Press "Enter" to skip to content

Tez arıqlamaq üçün 5 üsul

3-cü gün – şorba, az miqdarda nişastasız tərəvəz (kələm, xiyar və s.), banan və ya üzüm istisna olmaqla bir qədər meyvə

Kələmlə arıqlamaq

Günümüzdə mono (təktipli) dietalar arıqlamaq üçün tez-tez istifadə olunur. Bu tip pəhrizlərdə 1 məhsula daha çox üstünlük verilir. Yəni pəhriz boyu bu ərzaq hər günün menyusuna daxil olur. Məsələn kartofla arıqlamaq, kələmlə arıqlamaq, yumurta ilə arıqlamaq buna misaldır.

Kələmlə arıqlamaq – müsbət cəhətləri

  • Kələmin tərkibində yüksək miqdarda B1, B2, B3, B5, E, P, PP, H, C vitaminləri, fosfor, kalium, kalsium, sink, dəmir, aliminium, maqnezium kimi minerallar, aminturşuları, qida lifləri və fol turşusu vardır.
  • 100 qram kələmin energetik dəyəri cəmi 25 kaloridir.
  • Bu tərəvəz şəkərli diabet, qaraciyər və böyrək xəstələrinə faydalıdır.

Kələmlə arıqlamaq – mənfi cəhətləri və əks-göstərişləri

  • Mədə turşuluğu yüksək olduqda, enterit, kolit, diareya (ishal) zamanı kələmlə dieta tutmaq qadağandır.
  • Pəhriz zamanı yorğunluq, halsızlıq, diqqətsizlik, baş ağrıları yarana bilər.

Kələmlə arıqlamaq – əsas qaydalar

  • Bu dietanı saxlayarkən un məmulatları, yağlı, duzlu, hisə verilmiş qidalardan və şirniyyatdan uzaq durun.
  • Gündə minimum 2 litr su için.
  • Porsiyaları azaldın. Hər gün eyni saatda qidalanın. Qida qəbulu gün ərzində 4-5 dəfə olmalıdır.
  • 18:30-dan gec yeməyin.
  • Yatmazdan bir neçə saat əvvəl 1 stəkan isti su və ya kefir için.
  • Kələmin kalorisi az olduğundan insanın gücü azalır. Bu baxımdan pəhriz müddətində arıqlamaq üçün idman hərəkətləri qadağandır.

Kələmlə arıqlamaq – 1 həftəlik dieta

Bu pəhrizlə 7 kiloqram çəki atmaq mümkündür. Rasionun əsas xörəyi kələm şorbasıdır. Onun tərkibinə yarım dənə kələm, baş soğan, göyərti, az miqdarda bitki yağı və su daxildir. Xörəyə qətiyyən istiot vurmayın.

1-ci gün – sutka ərzində şorba, yaşıl alma

2-ci gün – şorbaya bir neçə tərəvəz və yarım ədəd kartof qatın

3-cü gün – şorba, az miqdarda nişastasız tərəvəz (kələm, xiyar və s.), banan və ya üzüm istisna olmaqla bir qədər meyvə

4-cü gün – gün ərzində şorba, 2 banan, 1 stəkan süd

5-ci gün – şorba, 400 qr yağsız toyuq və ya mal əti, 4 pomidor

6-cı gün – şorba, 200 qr yağsız ət, çiy kələm

7-ci gün – şorba, suda bişmiş qarabaşaq (qreçka) və ya düyü (150 qramdan çox olmamalı)

Kələmlə arıqlamaq – 10 günlük dieta

Menyu bütün günlər üçün nəzərdə tutulmuşdur.

Səhər: şəkərsiz yaşıl çay və ya qəhvə

Günorta: doğranmış köklə kələm salatı (suda bişmiş kələm də olar), 250 qr. yağsız ət (toyuq, balıq və ya mal əti), şəkərsiz içki

Axşam: təzə hazırlanmış kələm salatı, 2 ədəd soyutma yumurta, 1 dənə yaşıl alma

Aclıq hissi üstün gəldikdə yatmazdan bir neçə saat qabaq 1 stəkan yağsız kefir içmək olar.

Kələmlə arıqlamaq – 1 aylıq ekstremal pəhriz

Bu pəhriz güclü iradəyə malik insanlar üçündür. 7 günlük rasion 1 ay müddətində təkrarlanır.

Menyudakı salatın tərkibinə kələm, kök, yaşıl noxud,bir qədər zeytun yağı daxildir.

I sutka

Səhər – salat, suda bişmiş balıq, şəkərsiz tünd qəhvə

İkinci səhər yeməyi – 130 qr. yağsız kəsmik, 200 qr. toyuq bulyonu, 1 alma

Günorta – kələm supu, 200 qr. bişmiş kələm və kök, şəkərsiz içki (su, ayran, kefir, çay və ya qəhvə)

Axşam – 2 soyutma kartof, 100 qr. toyuq, şəkərsiz içki

II sutka

Səhər – salat, şəkərsiz qəhvə

İkinci səhər yeməyi – 1 stəkan kefirlə yoqurtun qarışığı

Günorta – toyuq əti qatılmış kələm şorbası, bişmiş kök, şəkərsiz içki

Axşam – soyutma balıq, 2 kartof, 1 portağal

III sutka

Səhər – sobada bişirlmiş kələm və yumurta, şəkərsiz qəhvə

İkinci səhər yeməyi – qarabaşaq, alma

Günorta – 150 qr. toyuq əti, pomidor, xiyar və kələmlə salat, şəkərsiz içki

Axşam – 100 qr. vineqret, alma kompotu

IV sutka

Səhər – yağsız kefir, 2 ədəd suxari

İkinci səhər yeməyi – xırdalanmış kök və kələmlə salat

Günorta – 100 qr. soyutma kələm (zeytun yağı əlavə edilmiş), şəkərsiz içki

Axşam – 100 qr. ətli kələm şorbası, kələm salatı, çay

V sutka

Səhər – yağsız kəsmik, şəkərsiz qəhvə

İkinci səhər yeməyi – suda bişmiş kələm, alma, çay və ya qəhvə

Günorta – limonlu kələm salatı, 1 ədəd pəhriz sardelkası, 1 stəkan meyvə şirəsi

Axşam – soyutma balıq, 100 qr. giləmeyvə, şəkərsiz çay

VI sutka

Səhər – 100 qr. bişmiş kələm, 150 qr. soyutma toyuğun döş əti

İkinci səhər yeməyi – 120 qr. yağsız kəsmik

Günorta – kələm şorbası, 1 dilim çörək

Axşam – 100 qr. yağsız balıq, çuğundur salatı, çay

VII sutka

Səhər – qarabaşaq, şəkərsiz qəhvə

İkinci səhər yeməyi – meyvə salatı

Günorta – 100 qr. yağsız ət, kələm salatı

Axşam – 2 kartof, 100 qr. toyuq

Xülasə

Kələmlə arıqlamaq bir qədər çətin olduğundan hər kəsə uyğun deyil. Pəhrizdə miqdarı göstərilməyən qidalar 1 porsiya kimi nəzərə alınmalıdır.

Tez arıqlamaq üçün 5 üsul 1 günə necə arıqlamaq olar?

Hər bir xanımın arıqlamaq və ideal bədən forması əldə etmək arzusu yay mövsümünün astanasında xüsusilə aktual olur. Bu məqalədə yaya doğru özünü necə tez formaya salmağın ən təsirli üsullarından yazmışam.

Düzgün qidalanma

İnsan artıq kilolarla mübarizə aparmaq qərarı qəbul edən zaman ilk növbədə pəhrizə oturmağa başlayır. Əslində isə, düzgün qidalanmaq lazımdır, ac qalmaq yox.

• Mayonezdən, mürəkkəb komponentli salatlardan, yarımfabrikatlardan, donuz ətindən, şirniyyatdan, fastfuddan, çörək-bulka məmulatlarından, qazlı sulardan, yağlı və qızartma yeməklərdən imtina etmək lazımdır.
• Az miqdarda zefir, pastila və ya marmelad istifadəsi icazə verilir. Tərkibi oxuyun, komponentlər təbii olmalıdır. Zülallı qidalara (ət, balıq, yağsız süd məhsulları) üstünlük verin. Tərəvəz və meyvə istifadəsini artırın. Onlar az kalorilidir, təbii qlükoza isə enerji verəcəkdir.

Fiziki aktivlik

Sürətli arıqlamaq üçün öz fiziki aktivliyini artırmaq olduqca vacibdir. Yağyandırmaya yönəlmiş məşqlər ən təsirlisidir. Onlar yüksək intensiv olması, güc və aerobika tapşırıqlarının vəhdəti ilə seçilir.
Bu gərginlik metabolizmi sürətləndirməyə yardımçı olacaq, nəticədə kalorilər məşq vaxtı və hətta ondan sonra da sürətlə yanacaq. Kardioməşqlər böyük miqdarda kalori məhv edir.

Daha çox su

Su yağın parçalanmasında mühümdür. O, maddələr mübadiləsini sürətləndirir və artıq mayeni orqanizmdən çıxarır. Yetərincə su içilməzsə, hətta pəhrizə riayət olunsa belə, kilolar getməyəcək. Ödemdən qaçmaq üçün suyun çox hissəsini günün birinci yarısında qəbul edin.
Lazımi su həcmini hesablamaq üçün bədən çəkisini 30 ml mayeyə vurmaq gərəkdir. Təmiz su və bitki çayı içmək faydalı olar.

Masaj

Çoxları masajı relaks və əzələlərdəki yorğunluğu çıxarmaq üçün prosedur hesab edir. Əslində isə bu metodun köməyi ilə artıq kiloları sürətlə yox etmək olar. Prosesdə o problemli bölgələr nöqtəbənöqtə işlənilir ki, onları idman hesabına yox etmək mümkün deyil. Mütəmadi masaj tezliklə elastik dəriyə nail olmağa kömək edir.

O, qan axınını stimullaşdırır və hüceyrələrin oksigenlə zənginləşməsini təmin edir. Yekunda dermanın sürətli bərpası və epidermisin sağlam xarici görünüşünə cavabdeh olan liflərin istehsalı əldə olunur.

Sağlam yuxu

Keyfiyyətli yuxu məşq prosesinin ayrılmaz hissəsi olsa da, çoxları bunu dəyərləndirmir. Çoxdan məlumdur ki, əgər insan gündə altı saatdan az yatır və ya gecə oyanırsa, artıq çəki alır. Bu onunla əlaqədardır ki, yuxu çatışmazlığı hormonal balansa mənfi təsir göstərir. Bununla həm də stres yaranır ki, orqanizm də onu yeməklə kompensasiya edir və çox yeməyə gətirib çıxarır.

Tez-tez aclıq hissi və doyma hissinin olmaması orqanizmin yorğunluğu və istirahətin labüd olması haqda siqnalıdır. Eyni vaxtda uzanıb yatan və oyanan adamlar, bir qayda olaraq, çəki problemi yaşamırlar. Fərqli vaxtlarda yatıb-durmaq aclıq və doyma hissinə cavabdeh olan hormanların ifrazı da daxil olmaqla, insan orqanizminin işini tarazlayan bioloji saatların pozulmasına xidmət edir.


1 günə necə arıqlamaq olar?

Yuxarıda sadalanan arıqlamaq üsullarının hamısı nə qədər effektiv və tez olsa belə, müəyyən zaman və ciddi əzmkarlıq, dözüm tələb edir. Lakin arıqlamağın ən qısa müddətə – cəmi 1 günə başa gələn və olduqca rahat olan yolu da vardır. Söhbət tərcübəli plastik cərrah tərəfindən icra olunan plastik-estetik əməliyyatlardan gedir. Sırf artıq çəki atmağa xidmət edən estetik əməliyyatlara aşağıdakılar daxildir:

Bu əməliyyatların hər biri barədə ətraflı məlumatı üstlərinə klikləyərək oxuya bilərsiniz.
Mən plastik cərrah Dr. Mübariz Məmmədli öz peşəkar komandamla birlikdə Azərbaycan və Bakı üzrə həm yuxarıda sadalanan, həm də digər estetik-plastik əməliyyatları yüksək səviyyədə həyata keçirirəm.

Tez-tez verilən suallar

Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o, verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır. Verildiyi tarix göstərilməyən etibarnamə etibarsızdır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.

Vəsiyyət edə bilən şəxs və vəsiyyətnamənin tərtib edilməsi qaydası nədir?

Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir

Vərəsəlik hüququ haqqında şəhadətnamə hansı müddətdə verilir?

Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir.

Notarius tərəfindən tərcümənin düzgünlüyünün təsdiq edilməsi nədir?

Notarius maraqlı şəxsin tərcümə etdirmək istədiyi sənədin əsli və yaxud notarial qaydada təsdiq olunmuş surətini ona təqdim etdikdən sonra həmin sənədin tərcüməsininin düzgünlüyünü təsdiq edə bilir. Sənədi tərcüməçi tərcümə etdikdə, onun imzasının həqiqiliyinin təsdiqi, sənədlərdə imzanın həqiqiliyinin təsdiqi qaydasında aparılır. Bu halda notarius tərcüməçi tərəfindən tərcümə edilmiş sənədin mətninə görə məsuliyyət daşımır. Bir neçə dilə tərcümə olunan sənəddə hər dil üzrə tərcüməçinin imzası ayrıca təsdiq olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.