Press "Enter" to skip to content

AXC-nin yaradılması Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələ təşkil edir – RƏY

Ə.Kərimli statusunda guya 1992-93-cü illərdə ölkənin neft strategiyası ilə bağlı ciddi işlər görüldüyünü yazır. Əslində bu, cəfəngiyatdan başqa bir şey deyil. Çünki siyasi hərc-mərcliyin hökm sürdüyü, müharibənin davam etdiyi bir ölkəyə ciddi xarici şirkətlərin gəlməsi, uzunmüddətli kontraktlar bağlamağa meyil etməsi inandırıcı deyil.

AXC hakimiyyəti əslində necə idi? – FOTO

AXCP sədri Əli Kərimli facebook profilində uzun-uzadı status yazaraq 1992-93-cü illər AXC-Müsavat hakimiyyətinin “uğurlar”ından bəhs edib və hətta bir qədər də irəli gedərək bu “uğurları” hazırkı iqtidarın 21 ildə əldə etdiyi nailiyyətlərlə müqayisə etməyə cəhd göstərib.

Əvvəla ondan başlayaq ki, Ə.Kərimli yazının girişində guya obyektivlik naminə AXC hakimiyyətinin nöqsanlarından bəhs edərək bildirib ki, dövlət katibi işlədiyi müddətdə AXC hakimiyyətinin səhvlərini açıq tənqid edirmiş. Guya cəmiyyətin AXC hökumətinə səhv tutduğu hərəkətləri özü o zaman hökumətdə ola-ola dilə gətirirmiş, məmurların, nazirlərin yersiz, avantürist hərəkətlərinin qarşısını qətiyyətlə almağa səy göstərirmiş.

Əli Kərimlidən köhnə silahdaşlarına yeni ittihamlar

Yazdığı statusda Ə.Kərimli bir qədər də irəli gedərək özünün və hazırkı komandasının AXC hakimiyyətinin yol verdiyi nöqsanlarda məsuliyyətinin olmadığını iddia etməklə müxalifət düşərgəsində gərginlik yarada biləcək fikirlər səsləndirib: “Mən də daxil olmaqla bugünkü AXCP rəhbərliyinin AXC-nin 1 illik iqtidarı zamanı görülən nə müsbət işlərdə, nə də yol verilmiş səhvlərdə payımız, rolumuz böyük olub. AXCP-də ciddi nəsil dəyişikliyi baş verib. Bu səbəbdən mən də, indiki AXCP komandası da AXC-nin 1 illik hakimiyyəti ilə bağlı müzakirələrdən kənarda qala bilərdik”.

Göründüyü kimi, Ə.Kərimli bu statusu ilə yenə də müxalif düşərgədə nifaq doğura biləcək addım atıb. “Aydan arı, sudan duru” olduğunu göstərməklə o, AXC hakimiyyətinin nöqsanlarını həm öz, həm də AXCP-nin üzərindən atmaqla, bir tərəfdən partiyasını 1992-93-cü illərdəki uğursuzluqlara ortaq olmaqdan xilas etməyə cəhd göstəribsə, digər tərəfdən isə keçmiş silahdaşlarına xəyanət etmiş olub.
Statusuna köhnə silahdaşlarını “iynələməklə” başlayan partiya sədri fikirlərini AXC hakimiyyətinin 1 il ərzində əldə etdiyi “nailiyyətlərlə” davam etdirib.

Qarabağ məsələsindən tutmuş daxili və xarici siyasətin, ölkə və cəmiyyət həyatının bütün sahələrində AXC hakimiyyətinin guya 1 il ərzində ciddi nailiyyətlər əldə etdiyini iddia edib.

AXCP sədrinin statusu ilə tanış olan və 1992-93-cü illərdən bixəbər olan insana elə gələ bilər ki, həmin dövr ölkəmizdə ən uğurlu və xoşbəxt illər olub. Ölkədə bütün sahələrdə inkişaf, güclü iqtisadiyyat, yüksək rifah və s. təmin olunubmuş.

O zaman sual olunur: əgər belə idisə, niyə AXC hakimiyyəti cəmi 1 il davam gətirə bildi? Niyə Qarabağ ermənilərdən təmizlənmədi, siyasi-iqtisadi islahatlar aparılmadı və s.
Göründüyü kimi, Ə.Kərimlinin status-məqaləsi başdan ayağa yalan və faktların təhrif olunmasından ibarətdir. Əslində isə həmin 1 il ərzində AXC hakimiyyətinin ölkəni hansı vəziyyətə saldığı hər kəsə məlumdur.

Ordu quruculuğunda buraxılan səhvlər və uğursuz Qarabağ siyasəti

Ə.Kərimli statusunda ordu quruculuğundan, cəbhədəki nailiyyətlərdən bəhs edir. Lakin məlumdur ki, həmin dövrdə nə ordudan, nə də hərbi uğurlardan danışmaq mümkün idi. Ölkədə ordu əvəzinə, çoxsaylı silahlı qruplaşmalar mövcud idi. Hər nüfuzlu şəxs bir batalyon saxlayırdı. Cəbhədəki uğursuzluqlar da öz yerində.

Həmin dövrdə orduda vahid komandanlıqdan, silahlı qruplar arasında rabitədən isə söhbət belə gedə bilməzdi.

Bunun da nəticəsi olaraq erməni birləşmələrinin torpaqlarımızın işğalının qarşısını almaq mümkün olmurdu. Dağlıq Qarabağla yanaşı, Kəlbəcər kimi strateji əhəmiyyətli rayon AXC hakimiyyətinin günahı ucbatından əldən verildi.

Cəbhədə, orduda olan belə bir acınacaqlı şəraiti aradan qaldırmaq, ölkəni düşdüyü acınacaqlı situasiyadan çıxarmaq əvəzinə, paytaxtda hakimiyyətdaxili mübarizə günü-gündən qızışırdı. Bu mübarizəyə cəbhədə dislokasiya olunmuş silahlı birləşmələrin cəlb edilməsi isə işğalçı ordunun əl-qolunu açırdı.

Nəticədə isə AXC hakimiyyətinin hərbi sahədəki “nailiyyətlər”i ona gətirib çıxardı ki, ermənilər ölkənin ümumilikdə 20% ərazisini işğal etdilər.

Hələ hakimiyyətə gəlmə ərəfəsində də AXC-nin “fəaliyyəti” Dağlıq Qarabağ münaqişəsində ağır nəticələrlə yadda qalmışdı. Belə ki, Mütəllibov hakimiyyətini devirmək uğrunda AXC-nin mübarizəsi Xocalı şəhərini müdafiəsiz qoydu və məlum faciə baş verdi.

AXCP sədrinin iddiasına görə, guya həmin dövrdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi diplomatik uğurlar əldə edilibmiş. Lakin məlumdur ki, bu, ağ yalandır. Əgər belə idisə, bəs nə üçün AXC hakimiyyəti Dağlıq Qarabağ problemin həllinə nail ola bilmədi?

Digər tərəfdən siyasətlə az-çox məşğul olanlar bilir ki, 1992-93-cü illərdə geosiyasi vəziyyət fərqli idi, Dağlıq Qarabağ problemi beynəlxalq səviyyəli münaqişə hesab edilmirdi və ondan super güclər öz maraqlarına uyğun istifadə etməyə başlamamışdılar. Həmçinin Ermənistanın havadarı olan Rusiya özü ciddi daxili problemlərlə qarşı-qarşıya idi və indiki kimi güclü deyildi. Bu baxımdan həmin dövrdə böyük dövlətlərin münaqişəyə müdaxiləsi indiki kimi aktiv ola bilməzdi.

İqtisadiyyatın tənəzzülü və korrupsiyanın çiçəklənməsi dövrü

AXC hakimiyyəti illərində ölkə iqtisadi sahədə də acınacaqlı vəziyyətlə üz-üzə qalmışdı. Hakimiyyət nümayəndələrinin məsuliyyətsiz bəyanatları ölkənin ənənəvi iqtisadi tərəfdaşları ilə münasibətlərinin korlanmasına səbəb olmuşdu. Məlumdur ki, Azərbaycanın 70 il ərzində əsas iqtisadi tərəfdaşları SSRİ respublikaları və ən başda da Rusiya olub. Lakin AXC hakimiyyətə gəldiyi ilk gündən Rusiyaya qarşı qeyri-dost münasibəti nümayiş etdirdi. Bundan başqa, Orta Asiyanın bəzi respublikaları ilə də münasibətlər korlandı. Bu isə Azərbaycan üçün acı nəticələrə səbəb oldu.

Həmin dövrdə SSRİ-dən yenicə ayrılmış respublikalar iqtisadiyyatlarını xilas etmək üçün MDB-ni yaradarkən, Azərbaycan bundan imtina etdi. Halbuki, tarix göstərdi ki, bu, ən ciddi səhvlərdən biri idi. Çünki, yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan iqtisadiyyatı MDB ölkələrinin iqtisadiyyatı ilə uzun müddət qarşılıqlı asılılıq vəziyyətində olub. Bunun nəzərə alınmaması AXC hakimiyyətinin ən böyük nöqsanlarından biri idi ki, bu da 1 il ərzində ölkə iqtisadiyyatının çökməsinə səbəb olmuşdu.
Bundan başqa, İranla da siyasi sahədə münasibətlərin korlanması ölkə iqtisadiyyatına zərbə vurdu. Ölkədə baş alıb gedən hərc-mərclik şəraitində iqtisadi islahatlar aparılmasından isə söhbət belə gedə bilməzdi. Əksinə, hakimiyyətdə olan qüvvənin apardığı siyasət nəticəsində ölkə iqtisadiyyatı çökdürülür, büdcə talanırdı. Ölkədə bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da korrupsiya və rüşvətxorluq baş alıb gedirdi. Milyonlarla manat vəsaitin toplandığı ləl-cəvahirat fondunun vəsaitləri belə mənimsənilmişdi. İş o yerə çatmışdı ki, Elçibəy öz məmurlarına üzünü tutub “rüşvəti alanda elə edin ki, kommunistlərin atasına rəhmət oxutdurmayın” demişdi.

Ə.Kərimli statusunda guya 1992-93-cü illərdə ölkənin neft strategiyası ilə bağlı ciddi işlər görüldüyünü yazır. Əslində bu, cəfəngiyatdan başqa bir şey deyil. Çünki siyasi hərc-mərcliyin hökm sürdüyü, müharibənin davam etdiyi bir ölkəyə ciddi xarici şirkətlərin gəlməsi, uzunmüddətli kontraktlar bağlamağa meyil etməsi inandırıcı deyil.

Antidemokratik addımlar, söz və mətbuat azadlığının boğulması

Ölkənin siyasi sistemində də vəziyyət acınacaqlı idi. AXC demokratik şüarlarla hakimiyyətə gəlsə də, tezliklə avtoritar xarakterini ortaya qoydu. Müxalif sözə, tənqidə dözümsüzlük nümayiş etdirdi. Ölkədə plüralizm boğulmağa başladı. Həmin dövrdə jurnalistlərin yüksək vəzifəli məmurlar tərəfindən döydürülməsi, onların həbs edilməsi, müxalifət nümayəndələrinin işinə maneçilik törədilməsi, onların təhqirə məruz qalmaları, qərargahlarının dağıdılması adi hala çevrilmişdi. Söz azadlığının boğulması müstəqil qəzetlərə edilən təzyiqlərdə özünü göstərirdi. Məsələn, “Səs” qəzetinin redaksiyasına edilən basqın bunun bariz nümunəsidir. Həmçinin jurnalist Zərdüşt Əlizadənin döyülməsi, millət vəkillərinə, ayrı-ayrı ziyalılara qarşı zorakılıqlar adi hala çevrilmişdi.

Həmin dövrdə ciddi senzuranın mövcudluğu da söz və fikir azadlığını məhdudlaşdıran amillərdən idi. Bu barədə həmin dövrdə aktiv siyasətçilərdən olmuş Araz Əlizadənin mətbuata müsahibəsində ifadə etdiyi fikirlər yerinə düşür: “Müsavat, AXCP azad mətbuata təzyiqlər olur deyəndə mənə gülməli gəlir. Öz hakimiyyət illərini unudublar? Onlardan əvvəl senzura, qəzet nəşr etmək üçün hər hansı bir qadağa yox idi. Bəylərin vaxtında senzura çıxdı, jurnalistlər döyülməyə başladı”.

AXC hakimiyyətinin antidemokratik addımlarından biri də məhz prezident seçkiləri öncəsi özünü göstərmişdi. Belə ki, seçkilərdə Heydər Əliyevin iştirak edəcəyindən və onun səs çoxluğu ilə qalib gələ biləcəyindən qorxan AXC hakimiyyəti namizədlərə qarşı haqsız olaraq yaş senzi tətbiq etdi. Bu isə bir daha AXC-nin demokratik dəyərlərə zidd fəaliyyətinin göstəricisi idi.

Bundan başqa, 1992-ci ildə keçirilmiş prezident seçkiləri ilə bağlı da cəmiyyətdə müəyyən fikirlər formalaşıb. Məsələn, həmin dövrdə prezidentliyə namizəd olmuş Nizami Süleymanov seçkilərin antidemokratik keçirildiyini bəyan edib: “1992-ci il prezident seçkilərində mənə cəmi iki dəfə televiziyada çıxış etmək imkanı yaradıldı: bir dəfə tək, bir dəfə də teledebatda. O zaman heç bir mitinqə-filana da icazə verilmirdi, odur ki, seçki və nəticələrindən mən çox narazı qaldım. Müxalifət bunu süngü ilə qarşılayır, amma mən onda səslərin böyük əksəriyyətini toplamışdım. Hesab edirəm ki, o seçkinin demokratiyaya aidiyyəti yox idi”.

Prezidentliyə namizədin bu fikirlərini cəmiyyətdə bölüşənlər də az deyil. Bütün bunlar bir daha onu göstərir ki, 1 illik hakimiyyəti dövründə AXC heç bir ciddi nailiyyəti ilə yadda qalmayıb. Əksinə ölkədə bütün sferalarda geriləmə, tənəzzül prosesləri güclənib.

Ə.Kərimlinin yazdığı status isə Azərbaycanın hazırda əldə etdiyi uğurları gözü götürməzlikdən, özünün və partiyasının bir daha hakimiyyətə gəlmək ümidini itirməsindən doğan hikkədən irəli gəlir.

Böyütmək üçün şəkillərə klikləyin.

AXC-nin yaradılması Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələ təşkil edir – RƏY

AXC-nin yaradılması Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələ təşkil edir – RƏY “Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması Azərbaycanın beş minillik dövlətçilik tarixində xüsusi bir mərhələ təşkil edir . 1813-cü və 1828-ci illərdə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Çar Rusiyasının tə

28 May , 2022 10:09
https://static.report.az/photo/f3ba732f-7d83-316c-ae72-09d7f7291c87.jpg

“Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması Azərbaycanın beş minillik dövlətçilik tarixində xüsusi bir mərhələ təşkil edir . 1813-cü və 1828-ci illərdə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Çar Rusiyasının tərkibində müstəmləkə olmaqla çoxsaylı deqredasiya və repressiyalara məruz qalıb”. “Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, bu mərhələdə, həmçinin Azərbaycanda elmin, təhsilin, müstəqil iqtisadi siyasətin inkişafı üçün hər hansı bir şərait olmayıb: “Hətta xalqımızın qarşısına müxtəlif maneələr çıxarılıb. Belə olan halda, təqribən 90 il sonra yeni əsrin çağırışlarına – yeni dövrün tələblərinə uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxıb. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Şübhəsiz ki, AXC-nin yaradılması Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qeyd edib ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır”.

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasları xeyli öncədən qoyulub: “Belə ki, Cümhuriyyətin yaranmasını təmin edəcək ciddi intellektual, fəlsəfi, sosial və siyasi əsaslar XIX əsrin ortalarından başlayaraq formalaşdırılıb. Azərbaycan ictimai-mədəni və intellektual mühitində mühüm yer tutan maarifçilik hərəkatını bu kontekstdə xüsusi olaraq qeyd etməliyik. Məhəmməd Əmin Rəsulzadə , Fətəli Xan Xoyski , Əhməd Bəy Ağaoğlu, Nəsib Bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və digər maarifçi mütəfəkkirlər o dövrdə Çar Rusiyasının ictimai-mədəni mühitində fəal mövqedən çıxış edərək yeni dövlətçiliyin yaranması üçün mədəni, ictimai və siyasi əsaslar formalaşdırırdılar. Əlbəttə ki, o dövrün fədakar maarifpərvər insanları olmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ideyası və məqsədinin gerçəkləşməsi də xeyli çətin olardı. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamında qeyd edilib ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”.

Deputat vurğulayıb ki, müasir Azərbaycan dövləti 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: “Təsadüfi deyil ki , 2021-ci il oktyabr ayının 15-dən sonra Müstəqillik Günümüz də məhz Azərbaycan Xalq Çümhuriyyətinin yaranması tarixində, yəni 28 May 1918-ci ildən hesablanır. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan hörmət və ehtiramın nümunəsidir. Hazırda əldə etdiyimiz tarixi zəfərimiz kontekstində bir daha Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti tarixinə nəzər saldıqda çoxminillik dövətçilik tariximizdə AXC-nin necə mühüm bir həlqə təşkil etdiyini daha aydın görə bilirik. İlham Əliyevin bu gün aktual olan Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya – demarkasiya edilməsi məsələsini şərh edərkən bir daha 1918-ci il xəritəsinə müraciət edilməsi zərurətinə toxunması da əslində AXC sərhədlərinin müasir dövlətçilik ənənələrimizin mənəvi-siyasi əsaslarını təşkil etməsinə işarə idi” .

AXC-nin daxili siyasəti

Azərbaycan hökuməti ölkənin içtimai, siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrindəki quruculuq işlərini genişləndirməyə başladı. F.X.Xoyski hökuməti Müəssisələr Məclisinin çağrılması üçün hazırlıq işləri aparırdı. Onun təklifı ilə Azərbaycan Milli Şurası öz işini bərpa etdi və Məclisin çağrılmasını öz üzərinə götürdü.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-də keçirilən ikinci iclasında (1-ci iclas-16 noyabr) Azərbaycanın ali qanunverici orqanının yaradılması haqqında qanun qəbul edildi. Bu qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Milli Şuranın 44 üzvündən əlavə ölkə əhalisinin əksəriyyətini təşkil edən yerli müsəlman əhalisindən (2,75 mln. ümumi əhalinin 1,9 mln-u) daha 36 nümayəndə seçilməsi nəzərdə tutulurdu.
Ölkə əhalisinin çoxmillətli tərkibi nəzərə alınaraq ermənilərə (sayları 500 min) gələcək parlamentdə 21 yer ayrılırdı. Bakıdan olan rus milli şurasına 10 yer ayrılmışdı (ruslar 230 min idilər). Milli azlıqlardan almanlara, yəhudilərə, gürcü və polyaklara – hərəsinə 1 yer verilirdi. Bakı həmkarlar təşkilatına 3, Bakı neft sənayeçiləri şurası və Ticarət-sənaye ittifaqına – 2 nəfər yer verilmişdi.
Nümayəndələr birbaşa və qapalı seçilə bilərdilər. Qadınlara da islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hüququ verilirdi.
Bolşeviklər parlamenti baykot elan etdilər. Rus Milli Şurasının bir qrup üzvü onun tərkibindən çıxıb, Rus-Slavyan cəmiyyəti deyilən bir təşkilat yaratdılar. İstiqlalı qəbul etməsələr də, öz nümayəndələrini parlamentə göndərmək qərarına gəldilər. Bir sıra şəhər və mahallarda seçkilər başa çatdırılmamışdı. Naxçıvan və Borçalının gələcəyi məsələsi qaranlıq qaldığından oradan nümayəndə gəlməmişdi. Odur ki, qanunda nəzərdə tutulduğu 120 deputatın əksəriyyətinin toplanması ilə parlamentin açılışı oldu.
Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də oldu. İclası Milli Şuranın sədri M.Ə.Rəsulzadə açdı. İclasda Tomsonun nümayəndəsi, İranın baş konsulu, onun maliyyə müşaviri, Dağlılar hökumətinin sədri Q.Çermoyev, Gürcüstanın nümayəndəsi Karsevadze, Araz respublikasının nümayəndəsi P.Əliyev iştirak edirdi.
Ş.Rüstəmbəyovun təklifı ilə Ə.Topçubaşov parlamentin sədri, müavini H.Ağayev, katibi isə R.Vəkilov seçildi.
Nazirlər Şurasının sədri F.X.Xoyski Müvəqqəti hökumətin istefası ilə bütün hakimiyyətin parlamentə təhvil verildiyini elan etdi. Parlament tərəfındən istefa qəbul edildi. İttihad partiyasının üzvü Q.Qarabəylinin parlamentin açılışı münasibəti ilə siyasi məhbuslara əfv-ümumi verilməsi təklifı qəbul edildi. Daha sonra mandat, təsərrüfat, reqlament komissiyaları üzvlərinin seçilməsi ilə təsis iclası bağlandı.
Sonrakı iclaslarda maliyyə – büdcə, qanunvericilik təklifləri, aqrar, fəhlə, hərbi işlərvə s. komissiyalar yaradıldı.
Parlamentdə hökumətin təşkili məsələsi yenə F.X.Xoyskiyə tapşırıldı. Lakin o, səhhətinin pis olması ilə əlaqədar bundan imtina edirdi. Lakin dekabrın 18-də parlament Xoyskidən belə bir ağır günlərdə kabinənin təşkilini öhdəsinə almağı israr etdi. F.X.Xoyski 10 nəfərdən ibarət kabinənin tərkibini və iş proqramını hazırlayıb parlamentin müzakirəsinə verdi. Kabinədə yalnız İttihad partiyası iştirak etməkdən boyun qaçırtdı. Dekabrın 26-da F.X.Xoyski kabinəsi təsdiq edildi.
General Tomson həmin kabinəni dekabrın 28-də tanıdığını və Azərbaycanda yeganə qanuni hökumət hesab etdiyini bildirdi.
Parlamentin ilk tədbirlərindən biri Paris sülh konfransına nümayəndə heyətinin seçilməsi idi. Nümayəndə heyətinə Ə.Topçubaşov, M.H.Hacinski, Ə.Ağaoğlu, Ə.Şeyxülislamzadə, müşavirlər M.Məhərrəmov, M.Y.Mehdiyev, C.Hacıbəyli, əməkdaşlar Ə.Hüseynzadə, V.Marçevski daxil idi.
Çoxpartiyalı quruluşa malik parlamentdə fraksiyalar (11 fraksiya var idi) öz bəyannamələri ilə çıxış etdilər. Bu bəyanatlarda müəyyən məsələlərdə fıkir ayrılıqları olsa da, ümumi bir məqsəd var idi: gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli-siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının, hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə əlaqələri möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, islahatlar həyata keçirmək, ölkəni müdafıə edə biləcək güclü ordu yaratmaq.
Parlamentin 1919-cu il 3 yanvar tarixli iclasının qərarı ilə qanunverici və icraedici hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq parlament üzvünün dövlət orqanlarında işləməsi məqbul sayılmadı. Yalnız nazirlərin eyni zamanda parlament üzvü olmasına icazə verilirdi. Dövlət qulluğunda işləyən parlament üzvü bir neçə gün ərzində iki vəzifədən birini seçib, parlamentin rəyasət heyətinə bildirməli idi.
Azərbaycan türkcəsi parlamentin istifadə etdiyi dövlət dili statusuna malik idi.
Parlamentin 140-a qədər ümumi iclası olmuşdur. 315 qanun layihəsi təqdim edilmiş, onlardan bir neçəsi rədd edilmiş, qalanları müzakirəyə verilmişdi. Parlamentin təsdiq etdiyi nizamnamələr sırasında Bakı Universiteti, Azərbaycan Dövlət Bankı, Azərbaycan Dövlət əmanət kassalarının nizamnaməsi, mətbuat haqqında nizamnamə var idi. Başqa dövlətlərlə bağlanmış hər hansı bir sənəd və müqavilə parlamentin
təsdiqindən sonra qüvvəyə minirdi.
1919-cu il iyulun 21-də Azərbaycan Respublikasının Müəssisələr Məclisinə seçkilər haqqında Əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə görə Müəssisələr Məclisinə seçkilərdə cinsindən, dilindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün Respublika vətəndaşları iştirak edə bilərdilər. Seçkilər aprelin 20-nə (1920-ci il) təyin edildi. Lakin o zaman Bakıda baş verən hadisələr buna mane oldu.
Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ordunun yaranması məsələsini ən mühüm məsələ kimi irəli sürmüşdü.
1918-ci ilin iyun ayında Azərbaycanda hərbi vəziyyət elan edildi. Müsəlman korpusu «Əlahiddə Azərbaycan korpusu» adlandırıldı. Burada xidmət etmək üçün zabit kadrları hazırlamaq üçün qısa müddətli kurslar açıldı, məcburi hərbi mükəlləfıyyət haqqında fərman verildi. Bütün bunların kifayət etməyəcəyini nəzərə alaraq Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə hökumətinə bir diviziya həcmində yardım göstərilməsini xahiş etdi. Bu da 1918-ci il 4 iyun müqaviləsində öz əksini tapmışdı.
Gəncəyə beşinci Qafqaz diviziyası göndərildi. Daha sonra Karpat cəbhəsindən götürülmüş 15-ci Çanaxqala diviziyası da Gəncəyə gəldi. Azərbaycan korpusu ilə birlikdə bu hərbi hissələr Qafqaz İslam Ordusu adı altında birləşdi. Bunun da komandanı Nuru paşa idi.
Lakin 30 oktyabr 1918-ci ildə Yunanıstanın Mudros şəhərində Böyük Britaniya ilə Türkiyə arasında bağlanan sazişə görə türk qoşunları Cənubi Qafqazdan geri çağrılırdılar. İngilis qoşunları komandanı general Tomson Nuru paşa və bütün türk zabitlərindən Azərbaycanı tərk etməsini tələb etdi. Yalnız Azərbaycan vətəndaşlığını qəbul edən Nuru paşa və onun silahdaşları Azərbaycanda qaldılar, hökumətə xidmət edəcəklərini bildirdilər. Mudros sazişi Cənubi Qafqazın qapılarını ingilislərin üzünə açırdı. Həmən sazişin 11-ci bəndinə əsasən Azərbaycan ingilislərin nüfuz dairəsi elan edilir, 15-ci bəndinə əsasən isə Azərbaycanın dəmir yolları və neft mənbələri ingilis komandanlığının ixtiyarına keçirdi.
Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil oldular. Tomson özünü Bakının general qubernatoru elan etdi. Şəhər polisi, liman, neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət qoyuldu. Noyabrın 22-də Tomsonun tələbi ilə Azərbaycan korpusunun qərərgahı Gəncəyə köçürüldü.
Dekabrın 25-də general S. Mehmandarov hərbi nazir, bir neçə gün sonra isə Ə.Şıxlinski müavin təyin olundu.
1918-ci il noyabrın 15-də təşkil edilən baş qərargahın rəisi isə Suleyman Sulkeviç təyin edilir. Qərargah şöbələrinin zabit kadrları ilə təmin edilməsi problemini həll etmək üçün Azərbaycanda olan rus zabitlərindən istifadə etmək qərara alındı. Türk əsgər və zabitləri ruslarla əvəz edilirdi. Azərbaycan hökuməti çox çətin bir vəziyyətə düşmüşdü. Öz kadrları yox idi. Nuru paşanın vaxtı ilə yaratdığı hərbi məktəbin müdavimləri də ordunun təşkilinə cəlb edilirdi.
1919-cu ildə 25 mindən ibarət ordu yaratmaq vəzifəsi qarşıya qoyulmuşdu. Ordunun yaradılması ilə bağlı 1919-cu il üçün nəzərdə tutulmuş dövlət büdcəsindən 399,4 mln. manat ayrılırdı ki, bu da büdcənin 24%-nə bərabər idi.
Milli Ordu yaratmaq işinin sürətləndirilməsini ölkənin hərbi-siyasi vəziyyətinin kəsginləşməsi də tələb edirdi. Belə ki, mayın 25-də general Denikinin könüllü ordusu tərəfındən Petrovsk və Dərbənd tutuldu. Bu da Azərbaycanda böyük həyəcana səbəb oldu. Bakıda Xüsusi Dövlət Müdafıə Komitəsi yaradıldı. Onun tərkibinə N.Yusifbəyli, X.Məlikaslanov, A.Səfıkürdski, S.Mehmandarov, M.Y.Cəfərov daxil oldular.
İyunun 11-də bütün Azərbaycanda hərbi vəziyyət elan edildi. DMK-nə ümumi səfərbərlik həyata keçirmək, ölkədə hərbi, müharibə vəziyyəti elan etmək, digər fövqəladə tədbirlər görmək səlahiyyəti verildi.
Azərbaycan hökuməti başa düşürdü ki, Denikin yürüşünün son məqsədi Azərbaycanı və keçmiş Rusiya imperiyasının digər hissələrini geri qaytarmaq idi. Zaqafqaziyanın təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti 1919-cu il iyunun 16-da Gürcüstan ilə hərbi müqavilə bağladı. Həmin müqaviləni Tiflisdə F.X.Xoyski və S.Mehmandarov imzaladılar. Müqavilədə hər iki dövlət öz üzərinə belə bir öhdəlik götürürdü ki, bunlardan hər hansı birinə hücum edilərsə, özlərinin bütün hərbi silahlı qüvvələri ilə buna qarşı çıxacaq, öz dövlətlərinin suveren hüquqlarının və müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlar aparacaqlar.
Ölkədə yaranmış gərgin vəziyyət Azərbaycan hökumətini ordu quruculuğu işində qəti addımlar atmağa sövq edirdi.
1919-cu ilin ortalarında Azərbaycan hökuməti Fransa, Polşa, İngiltərədən silah almağa cəhd etdi. Lakin bu cəhdlər boşa çıxdı. 1919-cu ilin sentyabrında general İ.Usubovun başçılığı ilə nümayəndə heyəti İtaliyaya göndərildi. Oradan 25 min dəst yeni geyim, 25 min dəst köhnə geyim alınması tapşırılmışdı. İtaliya hökuməti Azərbaycana hələlik avtomobil, aeroplan, projektor, odeyal yataq vasitəsi sata biləcəyini bildirdi və onların arasında kontrakt bağlandı. Lakin həmin mallar Azərbaycanın sovetləşməsi ərəfəsində gətirildiyi üçün Azərbaycan ordusu ondan istifadə edə bilmədi, Qırmızı Orduya qismət oldu.
1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyalardan ibarət idi. Birinci piyada diviziyanın qərargahı Gəncədə yerləşmişdi. Bu diviziyanın rəisi general mayor Cavad Şıxlinski idi. İkinci piyada diviziyasının qərərgahı Bakıda idi. Rəisi general mayor İ.Usubov idi. Gəncədə yerləşən suvari diviziyaya general-mayor Teymur
Novruz oğlu başçılıq edirdi. Səlim Sultanovun rəhbərlik etdiyi xüsusi süvari diviziyonu,Yunis Şəkərovun atıcı batalyonu üçüncü süvari diviziyasının tabeliyində idi. Gəncədə birinci və ikinci artilleriya briqadaları yerləşmişdi. Azərbaycan ordusunda bu dövrdə 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil, 2 hərb gəmisi var idi.
Yaranmaqda olan yeni hissələri zabit kadrları ilə təmin etmək üçün Gəncədəki hərbi məktəb Bakıya köçürülmüş, yenidən qurulub genişləndirilmişdi. Bundan başqa İstehkamçılar məktəbi, Şuşada hərbi feldşer məktəbi, hərbi dəmiryol məktəbi də təsis edilmişdi. 1920-ci il üçün ordunun şəxsi heyətini 40 minə çatdırmaq planlaşdırılmışdı. Orduya könüllü və məcburi 19-24 yaşlı gənclər götürülürdü.
İngilis hərbi hissələrinin Zaqafqaziyanı tərk edən vaxt (1919, avqust) öz silahlarının xeyli hissəsini Azərbaycan ordusuna verməsi, Gürcüstanın Azərbaycana müəyyən qədər silah satması ordunun texnikaya artan tələbatını ödəməyə qadir deyildi.
Hərbi sursatlara olan ehtiyacı ödəmək üçün Hərbi Nazirlik hərbi zavod yaratmaq fıkrində idi. Çünki mövcud olan emalatxanalarda dəzgahlar, fəhlə alətləri, təmir üçün lazımi materiallar çatışmırdı. Ona görə də bu emalatxanalar bəzən kiçik tələbləri də ödəyə bilmirdi. Hərbi nazirlik bu emalatxanaları birləşdirib hərbi zavoda çevirmək qərarına gəlir. Zavodun layihəsi, ştatları, xərcləri 1920-ci il fevralın 23-də parlamentdə təsdiq edildi. Lakin bu zavodun yaradılması üçün böyük qüvvə və külli miqdarda vəsait lazım idi.
Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan hökuməti və parlamenti xalqın milli dövlətinin yaranmasını əbədiləşdirmək üçün elm, təhsil, xalq maarifı və səhiyyə məsələlərinin inkişafını da diqqət mərkəzində saxlayırdı.
AXC-i yarandığı ilk gündən maarif işlərinə xüsusi fıkir vermişdir,1918-ci il 30 iyun qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edildi. N.Yusifbəyli maarif naziri təyin edilmişdi. Nazirliyin ilk tədbirlərindən biri 1918-ci il 22 sentyabr sərəncamına görə məktəblərin milliləşdirilməsi oldu. 1918-ci il 28 avqust qərarına görə bütün məktəblərdə tədris Azərbaycan dilində keçirilməli idi. Başqa millətlərdən olan uşaqlar üçün rus dilində məktəblər açılması nəzərdə tutulmuşdu. Bu məktəblərdə Azərbaycan dilinin tədrisinə xüsusi əhəmiyyət verilirdi. Ana dili həftədə 4 dəfə tədris edilməli idi.
Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncədə, Şəki, Zaqatalada qısa müddətli pedağoci kurslar təşkil edildi və 150 nəfər kurslara qəbul edildi. Bundan əlavə Nazirlik Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin müstəqil bir seminariya kimi Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi.
Kadrlar hazırlamaq üçün 1918-ci ildə Göyçayda, Ağdamda, Nuxanın Qutqaşen kəndində ali ibtidai məktəblər açılması haqqında qərarlar qəbul edildi. 1918-ci ildə Zaqatalada 25 ibtidai məktəb açmaq üçün Nazirlik 100 min manat pul ayırmışdı,1919-cu ilin yayında Bakı, Gəncə, Şəki, Şuşa, Qazax, Qusar, Salyan, Zaqatalada qadın və kişilər üçün pedağoci kurslar açıldı.
1918-ci il-ci ildə Türkiyə ilə bağlanan 4 iyun müqaviləsinə görə Nazirlik Türkiyədən 50 müəllim dəvət etmişdi. 1919-cu il oktyabrın əvvəllərində həmin müəllimlər Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdılar. Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün də xüsusi komissiya ayrılmışdı. Türkiyədən də dərsliklər alınırdı.
Azərbaycan hökuməti ali təhsilin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasını ən əsas vəzifə hesab edirdi. Bakı Universitetinin, Konservatoriyanın, Pedaqoji İnstitutun, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun açılması planlaşdırılırdı.
Siyasi şəraitin əlverişsizliyi və maliyyə çətinlikləri üzündən yalnız bir ali məktəbin – Bakı Universitetinin yaradılması üçün imkan əldə edildi.
Azərbaycan Xalq Maarifı nazirinin müavini Həmidbəy Şahtaxtinski görkəmli rus alimi, Cənubi Qafqaz Universitetinin rektoru Razumovskiyə müraciət edərək Bakı Universitetinin təşkili üçün kömək göstərməsini xahiş etmişdi. Razumovski dəvəti qəbul etmiş və yaradılan komissiyanın sədri seçilmişdi. 1919-cu il mayın 19-da komissiya təsdiq edilir.
Mayın 31-də isə komissiya Bakı Universitetinin yaradılması haqqında qanun layihəsini, Universitet nizamnaməsini, Universitet xərclərini Xalq Maarif nazirliyinə təqdim etmişdi.
Universitetin yaradılması haqqında layihə 1919-cu ilin iyul-avqust aylarında qanunvericilik, maliyyə-büdcə komissiyalarında, parlamentin ümumi iclaslarında müzakirə edildi. Universitet komissiyası avadanlıq, təşkilati və quruculuq işlərinə 3,5 mln. rubl verilməsini xahiş etdi. Maarif naziri Kaplanov həmin məbləği 5 mln.rubl artırmağı lazım bildi.
Universitetin açılması məsələsi mübahisələr doğurdu. Mübahisələr Universitetin rus dilində açılması məsələsində fıkir müxtəlifliyinin mövcud olduğunu göstərdi. Əhrar, İttihad, bitərəf müsəlman qrupu Universitetin rus dilində açılması əleyhinə çıxdılar.
Universitetin yaradılması işində M.Ə.Rəsulzadə, H.Ağayev, Ə.Pepinov, S.Ağamalı oğlu, C.Hacinski fəal iştirak edirdilər.
Tanınmış maarifçi Məmmədağa Şahtaxtinski «Azərbaycanda Universitet» məqaləsində qeyd edirdi ki, Bakıda Universitetin açılması zəruridir. Rus dilində açılacaq Universitet tədricən milliləşdiriləcək və türkləşdiriləcək. Universitet Azərbaycan dövlətinə və türk mədəniyyətinə xidmət edəcəkdir.
1919-cu il sentyabrın 1-də parlament Bakı Universitetinin yaradılması haqqında qanunu qəbul etdi. Həmin iclasda 1919/20-ci tədris ili üçün xarici ölkələrin ali məktəblərinə 100 abituriyent və tələbə göndərilməsi haqqında qətnamə qəbul edildi. Bu tələbələr üçün Maarif Nazirliyinin sərəncamına dövlət xəzinəsi vəsaitindən 7 mln. rubl. ayrılırdı: Avropaya göndərilən hər bir adam üçün hər ay 400 frank təqaüd, 1000 firank da yol xərci, Rusiyaya göndərilən hər bir adam üçün hər ay 3 min rubl təqaüd, 3 min də yol xərci. Hökumət təqaüdündən istifadə edən tələbələr təhsil müddəti qurtardıqdan sonra hökumətin müəyyən etdiyi yerdə 4 il xidmət etməli idi.
100 nəfərdən 10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i Fransaya, 9-u Türkiyəyə, 13-ü Rusiyaya göndərilməli idi.
Qanuna görə Universitetdə 4 fakültə açılmalı idi: Tarixfılologiya, tibb, fızika-riyaziyyat, hüquq. Lakin bir il müddətinə iki fakültə üçün (tarix-fılologiya, tibb) ştat, smeta müəyyən edildi. Bütün fakültələrdə azərbaycan dilinin keçilməsi məcburi idi. Qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. Rektor 3 il müddətinə seçilir və nazirlik tərəfındən təsdiq edilirdi.
1919-cu ilin 15 noyabr günü Universitetdə birinci dərs günü elan edildi.
Bakı Dövlət Universitetinin açılması Azərbaycan hökumətinin mədəniyyət sahəsindəki böyük qələbəsi idi.
1919-cu il oktyabrın 1-dən Qarabağın erməni məktəbləri üzrə xüsusi müfəttişlik yaradıldı və R.N.Şahnazarov müfəttiş təyin edildi. Nazirlər Şurası Qarabağda yaşayan ermənilərin mədəniyyət, xalq maarifı sahəsində öz müqəddəratını təyin etməsi üçün şərait yaratmış, bunu hüquqi cəhətdən əsaslandıraraq 23 maddədən ibarət əsasnamə təsdiq etmişdi. Əsasnamədə deyilirdi ki, Qarabağda olan erməni məktəbləri Şuranın rəhbərliyi altında muxtariyyətə malikdirlər.

Müəllif: dosent. A.Z.İbrahimova

  • Teqlər:
  • Azərbaycan Xalq Cümhuriyyəti
  • , Azərbaycan Demokratik Respublikası
  • , Azərbaycan tarixi

Comments are closed, but trackbacks and pingbacks are open.