Press "Enter" to skip to content

Yetmiş faizi xarici bazarlara çıxarılan Azərbaycan məhsulu necə istehsal edilir? REPORTAJ FOTO

Karbamid torpaqda asan həll edilməsi ilə seçilən gübrədir. Meyvə ağacları, bostan bitkiləri, taxıllar, tərəvəzlərdə həm açıq, həm də örtülü sahədə istifadə olunur. Karbamid azot tərkibli olduğu üçün yağışlı dönəmlərdə və sulama zamanı yuyulur. Bu səbəbdən karbamidin torpağa verilməsi bitkinin inkişafının müxtəlif mərhələlərində baş tutur. Erkən yaz vaxtı əlavə yemləmələrdə, səpinlə birgə və bütün növ bitkilərin vegetasiya dövründə tətbiq edilir. Torpağın məhsuldarlığından asılı olaraq, hər hektara 120-150 kiloqram istifadə etmək olur. Bu, norma hesab edilir.

Alza hu bir məhsulu necə qaytara bilərəm?

Türkiyədən həftədə 2 dəfə daşınma həyata keçirilir. Bağlamalar ofislərimizə daxil olandan 3 saat sonra təhvil verilməyə başlanılır.

Bank ödənişləri necə qaytarılır?

Əgər Sizin sifarişinizin yerinə yetirilməsi zamanı hər hansı problem yaranırsa ( məhsul stokda tükənə bilər və s) həmin vaxt ödədiyiniz məbləğ Sizin sifariş balansınıza 1-2 iş günü ərzində geri qaytarılır.

Bağlamanı təhvil almaq üçün hansı sənəd tələb olunur?

Bağlamanı təhvil almaq üçün sifarişçi şəxsin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi) əsli tələb olunur.

Kartımdan nə qədər pul çıxacaq?

Sifariş verərkən kartınızdan kəsiləcək tranzaksiya faizi kartınızın aid olduğu bank tərəfindən müəyyənləşdirilir.

Çalışma saatlarınız necədir?

Sifarişlərin qəbulu, sorğuların cavablandırılması 7/24 saat həyata keçirilir. Bağlamaların təhvil verilməsi həftəiçi hər gün saat 10.00 – 18.00, şənbə günü isə 10.00 – 15.00 arasında olur.

Ofisiniz harada yerləşir ?

Baş Ofis: Əhməd Rəcəbli, 27b

Ölkədaxili kargo nədir?

Sizin istənilən ölkədəki saytdan etdiyiniz sifarişin bizim həmin ölkədəki anbarımıza çatdırılması həmin ölkədəki kuryer şirkətləri tərəfindən həyata keçirilir. O şirkətlər bağlamanızı çatdırmaq üçün müəyyən məbləğ tələb edirlər. Həmin məbləğ məhsul sifariş etdiyiniz saytlarda görünür. Bəzi saytlarda alış-verişinizin məbləği yüksək olduqda ölkədaxili karqo pulu alınmır.

Mənim bağlamalarım birləşdirilə bilərmi?

Mobex, təəssüf ki, hal-hazırda belə xidmət göstərmir. Satıcı sifarişlərinizi xaricdəki anbarımıza təqdim edən kimi məhsulları sizə çatdırırıq.

Çatdırılma haqqı necə hesablanır ?

Adətən, bağlamanın tərəflərinin cəmi ( en, hündürlük, uzunluq) 100 sm və daha çox olarsa, bağlamanın həm həcm, həm də fiziki çəkisi hesablanır. Hansı çəki yüksək olarsa, daşınma haqqı ona əsasən hesablanır. Həcmi çəkinin hesablanması üçün En x Hündürlük x Uzunluq / 6000 standartı tətbiq edilir.
QEYD: Gətirdiyiniz bağlamanın tərəflərinin cəmi 100sm olmasa da həcimsəl çəkiyə görə hesablana bilər.

Aldığım məhsulu geri qaytara bilərəm?

Mobex tərəfindən geri qaytarma xidməti mövcud deyil. Bunun üçün Azərpoçt xidmətlərindən istifadə edərək, alınmış məhsulu mağazaya geri göndərə bilərsiniz.

Sifarişim neçə günə çatdırılır ?

Sifarişinizin xaricdəki anbara çatdırılması satıcı firmadan asılıdır. Satıcı firma çatdırılma müddəti 3-7 gün olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan 4-5 gün sonra bağlamanız Bakıda olur.

Azərbaycan kartlarını qəbul etməyən saytlardan necə sifariş edə bilərəm ?

Əgər Sizin kartınız alış-veriş etmək istədiyiniz saytda qəbul olunmursa, o zaman biz sizə “Sifariş et” xidmətini təklif edirik. Əvvəlcə bizim saytda qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan dərhal sonra yaranmış “Profilim” bölməsinə daxil olursunuz və “Sifariş et” bölməsindən bəyəndiyiniz məhsulun linkini seçib əlavə edirsiniz. Sistem Sizə məhsulun qiymətini, ölçüsünü, sifariş etdiyiniz ölkədaxili karqo qiymətini və bizim Sizin üçün etdiyimiz sifarişdəki +5 faizlik xərcləri əlavə etməklə yekun məbləği təqdim edəcək. ( Bu məlumatlardan hər hansı biri olmadıqda, onu özünüz əlavə edirsiniz) Linkləri saytımıza göndərdikdən sonra bizim hesabımıza yekun məbləği ödəyirsiniz və biz həmin məhsulu sizin üçün alırıq. Belə olan halda Bəyannamə də bizim əməkdaşlar tərəfindən əlavə edilir.

Nə qədər məbləğdə sifariş edə bilərəm?

Azərbaycan Respublikası qanunvericiliyinə görə, fiziki şəxslər 30 təqvim günü ərzində kommersiya məqsədi olmadan 300 ABŞ dolları məbləğində rüsumsuz limitdən istifadə edə bilərlər. Bu limit daşıma haqqı daxil olmaqla nəzərdə tutulmuşdur.

Hansı məhsullar gətirilmir?

Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş məhsullar aşağıdakılardır:
1.Hər cür silah növləri, döyüş sursatı, (ov silahları üçün sursatlar istisna edilməklə) hərbi təyinatlı bütün əşyalar, hərbi texnika.
2.Radioaktiv maddələr, narkotik və psixotrop maddələr və onlardan istifadə üçün ləvazimat, müxtəlif zəhərləyicilər.
3.Əxlaqsızlığı, zorakılığı, terrorizmi təbliğ edən kitab və reklam edən materiallar.
4.Təzyiq altında olan məhsullar ( spreylər, boyalar, ətirlər, dezodorantlar, hava yastığı, quru şampun və s.)
5.Tezalışan və partlayıcı maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
6.Qida, spirtli içkilər, tütün və tütün məmulatları, elektron siqaretlər, tez xarab olan, xüsusi saxlama tələb edən məhsullar.
7.Heyvanlar, bitki və toxumlar.
8.Xüsusi məxfi rabitə vasitələri, gizli kamera, gizli səs yazma, dron və digər casus avadanlıqları, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
9.Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
10.Pul əskinasları, sikkələr.
11.Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr. 12.Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. (Zinət əşyaları, qiymətli metallar və qiymətli daşlar) 13. Müxtəlif növ batereyalar və powerbanklar
14. Qeyd: Mobil telefonların daşınmasını həyata keçirmirik.

Məhsulu “satıcı firma iptal edir” nə deməkdir?

Bəzən sifarişiniz satıcı firma, yəni sifariş etdiyiniz online mağaza tərəfindən ləğv edilir. Əgər sifariş Mobex şirkəti tərəfindən edilibsə və online mağaza sifarişin ləğvi barədə şirkətə məlumatlandırma emaili göndəribsə, şirkət də sifarişçiyə bu barədə məlumat verir. Bəzən online mağazalar sifarişi ləğv etmə səbəbi barədə heç bir məlumat vermir, həmin vaxt Mobex şirkəti də sifarişçiyə yalnız sifarişin ləğv olunması barədə məlumatı çatdırır və ödəniş məbləğini geri qaytarır.

Yük anbarda nə qədər saxlanılır?

Sizin bağlamanız bizim xarici və yerli anbarın hərbirində yalnız 15 gün saxlanılır. 15 gündən-60 günədək isə yükün saxlanıldığı hər gün üçün əlavə 20 qəpik tələb olunacaq. 60 gündən sonra bağalamanız şirkətin balansına keçir.

Maye məhsulları gətirilir?

Hər hansı bir maye məhsulu Türkiyədən idxal olunur. Şampunlar, saç kremləri, kosmetika və sairə məhsul sifarişi mümkündür. Maye məhsulları həftədə bir dəfə Türkiyədən gətirilir. Ətirlər, dezodorantlar və spreylər gətirilmir.

“Bəyan et” nədir? Nə üçün nəzərdə tutulub?

Müştəri panelindəki “Bəyan et” bölməsi “Həvalə et” xidmətindən istifadə etməyən müştərilərimizin, xarici anbarımıza daxil olan bağlamalarını öncədən bəyan etmələri üçün mövcuddur. Bu bölməyə daxil olan müştəri müvafiq olaraq aldığı bağlamanın hansı səhifədən (məs: trendyol.com) aldığını, bağlamanın trek nömrəsini, kateqoriyasını, alış qiymətini qeyd etməli, həmçinin fakturanı müvafiq hissəyə yükləməlidir. Baş verəcək hər hansı bir yanlışlığın qarşısının alınması üçün zəhmət olmasa bağlamalarınızı erkən bəyan edin. Qeyd: “Trek nömrə” hissəsinə bağlamanın sifariş nömrəsini və yaxud karqo izləmə kodunu qeyd etməlisiniz.

Mobex balansımı necə artıra bilərəm?

Saytımızda şəxsi kabinetinizə daxil olaraq onlayn şəkildə balansınızı artıra bilərsiniz. Eyni zamanda E-manat terminalları və Hesab.az onlayn platforması vasitəsiylə də balansınızı artıra bilərsiniz.

Trek nömrə (izləmə nömrəsi) nədir?

Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Trek nömrə (İzləmə nömrəsi) təyin edir. Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Xaricdən sifarişlər zamanı saytımızın “Bəyan et” bölməsində “Trek nömrə” (İzləmə nömrəsi) xanasını doldurmaq lazımdır. Trek nömrə Türkiyədaxili karqo firmalarında müvafiq olaraq aşağıdakı formada olur: Trendyol Express – Gönderi Numarası Yurtiçi Kargo – Gönderi Kodu Aras Kargo – Kargo Takip Numrası MNG Kargo – Fatura No Sürat Kargo – Seri/Sıra numarası

Bölgələrə çatdırılma varmı?

Bölgələrə çatdırılma Azərpoçt şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bağlamalarınız poçta təhvil verildikdən sonra 2-3 iş günü ərzində qeyd etdiyiniz bölgədəki Azərpoçt filialına çatdırılır.

Yetmiş faizi xarici bazarlara çıxarılan Azərbaycan məhsulu necə istehsal edilir? – REPORTAJ + FOTO

Karbamid gübrəsinə olan yüksək tələbat onun aşağı maya dəyəri, qənaətcil və təhlükəsiz daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlıq verməsi ilə əlaqədardır. Karbamid yanğın və ya partlayış təhlükəsi yaratmadığına görə saxlanılma və daşınma baxımından etibarlı və qənaətcil məhsul hesab edilir.

Ən yüksək – 46,3% azot tərkibinə malik və suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidin başqa bir üstünlüyü onun həm ayrı, həm də digər gübrələrlə birgə istifadə oluna bilməsidir. Bundan başqa, karbamiddən mal-qara yemi və digər kimyəvi maddələrin istehsalında, eləcə də əczaçılıqda geniş istifadə olunur.

Azərbaycanın karbamidə olan tələbatı SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir. Təməli 2011-ci ildə qoyulan Karbamid zavodunun açılış mərasimi 16 yanvar 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

Oxu.Az-ın əməkdaşı Sumqayıt şəhərində yerləşən zavodda istehsal prosesi ilə tanış olub. Karbamid zavodundan reportajı təqdim edirik.

Öncə onu qeyd edək ki, SOCAR-ın Karbamid zavodu istismara verildiyi dövrdə ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olub. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-İdxal Bankından (KEXIM), habelə “Societe Generale” (Fransa), “Deutsche Bank” (Almaniya) və “UniCredit” (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin, layihə ilə bağlı digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən 83 milyon avro məbləğində vəsait ayrılıb.

Karbamid zavodu partlayış təhlükəli müəssisə olduğuna görə buraya daxil olmaq xüsusi icazə ilə mümkündür. Həmçinin, zavodda xüsusi təhlükəsizlik qaydalarına riayət etmək mütləqdir. Bu tələblər təkcə işçilər üçün keçərli olmadığına görə çəkiliş üçün gələn müxbir və fotoqraflara da SƏTƏMM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) otağında xüsusi məlumatlandırma keçilir. Riayət etməli olduğumuz məsələlər haqqında məlumat verən mühəndis Mirsadiq Seyidov bildirir ki, xüsusilə siqaret istifadə edən şəxslər zavodda ayrılmış yerlərdən kənarda qəti şəkildə siqaret yandıra bilməzlər:

“Siqaret çəkmək üçün zavodda iki nöqtə ayılıb ki, bunlardan biri qeyri-istehsalat sahəsinə yaxın, digəri isə istehsalat sahəsinin yanındadır.

İstehsalat sahəsinə aid olan hissələr içərisində xüsusi qurğulardan ibarət buxar istehsalını həyata keçirən bölmə, qazanxanalar, ammonyak sahəsi, su soyuducu mexanizmlər, karbamid sahəsi və köməkçi qurğular hissəsi daxildir. Hazır olan karbamid xüsusi anbarlarda saxlanılır, qablaşdırılaraq müvafiq şəkildə daşınması həyata keçirilir.

Xüsusi qurğulara qaz daxil olduqdan və müəyyən proseslərdən keçdikdən sonra ammonyak qazına çevrilir. Bundan sonra kimyəvi proseslərdən keçən ammonyak qazı əvvəl maye şəklində karbamidə, daha sonra sıxılaraq dənəvər formada gübrəyə çevrilir.

Hazır məhsulu açıq anbara göndərib, daha sonra paketləmə anbarına ötürürük. Müvafiq olaraq, 40 və 800 kiloqramlıq, 1 tonluq kisələrə doldurub, həm xarici, həm də daxili bazara satış üçün yola salırıq.

Zavodun daxilində təxliyə üçün iki hissədə toplama məntəqəsi var. Fövqəladə hadisə zamanı hansı toplama məntəqəsindən təxliyənin həyata keçiriləcəyi küləyin istiqamətindən asılı olaraq müəyyənləşdirilir. Küləyin istiqamətini ölçmək üçün də zavod daxilində xüsusi qurğular mövcuddur. Zavodda istehsal edilən karbamidin əsasını təşkil edən ammonyak qazı təhlükəli olduğundan zavod işçilərinə xüsusi maskalar da verilib. Maskalar 50 saat müddətində zərərli qazın təsirindən qoruyaraq, hansısa ani hadisə zamanı işçilərin təxliyəsini həyata keçirməyə imkan yaradır. Qəza və təhlükəli hadisələrin baş verməməsi üçün bütün tədbirlər alınıb. Bununla belə, risklərdən sığortalanmaq üçün fövqəladə hallarda da nə etmək lazım olduğunu bilmək vacibdir”.

Karbamid zavodunda tullantıların necə idarə olunduğu haqqında sualımızı cavablandıran M.Seyidov deyir ki, bu məsələyə də ciddi yanaşılır və xüsusi prosedurdan keçən tullantılar həddi aşmamaqla xaric edilir:

“Tullantıların idarəsi zamanı “Layihələrin maliyyələşdirilməsi zamanı ekoloji və sosial risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarəçiliyi üzrə ekvator prinsipləri”nin tələblərinə əməl edilir, bütün müvafiq tədbirlər görülür ki, atmosferə və su hövzələrinə atılan tullantılar yol verilən həddi keçməsin. Bu hədd Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xüsusi icazə limiti əsasında müəyyənləşib. Zavodun özünün daxilində çirkab sularının təmizlənməsi üçün xüsusi vasitələr var. Buradan keçən su zavod ərazisində olan drenaj kanalları vasitəsilə xaric edilir. Biz axıtdığımız suyun tərkibində olan çirklənmənin miqdarını görə bilirik”.

SƏTƏMM işçisi onu da vurğulayır ki, ümumilikdə zavodda 500-dən çox əməkdaş çalışır:

“Zavodun qeyri-istehsalat sahəsində istirahət otaqları, SƏTƏMM otağı mövcuddur. Hər hansı işçinin səhhətində problem yarandığı durumda ilkin tibbi yardım göstərilir. Əməkdaş özü yaxınlaşa bilirsə, SƏTƏMM otağında, digər hallarda isə həkim ona yaxınlaşmaqla tibbi yardım edir. Bütün işçilər zavodda işə götürülərkən mütləq təlim, məlumatlandırma keçirlər, həmçinin vaxtaşırı onlara yenidən təlimlər keçirilir, detallı informasiya verilir, bütün suallar cavablandırılır”.

Zavodda istehsal edilən məhsulun saxlanması prosesi ilə də tanış oluruq. Əmtəə və anbar sahəsi üzrə rəis müavini Rafael Gülməmmədov bildirir ki, burada açıq halda olan karbamid bir, qablaşdırılmış karbamid isə digər anbarda saxlanılır. Hətta qablaşdırılmış karbamidin daxili bazara çıxarılacaq hissəsi ayrı, xarici bazara çıxarılacaq hissəsi də ayrıca saxlanılır:

“Sifarişlə əlaqədar olaraq, 750, 800, 900 kiloqramlıq, 1 tonluq qablaşdırmalar mümkündür. Bunlar böyük qablaşdırmalar hesab olunur və konteynerlə, avtomobillə, açıq vəziyyətdə aparılması mümkündür. Daxili bazara çıxarılan məhsul isə əsasən, 40 kiloqramlıq kisələrə doldurulur.

Karbamid torpaqda asan həll edilməsi ilə seçilən gübrədir. Meyvə ağacları, bostan bitkiləri, taxıllar, tərəvəzlərdə həm açıq, həm də örtülü sahədə istifadə olunur. Karbamid azot tərkibli olduğu üçün yağışlı dönəmlərdə və sulama zamanı yuyulur. Bu səbəbdən karbamidin torpağa verilməsi bitkinin inkişafının müxtəlif mərhələlərində baş tutur. Erkən yaz vaxtı əlavə yemləmələrdə, səpinlə birgə və bütün növ bitkilərin vegetasiya dövründə tətbiq edilir. Torpağın məhsuldarlığından asılı olaraq, hər hektara 120-150 kiloqram istifadə etmək olur. Bu, norma hesab edilir.

Karbamidin tərkibində azot yüksək faizdə olduğu üçün bitkilərdə yaşıl kütlənin artımına xidmət edir. Beləliklə də, məhsuldarlığa və məhsulun keyfiyyətinə effektiv təsir edir. Bu gübrə torpaqda turşuluğu artırır. Buna görə də turş olmayan torpaqlar üçün məsləhət görülür. Torpağa karbamid verilməzdən öncə əkiləcək bitkinin vegetasiya dövründə nə qədər azota ehtiyacı olduğunu bilmək lazımdır.

Gübrənin saxlanması və tətbiqi zamanı xüsusi təhlükəsizlik qaydalarına da riayət edilməlidir. Karbamid paketlərinin Günəş şüaları düşən yerdə saxlanılması tövsiyə edilmir. Gübrə qranullarının, yəni dənələrinin həddindən artıq isinməsi və ya soyuması arzuolunmazdır. Karbamidi müsbət 4-dən müsbət 20 dərəcəyə qədər rütubətsiz, Günəş şüaları düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür”.

Direktor köməkçisi Tural Həsənov bildirir ki, Karbamid zavodunun gündəlik istehsal həcmi 2 000 tondur:

“Bununla bərabər, zavodun illik istehsal gücü 660 min ton müəyyən edilib. İstehsal olunan məhsulun 30%-i daxili bazar, 70%-i ixrac üçün nəzərdə tutulub. Daxili bazarın tələbatı tam ödənilir.

2022-ci ilin birinci yarısında “SOCAR Karbamid”in istehsal həcmi 23,3% artıb. Altı ayda ixrac həcmi isə 254% artıb. Həmçinin ixrac dəyəri 10 dəfədən çox artıb. İxrac olunan ölkələrin “Top 5”liyində Hindistan, Braziliya, Moldova, Türkiyə və Bolqarıstan yer alır”.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

Satıcıya Bir Məhsulu Necə Qaytarmaq Olar

Bir əşyanı mağazaya qaytarmaq çətin ola bilər. Deyəsən əksər mağazalar alıcının tərəfindədir, malların dəyişdirilə biləcəyini vəd edə biləcəyini vəd edirlər, amma əslində tez-tez satıcı bu və ya digər səbəbdən imtina etməyə çalışdığı ortaya çıxır. Uyğun olmadığı və ya qeyri-kafi keyfiyyətdə olduğu və ya başqa bir səbəblə olduğu halda məhsulu mağazaya həqiqətən qaytarmaq üçün nə lazımdır? Bir məhsulu geri qaytarmaq o qədər də çətin deyil, ancaq satıcı imtina etmək üçün səbəb axtarmağa başlayarsa, inadkar olmalısınız. Satıcıya bir məhsulu necə qaytarmaq olar

Nəzəri hazırlıq

İlk addım, məhsulu yalnız satın alındığı tarixdən bəri iki həftədən çox keçmədiyi təqdirdə (alış üçün nəzərə alınmadan) geri qaytara biləcəyinizi və bu məhsulun geri qaytarılması lazım olduğunu xatırlamaqdır. Dərman kimi qaytarılmayan maddələrin xüsusi bir siyahısı var. Əlavə olaraq, əlbəttə ki, uyğun keyfiyyətli malların geri qaytarılmayacağını başa düşməlisiniz. Məhsul xarab olmasa və hər şey qaydasındadırsa, yalnız bənzərinə dəyişdirilə bilər – ancaq fərqli bir rəng, ölçü, konfiqurasiya və s. Məhsulu mağazaya qaytarmaq və başqasına dəyişdirmək istəyirsinizsə, etiketlərin saxlandığına diqqət yetirməlisiniz. Həm də şey istifadə edildiyi kimi görünürsə: məsələn, bluza açıq şəkildə geyilibsə, o zaman geri qəbul olunmaya bilər. Əlbətdə ki, alış sənədini saxlamalısan, əks halda əşyanın bu mağazada alındığını sübut edəcək bir şey olmayacaq. Ancaq yoxlama yoxdursa, qanun sübutlardan istifadə etməyi təmin edir. Alınan şeyin əvəzinə almaq istədiyiniz şeyin mağazada olmadığı olur. Bu vəziyyətdə ya gətirilənə qədər gözləyə bilər, ya da geri qaytarma tələb edə bilərsiniz.

Həyat praktikası

Nəzəri məqamlarla yanaşı, həyatdan konkret nümunələr təhlil etmək istərdim. Doğru olduğunuzdan əminsinizsə, satıcı inamla imtina üçün bir səbəb göstərməyə çalışsa da, inadla bir geri qaytarma və ya mübadilə tələb edə bilərsiniz. Bəhanələrin nə olduğunu düşünün: “Deməli, bu gün bazar. Bağışlayın, amma həftə sonları məhsul qəbul etmirik. ” Mağazada belə qaydalar ola biləcəyi aydındır, lakin qanunlara uyğun deyil. Əlbəttə, başqa bir gündə buraya gələ bilərsiniz. Yenidən gəlsəniz, vaxt yoxdur, onda təkbaşına israr etməlisiniz. Şikayət dəftəri istəyə, böyük bir satıcı və ya mağaza müdirini dəvət edə, istehlakçı hüquqlarını müdafiə qanununu göstərə bilərsiniz (hər mağazada bir var). Ümumiyyətlə, bir həftə sonu bir mağaza işləyirsə, mənfəəti də qəbul etməlidir. “Bağışlayın, amma kompüterim dondurulub, tələb olunan müraciət formasını çap edə bilmirəm.” (Əllə yazın.) “Üzr istəyirəm, ancaq kassada sizə pul qaytarılması üçün pul yoxdur” “Bankla əlaqə qurulmadığına görə karta geri qaytarılması mümkün deyil.” Bütün bu bəhanələr başqa bir gün gəlmək istəyi ilə sona çatır. Bəlkə də başqa bir günə gəlsəniz, hər şey düzələcək, amma əksər hallarda bu yalnız bir bəhanədir. Geri ödəmə üçün yalnız iki həftə olduğundan, vaxt gözləsəniz, qanunun satıcı tərəfinə keçməsini gözləyə bilərsiniz. 14 gündən sonra artıq məhsulu geri qaytarmaq mümkün olmayacaq. Ən əsası israr etməkdir, sonra pul geri qaytarılacaq və ya mallar dəyişdiriləcəkdir. Satıcı başa düşülə bilər, qazancını müdafiə edir, baxmayaraq ki bəzən tamamilə dürüst deyil.

Comments are closed, but trackbacks and pingbacks are open.