Azerbaycan xanliqlar
1747-ci ildə yaranıb. Xoy, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə həmsərhəd olub. Xanlıq özündə 30 kəndi birləşdirirdi. Maku əyaləti Çuxursəd bəylərbəyinə tabe olan yarımmüstəqil sultanlıqdan ibarət olub, bayat tayfasından olan hakimlər tərəfindən idarə olunurdu. Maku xanlığına 1922-ci ildə Qacar dövləti tərəfindən son qoyulub.
Azerbaycan xanliqlar
Əfşarlar dövlətinin zəifləməsi və dağılmasından sonra, XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində müstəqil dövlətlər olan xanlıqlar yaranır. Şimal torpaqlarında Qarabağ, Şəki, Gəncə, Cavad, Şamaxı, Quba, Bakı, Dərbənd, Salyan, Lənkəran, Naxçıvan və İrəvan xanlıqları, Cənubda Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku, Əhər və Ərdəbil xanlıqları meydana gəlir. Xanlıqlarla yanaşı şimal torpaqlarında yarımmüstəqil feodal hakimlikləri olan İlisu, Qəbələ, Ərəş, Borçalı, Qazax və Şəmşəddil sultanlıqları, habelə feodal respublikası hesab edilən Car-Balakən icması (camaatlığı) kimi qurumlar da formalaşır.
Xanlıqlarda hakimiyyət siyasi qurum kimi təkhakimiyyətliliyə əsaslanırdı. Xan qeyri-məhdud hakimiyyətə malik olub, həm də məhkəmə hüququ daşıyırdı. O, ölüm hökmü verə, yaxud ölümə məhkum olunmuşları bağışlaya bilərdi. Xanın yanında məşvərət funksiyasına malik Divan fəaliyyət göstərirdi. Divanda sülh bağlamaq, müharibə elan etmək, vergilər qoymaq məsələləri müzakirə olunurdu. Divanın, yaxud Məşvərət şurasının mövqeyi bəzən xanın çıxardığı qərara təsir göstərə bilirdi. Belə şuralar Şəki, Şamaxı, Quba və Qarabağ xanlıqlarında kifayət qədər nüfuza malik idilər. Xanlıqlarda belə bir qurumun olması Azərbaycanın qədim dövlətçilik ənənələrindən irəli gəlirdi.
Xanlıqların ticarət əlaqələri kifayət qədər geniş əraziləri əhatə edirdi. Xüsusən İran, Osmanlı, Rusiya dövlətləri və Hindistanla ticarət əlaqələri yaxşı inkişaf etmişdi. Azərbaycandan qonşu ölkələrə neft, duz, zəfəran, xam ipək, sənətkarlıq məmulatları, müxtəlif çeşidli xalçalar aparılırdı. Kənardan isə mahud, boyaq malları, qənd, dəmir, şal və düyü gətirilirdi. Osmanlı tacirləri Şamaxı ipəyini həvəslə alırdılar. Ərdəbil də ipək məmulatı istehsalında məşhur idi. Buradan çox zaman Hələbə, İzmirə və İstanbula xam ipək, ipək məmulatları daşınırdı. Xanlıqlararası iqtisadi əlaqələr də getdikcə genişlənir, ümummilli daxili bazar üçün zəif də olsa, şərait yaranırdı.
Xanlıqların yaranması şəhərlərin sənətkarlıq və ticarət məskənləri kimi inkişafına müsbət təsir göstərirdi. XVIII əsrin birinci yarısında dağıdılmış şəhərlər xanlıqların yarandığı dövrdə bərpa edilir, öz əvvəlki görkəminə qaytarılırdı. Pənahabad adlanan Şuşa da yüksəlməyə başlamışdı. Şəhər əhalisi artır, burada sənət, ticarət, elm və mədəniyyətin inkişafına imkan yaranırdı. Şamaxı, Bakı, Şəki, Şuşa və Dərbənd şəhərlərinin hər birində 4 mindən 10 minə qədər əhali yaşayırdı. Təbriz yenə də Azərbaycanın ən böyük şəhəri olaraq qalırdı.
Xanlıqlar dövründə Azərbaycanın hakim zümrəsi formalaşmağa başlayır. Bu zümrənin başında xan dururdu. Xandan sonrakı yeri sultan və məliklər tuturdular. Bu titullar nəslən keçir, hər dəfə xan tərəfindən təsdiq edilirdi. Ali zümrənin əsas hissəsini bəylər təşkil edirdilər. Onlar da irsi və şəxsi bəylərə bölünürdülər. Vaxtı ilə Səfəvi şahlarından bəylik titulu alanlar daha varlı və nüfuzlu olmaqla, mülki hüquqları irsi idi.
Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də bu arzu olunan nəticəni vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla, Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.
…Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır. Heydər Əliyev
Azərbaycan xanlıqları — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası , Ermənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşar ın 1747 -ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20-30-cu illərində mərhələ-mərhələ Qacar İran dövlətinin və Rusiya İmperiyasın ın nəzarəti altına keçmişlər.
Xanlıqların yaranması [ redaktə | əsas redaktə ]
Azərbaycan xanlıqları, XVIII – XIX
Qafqaz, XVIII – XIX.
Nadir Şahın öldürülməsilə onun nəhəng imperiyası dağılmağa başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII yüzilin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət on dörd dəfə əldən-ələ keçmişdi. Dövlətin paytaxtı altı dəfə dəyişmiş, İsfahandan Qəzvinə, sonra isə Məşhədə, Şiraza, yenidən İsfahana, nəhayət Tehrana köçürülmüşdü.
Xanlıqların yaranması təsadüfi olmayıb Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizədə qanunauyğun mərhələ idi.
XVII yüzilin gedişində tədricən dövlət müstəqilliyini itirmiş olan Azərbaycanda istiqlal hərəkatı başlandı. Mərkəzi hökumət çıxışları hər dəfə amansızlıqla yatırır, sərt hərbi və inzibati-siyasi tədbirlər həyata keçirirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətçiliyinin bərpası ideyasını məhv etmək mümkün olmadı. Nadirin ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Azərbaycan İrandan vahid şəkildə ayrılmayıb xanlıqlara parçalandı. Bu, bir sıra səbəblərlə bağlı idi.
Birinci, mərkəzi hakimiyyətin məqsədyönlü siyasəti müstəqil Azərbaycan dövləti yaratmağı öz üzərinə götürə bilən vahid mərkəzin təşəkkülünə imkan vermədi. Səfəvi dövlətinin inzibati quruluşu buna örnək ola bilər. Bu dövlətin quruluşunda hakimlər tərəfindən idarə olunan “ölkələr” mühüm yer tuturdu. Ən mühüm inzibati idarə sistemi də mərkəzdənqaçma meyllərinin daşıyıcısı idi. Belə bir durum vahid dövlətin mövcud olduğu şəraitdə də xanlıqların təşəkkülü prosesinə rəvac verirdi.
İkinci, XVII yüzilin sonlarından davam edən təsərrüfat geriləməsi şəraitində gələcək xanlıqların ərazisini əhatə edən bölgələr arasında əlaqələr six deyildi.
Üçüncü, Beynəlxalq aləmdə qüvvələr nisbətinin dəyişməsi, regionda yeni bir mərkəzləşmiş dövlətin yaranması burada marağı olan İran və Rusiyanın mənafeyinə uyğun gəlmirdi.
Xanlıqların əmələ gəlməsinin ümumi səbəbləri ilə yanaşı bəzi özümlü tərəfləri də var idi.
Cənub Azərbaycan xanlıqları
Güney Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.
Təbriz və Xoy xanlıqları Dunbuli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747-1752) dururdu. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. 0, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.
Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747-1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747-1786) yaratmışdır.
Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.
Şimali Azərbaycan xanlıqları
Quzey Azərbaycan xanlıqlarının yaranması barədə Abbasqulu Ağa Bakıxanov yazırdı: “Indi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlu Xudat qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı. İğtişaş zamanı da bu ölkənin öz-başına qalan bir çox mahallarını itaətə məcbur etdi. Dərbəndlilər İmamqulu xanın oğiu Məhəmmədhəsən bay Qorçunu xanlığa seçdilər. Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nobi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əsgər bəy Sərkarın oğulları Şirvan elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxulu Насı Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq Şəki, Ərəş və Qəbələ mahallarını özünə tabe etdi”.
Azərbaycanın cənub-şərqində Talış dağları, Xəzər dənizi və Muğan düzü arasında Talış xanlığı yerləşirdi. Xanlığın banisi Seyid Abbas idi. Onun ölümündən sonra Qara xan hakimiyyətdə olmuşdu (1747-1786). Qara xan yerli hakim təbəqəni özünə tabe etməyə nail oldu, xanlığın mərkəzi Astaradan Lənkərana köçürüldü.
Əski Qarabağ bəylərbəyliyi ərazisində iki xanlıq – Qarabağ və Gəncə xanlıqları yarandı. Mirzə Camal Cavanşir Qarabaği yazır: “Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə ilə) sərhədi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”.
Qarabağda cavanşir, iyirmi dörd, otuz iki, kəbirli, baharlı və başqa türk boyları yaşayırdı. Bu vilayətin idarəsi XVI yüzilin birinci yarısından qızılbaş Qacar tayfasının Ziyəddin oymağından olan Ziyad oğlu nəslinin əlində idi. Nadirin “şah seçkisindən” sonrakı cəza tədbirləri nəticəsində Ziyadoğullarının hakimiyyəti zəiflədi, Xəmsə məlikləri isə güclənməyə başladılar. Qarabağ torpaqları üçün belə bir ağır çağda Pənahəli bəy Cavanşir burada hakimiyyətini bərqərar edərək müstəqil Qarabağ xanlığının yaradılmasına nail oldu.
O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdu. Mirzə Camal yazır: “Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdiğı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. О cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmişr ad çıxarmı, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərindəki İran-Türkiyə savaşı nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı”. Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, əhalini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy “şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutarkən onu yolda ələ keçirmək ücün ardınca çaparlar göndərdi. Lakin mümkün olmadı. Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər, şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də fayda vermədi”.
Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy şah qulluğundan boyun qaçırıb müxalifətə keçmişdi. Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil dövlətin bütün göstəricilərini özündə birləşdirən Qarabağ xanlığı yarandı.
Gəncədən didərgin salınmış Ziyadoğullarının da geri qayıtması üçün yol açıldı. Gəncə xanlığının banisi II Şahverdi xan Ziyadoğlu oldu. O, 1747-ci ildə Gəncəyə gələrək burada hakimiyyətini qurdu. O, Gəncədəki İran qarnizonunu darmadağın etməkdə ona köməklik göstərmiş II İrakliyə 10 min tümən qızıl pul verəcəyini bildirmişdi. Ancaq sözünü yerinə yetirə bilmədi. Onun oğulları Məhəmməd Həsən xan (1760-1778) və sonra onun yerinə keçmiş Məhəmməd xan bu borcu ödəməkdən boyun qaçırmışdır.
Naxçıvan və İrəvan xanlıqları da siyasi həyatda müəyyən yer tuturdu.
Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdu. Nadir şah Naxçıvanın idarə olunmasına xüsusi diqqət yetirirdi. Burada idarə işləri hakim-e ölkə ve hakim-e tümənə tapşırılırdı. Şahın ölümündən sonra onun məmurları qovuldu və Naxçıvan müstəqil xanlıq elan edildi.
İrəvan xanlığı Ağrı düzənliyini, Göyçə gölü ətrafı və onunla Dərələyəz arasındakı torpaqları əhatə edirdi. Xanlığın banisi Mir Məhəmməd xan Qacar idi.
Beləliklə, XVIII yüzilliyin 40-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişiklik baş verdi. İyirmiyədək müxtəlif xanlıq və onlardan asılı olan xırda inzibati-siyasi qurumlar yarandı. Bununla olduqca mürəkkəb, ziddiyyətli və faciəli bir dönüş başlandı. Bu dönüş 1828-ci ilədək sürdü.
Şimal Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı [ redaktə | əsas redaktə ]
1805-ci ildə Qacar İran hakimiyyəti ilə bağlanmış sülh müqaviləsinə əsasən paytaxtı Şuşa olmaqla Qarabağ, eləcə də Şəki və Şirvan xanlıqları Rusiyaya birləşdirildi. 1806-1813-cü illərdə Rusiya İmperiyasının hərbi təcavüzü nəticəsində Bakı xanlığı, Quba xanlığı, Gəncə xanlığı, Talış xanlığı, Dərbənd xanlığı Rusiya İmperiyasına daxil oldular. [1] Nəhayət 1826-cı ildə Rusiya Naxçıvan və İrəvan xanlıqlarını işğal etdi.
İşğal olunmuş xanlıqların ərazisində özünün hakimiyyətini bərkidməyə çalışan Rusiya İmperiyası, ərazilərə Qacar İrandan və Osmanlı Türkiyəsindən köçən xristian erməniləri yerləşdirməyə başlamışdır. Bu siyasətin nəticəsində təkcə 1828-ci ildən 1830-cu ilə dək təxminən 130 min erməni köçkünü (bunlardan 50 mini Qarabağ xanlığının ərazisində) Azərbaycan xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır.
Xanlıqlar
Şimali Azərbaycan ərazisində
- Bakı xanlığı
- Cavad xanlığı
- Dərbənd xanlığı
- Gəncə xanlığı
- İrəvan xanlığı
- Talış xanlığı
- Naxçıvan xanlığı
- Qarabağ xanlığı
- Quba xanlığı
- Şamaxı xanlığı
- Şəki xanlığı
- Şirvan xanlığı
Cənubi Azərbaycan ərazisində [ redaktə | əsas redaktə ]
- Ərdəbil xanlığı
- Marağa xanlığı
- Maku xanlığı
- Qaradağ xanlığı
- Sərab xanlığı
- Təbriz xanlığı
- Urmiya xanlığı
- Xalxal xanlığı
- Xoy xanlığı
- Zəncan xanlığı
Xanlıqlar və ellər [ redaktə | əsas redaktə ]
- Cavad xanlığını Şahsevən eli idarə edirdi.
- Dərbənd xanlığını Bayat eli idarə edirdi.
- Gəncə xanlığını Qacar eli idarə edirdi.
- İrəvan xanlığını Qacar eli idarə edirdi.
- Naxçıvan xanlığını Kəngərli eli idarə edirdi.
- Qarabağ xanlığını Cavanşir eli idarə edirdi.
- Şirvan xanlığını Xançobanlı eli idarə edirdi.
- Ərdəbil xanlığını Şahsevən eli idarə edirdi.
- Marağa xanlığını Müqəddəm eli idarə edirdi.
- Maku xanlığını Bayat eli idarə edirdi.
- Qaradağ xanlığını Qaradağlı eli idarə edirdi.
- Sərab xanlığını Şəqaqi eli idarə edirdi.
- Təbriz xanlığını Dünbili eli idarə edirdi.
- Urmiya xanlığını Avşar eli idarə edirdi.
- Xalxal xanlığını Avşar eli idarə edirdi.
- Xoy xanlığını Dünbili eli idarə edirdi.
- Zəncan xanlığını Avşar eli idarə edirdi.
Bakı xanlığı
1747-ci ildə yaranıb. Abşeron yarımadasını əhatə edən xanlığının tərkibinə 39 kənd daxil idi. Şamaxı və Quba xanlıqları ilə həmsərhəd idi. 1806-cı il oktyabrın 3-də Rusiya tərəfindən işğal olunub.
Hakimiyyətdə olan xanlar:
1747-1768 I Mirzə Məhəmməd xan
1768- 1784 Məlik Məhəmməd xan
1784-1809 II Mirzə Məhəmməd xan
1791-1792 Məhəmmədqulu xan
1792-1806 Hüseynqulu xan
Cavad xanlığı
XVIII əsrin ortalarında Kür ilə Arazın qovuşduğu yerdə yaranıb. Şamaxı, Qarabağ, Qaradağ, Lənkəran və Salyan xanlıqları ilə həmsərhəd olub. Xanlığın əsasını şahsevən tayfasından Həsən xan qoyub. 1768-ci ildə Quba xanlığından asılı olub və onun tərkibində Rusiya tərəfindən işğal olunub.
Hakimiyyətdə olan xanlar:
1750-1768 Həsən xan Şahsevən
Dərbənd xanlığı
XVIII əsrin ortalarında Azərbaycanın şimal-qərbində yaranan xanlıq Qaraqaytaq usmiliyi, Tabasaran, Qazıqumuq və Quba xanlığı ilə həmsərhəd idi. Xanlıq 1759-cu ildə Quba xanlığına birləşdirilmiş və 40 il ondan asılı olub. 1806-cı ildə Rusiya tərəfindən işğal olunub.
Hakimiyyətdə olan xanlar:
1750-1768 Məhəmmədhüseyn xan
Ərdəbil xanlığı
1747-ci ildə yaranıb. Lənkəran, Qaradağ, Təbriz, Marağa xanlıqları və Gilan vilayəti ilə həmsərhəd olub. Xanlıq inzibati baxımdan Ərdəbil, Aşağı Mişkin, Yuxarı Mişkin, Arşaq, bəzi vaxtlarda Vilgic, Astara və Ucarrud mahallarına bölünürdü. Xanlıq bir müddət Quba xanlığının, sonra Qarabağ xanlığının vassallığı altında olub. Xanlığın fəaliyyətinə 1820-ci ildə Qacarlar dövləti tərəfindən son qoyulub.
Hakimiyyətdə olan xanlar:
1747-1783 Nəzərəli xan Şahsevən
Gəncə xanlığı
Xanlıq 1747-ci ildə yaranıb. Murovdağ silsiləsindən Kür çayına kimi əraziləri əhatə edirdi. Şəki, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları və Kartli-Kaxetiya çarlığı ilə həmsərhəd olub. İnzibati baxımdan Gəncə, Samux, Kürəkbasan, Şəmkir və Ayrım mahallarına bölünürdü. Banisi Ziyadoğlular nəslindən Şahverdi xan idi. 1804-cü il yanvarın 3-də xanlığın ərazisi Rusiyaya tərəfindən işğal olunub.
Hakimiyyətdə olan xanlar:
1747-1760 Şahverdi xan
1760-1780 Məhəmmədhəsən xan
1780-1785 Məhəmməd xan
1785-1786 Rəhim xan
1786-1804 Cavad xan
İrəvan xanlığı
1747-ci ildə yaranıb. Ağrıdağ düzənliyini, Göyçə gölünün cənub və şərq sahillərini, Araz çayının qərbini əhatə edirdi. İrəvan xanlığı Qarabağ, Gəncə, Maku, Naxçıvan xanlıqları, Qazax sultanlığı, Osmanlı imperiyası və Kartli-Kaxetiya çarlığı ilə həmsərhəd olub. İnzibati baxımdan 15 mahala bölünürdü: Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Seyidli-Ağsaqqallı, Gərni, Abaran, Dərəçiçək, Göyçə, Sürməli, Dərəkənd-Parçenis, Saatlı, Talın və Sərdarabad. İrəvan xanlığı 1827-ci ildə Rusiya tərəfindən işğal olunub.
Hakimiyyətdə olan xanlar:
1747-1752 Mir Mehdi xan Əfşar
1752-1755 Xəlil xan Özbək
1755-1759 Həsənəli xan Qacar
1759-1783 Hüseynəli xan Qacar
1783-1784 Qulaməli xan Qacar
1784-1805 Məhəmməd xan Qacar
1796-1797 Əliqulu xan Qacar
1797 iyun-sentyabr Həsən xan Bayat
1805- 1806 Mehdiqulu xan Qacar
1806-1827 Hüseynqulu xan Qacar
Lənkəran xanlığı
1747-ci ildə yaranıb. Əsası səfəvi nəslindən olan ərdəbilli Seyid Abbas tərəfindən qoyulub. Mərkəzi əvvəl Astara, sonra Lənkəran şəhərləri olub. Ərdəbil, Qaradağ, Cavad, Salyan xanlıqları, Xəzər dənizi və Gilan vilayəti ilə həmsərhəd idi. Xanlıq Asalim, Gərqənrud, Astara, Vilgic, Zuvand, Çayiçi, Lənkəran, Driğ, Uluf, Ərkivan, Ucarud və Səfidəşt mahallarına bölünürdü. Xanlıq 1800 ildə Rusiyanın nüfuz dairəsinə düşmüş və 1826-cı ildə çar fərmanı ilə ləğv edilmişdi.
Hakimiyyətdə olan xanlar:
1747-1786 Cəmaləddin Mirzə bəy (Qara xan)
1787-1814 Mir Mustafa xan
1814-1826 Mir Həsən xan
Maku xanlığı
1747-ci ildə yaranıb. Xoy, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə həmsərhəd olub. Xanlıq özündə 30 kəndi birləşdirirdi. Maku əyaləti Çuxursəd bəylərbəyinə tabe olan yarımmüstəqil sultanlıqdan ibarət olub, bayat tayfasından olan hakimlər tərəfindən idarə olunurdu. Maku xanlığına 1922-ci ildə Qacar dövləti tərəfindən son qoyulub.
Hakimiyyətdə olan xanlar:
1747-1783 Əhməd Sultan
Marağa xanlığı
1747-ci ildə yaranıb. Cənubda Saqqız mahalı, şimalda Təbriz, qərbdə Urmiya, şərqdə Ərdəbil xanlıqları ilə həmsərhəd olub. Xanlıq Marağa, Təkab, Sayınqala, Əcəbşir, Qaraağac, Binab və Miyandab mahallarına bölünürdü. Xanlığı Qarabağın Cavanşir elinin bir qolu olan Müqəddəm tayfasının nümayəndələri idarə edirdi. 1826-cı ildə Qacar qoşunu hücum edərək xanlığın fəaliyyətinə son qoydu və ərazini öz tərkibinə qatdı.
Hakimiyyətdə olan xanlar:
1747-1750 Əliqulu xan Müqəddəm
Naxçıvan xanlığı
1747-ci ildə yaranıb. Zəngəzur sıra dağlarından Araz çayına kimi olan əraziləri əhatə edirdi. Mərkəzi Naxçıvan şəhəri olan bu xanlıq Qarabağ, Qaradağ, Xoy, Maku və İrəvan xanlıqları ilə həmsərhəd olub. Naxçıvan, Əlinəçay, Mavazıxatın, Dərəyələyaz, Xok və s. mahallara bölünürdü. Xanlığın ərazisi Türkmənçay müqaviləsinə (1828) əsasən Rusiya tərəfindən işğala məruz qalıb.
Hakimiyyətdə olan xanlar:
1747-1764 Heydərqulu xan Kəngərli
1764-? Hacı xan
? -1770 Rəhim xan
1770-1773 Əliqulu xan
1773-1781 Vəliqulu xan
1781-1783-1787 Abbasqulu xan
1783-1785-1787 Cəfərqulu xan
1785-1787 Şükürəli xan
1787-1820 Kəlbəli xan
1820 (bir neçə ay) Nəzərəli xan
1820-1827 Kərim xan
1822-1823 Hüseyn Mirzə
Qarabağ xanlığı
1748-ci ildə yaranıb. Əsası Pənahəli xan Cavanşir tərəfindən qoyulub. Xanlıq cənubdan Qaradağ xanlığı, cənub-qərbdən Naxçıvan xanlığı, şimaldan Şəki və Şamaxı xanlıqları, şimal-qərbdən Gəncə xanlığı, qərbdən İrəvan xanlığı və şərqdən isə Cavad xanlığı ilə həmsərhəd idi. Xanlığın mərkəzi Şuşa şəhəri idi. İnzibati baxımdan 21 mahala bölünürdü (Çalbayır, Kəbirli, Cavanşir, Zəngəzur, Mehri, Bərgüşat, Qafan, Qaraçarlı və s.). Qarabağ xanı İbrahimxəlil xan Azərbaycan torpaqlarını birləşdirməyə çalışıb. Qarabağ xanlığı 1805-ci ildə Rusiyaya ilhaq edilmiş, 1822-ci ildə xanlıq çar fərmanı ilə ləğv olunub.
Hakimiyyətdə olan xanlar:
1748-1763 Pənahəli xan
1763-1806 İbrahimxəlil xan
Quba xanlığı
1724-cü ildə Quba əyaləti Rusiyanın tərkibinə daxil edilmiş və Hüseynəli xan onun hakimi təyin olunmuşdu. Hüseynəli xan əsrin ortalarında Quba əyalətini müstəqil xanlıq elan etmişdi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Xınalıq, Bərmək və s. mahallar vardı. Qubalı Fətəli xanın dövründə bu xanlıq bütün Azərbaycanı birləşdirməyə böyük səy göstərmişdi. Dərbənddən Salyana qədər ərazilər onun nüfuz dairəsində idi. Xanlığın mərkəzi əvvəl Xudat, sonra isə Quba oldu. 1806-cı ildə Rusiya tərəfindən işğal olunmuş və onun əyalətinə çevrilmişdi.
Hakimiyyətdə olan xanlar:
1722-1758 Hüseynəli xan
1758-1789 Fətəli xan
1789-1791 Əhməd xan
1791-1810 Şeyxəli xan
Salyan xanlığı
Xanlıq 1747-ci ildə yaranıb. Kür çayının mənsəbində kiçik xanlıq olub. Şərqdə Xəzər dənizi, şimalda Şamaxı xanlığı, qərbdə Cavad xanlığı və cənubda Lənkəran xanlığı ilə sərhədlənirdi. 1757-ci ildə Quba xanlığına birləşdirilmiş və uzun illər bu xanlığın tərkibində qalıb.
Hakimiyyətdə olan xanlar:
1747-1757 İbrahim xan Rübdəri
Şamaxı xanlığı
1747-ci idə Məhəmmədsəid xan Köhnə Şamaxıda, 1748-ci ildə isə Hacı Məhəmmədəli xan tərəfdarları ilə Yeni Şamaxıda (Ağsu) xanlıq yaratmışdılar. Onlar arasında uzun sürən mübarizə 1763-cü ildə Məhəmmədsəid xanın Yeni Şamaxını ələ keçirməklə nətijələndi. Şamaxı xanlığı şimaldan Quba xanlığı, cənubdan Qarabağ, Cavad və Salyan xanlıqları, şərqdə Bakı xanlığı və Xəzər dənizi, qərbdə isə Şəki xanlığı ilə həmsərhəd idi. Paytaxtı əvvəl Ağsu (Yeni Şamaxı), sonra isə Şamaxı şəhəri olub. 1768-ci ildən 1789-cu ilə kimi Quba xanlığının tərkibində olan Şamaxı xanlığı üçün 1789-1792-cu illər hakimiyyət uğrunda mübarizə dövrü kimi xarakterizə olunur. Bu xanlıq 1805-ci ildə Rusiyaya ilhaq edilmiş və 1820-ci ildə çar fərmanına əsasən ləğv edilmişdir.
Hakimiyyətdə olan xanlar:
1747-1763 Hacı Məhəmmədəli xan
1748-1768 Məhəmmədsəid xan, Ağası xan
1792-1820 Mustafa xan
Sərab xanlığı
1747-ci ildə yaranıb. Əsası Şəqaqi tayfasının başçısı Əli xan tərəfindən qoyulub. Ərdəbil və Təbriz xanlıqları ilə həmsərhəd olub. Ərazisi Həştəri, Gərməli və Sərab mahallarına bölünürdü. Qacarlar dövlətinin tərkibinə qatılan Sərab xanlığı 1828-ci ildə ləğv olunub.
Hakimiyyətdə olan xanlar:
1747-1786 Əli xan Şəqqaqi
Şəki xanlığı
Xanlıq 1747-ci ildə yaranıb. Şəki xanlığı qərbdə İliusu sultanlığı, şərqdə Şamaxı xanlığı, cənubda Qarabağ və Gəncə xanlıqları, şimaldan isə Dağıstan və Quba xanlığı ilə həmsərhəd idi. Onun banisi Hacı Çələbi Qurban oğlu idi. Xanlığın ərazisi 8 mahala- Şəki, Ərəş, Ağdaş, Alpaut, Padar, Qurtqaşen, Xaçmaz və Bum mahallarına bölünmüşdür. Qəbələ və Ərəş sultanlıqları da Şəki xanlığından asılı idilər. Şəki xanı Hacı Çələbinin dövründə Azərbaycanıın birləşdirilməsinə cəhd olunub. Xanlıq 1805-ci ildə Kürəkçay müqaviləsi ilə Rusiyaya ilhaq edilmiş, 1819-cu ildə çar fərmanına əsasən ləğv olunub.
Hakimiyyətdə olan xanlar:
1747-1755 Hacı Çələbi
1755-1759 Ağakişi xan
1759- 1779 Hüseyn xan
1779-1781 Əbdülqadir xan
1781-1795 Məhəmmədhəsən xan
1795-1806 Səlim xan
1806-1814 Cəfərqulu xan Xoylu
1814-1817 İsmayıl xan
Təbriz xanlığı
XVIII əsrin ortalarında yaranıb. Xoy, Ərdəbil, Qaradağ, Sarab və Marağa xanlıqları və Urmiya gölü ilə həmsərhəd olub. Təbriz, Güney və Mərənd mahallarına bölünürdü. İlk vaxtlar Xalxal və Ərdəbil əyalətləri də Təbriz xanlığının tabeliyində olub. Digər xanlıqlara nisbətən daha zəif idi. 1780-ci ildə xanlığın fəaliyyətinə son qoyulub və onun ərazisi Xoy xanlığının tərkibində qatılıb.
Hakimiyyətdə olan xanlar:
1745-1780 Nəcəfqulu xan
Urmiya xanlığı
1747-ci ildə yaranıb. Xanlıq şimalda Xoy xanlığı, şərqdə Urmiya gölü və Marağa xanlığı, cənubda və qərbdə Osmanlı imperiyası ilə həmsərhəd olub. İnzibati quruluşuna görə Mərgəvər, Tərkəvər, Bərdəsur, Bəradost, Sumay, Ənzəl, Dəşt, Uşnu, Sulduz, Döl, Nazlı, Bəykişili, Rözə və Urmiya mahallarına bölünürdü. Əsası Əfşar tayfa başçısı Fətəli xan Əfşar tərəfindən qoyulub. Fətəli xan Azərbaycan torpaqlarını birləşdirmək siyasətindən çıxış edərək, xeyli ərazini öz xanlığına birləşdirə bilmişdi. 1797-ci ildə Qacar şahı Fətəli şahın tabeliyinə düşüb və fəaliyyətinə son qoyulub.
Hakimiyyətdə olan xanlar:
1747-1763 Fətəli xan Əfşar
Xoy xanlığı
1747-ci ildə yaranıb. Maku, Naxçıvan, Qaradağ, Təbriz, Urmiya xanlıqları, habelə Osmanlı imperiyası ilə həmsərhəd olub. Xoy, Salmas, Avacıq, Qotur, Ələnd, Çaldıran, Çors, Qaraqoyunlu, Sökmənabad, Dərgah mahallarına bölünürdü. Əsası Dünbülü tayfa başçıları tərəfindən qoyulub. Xoy xanlığı Türkmənçay müqaviləsinə əsasən Qacar dövlətinin tərkibində qalıb.
Hakimiyyətdə olan xanlar:
1747-1763 Şahbaz xan
1763-1786 Əhməd xan
1786-1804 Cəfərqulu xan
Qaradağ xanlığı
1748-ci ildə yaranıb. Ərazisi Lənkəran, Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Qarabağ və Cavad xanlıqları ilə həmsərhəd olub. Mərkəzi Əhər şəhəri olan xanlıq Unqut, Kərmədüz, Çələbiyan, Keyvan, Arazbar, Dizmar, Üzümdil, Həsənob, Kələybər, Hüseyneyli, Yaft, Qaracurru, Dodangə, Çardangə, Diklə, Bədbostan, Horat mahallarına bölünürdü. Qaradağ xanlığı bir müddət Qarabağ xanlığının siyasi asılılığına düşüb. 1761-ci ildə Kərim xan Zəndə, 1791-ci ildə Ağa Məhəmməd xan Qacara tabe olub. 1813-cü il müqaviləsinə görə Qacar dövlətinin tərkibinə qatılıb. 1828-ci ildə xanlıq ləğv olunub.
Hakimiyyətdə olan xanlar:
1748-1752 Kazım xan
Comments are closed, but trackbacks and pingbacks are open.