Press "Enter" to skip to content

Ana savad təlimi

Düzgün qidalamaqla yanaşı normal yuxu, istirahət, təmiz havada olmaq, gəzinti,üzmək,idmanla,fiziki işlə məşğul olmaq da sağlamlığın vacib şərtlərindəndir. Bədənin, paltarın, yatağın təmizliyi də bu qəbildəndir.

Təhsil

Kaspi Uşaq Bağçasında məktəbəqədər hazırlıq proqramı müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanıb və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur.

Proqrama uşaqlarda sosial–emosional və fiziki hərəkət inkişafının əldə edilməsi, onlara rənglər və formalar üzrə, istiqamət, mövqe yerləşmə haqında, ölçü və vaxt anlayışı və ingilis dilində baza anlayışlarının mənimsədilməsi, dinləmə, danışıq, ilkin oxu və yazı bacarıqlarının, rəqəmlər və sadə hesablamanın öyrədilməsi, məktəbdə, cəmiyyətdə düzgün davranışın aşılanması daxildir. Kaspi Uşaq Bağçasında təhsil orta qruplarda (3-4 yaş), böyük qruplarda (4-5 yaş) və məktəbə hazırlıq qruplarında (5-6) aparılır.

Proqram aşağıdakı məşğələləri əhatə edir:

  • Savad təlimi
  • Nitq inkişafı
  • Sadə riyazi təfəkkürün inkişafı
  • Məntiqi təfəkkürün inkişafı
  • Ətraf aləmlə tanışlıq
  • İntelektual oyunlar
  • Uşaq ədəbiyyatı, nağıllar aləmi
  • İngilis dili
  • Rəsm
  • Əmək
  • Musiqi
  • Fiziki tərbiyə

Ana dili (savad təliminə hazırlıq və nitq inişafı)- Bu məşğələlərdə uşaqlara dinləmə və başa düşmə vərdişləri aşılanır, uşaqlar fikirlərini sərbəst, rabitəli şəkildə ifad etmə bacarığına, söz ehtiyatı zənginliyinə yiyələnir. Ilkin başlanğıcda lazım olan vasitələr: təbaşır, rəngləmələr, karandaşlar, plastilin və s. istifadə etməklə uşaqların barmaq əzələləri möhkəmləndirilir, onlara sərbəst şəkildə qələm tutmağı, müxtəlif ştrixlər, xəttlər, fiqurları çap şəklındə hərflər yazmaq öyrədilir.

Riyaziyyat və məntiq (sadə riyazi təsəvvürlərin və məntiqi təfəkkürün inkişafı)-uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması başlanğıc pillə kimi əsas yer tutur. Riyaziyyat məşğələləri uşaqların məntiqi təfəkkürünü daha yaxşı inkişaf etdirən interaktiv təlimdir. İnkişafetdirici tapşırıqlar məntiqi təfəkkürün inkişafına müsbət təsir edir. Burada uşaqlar zaman-məkan, ölçü-forma, miqdar,rəqəmlər və hesablama kimi biliklərə yiyələnirlər.

Ətraf aləmlə tanışlıq- Bu məşğələdə məqsəd uşaqlarda ətraf aləm, təbiət və cəmiyyət haqqında təsəvvürləri düzgün formalaşdırmaqdır. Uşaqlarda vətənpərvərlik hisslərini formalaşdırmaq məqsədi ilə doğma diyar, xalqın tarixi, tarixi abidələri, adət-ənənələri, dövlətimiz, onun prezidenti, dövlət atributları haqqında ilkin məlumatlar verilir.

Uşaq ədəbiyyatı-uşaqların təlim-tərbiyə işində böyük imkanlara malikdir.Uşaqlarda yaradıcılıq qabiliyyətini üzə çıxardır. Bir-birindən maraqlı nağıl və şeirləri öyrənən uşaqlar kiçik sadə kompozisiyalar qura bilirlər.

İntelektual oyunlar-Didaktik və intellektual oyunlar zamanı uşaqlarda müşahidəçiliyi, diqqətin düzgünlüyünü, onların təsəvvürlərinin yoxlanılması və möhkəmləndirilməsi, təfəkkürün itiliyi, eşitmə diqqəti inkişaf etdirilir.

Rəsm, Əmək (təsviri fəaliyyət) –Estetik inkişafın əsasında uşaq yaradıcılığı, uşaq fantaziyası durur. Bu zaman uşaq fəaliyyətinin müxtəlif növləri-oyun, rəsm, yapma, quraşdırma, applikasiya mühüm əhəmiyyət kəsb etməklə onların təfəkkür və təxəyyülünün inkişafına təkan verir, idrak və yaradıcı fəallığını inkişaf etdirir.

Ana savad təlimi

Savad təliminin şagirdlərin həyatında rolu

Ana dili ibtidai siniflərdə təlim fənlərinin əsasıdır. Şagirdlər ana dilinə yiyələnmədən, onun incəliklərinə bələd olmadan digər fənlər üzrə proqram materiallarını müvəffəqiyyətlə mənimsəyə bilməzlər. Ana dili xarakteri etibarilə inteqrativ fəndir. Bu fənn lap başlanğıcından botanika, zoologiya, anatomiya, coğrafiya, fizika, kimya, tarix və digər fənlərin elementlərini özündə əks edir.

Hər bir tədris fənni praktik şəkildə startı ana dili fənnindən götürür. Şagirdlərdə nitq mədəniyyətinin formalaşdırılmasında Ana dili fənni aparıcı mövqe tutur. Ana dili fənninin məzmunu dinləyib – anlama və danışma, oxu, yazı, dil qaydaları məzmun xətlərindən ibarətdir. Hər bir məzmun xətti üçün ayrı-ayrı məzmun standartları müəyyən edilmişdir. Müasir dərslikdəki materiallar da bu məzmun xətlərini əhatə edir.

Əvvəllər “Ana dili” dərsliyi 2 kitabdan ibarət idi: “Oxu” və “Azərbaycan dili”. İndi isə ibtidai siniflər üçün fənn kurikulumu əsasında yazılan “Azərbaycan dili” dərsliyi mövcuddur. “Azərbaycan dili” dərsliyi birinci sinifdə savad təliminin başlanğıcı və əsasıdır. “Azərbaycan dili” termini altında savad təlimi xüsusi əhəmiyyət kəsb edir. Məhz təlimin bu mərhələsi uşağın gözünü həyata açır. Bu dövrdə uşaq ilkin oxu və yazı texnikasına yiyələnir, ilkin oxu və yazı vərdişləri qazanır.

Adətən savad təlimi dilimizin əlifbasında olan 32 hərfi tanımaq, onların köməyi ilə oxumağı və yazmağı öyrənmək kimi başa düşülür. Bu dövrün başqa vəzifələri haqqında ana dilinin tədrisinin başlıca prinsipinin nitq inkişafı olmasından dəfələrlə yazılmasına baxmayaraq, həmin yazıları oxuyan və oxumayanların əksəriyyəti, demək olar ki, yuxarıda deyilən qənaətdədir. Yaddan çıxarırlar ki, savad təliminə kommunikativ – idrak əsasında baxılmalıdır. Savad təlimi dövründə ilkin oxu təlimi səs təhlil – tərkib metodu ilə aparılır. Səs ayrılıqda deyil, heca tərkibində təqdim olunduğundan bu metodu səs – heca, təhlil – tərkib metodu da adlandırmaq olar. Həmin metodun tətbiqini asanlaşdırmaq, oxu təliminin əsasını möhkəm qoymaq məqsədilə əlifba təliminə hazırlıq dövründə fonematik təhlilə geniş yer verilməlidir. Nitqdən cümlənin götürülüb sözlərə ayrılması, cümlədə sözlərin sayının və ardıcıllığının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Şagirdlər həmin dövrdə sait və samit haqqında ilkin anlayışlara yiyələnirlər. Sözlərdə saitin asanlıqla uzanması, samitin isə uzanmamasını dərk edirlər.

Savad təliminin birinci günündən oxu təlimi yazı təlimi ilə paralel gedir. Yazı ləvazimatı ilə tanışlıq, qaməti düzgün saxlamaq, partada düzgün əyləşmək, dəftəri düzgün qoymaq, yazarkən qələmi düzgün tutmaq, barmaq və bilək əzələlərini möhkəmləndirmək, yazının gigiyenasına verilən tələblərə əməl etmək lazımdır. Savad təlimi yeni sistemdə şərti və real olmaqla müxtəlif ünsiyyət situasiyasından başlanır. Bu situasiya birinci sinif şagirdlərinin kommunikativ nitq qabiliyyətinin inkişafı üçün daha əlverişli şərait yaradır, dilin ən mühüm ünsiyyət vasitəsi olaraq insanların fikri və mənəvi fəaliyyətinin ən vacib aləti kimi dərk edilməsinə kömək göstərir. Məhz ünsiyyət situasiyasında birincilər ilk dəfə dil həqiqətlərini söz, cümlə və mətn vasitəsi ilə dərk etməyə başlayırlar.

Güləndam QULİYEVA,

Bakıdakı 39 nömrəli tam orta

məktəbin � ibtidai sinif müəllimi

Azərbaycan müəllimi.- 2012.- 25 oktyabr.- S.5. �

Ana savad təlimi

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

  • Əsas səhifə
  • Sənədlər
  • Ümumi məlumat
    • Yeni layihəmiz
    • Görkəmli şəxsiyyətlər
    • Qanunlar, Sərəncamlar, Fərmanlar
    • Sərəncamlar
    • Metodiki vəsaitlər
    • Milli Qəhrəmanlar
    • Nağılar aləmində
    • Xəzər rayonu
    • Dağlıq Qarabağ münaqişəsi
    • Haqqımızda
    • Ən çox oxunanlar
    • Yeni kitablar

    H.Zərdabinin pedaqoji ideyaları
    12 Oktyabr , 2015

    Həsənbəy Zərdabi (Məlikov) (1842-1907) maarifiçi-demokrat, təbiətşunas alim, “Əkinci” qazetin bahisi Tifilis qəza gimnaziyasının (1861) bitirib, Moskva Universitetinin fizika-riyyaziyat fakültəsinə daxil olmuş, 1865-ci ildə oranı bitirib doğma vətəninə qayıtmışdır. O, bir müddət məkəmədə işləmiş, hakimlərin ədalətsizliyinə dözməyib məhkəmə sistemində uzaqlaşıb mətbuat və marifçiliklə məşğul olmuşdur. O, “ Əkinçi” qazeti ilə Azərbaycanda mətbuatın əsasını qoymuşdur.

    H.Zərdabi müsəlman müəllimlərinin birinci qurultayına sədirlik etmişdir O, “Əkinçi” qazeti ilə Azərbaycanda mətbuatın əsasını qoymuşdur .

    XIX əsrin ikinci yarsında Azərbaycan maarifçiləri içərisində H.Zərdabi fəxri yer tutur. Azərbaycanda ictimai və pedaqoji fikri tarixinin ən parlaq səhfələrindən birini xalqımızın fəxri olan H.Zərdabi tutur . Bu böyük ictimai xadim, maarifçi, mütəfəkkir şəxsiyyət xüsusilə təqdirəlayiqdir.

    Zərdabinin ən mühüm xidmətlərdən biri və birincisi budur ki,o, mövhumat və orta əsr geriliyinin hökm sürdüyü bir dövrdə maarif məşəlini yandıranlardan biri olmuş və ömrünün sonundək bu məşəli əlindən yerə qoymamışdır. “Maarifdən, elmdə mərhum olan xalq işıqdan məhrumdur” deyən. Zərdabinin bütün həyatı xalqın maariflənməsi işi ilə bağlı olmuşdur.

    Həsən Bəy Zərdabinin tarixi xidməti də bundadır ki, o, M.F.Axundovdan sonra ana dili təlimi ideyasını inkişaf etdirərək yeni yüksəkliyə qaldırdı. Savad təlimi ideyasını irəli sürən Həsən bəy M.F.Axundovdan fərqli olaraq, uşaqların ümumi təhsilini, ana dilində dünyəvi məktəblər yaratmaq ideyasını dövrün tələblərinə müvafiq olaraq əsəslandırdı. Mutəcə adlamların , cahil ruhanilərin onun cəhdlərinin müvəffəqiyyətlə nəticələməsinə imkan verməmələrinə baxmayaraq,o, ömrünün sonunadək bu ideyaya sadiq qaldı. O haqlı olaraq Azərbaycanda ana dilində təhsilin , həmçinin qadın təhsilinin, Azərbaycan teatrı və mətbuatının banisi hesab edilir. Ömrün 40 ildə artıq bir dövrünü Azərbaycan xalqının səadəti və tərəqqisi uğrunda mübarizəyə həsir edən Həsən bəy Azərbaycan ziyalılarının bütöv bir nəslini yetişdirmişdir. Məhz buna görədir ki, müasirləri onu “Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası” adlandırmışdır.

    1842 –ci ildə Şamaxı quberniyası Göyçay qəzasını Zərdab kəndində anadan olan Həsən bəy ilk təhsilini mədrəsədə almışdır.Lakin dini tənsilə maraq göstərməyən Həsən bəy 1852-ci ildə Şamaxı şəhərindəki qəza məktəbinə daxil olur. Həmin məktəbi müvəffəqiyətlə bitirən.Həsən bəy 1860-cı ildə Tiflis gimnaziyasına daxil olaraq 1861-cı ildə oranı da müvəfiqiyətələ bitirir və Moskva Unversitetinin fizika –riyaziyyat fakultəsinin təbiətşünaslıq şöbəsinə qəbul edilir. O, hökümətin 11 iyun 1849-cu il qanunu üzrə unverstetdə Qafqaz məzunlarından olan dövlət təqaüdçüsü idi.

    1865-ci ildə Moskva Unferstetini əla qiymətlərlə bitirib Vətənə qayıdan Həsən bəy coşqun pedeqoji fəaliyətinə başlayır .O, 1869-cu il noyabrın 18-də Bakı realnı gimnaziyasına təbiyyat tarix müəllimi vəzifəsinə təyin edildi.

    H. Zərdabi qıza müddət içərisində böyük hörmət qazandı. H,Zardabi yalnız dərs deməklə kifayətləmir,o, həm də azərbaycanlı balalarını məktəbə cəlb edir , tələbələrə maddi kömək etmək məqsədlə bir tərəfdən teatr tamaşaları təşkil edir, digər tərəfdən də “xeyriyyə cəmiyyəti” düzəltməyə çalışırdı.Onun müəlimlik fəaliyyəti dövründə ən mühüm xidmətlərdən biri Azərbaycan dilində ilk dəfə qazet nəşir etmişdir . Zərdabi öz arzusunu həyata keçirmək – doğma ana dilində qazet çıxarmaq üçün 1873-cü ildə biləvasitə əməli faliyyətə başlayır.

    Belələliklə ,1875 –ci il iyun ayının 22-də Azərbaycanda ilk milli qazet olan “Əkinçı”nin birinci nömrəsi çapdan çıxdı. “Əkinçi” qazeti özünün meydana gəlməsilə bütün Rusiyada olan müsəlmanları hərəkətə gətirdi.Sütunlarda maarif, elmi ziysı nurlanan nurlan “Əkinçi” nin nüsxələri dövrün qabaqcıl adamların qəlbini riqqətə gətirdi , onların maarifçilik işi uğrunda mübarizəyə ruhlandırdı . Rusiyanın bir çox şəhərlərindən göndərilən təbrik teleqramlarında “ Əkinçi” maarif xəzinəsinin qapızını yazıq dağlı xalqlarının üzünə açan sehrli bir açar” adlandırılırdı.

    Həsən bəy Bakı realnı məktəbində 1878-ci ilə qədər işləyə bildi və “Əkinçi”ni də ancaq bu dövürdə çıxmağa nail oldu. 1877-ci ildə Rusiya ilə Türkiyə arasında müharibənini başlanması , Dağısdanda baş verən üsyanları nəticəsində Əkinçi”nin üzərində sensor nəzarəti gücləndi , onun özü isə siyasi cəhətcə təhlükəli və etibarsız elan edilərək gizli və aşkar təqiblərə məruz qaldı

    “Əkinçi”nin üzərində nəzarətini artırılması,adlı və adsız dansolar, Həsən bəyin özününm “siyasi cəhətdən təhlükəli və etibarsız elan edilməsi həm qazetin bağlanması həm də onun müəllimlikdən azad edilməsi ilə nəticələndi

    Müəllimlikdən azad olunan H.Zardabi ömrünün 16 ilini Doğma zərdabda kəndə keçirmiş , mütərəçilərin təziqinə və müqavimətinə baxmayaraq,orada məktəb açmağa təşəbbüs etmişdir.

    1896-cı ildə Bakıya qayıdan Hsən bəy “Kaspi” qazetində əməkdaşlıq etməklə,1897-ci ildən ömrünün sonunadək şəhər dumasının tərkibinə seçilmiş və burada məktəb komissiyasının daimi üzvü olmuş ictimai fəaliyyət göztərmişdir.

    N.Zardabi 1907 il noyabır ayının 28 –də vəfat etmişdir Onun dəfn mərasimi demokratik qüvvələr birliyini nümüyişinə çevrilmişdir

    XIX əsrin 70-ci illərdə Azərbaycan ictimayi-iqtisadi və mədəni cəhədən hələ geri qalırdı . Uzun ilər ərzində xalqın yadelli işğalçıların hücumuna məruz qalması, habelə çarizimin başqa ucqarlar kimi burada müstəmləkçilik siyasəti yetirməsi nəticəsində çoxəsirlik bir mədəniyyət malik olan Azərbaycanda əhalinin əksəriyyəti , H.Zardabinin dediyi kimi “cəhalət və zülmət dumanı” içərisində boğulmaqda idi. Bakıda və Azəırbaycanda başqa rayonlarad kapitalist münasibətlərinin yaraması və inkişaf etməsinə baxmayaraq, bütövlükdə kənd təsərrüfatı ölkəsi olarq qalmaqda davam edən Azərbaycan xalqı maarif dünyavi təhsil aşağı səviyyədə idi

    Həsən bəy Zərdabi ana dili məktəblər ilə bərabər , dünyavi təhsiluğrunda mübarizə aparırdı . Moskvada təhsil alarkən ola bilsin ki o, 60-cı illərdə Rusiyada killasik və real təhsil tərəfdarları arasın gedən mübarizədən xəbardar idi . Lakin “Əkinçi” qazetində və onun mütərəqqi müxbirləri M.F Axundovun ideyalarını inkişaf etdirərək öz məqalələrində elmi əbdanı”, elm ədyandan” dünyavi elimlərin öyrənilməsini ilahiyyatçılıqdan ayrmağı tələb edir, mövcud məktəblərdə dünyavi elimlərin tədris edilməsini təbliğ edirdilər.

    Ruhanilər və cəhalətpərəstlər ziyalılar isə necə olursa –olsun köhnə qaydaları saxlamağa , yəni əvvəlki kimi ,məktəblərdə yeni yalnız şəriət dərslər keçilməsində təkid edirdilər .

    “Əkinçi”nin açdığı mübahisələrdə H. Zardabi ilə yanaşı N. Vəzirov, Əhsənül qavaid, Ələkbər Heydəri, Zaqafaqaziya şeyxül- islam axund Əhmət Hüseynzadə, Məhbuz Dərbəndli və başqaları yaxından işdirak edirdilər.

    Zərdabi və onun tərəfdarları dünyavi elimləri həyati əhəmiyyətini, cəmiyyətin maddi və mənəvi tərəqqiyə çatmasındaki rolunu başa salmağa, dünyavi fənlərini tədrisinin faydasını anlatmağa çalışmışdılar.

    Həsən bəy Zərdabinin ana dili məkbəbi uğrunda mübarizəsindən bəhs edərkən yuxarıda M.F Axundovla bağlı bölmədə qeyd ediyimiz kimi M.F.Axundovun ona göndərdiyi və Əkinçi “ qazetinin 1877-ci il 2 ci nömrəsində çap edilən məşhur məqalə ilə ələqədar olan fikirlərin bir daha nəzərdən keçirmək bu cəhətdən çox maraqlıdır. M.F axundov yazırdı:

    “Bizim əzizimiz və gözümüzün işiğı həsən bəy sən hər qazetində biz müsəlman tayfasına elmin fəzalətini və səmarətini zik edib bizə heyif təklif edirsən: elmi öyrənin, elmi öyrənün ! Çox yaxşı , sözün bahnamə və nəsiyətin mufid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirərək. Bizdə görək , elim harda öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək?”

    M.F. Axundovun məktubunda göstərilən üç mühüm məsələ kütləvi xalq məktəblərinin oluması, xalq müəllimlərinin olması . ana dilində məktəbin və dərs kitablarının yoxluğu o dövürdə yeni məktəb, ana dili məktəb təşkili qarşısında duran çox mühüm və həll edilməsi zəruri olan vacib pedeqoji problemlər idi.

    M.F. Axundov bu məktubu “qışın çilləsində olan çovğun kimi onun diqqəti ilə oxuyanın bədəninə qorxu lərzəsi salır” dı Lakin bununla belə, həyata daha nikbin münasibət . münasibət bəsləyən Həsən bəy M.F .Axundovun qeyd ediyiu çətinlikləri aradan qaldırmağın yollarını düşünür, xalqın dərdinə çarə axtarır , konkret yol göstərməyə cəhd edirdi.

    HşZərdabinin ardınca “Əkinçi” qazetinin fəal müxbirlərdən olan N.Vəzrov,S,Əşirvani və başqaları da ana dili məktəbi, dünyavi elimləri öyrədilməsi ideyasını müdafiyə edirdilər.

    Məktəb problemlərinə münasibətdə M.F Axundovun fikirləri Zərdabinin baxışları ilə eyni ideya zəmninidn, maarifçilik rişələrindən qidalandığı üçün əsasən yekidli və vəhdətdə idi. Lakin onların fikirləri arasında müyyən n fərqlər və zidiyyətlər yox deyildi . Onların baxışlarındakı cəhət bu idi ki, hər ikisi xalqın savadlamasını, elmi bilik kəsb etməsi zərurətini təxirəsalımaz vəsifə kimi irəli sürdülər. Lakin bu işin konkret olaraq necə həyata keçəcəyi , hansı yollarla aparacağı məsələlərində onların fikri haçalanırdı: istər təlim, istərsə də tərbiyə məsələlərinə dair Axundovun fikirləri , onun ictimai-siyasi fikirləri ilə üzvi şəkildə bağlı idi . O, yaxşı bilirdi ki 5-10 məktəb açmaqla iş bitmir. O, ölkənin başdan- başa savadlamasını mövcud qurluşunda müşkül hesab edirdi və bu məsələrdə Zərdabidən fərqli olaraq inqilab-demokratik səviyyədə dururdu

    Təhsil ana dilində aparılması, tədris fənlərinin əsəsan dini mahiyyət daşıması, tədris vəsaitinin olmaması və üstəlik ərəb əlifbasının çətinliyi o zamanki Azərbaycan məktəblərinin çatışmayan cəhətlərindən idi. Sünnü işə şiə təriqətini saladığı ayrı srçkiliyi , çarizmin xalq mədəni sərvədən kənarda saxlamaq , ana dilini sıxışdırmaq siyasətini də buna əlavə etsək , ana dili məktəbləri uğrunda aparılan mübarizənin cətinliyi və mürəkkəbliyi bir daha aydın olur.

    M.F.Axundovdan fərqli olaraq H.Zərdabi ana dili məktəbi məsələsinə sırf maarifçilik nöqtəyi –nəzərdən yanaşırdı

    Azərbaycanın maarifçiləri , bir tərəfdən XIX əsirdə maarifçi- demokratik elm ədəbiyyat və incəsənət nümayyəndələrinin məfkura sərvətindən,, digər tərəfdən isə qabaqcıl rus alimlərinini, inqilabçı demokratlarının, habelə Avropa mütəfəkkirlərinin ideya irsindən bəhrənirdilər. Onlar ağıl və idrakın gücünə inanır, xalqın elmə savada yiyələnməsinin qızğın tələb edirdilər . Bu işdə H.Zardabi xüsusilə fərqlənirdi. O, cəmiyyətdəki xəstə halları sağaltmağın çarəsini hər şeydən əvvəl xalqın maarifləməsində mədəni tərəqi yoluna düşməsində görür , təhsil işlərinə, təlim tərbiyə məsələrinə xüsusi əhəmiyyət verirdi

    “Əkinçi” mövcud cəmiyyətin dəyişdirici , təzələyici qüvvəsini xalq maarifində, elimdə axtarırdı. Zərdabi Avropanın Şərqə nisbətən yüksək tərəqqi səviyyəsində dayanmasının səbəblərindən bəhs edərək deyirdi: “Bu səbəbdən ümdəsi onların bizdən artıq elm təhsil etməsidir”

    H.Zardabi pedaqoji ideyalarda fiziki tərbiyə məsələri ayrıca yer tutur . “ Sağlamlığın gözlənilməsi üçün rəbərlik” adlı əsərdə Zərdabi fiziki tərbiyəyə problemini hərtərəfli şərh etmişdir. O, fiziki tərbiyəyə yanlız məhdud didaktik və pedaqoji problem kimi deyil , həmdə ictimayi bir problem kimi yanaşmışdır . O sağlam istər uşaq üçün istər böyük üçün , istər varlı. istərsə də yoxsul üçün böyük nemət hesab edirdi.

    H.Zardabi təmiz və saf havanın sağlamlığın ikinçi vacib amili hesab edirdi . O, deyirdi : təmiz həyat hava həyat, korlamış hava isə ölümdür. Bucəhədən xüsusilə şəhər yerlərində yaşllılığa diqqətin artırılmasını lazım bilirdi.

    H.Zardabinin fiziki tərbiyə, sağlamlığa aid fikirlərində suyun başlıca amil olması ayrıca göstərilir. Yeməyin həzmə verilməsi, orqanizmin təmiz saxlanması üçün başlıca şərtdir.

    Düzgün qidalamaqla yanaşı normal yuxu, istirahət, təmiz havada olmaq, gəzinti,üzmək,idmanla,fiziki işlə məşğul olmaq da sağlamlığın vacib şərtlərindəndir. Bədənin, paltarın, yatağın təmizliyi də bu qəbildəndir.

    Ümumiyyətlə, H.Zardabi fiziki tərbiyəni insan şəxsiyətini n ahagdar inkişafına zəruri şərtlərdən biri hesab edirdi .Onun “ Yer,suhava” adlı dərsliyində də fiziki tərbiyədə geniş şərh edilmişdir.

    Onun pedeqoji ideyalarını rus mədəniyyətinə geniş maraq göstərməsi də mühüm təsir etmişdir .H,Zardabi hələ Moskva Unverstetində təhsil alarkən mütərəqqi rus mədəniyyəti və onun bir sıra nümayəndələri ilə tanış olmuşdur.

    H. Zardabi harda olursa olsun Rusiyanın qabaqcıl fikirli adamları ilə əlaqə saxlayır,rus dövri mətbuatında tez-tez müxtəlif mövsularda məqalələrdə çıxışedirdi.

    H. Zardabinin müasirlərdə olan məşhur jurnalist N.Q. Baydrenko onu 60-cı illərin demokratik hərakatın nümayəndələrindən hesab edir və haqlı olaraq göstərirdi ki, Zərdabi o dövrün rus ictimai həyatdakı ideya cəryanınının məhsulu idi. O keçən əsrin 60-cı illərində Rusiyada başlanan mütərəqqi pedaqoji hərəkatının qabaqcıl nümayəndələrinin təhsil haqqındakı ideyaların Azərbaycanda yayır və yerli şəratə uyğun olaraq tətbiq edirdi.

    Bir sözlə ,H.Zardabi əməkçi xalqın ilk nöbədə isə zəhmətkeş kəndlilərin maraqlarının marifçisi idi.

    H.Zardabinin təlim tərbiyəyə aid fikirləri XIX əsrin sonu, XXəsrin əvvələrində Azərbaycan pedeqoji fikrin daha da zənginləşmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.