Press "Enter" to skip to content

Fransada Aqata Kristinin “On zənci balası” romanının adını dəyişiblər

Yorucu semestr imtahanları yenicə başa çatmışdı. Məktəblərin birində bədən tərbiyəsi müəllimi işləyən Vera bir tərəfdən yay tətilində əlavə iş tapdığına görə sevinsə də, digər tərəfdən tərəddüd içində idi.

Aqata Kristi “On zənci balası”

“On zənci balası” (ingiliscə “Ten Little Niggers”/”And Then There Were None”) – İngilis yazıçısı Aqata Kristinin 1939-cu ildə işıq üzü görmüş detektiv romanı ABŞ-da irqi məsələlərə görə “Daha heç kim qalmadı” adı altında nəşr olunmuş, əsərdəki bütün “zənci balası” sözləri isə “balaca hindu”larla əvəz olunmuşdu.
Bu romanı özünün ən yaxşı əsəri hesabı edən yazıçı 1943-cü ildə onun əsasında pyes qələmə almışdı. Roman həmçinin Aqata Kristinin ən çox satılan kitabları arasında birinci yerdədir.

Cinayət törətsələr də məhkəmədən boyun qaçıra bilən on nəfər naməlum bir şəxs tərəfindən Zənci adasına qonaq kimi dəvət olunurlar. İndi onları ədalət məhkəməsi gözləyir.

Karandaşın izi ilə

Hakim Uorqreyv isə hələ bir müddət Konstansiya Kalminqton barədə fikrə getdi: bu qadına etibar etmək olmazdı, guya hansına olardı ki?

Qaldıqları ev döşəmə taxtaları cırıldayan, qaranlıq künc-bucağı və üzlük panellərlə gizlədilmiş yolları olan ev olsaydı, qorxularını izah etmək mümkün olardı. Ancaq burada – ultramüasir evdə? Burada nə qaranlıq guşələr var, nə gizli qapılar. Otaqlar elektriklə işıqlandırılır və hər şey par-par parıldayır! Yox, burada gizlənmək mümkün deyil! Burada müəmmalı heç nə yoxdur! Ola da bilməz! Elə onları qorxuya salan da bu idi…

Hakim Uorqreyv Sitonu öldürmüşdü. Bunun Sitonun qarnına bıçaq soxmaqla heç bir fərqi yox idi! Lakin Uorqreyv başında parik, əynində mantiya bunu hakim kreslosundan etmək üçün kifayət qədər ağıllı idi.

Hələ çox cavansınız… başa düşməzsiniz. Vaxt gələcək və bunun necə bir rahatlıq olduğunu anlayacaqsınız. Hər şey arxadadır, daha çiyinlərinizdə günahlarınızı daşımalı deyilsiniz. Bir gün gələcək və siz bunu hiss edəcəksiniz…

– Ser, mən heç nə başa düşmürəm. Heç nə. Və ən çox məni qorxudan da budur.

– Artıq, on iki saatdır yatırsınız. Deməli, vicdanınız təmizdir.

Bundan başqa, yadda saxlayın ki, anormal insanlar, bir qayda olaraq, qeyri-adi gücə sahib olur.

Onların hamısı dəli olub… Artıq havalanıblar… ölməkdən qorxurlar. Bizim hamımız ölməkdən qorxuruq… Mən də qorxuram… ancaq bu ölməyimizə mane olmayacaq…

– Siz mənə şəfqətli sadəlövhlüklə yanaşırsınız… Niyə bu qədər əminsiniz ki, mən sizi öldürməyəcəm?
– Kiməsə inanmaq lazımdır, ya yox.

Dəlinin normal insandan daha çox üstünlükləri var.

Qətldən asan heç nə yoxdur! Ancaq sonra… sonra onun xatirələri səni heç vaxt tərk etmir…

Mən rəssamam və mənə aydın oldu ki, “sənət üçün sənət” deyilən şey yoxdur. Hər bir sənətkarda təbii tanınmaq yanğısı yaşayır. Bunu etiraf etmək nə qədər ayıb olsa da, mən də istərdim ki, dünya mənim hiyləmdən xəbərdar olsun…

Axı tibdə inam daha çox müalicə edir.

Tərcümə: Lamiyə Göycəyeva

Fransada Aqata Kristinin “On zənci balası” romanının adını dəyişiblər

Aqata Kristinin detektiv janrında yazdığı “On zənci balası” romanının adı dəyişib. RTL radiostansiyası yazıçının varisi Ceyms Priçarda istinadla xəbər verir ki, indi həmin kitab Fransada “Onlar on nəfər idi” adı ilə satılacaq.

AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, kitabda təsvir edilən hadisələr Zəncilər adasında baş verir. Avqustun əvvəlində həmin adada on nəfər olur. Süjetin gedişində onlar bir-birinin ardınca öldürülür və hər adam öləndə farfordan hazırlanmış balaca zənci balası heykəlciklərindən biri yox olur.

Priçard deyib: “Bu kitab yazılanda dil indikindən fərqli idi və o vaxt istifadə edilən sözlər bu gün unudulub. Tarix populyar bir sanalamaya əsaslanır. Bu sanalamanın müəllifi Aqata Kristi olmayıb. Mən demək olar əminəm ki, ABŞ-da bu kitabın orijinal adı heç vaxt istifadə edilməyib. Böyük Britaniyada onu 1980-ci illərdə dəyişiblər, bu gün isə biz bütün dünyada o adı dəyişirik”.

Priçardın fikrincə, Aqata Kristi heç istəməzdi ki, onun işlətdiyi sözlər kimisə incitmiş olsun. Kristinin varisi daha sonra deyib: “2020-ci ildə biz özümüzü elə aparmalıyıq ki, kiminsə xatirinə dəyə biləcək terminlərdən istifadə etməyək”.

Текст книги “On zənci balası”

[Закрыть] keçirdi, deməli, mənzilbaşına çatmasına hələ iki saat vardı.

Uorqreyv qəzetlərdən Zənci adası[2] 2
Əslində, dünyada belə bir ada mövcud deyil, bu yer adı yazıçı təxəyyülünün məhsuludur.

[Закрыть] haqqında oxuduqlarını yadına salmağa çalışdı. Bu adanı əvvəl yaxta[3] 3
Yaxta – idman, yaxud turizm (gəzinti) məqsədlərinə xidmət edən yelkənli, motorlu və ya buxarla işləyən qayıq, gəmi

[Закрыть] həvəskarı olan bir amerikalı milyonçu almış, ləpədöyəndə müasir üslubda dəbdəbəli ev də tikdirmişdi. Lakin milyonçunun üçüncü arvadı (onunla təzəcə evlənmişdi) dənizi sevmədiyindən adanı satışa çıxarmışdı. Sonra ada cənab Onim adlı birinin əlinə keçmişdi. Bu xəbər çıxar-çıxmaz qəzetlərdə Zənci adasının yeni sahibi ilə bağlı şayiələr baş alıb getmişdi. Məsələn, bir qəzet yazırdı ki, guya adanın əsl sahibi cənab Onim deyil, məşhur kino aktrisası Qabriella Terldir. Adanı da ona görə alıb ki, orada bir neçə ay jurnalistlərin gözündən iraq, sakit şəraitdə yaşasın. Başqa bir qəzet isə yazırdı ki, Zənci adasını İngiltərə Admirallıq Dairəsi satın alıb, məqsəd də orada hansısa gizli təcrübələr aparmaqdır. Xülasə, elə gün olmurdu ki, qəzetlər bu ada haqqında nəsə yazmasın…

Hakim Uorqreyv cibindən bir məktub çıxardı. Məktub elə pis xətlə yazılmışdı ki, bəzi yerlərini, ümumiyyətlə, oxumaq mümkün deyildi:

«Əziz Lorens… Nə vaxtdır ki siz… xəbər-ətər yox… Zənci adasına mütləq baş çəkməli… Çox gözəl yer… Danışılası çox söz… Köhnə əyyamlarda oldu… kimi günəşdə qaralıb, gözəl təbiət mənzərə…

… Paddinqton vağzalından 12:40… Oukbricdə qarşılayaca…

İmza: Sizin Konstansiya Kalminqton»

Uorqreyv axırıncı dəfə ledi[4] 4
Ledi – əsil-nəcabətli xanım (ing.)

[Закрыть] Kalminqtonu nə vaxt gördüyünü yadına salmağa çalışdı. Gərək ki, 7–8 il bundan əvvəl idi. Həmin vaxt Konstansiya dincəlmək üçün İtaliyaya getmişdi. Sonra onun Suriyaya yollandığını eşitdi.

– Zənci adasını satın almaq… – o öz-özünə mızıldandı. – Bu, Konstansiya Kalminqton kimi əsrarəngiz xanımdan tamamilə gözlənilən hərəkətdir.

Çox keçmədən hakimi yuxu tutdu…

Eyni qatarın başqa bir vaqonunda yol gedən Vera Kleytorn başını arxaya söykəyib gözlərini yummuşdu. Ondan başqa həmin vaqonda daha beş sərnişin vardı.

«Bu bürküdə qatarda yol getmək lap zəhlətökəndir», – qız fikrindən keçirdi.

Təzəlikcə ona bir məktub gəlmişdi:

«Sizi «Bacarıqlı xanımlar» agentliyindən tövsiyə eləyiblər. Nə qədər donluq[5] 5
Donluq – məvacib, maaş

[Закрыть] istədiyinizi bildirin, mən əvvəlcədən bütün şərtlərə razıyam. Ümid eləyirəm ki, avqustun 8-də işə başlaya bilərsiniz. Qatar saat 12:40-da Paddinqton vağzalından yola düşür. Sizi Oukbric stansiyasında qarşılayacaqlar. Yol xərci üçün 5 funt-sterlinq[6] 6
Funt-sterlinq – Böyük Britaniyada pul vahidi

Hörmətlə: Anna Nensi Onim»

Məktubun üstündəki ünvan belə idi: Devon[7] 7
Devon – İngiltərənin cənub-şərqində qraflıq

[Закрыть] , Stiklhevn, Zənci adası.

– «Nə isə, axır vaxtlar qəzetlər bu adadan çox yazır… – qız yenə fikrə qərq olmuşdu. – Düzdür, müxbirlərin sözünə bel bağlamaq olmaz, lakin oradakı evi hansısa milyonçu tikdiribsə, deməli, rahatlığı da, səliqə-sahmanı da yerindədir!»

Yorucu semestr imtahanları yenicə başa çatmışdı. Məktəblərin birində bədən tərbiyəsi müəllimi işləyən Vera bir tərəfdən yay tətilində əlavə iş tapdığına görə sevinsə də, digər tərəfdən tərəddüd içində idi.

– «Allah bilir, necə işdir! Ah, bircə daha sanballı məktəbdə işə düzəlsəydim! – qız fikirləşirdi. Birdən yadına nəsə düşdü, ürəyi sıxıldı. – Yenə də bəxtim gətirdi. Günahsız olsam belə, hələ də istintaq altındayam, üstümdəki ləkə təmizlənməyib. Odur ki bu işi tapmağın özü də böyük şansdır!»

Vera başına gələnləri yadına saldı. «Xoşbəxtlikdən istintaq prosesi yaxşı keçdi. Missis Hamilton da mənə xeyirxahlıqla yanaşdı. Bircə Hüqo… Yox, yox, Hüqo haqqında fikirləşməyəcəyəm!»

Hava çox isti olsa da, qızın bədənindən soyuq gizilti keçdi. Gözlərinin qarşısında həyatı boyu unuda bilməyəcəyi mənzərə canlandı: Balaca Siril qayalıqlara tərəf üzür, gah suda görünməz olur, gah da üzə çıxır. Batır, çıxır, batır, çıxır… O isə dalğaları yararaq Sirilə tərəf üzür, üzür… Lakin ona çatmayacağını bilir…

İlıq, mavi dalğalar, isti qumun üstündə keçən saatlar və Hüqo… Deyir ki, onu çox sevir… Yox, Hüqo haqqında fikirləşməyəcək!

Qız gözlərini açdı və onunla üzbəüz oturmuş cənaba narazı nəzərlərlə baxdı. Cüssəli kişi idi, dərisi günəşdən qapqara qaralmışdı, açıqrəngli gözləri vardı, ağzının kənarlarındakı xətlər üzünə qəddar adamlara xas ifadə verirdi.

«Mərc gələrəm ki, bu adam bütün dünyanı gəzib, ən qəribə hadisələrə şahid olub», – Vera fikrindən keçirdi.

Filip Lombard da onunla üzbəüz əyləşmiş xanıma ötəri nəzər saldı.

«Qəşəng qızdır, deyəsən, müəllimdir, getdiyim yerə onu da özümlə apara bilsəm, əla olardı! – o, qızı altdan-altdan süzərək bu barədə fikirləşirdi. Sonra üz-gözünü turşudub öz-özünə mızıldandı: – Yox, yox, indi belə şeylərin vaxtı deyil, iş haqqında fikirləşmək lazımdır. Görəsən, necə işdir?»

Ona iş təklifini çatdıran balacaboy yəhudi bu barədə düz-əməlli bir söz deməmişdi.

– Özünüz bilərsiniz, kapitan Lombard. İstəmirsinizsə, razılaşmayın, – yalnız bunu söyləmişdi.

– Cəmi 100 gineya[8] 8
Gineya – Böyük Britaniyada pul vahidi, qızıl pul

[Закрыть] , hə? – Lombard səsinə süni laqeydlik qataraq soruşmuşdu. Halbuki axırıncı şillinqini[9] 9
Şillinq – funt-sterlinqin 1/20-nə bərabər pul vahidi

[Закрыть] bir gün əvvəl yeməyə xərcləmişdi. – Heç olmasa, nə iş olduğunu deyin.

– Xeyr, cənab Lombard, bundan artıq bir kəlmə də deyə bilmərəm, – yəhudi Ayzek Morris başını bulamışdı. – Müştərimin tapşırığı belədir ki, 100 gineyanı sizə çatdırım, əvəzində də siz Stiklhevnə gələsiniz. Ora ən yaxın qatar stansiyası Oukbricdir. Stansiyada sizi qarşılayıb maşınla Stiklhevnə aparacaqlar. Sonra isə oradan gəmi ilə düz Zənci adasına! Adaya çatan kimi işə başlayacaqsınız.

– Bəs iş uzun çəkəcək?

– Uzağı bir həftə.

– Yəqin, bilirsiniz də, mən qeyri-qanuni işlərə baş qoşmuram, – cənab Lombard bığını qaşıyıb demişdi. O bu sözləri söyləyərkən diqqətlə həmsöhbətinin üzünə baxmışdı.

– Əgər sizə qeyri-qanuni bir iş təklif olunsa, aydın məsələdir ki, etiraz eləməyə haqqınız var, – Morris bunu deyib istehzalı şəkildə gülümsünmüşdü.

«Tülkü! – Lombard ürəyindən keçirmişdi. – Mənə eyham vurur, yəqin, keçmişdə qanunlara çox da əməl etmədiyimdən xəbərdardır».

Yenə həmin qatarda, siqaret çəkilməyən vaqonda yol gedən Emili Brentin altmış beş yaşı olsa da, qaməti hələ əyilməmişdi. Qadın yerində dimdik oturmuşdu, elə bil oxlov udmuşdu. Polkovnik qızı idi, atası dönə-dönə təkrarlayardı ki, qaməti şax saxlamaq çox vacib məsələdir. O da bu sözləri, necə deyərlər, sırğa eləyib qulaqlarından asmışdı.

Çətinliyə alışmış Emili Brent başqaları kimi vaqondakı bürküdən, skamyaların narahatlığından gileylənmirdi.

– Lap ağ eləyiblər! Yumşaq kresloda oturub, üstəlik, bellərinə da döşəkçə qoyurlar, – qadın öz-özünə deyinirdi. – Hələ qızları demirəm, çoxunun üzündə su qalmayıb! Çimərlikdə az qala çılpaq gəzirlər! Çimərlik demişkən keçən yayı heç yadıma salmaq istəmirəm! Yox, yox, bu il hər şey başqa cür olacaq. Zənci adasında yaxşıca dincələrəm…

Qadın bu günlərdə aldığı məktubu dəfələrlə oxuduğundan artıq əzbərləmişdi:

«Əziz miss Brent! Ümid eləyirəm ki, məni xatırlayırsınız. Bir neçə il əvvəl Bellhevn pansionunda qalanda sizinlə maraqlı vaxt keçirmişdik. İndi mən Devon sahilinə yaxın bir yerdə öz pansionumu açmaq qərarına gəlmişəm. Əsl siz deyən yerdir! Burada yarıçılpaq cavanlara rast gələ bilməzsiniz. Gecə səhərəcən qrammofona qulaq asan da yoxdur.

Əgər bu yay dincəlmək üçün Zənci adasına gəlsəniz, çox şad olaram. Əlbəttə ki, pulsuz-parasız. Mənim qonağım olarsınız.

Avqust ayının 8-i sizin üçün münasibdirmi?

Dərin hörmətlə: A.N.»

– Görəsən, bu, A.N. kimdir? – miss Brent iki il əvvəl Bellhevndə dincəldiyi vaxt qarşılaşdığı adamları xatırlamağa çalışdı. – Yox, heç cür yadıma sala bilmirəm. Yenə adını açıq-aydın yazsaydı, bəlkə, xatırlayardım. Amma, hər halda, belə məktub yerinə düşdü. Yoxsa bu yay düz-əməlli istirahət eləyə bilməyəcəkdim, əlim yaman aşağıdır.

General Makartur başqa bir vaqonun pəncərəsindən çölə tamaşa eləyirdi. Qatar artıq Ekseterə[10] 10
Ekseter – İngiltərənin cənub-şərqində şəhər; vaxtilə Devon qraflığının paytaxtı olub.

[Закрыть] yaxınlaşırdı, orada düşüb başqa qatara keçməli idi. General da bu günlərdə Onim adlı şəxsdən məktub almışdı. Məktubdakı bir cümlə daha çox diqqətini cəlb eləmişdi:

«Amerikadan dostlarım gələcək, oturub köhnə əyyamları yad eləyərik…»

– Nə deyirəm, eləyək də… – general öz-özünə mızıldandı. – Onsuz da axır vaxtlar dərdləşməyə adam tapılmır. Dostlarımın çoxu məndən üz döndərib. Hamısı da o mənfur şayiələrin ucbatından! Yaxşı, bəs bu Onim kimdir axı?! Nə isə, yadıma sala bilmədim. Bircə Zənci adasına tez çatsaydım…

2

Həkim Armstronqun avtomobili Solsberi düzənliyi ilə şütüyürdü. O, Londonun ən məşhur həkimlərindən biri idi, şəhərdə əməlli-başlı şöhrət qazanmışdı. Ən nüfuzlu adamlar müalicə almaq üçün məhz onun klinikasına üz tuturdular. Pasiyentlərin biri gedib o biri gəlirdi, bir dəqiqə boş vaxtı olmurdu.

– Axı adama arada istirahət də lazımdır! – Armstronq öz-özünə mızıldanırdı.

Budur, artıq Londonun daş səkiləri arxada qalıb, birazdan Zənci adasına çatacaq və canındakı yorğunluğu çıxaracaq. Düzdür, onu adaya dəvət eləyən adamın məktubundan ağlı bir şey kəsməmişdi, lakin zərfə əlavə olunmuş bank qəbzindəki məbləğ xeyli yüksək idi və bu, Armstronqun şübhələrini aradan qaldırmışdı.

«Yəqin, bu Onimlərin pulunu balta kəsməz. Ər arvadının səhhətinə görə narahatdır, arvad da ki tərsə düşüb, həkimə getmək istəmir. Əlacı kəsilən ər həkimi onun ayağına çağırır. Çox güman, ciddi bir xəstəliyi yoxdur, qadın özünü naza qoyub. Ax, bu qadınlar! Lakin olsun, bu mənim işimə yarayır. Guya qəbuluma yazılan qadınların hamısı xəstə olur?! Çoxunun evdə ürəyi darıxır, gəlirlər ki, bir az mırt vursunlar, vəssalam!» – həkim maşın sürə-sürə fikirləşirdi.

Qəflətən eşidilən siqnal səsinə diksindi, son model bir avtomobil yanından sürətlə ötüb-keçdi. Həkim az qala maşını hasara çırpacaqdı.

– Bu uşaq-muşağın əlindən yolda maşın sürmək də olmur! – o, əsəbi halda deyinməyə başladı. – Özlərinə yazıqları gəlmir, bizi də işə salacaqlar!

O biri maşındakı cavan oğlan – Entoni Marston da bərk əsəbiləşmişdi:

– Yolun ortasında lap tısbağa kimi sürünür, siqnal verəndə qırağa çəkil də! İngiltərədə maşın sürmək olmur ki… Heyif deyil Fransa!

Marston avtomobilini yolun kənarına verib saxladı.

– İstidən boğazım quruyub, bu havada bir parç soyuq pivə pis olmazdı. Hara tələsirəm ki?! Onsuz da Zənci adasına çatmağıma az qalıb, – o öz-özünə mızıldandı.

Sonra fikrə getdi:

«Görəsən, bu Onimlər kimdir belə? Yəqin, varlı adamlardır. Görəsən, adada içki boldur? Yəqin, qəşəng qızlar da çoxdur».

Entoni maşından düşüb yolun qırağındakı pivəxanaya girdi. İçkisini içib bayıra çıxanda qapının ağzında dayanmış qadınlar onu heyranlıqla başdan-ayağa süzdülər. Qəşəng oğlan idi: hündürboy, enlikürək… Uzun saçlarını külək vurub yellədirdi, parlaq mavi gözləri günəşdən yanıb-qaralmış sifətinə xüsusi cazibə verirdi. Maşına oturub ayağını qaza basdı, avtomobil qəfil yerindən elə sürətlə sıçradı ki, yolda oynayan uşaqlar çığırışıb kənara atıldılar.

3

Cənab Blor Plimutdan[11] 11
Plimut – İngiltərənin cənub-şərqində şəhər; vaxtilə Devon qraflığının ən böyük şəhəri olub.

[Закрыть] yola düşən qatarla gəlirdi. Kupedə bir özü idi, bir də, içkidən gözləri dumanlanmış qoca dənizçi. Qoca mürgü döyürdü. Blor cib dəftərçəsini çıxarıb yazmağa başladı. Yaza-yaza da öz-özünə mızıldanırdı:

– Hə, deməli, hamısı gəlir. Emili Brent, Vera Kleytorn, həkim Armstronq, Entoni Marston, qoca hakim Uorqreyv, Filip Lombard, general Makartur, bir də, Rocerslər – ər-arvad qulluqçular…

O, dəftərçəsini cibinə qoydu. Ayağa durub divara vurulmuş balaca güzgüdə özünə baxdı.

– Üst-başım qaydasındadır, yəqin, bir problem çıxmaz, – öz-özünə mızıldandı. – Özümü mayor kimi qələmə verə bilərəm. Lakin yox! General o dəqiqə hərbçi olmadığımı anlayar, paxırım üzə çıxar. Bildim! Cənubi Afrikadan gəlmiş iş adamı! Hə, əlbəttə, onların heç biri orada olmayıb.

Cənubi Afrika haqqında səyahət kitabını yenicə oxuyub qurtarmışdı. Bu haqda bütün gün durmadan danışa bilərdi.

Birdən yadına nəsə düşdü, qaşlarını çatdı.

– Deməli, Zənci adası… Uşaq vaxtı orada olmuşam. Sahildən haradasa iki kilometr aralıdadır. Adaya qıraqdan baxanda iridodaqlı zənci sifətini andırır. Elə ona görə də adına Zənci adası deyirlər. Görəsən, orada ev tikmək kimin ağlına gəlib? Axı qış aylarında adada yaşamaq mümkün deyil! Niyə təəccüblənirəm ki?! Bu milyonçulardan nə desən, gözləmək olar!

Bayaqdan bir küncdə büzüşüb mürgü döyən sərxoş dənizçi qəfildən oyandı. Yan-yörəsinə boylanıb yarıyuxulu halda dilləndi:

– Dənizdə heç nəyi qabaqcadan bilmək olmaz! Deyirəm ki, ol-maz! Vəssalam!

– Düz deyirsiniz! – Blor başını tərpətdi.

– Qasırğa olacaq! – qoca bir-iki dəfə hıçqırandan sonra yenidən dilləndi.

– Nə danışırsınız! Hava çox gözəldir!

– Deyirəm ki, birazdan tufan qopacaq!

– Bəlkə də, siz haqlısınız… – Blor fikirli-fikirli dedi.

Elə bu vaxt qatar dayandı.

– Hə, gəlib çatdım! – qoca bunu deyib ləngər vura-vura qapıya tərəf getdi, birdən ayaq saxlayıb başını geri çevirdi:

– Dua elə, Allaha yalvar! Qiyamət günü yaxınlaşır!

Sonra o bu sözləri bir də deyib vaqondan çıxdı.

4

Bir dəstə adam Oukbric qatar stansiyasının qarşısında dayanmışdı. Onların çamadanlarını daşıyıb gətirən hamballar da bir kənarda çömbəlmişdilər.

– Ey, Cim! Bura gəl, – hamballardan biri taksi sürücüsünə səsləndi.

Sürücü maşından düşüb gəldi.

– Zənci adasına gedirsiniz? – deyə toplaşanlardan soruşdu.

Adamların hamısı bir anda başını ona tərəf çevirdi.

Taksi sürücüsü üzünü hakim Uorqreyvə tutub (deyəsən, onu bu kiçik qrupun başçısı zənn etmişdi) dedi:

– Bizim cəmi iki taksimiz var, cənab. Amma onlardan biri Ekseter qatarıyla gələn sərnişini gözləməlidir. Qatar beş dəqiqəyə stansiyaya çatacaq. Sizdən kimsə taksidə oturub onu gözləsə, daha rahat gedərdik.

– Mən gözləyərəm, – Vera Kleytorn cəld dilləndi.

Miss Brent səssizcə qabaqdakı taksiyə tərəf getdi. Hakim Uorqreyv də onun arxasınca yollandı.

– Mən xanımla birlikdə qalaram, – kapitan Lombard dedi.

Hamballar çamadanları baqaja yüklədilər. Birinci taksi yerindən tərpəndi.

– Bəlkə, maşında gözləyəsiniz, – ikinci taksinin sürücüsü üzünü Vera Kleytorna tutub dedi.

– Yox, elə bura yaxşıdır, – qız cavab verdi.

– Təklif eləyirəm ki, stansiyada bir az gəzişək, – bu dəfə kapitan Lombard dilləndi.

– Yox, yox, hava çox gözəldir, stansiyada nə işimiz var?! – qız etiraz elədi.

– Bu yerlərə yaxşı bələdsiniz? – kapitan söhbətə körpü salmağa çalışdı.

– Xeyr, birinci dəfədir gəlirəm, hələ heç evin sahibəsi ilə də tanış olmamışam.

– Mən missis Onimin şəxsi katibəsiyəm.

– Belə de! – kapitan Lombard mənalı-mənalı gülümsündü. – Ev sahibini görmədən bu işə razılıq vermək qəribədir.

– Burada qəribə nə var ki?! Missis Onimin katibəsi qəfildən xəstələnib, işədüzəltmə agentliyinə teleqram göndərib ki, təcili ona katibə tapsınlar. Onlar da məni tövsiyə eləyiblər.

– Yaxşı, birdən missis Onim xoşunuza gəlmədi, onda necə olacaq?

– Onsuz da bu, mövsümi işdir, əslində, qız məktəbində bədən tərbiyəsi müəllimi işləyirəm, – qızın üzü bir anda dəyişdi, gözləri parıldamağa başladı. – Zənci adasını elə görmək istəyirəm ki! Qəzetlər hər gün bu adadan yazır. Görəsən, qəşəng yerdir?

– Bilmirəm, – kapitan çiyinlərini çəkdi. – Orada heç vaxt olmamışam.

– Doğrudan? – qız təəccübləndi. – Yaxşı, bəs Onimlər necə adamlardır?

«Hə, indi gəl, cavab ver! Guya mən onları tanıyıram?!» – Lombard öz-özünə mızıldandı. Sonra söhbəti dəyişmək üçün cəld dilləndi:

– Xanım, çiyninizdə hörümçək var! Bircə dəqiqə tərpənməyin! – yaxına gəlib elə hərəkət elədi ki, guya qızın çiynindəki hörümçəyi götürür.

– Çox sağ olun! – qız dilləndi. – Hörümçəklərdən yaman qorxuram!

Elə bu vaxt stansiyaya yaxınlaşan qatarın fit səsi eşidildi.

– Deyəsən, gözlədiyimiz qatar gəldi, – cənab Lombard dedi.

Qatardan hündürboy, görünüşündən hərbçiyə oxşayan, çal bığlarının ucları səliqə ilə vurulmuş yaşlı bir kişi düşüb onlara tərəf gəlməyə başladı. Bu, general Makartur idi. Arxasınca gələn hambal onun qəhvəyi rəngli ağır çamadanını daşıyırdı. Vera cəld generala tərəf addımlayaraq özünü təqdim elədi:

– Mən missis Onimin katibəsiyəm. Bu isə cənab Lombarddır. Maşın bizi gözləyir.

Onlar taksiyə mindilər. Oukbricin boş küçələrindən keçib şose ilə bir neçə kilometr gedəndən sonra ensiz qəsəbə yoluna çıxdılar.

– Buralara bələd deyiləm, – general Makartur dilləndi.

– Məncə, çox darıxdırıcı yerlərdir, – cənab Lombard dedi. – Yəqin, siz çox gəzib-görmüsünüz?

– Bəli, demək olar, bütün dünyanı gəzmişəm, – general cavab verdi.

Maşın təpəni enib önündə balıqçı qayıqlarının gözə dəydiyi bir neçə evdən ibarət balaca sahil qəsəbəsinə çatdı. Batan günəşin qızılı şəfəqləri dənizin içindəki qayaları işıqlandırırdı. Elə bu vaxt maşındakılar ilk dəfə Zənci adasını gördülər.

– Sahildən xeyli aralı imiş! – Vera təəccüblə dedi.

O bu yeri təsəvvüründə tamam başqa cür canlandırmışdı: az qala sahilə bitişik balaca bir ada və qəşəng, ağ imarət. Ancaq imarət-zad gözə dəymirdi. Qarşılarında sanki zənci başına oxşayan nəhəng bir qaya dənizin dibindən baş qaldırmışdı. Qızın bədənindən yenə soyuq gizilti keçdi.

«Yeddi ulduz» adlı mehmanxananın qarşısında bir dəstə adam onları gözləyirdi. Onlardan biri irəli durub özünü təqdim elədi:

– Adım Deyvisdir. Fikirləşdik ki, adaya birlikdə getmək üçün sizi gözləyək, – sonra da gülümsəyərək əlavə elədi: – Yolüstü boğazınızı bir balaca yaşlamaq istəməzsiniz ki?

Heç kimdən səs çıxmadığını görən Deyvis dedi:

– Elə isə, yubanmayaq, ev sahibləri bizi gözləyir. Qayıq hazırdır.

Sonra da kənarda dayanmış kişiyə əli ilə işarə verdi. Kişi onlara yaxınlaşdı. Ləngər vura-vura yeriməyindən dənizçi olduğu bilinirdi. Adı Fred Narrakott idi.

– Bizə iki cənab da qoşulmalıdır, – Fred dedi. – Onlar öz maşınları ilə gəlirlər. Lakin cənab Onim demişdi ki, onları gözləməyə ehtiyac yoxdur. Çünki bura nə vaxt gəlib çatacaqları bəlli deyil.

Dənizçi bunu deyib sahilə bərkidilmiş qayığa sarı addımladı. Adamlar da onun arxasınca yollandılar.

– Nə balaca qayıqdır, – Emili Brent narazılıqla dilləndi.

– Elə deməyin, xanım, bu, əla qayıqdır. Gözünüzü yumub-açana kimi sizi lap dünyanın o başına aparıb çıxarar. Hava gözəl, dəniz sakit, qorxmayın, heç bir problem olmayacaq.

Adamlar tərəddüdlə qayığa mindilər. Dənizçi elə qayığı işə salmaq istəyirdi ki, qəşəng bir üstüaçıq avtomobilin sürətlə sahilə yaxınlaşdığını gördülər. Sükanın arxasındakı oğlanın çiyinlərinə tökülmüş saçları küləkdən yellənirdi. Oğlan dalbadal siqnal verirdi. Hamı təəccüblə bu yaraşıqlı oğlana baxmağa başladı. Elə bil qarşılarındakı bəni-insan deyil, göydən enmiş mələk idi. Bu mənzərə qayıqdakıların yaddaşına əbədi həkk olundu…

Entoni Marston onlara qoşulan kimi qayıq suyu köpükləndirə-köpükləndirə Zənci adasına tərəf üzməyə başladı. Adaya az qalmış müasir üslubda tikilmiş böyük imarət göründü. Fred Narrakott qayığın motorunu söndürdü. Qayıq qayalıqların arasındakı təbii buxtaya yan alıb dayandı.

– Yəqin, pis havalarda sahilə yanaşmaq çətin olur, – Lombard dənizçidən soruşdu.

– Külək cənub-şərqdən əsəndə, ümumiyyətlə, Zənci adasına yaxın düşmək mümkün deyil, – Narrakott dedi. – Bəzən sahillə əlaqə tamam kəsilir.

Sonra onlar qayalıqlarla yuxarı dırmanmağa başladılar. Hamının üz-gözündən nigarançılıq yağırdı. Sanki buraya gəldiklərinə peşman olmuşdular. Ancaq qayanı dırmanıb evin qarşısındakı meydançaya çatanda kefləri düzəldi. İmarətin taybatay açılmış qapısı ağzında səliqə-sahmanla geyinmiş eşikağası onların pişvazında dayanmışdı. Elə ev özü də çox qəşəng idi.

– İçəri buyurun! – eşikağası təntənəli şəkildə onları imarətə dəvət etdi və özü də içəri girib qulluqçu qadının yanında dayandı.

Qonaqlar evin geniş və işıqlı salonuna daxil oldular.

– Təəssüf ki, cənab Onim evdə deyil, – eşikağası günahkarcasına gülümsəyərək dedi. – Vacib işi çıxdı, sabah gələcək. Mənə tapşırıb ki, sizin qulluğunuzda durum. İstəsəniz, otaqlarınıza çəkilib dincələ bilərsiniz. Şam yeməyi saat 8-də olacaq.

Vera Kleytorn qulluqçu missis Rocersin arxasınca pilləkənləri çıxmağa başladı. Qadın dəhlizin lap axırındakı otağın qapısını açdı. Vera içəri girəndə heyrətdən ağzı açıla qaldı. Otaq çox gözəl idi: geniş, işıqlı, səliqə-sahmanlı… İki pəncərəsi vardi, biri dənizə, o birisi şərqə açılırdı.

– Ümid eləyirəm ki, burada ehtiyacınız olan hər şey var, – qulluqçu dedi.

– Bəli, bəli, – qız cəld dilləndi.

– Yenə də nəsə istəsəniz, zəngi çalarsınız.

Missis Rocersin səsi quru və darıxdırıcı idi. Qız maraqla onun sifətinə baxdı. Bu solğun bənizli qadının üzündə elə bil qan qalmamışdı. Saçlarını təpəsində toplamışdı, əynində qara paltar var idi. «Lap əcinnəyə oxşayır», – Vera fikrindən keçirdi. Qadın danışanda gözlərini qızdan qaçırırdı. «Deyəsən, o nədənsə qorxur», – Vera düşündü. Sonra ucadan dedi:

– Mən missis Onimin yeni katibəsiyəm. Yəqin, sizə bu barədə deyiblər.

– Xeyr, xanım, mənə bu haqda məlumat verilməyib. Yalnız qonaqların siyahısını verib kimi hansı otağa yerləşdirəcəyimi bildiriblər.

– Necə, missis Onim mənim barəmdə sizə heç nə deməyib?

– Mən missis Onimi görməmişəm, xanım. Biz bura dünən gəlmişik.

– Bu Onimlər nə qəribə adamlardır, – qız fikrindən keçirdi. – Evdə başqa qulluqçu var?

– Ərimlə məndən başqa heç kim yoxdur, – qadın dedi. Sonra da tələm-tələsik əlavə elədi: – Mən yaxşı yemək bişirirəm, ərim də evə göz-qulaq olur. Lakin, düzü, bu qədər çox qonağın gələcəyini gözləmirdik.

– İşin öhdəsindən gələ biləcəksiniz? – Vera işgüzarlıqla soruşdu. Əvvəl-axır bu qadını Onimlərin katibəsi olduğuna inandırmaq istəyirdi.

– Bəli, narahat olmayın.

Qulluqçu qadın bunu deyib səssizcə otaqdan çıxdı.

– Bu iş heç mənim xoşuma gəlmədi. Gərək Onimlərlə əvvəlcədən tanış olaydım, – qız öz-özünə mızıldandı. Sonra otağı gözdən keçirməyə başladı.

Bu ən müasir üslubda hazırlanmış yataq otağı idi. Parket döşəməyə açıqrəngli xalı sərilmişdi. Otağın divarları da açıq rəngə boyanmışdı. Buxarının üstündə saat vardı, onun yanına ağ mərmərdən ayı fiquru qoymuşdular, divardan isə parıltılı metal çərçivəyə salınmış perqament[12] 12
Perqament – üzərində yazı yazmaq üçün xüsusi emal olunmuş dəri məmulatı, yağ və rütubət keçirməyən kağız

– Deyəsən, kağızda nəsə yazılıb, – Vera divara yaxınlaşıb oxumağa başladı:

On zənci balası nahar edirdi,
Biri boğuldu, doqquzu qaldı.
Doqquz zənci balası yuxuya daldı,
Biri durmadı, səkkizi qaldı.
Səkkiz zənci balası Devona getdi,
Biri gəlmədi, yeddisi qaldı.
Yeddi zənci balası odun doğrayırdı,
Biri başını yardı, altısı qaldı.
Altı zənci balası bal axtarırdı,
Birini arı vurdu, beş zənci qaldı.
Beş zənciyə məhkəmə quruldu,
Biri güllələndi, dörd zənci qaldı.
Dörd zənci balası üzməyə getdi,
Biri qarmağa keçdi, üç zənci qaldı.
Üç zənci balası meşəyə getdi,
Birini ayı yedi, iki zənci qaldı.
İki zənci balası günəşlənirdi,
Birini günəş vurdu, o biri tək qaldı.
Tək qalan zənci çox kədərləndi,
Özünü asdı, heç kim qalmadı.

– Əcəb şeirdir! – Vera gülümsündü. – Bu Zənci adasından başqa nə gözləmək olar ki…

Sonra qız pəncərəyə yaxınlaşıb dənizə baxmağa başladı. Ətrafda bir ovuc torpaq belə gözə dəymirdi, ucsuz-bucaqsız dəniz, göz işlədikcə mavi sular, köpüklü dalğalar…

Comments are closed, but trackbacks and pingbacks are open.