Axc ensiklopediyası
154. Большевики в борьбе за победу социалистической революции в
Axc ensiklopediyası
Azərbaycanın parlamentarizm tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin öz yeri vardır. 1918-ci il noyabrın 16-da Bakıda yenidən fəaliyyətə başlamış Azərbaycan Milli Şurası həmin il noyabrın 19-da respublikada ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentini yaratmaq haqqında qanun qəbul edir.
Parlamentin açılışı. Bakı, 1918, 7 dekabr
1918-ci il dekabrın 7-də gündüz saat 1-də Hacı Zeynalabdin Tağıyevin keçmiş qız məktəbinin binasında müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk iclası təntənəli şəkildə açılır.
Parlamentin iclasında «Müsavat» fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Əlimərdan bəy Topçubaşov bu vaxt İstanbulda olduğu üçün Parlamentə Həsən bəy Ağayev sədrlik edir. 1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti, Parlamentin ağsaqqallar şurasının iştirakı ilə keçirdiyi iclasında Avropada ümumi sülh konfransında iştirak etmək üçün Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Parisə göndəriləcək xüsusi nümayəndə heyətini müəyyən edir.
Parlamentin yaradılması haqqında qəbul edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdu. Həmin qanunda Azərbaycan əhalisinin ümumi sayına müvafıq olaraq erməni nümayəndələri üçün 21 yer, rus nümayəndələri üçün isə 10 yer ayrılmasına baxmayaraq onlar Azərbaycan Parlamentinin ilk iclasının açılışında iştirak etməmişdilər. Rus Milli Şurası 1919-cu il yanvarın 31-dən, ermənilər isə həmin ilin fevralından Parlamentin işinə qatılmışdılar.
Parlamentin açılışına həsr olunmuş xatirə medalı
1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və qurumların qüvvələr nisbəti aşağıdakı kimi idi: «Müsavat» və bitərəflər fraksiyası – 38 nəfər, «İttihad» – 13 nəfər, «Əhrar» – 6 nəfər, «Sosialistlər» bloku – 13 nəfər, partiyasızlar – 4 nəfər, müstəqillər – 3 nəfər, «Rus-slavyan cəmiyyəti» fraksiyası – 5 nəfər, erməni fraksiyası – 5 nəfər, «Daşnaksutyun» fraksiyası – 6 nəfər, «Azlıqda qalan millətlər» fraksiyası – 4 nəfər.
Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolu oynayan «Azərbaycan parlamentinin nakazı (təlimatı)» ilə tənzimlənirdi. «Parlament nakazı (təlimatı)» əsasında ilk gündən Parlamentin iclasları məcburi surətdə yalnız Azərbaycan dilində aparılırdı. Ancaq başqa millətlərin nümayəndələri rus dilində danışa bilərdilər.
Cəmisi 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. Yetərsay olmadığı üçün iclaslardan 15-i baş tutmamışdır. Öz fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını qəbul olunmuşdu. Parlamentin 1920-ci il aprelin 27-də keçirilən son iclasında hakimiyyətin dinc yolla bolşeviklərə təhvil verilməsi haqqında qərar qəbul edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin tərkibi:
Parlamentin sədri – Əli Mərdan bəy Topçubaşov
Sədrin I müavini – Həsən bəy Ağayev
Sədrin müavini – Məmmədyusif Cəfərov
Parlamentin baş katibi – Bağır bəy Rzayev
Katiblər – Mehdi bəy Hacınski, Bayram Niyazi Kiçikxanlı
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri
(1918-1920-ci illər)
I. “Müsavat” və bitərəflər fraksiyası
1. Məhəmməd Əmin Rəsulzadə.
2. Həsən bəy Ağayev.
3. Nəsib bəy Yusifbəyli (Yusifbəyov).
4. Xəlil bəy Xasməmmədov.
5.Məmməd Həsən Hacınski.
6. Abbasqulu Kazımzadə.
7. Musa bəy Rəfizadə (Rəfiyev).
8. Şəfi bəy Rüstəmbəyli (Rüstəmbəyov).
9. Cavad bəy Məlik-Yeqanov.
10. Mehdi bəy Hacınski.
11. Mehdi bəy Hacıbababəyov.
12. Rəhim bəy Vəkilov.
13. Hacı Səlim Axundzadə.
14. Mustafa Mahmudov.
15. Asəfbəy Şıxəlibəyov.
16. Əhməd Həmdi Qaraağazadə.
17. Abuzər bəy Rzayev.
18. Ağa Əminov.
19. Nəriman bəy Nərimanbəyli (Nərimanbəyov).
20. Mirzə Sadıx Axundzadə.
21. Müseyib bəy Axıcanov.
22. Mustafa bəy Vəkilov.
23. Məmməd Bağır Şıxzamanov.
24. Məmmədəli Rəsulzadə.
25. Murtuza Axundov.
26. Rza bəy Ağabəyov.
27. Məmmədrza Vəkilov.
28. Cəlil bəy Sultanov.
29. Əşrəf Tağıyev.
30. Məmməd Yusif Cəfərov.
31. Mirzə Əsədullayev.
32. Yusif Əhmədzadə (Əhmədov).
33. Baxış bəy Rüstəmbəyov.
34. Fətəlixan Xoyski.
35. Ağa bəy Səfərəliyev.
36. Əsədulla Əhmədov.
37. Ağa Aşurov.
38. Qulamhüseyn bəy Kazımbəyov.
39. Yusifəli Əliyev.
40. Mir Hidayət Seyidov.
II. “İttihad” fraksiyası
Parlament üzvlərindən bir qrupu
1.Qara bəy Qarabəyli (Qarabəyov).
2. Mir Yaqub Mehdiyev.
3. Qazi Əhməd bəy Məhəmmədbəyov.
4. Cəmil bəy Ləmbəranski.
5. Bəhram bəy Vəzirov.
6. Sultanməcid Qənizadə (Qəniyev).
7. Həmdulla əfəndi Əfəndizadə.
8. Zeynal bəy Vəzirov.
9. Heybətqulu bəy Məmmədbəyli (Məmmədbəyov).
10. Əli bəy Zizikski.
11. Qara bəy Əliverdilər.
l2. Əsəd bəy Əmirov.
13. İsgəndər bəy Axundov.
14. Ağa bəy Səfərəliyev
III. “Əhrar” fraksiyası
1. Aslan bəy Qardaşov.
2. Hacı Molla Əhməd Nuruzadə.
3. Muxtar əfəndi Əfəndizadə.
4. Qərib Kərimoğlu.
5. Bayram Niyazi Kiçikxanlı (Kiçikxanov).
6. Hacı Hüseyn Əfəndiyev.
7. Qasımoğlu Hacı Əli.
8. Abdulla əfəndi Qabulov.
IV. Sosialistlər fraksiyası
1. Səməd ağa Ağamalıoğlu (Ağamalov).
2. Əliheydər Qarayev.
3. Qasım bəy Camalbəyov.
4. Hacı Kərim Sanılı (Sanıyev).
5. Əhməd bəy Pepinov.
6. Camo bəy Hacınski.
7. Rza bəy Qaraşarlı (Qaraşarov).
8. Aslan bəy Səfikürdlü (Səfikürdski).
9. İbrahim Əbilzadə (Əbilov).
10. Bağır Rzayev.
11. Vladislav Bakradze.
12. Əkbər ağa Şeyxülislamzadə (Şeyxülislamov).
13. İbrahim İsmayılzadə.
14. Abbas bəy Atamalıbəyov.
V. Bitərəflər fraksiyası
1. Bəhram bəy Axundov.
2. Behbud xan Cavanşir.
3. Əbdüləli bəy Əmircanov.
4 Əhməd bəy Ağayev.
VI. Müstəqillər fraksiyası
1. Əlimərdan bəy Topçubaşov.
2. Səməd bəy Mehmandarov.
3. Xudadat bəy Məlik-Aslanov.
4. Baba bəy Qəbulzadə (Qəbulov).
VII. Sol müstəqillər fraksiyası
1. Abdulla bəy Əfəndizadə (Əfəndiyev)
VIII. “Slavyan-rus cəmiyyəti” fraksiyası
1. Viktor Klenevski.
2. Vasili Kravçenko.
3. Sergey Remizov.
4. Vinoqradov M.N.
5. Fyodor Kotilevski.
IX. Milli azlıqlar fraksiyası
1. Lorens Kun.
2. Moisey Quxman.
3. Vasil Kujim .
4. Stanislav Vonsoviç.
5. Dubrovski.
6. Ollonqren V.K.
7. Mixaylov S.M.
X. Erməni fraksiyası
1. Arşak Paronyan.
2. Yervan Taqionosov.
3. İsak Xocayev.
4. Stepan Taqionosov.
5. Georgi Şahnazarov.
XI. “Daşnaksutyun” fraksiyası
1. Arşak Malxazyan.
2. Xoren Amaspür.
3. Poqos Çubaryan.
4. Abqar Papyan.
5. Aleksandr Ter-Azaryan.
6. Boqdan Balayans
7. Papyan İ.
(Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild, Bakı. “Lider nəşriyyat”, 2004, səh. 151-154)
Axc ensiklopediyası
132. AXC ensiklopediyası, c.2, s.469
133. “Каспий” qəzeti, № 109, 1917-ci il, 19 may; № 139, 1917-ci il, 24 iyun; № 176,
1917-ci il, 8 avqust.
134. “Баку” qəzeti, № 90, 1917-ci il, 25 aprel (8 may) .
135. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (bundan sonra AR DTA), f.169, siy.4,
136. “Баку” qəzeti, , № 107, 1917-ci il , 17 may.
137. “Каспий” qəzeti, № 234, 1917-ci il, 19 oktyabr.
138. AR DA, f.97, siy..3, iş.9, v.146
139. “Баку” qəzeti, № 23, 1918-ci il, 30 yanvar.
140. ARPİİ SSA, f.1, siy.405, iş.107, v.6-11; Исмаилов Э.Р. Власть и народ.
Послевоенный сталинизм в Азербайджане. 1945-1953. Баку, 2003, v. 51
141. AXC ensiklopediyası, c.2. s. 468
142. AXC ensiklopediyası, c.1,…, s.325
143. Рустамбейли М.Г. Борьба трудящихся Кубинского уезда. s.11
144. Yenə orada, s. 10
145. AR DA, f.1046, siy.1, iş.232, v.9
146. “Известия Бакинского Совета” qəzeti, № 51, 1918-ci il, 20 март.
148. ARPİİ SSA, f. 456, siy.16, iş 212, v.12, 57, 148
150. ARPİİ SSA, f.276, siy.1, iş 94.(типографский экземпляр)
151. AR DA, f. 894, siy. 10, iş 148, v. 30
152. ARPİİ SSA, f.277, siy.2, iş14, v. 1-4
153. Ətraflı bax: Рустамова-Тогиди С.А. Мартовские события 1918 г. в Баку:
предпосылки, характер, последствия. Kitabda: Рустамова–Тогиди С.А. Март
1918 г.Баку. Азербайджанские погромы в документах, Баку, 209, s.9-74;
154. Большевики в борьбе за победу социалистической революции в
Азербайджане. Документы и материалы. 1917-1918 гг., Баку, 1957, s.
329-330; Şaumyan S.G. Seçilmiş əsərləri,c.2, Bakı, 1978, s.264.
155. ARPİİ SSA, f.276, siy. 8, iş155, v.8
156. “Azərbaycan”qəzeti, Bakı, 1919-cu il, 6 dekabr.
157. Ратгаузер Я. Революция и гражданская война в Баку. 1917-1918. Баку, 1927, s. 145
158. Ленин В.И. Военная программа пролетарской революции. Полное
собрание сочинений, т.30, М., 1962, s.131
159. Şaumyan S.G. Seçilmiş əsərləri, c.2. s.260
160. Топчибашев А.М. Меморандум, предъявленный находящимся в
Константинополе почетным представителям держав Антанты, членом
правительства Азербайджанской Республики, чрезвычайным
посланником при правительствах Блистательной Порты, Армении и Грузии
Али Марданбеком Топчибашевым (ноябрь 1918 г.). Баку, 1993, s. 31-32
161. ARPİİ SSA, f. 277, siy. 2, iş 14, v. 51; Байков Б.V. Воспоминание о
революции в Закавказье. Архив русской революции, Т.9-10, М., 1991, s.114
162. Топчибашев А.М. Меморандум. s.32
163. Ermənistan Respublikası Mərkəzi Hərbi-Tarix Arxivi, f.121, siy. 2, iş 99, v. 66; Bax:
Axc ensiklopediyası
(+994 12) 493 30 77
- Философия
- История
- История Азербайджана
- Социология
- Этнография
- Экономика
- Государство и право
- Политика. Политические науки
- Наука и образование
- Культура
- Библиотечное дело
- Психология
- Языкознание
- Литературоведение
- Фольклор
- Художественная литература
- Искусство
- Средства массовой информации
- Информатика
- Религия
- Естественные науки
- Нефть
- Связь
- Технология. Технические науки
- Архитектура
- Сельское и лесное хозяйство
- Туризм
- Таможенное дело
- Медицина и здравоохранение
- Военное дело
- Спорт
- Статистика
- Экология
- Справочные издания
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild
Подписка
В локальной сети в пользование читателей предоставляется “Законодательная база Российской Федерации”..
В локальной сети в пользование читателей предоставляется Электронно Библиотечная Система IPR Books – электронная библиотека по всем отраслям знаний, содержащая более 5 000 э-книг.
Polpred.com Обзор СМИ. Ежедневно тысяча новостей, полный текст на русском языке, миллион лучших сюжетов информагентств и деловой прессы за 15 лет.
Comments are closed, but trackbacks and pingbacks are open.