Press "Enter" to skip to content

Avtomatlaşdırılmış layihələndirmə sistemləri

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

Hansı ixtisas sahibləri Vergilər Nazirliyində işləyə bilər?

Cavab: Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır.

Kreditlə və ya lizinq ilə alınan əsas vəsaitlər balansa salına bilərmi?
  1. Hüquqşünaslıq;
  2. Beynəlxalq hüquq;
  3. Dünya iqtisadiyyatı;
  4. Maliyyə;
  5. İqtisadiyyat;
  6. Statistika;
  7. Beynəlxalq iqtisadi münasibətlər;
  8. Mühasibat uçotu və audit;
  9. Maliyyə və kredit;
  10. İqtisadiyyatın tənzimlənməsi;
  11. Qiymət və qiymətin əmələ gəlməsi;
  12. Xəzinə əməliyyatlarının uçotu;
  13. İqtisadi nəzəriyyə;
  14. Vergilər və vergitutma;
  15. İqtisadi siyasət;
  16. Dünya iqtisadiyyatında informasiya texnologiyaları;
  17. Milli hesablar sistemi;
  18. Qiymətləndirmə (sahələr üzrə);
  19. Qiymətli kağızlar;
  20. Gömrük işinin təşkili;
  21. Gömrük ekspertizası (sahələr üzrə);
  22. İqtisadiyyatın hüquqi tənzimlənməsi;
  23. Vergi işinin təşkili və idarə edilməsi;
  24. Tətbiqi riyaziyyat;
  25. Avtomatlaşdırılmış layihələndirmə sistemləri (sahələr üzrə);
  26. İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (sahələr üzrə);
  27. Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı;
  28. Məlumatların mühafizəsinin texnologiyası və təşkili;
  29. Avtomatlaşdırma və informasiya texnikası.

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

– məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

– üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan namizədlərə üstünlük verilir. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Qeyd olunan məsələ ilə əlaqədar əlavə məlumat əldə etmək üçün aidiyyəti üzrə (012) 403-81-35 nömrəli telefona müraciət etməyiniz tövsiyə olunur.

Avtomatlaşdırılmış layihələndirmə sistemləri

Avtomatlaşdırılmış layihələndirmə sistemləri

Qrafik redaktorlar:

  • Corel PHOTO-PAİNT
  • Corel Draw proqramının interfeysi.
  • 3D Studio Max proqramı
  • Adobe Photoshop proqramı

Multimedia sistemləri

Kompüterlərdə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin edən qurğu multimedia qurğusu adlanır. Bu qurğu özündə mikrofonu, web-kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı (analoq formasında olan) ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia qurğusunun koməyi ilə kompüter şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata keçirirlər.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

Siyirtmələrin hissələrinin xüsusi avtomatlaşdırılmış avadanlıqda emal edilməsinin iqtisadi səmərəliliyi

Elmin fasiləsiz inkişafı və maşınqayırma istehsalının təşkilinin, texnika və texnologiyasının təkmilləşdirilməsi pəstahların hazırlanması və onların emal olunmasının daha yeni üsul və vasitələrinin yaranmasına səbəb olur. Hal-hazırda respublikamızda mövcud olan istehsal şəraitində neft-mədən maşınqayırmasında istifadə olunan hissələrin hazırlanma üsul və vasitələrinin iqtisadi səmərəliliyinin artırılması böyük əhəmiyyət kəsb edir. Mövcud istehsal imkanları müxtəlif olaraq, müxtəlif material və yarımfabrikatlardan istifadə olunmasından, müxtəlif mütərəqqi texnoloji vasitələrin tətbiqindən, istehsalın bu və ya digər formada təşkilindən, vacib hissələrin hazırlanması üçün lazımi işlərin görülməsindən ibarət ola bilər. İstehsalata yeni üsul və vasitələrin tətbiq olunması zamanı onların əlverişli olub olmaması, son nəticəni almaq üçün tətbiq olunan üsul və vasitələrlə müqayisə olunaraq iqtisadi analiz əsasında təyin olunur.

Problemin qoyuluşu [ redaktə ]

Siyirtmənin pardaqlanması (model).

Hazırda neft quyularının istismarında istifadə olunan fontan armaturasının siyirtmələrinin uzunömürlülüyünün artırılması istehsalçıların qarşısında duran vacib məsələlərdən biridir. Məlumdur ki, siyirtmələrin sıradan çıxmasının əsas səbəblərindən biri də onun bağlayıcı düyümünün işləmə qabiliyyətini itirməsidir. Bağlayıcı düyümünün işləmə qabiliyyəti onun hissələrinin kipləşdirici səthlərinin dəqiqliyindən aslıdır. Düzaxımlı siyirtmələrin bağlayıcı düyümünün hissələrinin yüksəkdəqiqlikli səthləri mexaniki, termiki və termiki-kimyəvi emalların nəticəsində formalaşır. Səthlərin mexaniki üsulla formalaşmasında hissənin hazırlanmasının maya dəyəri və əmək tutumu ilə sıx bağlı olan və son dəqiqliyi təyin edən pardaqlama əməliyyatının payına xeyli iş düşür. Pardaqlama əməliyyatına çəkilən xərclər hissənin hazırlanmasına sərf olunan xərclərin əsas hissəsidir. Məlumdur ki, hissələrin hazırlanmasının əmək tutumu və maya dəyəri emalın dəqiqliyi ilə müəyyən asıllıqlar vasitəsilə qiymətləndirilir. Buna görə də, məqsədi hazırlanan hissələrin dəqiqliyini təmin etməkdən ibarət olan işlənmiş yeni üsul və vasitələr səthin lazımi dəqiqliyinə və keyfiyyətinə olan tələbatı ödəməklə prosesin optimal şəraitdə keçməsini təmin etməlidir. Respublikamızın neft mədənlərində istifadə olunan siyirtmələrin hissələrinin yüksəkdəqiqlikli səthlərinin finiş emalı əsasən Bakı neft mədən maşınqayırma və Səttarxan adına zavodlarda yastı pardaqlama dəzgahlarında periferik və yan pardaqlama ilə aparılır (şəkil 1). Kipləşdirici səthlərin pardaqlanması zamanı pardaq dairəsinin hissə ilə kontakt sahəsindən aslı olaraq giriş, çıxış və deşik zonalarında kəsmə qüvvəsinin dəyişməsilə xarakterik forma xətaları əmələ gəlir (şəkil 2). Bu xətaları aradan qaldırmaq məqsədilə kəsmə qüvvəsinin idarə edilməsi üçün yastı pardaqlama dəzgahının stolunun verişinə təsir üsullarından istifadə olunur. İstehsal şəraitində kəsmə qüvvəsinin və sistemin sərt yerdəyişməsinin səthin dəqiqliyinə təsirini azaltmaq məqsədilə pardaqlama prosesi aşağı rejimlərdə aparılır. Aşağı rejimlərdə emalın aparılması iqtisadi cəhətdən əlverişli deyil, çünki bu zaman emala sərf olunan əsas vaxt artır və bunun nəticəsində məhsuldarlıq aşağı düşür.

Pardaqlama xərclərinin hesablanması [ redaktə ]

Yastı pardaqlama əməliyyatında gətirilmiş xərclər aşağıdakı düsturla hesablanır:

E p r o s = L ∗ h ⟨ E d 1000 ∗ V p ∗ S p ∗ S t + t ∗ E d + I 1000 ∗ V p ∗ S p ∗ S t ∗ T a ⟩ =L*h\left\langle >*S_

*S_>>++I>*S_

*S_*T_>>\right\rangle > `(1)

  • L,h- çıxarılan eal payının qalınlığı və uzunluğudur,
  • t – dairənin düzləndirilməsinə sərf olunan vaxtdır,
  • Ed- dəzgahdan istifadə üçün gətirilmiş xərclərdir,
  • İ- alət üçün gətirilmiş xərclərdir,
  • Vp, Sp, St- kəsmə rejimləridir,
  • Ta-alətin davamlıq müddətidir.

Düsturdan göründüyü kimi, kəsmə rejimlərini artırmaqla əməliyyat üçün gətirilmiş xərclərin minimal qiymətlərini əldə etmək olar. Buna pardaqlama prosesinin dəqiqliyinin idarə olunmasında nail olmaq olar. Dəqiqliyin idarə olunmasında uzununa veriş hissəsinin boyunca müəyyən olunmuş qanunauyğunluqla dəyişir, ona görə də düsturu aşağıdakı kimi olacaq:

E p r o s = h ⟨ E d 1000 ∗ S p ∗ S t ∑ i = 1 k ∫ 0 L x v t ( x ) d x + t ∗ E d + I 1000 ∗ S p ∗ S t ∗ T a ∫ 0 L x v t ( x ) d x ⟩ =h\left\langle >*S_>>\sum _^\int _^>dx++I>*S_*T_>>\int _^>dx\right\rangle > `(2)

Düsturdakı kəsrin məxrəcində uzununa veriş koordinatdan aslı olaraq minimum qiymətdən maksimuma qədər idarə olunur. Yaranan xətaları aradan qaldırmaq məqsədilə dəqiqliyin idarə olunmasında müxtəlif proqramdaşıyıcılardan – yumrucuqlardan, kopirlərdən, perfolentlərdən, maqnit daşıyıcılardan və s. istifadə etmək olar. İri seriyalı və kütləvi istehsalda istehsal olunan hissələrin unifikasiya dərəcəsindən asılı olaraq sərt proqramdaşıyıcılardan istifadə etmək olar. Kiçik seriyalı və seriyalı istehsalda isə hazırlanan hissələrin nomenklaturası çoxsaylı olduğundan hər bir hissə üçün pardaqlanan səthlərin formasından aslı olaraq xüsusi idarəedici proqramlar işləmək lazım gəlir, burada sərt proqramdaşıyıcılardan istifadə olunması məqsədəuyğun sayılmır və iqtisadi cəhətdən səmərəli olmur. Kiçik seriyalı və seriyalı istehsalda siyirtmələrin bağlayıcı düyünlərinin yüksəkdəqiqlikli hissələrinin səthlərinin istehsalında pardaqlama prosesinin idarə olunmasını tez sazlana bilən qurğular vasitəsilə aparmaq məqsədəuyğundur. Bu məqsədlə EHM- larından rəqəmli proqramlaşdırma əsasında avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) xidmət edə bilər. Yuxarıda qeyd edilmiş idarəetməni RPİQ dəzgahlarında da aparmaq olar. Universal RPİQ bir qayda olaraq xüsusilərdən mürəkkəb və bahadır, bu zaman onların bəzi funksiyaları artıq qalır, ancaq sexdə və ya zavodda olan EHM-dən istifadə etdikdə yalnız sadə strukturaya malik olan xüsusi idarəedici qurğu işləmək lazım gəlir. Yastı pardaqlama prosesinin layihələndirilməsi və idarə edici proqramların işlənməsi çıxış siqnalları bloku olan EHM-in köməyi ilə yerinə yetirilir. EHM-də işlənmiş siqnallar çevricilərdən keçərək dəzgahın stolunun sürətini idarə edən droselin ştokunda yerləşdirilmiş addım mühərrikinə ötürülür. Əgər sexdə bir neçə dəzgah varsa, onda onların idarə olunmasının bir EHM-dən aparılması məqsədəuyğundur. Yeni avadanlığın layihələndirilməsi mərhələsində və avadanlıqların əvvəlcə mənimsənilmiş konstruksiyalarını təkmilləşdirdikdə hər bir yeni texniki qərar texniki iqtisadi əsaslandırılmalıdır. Bu məqsədlə pardaqlama prosesinin dəqiqliyinin EHM-dən idarə etmə sisteminin nə dərəcədə iqtisadi cəhətdən səmərəli olduğunu aydınlaşdıraq. Prosesi rəqəmli proqramla idarə etmək üçün istehsalatda mövcud olan dəzgahları modernləşdirmək lazımdır. Modernləşdirmə zamanı xərclər yeni kapital qoyuluşlarını bütöv və ya hissələrin lazımi dəqiqliklə və keyfiyyətdə hazırlanmasını həyata keçirməklə şərtlənən bir hissəsini təşkil edə bilər. Bunlara AİS-nin hissələrinin layihələndirilməsinə, hazırlanmasına və ya alınmasına, onların yığılmasına çəkilən xərcləri aid etmək olar. Bundan başqa xərclərə istehsal prosesinin proqramlaşdırılması və idarə edilməsi üçün istifadə olunan digər qurğularla-EHM-lərlə aslı qoyuluşlarda əlavə edilir. Ötürmənin hazırlanmasına kapital qoyuluşları (Cup) dəzgahların sayından aslı olaraq təyin olunurlar. Yuxarıda qeyd edildiyi kimi, idarəedici EHM-lər ayrı-ayrı iş yerləri üzrə təhkim olunmurlar, onlar bütün sahəni və ya sexi eyni zamanda idarə etməyə imkan verirlər. Buna görə də onların aidiyyatı olan əməliyyatlar üzrə kapital qoyuluşları (Cp) işçi yerlərin (N) sayına mütənasib olaraq kapital qoyuluşlarının həcmi ilə təyin olunur. Modernləşdirmə ilə əlaqədar olaraq, xərcləri aşağıdakı kimi göstərmək olar:

  • burada: Cap – modellləşdirmə zamanı ləğv edilən düyün və hissələrin tam maya dəyəridir.

Yuxarıda qeyd edildiyi kimi, EHM-in idarə etmədə tətbiq olunması yastı pardaqlama prosesinin avtomatlaşdırılmış layihələndirmə sistemlərinin (ALS) tətbiqi ilə layihələndirmə mərhələsində onun planlaşdırılması və təşkil olunması imkanlarını artırır. Yastı pardaqlama prosesinin layihələndirilməsində ALS-nin istifadə olunmasının səmərəliliyi layihəçilərin, texnoloqların əmək məhsuldarlığının artırılması, çəkilən xərclərin azaldılması və hazırlanan texnoloji sənədlərin keyfiyyətinin artırılması sayəsində əldə edilir. ALS-nin tətbiqi EHM-də idarə etmənin səmərəliliyinin artırılması üçün geniş imkanlar açır. EHM-də pardaqlama prosesini layihələndirən zaman iqtisadi dəqiqlik meyarına görə struktur optimallaşdırma əsasında optimal pardaqlama tsiklini formalaşdıran və əməliyyata çəkilən xərclər meyarı əsasında optimal kəsmə rejimlərinin seçilməsini təmin edən tətbiqi proqramlar paketi işləməklə pardaqlama prosesinin səmərəliliyinin artırılmasına nail olmaq olar. İkinci halda optimallıq kriteriyası kimi pardaqlama rejimlərindən aslı olan xərclər götürülür. ALS-nin tətbiqi və istifadəsində əldə edilən səmərəlilik aşağıdakı düsturla hesablanır:

  • burada:
  • ΔS- ALS-in köməyi ilə layihələndirmə zamanı layihə təşkilatında əmək məhsuldarlığının artırılması ilə şərtlənən maya dəyərinin aşağı düşməsidir,
  • ΔK – ALS-in yaradılması və tətbiqi ilə əlaqədar əlavə kapital qoyuluşudur,
  • Kqix- ALS-in yaradılması ilə əlaqədar qeyri-istehsal xərcləridir.

EHM-in köməyi ilə avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi ilə əlaqədar ümumi səmərəlilik belə olacaq:

E s u m = E e f f + ( E i s t 1 + E i s t ) − E m o d =E_+(E_+E_)-E_> (5)

Xülasə [ redaktə ]

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, düzaxımlı siyirtmələrin bağlayıcı düyünlərinin hissələrinin hesablama texnikasının köməyi ilə xüsusi avtomatlaşdırılmış avadanlıqda emal edilməsi məmulların sürətlə dəyişdiyi bir şəraitdə istehsalın texnoloji hazırlığı ilə əlaqədar görülən işlərin həcminin effektiv azaldılmasına imkan verir. Pardaqlama əməliyyatının yeni formada təşkilini tələb edən layihələndirmə və idarəedici proqramları hazırlayan sistemlərin texnoloji sisitemə inteqrasiyası vasitəsilə aşağı maya dəyərində yüksək keyfiyyətli hissələrin hazırlanması mümkündür.

Ədəbiyyatlar [ redaktə ]

  • Гусейнов Г., Алиев Р. Исследование механизма образования погрешностей при внутреннум круглом шлифовании. Известия вузов «Нефт и газ», 2(1994), Стр.79-85
  • Голубков А.И. Оценка технико-экономической эффективности внедрения новой техники: методическое руководство. М:Извательство “Экономика”, 1964 – 142 с.

Comments are closed, but trackbacks and pingbacks are open.