Press "Enter" to skip to content

Azad qurbanov kitabxana işinin təşkili və idarə olunması

Dövlət kitabxanalarında oxucular tərəfindən nadir hallarda istifadə edilən, lakin elmi, tarixi və bədii əhəmiyyətini saxlayan nəşrlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada depozitar fondlara verilir.

Azad qurbanov kitabxana işinin təşkili və idarə olunması

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-1999, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 158)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Kitabxana işi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, kitabxanaların maliyyələşdirilmə mənbələrini, kitabxanalardan istifadə sahəsində vətəndaşların hüquq və vəzifələrini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir.

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

kitabxana — elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institut;

kitabxana işi — elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik təminatını əhatə edən fəaliyyət sahəsi;

kitabxanaçı — kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı mütəxəssis;

sənəd — informasiyanın mətn, səs yazma və təsvir formasında qeydə alınan, müəyyən zaman və məkan daxilində informasiyanın verilməsi və ya qorunması məqsədini daşıyan maddi obyekt;

kitabxana fəaliyyəti — oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə həyata keçirilən fəaliyyət;

mərkəzləşdirilmiş kitabxana sistemləri — eyni sistemə aid olan kitabxanaların vahid strukturda könüllü birləşməsi;

kitabxana fondu — ictimai istifadə məqsədilə kitabxananın vəzifələrinə uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlumat daşıyıcılarının məcmusu.

Maddə 2. Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi

Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 3. Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri

Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

Kitabxanalarda mühafizə olunan mədəni sərvətlərdən və informasiya vasitələrindən istifadənin hamı üçün açıq olması;

milli sərvət olan kitabxanalara dövlət qayğısı, onların fondların toxunulmazlığı və üstün maliyyələşdirilməsi.

Kitabxana işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

Kitabxana işinin inkişafına dair Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi;

kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul və tətbiq edilməsi;

kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən (internetdən və s.) istifadə və milli fondların həmin sistemlərdə əks olunması;

– milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması;

dövlət kitabxana fondlarının mühafizəsi və inkişafı, dövlət kitabxanalarının milli və xarici ədəbiyyatla ardıcıl təchizatı sisteminin yaradılması;

xarici ölkə kitabxanalarında saxlanılan milli sərvət hesab olunan nadir kitabların və əlyazmaların (imkan olmadıqda surətlərinin) Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması;

dövlət kitabxana binalarının tikilməsi, əsaslı təmiri, dövlət kitabxanalarının müasir avadanlıq və texniki vasitələrlə təchiz edilməsi;

kitabxana işinə dair elmi tədqiqatların və metodik tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsi;

kitabxana kadrları hazırlayan və ya onların ixtisasının artırılmasını həyata keçirən təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin təşkili;

təbii fəlakət, silahlı münaqişə və müharibə zamanı kitabxana fondlarının mühafizəsinin təmin olunması;

qeyri-dövlət kitabxanalarının inkişafına şərait yaradılması;

kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması;

kitabxana fondlarının statistik uçotunun aparılması.

Maddə 4. Kitabxana fəaliyyətinin əsas istiqamətləri

Kitabxana fəaliyyətinin əsas istiqamətləri sənəd-informasiya fondlarının formalaşmasından, mühafizəsindən və bu materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsindən, kitabxanalarda toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya məkanının yaradılmasından ibarətdir.

Maddə 5. Kitabxana sisteminin təşkilinin əsasları

Azərbaycan Respublikasında kitabxana sistemini ərazi, idarə, idarələrarası, sahəvi, sahələrarası və kompleks xidmət prinsiplərinə əsaslanan universal, ixtisaslaşdırılmış dövlət və qeyri-dövlət kitabxanaları təşkil edir.

Maddə 6. Kitabxana sisteminin tərkibi

Azərbaycan Respublikasında kitabxana sisteminin tərkibinə dövlət və qeyri-dövlət kitabxanaları daxildir.

Dövlət kitabxanalarına aşağıdakılar daxildir:

Naxçıvan Muxtar Respublikasının dövlət kitabxanası;

şəhər, rayon, qəsəbə, kənd kitabxanaları (kütləvi, elmi, xüsusi kitabxanalar, gənclər, uşaqlar, korlar üçün və sair kitabxanalar) və onların filialları, mərkəzləşdirilmiş kitabxana sistemləri;

respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar;

dövlət idarə, müəssisə və təşkilatlarının kitabxanaları;

Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası və onun filialları; [1]

dövlət təhsil müəssisələrinin kitabxanaları.

Qeyri-dövlət kitabxanalarına aşağıdakılar daxildir:

ictimai birliklərin kitabxanaları;

özəl və digər kitabxanalar;

xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş kitabxanalar.

Maddə 7. Milli Kitabxana

Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitab saxlayıcısıdır.

Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq sahəsində elmi-tədqiqat işləri üzrə aparıcı müəssisə və əlaqələndirici, ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya və informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.

Milli Kitabxana müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan əsasnaməyə uyğun fəaliyyət göstərir.

Milli Kitabxananın fondu və əmlakı milli sərvət hesab olunan və xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur.

Milli Kitabxana statusuna malik olan kitabxanaların işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir.

Milli Kitabxananı ləğv etmək, mülkiyyət formasını dəyişmək qadağandır.

Milli Kitabxanaya əvəzsiz v müddətsiz istifadə üçün qanunvericilikdə müəyyən olunmuş torpaq sahəsi verilə bilər.

Maddə 8. Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar elm sahəsinə görə ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat fondlarına malik olan baş kitabxana-biblioqrafiya və informasiya müəssisələridir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar müvafiq sahədə fəaliyyət göstərən digər kitabxanalar üçün informasiya, kitabxanalararası abonement və metodik mərkəz funksiyasını yerinə yetirir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların fəaliyyəti bu Qanunla və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının və onun filiallarının, Bakı Dövlət Universitetinin kitabxanasının işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir. [2]

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların statusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 9. Kitabxanaların digər informasiya orqanları ilə əlaqələri

Kitabxanalar sənəd-informasiya ehtiyatlarından səmərəli istifadə məqsədilə elmi-texniki və digər informasiya orqanları, arxivlər, başqa idarə və müəssisələrlə qarşılıqlı əlaqə yaradır. Bu əlaqələr birgə fəaliyyət proqramları və müqavilələr əsasında həyata keçirilir.

Maddə 10. Kitabxanaların yaradılması və yenidən təşkili

Dövlət və qeyri-dövlət kitabxanaları Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada yaradılır və yenidən təşkil olunur.

Dövlət kitabxanalarının müvəqqəti olaraq köçürülməsinə müstəsna hallarda (təbii fəlakət, silahlı münaqişə, müharibə təhlükəsi və s.) müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

Maddə 11. Kitabxanaların özəlləşdirilməsi və icarəyə verilməsi

Tipindən, tabeçiliyindən asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən kitabxanaların (kitabxanalarda saxlanılan sərvətlərin, onların yerləşdiyi binaların və sahələrin) özəlləşdirilməsi və icarəyə verilməsi profilinə müvafiq olaraq qanunvericiliyə uyğun həyata keçirilir.

Maddə 12. Kitabxana fondunun tərkibi

Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual, elektron və digər texniki vasitələrlə oxunan materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir. [3]

Kitabxana fondları universal, sahəvi, çoxsahəli, ixtisaslaşdırılmış ola bilər.

Maddə 13. Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu

Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu kitabxanalararası əlaqələndirilmiş komplektləşdirmə, qarşılıqlı istifadə, depozitar mühafizə və mübadilə prinsipləri əsasında təşkil edilən, məlumat-axtarış sisteminə malik olan kitabxana fondlarından ibarətdir.

Kitabxanalarda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilir və xüsusi rejimdə mühafizə olunur. Onların mühafizəsi lazımi qaydada təmin edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən digər kitabxanaya verilə bilər.

Azərbaycan Respublikası Dövlət Kitabxana Fondu dövlət mülkiyyətidir.

Maddə 14. Kitabxana fondlarının təchizi

Kitabxanalar dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən buraxılan, profilinə uyğun çap məhsullarını və digər informasiya daşıyıcılarını birinci növbədə almaq hüququna malikdir.

Bu hüquq kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat orqanları, ayrı-ayrı şəxslərlə aparılan müvafiq əməliyyatlar, məcburi nüsxələrin alınması, abunə, bağışlama və vərəsəlik əsasında miras qalmış nəşrlərin verilməsi, habelə beynəlxalq və ölkədaxili kitab mübadiləsi yolu ilə təmin edilir. [4]

Təhsil müəssisələrinin kitabxanalarının dərsliklərlə komplektləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalarla tənzimlənir.

Müvafiq icra hakimiyyəti orqanları tabeçiliyində olan kitabxana fondlarının yeni nəşrlərlə komplektləşdirilməsinə vəsait ayırırlar.

Maddə 15. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı

Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) buraxdığı çap məhsullarının:

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanasına 3 pulsuz məcburi nüsxəsini;

– profilinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) kitabxanalarına 2 pulsuz məcburi nüsxəsini göndərməlidirlər.

Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları buraxdığı qəzet və jurnalların 2 pulsuz məcburi nüsxəsini bu maddənin birinci hissəsində göstərilmiş kitabxanalara göndərməlidirlər.

Sifarişçi ilə nəşriyyat (naşir) arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda bu maddədə müəyyən edilmiş məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim edilir.

Kitabxanaların pulsuz məcburi nüsxələrlə (o cümlədən onların elektron variantları ilə) təchizatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir. [5]

Maddə 16. Kitabxanaların mübadilə fondları

Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil olmayan çap məhsulları və digər materiallar müəyyən olunmuş qaydada bir kitabxanadan digərinə əvəzsiz verilə bilər.

Qeyri-profil, dublet, nisbətən az istifadə edilən, habelə mübadilə fondu üçün ayrılan çap əsərləri və kitabxananın digər sənədləri həmin fonda verilir.

Müvafiq icra hakimiyyəti orqanları beynəlxalq və ölkədaxili kitab mübadiləsini həyata keçirən kitabxanaların mübadilə fondları üçün əlavə kitab alınmasına vəsait ayırırlar.

Maddə 17. Depozitar kitabxanalar

Dövlət kitabxanalarında oxucular tərəfindən nadir hallarda istifadə edilən, lakin elmi, tarixi və bədii əhəmiyyətini saxlayan nəşrlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada depozitar fondlara verilir.

Maddə 18. Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və onlardan istifadə edilməsi

Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

Maddə 19. Dövlət kitabxana fonduna vurulmuş ziyana görə məsuliyyət

Dövlət kitabxana fonduna vurulmuş ziyana görə hüquqi və fiziki şəxslər yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla vurulmuş ziyanın 10 misli həcmində maddi məsuliyyət daşıyırlar.

İtirilmiş və yararsız vəziyyətə salınmış çap əsərləri və digər materiallar kitabxana ilə razılıq əsasında başqa müvafiq çap əsərləri və materiallarla əvəz edilə bilər. Bu qayda Azərbaycan Respublikasının milli mədəni sərvətlər reyestrinə daxil edilən nadir nüsxələrə şamil edilmir.

Nadir nüsxələr fonduna vurulan zərərə görə məsuliyyət mövcud qanunvericiliklə tənzimlənir.

Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və istifadə qaydalarının pozulmasına görə kitabxana işçiləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Kİtabxana xİdmətİnİn təşkİlİ

Maddə 20. Kitabxana xidməti və onun vəzifəsi

Kitabxanalar çap əsərlərindən və digər informasiya daşıyıcılarından səmərəli istifadə etmək məqsədilə kompleks kitabxana, biblioqrafiya xidmətləri göstərir.

Bu xidmətlər abonentləri ədəbiyyat və informasiya ilə təmin etmək, informasiya daşıyıcılarının seçilməsində kömək göstərmək məqsədi daşıyır.

Kitabxana xidməti abonement, qiraət zalı, kitabxanalararası və beynəlxalq abonement, biblioqrafiya, elmi-texniki informasiya, fərdi və kütləvi, yazılı və şifahi, stasionar və qeyri-stasionar, qiyabi, kompleks vasitələrlə təşkil edilir.

Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir.

Maddə 21. Kitabxanaların hüquqları

Kitabxanaların hüquqları aşağıdakılardır:

Nizamnamələrində göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi üsullarını və formalarını müəyyənləşdirmək;

kitabxana fondunun komplektləşdirmə mənbələrini müəyyənləşdirmək;

köhnəlmiş və ya yararsız hala düşmüş kitabları qanunvericilikdə müəyyən olunmuş qaydada kitabxananın fondundan çıxarmaq;

fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın ödənilməsini qanunvericilikdə müəyyən olunmuş qaydada tələb etmək;

kitabxana birliklərinin yaradılmasında iştirak etmək;

beynəlxalq kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana, biblioqrafiya və informasiya sahəsinə keçirilən tədbirlərdə iştirak etmək.

Maddə 22. Kitabxanaların vəzifələri

Kitabxanalar oxucuların mədəniyyət təsisatları və mədəni sərvətlərdən istifadə etmək hüquqlarını, habelə məlumat əldə etmək azadlığını təmin etməli, onların kitabxana fondlarından tam istifadə etməsi üçün hər cür şərait yaratmalıdırlar.

Maddə 23. Kitabxanalardan istifadə sahəsində oxucuların hüquq və vəzifələri

Azərbaycan Respublikasında hər kəsin kitabxanalardan istifadə etmək hüququ vardır.

Kitabxanalardan istifadə qaydaları və göstərilən xidmətlər kitabxanaların nizamnamələri və müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilir.

Oxucuların kitabxanalardan istifadə hüquqlarını məhdudlaşdırmaq qadağandır.

Oxucular kitabxanalardan istifadə qaydalarına əməl etməli, kitab fonduna qayğı ilə yanaşmalı, çap materiallarının və digər vasitələrin itirilməsinə və ya yararsız hala salınmasına yol verməməlidirlər.

Kİtabxana İşİnİn İdarə olunması

Maddə 24. Kitabxana işinə dövlət idarəetməsi

Azərbaycan Respublikasında kitabxana işinə dövlət idarəetməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Maddə 25. Kitabxana işində ictimaiyyətin iştirakı

Dövlət və qeyri-dövlət orqanları, kitabxana işi sahəsində ictimai birliklər, hüquqi və fiziki şəxslər, kitabxana fondlarının zənginləşdirilməsi, oxuculara xidmət işinin təkmilləşdirilməsi, kitabxanaçılıq proqramlarının və tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak edirlər.

Maddə 26. Kitabxana işinin elmi-metodik və kadr təminatı

Mülkiyyət formasından asılı olmayaraq kitabxanaların elmi-metodik təminatı Milli Kitabxana və elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar tərəfindən həyata keçirilir.

Elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar kitabxanaşünaslığa, biblioqrafiyaya və informasiyaya dair metodik materiallar nəşr edir, kitabxanaçılıq nəzəriyyəsi və təcrübəsində mütərəqqi iş üsullarını ümumiləşdirib tətbiq edir, kadrların ixtisasının artırılmasını təmin edir.

Kitabxanaların kadr təminatında müvafiq peşə-ixtisas təhsili olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda müvafiq peşə-ixtisas təhsili olmayan, ancaq yüksək təcrübəyə və kitabxanada çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə bilərlər.

Maddə 27. Kitabxanaların maliyyələşdirilməsi

Dövlət mülkiyyətində olan kitabxanalar dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Bələdiyyə və özəl mülkiyyətdə olan kitabxanalar isə öz vəsaitləri və qanunvericiliklə tənzimlənən fəaliyyətindən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilir. [6]

Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab fondlarının komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca maddədə göstərilməli və bu vəsait müntəzəm olaraq artırılmalıdır. Ayrılmış vəsait kitabxanaların sərəncamında qalır və onların nizamnamə fəaliyyətini həyata keçirmək üçün istifadə edilir.

İdarə, müəssisə və təşkilatların, habelə ictimai birliklərin kitabxanaları təsisçilərinin vəsaitləri hesabına maliyyələşdirilir. [7]

Maddə 28. Dövlət kitabxanalarının büdcədənkənar vəsaitləri

Dövlət kitabxanalarının işinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və əməyin stimullaşdırılması məqsədilə nizamnamələrində göstərilən qaydada təsərrüfat fəaliyyəti və pullu xidmət əsasında büdcədənkənar fondlar formalaşdırıla bilər. [8]

Dövlət kitabxanalarında pullu xidmət yalnız əlavə əmək sərfi tələb edən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən xüsusi xidmət növlərinə aid edilir.

Dövlət kitabxanalarında pullu xidmətin haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [9]

Maddə 29. Kitabxanaların inkişaf fondu

Kitabxanaların maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə dövlət və qeyri-dövlət inkişaf fondları təsis edilə bilər. Bu fondlar təsisçilərin payları, hüquqi və fiziki şəxslərin könüllü ayırmaları, qanunvericilikdə müəyyən olunmuş qaydada keçirilən lotereya və digər məqsədli kommersiya tədbirlərindən daxil olan vəsaitlər hesabına yaradılır.

Maddə 30. Kitabxanaların maddi-texniki təchizatı

Kitabxanalar kitab fondunun saxlanılması və oxuculara xidmət etmək üçün xüsusi layihə ilə tikilmiş binalarla və kitabxana işini avtomatlaşdırmaq üçün zəruri vasitələrlə təmin edilməlidirlər.

Maddə 31. Kitabxanaların əmlakı və təsərrüfat fəaliyyəti

Kitabxana onun mülkiyyətində olan və ya idarəçiliyinə verilmiş əmlakdan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə edir.

Xidmət fəaliyyətini genişləndirmək məqsədilə dövlət kitabxanalarına torpaq sahələri və əlavə binalar ayrıla bilər.

Kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə uyğun olaraq təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsait bütövlükdə kitabxananın (dövlət kitabxanaları istisna olmaqla) sərəncamında qalır. [10]

Maddə 32. Kitabxana işçilərinin sosial müdafiəsi

Dövlət kitabxana işçilərinin sosial müdafiəsinə təminat verir.

Kitabxana işçilərinin əmək haqları elm və təhsil sahələri işçilərinin əmək haqlarından aşağı olmamalıdır.

Kitabxanaların statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla işçilərə əmək haqqından əlavə digər ödənişlər tətbiq edilə bilər.

Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar öz tabeçiliyində olan kitabxanaların işçilərinə əlavə kompensasiyalar müəyyən edə bilərlər.

Kitabxana işçiləri öz peşə və sosial hüquqlarını təmin etmək məqsədilə qanunvericilikdə müəyyən olunmuş qaydada ictimai birliklər yarada bilərlər.

Maddə 33. Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq

Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir.

Kitabxanalar və kitabxana işi sahəsində ictimai birliklər beynəlxalq kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları və kitabxana işi sahəsində ictimai birlikləri ilə əməkdaşlıq edə bilərlər.

Maddə 34. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

Bakı şəhəri, 29 dekabr 1998-ci il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 30 aprel 2002-ci il tarixli 315-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 245)

2. 4 noyabr 2003-cü il tarixli 510-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-ci il, № 12 maddə 674)

3. 1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 442)

4. 16 iyun 2007-ci il tarixli 390-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6 maddə 596)

6. 19 fevral 2019-cu il tarixli 1506-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 28 mart 2019-cu il, № 65 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 388 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 04 mart 2016-cı il tarixli 174-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 430) ilə 6-cı maddəsinin ikinci hissəsinin yeddinci abzasına “Azərbaycan” sözündən sonra “Milli” sözü əlavə edilmişdir.

[2] 04 mart 2016-cı il tarixli 174-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 430) ilə 8-ci maddəsinin dördüncü hissəsinə “Azərbaycan” sözündən sonra “Milli” sözü əlavə edilmişdir.

[3] 19 fevral 2019-cu il tarixli 1506-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 28 mart 2019-cu il, № 65 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 388 ) ilə 12-ci maddənin birinci hissəsində birinci halda “” sözü “, elektron və digər” sözləri ilə əvəz edilmişdir.

[4] 30 aprel 2002-ci il tarixli 315-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 245) 14–cü maddəsinin ikinci hissəsindən “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada” sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Bu hüquq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat orqanları, ayrı-ayrı şəxslərlə aparılan müvafiq əməliyyatlar, məcburi nüsxələrin alınması, abunə, bağışlama və vərəsəlik əsasında miras qalmış nəşrlərin verilməsi, habelə beynəlxalq və ölkədaxili kitab mübadiləsi yolu ilə təmin edilir.

[5] 04 mart 2016-cı il tarixli 174-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 mart 2016-cı il, № 62 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 430) ilə 15-ci maddəsinin ikinci hissəsinə birinci halda “Azərbaycan” sözündən sonra “Milli” sözü əlavə edilmişdir.

19 fevral 2019-cu il tarixli 1506-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 28 mart 2019-cu il, № 65 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 388 ) ilə 15-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Milli Kitabxana, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları, respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar və Bakı Dövlət Universitetinin kitabxanası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ölkədə nəşr edilən çap məhsullarının məcburi nüsxələrini almaq hüququna malikdir.

Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz məcburi nüsxə, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına, respublika əhəmiyyətli elmi sahəvi kitabxanalara, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Bakı Dövlət Universitetinin kitabxanasına profilinə uyğun olaraq 2 pulsuz məcburi nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları isə 2 pulsuz məcburi nüsxə göndərməlidirlər.

[6] 4 noyabr 2003-cü il tarixli 510-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-ci il, № 12 maddə 674) ilə 27-ci maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Dövlət kitabxanaları və büdcədən maliyyələşdirilən təşkilatların tabeçiliyində olan kitabxanalar dövlət büdcəsi vəsaitləri, hüquqi və fiziki şəxslərin könüllü ayırmaları və qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

16 iyun 2007-ci il tarixli 390-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6 maddə 596) ilə 27-ci maddənin birinci hissəsinin birinci cümləsində “dövlət büdcəsindən maliyyələşdirilir və qanunvericiliklə qadağan olunmayan digər xidmətlərdən əldə edilən gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülür” sözləri “dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir” sözləri ilə əvəz edilmişdir.

[7] 4 noyabr 2003-cü il tarixli 510-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-ci il, № 12 maddə 674) ilə 27-ci maddənin üçüncü hissəsi çıxarılmışdır.

[8] 4 noyabr 2003-cü il tarixli 510-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-ci il, № 12 maddə 674) ilə 28-ci maddənin birinci hissəsində “büdcədənkənar fondlar formalaşdırılır” sözləri “əldə edilən büdcədənkənar vəsaitlər dövlət büdcəsinə köçürülür” sözləri ilə əvəz edilmişdir.

16 iyun 2007-ci il tarixli 390-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6 maddə 596) ilə 28-ci maddənin birinci hissəsində “əldə edilən büdcədənkənar vəsaitlər dövlət büdcəsinə köçürülür” sözləri “büdcədənkənar fondlar formalaşdırıla bilər” sözləri ilə əvəz edilmişdir.

[9] 1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 442) ilə 28-ci maddəsinə üçüncü hissə əlavə edilmişdir.

[10] 4 noyabr 2003-cü il tarixli 510-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-ci il, № 12 maddə 674) ilə 31-ci maddənin üçüncü hissəsinin ikinci cümləsində “kitabxananın” sözündən sonra “(dövlət kitabxanaları istisna olmaqla)” sözləri əlavə edilmişdir.

16 iyun 2007-ci il tarixli 390-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6 maddə 596) ilə 31-ci maddənin üçüncü hissəsinin ikinci cümləsindən “bütövlükdə” sözü və “(dövlət kitabxanaları istisna olmaqla)” sözləri çıxarılmışdır.

Azad qurbanov kitabxana işinin təşkili və idarə olunması

Kitabxanaçının nümunəvi vəzifə TƏLİMATI I. Ümumi müddəalar 1. Bu vəzifə təlimatı kitabxanaçının vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir. 2. Kitabxanaçı vəzifəsinə, iş stajına tələb qoyulmadan, “kitabxana işi” ixtisası üzrə orta ixtisas təhsili şəxs təyin edilir. 3. Kitabxanaçı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir. 4. Kitabxanaçı bilavasitə öz struktur bölməsinin rəhbəri olmaqla, müəssisənin rəhbərinə və ya onun müavininə tabe olur. 5. Kitabxanaçı aşağıdakıları bilməlidir: 5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; 5.2. informasiya və kitabxana işinin təşkili məsələləri üzrə normativ və metodik materialları; 5.3. kitabxana fondunun komplektləşdirilməsi, saxlanılması, axtarılması, verilməsi və uçotu qaydalarını; 5.4. kitabxanalararası abunənin vahid ümumdövlət sistemini; 5.5. müəssisənin fəaliyyət dairəsinə aid texnoloji, iqtisadiyyat və səhiyyənin, əməyin və idarəetmənin təşkili məsələləri üzrə biblioqrafik məlumat kitabçalarını; 5.6. oxucularla kütləvi və fərdi qaydada işləmə forma və metodlarını; 5.7. oxucular tərəfindən kitabxana fondu vahidlərinə vurulan zərərin ödənilməsi qaydasını; 5.8. kitabxananın işi barədə hesabatın tərtib edilməsi qaydasını; 5.9. əməyin təşkilinin əsaslarını, əmək qanunvericiliyinin əsaslarını; 5.10. daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsinin və yanğın təhlükəsizliyinin qayda və normalarını bilməlidir. II. Vəzifə öhdəlikləri 6. Kitabxanaçı müəssisənin bölmələrinin, kitabxananın oxucularının elmi tibbi, iqtisadi və başqa ədəbiyyatlarla, eləcə də elm, texnika və qabaqcıl istehsalat təcrübəsinin ölkə və xarici nailiyyətləri barədə biblioqrafik materiallarla təmin olunması işini yerinə yetirir. 7. Yeni daxil olmuş ədəbiyyatın siyahısını tərtib edir və onları müəssisənin bölmələri üzrə göndərir. 8. Müasir informasiya-axtarış sisteminin tətbiqi nəzərdə tutulmuş sistematik və əlifba kataloqlarını tərtib etməklə, elmi-informasiya, elmi-metodik və biblioqrafik işi yerinə yetirir. 9. Abunəçilərə oxu zalında da xidmət edir. 10. Daxil olmuş sorğular üzrə arayışları tərtib edir. 11. Elm, texnika və qabaqcıl istehsalat təcrübəsinin, oxucu konfranslarının aktual məsələləri üzrə tematik sərgilərin təşkilində iştirak edir. 12. Kitabxana fondunun saxlanılmasını, kitabxananın işinin əsas göstəriciləri üzrə statistik uçotun aparılmasını və müəyyən olunmuş hesabatın hazırlanmasını təşkil edir. III. Hüquqlar 13. Kitabxanaçının aşağıdakı hüquqları vardır: 13.1. öz fəaliyyəti ilə bağlı işin təkmilləşdirilməsi üzrə təkliflər vermək; 13.2. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək; 13.3. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfranslarda və müşavirələrdə iştirak etmək; 13.4. müvafiq ixtisas kateqoriyası almaq hüququ ilə müəyyən olunmuş qaydada attestasiyadan keçmək; 13.5. öz ixtisasını artırmaq hüquqlarına malikdir. 14. Kitabxanaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. IV. Məsuliyyət 15. Kitabxanaçı aşağıdakılara məsuliyyət daşıyır: 15.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; 15.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativhüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə; 15.3. daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə; 15.4. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin aparılmasına; 15.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş qaydada təqdim edilməsinə; 15.6. fövqəladə hallar şəraitində işə hazırlığa görə məsuliyyət daşıyır. 16. Kitabxanaçı əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.

Комментарии 0

Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25

TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.

добавлена 9 апреля 2022 в 19:44

Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?

Azad qurbanov kitabxana işinin təşkili və idarə olunması

Fizika-riyaziyyat elmləri namizədi, Kitabxanaşünaslıq kafedrasının dosenti

QISA BİOQRAFİK MƏLUMAT
26.06.1966 tarixdə Göyçə mahalının (Ermənistan) Cil kəndində anadan olmuşdur.
1973-1983-cü illərdə Bakı şəhərindəki 45 saylı orta məktəbdə oxumuşdur.
1983-1991-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.
1992-1995-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında aspiranturada təhsil almışdır.
1997-ci ildə “Maye, qaz və plazma mexanikası” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
Fizika-riyaziyyat elmləri namizədidir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissasiyasının
06.04.2004-cü il tarili qərarı ilə ona dosent elmi adı verilmişdir. 30-dan artıq elmi əsərin, o cümlədən ali mətəb tələbələri üçün 10 kitabın, 6 tədris proqramının müəlifidir.
İran, Almaniya, Türkiyə, İoradniya, Rusiya, Özbəkistan və digər ölkələrdə keçirilmiş bir sıra Beynəlxalq elmi konfaranslarda iştrak etmişdir.
Əmək fəaliyyətinə hələ tələbə olarkən başlamış, 1987-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hesablama mərkəzində texnik, 1995-1999 -cu illərdə BDU-nun “Tətbiqi-riyaziyyat”
Elmi Tədqiqat İnstitutunda elmi işçi, 1999-2000 ci illərdə BDU-da aparıcı elmi işçi, kompüter mərkəzində şöbə müdiri, 2000-2001-ci illərdə “İnformatika” kafedrasında müəllim,
2001-2012-ci illərdə “İnformatika” kafedrasında dosent vəzifələrində işləmişdir. “Kitabxanaçılıq informasiya” fakültəsinin dekanı və “Kitabxanaşünaslıq” kafedrasının dosenti vəzifəsində çalışmışdır.
2002-ci ildə Fransa Respublikasinin Nitsa “Sofiya-Antipolis” Universitetində ixtisasartırma kursu kecmişdir.
Ailəlidir, iki övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1991-ci ildə BDU-nun “Mexanika -riyaziyyat” fakültəsini bitirmişdir.
1997-ci ildə “Mürəkkəb reoloji mühitin gərginlik-deformasiya halının mayenin süzülməsinə təsirinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ
1987-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hesablama mərkəzində texnik,
1995-1999 -cu illərdə BDU-nun “Tətbiqi-riyaziyyat” Elmi Tədqiqat İnstitutunda elmi işçi,
1999-2000 ci illərdə BDU-da aparıcı elmi işçi, kompüter mərkəzində şöbə müdiri,
2000-2001-ci illərdə “İnformatika” kafedrasında müəllim,
2012-2020 -ci ilərdə “Kitabxanaçılıq informasiya” fakültəsinin dekanı,
2001-ci ildən bu günə kimi “Kitabxanaşünaslıq” kafedrasının dosenti vəzifəsində çalışır.
Informatka, Elmdə və təhsildə kompüter texnologiyası, Kitabxanaçılıq informatikası,
Kitabxanalarda informasiya xidməti fənnlərindən dərs deyir.
30 məqalənin, 10 kitabın müəllifidir.

TƏDQIQAT SAHƏSI
Kitabxana – informasiya texnologiyaları
Verilənlər bazasının idarəetmə sistemləri
Riyazi modelləşdirmə Ədədi üsullar
Hidrodinamika

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1. Riyaziyyatın bəzi məsələri üzrə Beynəlxalq Konfrans, Səmərqənd, Özbəkistan 1996

2. ICIAM 95, Hamburg, Almaniya, 1995

3. 26-cı İran Riyaziyyat Konfransı, Kerman, Iran, 1995

4. İkinci Beynəlxalq riyazi modelləşdirmə vasitələri konfransı, Sankt-Peterburq, Rusiya Federasiyası, 1999

5. “Kitabxana işi-2001” Altıncı Beynəlxalq konfarns, Moskva, Rusiya Federasiyası, 2001,

6. “Tətbiqi Riyaziyyat” üçüncü Bakı Dövlət Universiteti və Zəncan Universitetinin birgə Seminarı, Bakı, 2002

7. Mexanika və riyaziyyat İnstitutunun 45-illiyinə həsr olunmuş riyaziyyat və mexanika üzrə X Beynəlxalq Konfrans. Bakı, 2004

8. Beynəlxalq simpozium “Riyaziyyatın, mexanikanın və informatkanın müasir problemləri” Bakı, 2007

9. Mexanika və müasir tətbiqi proqram sistemləri üzrə Beynəlxalq konfrans, Alşuta, Ukraina, 2007

10. Riyazi elmlər üzrə ikinci Beynəlxalq Konfrans, İordaniya, 2008

11. Hesablama riyaziyyatının və riyazi fizikanın müasir problemləri, Beynəlxalq konfrans, Moskva, 2009

12. BDU-nun 90 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans, Bakı, 2009

SEÇIILMIŞ ƏSƏRLƏRI

  1. Ramazanov T.Q., Qurbanov A.İ., Əskərov T.M. İkifazali doyma zamanı mikrotarazlıqda olmayan məsaməli mühitlərdə qeyri-xətti dalğalar. Riyaziyyat və mexanika institutunun xəbərləri c.XX(XXVIII), 2004 s.173-182
  2. Qurbanov A.İ., Məmmədova K.N. Qeyri-xətti ikinci tərtib diferensial tənliklər sistemi üçün sərhəd məsələsinin həllinin qiymətləndirilməsi. Odlar Yurdu Universitetinin elmi-pedoqoji xəbərləri c.13, 2006 s.85-95
  3. Məmmədov E.M., Qurbanov A. İ. Müasir Kitabxana informasiya sistemərində Z39.50 və HTTP protokolları(ingilis dilində). Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri, 26-2008, səh. 28-32.
  4. Xəlilov M.S., Qurbanov A.İ., Məmmədov E.M. «Kitabxana işinin proqramlaşdırılması» Tədris proqramı, Bakı, 2008, 13 s.
  5. Xəlilov M.S., Qurbanov A.İ., Məmmədov E.M. «Avtomatlasdırılmış kitabxana-informasiya sistemlərinin proqram təminatı» Tədris proqramı, Bakı, 2008, 8 s.
  6. Xəlilov M.S., Qurbanov A.İ., Məmmədov E.M. “Kompüter texnikası və proqramlaşdırma” Tədris proqramı, Bakı, 2008, 11 s.
  7. Xəlilov M.S., Qurbanov A.İ., Məmmədov E.M. «Riyazi İnformatika» Tədris proqramı, Bakı, 2008, 14 s.
  8. CDS/ISIS for Windows – biblioqrafik verilənlər bazasının effektiv aləti. Odlar Yurdu Universitetinin elmi-metodik jurnalı:-Bakı.: 2010.-№ 30. s.13-17
  9. Qurbanov A.İ. DSpace elektron kitabxanalar, rəqəmsal kolleksiyalar elektron sənəd arxivlərinin yaradılması vasitəsi kimi. Kitabxanaşünaslıq və informasiya: Elmi-nəzəri və praktik jurnal. Bakı, 2010.-№2.- s. 71-75

10. Qurbanov A.İ. Eprints əsasında elektron kitabxanaların yaradılması Kitabxanaşünaslıq və informasiya: Elmi-nəzəri və praktik jurnal. Bakı.:2011.-№1(4).- s.54-60
M. Xəlilov, A.İ. Qurbanov Təlimdə informasiya texnologiyası . Filologiya fakültəsinin bakalavr pilləsi üçün fənn proqramı. Bakı, 2011, 12 s.

11. A. Qurbanov, Xələfov A, P.Kazımi Bibliometriya nəzəriyyəsi kitabxana-informasiya fəaliyyətində//BDU xəbərləri: Humanitar seriyası.2012.- №1.
Азербайджанское библиотековедение как научная школа проф.А.ХалафовастатьяХарьковский национальный Университет. 2012. С.28-314 s

12. A. Qurbanov, К.Аслан, П.Казыми. Некоторые проблемы информационного простанства в контексте библитечной деятельностистатьяЖурнал научных публикаций аспирантов и докторантов. – 2012. – №1 (7). – с.146-1472 s

13. Belarusiya və Ukraniyada kitabxanaçılıq təhsilinin inkişafı (Xarkov Dövlət və Belarusiya dövlət Mədəniyyət və İncəsənət univ təcr.əsasında)Kitabxanaçılıq və informasiya.Elmi-nəzəri və praktiki jurnal. N-2(17). Bakı.-2015. Azərbaycan, Polşa və ABŞ ali kitabxanaçılıq təhsilinin müqayisəli təhlili//Kitabxanaçılıq və informasiya.Elmi-nəzəri və praktiki jurnal. N-1(16). Bakı.-2015.

14. A.İ. Qurbanov, N.Z.Hüseynova Rusiyada Kitabxanaçılıq-informasiya fəaliyyəti üçün peşə standartının hazırlanması metodikası. Kitabxanaçılıq və informasiya.Elmi-nəzəri və praktiki jurnal. №1(19). Bakı.-2015

15. Rusiyada Kitabxanaçılıq-informasiya fəaliyyəti üçün peşə standartının hazırlanması metodikask//Kitabxanaçılıq və informasiya.Elmi-nəzəri və praktiki jurnal. N-1(19). Bakı.-2016.

16. Qurbanov A.İ. , Mütəllimova S.F. Kitabxanalarin avtomatlaşdirilmasinda yeni həllər: rfid texnologiyasi əsasinda //Kitabxanaçılıq və informasiya.Elmi-nəzəri və praktiki jurnal. №2-3 (20-21) 2016 s. 27-32. Bakı.-2016.

17. Qurbanov A.İ. , Mütəllimova S.F. Elektron sənəd dövriyyəsi sistemlərində informasiyanin təhlükəsizliyi //Kitabxanaçılıq və informasiya.Elmi-nəzəri və praktiki jurnal. №1 (22) 2017 s.7-11, Bakı.-2017.

18. Qurbanov A.İ. , Kazimi P.F. Kitabxana-informasiya fəaliyyətində senzura və məhdudiyyətlərin qiymətləndirmə meyarı. //Kitabxanaçılıq və informasiya.Elmi-nəzəri və praktiki jurnal.№2 (23) 2017 s.15-20 Bakı.-2017

19. Qurbanov A.İ. İnfornasiya cəmiyyəti və ali kitabxanaçılıq təhsilinin vəziyyəti //Kitabxanaçılıq və informasiya.Elmi-nəzəri və praktiki jurnal. №3 (24) 2017 s.46-50 Bakı.-2017

20. Qurbanov A.İ. , Mütəllimova S.F. Veb arxivlərin informasiya resursları // Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti; «Kitabxana-informasiya fəaliyyəti və biliklər cəmiyyəti: inteqrasiya meylləri və çağırışlar» mövzusunda respublika elmi konfransının materialları (20 dekabr 2017), Bakı: Mütərcim, 2017, s. 3-5.

KITABLAR

  1. Xəlilov M.S., Qurbanov A.İ, Musayeva N.N. Kitabxana nformatikası I cild, Bakı, 2001,”Odlar yurdu”, 238 s.
  2. Xəlilov M.S., Qurbanov A.İ, Musayeva N.N. Kitabxana nformatikası II cild, Bakı, 2002,”Odlar yurdu”, 164 s.
  3. Xəlilov M.S., Qurbanov A.İ. İnformatika Bakı, 2003, «Bakı Universiteti”, 340s.
  4. Qurbanov A.İ., Abdullayeva R.A. Fərdi kompüterlərin proqram təminatı. I cild, «Çaşioğlu” , Bakı, 2006, 290s.
  5. Qurbanov A.İ., Abdullayeva R.A. Fərdi kompüterlərin proqram təminatı. II cild, «Çaşioğlu” , Bakı, 2006, 174s.
  6. Qurbanov İ.Ə., Qurbanov A.İ. Riyazi proqram paketləri «Təhsil» NPM, Bakı, 2005, 166c.
  7. Abuzər Xələfov, Azad Qurbanov Kitabxana prosesslərinin kompüterləşdirilməsinin əsasları. “Bakı Universiteti”, Bakı 2007, 200 s.
  8. A.İ,Qurbanov, E.M.Məmmədov, A.S.Hüseynova Kompüter texnikası və proqramlaşdırma / Ali məktəb tələbələri üçün dərslik. “Təhsil” NPM, Bakı, 2010, 169 s.
  9. İ.Ə.Qurbanov, A.İ.Qurbanov, R.A. Abdullayaeva İnformatika (dərs vəsaiti). «Çaşioğlu” , Bakı, 2011, 420 s., ill.

10. M. Xəlilov, A.İ. Qurbanov, C. S. Abdullayev, N. Həsənova İnformatika (dərslik). Bakı, “Odlar yurdu”, 2011, 280 s.

11. A.İ. Qurbanov, P.Kazımi, N.İsmayılova Kitabxana-informasiya fəaliyyətinin iqtisadiyyatıKitab Dərs vəsaiti.- B.: Mütərcim, 2012. – 306 s. 306 s

12. A.İ. Qurbanov, Q.N.Atayev proqramlaşdırmaya giriş:Dərs vəsaiti.-Bakı: Propolis MMC, 2016, 302 s. 13.A.Xələfov, A. Qurbanov Kitabxanaların kompüterləşdirilməsinin əsasları: Dərslik. –Bakı: Bakı Universiteti, 2016, 335 s.

13. Qurbanov A.İ. , Abdullayeva R.A., Əliyev A.Ə. İnformatikanın əsasları: Dərs vəsaiti. – Bakı: Mütərcim, 2018. – 512 s.

14. Qurbanov A.İ. , Kazimi P.F.,Quliyev O.İ. Elektron kitabxanalar: Dərs vəsaiti. – Bakı: Mütərcim, 2018. – 298 s.

Comments are closed, but trackbacks and pingbacks are open.