Press "Enter" to skip to content

Ataya aid sözlər – Atalarımıza söyləyə biləcəyimiz ən gözəl şəkilli sözlər

Əcəl gələndə kimliyinə, harada və nə işlə məşğul olmağına baxmır. Statistik göstəricilərə görə, hər il dünyada təxminən 50 min nəfər sekslə məşğul olan zaman ölür. Bu statistikada kişilərin 25 faizi öz həyat yoldaşları ilə

Atamı necə sevindirə bilərəm

“Əziz qızım Sevda! Səni təbrik edirik. Sən təbiətdə ən müqəddəs zümrə olan analar cərgəsinə daxil olsan da bizim sevimli balamız Sevdasan”. Bu cümlələri Sevda İbrahimovanın atası, mərhum yazıçı Mirzə İbrahimovun 90 illiyində dərc etdirdiyi “Atama çatmayan məktub”unda oxuyuram. Dekabrın 17-də Mirzə İbrahimovun vəfatından 21 il ötdü. Onun anım günündə qızı, bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Sevda İbrahimova ilə atası barədə söhbət etmək istəyirəm. Sevda xanımın dekabrın 18-də 75 illik yubileyi münasibəti ilə Azərbaycan Dövlət Filarmoniyasında müəllif konserti keçiriləcəyi ilə bağlı işinin çox olmasına baxmayaraq, sağ olsun, sualları cavablandırmağa vaxt ayırır.

– Mirzə İbrahimovu tanımayan birinə siz onu necə tanıdardınız? Mirzə İbrahimov necə insan idi?

– Mən öz fikrimi deyə bilərəm. Amma insanlar onu necə tanıyıb deyə bilmərəm. Ürəyiaçıq, təmizqəlbli, saf qəlbli, heç vaxt heç kimə pislik etməyən. Hamıya kömək və yaxşılıq edən biri olub atam. Heç unuda bilmirəm, onu torpağa tapşıranda, arxamda bir qadının ağlayaraq: “atamız getdi”- sözünü eşitdim. Mən ondan soruşdum ki, siz onu tanıyırsınız? O dedi ki, “mən uşaq evində böyümüşəm. 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə yardım göndərərdi. Biz onu ata deyə çağırardıq”.
Yaxşı xatırlayıram, anam deyərdi ki, atam Ali Sovetdən aldığı maaşı da uşaq evlərinə göndərərdi. Özü də uşaqlıqdan ana-atasız böyüyən uşaq olub. Üç yaşında anasını, 7 yaşında isə atasını itirib. Atam danışırdı ki – ona da atası danışıb – doğulduğu kəndə (Sərab şəhəri yaxınlığında yerləşən Evə kəndi) aclıq düşür. Anaları vəfat edir. Atası analarının vəfatından sonra onları götürüb gəlir Azərbaycana. Böyük qardaşı yolda ölür. Atası ilə ikisi qalır. Atasını da Zabratda neft buruğu vurur. Bu uşaq isə bir varlı bəyin evində nökər qalır. Atam o qədər əziyyətlər görmüşdü ki.
Mən hələ 1918-19-cu illərdən danışıram. Nökərçiliklə dolandırıb özünü. 1920-ci ildə Sovet hakimiyyəti qurulanda bəy qaçır. Atam oxumaq istəyirdi. Onu Balaxanı fabrik-zavod məktəbinə qəbul edirlər. Müəllimləri onun ilk yaxınları, doğmaları olub. Bu yaxınlarda arxivimi yığışdıranda onun bir məqaləsinə rast gəldim – “Ana, ata müəllim”. O belə bir sitatla başlayır. “Görəsən dünyada elə bir insan tapılarmı ki, əbədi üçlük onun qəlbində daim yaşamasın-ana, ata, müəllim”.
Ancaq o ağlı, qələmi, öz qüvvəsi ilə hər şeyi əldə edib. 1934-cü ildən yazıçı kimi tanınmağa başlayır və onu Yazıçılar İttifaqına qəbul edirlər. Eyni zamanda, elmi fəaliyyətlə də məşğul olur. 1937-ci ildə Leninqrada gedir və dissertasiyasını müdafiə edir. “Həyat” pyesini yazır. Pyesin premyerası 1937-ci il aprelin 28-də, Üzeyir Hacıbəyovun “Koroğlu” operasının premyerası isə aprelin 30-da olur. Bu iki premyara gözəl qarşılanır. O vaxtı Bakıda Xaqani küçəsi 19 ünvanında yaradıcı insanlara mənzil verilirdi. Bülbül, Həqiqət Rzayeva, Niyazi, Müslüm Maqomayev, bütün tanınmış yazıçılar, şairlər, bəstəkarlar orda yaşayırdı. Atama oradan 3 otaqlı ev verdilər. 1938-ci ildə Qurban Primovun qızı Sara xanımla atam ailə həyatı qururlar. Çox gözəl, səmimi mehriban ailə idi.

– Necə tanış olmuşdular?

– Səməd əmi (Səməd Vurğunu nəzərdə tutur), Rəsul Rza, Sabit Rəhman kimi yazıçılar atamın əzizləri olub. Atamla anamın ailə həyatı qurmasına da onlar vəsilə olublar. Üzeyir bəylə də ata-oğul kimi idilər. Anam konservatoriyanı bitirən ilk Azərbaycan qadınlarından idi. Çox ciddi qadın idi. Heç vaxt heç kimi yaxınına buraxmazdı. Yayda azərbaycanlıların bir çoxu Kislovodskda dincəlməyə gedirdi. Səməd əmi də istəyirdi ki, atam da ailə qursun. Orda olan zaman deyib ki, sən niyə evlənmirsən? Atam da deyir ki, mən ancaq bu qızı istəyirəm, o da yaxın buraxmır. Sonra Səməd əmi bir gün anamla rastlaşanda deyib ki, ay Sara bacı, sən niyə Mirzəni bu qədər incidirsən? Anam heç nə deməyib, gülümsəyib. Sonra da münasibətləri yaranıb və ailə həyatı qurublar. Anamın barmağına nişan üzüyünü Nigar Rəfibəyli taxıb. Qismət elə gətirdi ki, elə mənim də barmağıma nişan üzüyünü Nigar xanım taxdı.

– Adınızı atanız qoymuşdu?

– Anam deyirdi ki, atam qoyub. Mən soruşmurdum ki, niyə qoyub?

– Yəqin ki, atanızın yaradıcılığınıza təsiri olub?

– Mən klassik, ciddi musiqi ilə məşğul idim. Bir dəfə mənə dedi ki, “qızım, bu şeiri oxu”. Nəriman Həsənzadənin “Sən məni yad et” şeiri idi. Hiss etdim ki, bu şeirə mahnı bəstələməyimi istəyir. Sonra o mənə nə qədər şeirlər verirdi. Mənim gözəl işlərim onunla bağlıdır. Mənim ürəyim onunladır.

Sevda xanım o günlərdən o qədər məhəbbətlə danışır ki, bunu onun səsində hiss edirəm. Deyir ki, atam anamı Sarıçka çağırırdı:

– Atam çox vəzifələrdə olub. Ancaq mən onu həmişə eyni cür görmüşəm. Hər bazar günü saat 2-də biz mütləq muğam konsertinə qulaq asardıq. Babam gələrdi. Mən onun ilk nəvəsi idim. Deyirdi ki, “otur mənimlə çal”. Ümumiyyətlə, atam musiqini çox istəyirdi. Ona görə də Üzeyir bəy atamı çox istəyirdi. Xəstə olanda, son günlərində ancaq deyirdi ki, “Mirzə, sən gəl yanıma”.
Mənim atam tək böyüyüb. Amma onda o qədər böyük insani keyfiyyətlər var idi. Onu dil məsələsinə görə işdən azad etdilər. Çünki 1956-cı ildə Azərbaycan dili məsələsini o, gündəmə gətirdi. Yadımdadır ki, bizi bulvara, indiki Sahil bağına aparanda, dil məsələsi olan vaxtlarda atamla qarşılaşan insanlar deyirdilər ki, biz sizinləyik. İşdən azad olunduğuna görə qətiyyən bədbin deyildi. Otururdu stol arxasında, yazırdı. Yazanda da özünü çox xoşbəxt hiss edirdi. Bir dəfə onu Fransaya göndərdilər. Qayıdanda onu hansısa vəzifəyə qoymalı idilər. Onda mən balaca idim. O, Fransaya gedəndən sonra anama zəng elədilər ki, keçmədi o vəzifəyə. Anam deyirdi ki, “indi mən ona qayıdanda necə deyəcəyəm?”. Atam anama “Sarıçka” deyirdi. Anam ona deyəndə ki, “keçməmisən”. Dedi ki, “nə olsun, Sarıçka, canın sağ olsun”. Bununla da söhbət qurtardı. Məni də yazıçılığa birinci cəlb edən elə o oldu. Deyirdi “qızım otur işlə”. Mən ifaçı idim. Amma yaradıcılığa həvəsi atam yaratmışdı. Çox böyük insan idi. Gözəl insan idi.

Söhbətin bu yerində yenidən Cənubi Azərbaycana, Mirzə İbrahimovun ana vətəninə qayıdırıq.

– Atanız sizi Cənubi Azərbaycana aparmışdı?

– Məni atam ora necə apara bilərdi? 1946-cı ildə (yəqin ki, burda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Demokratik Firqənin yarandığı dövrdən bəhs edir) mənim cəmi 7 yaşım var idi. Atam iş adamı idi. Özü İrana gedirdi. Onun İranda hərbi formada şəkilləri var. Bizim də getməyimizi arzu edirdi. Ora onun vətəni idi. AMEA-nın Cənubi Azərbaycan şöbəsinə böyük həvəslə gedirdi. Deyirdi ki, “görəsən, mən sizi Təbrizə apara biləcəyəm?”. Amma qismət olmadı. Onun vəfatından sonra getdim o torpaqlara. Yoldaşımın işi ilə əlaqədar müxtəlif yerlərə göndərirdilər. Bir dəfə dedi ki, “Mirzə əmi səni aparmaq istəyirdi. Gəl aparım səni”. Doğrudan da apardı. Getdik Səraba. Yaşadığı yerdən torpaq gətirib qoydum məzarına. Neynəyim? (kövrəlir).

Bu kədərli ab-havadan çıxmaq üçün atasının ən sevimli əşyasının nə olduğunu soruşuram:

– Onun masasına toxunmaq olmazdı. Onun öz qələmi, kağızları, yazısı var idi. Onun elə kitabxanası var idi ki, bütün dünya ədəbiyyatı orada toplanmışdı. Yay tətilində bütün rus, Avropa ədəbiyyatını oxuyurduq. Bizim evdə artıq söhbət yox idi. Babam tez-tez gəlib ifa edirdi. Atam ona öz atası kimi baxırdı. Atam tanıdığı birinin işdən çıxarılmasını eşidəndə olduqca narahat olurdu, onu sanki faciəyə çevirirdi. Amma özü isə heç nəyi faciəyə çevirməzdi. Bilirsiniz, atam aclıqla böyümüşdü. Ona görə də onun bütün bədəni zəif idi. Gözümün qabağındadır ki, o necə özünə qulluq edirdi. Nəyi yemək olar, nəyi yemək olmaz, diqqət edərdi. Hər səhər bir qaşıq balla çay içərdi. Özü-özünə baxmağı bilirdi. Mədəsində, qaraciyərində problemlər var idi. 82 il yaşadı. Amma anamın vəfatı ona daha çox təsir etdi, qocaltdı. Anama o qədər dəyər verərdi ki. Səhər duranda görürdü ki, anam yatıb, heç vaxt yuxudan oyatmazdı.
Atam bizə həmişə qəzəllər oxuyurdu. Bizi bazar günü oturdardı, Füzulini, Nizamini oxuyardı. Deyərdi ki, “qızım, qulaq as”. Bizdə musiqi sədası əskik olmazdı.

– Mirzə müəllimin özünün ən sevimli yazıçısı, bəstəkarı kim idi?

– Mən ayıra bilmərəm. Üzeyir bəy onun üçün ata idi. Hamı ilə gözəl münasibəti var idi. Səməd əmi, Rəsul Rza onun yaxınları olub. Bir də gördün yığılırdılar bağa söhbət edirdilər. Amma heç vaxt onlardan siyasi söhbətlər eşitməzdik.

– Özü siyasətçi olduğu halda siyasətdən danışmırdı?

– Ümumiyyətlə, o siyasətçi olmayıb. O, xalqını sevən sadə bir insan olub. Onun əsərlərinə fikir verin. Görün o siyasətçi idi? Sadəcə onu vəzifəyə qəbul ediblər. Çünki çox ağıllı insan idi. Ətrafındakı insanlar onu çox istəyirdilər. Siz o dövrü başa düşə bilməzsiniz. O dövr tamam başqa idi. Yazıçıların, bəstəkarların, demək olar ki, hamısı xalqını, vətənini sevirdi. Yadıma gəlir, 1956-cı il idi. Atam oturtdu bizi maşına, Şuşaya apardı. Orada qonaq evi var idi. Gördük ki, Fikrət Əmirov da ailəsi ilə ordadır. Bir az keçdi, Süleyman Ələsgərov gəldi. Süleyman müəllimin yoldaşı mənim ədəbiyyat müəllimim olub. Babam da hər yay bir ay Şuşada qalardı. Bizim belə gözəl günlərmiz olub. Otururduq, babam tar çalırdı. Mən bunu xatırlayıram. Bəli, o müxtəlif vəzifələrdə olub. Ulu öndər Heydər Əliyev vəzifəyə gələndə atamı tanıdı, bilirdi ki, necə insandır. Yenidən ona vəzifə verdi.

– Atanızın istədiyi, amma reallaşdıra bilmədiyi bir arzusu var idi?

– Vəfat edəndə heç nə demədi. Amma həmişə bir arzusu var idi. Deyirdi ki, görəsən sizi Təbrizə apara biləcəyəmmi?

– 1988-1990-cı illərdə baş verən hadisələri necə xatırlayırsınız?

– Vertolyot hadisəsi atama çox mənfi təsir etmişdi (Qarakənd üzərində vurulan vertolyot). O günlər hamımız dəhşətli hisslər yaşayırdıq. Çox böyük iztirab çəkirdik. Ağır vaxt idi. Sonra şükür ki, Heydər Əliyev cənabları gəldi. Sakit yaşayırıq. İndi dünyanın müxtəlif ölkələrində nələr baş verir. Həmişə ətrafımdakılara deyirəm ki, şükür ki, biz sakit, sabit bir ölkədə yaşayırıq.

Mirzə müəllimin vəfatı ilə bağlı danışmaq istəsəm də, tərəddüd edirəm. Üzr istəyərək, atasının vəfat gününü necə xatırladığını soruşuram, cavab verir:

– Yox, niyə üzr istəyirsiniz, mən sizə deyərəm. Narahat olmayın. Atam son günlərində xəstəxanada qalırdı. Yıxılmışdı, ayağı əzilmişdi. Bir gecə bacım, bir gecə mən olurdum yanında. Sonuncu həftəni evə gətirdik. Çox sakit getdi. Dünyasını dəyişəndə mən yanında idim. Üzündə sakit gözəl təbəssüm var idi.

– Nə vəsiyyət elədi?

– Yox, vəsiyyət eləmədi. Çünki əvvəldən bütün fikirlərini demişdi bizə. Bizə həmişə gözəl insan olmağı, yaxşılıq etməyi tövsiyə edərdi.

Söhbət əsnasında Mirzə müəllimin Abdulla Şaiqi repressiyadan qoruduğunu da öyrənirəm. Ümumiyyətlə, Mirzə müəllim barədə bir çox nüanslara toxunuruq. Sevda xanım ona yazdığı məktubunu mənə hədiyyə edir. Deyirəm ki, Sevda xanım, mən atanızı “Böyük Dayaq”la tanımışam. Sevda xanım da sözümü təsdiqləyir:

– Bəli, bəli. Bilirsiniz, Heydər Əliyevin anım günündə bizim televiziyalarda “Böyük Dayaq”filmini mütləq göstərirlər. Mənə deyirlər ki, mərhum Heydər Əliyevin sevimli filmi olub. Ümumiyyətlə, atam bütün əsərlərini çox böyük məhəbbətlə yazırdı.

Söhbət əsnasında diqqətimi çəkən məqam Sevda xanımın atasının müəllimlərə olan sevgisindən danışması idi. Ona görə də yazını Mirzə İbrahimovun müəllim peşəsinə olan sevgisini bildirən və qızına yazdığı məktubla bitirmək istəyirəm:

” Əziz qızım Sevda! İnsan üçün ən böyük səadət sevdiyi işlə məşğul olmaqdır. Sən isə Oqtayı sevirsən (onu sevməmək olmaz), yazmağı da sevirsən, çalmağı da, müəllimliyi də. Müəllimlik! Yazıçılıqdan sonra mənim ən yüksək tutduğum bir sənətdir. Çalış qızım, uşaqlarla o qədər həssas ol ki, onların ürəyindəki qığılçımları alovlandıra biləsən, ondan sonra özləri irəliləyəcək. Gələcəkdə onların parladığını, xoşbəxt olduğunu gördükdə isə sən yüz qat artıq sevinəcəksən. 10.02.1966″.

Rəsul Rza Mirzə İbrahimov 1934 cü il iyun.

Mirzə İbrahimov və Bülbül.

Mirzə İbrahimov Təbrizdə.

Rüfanə GÜNƏŞ,
“Azərbaycan müəllimi”

Ataya aid sözlər – Atalarımıza söyləyə biləcəyimiz ən gözəl şəkilli sözlər

Ata sevgisi dünyanın ən gözəl sevgilərindən biridir. Bəzən ata ocağından uzaq bir yerdə ola bilərsiniz. Bəlkə də o böyük çinar bu dünyadan köçə bilər. Ata haqqında xoş sözlər haqqında bilmədiklərinizi öyrənə və gözəl bir mesaj göndərərək atanızın qəlbini fəth edə bilərsiniz. Sizin üçün atalar üçün gözəl sözlər haqqında təfərrüatları bir araya gətirdik.Ata insanın dayana biləcəyi ən güclü təməl daşdır.Ən dəyərli varlığımız atalar haqqında sözlər burada.. Bu məqaləmizdə sizlər üçün ataya aid gözəl, təsirli, mənalı sözləri bir yerə toplamışıq.

Məqalə içərisində ATAya söylənəcək ən gözəl sözlərdən savayı şəkil üzərində ataya aid sözlər, duyğulandıran ataya aid şəkillər, ataya aid doğum günü təbrikiatalar gününə aid təbrik mesajlarını tapa biləcəksiniz.

Atanın çiyni deyilən bir yer var. Sümüklərinizə qədər sakitliyi hiss edirsiniz .

Atam üçün darıxırmaqmı? Kölgəsini görsəm sarılaram..

Məndən əksiklərimi soruşma həyat! Atam deyəcəm, tamamlaya bilməzsən!

Niyə, bilmirəm ancaq, bu gün səninçün yaman darıxmışam ATA.

Mənə bir bayram verin . İçəridə atam olsun .

Prenses olmaq üçün bir Prensə ehtiyacım yoxdur. Mən onsuz bir Kralın qızıyam!

Atam.. Sən olmayanda həmişə bir şeylər əksikdir..

Atanızla yaxşı rəfdar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəfdar etsin. (İbn Sina)

Ata haqqında atalar sözləri

Ata olarsan, ata qədrini bilərsən!

Dayça at olanda at rahatlayır, uşaq adam olanda ata rahatlayır.

Ata çinar kimidir . Meyvəsi olmasa da kölgəsi yetər .

Səbəbini bilmirəm, amma bu gün sənin üçün çox darıxmışam, ata.

Oğul günahsız olmaz, ata mərhəmətsiz.

Atanın duası, ananın ahı yerdə qalmaz.

Atalar günü təbrik mesajları

Atam . Sənsiz bir şey həmişə çatışmır.

Biricik ATAM, ailəmizin şirin və böyük ürəyi ilə ən cəsuru sənsən.. Yerini əsla heçkim doldura bilməz. Nə yaxşı ki, varsan!

Həyata addım atarkən əlimizdən tutan, bizə bütün bildiklərini öyrədən canım atam, böyüyərək öyrəndim ki, haqqın ödənməz. Atalar günün mübarək olsun!

Ataların ən şirini, biricik atam, mənə verdiyin əməklərinlə bu günlərə gəldim. Buna görə sənə sonsuz təşəkkür edirəm. Səni öpürəm. Atalar günün mübarək!

Atalar günün mübarək olsun canım atam. Mən nə qədər böyüsəm də, hər zaman sənin balaca, şıltaq qızın olaraq qalacam. Səni sevirəm!

Atanıza itaət etsəniz, oğlunuzdan hörmət və itaət gözləyə bilərsiniz.

Ataya aid duyğusal yazılı şəkillər

Atalar soyuq görünür, amma onların istiliyi ölümdən sonra da hiss olunur.

Bir ata yüz müəllimə dəyər.

Ataya aid doğum günü sözləri

Dünyanın ən yaraşıqlı atasına, Səni çox sevirik. Doğum günün mübarək olsun!

Ailəmizin yıxılmaz dirəyi, səni çooox sevirik. Ad günün mübarək olsun atam.

Dərdimi, sevincimi paylaşdığım tək dostum. Sən mənim həyatda ən çox dəyər verdiyim, sirdaşımsan. Allah səni bizim ailəmizə çox görməsin. Sənə can sağlığı arzu edirəm. Neçə belə illərə, gözəl ATAM!

Canım atam! Yanımda olmağın mənə həmişə güvən və sevinc verdi. Neçə belə illərə.

Ataya aid doğum günü təbrik videoları üçün Ad günü təbrikləri – Anaya, Ataya, Bacıya, Sevgiliyə aid doğum günü təbrik videoları adlı məqaləmizi ziyarət edə bilərsiniz.

Sizə maraqlı gələcək:

  • Qardaş sözləri, Qardaşa göndərmək üçün ən gözəl sözlər

Bir kişinin sizi sevib-sevmədiyini necə başa düşmək olar?

Qadınların əksəriyyəti bilir ki, kişilər öz sevgisi haqqında danışmağı sevmirlər, onlar öz sevgisini müəyyən hərəkətlər vasitəsilə ifadə edirlər. Buna görə əgər siz də sevdiyiniz insanın sizi sevib-sevmədiyini bilmək istəyirsinizsə, onda siz üstünlüyü əks cinsin sözlərinə yox, onun hislərinə, hərəkətlərinə verməlisiniz. Biz bunda sizə kömək edəcəyik.

Kişi sizə hədiyyələr alır

Qadınların əksəriyyəti münasibətlərdə hədiyyələrin rolunu qiymətləndirmirlər, lakin çox nahaq, axı kişi öz hədiyyələriylə sizə aid olduğunu göstərir. Kişilərə hədiyyələrin köməyi ilə öz hislərini ifadə etmək daha asandır, həm də bu hədiyyələr tamamilə ucuz ola bilər. Burada hədiyyənin qiyməti əhəmiyyətli deyil, diqqət özüdür. Hər bir sevən kişinin öz qadınını sevindirmək arzusudur.

Kişi qadının fikrinə hörmət edir və qulaq asır

Bir qayda olaraq, nə vaxt ki, biz sevirik, biz özümüzdə nələrisə dəyişdirməyə hazırıq, kişilərdə istisna deyil. Əgər o həqiqətən qadını sevirsə və hörmət edirsə, onda o onun fikrinə qulaq asır və əgər ona hansısa bir onun vərdişi xoşuna gəlmirsə, onda o ondan qurtulmağa çalışır.

Həmçinin kişilər sevdiyi insanla mübahisələrdən çəkinməyə çalışırlar və çox zaman ona güzəşt edirlər ki, onların arasında dava olmasın.

Biz təbii ki instinkt haqqında danışmırıq nə vaxt ki, kişilər gözəl qadın gördükləri zaman yaranır. Biz cinsi əlaqə zamanı qadın kişi münasibətini nəzərdə tuturuq. Kişi əgər həqiqətən qadını sevirsə, ilk növbədə öz həzzinin və hislərinin qayğısına qalmır, partnyorunun həzzi haqqında düşünür.

Həmçinin baxmaq lazımdır seksual əlaqədən sonra kişi özünü necə aparacaq, əgər o diqqət göstərməyə, qulluq etməyə, hədiyyələri dayandırır və soyuyursa, deməli sizdən ona yalnız seks lazımlı idi. Amma əgər o sizə əvvəlki kimi diqqətli və zərif davranırsa – dəməli o həqiqətən sizi sevir.

Kişi kömək etməyə hazırdır

Nə vaxt ki, biz sevirik, biz sevincimizi kədərimizi sevdiyimiz insanla bölüşməyə hazır oluruq. Əgər kişi sizin üçün narahat olursa, sizin problemlərinizlə maraqlanırsa və onları həll etməyə hazırdırsa – bu onun göstərir ki, siz ona həqiqətən lazımsız. O sizinlə öz problemləriylə bölüşür və öz həyatından danışırsa bu çox yaxşıdır…

Kişi heyran olursa

Aşiq insan öz sevdiyi insanda çatışmazlıqlara fikir vermir, o heç vaxt deməyəcək ki, siz arzularınızdan imtina edəsiz, o sizi tənqid etməyəcək.

Əgər kişi sevirsə, onda o sizi öz dostlarıyla, valideynlərlə və başqa insanlarla mütləq tanış edəcək, hansılar ki, onun həyatında mühüm rol oynayırlar. Amma gözləməyin ki, başqa insanların yanında o siz öpəcək, qucaqlayacaq və sevgisini göstərəcək. Kişilər yalnız öz hislərini ikilikdə göstərə bilərlər.

Maraqlı Baxılıb: 9906 Tarix: 24 aprel 2019
f Paylaş

Digər yazılar

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

KİŞİLƏRİN NƏZƏRİNƏ. Prostal vəzin inkişafı, cinsi zəiflik üçün illərlə sınanmış məcun

MƏHSUL HAQQINDA ƏTRAFLI. Yalnız 4 həftə içində penis həcm olaraq və uzunluq olaraq böyüyəcək. Hər gün kremi bir dəfə 10-15 dəqiqə masaj edərək sürtmək lazımdır. Kremdəki təbii komponentlər testosteron yüksəltməsini yardımç

DİQQƏT! Həyat tərzini dəyişdirmədən, pəhriz və idman olmadan çəki itirmək mümkün oldu.

MƏHSUL HAQQINDA ƏTRAFLI. Ayda 15 kiloqrama qədər itirmək üçün necə istifadə edəcəyinizi öyrənin. Artıq çəkisi olan insanlar kilo atmaq üçün ən asan yolu seçirlər və ya ümumiyyətlə arıqlamaq istəylərini tərk edirlər, çünk

Xınayaxdı üçün HAKIŞTALAR

Araz qırağı çiçәk, һaxışta,. Oraq götür gәl biçәk, һaxışta. Qardaş, nişanlın gördüm, һaxışta, . Üzündә yumru birçәk, һaxışta. Ağ sәnək ağzı burma, һaxışta,. Doldurub dalda durma, haxışta. Qardaş nişanlın gördüm, һaxışta

Kilolu və qısa boylu xanımlar necə geyinməlidir?

Həm qısa boylu, həm də kilolu qadınlara yaraşacaq geyimlər hansılardır? Bu bədən quruluşuna sahib olan xanımlar geyimlərini necə kombinasiya edə bilərlər?. Qısa boylu, böyük bədən xanımlar üçün əvəzolunmaz geyimlərdən bir

“Tezdən oyanmaq insanları ölümə sürükləyir” – Alimdən sensasiyalı açıqlama

Oksford Universitetinin Yuxu İnstitutunun professoru, neytobiloloq Pol Kelli bu günlərdə qəribə açıqlama ilə çıxış edib. O, dərs və iş vaxtının tez başlaması insanlarda stress, depressiya oyatmaqla yanaşı müxtəlif xəstəliklər

Qadınların cinsi həyatı ilə bağlı ən çox soruşulan 7 sualı cavablayırıq!

Hamının maraqlandığı amma soruşmağa cəsarət etmədiyi 7 sualı cavablarıyla birlikdə təqdim edirik!. 1. Qadınlar regl (mensturasiya) zamanı sekslə məşğul ola bilərmi?. Tekniki olaraq bunda bir problem yoxdur. Fiziki olara

Hər il dünyada 50 min nəfər seks zamanı ölür – Aralarında məşhurlar da var

Əcəl gələndə kimliyinə, harada və nə işlə məşğul olmağına baxmır. Statistik göstəricilərə görə, hər il dünyada təxminən 50 min nəfər sekslə məşğul olan zaman ölür. Bu statistikada kişilərin 25 faizi öz həyat yoldaşları ilə

4 aylıq körpə idmanla məşğul olarsa. FOTO

Körpə Ryanın atası onun şəkillərini çəkərək, fotoşopla maraqlı hala salıb. 2 il əvvəl qızı Ellanın şəkillərini çəkərkən, uşaq şəkillərinin darıxdırıcı olduğu qərarına gəlib

Comments are closed, but trackbacks and pingbacks are open.