Arzu və qənbər dastanı
Professor Qəzənfər Paşayev Azərbaycan elmi-ictimai mühitində xüsusi mövqeyi, nüfuzu olan ziyalılardandır. Yalnız onu qeyd etmək kifayətdir ki, İraq türkmanları (onların dili, ədəbiyyatı, mədəniyyəti və s.) deyəndə həm birinci, həm ikinci, həm də üçüncü Qəzənfər Paşayev yada düşür. Onun Kərkük dialektinin fonetikasına, İraq-türkman folkloruna həsr etdiyi araşdırmaları, uzun illər İraqı bizə tanıdan yeganə publisistik ensiklopediya – yol xəritəsi olan “Altı il Dəclə – Fərat sahillərində” kitabı, professor Tofiq Hacıyevin sözləri ilə desək, bütöv bir elm sahəsinin – kərkükşünaslığın əsaslarını yaratdı. Və bunun nəticəsidir ki, Qəzənfər Paşayev “Azərbaycan (yalnız Azərbaycanmı? – N.C.) kərkükşünaslığının banisi” (T.Hacıyev) hesab olunur.
Eta Terzibasi – Wikipedia
Tərzibaşı Əta Ömər oğlu ( 1924 , Kərkük – 2016 , Kərkük , İraq Kürdüstanı ) — ədəbiyyatşünas, tənqidçi, publisist, folklorçu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Türk Dil Qurumunun fəxri üzvü [1] .
Mündəricat
- 1 Həyatı
- 2 Yaradıcılığı
- 3 Əta Tərzibaşı Azəri ləhcəsi haqqında
- 4 Kitabları
- 5 İstinadlar
- 6 Həmçinin bax
Tərzibaşı Əta 1924-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açmış, orada boya-başa çatmışdır. Erudisiyalı qələm sahibidir. Kərkük şəhərində nəşr olunan “Bəşir” qəzetinin türkmanca bölməsinin redaktoru olmuşdur.
Yaradıcılığı
İraq türkmanlarının folklor nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində böyük xidmət göstərmişdir. “Kərkük xoryatları və maniləri” sanballı kitabının iki cildində xoryat və manilər barədə elmi araşdırmaları verilmişdir. 60-cı illərdə Bağdadda nəşr etdirdiyi üçcildlik “Kərkük şairləri” kitabında İraq-türkman şairlərinin həyat və yaradıcılığı haqqında yığcam məlumat və əsərlərindən nümunələr vermişdir. Onun Məhəmməd Füzuli, Şəhriyar, Hicri Dədə və b. haqqında elmi araşdırmaları çap olunmuşdur. Topladığı zəngin folklor nümunələri əsasında “Şərqilər və türkülər” (Bağdad, 1953), “Kərkük havaları” (Bağdad, 1961, 1989), “Kərkük əskilər sözü” (Bağdad, 1962), “Arzu Qənbər” dastanı (Bağdad, 1964) və s. kitablarını çap etdirmişdir. Həmin topluların demək olar ki, hamısı Bakı, Ankara, Tehran, İstanbul nəşriyyatlarında kütləvi tirajla nəşr olunmuşdur.
Əta Tərzibaşı Azəri ləhcəsi haqqında
Bizim türkman ləhcəsi azəri ləhcəsinə türk ləhcəsindən daha yaxın, bəlkə də əkiz qardaşlar olmaqla bərabər, bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsiri ilə biri-birindən xəbərsiz gəlişdikləri halda aralarında fərqlər bilinməmişdir.
- “Kərkük xoryatları və maniləri” I cild
- “Kərkük xoryatları və maniləri” II cild
- “Kərkük atalar sözü”
- “Kərkük şairləri”
- “Şərqilər və türkülər” (Bağdad, 1953),
- “Kərkük havaları” (Bağdad, 1961, 1989),
- “Kərkük əskilər sözü” (Bağdad, 1962),
- “Arzu Qənbər” dastanı (Bağdad, 1964)
İstinadlar
- ↑ “İraq bizə iraq deyil”, “Bakı” nəşriyyatı, 2002. səh.25–26.
Arzu və qənbər dastanı
Professor Qəzənfər Paşayev Azərbaycan elmi-ictimai mühitində xüsusi mövqeyi, nüfuzu olan ziyalılardandır. Yalnız onu qeyd etmək kifayətdir ki, İraq türkmanları (onların dili, ədəbiyyatı, mədəniyyəti və s.) deyəndə həm birinci, həm ikinci, həm də üçüncü Qəzənfər Paşayev yada düşür. Onun Kərkük dialektinin fonetikasına, İraq-türkman folkloruna həsr etdiyi araşdırmaları, uzun illər İraqı bizə tanıdan yeganə publisistik ensiklopediya – yol xəritəsi olan “Altı il Dəclə – Fərat sahillərində” kitabı, professor Tofiq Hacıyevin sözləri ilə desək, bütöv bir elm sahəsinin – kərkükşünaslığın əsaslarını yaratdı. Və bunun nəticəsidir ki, Qəzənfər Paşayev “Azərbaycan (yalnız Azərbaycanmı? – N.C.) kərkükşünaslığının banisi” (T.Hacıyev) hesab olunur.
Ancaq görkəmli alimin maraq dairəsi kərkükşünaslıqla məhdudlaşmır. Onun dil, ədəbiyyat, ölkəşünaslıq sahələrindəki çoxlu araşdırmaları, tərcümələri, eləcə də geniş elmi-ictimai fəaliyyəti Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Bu günlərdə anadan olmasının yetmiş beş, elmi-ictimai fəaliyyətinin əlli illiyini qeyd edən professor Qəzənfər Paşayev çoxsaylı dostlarını, həmkarlarını yeddicildlik “Seçilmiş əsərləri”nin nəşri ilə bir daha sevindirmişdir. Əlli illik yaradıcılığının məhsulu olan yeddicildliyinin birinci cildi bu sözlərlə başlayır: “Ömrün yarpaq tökən çağı o qədər də ürəkaçan deyilmiş. İllərlə dostluq etdiyin insanların, qohumların itkisi, nisgili, qocalığın təəssüfü adama rahatlıq vermir. Get-gedə ömrə ümidi azalan yaradıcı adam təsəllini qoyub gedəcəyi əsərlərdə tapır. “
Bu sözlərdəki qəmgin ahəngi duymamaq mümkün deyil, ancaq əsas odur ki, burada, birinci növbədə, ömrünü elmi axtarışlara, yaradıcılığa həsr etmiş (və işindən son dərəcə böyük zövq almış!) bir insanın müdriklik yaşındakı qənaətləri əks olunmuşdur. Nəfis tərtib edilmiş kitabları bir-bir vərəqləyib cilddən-cildə keçdikcə bir daha əmin olursan ki, müəllif müxtəlif illərdə çap edilmiş əsərləri küll halında yenidən oxuculara çatdırmaqda tamamilə haqlıdır. Çünki bu əsərlərin çoxu bizim elmi, ədəbi-ictimai fikrimizdə dərin izlərini qoymuş, bir növ, klassikaya çevrilmiş işlərdir. Məsələn, mərhum Əbdüllətif Bəndəroğlunun “şah əsər” adlandırdığı, ilk dəfə 1992-ci ildə nəşr olunmuş “İraq-türkman folkloru” monoqrafiyasını H.Araslı, M.H.Təhmasib, M.Seyidov. kimi böyük Azərbaycan ədəbiyyatşünaslarının monoqrafik əsərləri ilə müqayisə etmək mümkündür. Əsərin ilk nəşrinə yazdığı ön sözdə Ə.Bəndəroğlu etiraf edirdi ki, Qəzənfərin yazdığı bu əsər bizim üçün, yəni İraq türkmanları üçün sevgi və sevinc doğuran, könüllərdə yaşayıb unudulmayan, işıqlarla dolu bir hadisə kimi qalacaqdır. Bu əsər bizim folklor araşdırıcılarımızın yollarını işıqlandırmaq, aydınlaşdırmaq və yeni bir metodla yeni tədqiqatlar aparmaq sahəsində doğru və düzgün bir yol olacaqdır.
Artıq iyirmi ildir ki, Qəzənfər Paşayevin “İraq-türkman folkloru” monoqrafiyası bu sahədə ən mötəbər araşdırma olaraq qalır. Hər şeydən əvvəl ona görə ki, əsər olduqca zəngin fakt – material əsasında yazılmışdır; ikincisi ona görə ki, İraq-türkman folkloru ilk dəfə folklorşünaslığın müasir elmi-nəzəri tələbləri səviyyəsində təsnif olunmuşdur; üçüncüsü isə, əsər İraq türkmanlarına, onların dilinə, ədəbiyyatına və mədəniyyətinə böyük məhəbbətlə qələmə alınmışdır. Odur ki, “Seçilmiş əsərləri”n “İraq-türkman folkloru” monoqrafiyası ilə başlaması tamamilə təbiidir. Bu əsər Azərbaycan folklorşünaslığının “şah əsər”lərindən biridir. Bundan daha əvvəl –
60-cı illərin sonlarında isə müəllif “Kərkük dialektinin fonetikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi ki, həmin dissertasiya – monoqrafiya “Seçilmiş əsərləri”n ikinci cildində verilmişdir. “Kərkük dialektinin fonetikası” aydın şəkildə göstərdi ki, İraq türkmanlarının dili Azərbaycan dilinin çoxlu dialektlərindən biri, İraq türkmanları isə Azərbaycan türkləridir.
Mənə belə gəlir ki, Qəzənfər Paşayevin “Altı il Dəclə – Fərat sahillərində” əsəri müəllifinə şöhrət gətirən ilk əsər olmaqla qalmır, onun bütün yaradıcılığı üçün bir növ göstərici – proqram funksiyasını daşıyır. Həm elmi, həm bədii, həm də publisistik xarakter daşıyan bu əsəri Azərbaycan ədəbiyyatında çox az əsərlərlə müqayisə etmək olar. Yadımdadır ki, “Altı il Dəclə – Fərat sahillərində” kitabı keçən əsrin 80-ci illərində necə maraqla oxunurdu.
Qəzənfər Paşayev özünün əsas tədqiqat mövzusuna həmişə sədaqətlidir. Yeddicildliyin yalnız ilk cildlərində deyil, demək olar ki, bütün cildlərində İraq türkmanlarının dilindən, ədəbiyyatından, mədəniyyətindən nə isə var. Təsadüfi deyil ki, Kərkük bayatıları, atalar sözləri, mahnıları, tapmacaları, “Arzu – Qənbər dastanı” və Nəsiminin “İraq Divanı” məhz Qəzənfər Paşayev tərəfindən ilk dəfə tərtib olunaraq nəşr edilmişdir.
Yeddicildliyin üçüncü cildində “Borcumuzdur bu ehtiram” başlıqlı yazılar yer alır ki, həmin yazıları professor Nizaməddin Şəmsizadə, çox doğru olaraq, “unudulmazlar haqqında uvertüra” adlandırmışdır. Burada o insanlar xatırlanır ki, hər biri Azərbaycan xalqının tarixi obrazının yaranmasında iştirak etmişdi və “İllər keçəcək, Qəzənfər Paşayevin kitabı öz qəhrəmanları ilə birlikdə yeni nəsillər üçün mənalı bir dərsliyə, şəxsiyyətlər haqqında ensiklopediyaya çevrilərək üzərindəki imzanı nəsillərin yaddaşına həkk edəcək” (N.Şəmsizadə).
Yeddicildliyin iki, üç, dörd və beşinci cildləri müəllifin maraq dairəsinin genişliyini bütün miqyası (və təfsilatı) ilə təqdim edir. Biz həmin cildlərdəki məqalələrdə Qəzənfər Paşayevi dilçi, folklorşünas, tənqidçi-ədəbiyyatşünas, yazıçı-publisist kimi görürük. Azərbaycan elminin, ədəbiyyatının Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Abbas Zamanov, Yaşar Qarayev, Bəkir Nəbiyev, Mikayıl Azaflı, Əbdüllətif Bəndəroğlu. kimi yaradıcılığı, xarakteri bir-birindən fərqli onlarla nümayəndələri haqqında yazılarda Qəzənfər Paşayevin geniş dünyagörüşü, elmi erudisiyası və ədəbi-bədii istedadı özünü parlaq şəkildə göstərir.
Bu günlərdə dünyasını dəyişmiş akademik Bəkir Nəbiyevə həsr olunmuş “Ədəbiyyatşünaslıq elmimizin patriarxı” əsərində müəllif alimin yalnız yaradıcılıq yoluna nəzər salmır, onun klassik portretini canlandırmağa çalışır. Və beləliklə, böyük bir Azərbaycan alim-ziyalısının təkrarsız obrazını yaradır.
Akademik Bəkir Nəbiyevin böyüklüyü, ziyalılığı yalnız onun elmində deyildi, hərəkətlərində, ünsiyyətində, xüsusilə təfəkkürünün səliqə-sahmanında da bir ziyalılıq vardı. Etiraf etmək lazımdır ki, həmin xüsusiyyətlər yeddicildliyin müəllifinə də aiddir. Belə ki, Qəzənfər Paşayev indiyə qədərki radio, televiziya çıxışlarının mətnlərini, dissertasiya rəylərini də səliqə ilə saxlamış, “Seçilmiş əsərləri”nin beşinci cildinə daxil etmişdir.
Azərbaycan filologiyasında artıq nüfuz sahibi olan Hüseyn İsmayılov, Füzuli Gözəlov, Jalə Əliyeva, Nəsir Əhmədli, Muxtar İmanov, Yusif Səfərov, Flora Əlimirzəyeva, Mahmud Allahmanlı, Aybəniz Əliyeva-Kəngərli kimi onlarla alimin elmi işinə verdiyi opponent rəyləri yalnız Azərbaycan elminə təmənnasız xidmət deyil, həm də hər biri tədqiqat işi, elmi əsərdir ki, Qəzənfər Paşayevin intellektinin, geniş elmi-ədəbi dünyagörüşünün səviyyəsini, yaradıcı milli ictimai mühitlə məhsuldar əlaqəsini (əməkdaşlığını!) göstərir. Və bu əlaqənin (əməkdaşlığın!) vüsətini təsəvvür etmək üçün yeddicildlikdə haqlarında bəhs olunan, yaxud adları çəkilən yazıçıların, elm adamlarının siyahısını nəzərdən keçirsək, yəqin görərik ki, bir məşhur şəxsiyyət də diqqətdən (müəllifin maraq darəsindən) kənarda qalmamışdır.
Yeddicildliyin son cildlərində müəllifin tərcüməçilik fəaliyyəti, sözün geniş mənasında, ingilisdilli yaradıcılığı əhatə olunur. Dünya mədəniyyətinin Azərbaycanda tanıdılmasında, Azərbaycan mədəniyyətinin dünyada təbliğində Qəzənfər Paşayevin, həqiqətən, özünəməxsus xidmətləri vardır ki, bundan cəmiyyətimiz, elə bilirəm ki, yaxşı xəbərdardır. Yaradıcılığı biri digərindən tamamilə fərqlənən yazıçıları – Aleksandr Düma, Sula Benet və Aqata Kristini uğurla azərbaycancaya çevirən alim-tərcüməçinin öz əsərləri də dünyanın müxtəlif dillərinə çevrilərək Azərbaycandan çox-çox uzaqlarda (İraqdan ABŞ-a qədər!) nəşr olunmuşdur.
Professor Qəzənfər Paşayevin yeddicildlik “Seçilmiş əsərləri” inandırır ki, Azərbaycan humanitar elmi düşüncəsi həm tarixi ənənələrə sədaqəti, həm də müasirliyi ilə yaradıcı imkanlarını uğurla nümayiş etdirir.
Paşayeva əmisini belə təbrik etdi – Foto
Kult.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva əmisi Q.Paşayevi bu sözlərlə təbrik edib:
“Bu gün dəyərli alim, ziyalı, insan, əziz əmimiz Qəzənfər Paşayevin doğum günüdür. Qəzənfər müəllim sözün əsl mənasında örnək ziyalılardan biridir. Qəzənfər müəllim sanki Yer üzünə xeyirxahlıq etmək üçün gəlmiş, qəlbi Azərbaycanla, türk dünyası ilə döyünən dəyərli bir alim, ziyalıdır. Ona can sağlığı və qəlbində olan arzularına çatmasını diləyirəm!”
Qeyd edək ki, Qəzənfər Məhəmməd oğlu Paşayev 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düz Qıraqlı kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib.
1990-cı ildən isə BDU-da Xarici dillər kafedrasının dosenti və kafedra müdiri olub.
Comments are closed, but trackbacks and pingbacks are open.