Press "Enter" to skip to content

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi metodikası

Sözün mənasını dəyişən səs fonem adlanır: tələ-dələ, zaman-saman, dağ-sağ-çağ-bağ-tağ.

Azərbaycan dilinin quruluşu

Azərbaycan dili azərbaycanlıların ana dilidir. Bu dil respublikamızda 12 noyabr 1995-ci ildə qəbul edilmiş konstitusiyada Azərbaycan dili kimi təsbit olunmuşdur. Konstitusiyanın 21-ci maddəsində yazılır: «Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir».

TÜRK DİLLƏRİ AİLƏSİ

Dünyada 3.500-dən çox dil var. Bir kökdən törəyən dillər qohum dillər sayılır. Qohum dillərin hamısına birlikdə dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur.

Qədim türk dilinin qrupları: oğuz, qıpçaq, qarluq və s.

  • Oğuz qrupu: türk, Azərbaycan, türkmən, qaqauz.
  • Qıpçaq qrupu: qazax, qırğız, başqırd, tatar, qumuq.
  • Qarluq qrupu: özbək, uyğur, salar.

Bugünkü Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu ilk orta əsrlərdə (birinci minilikdə) təşəkkül tapmışdır.

AZƏRBAYCAN DİLİNİN MORFOLOJİ QURULUŞU

Dillərin tipoloji bölgüsündə sözlərin morfoloji quruluşu əsasdır. Dillər tipoloji baxımdan aşağıdakı qruplara bölünür:

  • Kök (amorf) dillər sözün kökü dəyişmir və şəkilçi yoxdur: çin.
  • Flektiv dillər həm sözün kökü içəridən dəyişir, həm dəşəkilçi sözün müxtəlif yerlərində gəlir. Sözlərdə ön şəkilçi (prefiks), iç şəkilçi (infiks), son şəkilçi (sufıks) işlənir: ərəb.
  • İltisaqi (aqlütinativ) dillər- kök sabit qalır, şəkilçilər isə sözün kökünə artırılır: Azərbaycan.

Sözün əvvəlinə şəkilçi artırılması (la+qeyd, a+normal), sözdən şəkilçini ayırarkən kökün məna verməməsi (bio+loji, frazeo+logiya, lüğə+vi), l,-q,-k şəkilçilərinin olmasına baxmayaraq, həmin sözlərin kökdən ayrıla bilməməsi (alçal, alçaq, kiçik, kiçil) iltisaqi prinsipdən kənara çıxır.

İSTİSNA: na+dinc, na+kişi (dinc və kişi milli sözlərdir).

Dil və mədəniyyət. Dil və xalqın tarixi

Dildə yeni terminlərin yaranması mədəni inkişafla bağlıdır. Mədəni səviyyənin qalxması isə ədəbi dilin fəaliyyət dairəsini genişləndirir və ədəbi dil normalarım möhkəmləndirir. Bununla da dialektin sosial işlənməsi məhdudlaşır. Ümumi mədəni səviyyənin inkişafı elmin genişlənməsini şərtləndirir.

Dilin inkişafının xalqın tarixi ilə bağlılığını iki istiqamətdə görmək mümkündür. Birincisi, qohum tayfaların birləşməsi nəticəsində bu tayfaların dili də birləşərək həmin xalqın dilinə çevrilir. Digər tərəfdən dil faktları müəyyən mədəni-tarixi hadisələrin aydınlaşmasında mühüm rol oynayır. Məsələn, Midiyanın aparıcı tayfasının adı mak olmuşdur və bu söz qədim türkcədə ilan mənasını bildirir.

Fonem anlayışı

Sözün mənasını dəyişən səs fonem adlanır: tələ-dələ, zaman-saman, dağ-sağ-çağ-bağ-tağ.

Dil vahidləri iki yerə ayrılır: müstəqil və qeyri-müstəqil.

  • Müstəqil dil vahidləri: söz, cümlə. Onlar dilin formalaşması prosesində aparıcı rol oynayır.
  • Qeyri-müstəqil dil vahidi: fonem. Fonem müstəqil dil vahidlərinin formalaşması vasitəsi kimi çıxış edir.

Vurğu

Azərbaycan dilində vurğunun üç növü vardır: heca vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu.

  • Heca vurğusu — sözlərdəki hecalardan birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasıdır.
  • Məntiqi vurğu — cümlədəki sözlərdən birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasıdır. Məntiqi vurğulu söz, adətən, xəbərin yanında olur. Ancaq intonasiyadan istifadə etməklə məntiqi vurğulu sözün yeri dəyişə də bilər.
  • Həyəcanlı vurğu — hiss və həyəcanları ifadə etmək üçün sözün qeyri-adi şəkildə tələffüz olunmasıdır.

İntonasiya

İntonasiya — nitqin ahəngi, ritmi, nitqin tempi və ya sürəti, intensivliyi, məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusundan ibarətdir. İntonasiya modallıq bildirir. Onun vasitəsilə məlumat vermə, sual və əmr intonasiyaları fərqləndirilir.
Xitabların, ara söz və ara cümlələrin intonasiyası da fərqlənir.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

  • Teqlər:
  • Azərbaycan dili
  • , dilçilik

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi metodikası

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI SƏNAYE-PEDAQOJİ Kolleci Ffənn: İbtidai riyaziyyat kursunun tədrisi metodikası. Mövzu: Riyaziyyatın tədrisi metodikasının məqsəd və vəzifələri, başqa elmlərlə əlaqəsi Riyaziyyatın tədrisi metodikasının məqsəd. Показать больше

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI SƏNAYE-PEDAQOJİ Kolleci Ffənn: İbtidai riyaziyyat kursunun tədrisi metodikası. Mövzu: Riyaziyyatın tədrisi metodikasının məqsəd və vəzifələri, başqa elmlərlə əlaqəsi Riyaziyyatın tədrisi metodikasının məqsəd və vəzifələri, başqa elmlərlə əlaqəsi Pedaqogika elmi kimi riyaziyyatın tədrisi və metodikası da təlim və tərbiyənin qarşılıqlı əlaqədə olan ümumi qanunauyğunluqlarını işləyib hazırlayır.Hər bir xüsusi metodika ocümlədən riyaziyyatın tədrisi metodikası pedaqogika elminin bir sahəsi olub konkret məsələləri öz qanunlarına uyğun həll edir.Ali məktəblərdə tədris prosesi tələbələrin təşəkkül fəaliyyətinin təşkili və idarə olunması sistemi kimi nəzərdə tutulur.Tədrisin təşəkkül məqsədləri,təlimin nəticələri və bu nəticələrə nail olmaq üçün vasitə və metodları- tədris prosesinin bir sistemi kimi elementlərini təşkil edir.Tədris metodikasının əsas xüsusiyyətlərindən biri tələbələrə müstəqil təşəkkül metodlarının və fəaliyyətini elmi c Спрятать

  • Похожие публикации
  • Поделиться
  • Код вставки
  • Добавить в избранное
  • Комментарии

Comments are closed, but trackbacks and pingbacks are open.