Press "Enter" to skip to content

Atmosferin mənası

Atmosferdə heterogen kimyəvi proseslərin öyrənilməsininbiogeo kimyəvi dövranın formalaşmasının xüsusiyyətlərinin aydınlaşdırılmasında həlledici əhəmiyyəti vardır.İqlimə antropogen təsir çox saylı və müxtəlifdir. Onun əsasında homogen və heterogen proseslər arası əlaqənin izah edilməsi qaz fazalı reaksiyaların sürətlərinin təyin edilməsi, fiziki və kimyəvi çevrilmə hadisələrində heterogen proseslərin rolunun müəyyən edilməli, hava və iqlimin dəyişməsində heterogen sistem anilinin rolunun aşkar edilməsi durur. Atmosferin tərkibi biosferdə baş verən proseslərlə təyin edilir. Bu səbəbdən müxtəlif komponentlərin dövranının dəyişilməsinə səbəb olan biosfer. antropogen təsir iqlimi dəyişdirir. Biosferdə üzvi maddələrin sintezi və parçalanması daimi olaraq baş verir. Ətraf mühitin kimyəvi tərkibinin sabitliyi biosferdə maddələrin qapalı şəkildə dövranı ilə təmin eilir. Atmosferdə az miqdarda qaz, aerozol optik fəal komponentlərin dəyişməsi mürəkkəb proseslərin getməsi ilə nəticələnir. Bunlardan atmosferdə karbondioksidin qatılığının artması problemə və onun iqlimə təsiri qeyd edilməlidir.

Atmosfer kimyasi və İQLİm t.Ə. Ağdamski

Orta məktəbdə kimya dərslərində hava mövzusunu keçərkən atmosfer kimyası haqqında da müəyyən biliklərin verilməsi məsləhət bilinir.

Atmosfer yerin qazlardan ibarət olan örtüyüdür. Yer planetini əhatə edən hava təbəqəsi atmosfer adlanır. “Atmosfer sözü” hərfi mənada”nəfəsalma sferi” deməkdir. Onun öyrənilməsi tarixi çox qədimdir. Yer səthində nazik hava örtüyü olan atmosfer çox funksiyanı yerinə yetirərək mühüm xassələrə malikdir.

Bioloq üçün atmosferin ən mühüm xassəsi onun müxtəlif həyat formalarını saxlamasından, metereoloqlar üçün onun günəş enerjisini udması, bu enerjini küləklər və çöküntülər sisteminə çevrilməsindən ibarətdir. Kimyaçı üçün isə atmosfer iri miqyaslı fotokimyəvi proseslərin fasiləsiz getdiyi məkandır.

Atmosfer mühitinin antropogen tullantılar və onların məhsullarının kimyəvi reaksiyaları ilə çirklənməsi yer üzərində həyat şəraitinin çətinləşməsinə səbəb olur. Nəqliyyatın və sənaye müəssisələrinin kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr hava axını vasitəsilə uzaq məsafəyə paylanır ki, bu da ətraf mühitdə zəhərli maddələrin artmasına gətirib çıxarır.Atmosferə göstərilən belə təsir orada karbon qazının qatılığının artmasına, treoneazin iştirakı ilə ozon təbəqəsinin dəyişilməsinə səbəb olur. Bununla əlaqədar olaraq atmosferdə baş verən fiziki-kimyəvi proseslərin öyrənilməsi hər tərəfli tədqiqat obyektinə çevrilmişdir. Belə sahələrdən biri atmosfer kimyası ilə iqlimin qarşılıqlı əlaqəli olmasıdır. Iqlim və onun dəyişməsi “atmosfer-hidrosfer-litosfer-kriosfer-biosfer” sistemi komponentlərinin günəş radiasiyası şəraitində mürəkkəb qarşılıqlı təsiri ilə müəyyən edilir. İstixana effektinin yaranmasında atmosfer mühiti mühüm rol oynayır. Bu isə az miqdar qaz və aerozol komponentlərin olması ilə əlaqədardır.

Atmosferin əsas xüsusiyyətlərindən biri onun heterogen təbiətli olmasıdır.

Su bütün faza hallarında atmosfer kimyasında mühüm yer tutur. O, atmosferdə qaz fazalı reaksiyaların əsas iştirakçısı olan hidrogen qrupunun və maye komponentlər arasında gedən reaksiyalarda oksidləşdirici olan hidrogen peroksidin mənbəidir. Su maye fazada(bulud və yağışın) müxtəlif maddələrin kimyəvi çevrilmələrində və atmosferdə kükürd, azot, karbon, hallogenlərin dövranına əsaslı sürətdə təsir göstərir.

Atmosferdə heterogen kimyəvi proseslərin öyrənilməsininbiogeo kimyəvi dövranın formalaşmasının xüsusiyyətlərinin aydınlaşdırılmasında həlledici əhəmiyyəti vardır.İqlimə antropogen təsir çox saylı və müxtəlifdir. Onun əsasında homogen və heterogen proseslər arası əlaqənin izah edilməsi qaz fazalı reaksiyaların sürətlərinin təyin edilməsi, fiziki və kimyəvi çevrilmə hadisələrində heterogen proseslərin rolunun müəyyən edilməli, hava və iqlimin dəyişməsində heterogen sistem anilinin rolunun aşkar edilməsi durur. Atmosferin tərkibi biosferdə baş verən proseslərlə təyin edilir. Bu səbəbdən müxtəlif komponentlərin dövranının dəyişilməsinə səbəb olan biosfer. antropogen təsir iqlimi dəyişdirir. Biosferdə üzvi maddələrin sintezi və parçalanması daimi olaraq baş verir. Ətraf mühitin kimyəvi tərkibinin sabitliyi biosferdə maddələrin qapalı şəkildə dövranı ilə təmin eilir. Atmosferdə az miqdarda qaz, aerozol optik fəal komponentlərin dəyişməsi mürəkkəb proseslərin getməsi ilə nəticələnir. Bunlardan atmosferdə karbondioksidin qatılığının artması problemə və onun iqlimə təsiri qeyd edilməlidir.

Bu amilə olan tələbat aşağıda qeyd edilən sahələrlə əlaqədardır.

1. Sənayenin inkişafının biosferə təsiri ilə

2. Karbonun dövranının qanunauyğunluğunun izah edilməsi

3. İqlim nəzəriyyəsinin işlənilməsi ilə

İqlim dəyişməsinə aerozolların təsiri olduqca böyükdür. Atmosfer aerozolu mürəkkəb fiziki-kimyəvi proseslərin məhsuludur. Bu proseslərin mürəkkəbliyi və aerozolun qısa yaşama müddətinə malik olması onun kimyəvi tərkibi və fiziki kəmiyyətlərinin dəyişkən olmasına səbəb olur.

Tərkibindən və mənbədən asılı olaraq təbii aerozolun bir neçə növlərini ayırmaq olar:

1. Dəmir suyunun buxarlanması məhsulları

2. Külək vasitəsilə atmosferə qalxan mineral tozlar

3. Vulkan püskürməsinin məhsulları

4. Yanmadan alınan tüstülər

5. Təbii qaz fazalı reaksiyaların məhsulları

Bunlarla yanaşı olaraq antropogen aerozol da mövcuddur. Onlara sənaye tullantılarının (məsələn, hiss, tüstü, tozlar) zolların və qazların reaksiyalarının məhsullarını göstərmək olar.

Aerozollar qaz fazalı reaksiyalarda bir cinsli homomolekulyar, bir cinsli heteromolekulyar, heterogen heterosomolekulyar kondensləşmə proseslər sayəsində əmələ gələ bilər.

Qeyd etmək lazımdır ki, atmosfer havası, əsas tərkibli hissələrlə yanaşı, təbii mənbələr tərəfindən ayrılan müxtəlif maddələrin müəyyən miqdarını daimi olaraq özündə saxlayır. Bunlara torpaq eroziyası zamanı əmələ gələn toz, bitki, vulkan, kosmik mənşəli tozlar, subuxarı və dəniz duzunun hissəcikləri, səhra, meşə yanğınları zamanı əmələ gələn qazlar və s. aiddir. Aerozolların əmələ gəlməsində fotokimyəvi və kimyəvi reaksiyaların xarakteri tam şəkildə öyrənilməmişdir. Lakin əsas proses kimi hidroksil qrupları ilə kükürd qazının reaksiyası nəticəsində sulfat turşusu su molekullarının vəturşu aerozollarının alınmasını, ozon molekulları hidroksil qrupları ilə qeyri-metan karbohidrogenlərinin reaksiyası nəticəsində aldehid, spirt, karbon və dikarbon turşularının alınmasını göstərmək olar.

Atmosfer aerozollarının sonrakı tədqiqatları və onların iqlim təsiri aşağıdakı istiqamətlərdə inkişaf etdirməkdədir.

1. Aerozolların iqlim təsiri.

2. Aerozolların sputniklərdən müəyyən məsafədən iqlim parametrlərinə təsiri

4. Aerozoların iqlim modellərində hesaba alınması.

İqlimin formalaşmasında aerozollarının rolunun tədqiqinə dörd problem daxil edilir: troposfer və stratfosferdə aerozolların xassə və miqdarının dəyişməsinin müşahidə edilməsi, iqlimin modelləşdirilməsi üçün aerozol radiasion sistemin yaradılması, iqlimin nəzəriyyəsində aerozol effektinin qeydə alınması, aerozolun miqdarının interaktiv hesabının modelinin işlənilməsi məqsədilə aerozol ilə müxtəlif iqliməmələgətirici proseslərin qarşılıqlı əlaqəsinin öyrənilməsi.

Aerozolun iqlimə təsiri daha dəqiq şəkildə onların optiki xassələrinin işığın yayılması və absorbsiyanın tədqiqi ilə aydınlaşdırılır.

Atmosferin çirklənməsi dedikdə, atmosfer havasında canlı orqanizimlərə mənfi təsir göstərən onların həyat fəaliyyətini pisləşdirən, həmçinin maddı ziyan vuran müxtəlif qazların, buxarların, mayelərin, bəzi hissəciklərin və radioaktiv maddələrin qarışıqlar şəklində olması başa düşülür. Bununla belə son illərdə bu sahədə aparılan tədqiqatlar nəticəsində ətraf mühitin və havanın ümumi çirklənməsi əsas etibarı ilə iki növə ayrılır.

1. Kükürd qazı-sulfat turşusu-sulfatlarla çirklənmə

2. Oksidləşdirici proses hesabına çirklənmə

Birinci növ çirklənməyə nümunə kimi soyuq şəraitdə rütübətli durğun hava küləklərinin tərkibində tüstü və kükürd qazının atmosfer havasının yerüstü qatında toplanmasını göstərmək olar. Bu zaman günəş işığı yerüstü inversiyanı dağıda bilmir, tüstü hissəciklərində kükürd qazı sulfat turşusuna və sulfatlara çevrilir.

Atmosfer havasında ikinci növ çirklənmə isə qaz mühitində günəşli iqlim zamanı fotokimyəvi reaksiyalar nəticəsində ozon və başqa oksidləşdiricilər əmələ gəlir.

Atmosfer kimyasında daha çox diqqəti cəlb edən sahə atmosferin fotokimyası sahəsidir.

Atmosfer fotokimyası kimya elimləri sırasında sərbəst elmi istiqamət kimi inkişaf etmişdir. Buna daha çox elementar kimyəvi reaksiyaların, sürət sabitlərinin ölçülməsi texnikasının inkişafı, çox komponentli kimya sistemlərin kamputer texnikası, tətbiqi ilə kinetikasının modelləşdirilməsi səbəb olmuşdur. Fotokimyəvi modellərin işlənməsi ilə atmosferin qaz tərkibi müəyyən edilmişdir. Atmosfer kimyası çox saylı molekulyar və ion molekulyar, fotodissosiasiya, fotoionlaşma reaksiyalarına əsaslanmasına baxmayaraq bunların arasında OH və HO2 radikallarının iştirakilə gedən reaksiyalar xüsusilə əhəmiyyət kəsb edir. Ona görəki, onlar atmosferin müxtəlif sahələrində gedən oksidləşdirici çevrilmələrin fəalaşdırıcısı duzlar, nəzəri və təcrübi nəticələr nəticəsində müəyyən edilmişdir ki, hidrogen radikalları atmosfer fotokimyasında mühüm rol oynayır. Aşağı atmosferdə (troposferdə) OH, CO, CH4Cl, CH3, H2S,SO2 və başqa komponentlərin oksidləşdirilməsində fəallaşdırıcı kimi təsir göstərir.

Yuxarı atmosferdə (straso-mezosferdə) OH və HO2 radikalarının iştirakı ilə gedən reaksiyalar ozonun miqdarının dəyişməsi istiqamətinə yönəldir.

Atmosferə çox komponentli kimyəvi sistem kimi baxılır. Yer atmosferində xeyli kimyəvi element və birləşmələr mövcuddur. Bunlardan daha çox əhəmiyyət kəsb ediləni N2 və O2-dir. Atmosfer fotokimyasında N2O , CH4, freonlar mühüm rol oynayırlar. Aşağı atmosferdə bu qazlar oksidləşərək və ya fotodissosiasiyaya uğrayaraq sərbəst radikallaın mənbəi olurlar. Oksigenin fotodissosiasiyası prosesi həyəcanlanmış oksigen otomunun əmələ gəlməsi ilə nəticələnir.

O2 + hυ → O + O
Sonra isə üç molekulyar reaksiya nəticəsində ozon əmələ gəlir.
O + O2 + M → O3 + M
Burada M- hava molekulasıdır.

Alınan oksigen atomları aşağıdakı reaksiyalarda sərf olunur.

Ozon molekulunun fotodissosiasiyası zamanı yenidən oksigen atomları əmələ gəlir.

Atmosferdə OH və HO2 radikallarının olması təcrübi yolla sübut edilmişdir. Onların mənbəi isə aşağıdakı reaksiyalara əsalanır. Həyəcanlanmış oksigen atomunun su molekulası ilə qarşılıqlı təsiri hidroksil qruplarının fotokimyəvi mənbəi olur:

H2O + O→ OH + OH
Hidroksil qrupunun əmələ gəlməsi oksigen atomunun atmosferdəki az miqdarda qarışıqlarla təsirindən alına bilər.
CH4 + O → CH3 + OH

OH və HO2 radikalları oksigen mühitində qarşılıqlı çevrilməyə uğrayırlar.
O3 + OH → HO2 + O2

O3 + hυ → O2 + O
Atmosferdəki çox komponentli kimyəvi sistemlərə azot oksidləri mənbəi də daxildir. Atmosferdə azot oksidinin fotokimyəvi mənbəi.
N2O + O → 2NO
reaksiyasıdır. Müəyyən edilmişdir ki, qısa bir müddətdə atmosferdə NO-NO2 sistemində tarazlıq yaranır və aşağıdakı reaksiyalarla təyin edilir.
NO + O3 → NO2 + O2

NO2 + hυ → NO + O
Atmosfer kimyasında müxtəlif istiqamətlərdə gedən reaksiyalar alimlər tərəfibndən tədqiq edilmişdir. Tərkibində oksigen olan hissəciklərin iştirakı ilə stratosfer ozonunun əmələ gəlməsinin fotokimyəvi nəzəriyyəsi verilmişdir.
O2 + hυ → O + O

Bu reaksiyalar Ox ailəsinin əsasını təşkil edir. Son illərdə buraya elektron həyəcanlanmış hissəciklərin reaksiyaları da daxil edilmişdir. Müəyyən edilmişdir ki, reaksiya zamanı alınan ozonun qatılığı tədricən azalır ki, buna da səbəb mühitdə yaranan HOx(H, HO, HO2) hissəcikləridir.

O3 + O3 → 2O2
Ozonun əmələ gəlməsinin fotokimyəvi nəzəriyyəsinin inkişafının növbəti mərhələsi keçən əsrin 70-cü illərinə təsadüf edir. Daha sonralar müəyyən edilmişdir ki, atmosferdə olan azot oksidləri ozon təbəqəsinə və ciddi bioloji proseslərə səbəb olur.

Ozon təbəqəsinin dağılmasına xlor atomlarının təsiri müəyyən edilmişdir. Xlorofluor karbohidrogenlərinin fotokimyəvi parçalanması nəticəsində xlor atomları bu prosesi sürətləndirir:

C lO + O → Cl + O2

Beləliklə atmosferin ayrı-ayrı təbəqələrində baş verən kimyəvi fotokimyəvi freaksiyaların gedişi müxtəlif radikalların iştirakı ilə tədqiq edilərək, onların kinetik parametrləri, reaksiyanın sürət süabitləri, fəallaşma enerjiləri hesablanmışdır.

Bu istiqamətdə aparılan tədqiqatlar və onların nəticələri müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qeydiyyata alınır.

İstifadə edilmiş ədəbiyyat:

1.Борисенков Е.П., Кондратьев К.Я. Кругабарод углерод и климат. Л. Гидрометолизат, 1988.

2.Кондратьев К.Я. Атмосферный аэрозоль. Л. Гидрометализата. 1983.

3. Ивлев Л.О. Химической состав. Структура атмосферных аэрозолей, Л.1982.

4. Юнге Х. Химический состав и радиоактивьность атмосферы, Москва 1965.

Химия атмосферы и климат

Т.А. Агдамский
АННОТАЦИЯ
Статья посвящена химии атмосферы и климат, у характеризованы свойства атмосферного аерозоля. Рассмотрены фотохимические механизмы взаимодействия ОН и НО2 радикалов с атмосферными компонентами семетва реакции в атмосферной химии.

Chemistry of the atmosphere and climate

T.A. Agdamski
ANNOTATION
Article is dedicated to chemistry of atmosphere and climate, characterized by properties of atmospheric aerosols. Rasmotrny photochemical mechanisms of interaction of OH and HO2 radicals with atmospheric components reactions in atmospheric chemistry.
Açar sözlər: atmosfer, biosfer, aerozol, fotokimyəvi.

Ключевые слова: атмосфер, биосфер, аерозоль, фотохимия.

Key words: atmosphere, biosphere, aerosols, photochemistry.

Atmosferin mənası

The atmosfer və ya atmosfer dır,-dir,-dur,-dür qazlı təbəqə cazibə qüvvəsi ilə Yer kürəsini, göy cismini və ya başqa bir cismi əhatə edən təbəqələşmiş. İki yunan sözündən əmələ gəlmişdir: ἀτμός (atmosfer), mənası ‘buxar’, ‘hava’ və σφαῖρα (sfaira), ‘kürə’.

The yer atmosferi Azot (78%) və oksigen (21%) arasında fərqlənən bir sıra qazlardan ibarətdir, qalan hissəsi (az qala 1%) karbon dioksid, nəcib qazlar, su buxarı və ozon tərəfindən paylanır.

Atmosferin rolu Xarici məkanın düşmənçiliyinə qarşı qoruyucu bir qalxan olmaqdır: temperaturu dözülən həddən artıq dərəcədə saxlayır, bizi ultrabənövşəyi şüalardan və meteoritlərdən qoruyur və əvəzolunmaz oksigendən başqa bir şey və daha az bir şey yoxdur. Bir sözlə, atmosfer yaradır yer üzündə həyat üçün əlverişli şərait.

Bu termin də tez-tez müəyyənlərə istinad etmək üçün istifadə olunur Sosial vəziyyət: “Sevgilim a romantik atmosfer məndən evlənməyimi istəmək “və ya:” Ölkədə bir şiddət mühiti”. Məsələn, Kubada xoşagəlməz bir vəziyyət yarananda “atmosfer” yaradıldığı deyilir.

Sahəsində Fiziki, atmosfer bir ölçü vahidi atmosfer səviyyəsinin dəniz səviyyəsində göstərdiyi təzyiqə və ya gərginliyə bərabərdir. Dəyəri 760 mm yüksəklikdəki civə sütununun təzyiqinə bərabərdir.

İldə Ədəbiyyat, atmosfer həm də bir yazarın ətraf mühit haqqında müəyyən bir təsəvvür yaratmaq üçün tətbiq etdiyi povest prosedurlarına da istinad edə bilər hekayə. Bir müəllim povest mühitləri Amerikalı qısa hekayə yazıçısı Raymond Carverdir.

Atmosfer təbəqələri

Bizi bölə bilərik yer atmosferi bunları nəzərə alaraq müxtəlif təbəqələrdə xüsusi xüsusiyyətlər.

Hər şeydən əvvəl tapırıq troposfer, hamımızın yaşadığımız yerdir və buna görə də planetimizə ən yaxındır. Bu təbəqədə qazların ən yüksək sıxlığı yerləşir və yağış və bulud kimi meteoroloji hadisələr baş verir. Hündürlüyü 11 ilə 18 km arasında dəyişir.

The stratosfer, öz növbəsində, təxminən 50 km hündürlüyə çatır. Orada tapırıq ozon təbəqəsi və ya ozonosfer, funksiyası bizi Günəşdən gələn ultrabənövşəyi radiasiyadan qorumaqdır.

Sonra təxminən 80 km yüksəklikdə qarşılaşdıq mezosfer. Bu ərazidə, hündürlük artdıqca -90 ° C-yə qədər istilik azala bilər.

Öz növbəsində termosfer və ya ionosfer hündürlüyü 500 km-ə çatır. Meteoritlərin parçalandığı yer budur. Bundan əlavə, radio və televiziya dalğa ötürülməsini asanlaşdıran əla bir elektrik ötürücüsüdür. İstilikləri -70 ° C ilə 1500 ° C arasında dəyişə bilər.

Nəhayət ekzosfer 500 km hündürlükdən başlayaraq başlayır. Dünyadan ən uzaq ərazidir və buna görə də qazların ən az konsentrasiyasını tapırıq. Xarici məkanla sərhədimizdir.

Atmosferin çirklənməsi

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

среда, 25 мая 2016 г.

Rəy və təklifləriniz



Layihəmizlə bağlı fikirlərinizi təkliflərinizi görmək ümidiylə.

Təşəkkür

Təqdimatımıza göstərdiyiniz diqqətə görə təşəkkür edirik

Əlavə Məlumat

Dünyanın ən çox çirklənməyə məruz qalan 10 ölkəsi

Əhalinin sıx yerləşdiyi ərazilər daha çox çirklənməyə məruz qalır. Movqe.Az ən çox çirklənməyə məruz qalan 10 ölkələr haqqında məlumat verir.

1. Bağdad dünyanın ən çox çirklənməyə məruz qalan ölkələrdən biridir. Müharibə şəraiti və davamlı bombaların partlaması təmizlik aparılmasına maneçilik törədir.

2.Bruney Şimali Asiyada kiçik bir şəhərdir və nəqliyyat vasitələri havadakı karbon qazını artırır.

3. Banqladeşin paytaxtı Dakka da ən çox çirklənməyə məruz qalan ölkədir. Şəhər əsasən suyun çirklənməsindən əziyyət çəkir.

4.Sənaye şəhəri olan Karaçi Pakistanın ən çox inkişaf etmiş şəhəridir. Karaçidə xəstəliklərdən əziyyət çəkənlərin sayı artır. Burada insanların 35 %-i göz, dəri və ürək xəstəliyindən əziyyət çəkir.

5. Növbəti şəhər Nigeriyada yerləşən Laqos şəhəridir. Atmosfer çirklənməsinə daha çox məruz qalır. Laqosda hava çox zaman çirkli olduğundan dumanlı olur.

6.Meksika dünyanın ən böyük şəhərlərindən biridir. Şəhərdəki nəqliyyatın sıxlığı atmosferdə azot dioksid qazını artırır.

7.Ən çox çirklənməyə məruz qalan şəhərlərdən biri də Moskvadır.Nəqliyyatın sıxlığı hava çirklənməsini sürətləndirir.

8. Daha bir çirlənən şəhər isə Mozambikdə Maputadır. Maputanın küçələrində zibil tullantılarına çox rast gəlinir. Şəhərdə kanalizasiya sistemindəki nasazlıqlar da suların çirklənməsinə səbəb olur.

9. Mumbay böyük şəhərlərdən biridir. Şəhərdəki zibil tullantıları pis qoxuya və xəstəliklərə gətirib çıxarır.

10.Hindistanın paytaxtı Yeni Dehli də ən çox çirklənməyə məruz qalan şəhərlərdəndir. Zibil tullantıları və kanalizasiya sistemlərinin tənzimlənməmsi çirklənməyə səbəb olur.

вторник, 24 мая 2016 г.

WEB 2.0

Nəticə

Araşdırmamızın nəticəsi olaraq müəyyən etdik ki,insanların ətraf mühitdə sosioloji təsiri ovçuluqla başlayıb,heyvanların əhliləşdirilməsi,bitkilərin mədəniləşdirilməsi, yeni-yeni sort və cinslərin yaradılması, üzvi və mineral gübrələrdən və pestisidlərdən istifadə edilməsi,ağır sənayenin təsərrüfata tətbiqi nəticəsində bəzi sərvətlərin tükənməsinə ,ətraf mühitin çirklənməsinə və zəhərlənməsinə səbəb olub.


Atmosferin çirklənməsi bütün bəşəriyyətin, cəmiyyətin problemidir.Atmosferin çirklənməsi ən çox sənayenin inkişafı və fəaliyyəti nəticəsində baş verir. Atmosferin çirklənməsi bütövlükdə biosferə mənfi təsir göstərir. Bu problemləri aradan qaldırmaq üçün sənaye müəsisələrində təmizləyici qurğulardan istifadə etmək, tullantısız texnologiyaya keçmək, atmosferə karbon və s. zərərli qazların atılmasının qarşısını almaq lazımdır. Yalnız elm və sənaye işçiləri deyil, hər birimiz atmosferin çirklənməməsi uğrunda çalışmalıyıq. Belə ki, məişət tullantılarını ətraf mühitə atmamalı, məişət tullantılarını yandırmamalı, meşə yanğınlarına yol verməməli, havanı çox çirkləndirən nasaz avtomobillərdən istifadə etməməliyik. Yaşayış ərazilərinin yaşıllaşdırılmasında iştirak etməliyik. Çünki ağaclar, meşələr planetimizin “ağciyərləri” olub, atmosferi oksigenlə zənginləşdirir. Buna görə də hər birimiz ağac əkməliyik

Artıq araşdırmamızın sonu olaraq bunuda müəyyən etdik ki insan ətraf mühiti tamam dəyişdirməyə çalışan yeganə varlıqdır.Bu sahədə insanın səhvlərinin say-hesabı yoxdur,onun “uğurlarının “çoxu əslində uğursuzluqlarıdır.Meşələri qıraraq oradaki canlılarıda məhv edirik.

İndiki ekoloji vəziyyət üz-üzə dayanmış iki istiqamətin mübarizəsindən ibarətdir:birincisi,ətraf mühitin dağıdılması prosesinin növbəti pillələrinə keçilməsi,ikincisi isə dağıdıcı prosesləri dayandırmağa qadir olan və gələcəyə optimist münasibət yaradan istiqamətdir.Çox istəyirik ki,indiki gənclər və sonrakı nəsillər ikinci istiqaməti seçsinlər.

Təbiəti qorumaq bununla birlikdə ekologiyanı qorumaq bizi əhate edən hava təbəqəsini atmosferi qorumaq deməkdir.

Gəlin birlikdə təbiətimizi qoruyaq

“Biz təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək.Təbiət hər bir belə “qələbə ” üçün bizdən qisas alır”(F.Engels)

понедельник, 23 мая 2016 г.

Araşdırma

Atmosfer haqqında, atmosferdəki çirklənmənin qarşısını almaq haqqında araşdırma apardıq



İnsan təbiətin bir hissəsi kimi onunla qırılmaz əlaqəli yaşayır.Bütün canlıları,o cümlədən insanı yaşadan sərvətlər var. Orqanizmin həyatını təmin edən vasitələrin cəmi- sərvətdir.İnsanın yaratdığı bütün sərvətlər üçün xammal təbiətdən götürülür.İnsanın rüşeyiminin inkişafı ana bətnində,ömrünün qalan hissəsi isə ətraf mühitdə keçir.Lakin sərvətdən istifadə baxımından insan bütün mühitlərdən -Atmosferdən Hidrosferdən Litosferdən Biosferdə hətta kosmosdan istifadə edir.İnsan cəmiyyətininin təbiətə münasibəti zaman-zaman dəyişmişdir.İlk əvvəl təbiət insan üçün yalnız sığınacaq və qida mənbəyi olmuşdur,o təbiətin müqəddəratına biganə qalmamışdır.Tədricən insanda təbiətə qarşı dərrakəli münasibət əmələ gəlmişdir,lakin belə münasibət heç də hamını əhatə edə bilməyibdir.İnsan cəmiyyəti tərəfindən təbiətin dəyişdirilməsi bəşəriyyət qarşısında qabaran ən xəstə problemdir.
İnsanların fəaliyyəti nəticəsində texnikanın artması ekoloji problemlerin çoxalmasına gətirib
çıxarır.Texnologiya inkişaf etdikcə insan təbiətə daha çox zərər vermişdir. Artıq təkcə qida və sığınacaq yeri deyildi dünya- həmdə maddi ehtiyacların ödənilməsi üçün istifadə mənbəyi həm də xəyalların gerçəkləçdirmək üçün nə lazımdısa edən insanların dünyası idi. Bunun sübutu olaraq yeni
Dəmir və şose yollarının çəkilişi


suvarma kanallarının çəkilişi
iri qaz kəmərlərinin çəkilişi
meşə yanğınları
zavodların tikilməsi
meşələrin məhv edilərək yerinə binaların tikilməsi
avtomobillərdən daha çox istifadə edilməsini göstərmək olar.

воскресенье, 22 мая 2016 г.

Giriş

Atmosfer ( q ə d . yun . ἀτμός — buxar v ə σφαῖρα — sfera ) – Yeri ə hat ə ed ə n hava t ə b ə q ə si . Atmosferin qal ı nl ığı 3000 km olub , Yer k ü r ə si il ə birlikd ə f ı rlan ı r .
Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosfer iki əsas qazdan, 78% azot , 21% oksigen ibarətdir ( karbon cəmi 0.03%-dir). Azot yunanca “azos” sözündən olub, “cansız, həyata kömək etməyən” mənasında işlənməsinə baxmayaraq o, canlılar üçün mühüm qazlardan biri sayılır. Azotun dövranını müxtəlif canlı orqanizmlər yaradır. Oksigen atmosferdə daha fəal element olduğu üçün canlıların tənəffüsündə, yanmada və s. iştirak edir. Onun rəngi, iyi və dadı yoxdur. Arxey və Proterezoy eralarında bitki örtüyü seyrək olduğundan havada oksigen çox az olmuşdur. Karbon qazı yaşıl bitkilərdə üzvi maddələrin əmələ gəlməsində iştirak edir. Bu qaz atmosferə vulkanlar ın püskürməsi, yanğınlar və canlıların tənəffüsü nəticəsində daxil olur. Sənaye müəssisələri çox olan ərazilərdə okean və meşədəki ərazilərə nisbətən karbon qazı daha çox olur. Atmosferin havasının ən çox dəyişən vacib hissəsi su buxarı və tozlardır. Su buxarı karbon qazı ilə müqayisədə daha çox isidici rol oynayır. Atmosferdəki toz hissəcikləri günəşdən gələn istini zəiflətsə də bulud, duman və yağıntıların əmələ gəlməsi üçün vacibdir. Toz hissəcikləri atmosferin aşağı qatlarında Yer mənşəli (yanma məhsulları, vulkan tozu, bitki toxumu, bitki tozcuğu, duz dənəcikləri), üst qatda isə kosmik mənşəlidir. Quruluşu : Atmosfer 5 qatdan ibarətdir: 1. Troposfer — atmosferin alt qatı olub, orta qalınlığı 11 km, ekvatorda 17-18 km, mülayim enliklərdə 10-11 km, qütblərdə 7-8 km-dir.
2. Stratosfer — troposferin üzərində yerləşib, qalınlığı 55 km-ə qədərdir.
3. Mezosfer — stratosferin üstündə 55-80 km arasında yerləşir. Mezosferdə qütb parıltısı olur.
4. Termosfer — mezosferin üzərində 80 km-dən 800-1000 km arasında yerləşir. Bu qat Günəşin zərərli rentgen süalarını udaraq,onların yerə düşməsinin qarşısını alır. Bu qat bəzən ionosfer adlandırılır.
5. Ekzosfer — ən üst təbəqə olub, 10000 km-ə qədər davam edir.
Atmosferin ə h ə miyy ə ti Atmosfer gündüz Yer səthinin həddən artıq qızmasının, gecə isə tez soyumasının qarşısını alır [1] . Əgər atmosfer olmasaydı Yerin orta temperaturu indikindən 38°C aşağı olardı. Insan atmosfersiz 4 dəqiqədən artıq yaşaya bilməz. Atmosfer Yerdə – enerji, maddələr və qaz dövranının həyata keçməsində mühüm rol oynayır. Yerdə suyun olmasına səbəb olur. Məhz atmosferdə bulud yaranır və yağıntı düşür. Atmosfer olmasaydı Günəş şüaları səpələnməz, səs yayılmazdı. Kosmosdan gələn meteoritlər atmosferə daxil olduqda hava ilə sürtülərək alışıb yanır və əksəriyyəti Yerə çatmır. Atmosferin çirklənməsi 2 yolla — təbii (vulkan püskürməsi, meşə yanğınları) və insanın təsərrüfat fəaliyyəti nəticəsində baş verir. Ozon qatının deşilməsi, “istixana effekti” (havada karbon qazının çoxalması hesabına temperaturun artması), turşulu yağışlar ( havada kükürd qazının çoxalması nəticəsində) atmosferin qlobal çirklənməsi nəticəsində yaranan problemlərdir. Bu problemləri aradan qaldırmaq üçün — sənaye müəssisələrində təmizləyici qurğularından istifadə etmək, tullantısız texnologiyaya keçmək, atmosferə karbon və s. zərərli qazların atılmasının qarşısını almaq lazımdır.

Atmosferin çirkl ə nm ə si

Atmosfer . Atmosferin çirklənməsi sənaye, nəqliyyat və başqa istehsal sahələrinin fəaliyyəti nəticəsində baş verir. Bu sahələr atmosferə bərk hissəciklərlə yanaşı ( aerozollar ) xeyli miqdarda zəhərli qazlar da buraxır. Atmosferə atılan maddələr arasında turşulu yagışlara səbəb olan kükürd dioksid (SO2) daha təhlükəlidir. Belə yağıntılar sənayeni yüksək inkişafı ilə fərqlənən Avropa , Şimali Amerika , bir çox Asiya ölkələri ( Yaponiya , Çin , İndoneziya ), Latın Amerikasında ( Braziliya ) geniş yayılmışdır. Atmosferə istixana qazlarının, ilk növbədə karbon dioksid (CO2) atılması, xüsusilə, ciddi problemlərə səbəb olur. Yer atmosferinə daxil olan karbon qazının illik miqdarı 6 mlrd. tondan çoxdur. Bu tullantıların əsas hissəsi ABŞ , Çin , Rusiya , Yaponiya və Almaniyan ın payına düşür.
Ətraf mühitin çirklənməsi — antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır.
Havanın çirkləndirilməsi · 1Litosferin çirklənməsi · 2Hidrosferin çirklənməsi · 3Dünya Okeanının çirklənməsi · 4Atmosferin çirklənməsi · 5Ekoloji problemlərin həlli yolları ·

Litosferin çirkl ə nm ə si
Litosferin çirklənməsi sənaye, tikinti və kənd təsərrüfatı obyektlərinin fəaliyyəti nəticəsində baş verir. Bu zaman əsas çirkləndiricilər – metallar və onların tullantıları, gübrələr, kimyəvi zəhərli və radioaktiv maddələr , məişət tullantılarıdır. ABŞda hər bir sakinə il ərzində 730 kq məişət tullantısı düşür. Litosferə ən böyük mənfi təsir göstərən amillərdən biri dag-mədən sənayesi sahələridir. Dünyada dağ-mədən sənaye müəssisələrinin fəaliyyəti nəticəsində pozulmuş torpaqların ümumi sahəsi 12-15 mln təşkil edir.


Hidrosferin çirkl ə nm ə si
Hidrosferin çirklənməsi çaylara , göllərə və dənizlər ə sənaye, kənd təəsərrüfatı və məişət tullantılarının, çirkab sularının axıdılması nəticəsində baş verir. Bu tullantılar Avropada Reyn , Dunay , Sena və Temza çaylarının, ABŞda Misisipi və Ohayo çaylarının, Rusiyada Volqa çayının və MDBd ə olan bir çox iri çayların ( Dnepr , Kür , Amudərya , Sırdərya ) həddən artıq çirklənməsinə səbəb olmuşdur. Bu tullantılar çay suları ilə birlikdə dənizlərə axaraq onları çirkləndirir.


Dünya Okean ının çirkl ə nm ə si Dünya Okeanı üçün neftlə çirklənmə daha böyük təhlükə mənbəyidir. Hesablamalara görə hər il 3 mln. tondan 10 mln. tona qədər neft və neft məhsulları tökülür. Materiklərin daxilində və sahilləri boyu yerləşən kənar dənizlər tullantılar və çirkab suları ilə yüksək dərəcədə çirklənmişdir. Onlara Aralıq , Şimal dənizi , Baltik , Qara dənizi , Yapon dənizi , Karib dənizini , Qvineya , İran , Meksika , Biskay körfəzlərini aid etmək olar. Atom energetikası və atom gəmilərinin tullantılarının dünya okeanının dərin sulu çökəkliklərinə basdırılması nəticəsində baş verən radioaktiv çirklənmə bu su hövzələri üçün böyük təhlükə törədir.

Atmosferi nə çirkləndirir ?!

Müasir elmi-texniki tərəqqi dövrü çox böyük sənaye mərkəzlərinin yaranması ilə səciyyələnir ki, bunların fəaliyyəti nəticəsində xarici mühitin, xüsusən atmosfer havasının intensiv çirklənməsi baş verir. Atmosferin çirklənməsi dedikdə əsasən insan fəaliyyəti nəticəsində havaya atılan qat ı ş ı qlar nəzərdə tutulur.

İri sənaye şəhərlərində atmosfer havasın ın çirkləndirən mənbələrə sənaye müəssisələri, yaşayış və ictimai binaları qızdırmaq üçün fəaliyyət göstərən istilik-elektrik mərkəzləri, müxtəlif nəqliyyat növləri və s. aiddir. Kənd yerləri havasının çirklənməsində isə mühüm yeri iri heyvandarlıq kompleksləri, kənd təsərrüfatı məhsullarının becərilməsi prosesləri tutur. Bu zaman atmosfer havası çoxlu zərərli maddələrlə çirklənir. Buraya müxtəlif tozlar, karbon və dəm qazları, kükürd qazı, azot oksidləri aiddir.

Mənzillərdə dəm qazının mənbəyi mətbəxlərdə qaz sobaları və piltələrdir. Onlardan düzgün istifadə edilmədikdə, ventilyasiya düzgün işləmədikdə mətbəxlərin havasında dəm qazının konsentrasiyası çox yüksək olur.

Dəm qazı iysiz və rəngsiz olduğuna və selikli qişaları qıcıqlandırmadığına görə bu qazla zəhərlənmə təhlükəsi yüksəkdir. Belə ki, yüngül formalı zəhərlənmə hallarında başda ağırlıq, zəiflik, baş gicəllənmə, ürək bulanma, qusma, ağır zəhərlənmə halında isə huşun itməsi , hətta ölüm baş verir.

Son vaxtlar böyük şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr arasında avtomobil nəqliyyatı vasitələri mühüm əhəmiyyətə malikdir. Avtomobilərin işlənmiş tullantı qazlarının tərkibində 60-dan çox toksik maddə olur.

ATMOSFERİN ÇİRKLƏNMƏSİ

Çirkli hava tromb yaradır

Çirkli hava tromb yaradır

Bakı şəhərinin həddən artıq çirklənməsinin insan sağlamlığına ciddi ziyan vurması barədə fikirləri Səhiyyə Nazirliyində də təsdiqləyirlər. Nazirliyinin sanitar epidemioloji nəzarət şöbəsinin rəisi Viktor Qasımov deyir ki, son zamanlar ağ ciyər xəstəliklərinin sürətlə yayılmasının əsas səbəbi məhz şəhərdəki toz-torpaqdır. Onun sözlərinə görə, tikinti sahələrində ətrafa yayılan toz gün ərzində minimum 8 saat bu havanı udmağa məcbur olan işçilərin səhhəti üçün son dərəcə təhlükəlidir. Xüsusilə də əgər nəzərə alsaq ki, bu insanların əksəriyyəti qoruyucu maskalardan istifadə etmirlər: “Belə havanı udmaq məcburiyyətində olmayanları öz sağlamlıqları daha çox narahat edir. Tozlu hava xüsusən uşaqların səhhətində özünü kəskin büruzə verir”.

Atmosfer

Yer atmosferinin 5 layı

Atmosfer yer kürəsinin ətrafını b ür üy ən və əksəriyyətlə qaz və buxarlardan ibarət olan bir örtükdür.
Cazibə sayəsində tutulan atmosfer, böyük ölçüdə planetin iç laylarından qaynaqlanan qazların yanardağ fəaliyyəti ilə səthə çıxması nəticəsində meydana gəlməklə birlikdə, planetin tarixi boyunca dünya xarici qaynaqlardan da bəslənmiş və təsirlənmişdir. Təzyiq və sıxlıq baxımından digər yer bənzəri planetlərdən Marsa görə təxminən 100 qat böyük, Veneraya görə isə təxminən 100 qat kiçik bir qaz kütləsini ifadə edər. Ancaq xüsusiyyət baxımından bu iki planetin atmosferlərindən çox fərqli olduğu kimi, Günəş Sistemi içində də bənzərsizdir.

Atmosfer Təzyiqi

Atmosfer təzyiqi havanın ağırlığının nəticəsidir yerə və zamana görə dəyişər. Atmosfer təzyiqi 5 kmdə %50 azalar . Yerin cazibəsi səbəbiylə bu qaz kütləsinin bir ağırlığı vardır və planet səthinə doğru alçaldıqca artan bir təzyiq yaradar. Təzyiq, normal atmosferdə, 0 °C’də, 760 mmlik bir civə sütununun yaratdığı təzyiqə bərabərdir.

Atmosferin cəmi kütləsinin təxminən 5,1 x 1015 ton olduğu bilinməkdədir; bu da Dünyanın cəmi kütləsinin milyonda birindən daha azdır.

Xarakteristikası
Atmosfer rəngsiz, qoxusuz, dadsız, çox sürətli hərəkət ədəbilən, axıcı, elastik, sıxışdırıla bilər, sonsuz genləşməyə sahib istilik keçiriciliyi zəif və titrəşmələri müəyyən bir sürətdə çatdıran bir quruluşa malikdir. Tam olaraq yüksəkliyi müəyyən oluna bilməmişdir. “Homogen atmosfer” olaraq adlandırılan və sıxlığın az qala eyni olduğu alt hissənin yüksəkliyi 8 km ətrafındadır. Bu səviyyədən sonra sıxlıq yüksəkliklə azalar və seyrək qaz kütlələri şəklinə çevrilərək kosmos boşluğuna qədər uzanar ki bu bölgə də “hetrogen atmosfer” olaraq adlandırılar. Yer Atmosferində Olan Əksər Qazlar
ppm ( milyonda bir, həcm )

Qaz Nisbət
Karbonmonoksit (CO) 0,01-0,2
Ksenon (Xe) 0,09
Ozon (O3) 0,05
Amonyak (NH3) 0,02
Kükürd dioksit (SO2) 0,02
Hidrogen sulfid (H2S) 0,002-0,02
Formaldehit (CH2O) 0,01
Azot dioksit (NO2) 0,003
Nitrik oksid (NO) 0,003
Xlorid turşusu (HCl) 0,002

Nitrat turşu (HNO3)
Hidrogen peroksit (H2O2)
Halokarbonlar (CxHxClxFxBrxIx)
Sulfat turşu (H2SO4)
Karbonil sulfid(COS) 0,001 ppmdən az

Yer atmosferinin su buxarı xaricindəki xüsusiyyəti.

Diqqətə çarpan bir şey; atmosferin üst səviyyəsinin 30 km ətrafında sona çatdığıdır. Bu səviyyədən sonra da hava olduğunu söyləmək doğrudur lakin bu hissənin meteorologiya ilə bir əlaqəsi yoxdur. Belə ki 80 km yuxarıda günəş şüalarını əks etdirə biləcək qədər hava, 300 km yuxarıda meteorların atmosferə girişində sürtünmə səbəbiylə işıq verə bilməsi və hətta 600 km yuxarıda auroraların müşahidə edilməsi buralarda da az da olsa atmosferin olduğu istiqamətində ipucları verməkdədir. Atmosferin yer üzünə yaxın laylarının 78% i azot, 21%i də oksigendən meydana gəlib. 1% i isə su buxarı, arqon, karbon 4 oksid, neon, helium, əmtəən, kripton, hidrogen, ozon və ksenon elementlərindən meydana gəlir. Bunlara toz və tüstü kimi maddələr də aiddir.

100 km yüksəyə qədər azot-oksigen nisbətində əhəmiyyətli bir dəyişiklik olmaz, yalnız 20-30 km arasındakı yüksəkliklərdə bir ozon sıxlaşması müşahidə edilir. Bu ozon layının əhəmiyyətli bir funksiyası vardır, çünki günəşdən gələn ultrabənövşəyi şüaların böyük bir hissəsi bu lay tərəfindən süzülür. Amma buradakı ozon həm miqdar, həm də faiz olaraq çox deyil.

100 km dən cox sürətli bir istilik düşməsi müşahidə edilir. Buradakı qazlar artıq çox incə laylar formasındadır. Daha çox da yüngül qazlar olar. Bu qazlar ultrabənövşəyi şüaların təsiriylə sayrışır və beləcə burada oksigen sərbəst atomlar halında olur. Işıq sayrışma deyilən bu hadisə 200 km yüksəklikdə daha da yüksək bir səviyyəyə çıxır.

ATMOSFER

Dünyada kosmosdakı digər planetlərdən fərqli olaraq həyat olmasının səbəbi ətrafını bürüyən atmosferdir. İqlim və hava hadisələrinin görülməsi ilə yer üzündə həyatın olmasını təmin edən faktor atmosferin varlığıdır. Atmosfer; cazibənin təsiri ilə yer üzünü ətraflı qucaqlayan qaz kütləsidir. Köhnə Yunancada atmos: nəfəs, sphere: kürə deməkdir. Atmosfer isə nəfəs kürə ya da atmosfer mənasını verir.

Atmosferi meydana gətirən qazların % 75i içərisində canlıların yaşadığı Troposferde tapılır. Atmosfer; Azot (% 78), Oksigen (% 21) ilə CO2, su buxarı, arqon, neon, kripton və hidrogen kimi digər qazlardan (% 1) meydana gələr. Azot və oksigen həyat üçün böyük əhəmiyyət daşıyarlar və bu qazların atmosferdə ki nisbəti sabitdir. Ancaq CO2 və su buxarının miqdarı tapıldıqları yerə, zamana və iqlim şərtlərinə görə dəyişir.

Atmosferin xüsusiyyətləri

Azot, həyatın təməl qaynaqlarından biridir. Bitkilərin ehtiyacı olan qida maddəsi olaraq əhəmiyyətlidir. Oksigen, isə canlıların tənəffüs etməsi üçün və yanma üçün lazımlı bir qazdır.

Karbon 4 oksid, havada çox az miqdarda (% 0 – 0,03) olmasına nisbətən, iqlim hadisələri üzərində əhəmiyyətli təzyiq göstərir. Karbon 4 oksid atmosferin günəş şüalarını udma və saxlama qabiliyyətini artırır. Miqdarının artması istiliyin artmasına, azalması istiliklərin düşməsinə səbəb olur. Geoloji aşırtlar içərisində CO2 miqdarın dəyişməsi iqlim dəyişmələrini təsir etmişdir.

Su buxarı, miqdarı istiliyə, yer və zamana bağlı olaraq ən çox dəyişən qazdır. Bu miqdar yerdən yüksəldikcə, sahildən uzaqlaşdıqca və Ekvatordan qütblərə doğru getdikcə azalr.

Atmosferin Təsirləri
1. İçərisində həyat üçün lazımlı olan qazlar tapılar.
2. Günəşdən gələn enerjinin sürətlə kosmosa əks olunmasına mane olar.
3. Günəş şüalarının dağılmasını təmin edərək, Günəşi doğrudan görməyən yerlərin də işıqlıq olmasını təmin edər.
4. İçindəki hava axınları sayəsində gündüz olan seqmentlərin həddindən artıq isti, gecə olan seqmentlərin də həddindən artıq soyumasına mane olar.
5. Günəşdən gələn zərərli şüaları saxlayar.
6. Səsi çatdırar.
7. İqlim hadisələri meydana gələr.
8. Kosmosdan gələn meteoritlərin parçalanmasını təmin edərək yerə çatmasına mane olar.

Atmosferin nəzəri üst sərhədi 10.000 kmdən keçər.

Comments are closed, but trackbacks and pingbacks are open.