil – “İki alimin görüşü”
  • Ömər ibn əl-Xəttab şücaətli idi? | Həqiqət yoxsa yalan?
  • Bəşir Mənsurov – Cin tayfası (İslami məlumatlar 1)
  • İşləmək istəməyən kişi

İmameli.az © 2016-2023. Bütün hüquqlar qorunur!

Comments are closed, but trackbacks and pingbacks are open.