Press "Enter" to skip to content

Azerbaycan tarixi mdniyyti 2 ci cild

Müharibə illərində azərbaycanlılar antisovet hərəkatında da iştirak etmişdilər. Baltikyanı ərazilər uğrunda gedən döyüşlər zamanı əsir düşən Əbdürrəhman (Əbo) Fətəlbəyli Düdənginski Hitlerin razılığı ilə azərbaycanlılardan ibarət hərbi dəstələr yaratmışdı. Azərbaycanlılardan yaradılan hərbi legion Fransanın cənubunda müttəfiqlər əleyhinə döyüşlərdə iştirak etmişdilər.
Hitler hökumətinin Şərq nazirliyi 1941-ci ilin payızında M.Ə.Rəsulzadəni Almaniyaya dəvət etmişdi. Onunla azərbaycanlı əsirlərin azad edilməsi, onlardan milli ordu yaradılması məsələləri müzakirə edilmişdi. Hitler 1941-ci il dekabrın 22-də başqa milli hərbi hissələrlə yanaşı, Qafqaz müsəlmanlarından xüsusi hərbi hissə yaradılması barədə əmr vermişdi. Qafqaz müsəlmanlarından təşkil edilmiş hərbi hissələr 1942-ci ilin yayında Qafqaz cəbhəsindəki döyüşlərdə iştirak etmişdilər. Azərbaycanlılardan təşkil olunmuş 7 min nəfərdən çox döyüşçüsü olan «Aslan», «Dönməz», «Qafqaz», «Vətən» və b. hərbi dəstələr də bu döyüşlərdə iştirak etmişdilər.
1943-cü ilin yazında antisovet hərəkatına rəhbərlik etmək üçün Berlində Milli Azərbaycan Komitəsi yaradılmışdı. Həmin ilin may ayında xüsusi azad türk diviziyası (162-ci piyada diviziyası) yaradılmışdı. Diviziyanın tərkibində Azərbaycan legionu da var idi.
Hitlerin Azərbaycanı işğal etmək niyyətlərindən xəbər tutan M.Ə.Rəsulzadə hitlerçilərlə əlaqəni kəsmişdi. O, Almaniyanı tərk etməli olmuşdu. 1943-cü ilin payızında Hitler hökumətinin himayəsi ilə Berlində Azərbaycan parlamenti və hökuməti yaradılmışdı. Ona Əbo bəy Fətəlibəyli Düdənginski başçılıq etmişdi. Bu hökumət 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi.

2-ci qrup fənnləri və ixtisasları 2022

Çoxumuz artıq 8-9 cu sinifdən hansı ixtisasları seçəcəyimizi və yaxud hansı qrupların bizə uyğun olduğun araşdırıb dəqiqləşdiririk və seçdiyimiz 2-ci qrup fənləri üzrə hazırlıqlara başlayırıq. Bəs onda 2 ci qrup fənləri hansılardır ?

2 ci qrup fənnləri aşağıdakılardır :

2-ci qrup da əsas fənnlər Coğrafiya və Riyaziyyat olduğundan hər birinin balı 200 bal qiymətləridirilir. Qalan 2-ci qrup fənnləri isə 100 bal qiymətləndirilir.
Hər iki tarix ( Azərbaycan tarixi və Ümumi tarix ) fənnindən imtahan verilsədə tarix əsas fənn kimi götürülmür.

2 ci qrup ixtisasları aşağıda tanış ola bilərsiniz. :

Beynəlxalq münasibətlər

Beynəlxalq münasibətlər hüquq, sosial araşdırmalar və xarici dillərə maraq göstərənlərə daha uyğundur. Bu ixtisası seçənlər üçün xarici dil bilikləri çox vacibdir. Beynəlxalq münasibətlər ixtisasının məzunları dövlət və özəl müəssisələrindən əlavə, magistr təhsili alıb pedaqoq ( müəllim ) kimi fəaliyyət göstərə bilərlər.

Bu ixtisasın tədrisi aşağıdakı universitetlərdə mövcuddur:

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Dillər Universiteti
  • Bakı Slavyan Universiteti
  • Azərbaycan Dövlət İdarəçilik Akademiyası
  • Qərbi Kaspi Universiteti
  • Xəzər Universiteti – tədris İngilis dilində
  • Bakı Avrasiya Universiteti
  • Odlar Yurdu Universiteti
  • Naxçıvan Universiteti
  • ADA

Biznesin idarə edilməsi

Bu ixtisasın əsas məqsədi tələbələrə biznes fəaliyyətinin təşkili və idarə edilməsinin əsas metod və prinsipləri haqqında biliklərin verilməsidir. Bu ixtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz :

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-tədris Azərbaycan və İngilis dilində
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan və Türk dilində
  • Bakı Mühəndislik Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan Turizm və Menecment Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
  • Sumqayıt Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Qərbi Kaspi Universiteti
  • Xəzər Universiteti – tədris İngilis dilində
  • Bakı Avrasiya Universiteti
  • Odlar Yurdu Universiteti
  • Bakı Biznes Universiteti – tədris İngilis dilində

İqtisadiyyat

İqtisadiyyat iqtisadiyyatın bütün sahələrini əhatə edən peşəkar mütəxəssislər yetişdirir. Bu ixtisasın məzunları dövlət strukturlarında, ictimai əhəmiyyətli bir çox qurum və şirkətlərdə, xarici investisiyalı şirkətlərdə, kiçik, orta və iri biznes subyektlərində, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərdə və digər biznes strukturlarında fəaliyyət göstərə bilirlər. Bu ixtisasa siz aşağıdakı universitetlərdə yiyələnə bilərsiniz:

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan, türk və ingilis dilində
  • Bakı Mühəndislik Universiteti – İngilis dilində tədris
  • Azərbaycan Dövlət İdarəçilik Akademiyası
  • Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyası
  • Naxçıvan Dövlət Universiteti
  • Azərbaycan Dövlət Aqrar Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Gəncə Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Universiteti – tədris Azərbaycan və İngilis dilində
  • Qərbi Kaspi Universiteti
  • Xəzər Universiteti – tədris İngilis dilində
  • Bakı Avrasiya Universiteti
  • Bakı Biznes Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Naxçıvan Universiteti
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Marketinq

Marketinq – mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətlərdən biridir. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların, təlabat və ehtiyaclarının müəyyən edilməsi, bu təlabatlara uyğun təkliflərin hazırlanması, tələbata uyğun məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilnəsi, satışdan əvvəl və sonrakı xidmətin təşkili, reklam fəaliyyəti tələb olunur və bütün bunlar bir marketinq tərəfindən həyata keçirilir. İxtisasın həm bu günki gündə, həm də gələcəyi parlaqdır. Bu ixtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz.

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – tədris İngilis dilində
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan və Türk dilində
  • Azərbaycan Turizm və Menecment Universiteti
  • Azərbaycan Dövlət Aqrar Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Gəncə Dövlət Universiteti
  • Azərbaycan Texnologiya Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Qərbi Kaspi Universiteti
  • Xəzər Universiteti – tədris İngilis dilində
  • Bakı Avrasiya Universiteti
  • Odlar Yurdu Universiteti
  • Bakı Biznes Universiteti
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Mühasibatlıq

Bu ixtisasın əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatın aparılması yönündə biliklərin verilməsidir. Bu ixtisas üçün yaxşı riyazi bacarığı olan, iqtisadiyyat və hüquq sahələri ilə maraqlananlar üçündür. Hal-hazirda bu ixtisasa böyük təlabat var. Bu ixtisas aşağıdakı universitetlərdə tədris olunur :

  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan, türk və ingilis dilində
  • Bakı Mühəndislik Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Turizm və Menecment Universiteti
  • Naxçıvan Universiteti
  • Azərbaycan Dövlət Aqrar Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Gəncə Dövlət Universiteti
  • Azərbaycan Texnologiya Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Universiteti
  • Qərbi Kaspi Universiteti
  • Xəzər Universiteti – tədris İngilis dilində
  • Bakı Avrasiya Universiteti
  • Odlar Yurdu Universiteti
  • Bakı Biznes Universiteti
  • Naxçıvan Universiteti
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Coğrafiya

Coğrafiya – təbiətlə insanın qarşılıqlı təsirini öyrənən bir ixtisasdır. Bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnmək olar :

  • Bakı Dövlət Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti

Maliyyə

Maliyyə, şirkətin və ya dövlətin maliyyə resurslarının idarə olunması və təşkili deməkdir. Bu İxtisas şirkətlərin mövcud olan maliyyə resurslarının necə idarə olunmasını öyrədir. Bu ixtisas gələcək üçün ən perspektivli ixtisaslardan biridir.

  • Azərbaycan Dövlət İqtisad Universiteti – tədris Azərbaycan, türk və ingilis dilində
  • Bakı Mühəndislik Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Turizm və Menecment Universiteti
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Qərbi Kaspi Universiteti
  • Xəzər Universiteti – tədris İngilis dilində
  • Bakı Avrasiya Universiteti
  • Odlar Yurdu Universiteti
  • Bakı Biznes Universiteti
  • Naxçıvan Universiteti
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Coğrafiya müəllimliyi

Bu ixtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz:

  • Bakı Dövlət Universiteti
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Naxçıvan Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Xəzər Universiteti
  • Naxçıvan Universiteti
  • Bakı Qızlar Universiteti

Menecment

Bu ixtisas şirkətin idarəçiliyini və onun effektiv idarə olunmasi üsullarını öyrədir. Bu ixtisas iqtisadiyyata və idarəetməyə marağı olanlar üçündür. Bu İxtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz :

  • Bakı Dövlət Universiteti
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – tədris Azərbaycan və ingilis dilində
  • Azərbaycan Texniki Universiteti
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan müharibə illərində

Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər, Almaniya Bakı neftini ələ keçirməklə Şərqə — İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərləridən biri olan Rozenberqin hazırladığı «Qafqazın idarə olunması planı»na əsasən Azərbaycanda Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı idi.
Digər bir plana görə SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərin «Böyük Türküstan» dövləti yaradılmalı idi. Azərbaycan da onun tərkibinə daxil edilməli idi. Hitlerin «Edelveys» adlanan Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. Qafqaza xüsusi maraq göstərən ABŞ və Böyük Britaniya tərtib etdikləri «Vilvet» planında Azərbaycanı öz nüfuz dairələrinə çevirmək göstərilirdi. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində saxlamaq planı var idi.

Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ 1939-cu ilin payızından müharibəyə cəlb olunmuşdu. Onun da igid oğul və qızları sovet-fin müharibəsi cəbhəsinə getmişdilər. 1941-ci ilin iyununda Sovet İttifaqının Böyük Vətən Müharibəsi başlanandan sonra o da faşizmə qarşı müharibəyə cəlb olundu. Azərbaycanda da cəbhəyə kütləvi səfərbərlik elan olundu. Müharibə illərində Azərbaycan döyüşən cəbhəyə 600 minə yaxın oğlan və qız göndərdi. Ondan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdılar. Azərbaycanlılardan 77-ci, 223-cü, 271-ci 402-ci, 416-cı, diviziyalar formalaşdırıldı. 227-ci və 396-cı diviziyaların tərkibində də azərbaycanlılar çoxluq təşkil edirdilər.

Azərbaycan oğul və qızları da faşizmə qarşı döyüş cəbhələrində igidliklə vuruşmuşdular. Onlar fərdi və kütləvi igidliklər göstərmişdilər, 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda mərdliklə döyüşmüşdülər. 1941-ci ilin payızında Leninqrad (indi Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən ikisini məhv etmiş, 17 yara almasına baxmayaraq öz təyyarəsini salamat uçuş meydançasına endirmişdi. Lakin özü həlak olmuşdu. O, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü

1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.
Şimali Qafqazı faşistlərdən azad etmək uğrundakı döyüşlərdə Azərbaycan diviziyaları böyük rəşadət göstərmişdilər. 1942-ci ildə 402-ci diviziya Mozdok ətrafındakı yaşayış məntəqələrinin, 416-cı diviziya Şimali Qafqazın bir sıra yaşayış məntəqələrinin azad edilməsində fəal iştirak etmişdilər. Şimali Qafqaz uğrunda gedən döyüşlərdə göstərdikləri igidliyə görə Qafur Məmmədov və İdris Süleymanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.

1942-ci ildə Stalinqrad (indi Volqoqrad) uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşdular. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstərmişdilər. Stalinqrad uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına Berezina çayını keçərək Pleşeni şəhərini, habelə 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman onun ölümündən 47 il sonra 1991-ci ildə həyata keçirilmişdi. 1943-cü ildə Ukraynanın azad olunması uğrunda döyüşlərdə, xüsusən Dnepr çayını keçməkdə göstərdikləri misilsiz rəşadətə görə M.Məhərrəmov, M.Ələkbərov, Ə.Məmmədov, F.Səfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdılar.

Müxtəlif cəbhələrdə faşist qoşunlarına qarşı döyüşlərdə göstərdikləri rəşadətə görə 416-cı diviziya «Taqanroq diviziyası», döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya «Temryuk divİziyası», 271-ci diviziya «Qarlov diviziyası», 77-ci diviziya «Simferopol diviziyası» və 223-cü diviziya «Belqrad diviziyası» adını qazanmışdılar. 223-cü və 416cı diviziyalar Odessa və Kişinyovu, 271-ci diviziya Polşa və Çexoslovakiyanı, 223-cü diviziya Yuqoslaviyanı azad etməkdə fəal iştirak etmişdilər. 416-cı diviziya Qafqazdan Berlinə kimi böyük döyüş yolu keçmiş, Berlinin zəbt olunmasında iştirak etmişdi, Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı döyüşlərdə göstərdikləri igidliyə görə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.1944-cü ildə Şimali Transilvaniyanın Mağara şəhəri uğrunda döyüşlərdə göstərdiyi misilsiz igidliyə görə Gəray Əsədov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.

Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Onlar Krımda, Ukraynada, Belorusiyada, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuıuşmuşdular. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belorusiyada «Dyadya Kolya» partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranmışdı.
Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, «Armed Mişel» (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və en yüksək fəxri adı — «Fransanın Milli Qəhrəmanı», şəxsi igidliyinə görə paradda əskərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu.
Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox fa-şist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.

Partizan dəstəsində onunla yanaşı T.Əliyev, D.İsmayılov, Ə.Məmmədov, M.Seyidov və b. da döyüşmüşdülər. Bunlardan başqa Yuqoslaviya Xalq Azadlıq ordusu sıralarında onlarla azərbaycanlı faşizmə qarşı vuruşmuşdu. Onlardan 50 nəfəri Yuqoslaviyanın orden və medallarına layiq görülmüşdülər. Onlardan partizan qərargahının rəisi D.Həkimli, bölmə komandirləri M.Abdullayev və A.Məmmədov, pulemyotçu V.Hüseynov, həkim R.Ağazadə, feldşer M.Qulubəyov və b. fərqlənmişdilər.
İtaliyada partizan dəstələrində vuruşan Ə.Babayev, H.Nadirov, M.Nəzərov, İ.Məmmədov, V.Hüseynov, Ş.Məcidov, A.Mirzəyev, M.Nəcəfov, H.Əskərov, M.Abdullayev, S.Səfıyev və b. Şimali İtaliyanın azad edilməsində fəal iştirak etmişdilər. Əli
Babayev Qaribaldi adına batalyonun komandiri olmuş, «Hərbi şücaətinə görə» gümüş medalla təltif olunmuşdu. Vilayət Hüseynov İtaliya faşistlərinin lideri B.Mussolini həbs edənlərdən biri olmuşdu.
Azərbaycandan cəbhəyə səfərbər edilmiş 600 minə yaxın adamdan 200 mindən çoxu həlak olmuş və itkin düşmüşdü. Müharibə cəbhələrində göstərdikləri şücaətə görə xalqımızın 121 nəfər mərd oğlu Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.

Müharibə illərində azərbaycanlılar antisovet hərəkatında da iştirak etmişdilər. Baltikyanı ərazilər uğrunda gedən döyüşlər zamanı əsir düşən Əbdürrəhman (Əbo) Fətəlbəyli Düdənginski Hitlerin razılığı ilə azərbaycanlılardan ibarət hərbi dəstələr yaratmışdı. Azərbaycanlılardan yaradılan hərbi legion Fransanın cənubunda müttəfiqlər əleyhinə döyüşlərdə iştirak etmişdilər.
Hitler hökumətinin Şərq nazirliyi 1941-ci ilin payızında M.Ə.Rəsulzadəni Almaniyaya dəvət etmişdi. Onunla azərbaycanlı əsirlərin azad edilməsi, onlardan milli ordu yaradılması məsələləri müzakirə edilmişdi. Hitler 1941-ci il dekabrın 22-də başqa milli hərbi hissələrlə yanaşı, Qafqaz müsəlmanlarından xüsusi hərbi hissə yaradılması barədə əmr vermişdi. Qafqaz müsəlmanlarından təşkil edilmiş hərbi hissələr 1942-ci ilin yayında Qafqaz cəbhəsindəki döyüşlərdə iştirak etmişdilər. Azərbaycanlılardan təşkil olunmuş 7 min nəfərdən çox döyüşçüsü olan «Aslan», «Dönməz», «Qafqaz», «Vətən» və b. hərbi dəstələr də bu döyüşlərdə iştirak etmişdilər.
1943-cü ilin yazında antisovet hərəkatına rəhbərlik etmək üçün Berlində Milli Azərbaycan Komitəsi yaradılmışdı. Həmin ilin may ayında xüsusi azad türk diviziyası (162-ci piyada diviziyası) yaradılmışdı. Diviziyanın tərkibində Azərbaycan legionu da var idi.
Hitlerin Azərbaycanı işğal etmək niyyətlərindən xəbər tutan M.Ə.Rəsulzadə hitlerçilərlə əlaqəni kəsmişdi. O, Almaniyanı tərk etməli olmuşdu. 1943-cü ilin payızında Hitler hökumətinin himayəsi ilə Berlində Azərbaycan parlamenti və hökuməti yaradılmışdı. Ona Əbo bəy Fətəlibəyli Düdənginski başçılıq etmişdi. Bu hökumət 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi.

1942-ci ilin iyul ayında DTK-nin işçisi erməni Aruşanovun uydurma ittihamı əsasında Bakının müxtəlif Ali və Orta ixtisas məktəblərindən olan 8 nəfər tələbə həbs olunmuşdu. Onlar əsassız olaraq antisovet millətçi təşkilat yaratmaqda təqsirləndirilmişdilər. Erməni müstəntiqləri Aruşanovun, Qriqoryanın və Arustamovun əsassız ittihamnaməsi əsasında onlar 1942-ci ilin oktyabrın 31-də mühakimə olunmuşdular. Mühakimə prosesi cəmi 45 dəqiqə çəkmişdi. Mühakimə olunanlardan İsgəndərov Süleyman ƏliAbbas oğlu, Tağıyev Ələsgər Əli Səttar oğlu və Rzayev Məmmədhüseyn Həbib oğlu məhkəmənin hökmü ilə 1942-ci il dekabrın 24-də güllələnmişdilər. Mustafayev Çingiz Seyfulla oğlu, Ağayev Hüseynağa Mirhəşim oğlu, Məmmədov Ağa Ələsgər Rza oğlu, Rzayev Saleh Əbdülhüseyn oğlu və Mehdiyev Zaman Zeynal oğlu 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Həmin işdə adları çəkilən Həbibzadə Şükür 1942-ci ilin noyabrında 8 il həbsə və Rüstəmov Ramiz isə dekabr ayında güllələnməyə məhkum olunmuşdu. Lakin 1943-cü ilin fevralında onun cəzası 10 il həbslə əvəz edilmişdi. Lakin sonradan apardan yoxlamalar nəticəsində sözügedən iş üzrə hökmün əsassız və uydurma olduğu sübuta yetirilmiş, 1960-cı il yanvarın 5-də isə ona xitam verilmişdir.
Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdular. Müharibənin ilk ilində neft sənayesində işləməyə 11 min qadın gəlmişdi. Gənclərdən ixtisaslı kadrlar hazırlanması genişləndirilmişdi.
Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. O zaman SSRİ-nin əsas duru yanacaq-neft bazası olan Bakının rolu artmışdı. Müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 85-90 faizini verirdi. Motorlu hərbi texnika demək olardı ki, əsasən Bakının verdiyi yanacaqla işləyirdi. 1941 1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi.
Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda «Katyuşa» raketi, «Şpakin pulemyotu» istehsal edilir, «YAK — 3» qırıcı təyyarəsi yığılırdı. Ümumən Bakıda 130-dan çox silah və onun hissələri hazırlanırdı.

Azərbaycanın kənd əməkçiləri də müharibə illərində döyüşən cəbhəyə əllərindən gələni etmişdilər. Onlar ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.
Azərbaycan zəhmətkeşləri təmənnasız olaraq müdafiə fonduna milyardlarla rubl könüllü vəsait və qiymətli əşyalar vermişdilər. 1941 — 1943-cü illərdə Azərbaycan vətəndaşları müdafiə fonduna 15 kiloqram qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər. Cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərmişdilər. Öz vəsaitləri hesabına tank və təyyarə kolonnaları təşkil etmişdilər.
Azərbaycanın alimləri də müharibə illərində şərəflə işləmişdilər. Məşhur akademik Yusif Məmmədəliyev başda olmaqla kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.
Bütün ziyalıların, o cümlədən yaradıcı ziyalıların fəaliyyəti faşizm üzərində qələbəyə yönəldilmişdi.
Beləliklə, ikinci dünya müharibəsində faşizm və militarizm üzərində qələbənin əldə edilməsində Azərbaycan da öz böyük töhfəsini vermişdi.

  • Teqlər:
  • Azərbaycan hərbçiləri
  • , ikinci dünya müharibəsi
  • , müharibələr
  • , müharibə şəraitində
  • , milli qəhrəman

Comments are closed, but trackbacks and pingbacks are open.