Press "Enter" to skip to content

Avtomobilin tarixinin VIN kod üzrə yoxlanması nəyə lazımdır

– Azərbaycanda avtomobil dilerləri kredit şərtlərini yüksək tutmur ki?

Ağlasığmaz faizlər, ilkin ödəniş və gömrük rüsumu: Yeni avtomobili necə əlçatan etmək olar? – FOTO

Azərbaycanda avtokredit şərtləri, yeni avtomobil sahibi olmaq üçün nə qədər vəsait ayırmaq lazım olduğunu, eləcə də bazardakı cari vəziyyəti öyrənmək üçün Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Natiq Zərbəliyev ilə müsahibə etdik.

Milli.Az Assosiasiya sədrinin Oxu.Az-a müsahibəsini təqdim edir:

– Azərbaycanda avtokreditlərin şərtlərini dəyərləndirə bilərsiniz?

– Avtomobil kreditləri əhalinin böyük bir qismi üçün əlçatan deyil. İllik 24 faiz ilə orta büdcəyə qədər olan avtomobillər üçün 40 faiz, lüks avtomobillər üçün isə 50 faiz ilkin ödəniş tələb edilir. Yüksək gömrük xərcləri, üstəgəl kredit şərtləri ilə avtomobilin qiyməti müəyyən seqmentlərdə hətta iki dəfə artır. Buna görə də, avtomobil almaq istəyən şəxs 40-50 faiz ilkin ödəniş etmək əvəzinə, bu məbləğə bazardan Gürcüstandan gətirilmiş, qəzadan çıxmış, sonradan bərpa olunmuş, ekoloji və təhlükəsizlik tələblərinə cavab verməyən avtomobili almağa məcbur olur. Dünyanın heç bir yerində bu cür kredit şərtləri yoxdur. Bir çox ölkələrdə hətta illik 15-18 faizlə, ilkin ödənişsiz kreditlər təklif olunur.

– Nəyə görə avtokreditlərdə şərtlər əlverişsizdir?

– Ötən günlərdə Azərbaycan Banklar Assosiasiyası ilə görüş keçirdik. Müzakirələr apardıq. Azərbaycanda banklar üçün müəyyən risklər var. Ölkəmizdə kredit təşkilatları daha aşağı şərtlərlə avtokredit təklif etmək imkanlarının olmadığını bildirirlər. Görünən odur ki, hazırda avtokreditlərin daha münasib olması üçün xüsusi dövlət siyasətinin tətbiq edilməsi lazımdır. Ölkəmizdə avtomobil parkının yenilənməsini, eləcə də ekoloji cəhətdən daha təmiz mühitə şərait yarada biləcək avtomobillərin idxalını istəyiriksə, bunun üçün xüsusilə dövlət tərəfindən proqram hazırlanmalıdır ki, yeni avtomobillərin satışını təşviq edək. Bu, böyük müzakirənin mövzusudur və hələlik reallıq deyil.

– Hansı şərtlərlə vətəndaşlara avtokreditlər verilsə, daha məqsədəuyğun olar? Bununla bağlı təklifləriniz var?

– Bizim müvafiq hökumət orqanlarına verdiyimiz təkliflərə əsasən illik 16 faizlə, 10-15, maksimum 20 faiz ilkin ödənişlə avtokreditlərin verilməsi daha məqsədəuyğundur. Avtomobillərin kreditlə satışı zamanı müəyyən bürokratik məsələlər var ki, onlar ləğv olunmalıdır. Məsələn, sənədləşdirmə prosesi lazımsız dərəcədə çox uzundur. Dünyanın heç bir ölkəsində bu cür uzun sənədləşdirmə prosesi mövcud deyil. Bütün bu məsələlər nəzərə alınsa, yeni avtomobillərin satışına təkan verilə bilər.

– Azərbaycanda avtomobil dilerləri kredit şərtlərini yüksək tutmur ki?

– Avtomobil biznesinin adı ağır, xərci isə çoxdur. Rəsmi avtomobil dilerləri avtomobilin vintinə qədər cavabdehdir və hər bir hissənin zəmanətini verir. Mən düşünmürəm ki, avtomobil dilerlərinin müəyyən etdiyi qiymətlər və kredit şərtləri normaldır. Düşünürəm ki, avtomobil dilerləri yeni modellər gətirməyə daha maraqlıdır. Azərbaycanda rəsmi dilerlərin ötən il və daha öncəki il gətirdikləri maşınlar anbarlarda qalıb. Dilerlər münasib marja ilə işləyirlər, sadəcə onların xərci çoxdur. Azərbaycanın idxal etdiyi avtomobillərin gömrük rüsumları yüksəkdir. Avtomobil ölkəyə gətirildikdən sonra onun qiyməti artır. Bəzən dilerlər avtomobilin satışını edərkən gəlir belə əldə edə bilmirlər. Hazırda Azərbaycanda rəsmi avtomobil dilerləri maddi baxımdan çətin vəziyyətdədirlər.

– Azərbaycanda avtomobil qiymətlərinin kredit şərtləri ilə birgə iki dəfəyə qədər artdığını bildirdiniz. Gömrük xərclərinin azaldılması istiqamətində hansısa təkliflər hazırlanır?

– Bu barədə hökumətə müvafiq təkliflər ünvanlamışıq. Həm gömrük prosesləri, həm də gömrük anbarları barədə müəyyən təkliflər hazırlamışıq və göndərmişik. Qəzalar zamanı ölənlərin sayının çox olması avtomobillərin müasir sistemlərlə təchiz edilməməsindən və köhnə olmasından irəli gəlir. Biz ekoloji cəhətdən havanı korlayan köhnə avtomobillərin qarşısını almaq və onların satış məqsədilə idxalını seyrəltmək üçün avtomobilin istehsal ilindən asılı olaraq şkala tətbiq edilməsini təklif etmişik. Elə əmsal müəyyən edilsin ki, köhnə avtomobili gətirib satmaq əlverişli olmasın. Bunun üçün ciddi texniki tələblər olmalıdır. Bilirik ki, qəzadan çıxmış, aşmış avtomobillər Gürcüstanda “yapışdırılır” və ölkəyə idxal edilir. Təkcə gömrük məntəqəsi anbarının qarşısında durmaq burada iri, yüklü avtomobillərdə daşınan qabaq, yan hissələri və arxası olmayan maşınları görməyə kifayət edir. Bunların qarşısını almaq iqtisadi cəhətdən də əlverişli olacaq. Hər il ölkədən milyonlarla dollar dəyərində vəsait ölkədən çıxır və ölkəyə sınıq-salxaq avtomobillər gətirilir. Təbii ki, sonradan onların ehtiyat hissələri üçün də yenidən müəyyən valyuta ölkədən çıxarılmalı olur. Deməli biz vəsaiti xərcləyirik, onun əvəzində isə ölkəni dəmir qırıntılarının ölüxanasına çeviririk. Yaxşı olardı ki, ölkəyə yeni avtomobillər gətirilsin. Bu prosesin iqtisadiyyata da böyük xeyri olacaq.

– Ölkəyə yeni avtomobillərin gətirilməsini necə təşviq edə bilərik?

– Güman ki, yeni avtomobillərin idxalını təşviq etmək üçün gömrükdə dəyişikliklər labüddür. Düşünürük ki, idxalı üçün rüsum və aksizlər yüksəkdir. Buna görə də avtomobillərin qiyməti hiss olunacaq dərəcədə yüksəkdir. Bu cür gömrük rüsumları ilə avtomobili burada gətirib satmaq çətin olur. Avtomobil dilerlərinin anbarları bir-neçə ildir ki, maşınlarla doludur. Ona görə də, təbii ki, bu məsələlər mütləq şəkildə öz həllini tapmalıdır.

– Hazırda normal texniki imkanlara sahib avtomobil əldə etmək üçün nə qədər ödəniş edilməlidir?

– Əlçatan seqment üçün qiymətlər 25 000 – 27 000 manatdan başlayır. Bazarda bu qiymətə təhlükəsizlik sistemləri ilə tam təchiz olunmuş komfortlu avtomobil əldə etmək olar. Növbəti seqmentdə ən əlverişli qiymətlər Çin və Koreya avtomobilləri üçün təklif edilə bilər. Belə ki, qiymətlər 30 000 manatdan başlayır və bu qiymətlərə həm tam təchizatlı, təhlükəsiz, həm də müasir dizaynlı avtomobillər əldə edilə bilər. Daha sonra orta seqment və nəhayət lüks avtomobillər gəlir. Bu seqment üzrə qiymətlər 100 000 – 200 000 manat civarındadır. Azərbaycanda lüks avtomobillərin qiyməti 300 000 – 400 000 manatdan yuxarı da ola bilir. Mən test yürüşləri zamanı yarım milyondan çox qiyməti olan avtomobil də idarə etmişəm. Avtomobil qiymətlərində hədd yoxdur. Beynəlxalq avto-şoularda 3 milyon avro civarında avtomobillər də görmüşəm. Necə deyərlər, hər avtomobilin öz alıcısı var.

Milli.Az

Avtomobilin tarixinin VIN kod üzrə yoxlanması nəyə lazımdır?

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
Nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi (VIN/BAN) və ya avtomobilçilərin çox zaman işlətdiyi ifadə ilə desək, VIN-kod sizin avtomobilinizlə bağlı sığorta polislərinin rəsmiləşdirilməsi, alqı-satqının aparılması, ehtiyat hissələri və komplektləşdiricilərin sifarişi və s. kimi əməliyyatların əksəriyyətinin həyata keçirilməsi zamanı sənədlərdə qeyd edilir.

VIN-kod – hər bir avtomobilə verilən unikal 17-rəqəmli koddur. Onun köməyi ilə təkcə avtomobilin istehsalçısı haqqında informasiya almaq deyil, həm də onun tarixini, YNH-də iştirakını və digər maraqlı təfsilatları izləmək mümkündür.
Vin-kodun istifadəsi ban və ya şassinin çətin əl çatan yerlərinə vurulması sayəsində avtomobillərin qaçırılmadan müdafiəsini gücləndirməyə imkan vermişdir.

VIN kod üzrə yoxlama aparmaqla, siz nəqliyyat vasitənizin harada istehsal olunması və yığılması haqqında məlumat əldə edə, onun modeli və buraxılış işi, rəngini, baza komplektasiyasını öyrənə və digər məlumatları ala bilərsiniz. Bundan başqa, vin-kod əsasında maşının olduğu ölkəni tərk etməsi, YNH-də olmasını yoxlamaq olar. Yoxlama nəticəsinin həqiqətlə üst-üstə düşmədiyi halda, sizin qarşısınızda, çox güman ki, qaçırılmış avtomobildir.

VIN kodun yoxlanması zərurəti nə zaman yaranır

İkinci əl bazarda avtomobil alarkən, siz, şəksiz ki, onun vəziyyətini qiymətləndirmək, yürüş məsafəsini və onun əvvəlki tarixini bilmək istəyirsiniz. Məsələn, avtomobilin qəzaya düşməsini, həbslərə məruz qalmasını və s. Xüsusilə də, onun qaçırılması və axtarışda olub olmamasını. Həmçinin, vin-kodu bilmək avtomobil üçün ehtiyat hissələri və komplektləşdiricilərin sifarişi zamanı lazım ola bilər.

Avtomobil alarkən, sənədlərin rəsmiləşdirilməsi və etibarnamənin verilməsindən öncə mütləq nəqliyyat vasitəsinin pasportunda göstərilmiş VIN nömrəsini lövhəcik və bana vurulmuş kodla tutuşdurmaq, eləcə də maşının tarixini İnternet vasitəsilə müstəqil şəkildə yoxlamaq lazımdır.

Maşının tarixini VIN-kod əsasında necə yoxlamaq olar?

İnformasiya texnologiyalarının inkişafı əsrində vin-kodu verilənlər bazası üzrə yoxlamaq çətinlik yaratmayacaq. ABŞ-dan Bakıya gətirilmiş istənilən maşının tarixini indi onlayn yoxlamaq mümkündür!

Hazırda Azərbaycanda mövcud olan yeganə resurs https://vini.az onlayn servisidir.

Vini.az real vaxt rejimində ABŞ-dan olan maşınların tarixini yoxlamağı təklif edir. Sizə avtomobil haqqında aşağıdakı kimi məlumatlar açıq olacaq:

•Hərraclar və avtomobil ölüxanalarından qeydlər
•Qəza tarixçəsi
•Yürüş
•Qaçırılmalar haqqında məlumatlar
•Avtomobilin “suda batması” haqqında məlumatlar
•Satış tarixi
•Texniki xüsusiyyətləri
•Eləcə də, 60-dan artıq digər yoxlamalar!

Həmçinin saytda avtomobilinizin texniki xüsusiyyətlərini dair pulsuz hesabat almaq olar.

Siz, ABŞ-dan gələn avtomobili almazdan öncə vin-kodu yoxlamaqla, satıcının sizə nə satmaq istədiyini daha yaxşı başa düşə bilərsiniz, çünki Bakı avtomobil bazarında ABŞ-dan gələn vurulmuş və problemli maşınları “ideal vəziyyətdə olan avtomobil” kimi təqdim edən çox sayda vicdansız satıcının olması sirr deyil.

Bu, əlbəttə ki, sizi dələduzlardan 100% müdafiə etməyəcək, lakin maşın alan zaman müəyyən əminlik yaratmağa və qarşısınızda hansı avtomobilin durduğunu dəqiq bilməyə kömək edəcək.

Ən çox verilən suallar

Əcəmi Naxçıvani 169, “Elit” ticarət və əyləncə mərkəzinin qarşısı.

Əlaqə nömrəsi

Avtoservis üçün: 077 600 27 56
Ehtiyat hissələri üçün: 055 300-27-56, 070 300-27-56

İş saatlarınız hansıdır?

Servisimiz həftə içi 5 gün, saat 09:30-dan 18:00-dək; Şənbə günləri isə 10:00-dan 18:00-dək xidmətinizdədir. Bazar günləri qeyri-iş günüdür.

Hansı avtomobilləri təmir edirsiniz?

Avtoservisimizdə Nissan, Toyota, Mitsubishi, Infiniti, Lexus, Kia və Hyundai avtomobillərin təmiri xidməti və ehtiyat hissələrinin satışı mövcuddur.

Avtomobil təmir müddəti nə qədər davam edir?

Avtomobilinizdə təmir üçün təxmin edilən vaxt görülən işlərdən asılı olaraq dəyişilə bilər. Zamanınızın sizin üçün nə qədər vacib olduğunu başa düşürük, avtomobilinizin təmirini tez və dəqiq şəkildə tamamlanmasını təmin etmək üçün əlimizdən gələni edirik.

Ehtiyat hissələrini alıb gətirsəm sizin avtoservisdə dəyişdirmək mümkündür?

Bəli, mümükündür. Ancaq qeyd edək ki, servis mərkəzimizdə münasib qiymətə Yapon (Nissan, Toyota, Mitsubishi, Infiniti, Lexus) ve Koreya (Hyundai və Kia) istehsalı atomobilləri üçün ehtiyat hissələrini də əldə edə bilərsiniz.

Orijinal ehtiyyat hissələrini əldə edə bilərəm?

SOLO AVTO servis mərkəzində Yapon (Nissan, Toyota, Mitsubishi, Infiniti, Lexus) ve Koreya (Hyundai və Kia) avtomobillər üçün orijinal ehtiyat hissələrinin satışı mövcuddur. Ehtiyac duyulduğu halda peşəkar satış komandamız həmişə müştərilərə ehtiyat hissələri seçimində məsləhət verməyə hazırdır.

Hansı ödəniş formalarını qəbul edirsiniz?

Avtoservis mərkəzimizdə ödənişləri həm nağd, həm də kartı ilə edə bilərsiniz.

Avtomobilimdə yağı hansı aralıqda dəyişdirməliyəm?

Hər 5000-7000 km və ya hər 3 ayda bir mühərrik yağ dəyişdirilməsini planlaşdırmağı məsləhət görürük. Avtomobilinizdə yağın nə qədər tez-tez dəyişdirilməsi avtomobilinizin yürüşündən və tələb etdiyi yağ növündən asılıdır. Optimal mühərrik performansı üçün avtomobilinizin istehsalçısının tövsiyyələrinə əməl etməniz məsləhətdir.

Avtomobil təmiri zamanı iştirak edə bilərəm?

Bəli, müştərilər istəsələr, SOLO AVTO servisdə avtomobillərinə texniki qulluq və ya təmir olunduğu bütün dövr ərzində avto təmir sahəsinə sərbəst şəkildə baş çəkə bilərlər. Qeyd etmək istərdik ki, avtoservisimizdə müştərilər üçün avtomobil təmiri edilərkən rahat vaxt keçirə biləcəkləri gözləmə zalı da var.

Kreditlə satış həyata keçirilir?

Bəli, SOLO AVTO Servis Mərkəzində siz avtomobil ehtiyat hissələrini və təmirini kreditlə əldə edə bilərsiniz.
Şərtlər alıcı üçün şəffafdır. Siz kredit götürməzdən əvvəl yekun məbləği və ödəniş cədvəli ilə tanış olacaqsınız.

Daxili kredit şərtləri nələrdir?

Servis mərkəzimizdə avtomobil ehtiyat hissələrini və təmirini daxili kreditlə şərtləri bunlardır:

  1. Şəxsiyyət vəsiqəsi
  2. Avtomobilə aid sənədlər
  3. Minimum kredit məbləği 100 AZN
  4. Kredit verilmə müddəti: 18 ayadək
  5. İllik faiz dərəcəsi: malın dəyəri və kredit müddətindən aslı olaraq dəyişilir

BirBank taksit kartı keçərlidir?

Bəli, BirKart taksit kartı ilə siz avtomobilinizin ehtiyat hissələrini və təmirini hissə-hissə 2, 3 və ya 6 aylıq faizsiz taksit şərtləri ilə əldə edə bilərsiniz.

VİN kod nədir?

VIN kodu on yeddi simvoldan (rəqəmlər və hərflər) ibarət fərdi avtomobil kodudur. BAN kod dediyimiz VİN kodda istehsalçı, avtomobilin parametrləri və montaj xəttindən çıxma tarixi haqqında məlumatlar var. Bu kod unikaldır – heç vaxt təkrarlanmır və insan barmaq izlərinə bənzəyir.

Avtomobilin VIN kodu haradadır?

İstehsalçının qanunlarına görə VIN nömrəsi avtomobilin müxtəlif yerlərində tətbiq oluna bilər:

  • ön şüşənin altında
  • kapotun altında
  • sürücü oturacağının yanında oturacağın altında
  • sürücünün qapısının sütununda

Qeyd edək ki, ehtiyat hissəsi alışı zamanı BAN koddan istifadə edilir.

SERVİS MəRKəZİ

Avtomobiliniz üçün keyfiyyətli ehtiyat hissələri və professional təmirin yeni ünvanı.

  • 055 300 27 56
  • 070 300 27 56
  • Əcəmi Naxçıvani 169, “Elit” ticarət mərkəzinin qarşısı
  • [email protected]

Comments are closed, but trackbacks and pingbacks are open.