Press "Enter" to skip to content

Azerbaycan xanliqlarini

Şilavar – toponim talış dilində şil (çubuq) və var (yer) sözlərindən düzəlib “çubuqluq” mənasını verir. (Əliyeva, 2007:218, c.2)

Azərbaycan talışları

Talış etnoniminin mənası barədə elmi bir konsensus yoxdur. Nikolay Marrın fikrincə talış adına Assuriya mənbələrində rast gəlinir: “Talış sözündə “tal” kökü xüsusi bir açıqlama tələb edən etnik bir termindir. Bu termin çox güman ki, 2-ci Sarqonun e.ə. VIII əsrdə Azərbaycanın cənub şərqinə etdiyi hücumda qarşılaşdığı Taruı və Tarmakısa şəhərlərinin əhalisi olan dal (dalaa) tayfaları ilə bağlıdır.” (Marr, 1922:20). D. İlyinin fikrincə talış termini sadə, sadəlövh mənasını verən ərəbcə “talıye” sözündən əmələ gəlmişdir (Əbdürrəhimov, 1995: 394).

Ümumiyyətlə, Azərbaycanın ərəblər tərəfindən ələ keçirilməsinə qədər talış adı ilə bağlı mənbələrə rast gəlinmir. Buna səbəb, talışların özlərinin də bu ifadəni daxili etnonim kimi istifadə etmələridir. Talışlar özlərini sinfi, yaşam arealı, peşə baxımından ayırırlar. Misal üçün, talışlarda sadəcə inək saxlayan kəndli ilə, həm qoyun, həm də inək saxlayan kəndli arasında xüsusi fərqləndirmə var. Birincisi adətən qoleş (və ya qaleş) adlanır (bu ifadədə olan –qal kəlməsi Şimali İran ləhcələrində “mal-qara” anlamını verir). İkincisinə isə damdar, deqhets (dağlı) və ya sadəcə olaraq talış deyilir. Beləliklə, qaleşlərin talış etnik qrupu daxilində iqtisadi bir kateqoriya olduğunu düşünmək olar. Bu səbəbdən bu adlandırma onların iqtisadi kimliklərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.

İranda yaşayan talışlarda bu bölgü Azərbaycanda yaşayanlarla müqayisədə daha qabarıq özünü göstərir. Belə ki, İranda uzun müddət ərzində mal-qara saxlamayan talışlar da qaleş hesab edilir. Ancaq bu terminlə bağlı da fərqli interpretasiya mövcuddur. Rus tarixçisi Aleksandr Reteşov yazır: “Qaleş” etnonimi iri buynuzlu heyvana baxan çoban anlamını verir. Qaleşlər İranın Gilan vilayətinin cənub-qərbindəki dağlıq bölgələrdə yaşayan bir xalqdır və onlar giləklərin alt etnik qrupuna daxildir. Onların sayı təxminən 40.000 nəfərə çatır, yarı köçəri həyat tərzi sürürlər.” (Reşetov, 1998: 131) Erməni tarixçisi Qarnik Asatryan isə başqa cür düşünür: “Qoleşlər öz mədəniyyətinə və ləhcəsinə sahib olan köçəri və ya yarı köçəri talış-gilək maldarların etnososial bir qrupunu təşkil edir.” (Asatryan, 2011: 89).

O zaman belə bir sual ortaya çıxır. Qaleşlər kimdir? Müəyyən bir təsərrüfat növünə sahib olan talışlar, öz ləhcəsi olan talışların alt etnik qrupu, yoxsa giləklərin alt etnik qrupu? Bu suala qaleşlərin özü belə bir cavab verir: “Biz özümüzü talış kimi qəbul edirik. Dağlıq ərazidən kənarda yaşayan hər kəsə biz qaleş deyirik. Dağlıq ərazidə yaşayanlardan isə yalnız inəyi olanlara qaleş deyilir. “Beləliklə, talışlar üçün “qaleş” sözü müəyyən bir təsərrüfat bağlılığını ifadə edir. İranın Gilan regionunun şərqində özlərini qaleş adlandıran giləklərin alt qrupu yaşayır. Maraqlıdır ki, onlar danışdıqları dili gilək adlandırsa da özlərini gilək kimi identifikasiya etmirlər. Aleksandr Reteşovun qeyd etdiyi alt qrup məhz bu giləklərdir. Bundan başqa talışlarda əkinçiliklə məşğul olanlar “giləmard” adlandırılır. Bu ifadə dağ yerində əkinçiliklə məşğul olanlara, eyni zamanda düzənlikdə yaşayan talışlara deyilirdi. Bu nümunələr talış icması içərisində etnik, iqtisadi və dil kimliklərinin fərqli bir formada alqılandığı, bu baxımdan qonşu olan tat və giləklərlə oxşar xüsusiyyətə malik olduğu nəticəsini çıxardır. (Kapustina, 2013: 531).

Qədim dövrdə talışlar

Talış kəndliləri. Wikipedia

Talışlarla bağlı ilk tarixi məlumatlar Midiya dövlətinə qədər uzanır. Midiyalılar irandilli xalq idi və bu baxımdan İran dillərinin şimal qərb qrupuna daxil olan xalqların ümumi ataları hesab edilir. Bu səbəbdən bu qrupa daxil olan tatlar, talışlar, giləklər və mazandaranlılar midiyalıların qalıqlarını təmsil edən ləhcələrdə danışırlar. Bu ləhcələr arxaik səs kompozisiyası ilə seçilir və bəzi hallarda fars dilindən ayrılır. Məhv olmuş parf və avesta dili isə bu baxımdan midiya dilinə daha yaxın idi. İran dövlətçiliyində fars kimliyinin nümunəsi kimi parf və midiyalıların deyil, əhəmənilərin əsas qurucu kimi götürülməsinin səbəbi budur. Midiyalıların talışlarla bağlılığını həm coğrafi, həm də linqvistik formada əsaslandırmaq mümkündür. Midiyanın ilkin qurulduğu ərazilərə Talış regionu da daxil idi və bu baxımdan dildə yaxınlıq daha yaxşı hiss edilir. Misal üçün, midiya dilində olan 2 sözü götürək. Midiyaca “spaka” (it anlamını verir) sözü müasir talış dilində “sıpa”, “aspa” (at anlamını verir) sözü isə “asp” kimi ifadə edilir (Dyakonov, 1956:66). Midiya ilə talışların arasındakı bağlılığa dair bir digər fakt isə Talış dağlarının qədim dövrdə müəlliflər tərəfindən “Midiya dağları” adlandırılmasıdır (Qeybullayev, 1991:163). Buna görə də talış tarixindən danışan zaman Midiya dövlətinə əsaslanmaqda heç bir problem yoxdur.

Talışların ayrıca xalq kimi formalaşmasında əsas rolu oynayan tayfa kimi kadusiləri (kaduslar) qeyd etmək lazımdır.

İlk dəfə kadusilər barədə məlumata tarixin atası kimi bilinən Herodotun əsərlərində rast gəlinir. Herodot Əhəmənilərin 11-ci satraplığında kadusların yaşadığını qeyd edirdi. Kaduslar müasir tarixçilikdə talışların ataları hesab edilir. Köçəri irandilli tayfalar olan kadusların yaşadıqları areal Atropatenaya aid idi. Kadusilərin talışlarla bağlılığını Strabonun əsərində onların yaşam areallarına baxaraq müəyyənləşdirmək mümkündür. Strabon kadusların Xəzər dənizi sahilində ovalıqlarda və onun ətrafında olan dağlıq ərazilərdə yaşadığını bildirir.

İsgəndəriyyəli qədim yunan coğrafiyaşünası Dionisiy Perieqet də kadusilərin Xəzər sahilindəki dağlıq ərazidə yaşadığını qeyd edir. Kadusilər qədim dövrdə albanların qonşuluğunda yaşayırdılar. Strabonun qeydlərində albanlar və kadusilərin sahilləri ifadəsindən bunu müəyyənləşdirmək mümkündür. Strabon qeyd edir: “ Dağlıq bölgəyə yaxın sahillərdə təxminən 500 stadi [1] ərazidə kadusilər yaşayır .” (Strabon, 1964:480). 500 stadini müasir uzunluq ölçüsünə çevirsək təqribən 190 km alınır. Strabonun qeyd etdiyi bu dağlıq ərazi Azərbaycanın cənub-şərqində yerləşən və onun İrandakı uzantısı olan müasir Talış dağları ilə üst-üstə düşür. Kadus etnoniminin İran Azərbaycanında yaşayan talışların öz adlandırması olan “qaluş” sözünün təhrif edilmə forması olduğu hesab edilir. Bu səbəbdən İran tarixçiləri Əhməd Kəsrəvi və Məhəmməd Cavad Məşkur öz əsərlərində kadus ifadəsini “qoluş” adının təhrif edilməsi kimi qeyd edirlər. Çox güman ki, antik müəlliflər “qoluş” etnonimini qədim yunan dilinə “kadus” kimi çevirərək qeyd ediblər, bu səbəbdən sonrakı müəlliflərin əsərlərində də eyni formada təkrar davam edib. İran tədqiqatçısı, AMEA fəxri doktoru Əli Əbdoli yazır: “Talış xalqına məxsus ilk ad Əhəməni kitabələrində qeyd edilən sataquş olduğunu güman edirəm. Əhəmənilərdən sonrakı dövrlərdə sataquş adı taquş şəklinə düşmüşdür. Belə olduğu surətdə kadus adı taquş adının qeyri-şərtsiz yunan variantı olacaqdır. Taluş – talış adı isə taquş adının daha sonrakı dövrlərdə təşəkkül tapmış İran tələffüzüdür.” (Kəlbiyev, 2007:19).

Kadusların talışlarla bağlılığına dair bir digər fakt isə qədim dövr tarixçilərinin müasir giləklərin ataları olan gellərlə kadusların yaşadığı ərazilərini təxminən eyni ərazidə qeyd etməsidir (Məmmədov və Orışev, 2015:857). Ptolomey öz əsərində gellərlə kadusları ayırsa da, Böyük Plini onları eyni xalq kimi təsnifləşdirir. Gilanın dağlıq ərazilərində yaşayan talışlarla (onlara orada qoluş və ya qaleş deyirlər) giləklər bir-birilərinə həm dil, həm də mədəniyyət baxımından çox yaxındır. Talışlarla giləklərin yaxınlığına dair bir digər fakt isə hazırda Lənkəranının Şiyəkəran kəndinin qədimdə Giləkəran (giləklərin kəndi) adlanmasıdır.

Talışlarla bağlı bir digər hipotez isə Atropatena dövləti zamanı bu regionda yayılmış azəri dili ilə bağlıdır. Azəri dili bütün Atropatena əhalisinin ortaq danışıq dili deyildi. Dilin formalaşma arealı indiki Ərdəbil, Şərqi və Qərbi Azərbaycan, eləcə də Kür çayına qədər olan ərazini əhatə edirdi. Sovet dövründə Azərbaycan tarixçilərinin fikrincə azəri anlayışı yalnız Atropatenanın irandilli tayfaları olan talış, gilək, mazandaran və s. xalqlarını ifadə edən anlayış olub. Boris Millerin fikrincə azəri kimi tanınan bu dil əslində talış dili idi. Əhməd Kəsrəvi də Millerlə eyni düşüncədədir. İranlı tədqiqatçı Səfa Rəhimzadə isə azəri dilini talış və kürd dilinin atası olduğunu iddia edir (Qeybullayev, 1991:180). Bütün yazılanları ümumiləşdirsək, talışların regionda aborigen xalq olduğunu qeyd etmək olar. (Qrantovski, 1970:64).

Orta əsrlər dövründə talışlar

Talışların indiki adı ilə tarixdə qeyd ediliyi ilk məlumatlara ərəb tarixçilərinin əsərlərində rast gəlinir. Coğrafiyaşünas İbn Xordadbeh “Yollar və məmləkətlər haqqında kitab”ında (“Kitab əl-masalik və əl-mamalik”) talışlar yaşayan əraziləri “Taylasan” adlandırır. Xordadbeh kitabında Taylasan torpaqlarına aid şəhər kimi Bacirəvanın adını çəkmişdir. Bacirəvan şəhəri indiki Cəlilabad rayonu ərazisində yerləşirdi. Hətta indinin özündə də həmin şəhərin qalıqları və Bacirəvan kurqanları Cəlilabad rayonu ərazisində qalmaqdadır. Xordadbehin adını çəkdiyi Bacirəvan sözünün mənasına gəldikdə isə bu söz yerli taylasanlıların dilində “ayrılan yolların qarşısı” və ya “ayrılan yolların başlanğıcı” mənasını vermişdir. (Yəni, talış dilində “ba” (“və”) – “qarşı” , “со” – “ayrı”, “rovon” və ya “roon” – “yollar” mənasını verir.) Diqqət yetirdiyimiz zaman da görə bilərik ki, həqiqətən də bu ərazi şimala gedən əsas ticarət yollarının üzərində yerləşir və yol ayrıcıdır.

Xordadbehin sözügedən əsəri Azərbaycan, o cümlədən Talış bölgəsinin tarixi və coğrafiyası üçün çox mühüm mənbədir. Xordadbeh Azərbaycanı və o cümlədən, Taylasanı (Talışı) “əl-Cərbi” adlandırdığı “şimal ölkələri” qrupuna daxil etmişdir. Talış regionu ərəb işğalına qarşı ən güclü müqavimət göstərən regionlardan biri olmuşdur. Xilafəti təxminən 40 il lərzəyə gətirən Babəkin üsyanının məhz bu regionda başlaması bunun bariz göstəricisidir. Nəzərə alsaq ki, Taylasan torpaqları Babək Xürrəminin ən əsas istinadgahlarının yerləşdiyi ərazi olmuşdur, o zaman Taylasan torpaqlarının bu dövrdə Babəkə tabe olduğunu qeyd etmək olar. Hətta xürrəmilərin əsas mərkəzi Bəzzin Lənkəran və Ərdəbil arasında уerləşdiyi barədə dövrün ərəb tarixçilərinin əsərlərində məlumat verilir (Kəlbiyev, 2007:18). Əl-Məsudi Babəkin Arran ölkəsində olan Bəzzeyn dağlarında üsyan qaldırdığını qeyd edir. Yaqut əl Həməvi Bəzzin Azərbaycanla Arran arasında bir vilayət olduğunu qeyd edir. Demək olar, bütün tədqiqatçılar Bəzzin Ərdəbil mahalı yaxınlığında bir ərazidə olduğunu söyləyirlər.

Talış qızı. Wikipedia

Rus tarixçisi Karaulov isə öz xəritəsində iki Bəzz olduğunu göstərir və belə güman edir ki, bu iki Bəzzdən biri indiki Azərbaycan-İran sərhədində bir ərazidə yerləşir. Rus tarixçisi Mixail Tomara da Bəzzi Ərdəbil ilə Arran arasında, indiki Talış regionunda göstərir (Bünyadov, 2007:304-305). Lənkəranın Şağlaküçə kəndi yaxınlığında yerləşən Bəlləbur qalasının ikinci Bəzz qalası olması barədə iddialar da mövcuddur. Bu ərazidə yaşayan yerli əhali arasında müasir dövrdə də xürrəmilər barədə rəvayətlər danışılır. Güman edilir ki, nisbətən aşağıda yerləşən Bəlləbur qalasının ələ keçirilməsindən sonra xürrəmilər indiki Bəzz adı ilə tanınan əlçatmaz qalada məskən salırlar. Xürrəmi hərəkatının rəhbəri olan Babəkin talış olması barədə faktlar da mövcuddur. Tarixi mənbələrdə Babəkin doğulduğu ərazi Ərdəbilin Bilalabad kəndi kimi göstərilir. Bilalabad kəndinin indiki Lerikə daxil Bilaband kəndi olduğu güman edilir (Kəlbiyev, 2007:67). Qədim dövrlərdə Lerik məhz Ərdəbil mahalının bir hissəsi idi. [2]

Talış regionunun öz keçilməz meşələri, bataqlıqları olduğu üçün bu ərazini ələ keçirmək və idarə etmək çox çətin idi. Orta əsrlər dövründə bu ərazi sadəcə səlcuq türkləri və monqollar tərəfindən ələ keçirilmişdi. Monqolların regionu ələ keçirməsi zamanı talışlar güclü müqavimət göstərirlər. Bu müqavimət tarixdə “Deyləm üsyanı” kimi yadda qalıb.

Fəzlullah Rəşidəddin öz əsərində deyləmlilərlə talışlar arasında fərq qoymur və hər iki etnonimi eyni xalq kimi göstərir (Asatryan, 2011:46). Fransız əsilli rus generalı Riss talışları sülhsevər xalq adlandırır və onların tarixdə çox nadir olaraq silahlı üsyana əl atdıqlarını bildirir. Ən önəmli üsyan kimi Olcaytu Xudabəndənin dövründə Gilan üsyanını göstərmək olar (Riss, 1855:5). Qeyd etmək lazımdır ki, Səfəvilər dövrünə qədər talışlar dövlət idarəetməsində giləklərlə birlikdə iştirak edirdilər. Hər iki xalq arasında həm dini, həm də mədəni yaxınlıq uzun zaman ərzində onların vahid bir xalq kimi hərəkət etmələri ilə nəticələnmişdi. İlk talış-gilək dövləti kimi XI-XVI əsrlərdə mövcud olan Gilan işpahbudluğunu qeyd etmək olar. Bu dövləti idarə edən hökmdarların soyu daha sonra qurulacaq Talış xanlığı ilə davam edir. Talış regionu Gilan işpahbudluğu zamanı “Biyə-Pas” adlanırdı. Vilayəti işpahbud tərəfindən təyin edilən bəylərbəy idarə edirdi. Həmdullah Qəzvini 14-cü əsrdə yazdığı əsərində artıq vilayəti idarə edən şəxsin hakim (padşah) titulu daşıdığını qeyd edirdi. (Petruşevski, 1949:62-69). Talış və Gilan regionu bundan başqa Səfəvilər dövrünə qədər İran və Azərbaycanda şiəliyin (yezdi) mövcud olduğu əsas ərazi idi. Region ərəb işğalından sonra islam dininə ən çox müqavimət göstərdiyi üçün müasir dövrdə belə bu xalqların həyat tərzində atəşpərəstlik dininə xaraktetik əlamətlər hiss edilir. Regionun dini xarakterik xüsusiyyəti və bunun yaranma səbəbləri barədə “ Talışlarla gələn şiəlik ” yazısında məlumat əldə etmək mümkündür.

Məhz təriqət yaxınlığı səbəbi ilə Anadoludan Ərdəbilə köçən qızılbaşlar regionda qısa müddət ərzində hakim gücə çevrildi. Talışlar Səfəvilərə bu mübarizədə tam dəstək verirdi. Bu səbəbdən talışlar türk və köçəri olmasa da qızılbaş tayfa birliyinə daxil edilərək “dərviş” və “mürid ” adını almaq imkanı qazanmışdı. Talışlar qızılbaşların tərkibinə daxil olan tək irandilli xalq idi (Petruşevski, 1949:69). Səfəvi sülaləsinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynamış Astara hakimi Mirzə Məhəmməd Talış talışlardan ibarət piyada qoşunlarını yaradaraq qonşu torpaqları özünə tabe etmişdi. Talış əraziləri olan “Biyə-Pas” və “Biye-Piş” torpaqlarının əmirləri də qızılbaş ordusunda əsas rolu oynayırdı. (Əhmədi, 2009:14-15). Şeyx Heydərin tərəfdarları olan talış sufiləri qızılbaşlar içərisində böyük nüfuza sahib idilər. Fəzlullah İsfahani talışların Şeyx Heydərə bağlılığını belə ifadə edirdi: “Talışlar Şeyx Heydəri ilahiləşdirərək onu qiblələrinə çevirmişdilər.”(Əhmədi, 2009:26) 1487-1488-ci illərdə Şeyx Heydərin Şirvanşahlara qarşı apardığı müharibədə qızılbaş ordusunun əsas hissəsini talışlar təşkil edirdi. Bu ordu Şirvana hücum etməmişdən əvvəl Çiləbörd ərazisində yerli feodalları qarət etmişdi (Aşurbəyli, 1983:207). Hazırda Çiləbörd yaxınlığında yerləşən Talış kəndi də həmin dövrdə bura gələn talışların nişanəsidir.

Talışların Şah İsmayılın şah olmasında da xüsusi rolu var. Ağqoyunlu Rüstəm Mirzə qızılbaşların təbliğatından narahat olaraq İsmayılın böyük qardaşı Sultan Əlini Təbrizə sürgün etmişdi. Ancaq burada da müridləri açıq və gizli şəkildə onun yanına axın etməkdən əl çəkmirlər. Nəticədə Rüstəm Mirzə onu öldürməyə qərar verir, lakin bundan xəbər tutan Sultan Əli qardaşları və 700 müridlə birlikdə Ərdəbilə qaçırlar. Buna baxmayaraq 1493-cü ildə Ağqoyunlularla qızılbaşlar arasında baş verən döyüşdə Sultan Əli öldürülür. Bu zaman müridlər Sultan Əlinin altı yaşlı qardaşı İsmayılı Korqanruda apararaq orada talış Xətib Fərəhzad Qorqaninin evində gizlətmişdi. Üç gün burada qaldıqdan sonra İsmayıl ikinci dəfə Talış vilayəti olan Asalemdə yerli talış hakim Əmir Müzəffərin evində gizlədilir (Əhmədi, 2009:28-29).

Məhz Talış regionunda gizlənən İsmayıl daha sonra ordu toplayaraq Şirvanşahlar və Ağqoyunlularla mübarizəyə başlayır. 1500 mürid ilə Ərdəbilə gələn İsmayıl bu qədər kiçik qüvvələrlə hərbi əməliyyatlara başlamağa cəsarət etmədən Talışa geri çəkilir. Baharın gəlməsi ilə Ərdəbilə yenidən qayıdan İsmayıl Qarabağda ordu toplayaraq Şirvana hücuma keçir. Şamaxı şəhərinin yaxınlığında yerləşən Cabanı ərazisində baş verən döyüşdə Şirvanşah Fərrux Yasar bir çox hərbi rəhbərləri ilə birlikdə öldürülür. Bu döyüşdə talışlar xüsusi ilə fərqlənmişdi. Bundan başqa talışlar Şirvanşahlar dövlətinin məhv edilməsində də əsas rol oynadı. Şah Təhmasib Şirvanşahları tamamilə ləğv etmək üçün 1538-ci ildə regiona qardaşı Əlqas Mirzənin rəhbərliyi altında ordu göndərir. Həmin ordunun əsas hissəsi qacarlar və talışlardan təşkil olunmuşdu (Bakıxanov, 1991:50).

Şah Təhmasibin dövründə talışlar orduda əsas mövqeləri tuturlar və onlardan üsyançılara qarşı dəfələrlə istifadə edilir. Talış sərkərdələr arasında Məhəmməd bəy Talış, Həmzə bəy və Qasım bəy Talış məşhur idi. Şah Təhmasibin ölümündən sonra talışlar onun oğlu Heydər Mirzənin tərəfində taxt uğrunda mübarizədə iştirak etdilər, lakin taxta çıxan II Şah İsmayıl onları cəzalandırdı. I Şah Abbasın dövründə talışlar 1598 və 1629-cu illərdə mərkəzi hökumətə qarşı üsyan qaldırdı. 1598-ci ildə üsyana Talışqulu xan rəhbərlik edirdi. Şah qoşunları ilə baş verən toqquşmalarda üsyançılar məğlub oldu, üsyanın başçısı Talışqulu xan isə edam edildi. Bu üsyanlardan sonra Şah Abbas regionun etnik tərkibinə təsir etmək üçün Talış mahalına qaramanlı türkləri köçürdü (Asatryan, 2011:48).

Səfəvi dövründə talışların əsas vəzifəsi Xəzər sahilində şahın mənafelərini qorumaqdan ibarət idi. Bunun üçün Səfəvi şahları talışları Korqanrud, Astara, Zuvand, Uluf, Ucarud və Ərkivanın hakimi təyin etmişdilər. Talış hakimləri şaha tabe olsalar da mənafelərini qorumaq və nüfuzlarını gücləndirmək üçün Şirvan və Gilandakı yerli hökmdarlarla vuruşurdular (Əhmədi, 2009:15). İran tarixçisi İsgəndər Münşi 1628-ci ildə Talış mahalında 2 əmirin olduğunu qeyd edir. Bu əmirlərdən biri Astara hakimi Saruxan, digəri isə bəzi Talış mahallarının hakimi (konkret məkan bilinmir) Bədirxan sultan idi (Petruşevski, 1949:69). 200 ildən artıq davam edən Səfəvi-Osmanlı müharibələri zamanı Talış mahalı Osmanlı hakimiyyəti altına düşməyən yeganə Azərbaycan ərazisi idi. Lakin uzun illər ərzində davam edən müharibələr nəticəsində regionda xəstəliklər yayılmağa başlayır. Xüsusən də əfqanların Səfəvilərin paytaxtı İsfahanı ələ keçirməsindən Ağa Məhəmməd Şah Qacarın dövrünə qədər talışların sayı müharibə və xəstəliklər nəticəsində xeyli azalır. 1830 və 1834-cü illərdə vəba epidemiyası zamanı Talış regionunda əhalinin üçdə ikisi həyatını itirmişdi (Əhmədi, 2009:17-18).

Talış xanlığı

Yuxarıda da qeyd edildiyi kimi 14-cü əsrdən etibarən Talış regionu 2 hakim tərəfindən idarə olunurdu. Səfəvi şahları talışların onlara loyal olması səbəbi ilə regionun idarəetməsinə birbaşa müdaxilə etmirdilər. Talış regionunda bu formada ikihakimiyyətlilik 1726-1727-ci illərdə də davam edirdi. Sülalənin əsas qolu olan Astara hakimi Ləngər-Kunən (indiki Lənkəran), Astara şəhəri və onun cənubundakı bölgələri, digər hakim isə indiki İran ərazisində qalan torpaqları idarə edirdi. Talış hakimləri 1722-1735-ci illərdə Çar qoşunları tərəfindən Xəzəryanı bölgələrin işğalı zamanı müstəqilliklərini qorumağı bacardılar (Petruşevski, 1949:69).

Talış dağları

Talış xanlığının formalaşma tarixi 1736-cı il hesab edilir. Talışı yenidən nəzarəti altına alan Nadir şah 1736-cı ildə yerli hakim Musa xanı Rusiya yönümlü olmaqda günahlandırır. Nadir şahın təzyiqi ilə Musa xan hakimiyyətdən imtina edərək Lənkərandan ayrılır və 1736-cı ildə Nadir şah Seyid Abbası Talış hakimi olaraq tanıyır. Nadir şahın fərmanına əsasən Seyid Abbas Talış xanı və İran bölgəsinin bəylərbəyi elan edildi (Asatryan, 2011:50). Lənkəranın Xarxatan kəndində yaşayan Seyid Abbas Ərdəbilli yerli talış feodalları arasında nüfüzu ilə seçilirdi. Onun ulu babası Seyid Məhəmməd Şeyx Zahidin qohumu idi və Səfəvi şeyxləri arasında yüksək zəkası ilə tanınırdı. Əfşarlar dövründə Talış xanlığı yarımmüstəqil dövlət olduğu üçün mərkəzdən asılı idi. Seyid Abbasın dövründə xanlığın ərazisi Talış dağlarından Muğana kimi geniş bir ərazini əhatə edirdi (Nurullabəyli, 2007:22).

1747-ci ildə Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi ilə Talış xanlığı müstəqil bir xanlığa çevrildi. Qısa müddət ərzində Seyid Abbas güclü ordu qurdu. Azərbaycanda yaranan digər xanlıqlar Talış xanlığı ilə hesablaşmağa və əlaqələr qurmağa başladılar. Bununla belə Talış xanlığının müstəqilliyi formal hesab edilirdi. Bütün Azərbaycan xanlıqları kimi Talış xanlığı da İranın yurisdiksiyası altında idi. Nadir şahın öldürülməsindən qısa müddət sonra Talış xanı Seyid Abbas vəfat edir. Seyid Abbasın vəsiyyətinə uyğun olaraq ondan sonra Seyid Cəmaləddin xan taxta oturur. Seyid Cəmaləddin el arasında Qara xan kimi tanınırdı. Buna səbəb kimi, onun həddindən artıq qara olması göstərilir (Asatryan, 2011:50). Qara xan hakimiyyətə gəldikdən sonra xanlığın paytaxtını Astaradan Lənkərana köçürür. Onun hakimiyyəti illərində İranda formalaşan Zənd sülaləsi ilə münasibətlər kəskinləşir. Zəndlərlə müttəfiq olan Gilan xanı Hidayət xan Talışa hücum edərək Qara xanın ordusuna qalib gəlir. Bir müddət Gilan xanlığından asılı olan Talış xanlığı Quba xanı Fətəli xan sayəsində bu asıllılıqdan qurtulur. 1785-ci ildə Talış xanlığı Quba xanlığının tərkibinə daxil olur. Qara xanlığının hakimiyyəti dövründə Rusiya imperiyası ilə Talış xanlığı arasında yaxınlaşma başlayır. Qara xan Ənzəlidəki Rusiya konsulu ilə əlaqə saxlayırdı, bundan başqa çariça II Yekaterinaya məktub yazaraq Talış xanlığını himayəsinə almağı təklif edirdi (Asatryan, 2011:52).

1786-cı ildə Qara xan vəfat edir və onun yerinə taxta oğlu Mir Mustafa xan (1786-1814) keçir. Mir Mustafa xanın hakimiyyət illəri Talış xanlığının ən güclü dövrü hesab edilir. Mir Mustafa xan atasının daxili və xarici siyasətini olduğu kimi davam etdirirdi. Onun dövründə İranla münasibətlər pisləşmişdi. Zənd sülaləsi devrildikdən sonra İranda iqtidara Qacar sülaləsi gəlmişdi və onlar bütün Azərbaycan xanlıqları qarşısına sözsüz tabeçilik tələbi qoymuşdu. Talış xanlığı bu tələbi rədd etdiyi üçün Şah Qacar Lənkərana qardaşı Murtuzaqulunun rəhbərliyində 12 min nəfərlik ordu göndərir. Lakin İran ordusu böyük itki verərək Talışdan geri çəkilmək məcburiyyətində qalır (Nurullabəyli, 2007:48). Buna baxmayaraq Ağa Məhəmməd Şah Qacar hücum üçün yeni ordu hazırlayır. Mir Mustafa xan qüvvələr nisbətinin İran ordusunun lehinə olduğunu bilirdi. Bu mübarizədə qalib gəlmək üçün müttəfiq axtarırdı. Şah Qacar bütün Azərbaycan xanlıqlarını tabe etmək üçün Cənubi Qafqaza böyük yürüş təşkil etdi. Qacarın özünün rəhbərlik etdiyi ordu Qarabağa, qardaşının rəhbərlik etdiyi ordu isə Talışa yönəldi. Bu dəfə talışlar ciddi müqavimət göstərsələr də say baxımından az olduqları üçün Lənkərandan geri çəkildilər. Mir Mustafa xan Sara adasına qaçdı və buradan Rusiya imperatoruna kömək etməsi üçün məktub yazdı. Çariça Yekaterina bu təklifi müsbət qarşıladı və regiona general Zubovun rəhbərliyi altında ekspedisiya qrupu göndərdi. Ağa Məhəmməd Qacar rusların gəlişindən sonra Azərbaycandan geri çəkilmək məcburiyyətində qaldı. Beləliklə, Mir Mustafa xan rus qoşunlarının müşayiəti ilə dağıdılmış Lənkərana qayıda bildi.

Rusiyada yeni hakimiyyətə gəlmiş Çar 1-ci Pavel Zaqafqaziyadan rus ordusunu çıxarmaq haqqında qərar qəbul etməsindən sonra Talış xanlığı yenidən Qacarlarla mübarizədə yalnız qalır. Lakin Qacarın Şuşada öldürülməsi bu təhdidi aradan qaldırmışdı. Qacarlarla mübarizə Talış xanlığı ilə Rusiyanı daha da yaxınlaşdırmışdı. 14 fevral 1800-cü ildə Çar 1-ci Pavel Talış xanlığına aid Sara adasında rus eskadriliyasının formalaşmasına və xanlıq üçün hər hansısa təhdid olacağı təqdirdə ona yardım edəcəyinə dair fərman imzalayır (Nurullabəyli, 2007:61). Rusiya ilə Talış xanlığının yaxınlaşması bütün Zaqafqaziyanı ələ keçirmək istəyən Qacarların planına daxil deyildi. Vəliəhd Abbas Mirzənin rəhbərliyində böyük ordu toplayan Qacarlar Azərbaycan xanlıqlarını özünə tabe etmək üçün əməliyyatlara başlayır. 1812-ci ilin avqust ayında Abbas Mirzə Lənkərana hücum edərək regionu ələ keçirir. Bu müharibədə İran ordusunu fransızlar da dəstəkləyirdi. Ərkivan qalasının ələ keçirilməsi ilə Şirvana və Bakıya yollar açılır. Şimala doğru hərəkət etməyə başlayan İran ordusunu general Kotlyarevskinin rəhbərliyində olan rus ordusu dayandırır. Aslandüz döyüşündə ruslar özlərindən dəfələrlə çox sayda olan İran ordusunu məğlub edirlər. Bu məğlubiyyətdən sonra Qacarların əlində təkcə Lənkəran qalmışdı. 1812-ci ilin dekabrında Kotlyarevski Talış xanlığının ərazisinə girərək Lənkəranı mühasirəyə alır. 13 yanvar 1813-cü ildə Lənkəranda Rusiya ordusu və Qacar ordusu arasında ağır döyüş baş tutur. Kotlyarevski bu döyüşdə ağır yaralansa da ruslar qalib gəlirlər. Qacar qarnizonunun rəhbəri Sadıq xan bu döyüşdə 4000 nəfərlik dəstəsi ilə birlikdə öldürülür.

Lənkəran ələ keçirildikdən sonra Mir Mustafa xan Lənkərana daxil olaraq yenidən taxtına sahib çıxır. Qacarlar bu məğlubiyyətdən sonra Rusiya ilə sülh müqaviləsi imzalamağa məcbur olurlar. 1813-cü ilin oktyabrında imzalanan müqaviləyə əsasən Talış xanlığının bir hissəsi (Vilgic, Korqanrud, Əsalim, Zuvandın bir hissəsi) İranın tabeliyinə keçir. Bu müqavilə ilə Talış xanlığının müstəqilliyi formallığa çevrilir və xanlıq faktiki ruslar tərəfindən idarə edilməyə başlayır. Mir Mustafa xan 1814-cü ildə vəfat etdikdən sonra Talış xanlığında hakimiyyət davası başlayır. Bu intriqanı qızışdıran Çar generalı Bulqakоv idi. Mir Mustafa хanın arvadı Fəxrənnisə xanım оğlanları Mir Hüsеyin хan, Məmməd хan, Mir Ismayıl bəylə birlikdə Mir Həsən хana qarşı çıxırlar (Mirzə Xudaverdi oğlu, 2009:41). Mir Mustafa xanın vəsiyyətinə əsasən iqtidara oğlu Mir Həsən xan keçməli idi. Lakin xanın arvadı Fəxrənnisə xanım öz tərəfdarlarını da götürüb Mir Həsən xanın tabeliyindən çıxmaq məqsədi ilə Bəlləbur kəndinə gedir. Məqsəd Mir Həsən xanı hakimiyyətdən uzaqlaşdıraraq Mir Abbası xan elan etmək idi. Bunun üçün üsyançılar ilk olaraq Drığ mahalını, sonra isə Çayiçi mahalını ələ keçirmək istəyirlər. Bundan xəbər tutan Mir Həsən xan beş-altı yüz atlı ilə qəflətən Drığa gəlir. Xanın gəlişindən çaş-baş qalan Fəxrənnisə xanım və tərəfdarları təslim olurlar (Məmmədova, 2016:23). Beləcə, Mir Həsən xan (1814-1826) taxta çıxır.

Mir Həsən xanın dövründə xanlığın ərazisi Salyandan Astaraya qədər uzanırdı (Mirzə Xudaverdi oğlu, 2009:54). Talış xanlığında bu dövrdə faktiki olaraq iki idarəetmə vardı. Çarın Talışa təyin etdiyi komendant xanın işlərinə açıq şəkildə qarışırdı. Bu isə Talış xanlığında getdikcə anti-Rusiya əhvalı yaratmağa başlamışdı. Astara mahalına vergi toplamağa gedən Mir Həsən xanın malikanəsinə mayor İlyinski və qvardiya zabiti Əzimbəy Alxasov basqın edərək xanın bacıları Bəyimağa xanımı və Böyükxanımı oğurlayaraq Sarı adasına aparırlar. Bəyimağa xanım Qacar sarayının vəliəhdi Abbas Mirzənin nişanlısı olduğu üçün onun qaçırılması Qacar sarayına qarşı da saymazlıq idi. Rus tarixçisi fon Plotto isə Mir Həsən xanın bacısı Böyükxanımın qardaşının İrana getdiyini eşidən kimi Bakıya gələrək xristianlığı qəbul etdiyini və bütün bunları könüllü olaraq həyata keçirdiyini qeyd edir (Məmmədova, 2016:23).

Azərbaycan xanlıqlarında Rusiya idarəçiliyinə qarşı narazılıqdan istifadə edən Qacar şahzadəsi Abbas Mirzə 1826-cı ildə Gülüstan müqaviləsi ilə Rusiyaya verilən əraziləri geri qaytarmaq üçün hərbi əməliyyatlara başlayır. Lənkəranda baş verən üsyanda rus qarnizonu məğlub olaraq Sara adasına çəkilməyə məcbur olur. Lakin Şəmkirə qədər irəliləyən Qacar ordusunun ağır məğlubiyyətə uğraması müharibənin taleyini həll edir. 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinə əsasən Talış xanlığının Ucarud mahalının bir hissəsi və Astara mahalının yarısı İrana verilir (Yanovski, 1836:175-176). Bundan başqa ağır kompensasiya ödəməli olan Qacar xanədanlığı Talış xanlığı üzərindəki haqdan rəsmi olaraq imtina edir (Mirzə Xudaverdi oğlu, 2009:62). Bu, faktiki xanlığın ləğvi demək idi.

1828-ci ildə Salyandan Lənkərana doğru irəliləyən rus ordusu Talış xanlığını ələ keçirir. Mir Həsən xan Lənkəranı tərk edərək İrana getməyə məcbur olur. Ruslar onun və atasının mülklərini nəzarətə alırlar, xanın üç qardaşını isə Bakıya sürgün edirlər. Maraqlıdır ki, Talışı tərk edən Mir Həsən xanın nəslindən olanlar Abbas Mirzənin himayəsinə sığındıqları üçün Qacar xanədanının ləğv edilməsinə qədər Cənubi Talış əraziləri olan Vilgiç, Astara, Nəmin və Ucarud mahallarını idarə etdilər (Matthee və Andreeva, 2018:47). Talış xanı ölkəni tərk etsə də 1841-ci ilə qədər Talış xanlığı de-fakto müstəqilliyini saxladı. Bu dövr ərzində Talış xanlığı divan üzvləri tərəfindən idarə edilirdi (Petruşevski, 1936:9).

Talış xanlığı 1841-ci ildə ləğv edildiyi zaman Azərbaycanda sadəcə İlisu sultanlığı müstəqilliyini qoruyurdu.

Talış xanlığının əraziləri

Talış xanlığının əraziləri mövcud olduğu dövrdə müxtəlif nahiyələrə ayrılmışdı. Qara xanın hakimiyyəti illərində Talış xanlığında Astara, Çayiçi Lənkəran, Zuvand, Uluf, Drığ , Dəştivənd, Muğan, Ucarud adlı mahallar yaradıldı. Bu mahalların əraziləri, sərhədləri və etnik durumunu Səidəli Kazımbəy oğlunun “Səidiyyə” kitabına istinad edərək aşağıdakı formada qruplaşdırmaq olar.

Əsalim – Bu region cənubdan Gilan xanlığı, şərqdən Xəzər dənizi, qərbdən isə Xalxal xanlığı ilə həmsərhəd idi. Şimaldan Əsalim qonşu Talış mahalı Qorqanrudla əhatələnmişdi. Burada yaşayan talışların bir qismi şiə, bir qismi isə sünni idi (Nurullabəyli, 2007:27). Mirzə Əhməd Mirzə Xudaverdi oğluna görə Əsalim Türkmənçay sülhündən sonra İrana verilmişdir (Mirzə Xudaverdi oğlu, 2009:136-137). Rus tarixçiləri isə bu ərazinin Gülüstan sülhündən sonra İranda qaldığını qeyd edir. Hazırda da bu ərazi eyni adla Gilan ostanının tərkibindədir.

Qorqanrud – Bu region cənubdan Əsalim mahalı, şərqdən Xəzər dənizi, qərbdən isə Xalxal ilə həmsərhəd idi. Şimaldan Qorqanrud qonşu Talış mahalı Astara ilə əhatələnmişdi. Burada yaşayan talışların bir qismi şiə, bir qismi isə sünni idi (Nurullabəyli, 2007:27). Mirzə Əhməd Mirzə Xudaverdi oğluna görə Qorqanrud Türkmənçay sülhündən sonra İrana verilmişdir (Mirzə Xudaverdi oğlu, 2009:136-137). Rus tarixçiləri isə bu ərazinin Gülüstan sülhündən sonra İranda qaldığını qeyd edir. Hazırda da bu ərazi eyni adla Gilan ostanının tərkibindədir.

Vilgic – Bu region cənubdan və qərbdən Ərdəbil xanlığı, şərqdən Astara mahalı, şimaldan isə Ucarud və Zuvand mahalı ilə həmsərhəd idi. Burada yaşayan talışların bir qismi şiə, bir qismi isə sünni idi. Bu mahal Gülüstan sülhündən sonra Kutvalanş yaxınlığında iki yerə bölünmüşdür. Həmin hissələrdən biri Xalxal sərhədinə, Bağru dağına və Yardımlıya yaxındır (Nurullabəyli, 2007:27). 1827-ci ildə tərtib еdilmiş bir sərhəd хəritəsində Talış dağları silsiləsinin cənubunda təхminən hazırkı Qızyurdu dağı ətrafında qеyd оlunmuşdur. Vilgic mahalı ərazisinin böyük bir hissəsi İran, az hissəsi isə Azərbaycan ərazisi tərkibindədir (Mirzə Xudaverdi oğlu, 2009:134).

Astara – Bu region cənubdan Qorqanrud mahalı, şərqdən Xəzər dənizi, qərbdən isə Vilgic ilə həmsərhəd idi. Qədim sərhədləri Hilevənd kəndindən Buta kəndinə qədər uzanırdı (Nurullabəyli, 2007:27). Şimaldan Astara qonşu Çayiçi Lənkəran mahalı ilə əhatələnmişdi. Burada yaşayan talışların bir qismi şiə, bir qismi isə sünni idi. Astara mahalı Türkmənçay müqaviləsi ilə iki hissəyə bölünmüşdür. Şimalda qalan ərazi Astara rayonu adı ilə Azərbaycan, cənubda qalan hissəsi isə eyni adla Gilan ostanının tərkibindədir.

Çayiçi Lənkəran – Bu region cənubdan Astara, qərbdən Zuvand və Drığ, şimaldan isə Uluf mahalı ilə həmsərhəd idi. 22 kənddən ibarət olan bu mahal Talışın inzibati mərkəzi olmuşdur. Əhalinin mütləq əksəriyyəti şiə talışlardan ibarət olan mahalda əhali çəltikçiliklə məşğul olurdu (Nurullabəyli, 2007:27). Hazırda bu ərazinin tamamı Lənkəran rayonuna daxildir (Mirzə Xudaverdi oğlu, 2009:141).

Zuvand – Bu region cənubdan Vilgic və Astara, şərqdən Çayiçi Lənkəran, qərbdən Ucarud, şimaldan isə Drığ mahalı ilə həmsərhəd idi. Zuvand Talış mahalları içərisində ən yüksək məntəqələrə malik region olmuşdur (Nurullabəyli, 2007:27). Əhalisinin mütləq əksəriyyəti şiə olan bu mahalın bir hissəsi Gülüstan sülhü zamanı İrana verilmişdir. Hazırda Zuvandın çox hissəsi Azərbaycanın Lerik rayonuna daxildir (Mirzə Xudaverdi oğlu, 2009:137).

Uluf – Bu region cənubdan Çayiçi Lənkəran, şərqdən Xəzər dənizi, qərbdən Drığ, şimaldan isə Dəştivənd mahalı ilə həmsərhəd idi. Uluf mahalı on iki hissədən ibarətdir. Bu nahiyənin sərhədləri Balkar çayı və ya Ləkər körpüsündən Bədəlan kəndinə qədər uzanır (Nurullabəyli, 2007:27). Ulufda əhalinin mütləq əksəriyyəti şiə idi. Burada minlərlə ailə yaşayırdı və ərazisinin kiçik olmasına baxmayaraq Talış mahalında ən çox insanın yaşadığı region idi. Tarixi mənbələrdə bu regiona daxil olan Sеparadi kəndindən Girdəni kəndinə qədər ərazidə оn iki divanхana olduğu qeyd edilir. Ulufda hər hissənin özünün xanı mövcud idi (Mirzə Xudaverdi oğlu, 2009:19-20). Hazırda Uluf mahalının tamamı Lənkəran və Masallı rayonları daxilindədir.

Drığ – Bu region cənubdan Zuvand, şərqdən Uluf, qərbdən və şimaldan isə Səfidəşt mahalı ilə həmsərhəd idi. Qоnçin mеşəsinin оrtasından gəlib Şiləvar kəndinə bitişən çay Drığ mahalının sərhədi hesab edilir. Bu çaya Kəkuyə-cu dеyilirdi. Drığ mahalının sərhəddi оradan gəlib Lənkəran çayından kеçmiş Velədinin Sоpеh-хоy pirinə qədər uzanır (Mirzə Xudaverdi oğlu, 2009:19). Əhalinin mütləq əksəriyyəti şiə idi. Drığ mahalında taxılçılıq inkişaf etmişdi. Buranın əhalisi döyüşkən və cəsarətli olmağı ilə seçilirdi (Nurullabəyli, 2007:28). Hazırda kеçmiş Drığ mahalınin çох hissəsi Lеrik rayоnu ərazisinə daхildir (Mirzə Xudaverdi oğlu, 2009:137). Mahalın kiçik bir hissəsi (Ağbulaq kəndi) isə hazırda Ərdəbil ostanına daxildir.

Dəştivənd – Bu region cənubdan Uluf, şərqdən Xəzər dənizi, qərbdən Səfidəşt, şimaldan isə Salyan sultanlığı ilə həmsərhəd idi. Mahalın ərazisi Bоradigahdan Göytəpə çayına kimi uzanırdı. “Cəvahirnamеyi-Lənkəran” əsərində Dəştvənd mahalı ilə Ərkivan mahalının еyni mahal оlduğu bildirilir. Talış хanlığındakı mahallardan ən böyüyü оlan Ərkivan, хanlığın şimalında yеrləşib, qərb hissəsi dağlıq, şərq hissəsi isə düzənlik оlan bir mahal оlmuşdur. Dəştvənd mahalında türk kəndlərinin sayı talış kəndlərinin sayından çox idi. Mirzə Əhməd Mirzə Xudaverdi oğluna görə, türklər bu əraziyə yeni gəlmişdi və xeyli çoxalmışdılar (Mirzə Xudaverdi oğlu, 2009:20). Əhalinin mütləq əksəriyyəti şiə olan mahalda yaşayanların əsas məşğuliyyəti ipəkçilik idi (Nurullabəyli, 2007:28) Bu tariхi mahalın ərazisi hazırda qismən Cəlilabad, qismən də Masallı və Salyan rayоnları tərkibindədir (Mirzə Xudaverdi oğlu, 2009:133).

Muğan – Bu mahal Talışa daxil olan ən son region olmuşdur. Bu mahalla bağlı tarixi qaynaqlarda ayrıntılı məlumat yoxdur. XIX əsrdə müharibələr nəticəsində dağıdılmış Muğan mahalı abadlaşdırılaraq xanlığa daxil edilir (Nurullabəyli, 2007:28) Muğan mahalında daimi yaşayış yerləri yoxdur, ancaq yazda və qışda talışlar bu ərazidə qoyun sürülərini otarırlar (Zablotski-Desyatovski, 1837:324). İndiki Neftçala rayonunda olduğu güman edilir.

Səfidəşt – Bu region cənubdan Drığ və Ucarud mahalı, şərqdən Dəştivənd mahalı, şimaldan və qərbdən isə Ucarud mahalı ilə həmsərhəd idi. Əhalinin mütləq əksəriyyəti şiə olan Səfidəşt mahalı bəzi mənbələrdə Ucarud mahalı ilə eyni ərazi kimi göstərilir. 1828-ci ildə tərtib еdilmiş Talış хəritəsində Ucarud və Səfidəşt iki müstəqil mahal kimi qeyd edilib (Mirzə Xudaverdi oğlu, 2009:138). Səfidəşt mahalı ərazisi Yardımlıdan Biləsuvara doğru uzanır. Mahalın ən şimal sərhədi Biləsuvara daxil olan Xırmandalı kəndi olub.

Ucarud – Bu region cənubdan Vilgic mahalı və Ərdəbil xanlığı, şərqdən Səfidəşt və Dəştivənd mahalı, qərbdən Qaradağ xanlığı, şimaldan isə Qarabağ xanlığı ilə həmsərhəd idi. Ucarud Talış хanlığının şimal-qərb hissəsində Bоlqarçayın cənub-şrəqində, hazırkı Buravar silsilə dağlarının şimalında yеrləşən tariхi bir mahal оlmuşdur. Ucarud mahalı Talış xanlığının ən böyük mahalı olmuşdur. Mahal Adınabazar, Mirankuh, Alar, Açul, Dilağar olmaqla 5 nahiyədən ibarət idi. Ucarud mahalının mütləq əksəriyyəti şiələrdən ibarət olmuşdur. Bu mahalın əhalisinin əsas hissəsini türklər, digər hissəsini isə talışlar təşkil edirdi. Mir Mustafa xan Talışinskinin dövründə Ucarud mahalının nahiyələri yenidən nəzərdən keçirilərək birləşdirilir. Hər nahiyənin naibləri birbaşa xana tabe idilər (Nurullabəyli, 2007:28). Ucarud mahalı Talış xanlığı ordusunun süvarilərini təşkil edirdi. Bu mahalın bir hissəsi Azərbaycanının Cəlilabad rayоnunu, digər hissəsi isə İran ərazisində Ərdəbil şəhristanının Gеrmi rayоnuna daхil оlan bеş nahiyədən birini təşkil еdir (Mirzə Xudaverdi oğlu, 2009:138).

Talış diyarına səyahət edən rus həkim Pavel Zablotski-Desyatovski isə Talış xanlığınıın Türkmənçay müqaviləsi ilə bölünməsindən sonra Ərkivan, Drığ, Zuvand, Alar, Mirankuh, Səpidəşt, Astara və Lənkəran nahiyələrindən ibarət olduğunu qeyd edir (Zablotski-Desyatovski, 1837:324).

Çar Rusiyası və Rusiya vətəndaş müharibəsi dövründə talışlar

1841-ci ildə Talış xanlığı ləğv edildikdən sonra Çar Rusiyası həmin ərazilərdə Kaspi oblastına daxil edilən Talış uyezdi formalaşdırdı. 5 il sonra Talış uyezdinin adı Lənkəran uyezdi olaraq dəyişdirilərək Şamaxı quberniyasının tərkibinə verildi. 1859-cu ildən etibarən isə Lənkəran uyezdi yeni qurulan Bakı quberniyasının tərkibinə verildi. Çar Rusiyası dövründə talışların sayı ilə bağlı ilk rəsmi statistikalar tərtib olunmağa başladı. Bununla bağlı aşağıdakı mövzuda ətraflı məlumat veriləcək. Talışların həyatı Çar Rusiyası dövründə müsbət anlamda xeyli dəyişdi. Azərbaycanda yaşayan digər xalqlar kimi talışların da öz inteligensiyası formalaşdı. Bu inteligensiya nümayəndələrindən biri olan Zeynal Zeynalov Çar Rusiyası Dumasına seçildi. Bakı talışlardan biri olan Zeynal Zeynalov Dumaya müsəlman trudoviklərin lideri kimi seçilmişdi (Usmanova, 2005:225).

Talışların həyatında şübhəsiz ki, ən əhəmiyyətli hadisələrdən biri Fevral inqilabı oldu. Fevral inqilabından bir müddət sonra Bakı Sovetində bolşeviklər seçkilərdə qalib gələrək hakimiyyəti ələ keçirdilər. Talış mahalı bu dövrdə Bakı quberniyasının tərkibində olduğu üçün Bakıdakı hadisələr regiona təsir edirdi. Oktyabr inqilabından sonra Bakı Soveti öz təsir dairəsini Talış bölgəsinə də yaymağa qərar verir. Lənkərana gələn bolşevik təşviqatçılar burada seçki yolu ilə Sovet hakimiyyətinin qurulmasını düşünürdülər. 1918-ci ilin əvvəlində Lənkəranda baş tutan seçkilərdə regionda Müvəqqəti İcraiyyə Komitəsi qurulur. Yeni qurulan hökumətdə sağ və sol eserlər (sosialist inqilabçılar) iştirak edirdi. İcraiyyə Komitəsinin üzvləri Suxorukov, Şevkunov, Orlov, Krestovski, Matveyev, Tobelberq, Vasin və Ter Yeqanovdan ibarət idi. Sovet üzvlərinin bir hissəsini Talışın yerli sakinləri, digər hissəsini isə kənardan gələnlər təşkil edirdi. İcraiyyə komitəsində yeganə bolşevik Saratikov idi. Bakı xüsusi təyinatlılarının keçmiş üzvü İosif Faykovski Lənkəranı “sağ eserlərin yuvası” adlandırırdı. Ancaq Hayk Arustamov Talışda eserlərin nə təşkilatının, nə də hansısa komitəsinin olmadığını qeyd edərək seçkilərdəki qələbənin bir təsadüf olduğunu qeyd edirdi.

1918-ci ilin may-iyun aylarında “Müsəlman” sosial-demokrat “Hümmət” təşkilatının üzvü Möhsün İsrafilbəyov-Qədirli Lənkərana səfər edərək burada bolşevik təbliğatı aparmağa başladı. Onunla birlikdə Lənkərana Şəfi Əliyev, Baba Əlimanov, Nəriman Bəxtəmov, molla Əhməd Aşumov gəlmişdi. Bu qrupda uyezdin komissarı Fyodor Matveyev və doktor Zaxaryan da iştirak edirdi. Qrupun bu formada fərqli millətlərdən təşkil olunması Talışda müxtəlif xalqların (rus, türk, talış) arasında ortaq nöqtə tapma məqsədi daşıyırdı. Matveyev rus kəndliləri arasında, molla Aşumov isə müsəlman kəndliləri arasında təşviqat aparırdı. Dini xüsusiyyətləri nəzərə alan Möhsün Qədirli məscid ətrafındakı meydanda İcraiyyə komitəsi sədri vəzifəsinə molla Ağamir Əşrəfi məsləhət gördü. Bununla belə müsəlman talışlar və azərbaycanlılar bu vəzifəyə qoçu Rəşid Kərimovun təyin edilməsini istəyirdilər. Ümumiyyətlə, əhalinin Sovet hakimiyyəti barədə fikirləri son dərəcə qeyri-müəyyən idi. Bəzi torpaq sahibləri Sovet hakimiyyətini yalnız kəndlilərdən vergi alınmasına icazə verəcəkləri təqdirdə tanıyacaqlarını bildirmişdi (Morozova və Yermolenko, 2013:179).

1918-ci ilin iyulunda Bakı kommunasının süqutundan sonra Talışda ağqvardiyaçılar tərəfindən 5 nəfərdən ibarət Muğan diktaturası quruldu. Muğan diktaturası da Bakı kommunası kimi Azərbaycanın müstəqilliyini dəstəkləmirdi. Bu əraziyə İngiltərənin nəzarətində olan ağqvardiyaçı rus polkovniki Suxorukov rəhbərlik edirdi. Muğan diktaturası qurulduqdan sonra özünü “vahid və bölünməz Rusiyanın” muxtar hissəsi elan edir. Ərazi üzərində ümumi nəzarəti admiral Kolçak həyata keçirirdi. Diktaturanın mərkəzi Prişib (indiki Göytəpə) kəndi olmuşdur. 9 ay davam edən Muğan diktaturası dövründə iqtisadi vəziyyət pisləşdiyi üçün əhalinin narazılığı artmağa başlamışdı. Bu vəziyyətdən bolşeviklər istifadə edərək üsyana hazırlaşdılar. Bolşeviklərin əsas mərkəzi hazırda Cəlilabad rayonuna daxil olan Privolnoye kəndi idi. 1919-cu ildə 24 aprel səhərisi bolşeviklərə məxsus süvari eskadronu Privolnoyedə toplaşaraq Prişibə hücuma başladı. Hərbi çevriliş demək olar ki, qan tökmədən həyata keçirildi. Muğan diktaturası liderləri həbs edilərək buradan Sara adasına göndərildi.

Sovetlər qurultayına qədər Muğanı Rabitə komitəsi idarə etməli idi. May ayında toplanan qurultayda Muğanda Sovet respublikasının qurulması qərarlaşdırıldı. Bu ideya qurultaya gələn həm türklər, həm talışlar, həm də ruslar tərəfindən dəstəkləndi. Bu dövrdə Azərbaycanın digər bölgələrində Müsavat hökuməti qurulmuşdu. Müsavatın təqibinə məruz qalan Bakı bolşevikləri Bəhram Ağayev, Koval, Kalinin, Samson Kandelaki, Nikolay Yengibarov Muğana sığınma məcburiyyətində qaldılar. RSFSR KP (b) Qafqaz Regional Komitəsinin sərəncamı ilə Həştərxandan Lənkərana gələn Timofey Ulyantsev, Anatoliy Lukyanenko Sovet inzibati strukturlarını formalaşdırmağa başladılar. 15 may 1919-cu ildə Lənkəranda hakimiyyətin ən yüksək idarəetmə orqanını seçmək məqsədi ilə fövqəladə qurultay çağırıldı. Qurultaya həm talış, həm türk, həm də rus kəndlilərindən ibarət 300-dən çox üzv qatılmışdı. Qurultayda Muğan Sovet respublikasının yaradılması və bu respublikanın RSFSR-in ayrılmaz hissəsi elan edilməsi haqqında qərar verildi. Bundan başqa 35 deputatın təmsil edildiyi Hökumət Şurası yaradıldı. Şuranın sədri Daniel Çirkin, müavini isə Şirəli Axundov təyin edildi (Asatryan, 2011:70). Bununla da Muğan Sovet respublikası tam olaraq formalaşdırıldı.

Bolşevik hökumətinin qurulmasından sonra Lənkəranda olan eserlər və menşeviklər gizli fəaliyyətə keçməyə məcbur oldular (Morozova və Yermolenko, 2013:186). Bəzi tarixçilər Muğan Sovet respublikasını talışların qurduğu dövlət kimi xarakterizə edir. Viktor Şnirelman bu barədə belə yazır: “Sovet hakimiyyətinin ilk onilliklərində Azərbaycanın cənub-şərqində yaşayan İran dilində danışan talışlar 1919-cu ilin yayında elan edilmiş və qısa müddətdə türk qoşunları tərəfindən işğal edilən Talış Muğan respublikasını bərpa etmək xəyalında idilər.” (Şnirelman, 2003:108). Reallıqda isə bu dövlətin qurulmasında talışların rolu çox az idi. Muğan Sovet respublikasının İcraedici komitəsində cəmi 1 talış (Şirəli Axundov) təmsil edilmişdi. Bolşeviklərə regionda ən çox dəstək verən kəndlər Privolnoye, Qriboyedovka, Petrovka, Qriqoryevka idi. Maraqlıdır ki, bu kəndlərin demək olar ki, hamısı subbotniklərdən ibarət olmuşdur. Muğan Sovet respublikası hökumətində iştirak edən subbotniklər arasında Yakov Levin, Naum Sapuntsov, Bentsaim Morozov, David Danilov, Moisey Boçarnikov, İsay Qorbunovu qeyd etmək olar (Morozova və Yermolenko, 2013:190-191). Talışlar isə hökumətə loyal olmasalar da, qarşı da deyildilər (Azərbaycan türklərinin Bakı kommunasına münasibətdə olduğu kimi). Sadəcə olaraq bəzi talış dəstələri hökumətin icazəsi ilə Muğan respublikasının sərhədlərini qoruyurdular. Bu dəstə rəhbərlərindən ən məşhurları kimi Məmməd və Yunus Zuvandlını qeyd etmək olar. Onlar Muğanda soyğunçuluq edən dəstələrə qarşı mübarizədə bolşeviklərə köməklik göstərirdi. Məmməd Zuvandlı Muğan respublikasının İran sərhədini qoruyurdu. 1919-cu ilin yayında İran Astarasından və Zuvand dağlarından hücuma keçən talış və şahsevən dəstələrininin qarşısını Məmməd Zuvandlı almışdı. Müsavat hökumətinin Lənkərana hücumu zamanı da Məmməd Zuvandlı meşələrdə ADR ordusuna ciddi müqavimət göstərmişdi. Məmməd Zuvandlı ilə birlikdə Müsavata qarşı Məmmədəli Baqiyev, Əjdər İbrahimov, İsrafil Məmmədov rəhbərliyi altında dəstələr vuruşurdu (Asatryan, 2011:69). 1919-cu ildə Muğan respublikası süqut etdikdən sonra da onun bolşeviklərlə əlaqəsi qalırdı. Məmməd Zuvandlı Azərbaycanda Sovet hakimiyyətinin qurulması ərəfəsində öz köməkçisi tərəfindən öldürüldü (Morozova və Yermolenko, 2013:199).

Talışların yaşam tərzi, dini, mədəniyyəti

Talışlarda təsərrüfat fərqliliyi əsasında etnik adlandırma ilə birlikdə tayfa əsasında etnik adlandırma damövcuddur. Hələ Çar Rusiyası dövründə aparılan araşdırmalarda talışların etnik xüsusiyyətlərinə görə pornaimlər, alarlar, orandlılar, zuvandlılar olmaqla müxtəlif tirələrə bölündüyü qeyd edilir. Maraqlıdır ki, Lerikin ucqar dağlıq ərazisində məskunlaşan zuvandlıların özləri də drığlılar və piranlılar olmaqla iki yerə bölünürlər. Bu qruplar təkcə etnoqrafik xüsusiyyətlərinə görə deyil, həm də həyat tərzlərinə, məişət xüsusiyyətlərinə görə də bir-birlərindən fərqlənirdilər (Cavadov, 2000:111-112). Talışlardakı bu formada tayfa ittifaqının və yarımköçəri həyat tərzi sürən talış tayfaların olması türklərlə olan sıx bağlılıqla əlaqələndirilir. İran mənbələrində monqol ordularının tərkibində Orta Asiyadan Talışa türk tayfalarının gəldiyi bildirilir. Hətta polyak şərqşünası Aleksandr Xodzko öz əsərində Gilan talışlarının şərqi türk dialektində danışdığını qeyd edir. Boris Miller isə bununla bağlı bunları deyir: “Çox güman ki, Talış əyalətini ələ keçirmiş türklər əvvəllər yerli talış tayfaları ilə birləşərək qrup yaratmışdır. Daha sonra bu qrupun bir hissəsi İran Azərbaycanının başqa türk tayfaları ilə qaynayıb qarışaraq adını itirmiş, digər hissəsi isə talışlar içində əriyərək onların dilini qəbul etmişlər. Çox güman ki, sonuncu qrupa daxil olan talışlar kiçik fonetik dil xüsusiyyətlərinə malik olmaqla, həm də Orta Asiyadan gətirdikləri sünnilik etiqadını qoruyub saxlayıblar.” (Cavadov, 2000:112).

Talışlar içində türk tayfa qrupunun əriməsini region sakinlərinin fiziki fərqləri ilə (düzən ərazilərdəki talışlar qarabuğdayı, dağlıq ərazilərdə yaşayan talışlar isə kürən olurlar) əlaqələndirmək mümkündür.

Bundan başqa talışlarda türk xalqlarında olduğu kimi köçəri həyat tərzi keçirən qruplar mövcud olmuşdur. Talışlar onları “derejlər” (derej talış dilində de (iki), roj (yol) deməkdir) və “çorojlar” (çoroj talış dilindo ço (başqa), roj (yol) deməkdir) adlandırır. Onlar haqqında Boris Miller Talış regionuna ekspedisiya zamanı məlumat verir: “30 ailədən ibarət olan derejlər Lənkərandan qərbdə, təqribən Quynager (indiki Günəhir) və Gegeron (indiki Gəgiran) kəndləri arasında yaşayırdılar. Ancaq son dövrlərdə derejlər oturaq həyata keçid etməyə başlayıblar. İndi onlar əsasən Çayrud, Siyov, Xamuat (İndiki Hamarat), Coni (indiki Conu), Tuli (indiki Tülü) kəndlərində yaşayırlar. Onlar şiə məzhəbinə malikdirlər və deyilənə görə Qorqanrud vilayətinin Lisar ərazisindən indiki yaşadıqları yerə köçüblər. Əvvəllər derejlər indiki yaşadıqları ərazidə çox olsalar da zamanla azalmağa başlayıblar. Onlar talış dilinin xüsusi ləhcəsində danışırlar, pul hesabını da çox pis bilirlər. Köç zamanı digər talışların yaşadığı adi alaçıqda deyil, şaxdan hörülmüş komalarda yaşayırlar.” (Miller, 1926:8).

Boris Miller bu tayfanın bir üzvü ilə 1925-ci ildəki ekspedisiyası zamanı Bradi kəndində tanış olaraq ondan müəyyən məlumat aldığını qeyd edir. Miller çorojlar barədə isə bunları qeyd edir: “Çorojların nümayəndələrindən biri ilə Astaranın Sərək kəndi yaxınlığında görüşdüm. Onlar da özlərini talış hesab edirlər. Çorojlar köçəri tayfa olub bu regiona əsasən İranın Talışdolab mahalından gəliblər. Onların hamısı sünni məzhəbinə malikdirlər. Bu tayfanın üzvləri türk (azərbaycanca) danışa bilmirlər. Onların qışlaqları Təngərud kəndi ətrafında, yaylaqları isə Toradi kəndi yaxınlığındadır. Onlar haqqında mənə digər talışlardan fərqli adət-ənənələrinin olduğu barədə məlumat verilmişdi, lakin özləri bunu inkar edir” (Miller, 1926:9).

Talışların məskunlaşdıqları ərazi coğrafi baxımdan düzən, dağətəyi və dağlıq olmaqla üç hissəyə bölünür. Əhalinin istər maddi mədəniyyəti və istərsə də təsərrüfat həyatı məhz bu vertikal zonallıq xüsusiyyəti əsasında qurulmuşdur. Düzən və qismən dağətəyi ərazidə yaşayan talışlar başlıça olaraq taxılçılıq, çəltikçilik və bostançılıqla, dağlıq zonada isə əsasən maldarlıq və əkinçiliklə məşğul olurdu. XIX əsrin 80-ci illərində də yarım köçəri həyat keçirən alarlar və orandların isə başlıca məşğuliyyəti maldarlıq idi. Çar Rusiyası zamanı talışların təsərrüfat həyatında çəltikçilik və taxılçılıq başlıca yer tuturdu. XIX əsrin sonunda Lənkəran qəzasında 13 min desyatin ərazidə çəltik əkilirdi. Bu, Bakı quberniyasında əkilən çəltik əkin sahəsinin 61%-ni təşkil edirdi. Bu səbəbdən talış mətbəxində düyünün rolu xüsusi ilə fərqlənir. Xüsusilə, XIX əsrdə düyü xörəkləri hər bir talış ailəsinin gündəlik yeməyi hesab edilirdi. Fransız-rus şərqşünas Pavel Riss 1855-ci ildə regiona səyahəti zamanı talışların yeməkləri haqqında bunu qeyd edir: “Talışlar digər isti iqlimdə yaşayan insanlar kimi yeməyi az yeyirlər. Mən orada olduğum müddətcə talışların çörək bişirdiyini və yediyini müşahidə etmədim. Çar Rusiyası dövründən etibarən bəzi varlı kəndlilər çörək bişirirdi. Talışların başlıca yeməyini ətsiz, suda bişirilmiş düyü təşkil edir ki, bunu onlar yağsız yeyir və “plou” adlandırırlar. Bundan başqa əti çox az yeyirlər, inəkdən isə adətən süd və süd məhsulları hazırlamaq üçün istifadə edirlər. Talışlar içki içmir, ənənəvi müsəlmanlar kimi sadəcə su içirlər.” (Riss, 1855:6).

Qriqor Çursinə görə isə talışlar gündəlik həyatda adətən du (ayran), abdux (turş südlü su), şalım-tırş (üzüm suyundan hazırlanan içki) içirlər. Talışlarda ailə həyatı və qadının rolu barədə isə Çursin bunları yazır: “Ailə həyatının quruluşuna və qadınların ailədəki mövqeyinə gəlincə talışlar bu baxımdan qonşuları olan Azərbaycan türklərindən fərqlənirlər. Talışlarda ailə həyatı patriarxal formada deyil, daha sərbəst və müstəqildir. Talışlarda qadın Azərbaycan türklərində olduğu kimi tayfa prinsiplərinin gətirdiyi təsirlərə məruz qalmadığı üçün daha azaddır. Qadının ailədə rolu yüksəkdir və mövqeyi nəzərə alınır. Sosial və torpaq məsələlərində ailə prinsipinin qorunması onların həyatının xarakterik xüsusiyyətidir” (Çursin, 1926:22-23). Müsəlman olmasına baxmayaraq talışlarda poliqamiyaya çox az rast gəlinir. Xüsusən dağlarda yaşayan talış kişisi 1 qadınla evlənir. Düzənlik ərazilərdə isə qadın işçi qüvvəsinin çəltik əkinində böyük rolu səbəbi ilə iki qadınla evliliklərə rast gəlmək olar (Tolstov, 1962:194).

Dini baxımdan talışlar islam dininə mənsubdurlar. İstər Azərbaycan və istərsə də İranda yaşayan talışların böyük əksəriyyəti şiə təriqətinə, Astara rayonunun bir nəçə kəndi, habelə Zuvanddan Ərdəbilədək ərazilərdə yerləşən Ambaran, Cəyid, Mizran, Gültəpə, Sarıxanlı (bu kənddə azərbaycanlılarla talışlar qarışıq yaşayırlar), Əmincan, Minavar və Güləş kəndlərinin əhalisi isə sünni məzhəbinə mənsubdurlar. Boris Miller 1925-ci ildə Lənkəran qəzasına səfəri zamanı Lənkəranın cənub hissələrində 25 ədəd sünni kəndinin olduğunu qeyd edir. Bu kəndlərin ən böyüyü Təngərud idi. Sünni talışların yaylaq kəndi isə Bi kəndi idi. Millerin yazdığına görə sünni talışlarla şiə talışların danışığında müəyyən fonetik fərqlər var. Bu, sünni talışların demək olar ki, hamısının ikinci və ya üçüncü nəsildən İrandan (Qorqanrud, Əsalim, Talışdolab) gəlmə olduğu ilə əlaqəlidir. İranda talışlar yaşayan məntəqələr həm etnik, həm də məzhəb baxımından qarışıqdır. Misal olaraq Piləçay kəndində sünni talışlarla şiə talışlar qarışıq yaşayırlar. Əsalimda və Qorqanrudda yaşayan talışların böyük hissəsi sünni, giləklər isə şiədir. Nəmin şəhristanının mərkəzi Nəmində yaşayan talışlar şiə, şəhristana daxil kəndlərdə yaşayan talışlar isə sünni məzhəbinə malikdir (Miller, 1926:7).

Talışlarla bağlı statistik materiallar

Azərbaycan ərazisindəki talışların sayı haqqında müəyyən statistik məlumatlar olsa da bunların özü müəyyən qədər dolaşıq və mübahisəlidir. XIX əsrin 60-cı illərinə aid olan bir mənbədə talış dilinin Lənkəran qəzasının 142 kəndində üstünlük təşkil etdiyi qeyd edilir. Ancaq bu mənbədə kəndlərdə və ümumiyyətlə Talış regionunda nə qədər talışın yaşaması haqqında məlumat verilmir (Cavadov, 2000:107). Ümumiyyətlə Çar Rusiyası və eləcə də Sovet dövründə talışların sayı haqqında verilmiş məlumatlar bir-birini inkar edir. Nikolay Zeydlitsin 1859-64-cü illərə aid olan məlumatına görə Lənkəran qəzasında talışların sayı 34.494 nəfər [3] , 1880-ci il siyahıyaalmaya görə 42.999 nəfər [4] , 1886-cı il məlumatına görə isə 47.296 [5] nəfər idi. Lakin XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olan statistik məlumatlarda talışların sayı birdən-birə xeyli azalır. 1897-ci ildə Çar Rusiyasının ilk ümumi siyahıyaalınması zamanı Lənkəran qəzasında talışların 34.991 nəfərə qədər azaldığı qeyd edilir. [6] 1886-1897-ci illər ərzində talışların sayının 12 min nəfərdən çox azalması inandırıcı deyil. Talış ailələrində olan çoxuşaqlılıq və 11 il ərzində Lənkəran uyezdindən başqa regionlara hər hansı bir köçün baş verməməsi, bu ehtimalı azaldır. Statistika ana dili əsasında aparıldığı üçün talışların bir qisminin milliyətinin tatar (azərbaycanlı) kimi qeyd edildiyi güman edilir. Belə ki, həmin siyahıyaalmada Lənkəran qəzasında azərbaycanlıların sayı 84.725 nəfər olduğu bildirilir. 11 il əvvəlki statistikada azərbaycanlıların sayının 50.887 nəfər olduğunu nəzərə alsaq qısa müddətdə 30 mindən çox artımın olması inandırıcı görünmür.

Əhalinin bu qeyri-real artımını və azalmasını XX əsrin ilk illərinə aid olan statistik məlumatlarda da görmək mümkündür. XIX əsrin 90-cı illərində Lənkəran qəzasında əhalinin etnik tərkibi haqqında məlumat verən Dmitriy Kistenyev yazır ki, burada əhalinin 35%-ni talışlar, 64%-ni azərbaycanlılar, qalan hissəsini isə ruslar təşkil edirlər. Bunun əksinə olaraq 1914-cü ildə çap olunmuş başqa bir mənbədə Lənkəran qəzasında talışların 77.066 nəfər, azərbaycanlıların 63.050 nəfər, rusların isə 14.317 nəfər olduğu qeyd edilir (Cavadov, 2000:109). 1910-cu ilə aid Qafqaz təqviminə əsasən talış kəndləri barədə məlumatla isə aşağıdakı cədvəldə tanış olmaq olar. [7]

Mənbə: (Stratonov, 1910:27-762).

1921-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra aparılan ilk regional siyahıyaalınma zamanı isə Lənkəran qəzasında talışların 66.683 nəfər olduğu bildirilir. Bu statistikada da bəzi uyğunsuzluqları müşahidə etmək olar. Bu statistika zamanı Lənkəran qəzasının şimal, şimal-qərb və qərb istiqamətində olan 46 kənd cəmiyyətininin 24-ü türk (və ya rus), 4 kənd cəmiyyətində (Balharidə 4, Masallıda, Perimbeldə və Şiləvəngədə 1 kənd) talışlar azlıq kimi qeyd olunub. Cənuba doğru getdikcə isə Boradigah və Qızılavarda 3, Ərkivan, Pornayim və Şingədulanda 1 türk kəndi olduğu qeyd edilir. Bu siyahıyalınmada tamamilə talış olan kənd qrupları bunlardır: Cil, Ərçivan, Bütəsər (indiki Pensər), Sütəmurdov, Gərmətük, Girdəni, Rvo, Rudakənarud, Təngərud, Veri, Zenoni, Kələvəz, Lerik, Mistan, Orand, Sori.

Bu siyahıyalınma haqqında Boris Miller bunları yazır: “Siyahıyaalma məlumatları çox da etibarlı deyil. Məsələn, Boradigah kəndi burada türk kəndi kimi göstərilir, halbuki bu kənddə məktəb yaşındakı oğlan uşaqlarının talışca mətnlər yazdığını öz gözümlə görmüşəm. Talış regionunda yol kənarında olan kəndlərin ilk baxışdan türk kəndləri olması təəssüratı yarana bilər. Buna səbəb türk dilinin bazarlarda işlədilməsi və əhalinin, xüsusən ticarətlə əlaqəli olanların bir hissəsinin bu dildə danışmasıdır. Bəzən özünü türk olaraq adlandıran bir talışla da qarşılaşa bilərsiniz, lakin sonra məlum olur ki, həmin şəxs evində, dostları arasında yalnız talış dilində danışır. Düzdür, talışların əksəriyyəti türk dilində yaxşı bilir, lakin bunu xüsusən türk dilini bilməyən ucqar dağlıq ərazilərdə qadınlar haqqında demək olmaz. Zahirən üstünlük təşkil edən ikidilliliyə baxmayaraq xalqın evində danışdığı dil əsas götürülməlidir. Buna görə də sonrakı siyahıyaalmalar zamanı buna ciddi diqqət yetirməli və səhvlərin qarşısını almaq üçün ailənin dilinə istinad edilməlidir. Yuxarıda göstərilən 66.683 rəqəminə Talışın təbii mərkəzi olan Lənkəran əhalisinin bir neçə minini əlavə etmək lazımdır. Lənkəran sakinlərinin ümumi sayı 11.953 nəfərdir. Şəhərin əhalisi də adətən türk kimi tanınır, lakin bu, tamamilə doğru deyil. Lənkəranda türk əhalinin sayı üstünlük təşkil etsə də, şəhərə ətraf talış kəndlərindən ciddi axın var. Beləliklə, siyahıyaalmanın yuxarıdakı çatışmazlıqları və səhvlərini nəzərə alaraq Sovet Azərbaycanında talışların ümumi sayını 80.000 nəfərə qədər qəbul etmək olar.” (Miller, 1926:4-5).

1926-cı il Azərbaycan SSR-də aparılan ilk siyahıyaalınmada 77.323 nəfər milliyyətcə, 80.624 nəfər isə ana dili talış olan insanlar qeydiyyata alındı. Ana dili talış olan 3 min nəfərin özünü türk kimi qələmə verməsi talışlarda assimilyasiya prosesinin başladığını göstərir. 5 aprel 1931-ci il tarixində Azərbaycan Xalq təsərrüfatı idarəetməsinin apardığı regional siyahıyaalmada talışların sayı 89.398 nəfər olduğu qeyd edilir. Bu rəqəmə bir çox talışın yaşadığı, lakin əhalisinin əksəriyyətinin türk olduğu Lənkəran şəhərinin (11.688 nəfər) də bir hissəsi əlavə edilməlidir. Rayonlar üzrə statistikaya görə 1926-cı ildə talışlar Lənkəranın 86,4, Zuvandın (indiki Lerikin) 82,4, Astaranın 86 faizini təşkil edirdi. Talışlar Masallıda (30,2%), Vərgədüzdə (indiki Yardımlıda) isə azlıq təşkil edirdi (% 1.2). (Miller, 1953:9).

İranda yaşayan talışların sayı barədə ilk və son rəsmi məlumat 1949-cu ilə aiddir. Belə ki, bu siyahıyaalmada İranda 84.700 nəfər talışın yaşadığı qeyd olunur (Pireyko, 1966: 302). Azərbaycanda Çar Rusiyası dövründən müasir dönəmə qədər talış əhalisinin dinamikasını aşağıdakı cədvəldə görmək mümkündür:

1926-cı il siyahıyaalması zamanı talışlar Azərbaycanın ümumi əhalisinin 3,3%-ini, 1939-cu il siyahıyaalması zamanı isə 2,7%-ini təşkil edirdi. 1930-cu illərdə SSRİ-də “korenizasiya” siyasəti titul xalqın dövlətçiliyi prinsipi ilə əvəzləndi. Bu siyasətin həyata keçirildiyi əsas Sovet respublikalarından biri də Azərbaycan SSR idi. Məhz bu siyasətin tətbiq edilməsindən sonra Azərbaycanda bəzi xalqlar siyahıyaalmadan çıxarılaraq azərbaycanlı adlandırıldı. Bu xalqlardan biri də talışlar oldu. Bu səbəbdən 1959, 1970 və 1979-cu illərdə SSRİ-də keçirilən ümumittifaq əhali siyahıyaalmaları zamanı Azərbaycanda ümumiyyətlə talış adlı etnos qeydə alınmadı. 1959-cu il siyahıyaalmasında 10.6 min talışca danışan azərbaycanlı olduğu qeyd edilir (Volkova, 1969:22). Talışların bir millət olaraq sayı isə həmin statistikada 85 nəfər olduğu göstərilir (Abbasov, 2018:183). Talışlar yalnız SSRİ-də həyata keçirilən “yenidənqurma” siyasəti dövründə rəsmi olaraq qeydiyyata alınır. 1989-cu il üzrə SSRİ-də əhalinin siyahıyaalma materiallarında Sovet İttifaqında 21.914 nəfər, o cümlədən Azərbaycanda 21.200 nəfər talışın yaşadığı qeydə alınmışdır ki, bu da respublika əhalisinin 0,3%-ni təşkil edirdi (Cavadov, 2000:110). SSRİ dağıldıqdan sonra Azərbaycanda 1999, 2009 və 2019-cu illərdə rəsmi siyahıyaalınma həyata keçirilir. 1999-cu il rəsmi statistikasına görə Azərbaycanda 76.841 nəfər (Masallıda 36.767, Lənkəranda 25.740, Lerikdə 7076, Astarada 5691) [16] , 2009-cu il rəsmi statistikasına görə isə 111.996 nəfər (Lənkəranda 54.125, Astarada 38.207 , Masallıda 15.675, Lerikdə 2281) talışın yaşadığı göstərilir. İki siyahıyaalmanı müqayisə etsək, 1999-2009-cu illərdə Masallıdan talışların iki dəfədən çox azaldığını, Lənkəranda iki dəfə çoxaldığını, Astarada 6 dəfə çoxaldığını, Lerikdə isə 3 dəfə azaldığını müşahidə etmək olar. Bu formada siyahıyaalmanın həyata keçirilməsi daha çox bu prosedurun səthi olaraq həyata keçirildiyini, əhalinin rəyinin isə ümumiyyətlə soruşulmadığı qənaəti yaradır. Azərbaycanda 2009-cu ildən etibarən isə ümumiyyətlə milli prinsiplərə əsaslanan siyahıyaalma həyata keçirilmir.

Bu baxımdan müasir Azərbaycanın siyasəti 1930-cu illərin titul xalqın dövlətçiliyi prinsipinə əsaslanan ideologiyanı xatırladır.

Digər regionlarda yaşayan talışlar

Uzun əsrlər boyu talışlarla azərbaycanlılar arasında mədəni yaxınlaşma talış dilinin danışma arealının getdikcə daralması ilə nəticələndi. Talış dilinin danışıldığı areal orta əsrlərdə Qızılağac körfəzinə qədər uzanırdı. 1830-cu illərdə aparılan araşdırmalarda Lənkərandan xeyli şimalda talış dilinin istifadə edildiyi bildirilir. Azərbaycanlılarla sıx iqtisadi və mədəni əlaqələrin olması, sonuncunun uzun müddət davamlı olaraq Talış regionuna nüfuz etməsi, talışlar arasında ikidilliliyin yayılmasına səbəb olmuşdur.

1960-cı illərdə talışların etnoqrafik tədqiqatları ikidilliliyin inkişafının intensivliyini göstərir. Bu amil talışların bir qisminin özünü azərbaycanlı kimi identifikasiyası ilə nəticələndi. Talışların özünü azərbaycanlı kimi identifikasiya etdiyi ərazilər adətən talış və azərbaycanlıların qarışıq məskunlaşma sahələrində, məsələn Masallı bölgəsində daha çox nəzərə çarpır. Burada yalnız yaşlı insanlar özlərini talış sayırlar və talış dilini bilirlər (Volkova, 1969:57). Bu səbəbdən talışların konkret sayı ilə bağlı real statistika aparmaq çətinləşir. Rəsmi statistikada Azərbaycanda təxminən 100 min nəfərdən çox talış yaşadığı qeyd edilir. Bu rəqəm talışların real sayını açıqlamır. Ümumilikdə Talış bölgəsində 350-dən çox talış kənd və qəsəbəsinin mövcud olduğu ehtimal olunur. Bu da Astara, Lənkəran və Lerikdə yaşayan əhalinin təxminən 95 faizinin talış əsilli olduğu qənaətini yaradır (Clifton, Tiessen, Deckinga, Lucht, 2005:3). Müstəqil araşdırmaçıların məlumatlarına əsasən Azərbaycanda 500 mindən çox talış yaşayır (Tiessen, 2003:11).

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra talışların ətraf rayonlara köçü başlayır. Talışların köçü eyni zamanda həm iqtisadi, həm də məcburi xarakter daşıyırdı. Belə ki, Sovet hakimiyyəti zamanı İran sərhədində yaşayan bir çox talış təhlükəsizlik və digər səbəblərlə Biləsuvar və ona qonşu olan ərazilərə köçürülmüşdü. Bu səbəbdən xeyli sayda talışlara Biləsuvar, Neftçala və Cəlilabadda rast gəlmək olar. Bundan başqa, hələ Çar Rusiyası dövründə talışların Abşeron yarımadasına köçü başlamışdı. Bu köç Sovet hakimiyyəti zamanı və müasir dövrdə daha da intensiv xarakter alır. Bu səbəbdən talışların Bakıda (xüsusilə Binədə) və Sumqayıtda böyük sayda icması formalaşmışdır. Bakıda yaşayan talış əhalisi Sumqayıtdakı qədər cəmləşməmişdir. Bakının Əhmədli kimi çoxmillətli ətraf bölgələrində belə, talışların əhalinin 5-10%-dən çoxunu təşkil etmədiyi təxmin edilir. Binə qəsəbəsində isə 40 min talışın yaşadığı güman edilir. (Abbasov, 2018:184).

Sumqayıt talışları isə ümumi şəhər əhalisinin təqribən 20%-ni (təxminən 80.000 nəfər) təşkil edir. Sumqayıtda talış məhəlləsi və şəhərdə talışların cəmləşdiyi xüsusi sahələr yoxdur. Bununla belə Sumqayıt talışlarının say çoxluğunu nəzərə alaraq bu əhalini bütöv bir şəkildə təsvir etmək üçün ‘icma’ ifadəsi istifadə oluna bilər. Sumqayıta talış köçünün əsas hissəsi 1950-1970-ci illər arasında baş verdi. Sumqayıt talışlarının 10%-dən az hissəsi 1970-1980-ci illər arasında, təxminən eyni sayda da 1980-1990-cı illər arasında köç etmişdir. 1990-cı ildən sonra Sumqayıta köçən talışların sayının isə əvvəlki illərlə müqayisədə azlıq təşkil etdiyi güman edilir (Tiessen, 2003:17). Hazırda Masallı, Lənkəran, Astara, Lerikdə əhalisinin mütləq əksəriyyətini təşkil edən talış kəndləri mövcuddur. Bu rayonlardan başqa talış əhalisinin qaldığı və bu dildə danışıldığı 3 kənd haqqında ayrıca məlumat vermək mümkündür:

  1. Allar (Yardımlı)
  2. Aşağı Qaramanlı (Neftçala)
  3. Səmədabad (Biləsuvar)

Yardımlı bölgəsi Talış bölgəsinin ən ucqar hissəsidir. Burada yaşayan əhalinin böyük əksəriyyəti azərbaycanlılardan ibarətdir. Bu rayonda bəzi kəndlərdə azərbaycanlılarla talışlar qarışıq yaşayırlar. Allar, Şıxhüseynli və Tiləkənd kəndlərini bu baxımdan qeyd etmək lazımdır. Bu üç kənddə ümumilikdə 2000-dən bir az çox insan yaşayır. Şıxhüseynli kəndində yaşayan əhalinin təxminən 50%-nin talış olduğu bildirilir (Clifton, Tiessen, Deckinga, Lucht, 2005:13). Allar kəndi isə Allar çayının cənubunda Yardımlı-Lerik sərhədində yerləşir. Bu kənddə yaşayan 1449 nəfər əhalinin təxminən 35%-i talışlardır (Asatryan, 2011:25). Kənd öz adını talışların etnoqrafik qruplarından olan alarlardan alır. 19-cu əsrdə Yardımlıdan Cəlilabada köçən alar talışları burada Alar kəndinin əsasını qoyur. Bu alarlar artıq Çar Rusiyasının dağılması ərərfəsində dillərini itirərək türkləşir (Volkova, 1969:57). Cəlilabadda Yardımlıdan köçən talışların əsasını qoyduğu kəndlər arasında Ləzran, Şiləvəngə, Porsova, Buravar kəndlərini qeyd etmək olar. Cəlilabadın Məmmədrzalı kəndininin əsasını isə talışların etnoqrafik qruplarından biri olan pornaimlər qoymuşdur. Talışların Cəlilabadda əsasını qoyduğu kəndlərdən biri də Alaşar kəndidir (eyni adlı kənd Astarada da mövcuddur).

Talışların yaşadığı Mərkəzi Aran rayonlarına daxil kəndlərdən biri Neftçalanın Aşağı Qaramanlı kəndidir. Bu kənddə yaşayan talışlar Sovet dövründə Qızılağac qoruğunun qərbində yerləşən qış otlaqlarının istifadəsi üçün buraya gəlmiş əhalinin nəsilləridir. Burada məskunlaşan talışlar Lerik rayonundan Lapatin Qışlaq[17] kəndindən Neftçalaya gələrək burada Lapatin adlı kəndin əsasını qoyurlar. Hazırda Lapatin kəndi Aşağı Qaramanlının bir hissəsidir. Aşağı Qaramanlının təxminən 30 faizinin talış əsilli olduğu güman edilir (Clifton, Tiessen, Deckinga, Lucht, 2005:7).

Talışların yaşadığı regionlardan biri də Biləsuvardır. Biləsuvar ərazisinin bir hissəsi Talış xanlığının tarixi regionu olan Ucarud mahalına daxildir. Biləsuvar rayon əhalisinin təxminən 10-15 faizinin talış olduğu güman edilir (Asatryan, 2011:25). Biləsuvar talışlarının demək olar ki, hamısı bura Lerikdən köçürülən talışların nəsilləridir. Biləsuvarda talışların yaşadıqları ərazilər arasında Səmədabad, Xırmandalı və Əsgərabadı qeyd etmək olar. Bu kəndlər arasında Səmədabad xüsusilə fərqlənir. Bu kəndin əhalisi 1950-ci illərin əvvəllərində Lerik rayonundan Səmədabada köçürülüb. Burada yaşayan talışların bir çoxu da hazırda özlərini lerikli adlandırırlar. Bununla belə qarışıq evliliklər səbəbi ilə talış dili burada demək olar ki, unudulub. Hazırda Səmədabad əhalisinin təxminən 10 faizinin talış olduğu güman edilir (Clifton, Tiessen, Deckinga, Lucht, 2005:13).

Talış dilində toponimlər və mənaları

Talış etnonimi Azərbaycanın müxtəlif bölgələrində (Ağsu, Quba, İsmayıllı, Ağdərə, Sabirabad və Şəmkir) yayılmışdır. Buna əsas səbəb XV-XVI əsrlərdə türkdilli qızılbaş tayfaları arasında talışların olmasıdır. Səfəvi şahlarından Azərbaycanın müxtəlif zonalarında torpaq payı alan talışlar zamanla bu ərazilərə yerləşərək eyni adlı kəndləri formalaşdırır. Daha sonra qızılbaş talışların bir hissəsi şahsevənlərlə qarışaraq 600 ailədən ibarət olan Talış-Mikayıllı icmasını yaradır (Cəlilabad rayonunda yerləşən Mikayıllı kəndi öz adını bu icmadan alıb). Bu kəndlərdə yaşayan talışlar artıq 19-cu əsrdə öz dillərini itirərək türkləşirlər. Yuxarıda da deyildiyi kimi, talışlar yaşam ərazisi baxımından özlərini talış (düzənlikdə yaşayanlar) və qolış (dağda yaşayanlar) adlandırırlar. Yaşam tərzi talışların yaşadıqları kəndlərin adında da özünü göstərir. Bu coğrafi terminləri bu formada xarakterizə etmək olar:

Ərkivan (ərk-qala), Biləsər (bil-bataqlıq), Tanqabın (bın-alt,altında), Banbaşı (bona-çayın kənarında yüksək yer), Barzovu (barz-hündür,yüksək), Burkandul (bır-tikan kolları), Bilavar (var-yer,yaşayış məntəqəsi), Bilabənd (bənd və ya band-kiçik dağ), Vərgədüz (vərgə-suvarılmayan sahə), Virəvul (virə-yer ,torpaq), Vel (vel-qıjı), Sığdaş (dəşt-çöl, düz), Bilidul (dul-meylli vadi), Nöycü (cü-yer), Boladi (di-kənd), Vizəzamin (vizə-yer, məkan), Cil (cil-bataqlıq), Şiləkəran (kəran-ətraf, sahil), Babaküçə (küçə(kojə)- məhəllə), Max-Şeyxan (max-möhkəmləndirilmiş dayanacaq), Sütəmurdov (murdab- durğun su), Lərmərud (lərmə-sahil yamacı), Şıxımpeştə (peştə-təpə, bağ), Avyarud (rud-dağ çayı), Dıriya (riya-kanal), Seləkəran (sel-qamışlı gölməçə), Seybətin (sey-düyü əkinlərinin suvarılması üçün gölməçə), Biləsər (sər-yuxarı,baş), Təngərud (tanq-dar ərazi), Siyatük (tük-çəltik əkilən torpaq), Tüləkuvan (tül-palçıq, gil), Ordahal (xal-təpə), Haftoni (honi-bulaq), Həmoşam (şam-çayın döngəsi), Şilavar (şilə-dar, dayaz bir dərə) və s. (Qeybullayev, 1986:96-97).

Talışların tarixi olaraq yaşadığı bir çox bölgələrdə yaşayış məskənlərinin adı talış dilində izah edilir. Bu toponimləri aşağıdakı formada qruplaşdırmaq mümkündür.

Astara rayonu

Asxanakəran – bəzi tədqiqatçılar toponimi talış dilinin materialları əsasında “dəmirçi evləri” kimi izah edirlər (Əliyeva, 2007: 67, c.1).

Avyarud – oykonimin talış dilindəki avya (çəmən, biçənək; açıq yer) və rud (çay) sözlərindən düzəldiyi ehtimal olunur (Əliyeva, 2007: 90, c.1).

Azaru – talış dilində aza (kiçik), rud (çay) sözlərindən düzəlib, “kiçik çay” deməkdir.Adını ərazidəki eyniadlı çaydan almışdır (Əliyeva, 2007: 94, c.1).

Balbau – yerli əhalinin dilində Balbou, Balbo kimi tələffüz edilir və talış dilində “kiçik qardaş” mənasında olması ehtimal edilir (Əliyeva, 2007: 108, c.1).

Biu – kənd öz adını yaxınlıqdakı mineral su bulağının adından almışdır. Əsli Büyəov olan bu hidronim talış dilindəki büy (iy, qoxu) və ov (su) sözlərindən ibarət olub, “iyli, qoxulu su” mənasını verir (Əliyeva, 2007: 142, c.1).

Burzubənd – əsl adı Barzəband olmalıdır. Toponim talış dilindəki barz (uca, hündür, yüksək) və band (dağ, təpə) sözlərindən ibarət olub, “hündür dağ” mənasındadır (Əliyeva, 2007: 160, c.1).

Çükəş – talış dilindəki çü (ağac, taxta) və kəş (qoşqu ləvazimatı) sözlərindən düzəlib (Əliyeva, 2007: 204, c.1).

Deqadi – oykonim talış dilindəki de (iki), qalkə (ev) və di (kənd) komponentlərindən düzəlib, “iki evli kənd” mənasını verir (Əliyeva, 2007: 218, c.1).

Diqo – oykonim talış dilindəki di (kənd) və qo (yer) sözlərindən düzəlib, “kənd yeri” deməkdir (Əliyeva, 2007: 234, c.1).

Dürriyə – talışca Dıriyə kimi tələffüz olunur. Bu oykonim talış dilindəki dü/dı (iki) və riyə (yol, cığır) sözlərindən ibarət olub, “iki yol ayrıcında salınmış kənd” anlamını daşıyır (Əliyeva, 2007: 243, c.1).

Ərçivan – talış dilindəki ərc (dəyirman) və van (məskən, ev, yaşayış yeri) sözlərindən (-i bitişdirici saitdir) ibarət olub, “dəyirman yeri” mənasını bildirir (Əliyeva, 2007: 260-261, c.1).

Giləpərqo – oykonimi tədqiqatçılar talışca qələpırqo (qoyun sürüsü otlayan yer, örüş) və ya viləparqo (gül kimi yumşaq, gül kimi təmiz) sözlərinin təhrif olunmuş forması hesab edirlər (Əliyeva, 2007: 287, c.1).

Hamoşam – oykonim talışca hamo (hamar) və şam (çayın burulduğu yerdə yaranmış qövsvari yer) sözlərindən düzəlib, “çayın burulduğu yerdə yaranmış qövsvari hamar yer” mənasındadır (Əliyeva, 2007: 317, c.1).

Xıçaso – oykonim talış dilində xıç (armud), -ə (bitişdirici sait) və sə (həyət) komponentlərinin birləşməsindən düzəlib “armudluq”, “armud bağı” kimi izah edilir (Əliyeva, 2007: 349, c.1).

Kamlakan – Kəmləkan talış dilində “böyürdə salınmış evlər, azlıqda qalan evlər” mənasını verir (Əliyeva, 2007: 380, c.1).

Kijəba – oykonim talış dilində kijə (cücə) və oba sözündən ibarət “cücə obası” və ya kijə (quş) və hə (qapı) sözlərindən düzəlmiş “quş damı” mənası verdiyi güman edilir (Əliyeva, 2007: 401, c.1).

Klınbi – Belə güman edilir ki, oykonimin əsli Qılınbi olmuşdur. Oykonim talış dilindəki qılın (sıx) və bi (heyva) sözlərindən düzəlib, “heyvalıq, heyva ağaclarının sıx olduğu yer” mənasını verir (Əliyeva, 2007: 405, c.1).

Lələkəpeştə – oykonim Lələ (şəxs adı) və talış dilində kə (ev), peştə (təpə) komponentlərindən düzəlib “Lələnin evi olan təpə” mənasını verir (Əliyeva, 2007: 85, c.2).

Liəzi kəndi – talış dilində ləj sözündən yaranıb sucaq yer, bataqlıq deməkdir (Əliyeva, 2007: 88, c.2)

Marzəsə – kəndin adı talış dilində marz (çəltik əkilən ərazidə sərhəd) sə (sər) isə baş deməkdir. (Əliyeva, 2007: 96, c.2)

Maşxan – coğrafi ad Maxşeyxan adının təhrif edilmiş formasıdır. Talış dilindəki max (dayanacaq), Şeyx (dini rütbə) və -an isə məkan bildirir. (Əliyeva, 2007: 97, c.2)

Ojakəran – yaşayış məntəqəsi adı talış dilindəki oj (açıq), kəran (evlər) sözlərindən ibarət olub “açıq evlər” anlamını verir. (Əliyeva, 2007: 143, c.2)

Ovala – talış dilində ov-ab (su), lə (sahə,hissə) sözlərindən əmələ gəlib “su qalan yer” anlamını verir. (Əliyeva, 2007: 147, c.2)

Pensər – talış dilində pen (yuxarı) və sər (baş) sözlərindən ibarətdir. (Əliyeva, 2007: 153, c.2)

Pəlikəş – oronim talışca pəl (əyri), kəhal (qaya) sözlərindən ibarət olub “əyri qaya” deməkdir. (Əliyeva, 2007: 154, c.2)

Rıqloba – talış dilində rıklı (qəzəbli) və oba sözlərindən ibarət olub “qəzəbli,hirsli oba” anlamını verir. (Əliyeva, 2007: 166, c.2)

Rıvadıla – talış dilində rı-ro (yol) , dılə (qabaq, ön tərəf) sözlərindən ibarətdir. (Əliyeva, 2007: 166, c.2)

Rudakənar – oykonim talış dilində rud (çay) və türk dilində kənar sözlərindən ibarət olub “çay sahili kənd” anlamını verir. (Əliyeva, 2007: 85, c.2)

Səliva – coğrafi ad talış dilində sə-sı (qırmızı) və livə (yarpaq) sözlərinin birləşməsindən ibarətdir. Ərazidə bitən dəmirağacın yarpaqlarının payızda qırmızı rəngdə olması səbəbi ilə qoyulduğu güman edilir. (Əliyeva, 2007:185, c.2)

Səncərədi – oykonim talış dilindəki səncər (sufi) , di (kənd) sözlərindən ibarət olub “dərviş kəndi” mənasını verir. (Əliyeva, 2007:185, c.2)

Sıhəkəran – oykonim talış dilində sığ (daş) , kəran (evlər) sözlərindən ibarət olub “daş evləri olan kənd” mənasını verir. (Əliyeva, 2007:188, c.2)

Sipiyəəlfətik – talış dilində sipi (ağ) , yə ( birləşdirici şəkilçi), əlfə (ot) və tük(çəltik sahəsi) sözlərindən ibarət olub “ağ ot bitən çəltik sahəsi” anlamını verir. (Əliyeva, 2007:190, c.2)

Sipiyəpart – toponim talış dilində sipi (ağ), yə (birləşdirici şəkilçi), part-pard (körpü) sözlərindən ibarət olub “ağ körpü” deməkdir. (Əliyeva, 2007:190, c.2)

Siyakeş – kəndin adı talış dilində siyo-sıya (qara), keş (burada rəng çaları bildirir) sözlərindən düzəlib “qara rəngli torpağı olan” mənasını verir. (Əliyeva, 2007:192, c.2)

Siyətük – talış dilində siya (qara) və tük (çəltik əkilən ərazi) sözlərindən əmələ gəlib “qara çəltik sahəsi” anlamını verir. (Əliyeva, 2007:192, c.2)

Şiyəkəran – kəndin adı talış dilində şiə (ağardılmış), kəran (evlər) anlamını daşıyır. (Əliyeva, 2007:221, c.2)

Taxtanəkəran – toponim taxta komponenti və talışca kəran (evlər) sözlərindən düzəlib “taxtalı evlər” deməkdir. (Əliyeva, 2007:228, c.2)

Təngərud – talış dilində təng (dar dərə) , ə (birləşdirici sait) və rud (çay) sözlərindən ibarət olub “dar dərədən axan çay” anlamını verir. (Əliyeva, 2007:239, c.2)

Toradi – oykonim talış dilində tora (su mənbəyi,kanal) və di (kənd) sözlərindən ibarət olub “bulaq yanındakı kənd” mənasını verir. (Əliyeva, 2007:246, c.2)

Tüləküvan – oykonim talış dilindəki, tül/til (gil), kü (dağ), van (yaşayış məskəni) komponentlərindən düzəlib “gilli dağda salınmış yaşayış yeri” mənasını verir. (Əliyeva, 2007:250, c.2)

Vaqadi – talış dilində vaqa-vaqo (ağac kömürü hazırlamaq üçün çala), di (kənd) sözlərindən ibarət olub “kömürçü kəndi” mənasını verir. Astaranın digər kəndi olan Vaqo da bu anlamı daşıyır. (Əliyeva, 2007:261, c.2)

Vələpərqo – coğrafi ad talış dilində vil (gül), pər (çiçək) və qo (yer) sözlərindən düzəlib “çiçəkli kənd” mənasını verir. (Əliyeva, 2007:264, c.2)

Vənəşikeş – kəndin adı talış dilində vənəş (bənövşəlik), kəş (kiçik çay, qol) sözlərindən düzəlib “bənövşəli sahədən keçən çay dərəsi” anlamını verir. (Əliyeva, 2007:265, c.2)

Viləşə – oykonim talış dilində vil (qıjı, ayıdöşəyi) və hüşə (meşə) sözlərindən ibarət olub “ayıdöşəyi bol olan meşə” anlamını verir. (Əliyeva, 2007:266, c.2)

Vovlada – oykonim talış dilində vov (yel suyu), da (yer, dərə) sözlərindən ibarət olub “kükürdlü su olan dərə” mənasını verir. (Əliyeva, 2007:268, c.2)

Lənkəran rayonu

Aşağı Nüvədi – oykonimin ikinci komponenti tat və talış dillərində “təzəkənd”, “yenikənd” mənasını bildirir. (Əliyeva, 2007:79, c.1)

Baliton – 1917-ci ildə Bəleton variantında qeydə alınmışdır. Talış dilində bəlet “kiçik qapı, doqqaz” deməkdir, -on isə -an (yer, məkan) şəkilçisinin yerli dilə məxsus variantıdır. (Əliyeva, 2007:109, c.1)

Biləsər – talış dilində Biləsə şəklində tələffüz olunur. Toponim talış dilindəki bil (bataqlıq, göl) və sər (baş) sözlərinin birləşməsindən (-ə bitişdirici saitdir) ibarət olub, “gölün baş tərəfində və ya kənarında olan kənd” kimi izah olunur. (Əliyeva, 2007:134, c.1)

Daştabcar – Tədqiqatçılar bu oykonimi Daştəliğcar adının təhrifə uğramış variantı hesab edirlər. Oykonim talış dilindəki daşt (çöl), lığ (cil,bataqlıq) və car (yer) sözlərindən ibarət olub (-ə bitişdirici saitdir), “cillik, bataqlıq olan çöl” mənasındadır. (Əliyeva, 2007:216, c.1)

Daştatük – oykonimin düzgün variantı Daştətükdür. Kəndin adı talış dilindəki daşt (çöl,düzən) və tük (çəltik sahəsi) sözlərindən düzəlib (-ə bitişdirici saitdir), “çəltik əkilən çöl” deməkdir. (Əliyeva, 2007:216, c.1)

Dıryan – kəndin adı yerli əhali tərəfindən Dırion kimi tələffüz edilir. Kəndin adı talış dilindəki değiron sözündən əmələ gəlib “dağa gedən yollar” və ya “iki yol” mənasında olduğu güman edilir. (Əliyeva, 2007:231, c.1)

Ələzəpin – oykonim talış dilindəki ələzə (göy ot, göyərti,yaşıllıq) və pin/bın (ətək, dib) komponentlərindən düzəlib, “yaşıl dağ ətəyi” mənasındadır. (Əliyeva, 2007:253, c.1)

Gəgiran – talış dilində Qəqron kimi tələffüz edilən oykonimi “əyri-üyrü yollar” mənasında izah edilir. (Əliyeva, 2007:279, c.1)

Gərmətük – yaşayış məntəqəsinin adı talış dilindəki gərm (isti) və tük (bicarlıq, çəltik əkilən yer) sözlərindən düzəlib (burada -ə bitişdirici saitdir), “isti yerdə çəltik sahəsi” deməkdir. (Əliyeva, 2007:284-285, c.1)

Günəhir – kəndin əsl adı Quynahirdir. Talış dilində quynahir “qatı, sıx duman” deməkdir. (Əliyeva, 2007:306, c.1)

Haftoni – oykonim talış dilindəki haft (yeddi) və honi (bulaq) sözlərindən düzəlib “yeddi bulaq” deməkdir. Eyni adlı kənd Lerikdə də mövcuddur. (Əliyeva, 2007:316, c.1)

Havzova – 1917-ci ildə Havzaul variantında qeydə alınmışdır. Tədqiqatçılara görə, oykonim talışca havza (yaşıl”) və oba/ova sözlərindən düzəlib “yaşıl oba, yaşıl kənd” deməkdir. (Əliyeva, 2007:319, c.1)

Kərgəlan yerli əhali arasında Kaqolon kimi tələffüz edilir. Oykonim talış dilində kağ (toyuq) və lona (hin) komponentlərindən ibarət ibraət olub “toyuq hini” mənasını verir. (Əliyeva, 2007:395, c.1)

Qurumba – oykonim talış dilində ku (dağ,təpə), ron (yol), bə (qapı) sözlərindən ibarət olub “dağ yolunun qapısı” deməkdir. (Əliyeva, 2007:75, c.2)

Ləj – talış dilində ləc,ləj ifadəsinin bataqlıq olduğu güman edilir. (Əliyeva, 2007:83, c.2)

Lənkəran – oykonim talış dilindəki lenə-lənə (qamışlıq) və kəran (evlər) komponentlərindən ibarət olub “qamışlı evlər” mənasını verir. (Əliyeva, 2007:86, c.2)

Lüvəsər – kəndin adı talışca lü (kiçik çay), və (birləşdirici sait), sər (baş) deməkdir. Çayın mənbəyində salınan kənd mənası verir. (Əliyeva, 2007:89, c.2)

Mikolan – kəndin adı əslində Mikolon olmalıdır. Oykonim Miko (Mikayıl adının talış zonasında əzizləmə, kiçiltmə forması) və ion (talış dilində məkan) sözlərindən düzəlib, “Mikayılın (Mikonun) kəndi” anlamı daşıyır. (Əliyeva, 2007:108, c.2)

Moloja – oykonimin tərkibindəki molo komponenti talış dilindəki mölo (molla) sözünün fonetik variantıdır, jə isə “yer” anlamını daşıyır. (Əliyeva, 2007:116, c.2)

Osaküçə – oykonim Osyokücə adının təhrifə uğramış variantı hesab olunur. Kəndin adı talış dilindəki osyo (dəyirman) və küjə (məhəllə, kənd) komponentlərindən düzəlib, “dəyirman olan məhəllə, kənd” mənasındadır. (Əliyeva, 2007:146, c.2)

Rəzvan – kəndin adı talışca rəz (cır üzüm tənəyi) və van (yer) komponentlərindən düzəlib, “tənəklik” deməkdir. (Əliyeva, 2007:165, c.2)

Rvo – bu toponim talış dilində rü(çay), və (çay qabağı) sözündən götürülüb. Bunu yaşayış məntəqəsinin Lənkəran çayının sahilində yerləşməsi ilə əlaqələndirirlər. (Əliyeva, 2007:167, c.2)

Separadi – kəndin adı talış dilindəki se (üç), para (hissə), di (kənd) sözlərindən ibarət olub “üç məhəllədən ibarət olan kənd” anlamını daşıyır. (Əliyeva, 2007:180, c.2)

Səpnəkəran – oykonim talış dilindəki səpə (yuxarı), kə/kann (evlər) komponentlərindən düzəlib “yuxarıdakı evlər” deməkdir. (Əliyeva, 2007:186, c.2)

Siyablı – bu coğrafi adı talış dilinin materialları əsasında “qara sulu“, “qara sucaq yer“ mənalarında izah edilir. (Əliyeva, 2007:192, c.2)

Sütəmurdov – talış dilində sütə (yanmış) və murdov-mordov (bataqlıq,axmaz su) sözlərindən ibarət olub “ölü su” deməkdir. (Əliyeva, 2007:202, c.2)

Şağlaküçə – kəndin düzgün adı Şəğolaküçədir. Şəğol talış dilində çaqqal, kujə (küçə) isə məhəllə deməkdir. Təxminən eyni adla Astarada kənd mövcuddur. Şaqlazüzə adlanan kənd talışca “çaqqal ulaşan yer” deməkdir. (Əliyeva, 2007:206, c.2)

Şağlaser – kəndin düzgün adı Şəğolasedir. Oykonim talışca şəğol (çaqqal), sə (nohur) sözlərindən ibarət olub “çaqqal nohuru” mənasını verir. (Əliyeva, 2007:206, c.2)

Şilavar – toponim talış dilində şil (çubuq) və var (yer) sözlərindən düzəlib “çubuqluq” mənasını verir. (Əliyeva, 2007:218, c.2)

Şilim – oykonim talış dilindəki sillim (dənizin döyəclədiyi yer) sözünün təhrif olunmuş formasıdır. (Əliyeva, 2007:218, c.2)

Şovu – Oykonim talış dilində şo (sevinmək), vi (səs,səda) sözlərindən düzəlib “sevinc sədası” anlamına gəlir. Eyni adlı Şuvi kəndi Astarada mövcuddur. (Əliyeva, 2007:226, c.2)

Tatova – coğrafi ad talış dilindəki tat (isti), ov-ab (su) komponentlərindən və “ə” şəkilçisindən ibarət olub “isti sulu yer” anlamını verir. (Əliyeva, 2007:234, c.2)

Təngivan – talış dilində təng (dar dərə), van (məkan) sözlərindən ibarət olub “dar dərəli yer” mənasını verir. (Əliyeva, 2007:239, c.2)

Tuado – oykonim talış dilindəki tıı (tut) və do (ağac) sözlərindən ibarət olub (-a mənsub, bildirir), “tut ağacı” mənasını verir. (Əliyeva, 2007:247, c.2)

Tükəvilə – oykonim talış dilindəki tük (bicar, çəltik sahəsi) və vilə (yer) komponentlərindən düzəlib (-ə mənsub, bildirir), “çəltik sahəsi” deməkdir. (Əliyeva, 2007:250, c.2)

Türkəkəran – Toponim türk etnonimi, “ə” birləşdirici sait və talış dilindəki kəran (evlər) sözlərindən ibarət olub “türklər yaşayan kənd” mənasını verir. (Əliyeva, 2007:251, c.2)

Tütəpeştə – coğrafi adın tərkibindəki tü talış dilində “tut ağacı”, “ə” birləşdirici sait və peştə isə “təpə” sözlərindən ibarət olub “tut ağacları olan yamac” mənasını verir. (Əliyeva, 2007:252, c.2)

Velədi – oykonim talış dilində vel (qıjı), di (kənd) deməkdir. Lənkərana daxil olan Vel kəndi də eyni mənanı daşıyır. (Əliyeva, 2007:263, c.2)

Vilvan – kəndin adı talış dilində vil ( gül) və van (məskən) sözlərindən düzəlib “güllü yer” deməkdir. (Əliyeva, 2007:266, c.2)

Viravul – kəndin adı talış dilində Viyəvil/Viyəvül kimi tələffüz olunur. Bu oykonim vi (söyüd) və vıl (gül) sözlərinin birləşməsindən əmələ gəlib “söyüd gülü” anlamı daşıyır. (Əliyeva, 2007:266, c.2)

Viyan – oykonim talış dilində viyən (söyüdlük) sözündən düzəlib. (Əliyeva, 2007:266, c.2)

Zövlə – oykonim talış dilində zöv ( dar dərə, yarğan) və -lə kiçiltmə bildirən şəkilçidən ibarət olub “balaca yarğan” anlamını verir. (Əliyeva, 2007:301, c.2)

Lerik rayonu

Axunahiran – kəndin əsl adının Ahunagəran olduğu və talış dilində “dəmirçilər” mənasını bildirdiyi güman edilir. (Əliyeva, 2007:36, c.1)

Akuşapeştə – oykonim talış dilində akuşa (delta) və peştə/piştə (hündür yer, suyun içində təpəcik) sözlərindən düzəlib “çayın qollara ayrıldığı yer” deməkdir. (Əliyeva, 2007:37, c.1).

Ambu – yerli əhalinin verdiyi məlumata görə, bu toponim Ambuhoni adından təhrif olunmuşdur. Talış dilindəki ambu (armud) və honi (bulaq) sözlərindən düzəlib “armudlu bulaq” mənasındadır. (Əliyeva, 2007:51-52, c.1)

Ancaqov – oykonim talış dilindəki anca (doğramaq, kəsmək) və qov/gav (öküz, qaramal) sözlərindən ibarət olub, “mal kəsilən yer” deməkdir. (Əliyeva, 2007:53-54, c.1)

Andurma – yerli əhalinin verdiyi məlumata görə, andurma talışca “dəmirağac” deməkdir. (Əliyeva, 2007:54, c.1)

Aşağı Bradi – XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub “yüksəklikdə yerləşən kənd” deməkdir. (Əliyeva, 2007:71, c.1)

Barzavu – kəndin adı talış dilində barz/bardz (hündür yer, yüksəklik) və vu (təpə,meydan) mənalarını ifadə edir. (Əliyeva, 2007:113, c.1)

Bibihoni – kəndin əsl adı Bibəhonidir. Toponim talış dilindəki bib (heyva) və honi (bulaq) sözlərindən ibarət olub “heyvalı bulaq” deməkdir. (Əliyeva, 2007:132, c.1)

Bilavar – oykonim talış dilindəki bil (bataqlıq, gölməçə) və var (yer) sözlərindən düzəlib, “bataqlıq yer” anlamı daşıyır. (Əliyeva, 2007:134, c.1)

Bizeyir – toponim talış dilindəki biz (keçi) və zeyid (saxlamaq) sözlərinin birləşməsindən əmələ gəlib, “keçi saxlanılan yer” mənasında izah olunur. (Əliyeva, 2007:142, c.1)

Bobla – kənd öz adını pirin adından almışdır. Talış dilindəki baba/boba (pir) və -lə şəkilçisindən düzəlmiş bu oykonim “pir yeri” mənasını daşıyır. (Əliyeva, 2007:143, c.1)

Burkandul – kəndin adını talış dilindəki bır (böyürtkən kolu) və kandul (mağara, oyuq) sözlərindən düzəlib “böyürtkənli oyuq” deməkdir. (Əliyeva, 2007:159, c.1)

Cəngəmiran – yerli əhali tərəfindən Canqamiyon adlandırılır, cəng (döyüş) və miyon (meydan) komponentlərinin birləşməsi kimi “döyüş meydanı” mənasında izah edilir. (Əliyeva, 2007:172, c.1)

Coni – talış dilində coni “yersiz, torpaqsız” kimi izah olunur. (Əliyeva, 2007:176, c.1)

Davaradibi – oykonim yerli əhalinin dilində Dəvrəbın kimi tələffüz olunur, talış dilində bın “ətək, dib” deməkdir. (Əliyeva, 2007:217, c.1)

Davıdonu – oykonim Davıd (Davud şəxs adının yerli tələffüz formasıdır) və talış dilindəki honi (bulaq) sözlərindən düzəlib. (Əliyeva, 2007:217, c.1)

Dəstər- kəndin adı talışca dasdar (əl dəyirmanı, kirkirə) deməkdir. (Əliyeva, 2007:229, c.1)

Dızdipok – kəndin adı Dizdilinq sözünün təhrifə uğramış formasıdır. Talış dilində diz (qala), di (kənd) linq/linc (yüksəklik, dağ) komponentlərindən düzəlib, “qala kəndində olan dağ” mənasını verir. (Əliyeva, 2007:232, c.1)

Dico – oykonim talış dilindəki di (kənd) və colqo (yer) sözlərindən düzəlib “kənd yeri” deməkdir. (Əliyeva, 2007:232, c.1)

Əvilə – yerli əhalinin məlumatına görə, oykonim talış dilində “qıjı” və ya “ayıdöşəyi” bitkisinin adı olan əvilə sözündən formalaşıb. (Əliyeva, 2007:268, c.1)

Hıramo – oykonim talış dilindəki hır (əkin) və hamo (hamar yer) sözlərindən ibarət “hamar sahədə əkin yeri” kimi izah olunur. (Əliyeva, 2007:325-326, c.1)

Hivəri – oykonim talış dilindəki hü (dağıdılmış) və var (yer) sözlərindən düzəlib “dağıdılmış yer” deməkdir. (Əliyeva, 2007:327, c.1)

Hovil – tədqiqatçılara görə, talış dilindəki hi (zəmi) və vıl (gül) komponentlərindən ibarət olan oykonim “gül zəmisi” mənası verir. (Əliyeva, 2007:328, c.1)

Hücü – oykonim talış dilində “su arxları çəkilmiş yer” və ya “yeni arx” mənalarında izah edilir. (Əliyeva, 2007:329, c.1)

Xocadoy – talış dilindəki xıçə (qoşa) və doy (türbə) komponentlərindən ibarət olan bu coğrafi ad “qoşa türbə” deməkdir. (Əliyeva, 2007:355, c.1)

Xozavi – yerli əhali tərəfindən Həzovi kimi tələffüz edilən bu oykonimi tədqiqatçılar talış dilindəki həzo (min) və vi (söyüd ağacı) komponentlərindən ibarət “söyüdlük” kimi izah edirlər. (Əliyeva, 2007:358, c.1)

Jindi – oykonim talış dilindəki jin (aşağı) və di (kənd) sözlərindən düzəlib “aşağı kənd” mənası daşıyır. (Əliyeva, 2007:377, c.1)

Kekonu – oykonim türk dilində kek/kök (göy) və talışca honi (bulaq) sözlərindən ibarət olub “göybulaq” kimi izah olunur. (Əliyeva, 2007:384, c.1)

Keskon – oykonim talış dilindəki kes/qes/ges (yapışmış, yaxın) və kəon (məhəllə, evlər) sözlərindən düzəlib. (Əliyeva, 2007:384, c.1)

Kirəvud – kəndin adı talış dilindəki gir (əyri) və vud (yer) sözlərindən düzəlib (-ə bitişdirici saitdir), “əyri yerdə salınmış kənd” mənasındadır. (Əliyeva, 2007:403, c.1)

Körnədi – kəndin adı yerli əhalinin dilində Kornədi kimi tələffüz edilir. Tədqiqatçılara görə, oykonim talış dilindəki kornə (iş-güc) və di (kənd) komponentlərindən düzəlib “fəaliyyətdə olan kənd” deməkdir. (Əliyeva, 2007:414-415, c.1)

Küsəkəran – oykonim talış dilindəki kü (dağ), sə (üst) və kəran (evlər) sözlərindən düzəlib “dağın zirvəsində salınmış kənd” mənasındadır. (Əliyeva, 2007:427, c.1)

Qosmalıyan – oykonim Ğosm (talış dilində Qasım şəxsi adının dəyişmiş şəkli), hi (əkin yeri) və -o/ı (cəmlik bildirən şəkilçi) komponentlərindən düzəlib, Qasımın əkin yerləri” deməkdir. (Əliyeva, 2007:65, c.2)

Quçu kəndi – oykonim talış dilində “çılpaq, boş yer” mənasını verir. (Əliyeva, 2007:71, c.2)

Lerik – şəhərin adı talış dilində liq-lək (palçıq) anlamı daşıdığını ehtimal olunur. (Əliyeva, 2007:82, c.2)

Lərmərud – tədqiqatçılar oykonimi talış dilindəki ləqmə (çay sahili yamac) və rud (çay) sözlərinin birləşməsi hesab edir, “çay sahili yamacda yerləşən kənd” kimi izah edirlər. (Əliyeva, 2007:87, c.2)

Livədirqə – kəndin adı talış dilində lü (kiçik çay) -və (birləşdirici şəkilçi) və Dirqə (qədim Drığ mahalının talışca adı) komponentlərindən düzəlib, “kiçik çay kənarında drığların məskəni” mənasını bildirir. (Əliyeva, 2007:88, c.2)

Loda – yerli əhali kəndin adını talış dilindəki lo (qarğa) və daidə (dərə) sözlərindən ibarət “qarğa dərəsi” mənası verən eyni adlı oronimə bağlayır. (Əliyeva, 2007:88, c.2)

Lüləkəran – kəndin adı talış dilində Lüləkon şəklində tələffüz edilir. Oykonim lülə (dar), talış dilindəki kə (ev) və -on (cəm şəkilçisi) komponentlərindən düzəlib, “dar evlər” deməkdir. (Əliyeva, 2007:88-89, c.2)

Mastail – oykonim talış dilində Mastəyl adlanır. Kəndin adı talış dilindəki most (qatıq) və əyi (Əli adının yerli tələffüz formasıdır) sözlərindən düzəlib, “qatıq satan Əli” deməkdir. (Əliyeva, 2007:96, c.2)

Mistan – kəndin adı talışca Mıston adlanır və talış dilində mıst (mis), -o/z-cəmlik bildirən şəkilçidir. (Əliyeva, 2007:113, c.2)

Monidigah – oykonim talış dilindəki mon (orta deməkdir), di (kənd) və gah (yer) sözlərindən ibarət olub “ortada yerləşən kənd ” mənasındadır. (Əliyeva, 2007:116, c.2).

Murya – oykonim talış dilində təhrif olunmuş Morəriyyə (ilan yolu) sözündən formalaşıb. (Əliyeva, 2007:122, c.2)

Musavar – yerli əhali kəndin adını Musavo kimi tələffüz edir. Tədqiqatçılar oykonimi Musa və talış dilindəki var ( yer) sözlərindən ibarət “Musanın kəndi” kimi izah edirlər. (Əliyeva, 2007:122, c.2)

Nısa – oykonim talış dilindəki nıso (gündüşməz, quzey) sözündən düzəlib. (Əliyeva, 2007:134, c.2)

Nısaoədi- oykonim talış dilində nıso (quzey) və di (kənd) sözlərindən ibarət olub “quzeydə yerləşən kənd” anlamını verir. (Əliyeva, 2007:134, c.2)

Nisli – oykonim talış dilindəki nıso (quzey) sözünün təhrif olunmuş forması və lulli (yamac) sözünün birləşməsindən ibarət olub, “quzeydə yamac” mənasını bildirir. (Əliyeva, 2007:134, c.2)

Nücü – yaşayış məntəqəsi eyniadlı arxın kənarında salındığı üçün belə adlanmışdır. Arxın adı talış dilindəki nii (yeni, təzə) və cıt (arx) sözlərindən ibarət olub, “yeni, təzə arx” deməkdir. (Əliyeva, 2007:139, c.2)

Ordahal – oykonim talış dilindəki orda-ürdü (qamış, qarğı) və hal (təpə) sözlərindən düzəlib, “qamışlı təpə” mənasındadır. (Əliyeva, 2007:144, c.2)

Osnağakücə – oykonim talış dilindəki osnaqal, osnəğə (dəmirçi) və küjə (məhəllə) sözlərindən düzəlib “dəmirçilər məhəlləsi” deməkdir. (Əliyeva, 2007:146, c.2)

Pendi – kəndin adı talış dilindəki pen (yuxarı) və di (kənd) sözlərindən düzəlib “yuxan kənd” deməkdir. (Əliyeva, 2007:153, c.2)

Peştətük – oykonim talış dilindəki peştə (təpə, yüksəklik, zirvə) və tük (bicar, çəltik) sözlərindən düzəlib, “dağ ətəyində əkin sahəsi“ mənasını verir. (Əliyeva, 2007:134, c.2)

Piyəküçə – yerli tələffüz forması Peyoküjədir. Oykonim talış dilindəki piə (yuxan) və küjə (məhəllə, kənd) komponentlərindən düzəlib, “yuxan məhəllə” deməkdir. (Əliyeva, 2007:160, c.2)

Rəzəvül – kəndin adı talış dilində “üzümlük”, “tənəklik” mənasını bildirir. (Əliyeva, 2007:165, c.2)

Sifəkəran – yerli əhali kəndi Sifəkon/Sefəkon adlandırır. Oykonim talış dilində sif/sef (alma) və kon (ev) sözlərindən yaranıb, “almalar evi” mənasındadır. (Əliyeva, 2007:189, c.2)

Siyov – kəndin adı talış dilindən tərcümədə “qara su” deməkdir. (Əliyeva, 2007:193, c.2)

Soru – oykonim talış dilindəki so (həyət, təsərrüfat) və ru (çay) sözlərindən ibarət olub, “çay kənarındakı təsərrüfat” deməkdir. (Əliyeva, 2007:195, c.2)

Sipyereqon – talış dilində sipi (ağ), req (daş, çınqıl) və cəm şəkilçisi mənasında olan -on sonluğundan ibarət olub “ağ çınqıllıq” anlamını verir. (Əliyeva, 2007:197, c.2)

Şinəbənd – yaşayış məntəqəsi adını ərazidəki yüksəklikdən almışdır. Yüksəkliyin adı isə talış dilindəki şin (qum) və band (dağ, təpə) sözlərindən ibarət olub “qumlu dağ” mənasındadır. (Əliyeva, 2007:219, c.2)

Şivlə – kəndin adı talış dilində “kiçik pöhrəlik” mənasını verir. (Əliyeva, 2007:221, c.2)

Şonaçola – oykonim talış dilindəki şona (çoban) və cola (çala sözünün yerli tələffüz forması) komponentlərindən ibarət olub “çoban çalası ” mənasındadır. (Əliyeva, 2007:222, c.2)

Təndül – oykonim talış dilində təni (təndir) və tül (palçıq) sözlərindən ibarət olub “palçıqdan hörülmüş təndirləri olan kənd” mənasını verir. (Əliyeva, 2007:231, c.2)

Tatoni – oykonim talış dilindəki tat (isti) və honi (bulaq) sözlərindən ibarət olub, “isti bulaq” deməkdir. (Əliyeva, 2007:234, c.2)

Təngəbin – talış dilində Tanqəbın formasında tələffüz edilir. Kəndin adı talış dilində təngə (dar), bin (alt,dib) sözlərindən düzəlib “çökəkliyin altı” mənasını verir. (Əliyeva, 2007:239, c.2)

Vamazqon – oykonim talış dilindəki vamalvamə (yanmquru) və zığon (bataqlıqlaşmış yer, qurumaqda olan çeşmə) sözlərindən ibarət olub, “qurumaqda olan bataqlıq” deməkdir. (Əliyeva, 2007:261, c.2)

Veri – bu toponim talış dilindəki veri (yuxarı) sözü ilə əlaqədar olub, “yuxarıda yerləşən kənd” deməkdir. Həmçinin talış dilində veri göyərti mənası bildirir. (Əliyeva, 2007:263, c.2)

Vənədi – kəndin adı talış dilində vən (göyrüş ağacı) və di (kənd) sözlərindən ibarətdir. Kəndə belə ad bu ərazidə göyrüş ağacının çox olmasına görə verilmişdir. (Əliyeva, 2007:265, c.2)

Vijəker – toponim talış dilindəki vije (geniş, enli) və ker (uçurum, dərə, yarğan) sözlərindən ibarət olub, “enli yarğan” deməkdir. (Əliyeva, 2007:266, c.2)

Vizazəmin – oykonim talış dilindəki vız (qoz) və zəmin (yer, ərazi, sahə) sözlərindən əmələ gəlmişdir. Kəndin adı orada qoz ağaclarının çoxluğu ilə bağlı olub “qozlu yer” mənası verir. (Əliyeva, 2007:266, c.2)

Vov – kənd ərazisindəki müalicə əhəmiyyətli mineral bulağın adı ilə adlanmışdır. Bu oykonim talış dilindəki vo (yel xəstəliyi) və ov-ab (su) sözlərinin birləşməsindən əmələ gəlib, “yel suyu” deməkdir. (Əliyeva, 2007:268, c.2)

Zenonu – toponim talış dilindəki zənən (qadın), honi (bulaq) sözlərinin birləşməsindən yaranıb “qadın bulağı” mənasını verir. (Əliyeva, 2007:293, c.2)

Zeynəko – kəndin adını bəzi tədqiqatçılar talış dilində Jinəkon “aşağı evlər” kimi izah edirlər. (Əliyeva, 2007:293, c.2)

Zərdoni – talış dilində zərd (sarı) və honi (bulaq) deməkdir. (Əliyeva, 2007:296, c.2)

Zərigüməco – oykonim Zəri (şəxs adı), talış dilindəki kümə (koma) və co (yer, sahə) sözlərindən əmələ gəlib, “Zərinin koma yeri” deməkdir. (Əliyeva, 2007:297, c.2)

Masallı rayonu

Babakücə – kəndin adı Bobo (kənddəki Cahangir piri belə adlanır) və talış dilində küjə (məhəllə) sözlərindən ibarət olan “pir məhəlləsi, pir kəndi” kimi izah olunur. Eyni adlı kənd Lerikdə də mövcuddur. (Əliyeva, 2007:97, c.1)

Birinci Tiyaqanı – kəndin adı talış dilində “tikanlı” deməkdir. (Əliyeva, 2007:141, c.1) Bəzi tədqiqatçılar kəndin adını talış dilində tiyəhoni (əyri bulaq) sözü ilə də izah edir. (Əliyeva, 2007:364, c.1)

Boradigah – toponim talış dilində Bırədiqo şəklində tələffüz olunur. Tədqiqatçıların fikrincə, bır (böyürtkən kolu) və diqo (su çıxmayan əkin yeri, yüksəklik) sözlərindən ibarət olub “böyürtkənli yüksəklikdə su çıxmayan əkin yeri” mənası deməkdir. (Əliyeva, 2007:145, c.1)

Böyük Kolatan – talış dilində meşədə təmizlənmiş, açılmış sahə “külət” adlanır. (Əliyeva, 2007:152, c.1)

Dəmbəlov – oykonim talış dilindəki dəmbo (xoş iy), lev (kənar) və ov (su) sözlərindən ibarət olub “xoş iyli su kənarı” kimi izah olunur. (Əliyeva, 2007:223, c.1)

Xıl – tədqiqatçıların bir qismi oykonimi talış dilindəki xil (çayda çökək yer, dərə, su yığılan çala) sözü ilə bağlayır. (Əliyeva, 2007:350, c.1)

Kubin – oykonim talış dilindəki ku (dağ) və bin (alt, dib) komponentlərindən düzəlib, “dağın ətəyi, dağın dibi” mənasındadır. (Əliyeva, 2007:415, c.1)

Lürən – kəndin talış dilində lır-lür (palçıq) və ən-on (yer) olmaqla “bataqlıqda salınan kənd” mənasını verir. (Əliyeva, 2007:89, c.2)

Miyanku – oykonim talış dilindəki miyan (orta, ara) və ku (dağ) sözlərindən ibarət olub, “iki dağ arasındakı yer ” deməkdir. (Əliyeva, 2007:114, c.2)

Molalan – eyni adlı kənd Lerikdə də mövcüddur. Oykonim talış dilində Mololon kimi tələffüz olunur. Kəndin adı talışca molol (su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü) sözündən və -on (məkan) sözündən formalaşıb. (Əliyeva, 2007:114, c.2)

Musaküçə – yaşayış məntəqəsinin adı Musa (şəxs adı) və talış dilində kojə (məhəllə) sözündən yaranıb “Musanın məhəlləsi” deməkdir. (Əliyeva, 2007:122, c.2)

Sirəbil – oykonim talış dilindəki sir (doymuş) və bil (çöl,sahil) komponentlərindən düzəlib “su sahili”, “sudan doymuş çöl” deməkdir. (Əliyeva, 2007:191, c.2)

Tüklə – yaşayış məntəqəsinin adı talış dilində tük (çəltik əkilən sahə) və kiçik mənasında “lə” şəkilçisindən ibarətdir. (Əliyeva, 2007:250, c.2)

Yardımlı rayonu

Anzov – yerli əhali bu adı Anzo kimi tələffüz edir. Kəndin adı talış dilində “iki yarğan arasında kiçik torpaq sahəsi” deməkdir. (Əliyeva, 2007:54, c.1)

Avun – kəndin adı talış dilindəki ov-ab (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, “sulu yer” deməkdir. (Əliyeva, 2007:89, c.1)

Bilnə – toponim talış dilindəki bil (bataqlıq, sucaq yer) sözü və -nə şəkilçisindən əmələ gəlib “bataqlıqda yaşayış yeri” deməkdir. (Əliyeva, 2007:136, c.1)

Əngəvul – oykonim əng (fars dilində “bal arısı”) və talış dilindəki vil (çiçək, gül) sözlərindən ibarət olub “arıçiçəyi (gülü) olan yer” mənasını bildirir. (Əliyeva, 2007:260, c.1)

Garsavan – oykonim talış dilindəki qərs (əkin yeri) və ava (oba sözünün təhrif variantı) sözlərindən düzəlib “əkin yeri yanında salınmış oba” deməkdir. (Əliyeva, 2007:277, c.1)

Horonu – oykonim talış dilindəki hor (mal yemləmək üçün təknə) və honi (bulaq) sözlərinin birləşməsindən əmələ gəlib “təknəli bulaq” mənasındadır. (Əliyeva, 2007:328, c.1)

Jiy – oykonim talış dilindəki alt, aşağı mənasında işlədilir. (Əliyeva, 2007:377, c.1)

Keçələkəran – kəndin adı talış dilindəki “damı olmayan, üstü açıq evlər” mənası daşıyır. (Əliyeva, 2007:383, c.1)

Mamulğan – kəndin adı talış dilində əmiyə məxsus torpaqlar anlamını verir. (Əliyeva, 2007:93, c.2)

Odurakəran – oykonim adı talış dilindəki ürdü (qamış) və kəran (evlər) sözlərindən ibarət olub “qamış evlər” deməkdir. (Əliyeva, 2007:141, c.2)

Osnakəran – oykonim talış dilindəki osın (dəmir) və kəran (evlər) sözlərindən ibarət olub “dəmir evlər” mənasını verir. (Əliyeva, 2007:146, c.2)

Ostayır – oykonim talış dilindəki ost (alt,aşağı) və yır (yer) sözlərindən düzəlib “çöləklikdə olan yer” anlamını daşıyır. (Əliyeva, 2007:147, c.2)

Şiləvəngə – toponim talış dilindəki şilə (çubuqla hörülmüş bənd), məkan bildirən vən-van sözlərindən və gə şəkilçisindən ibarətdir. Eymi adlı kənd Cəlilabadda da mövcuddur. (Əliyeva, 2007:218, c.2)

Teşkan – kəndin adı talış dilində “yonulmuş evlər” mənasını verir. (Əliyeva, 2007:236, c.2)

Tiləkənd – toponim talış dilində tül (palçıq) və kənd sözlərindən ibarət olub “palçıqlı ərazidə salınmış kənd” anlamını verir. (Əliyeva, 2007:243, c.2)

Urakəran – kəndin adı ura (farsca oura “qala”) və talış dilindəki kəran (evlər) sözlərinin birləşməsindən əmələ gəlib “qala kəndi” mənasında olması güman edilir. (Əliyeva, 2007:255, c.2)

Zəngələ – kəndin adı talış dilində zənqələ (balıqqulağı) deməkdir. (Əliyeva, 2007:294, c.2)

Beləliklə, ölkənin rəsmi toponim lüğətinə əsasən ən çox talış dilində toponim Lerik rayonuna daxil kəndlərdə rast gəlinir. [18] Buna baxmayaraq toponim lüğətində bir çox nöqsanlar gözdən qaçmır. Bir çox talış kəndləri lüğətdə talış dilində deyil, farsca izah edilib (Cənginəvud, Vizəzəmin kimi). Digər tərəfdən bəzi kəndlərin adı reallıqla uyğun olmayan formada izah edilməyə çalışılır. Misal üçün, talışların Sək adlandırdığı Astaranın Sərək kəndi saklarla, Lerikin Küman kəndi kuman qıpçaqları ilə, Lerikin Tülü (əsl adı Tuli) kəndi qırğızlara daxil olan tolo tayfası ilə əlaqələndirilir. Lənkəranın Havzava, Lerikin Köhnə Orand, Nüravud, Şingədulan kəndlərinin topononimik izahı isə monqol dilində qeyd edilir. Son 25 il ərzində də Talış regionuna daxil olan kəndlərin adında cüzi dəyişikliklər edilib. Bu dəyişikliklər daha sonra kəndin adının toponimik izahının tamamilə başqa formada interpretasiya edilməsinə gətirib çıxarır.

Talışların dil haqqı və onlara qarşı diskriminasiya

Sovet dövrünə qədər Talış bölgəsi Bakı istisna olmaqla, bütün Azərbaycan kimi geridə qalmış bir bölgə idi. Talış əhalisinin iqtisadiyyatı qapalı idi və əsasən natural təsərrüfata əsaslanırdı. Kəndlərarası nəqliyyat vasitəsi kimi sadəcə atdan istifadə edilirdi və bəzi bölgələrə araba ilə belə getmək mümkün deyildi (Tolstov, 1962:188). İqtisadi baxımdan zəif inkişaf özü-özlüyündə həm də əhalinin normal təhsil almaması, yazıb-oxuma səviyyəsinin minimumda qalması ilə nəticələnmişdi. XIX əsrin sonunda da bu hal davam edirdi. Məsələn, 1897-ci ildə əhalinin ümumi siyahıyaalınması zamanı 18.705 nəfər kişidən 403 nəfəri – yəni 2,1 faizi, 16.286 nəfər qadının 18 nəfəri – yəni 0,1 faizi savadlı idi. Ümumilikdə götürsək burada yaşayan 34.991 nəfər əhalinin yalnız 421 nəfəri, başqa sözlə 1,2 faizi savadlı zümrəsinə daxil idi.

Bu cəhət əhalinin sonrakı siyahıyaalma materiallarında da özünü göstərir. Belə ki, 1917-ci ildə keçirilən kənd təsərrüfatı siyahıyaalma materiallarına görə 13.482 talış kişisindən cəmi 80 nəfəri yəni 0.6 %-i savadlı idi. 11.993 nəfər talış qadınından savadlıların sayı isə cəmi 2 nəfər idi (Cavadov, 2000:132). Bu baxımdan talışlar həmin dövrdə Azərbaycanda yaşayan xalqlar arasında sonuncu yerlərdən birini tuturdu.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra talışların həyatı dəyişməyə başlayır. Əvvəlcə Çar Rusiyası dövründə regionda tüğyan edən malyariyaya qarşı qələbə qazanılır (Tolstov, 1962:194). Kommunizm idealı üçün əhalinin savadlanması şərt olduğuna görə bolşeviklər Azərbaycanın digər bölgələrində olduğu kimi Talış regionunda da savadsızlığa qarşı mübarizəyə başlayırlar.

Lənkəranda bu dövrdə savadsızlığın ləğvi üçün 18 “likbez” komitəsi qurulmuşdu. 1923-cü ilin sonuna qədər Lənkəran qəzasında cəmi 23 məktəb vardı ki, onun 7-si Lənkəran şəhərinin özündə, 7-si Lənkəranın kəndlərində, 7-si Astaranın kəndlərində, 2-si isə Lerikin kəndlərində yerləşirdi. 1920-ci ilin əvvəllərində məktəbə yalnız oğlanlar gedirdi (İzmaylova, 1964:20-21). Sovet hakimiyyətinin qurulmasından sonra ilk dəfə olaraq Lənkəran şəhərində qızlar üçün məktəb açılır. Qadınların savadlanmasında yerli qadın ziyalıları da iştirak edirdi. Azərbaycanın ilk feministlərindən biri olan talış əsilli Məryəm Bayraməlibəyova həmin dövrdə Lənkəranda yeganə qadın pedaqoq idi. Məryəm xanım savadsızlığa qarşı mübarizədə, qadınların ictimai və mədəni həyata hazırlanmasında fəal iştirak edirdi (Muradova, 2007:28). 1922-1923-cü illərdə Lənkəran şəhərindəki məktəblərdə 925 oğlan, 103 qız şagird təhsil alırdı. 1926-cı ildə keçirilən ilk Ümumittifaq siyahıyaalınmasına görə 77.323 talışdan sadəcə 2281 kişi, 54 qadın yazıb-oxuma bilirdi. Bir müddət sonra bu fərq tamamilə aradan qaldırılır. İkinci dünya müharibəsi ərəfəsində artıq Talış regionunda savadlılıq 100 faizə yaxınlaşır (İzmaylova, 1964:21-22).

“Siə Tolış” qəzeti, 22 yanvar, 1936-cı il.

Sovet hakimiyyətinin ilk illərində və ondan əvvəl talışlar Azərbaycandakı digər xalqlar kimi ərəb qrafikalı yazıdan istifadə edirdilər. 1928-ci ildə talışlar arasında savadsızlığı aradan qaldırmaq üçün latın qrafikası əsasında talış dilinin əlifbası yaradıldı. Bu dövrdən etibarən məktəblərdə 6-cı sinifə qədər talış dilində tədris başladıldı. Talış dilinin inkişafı və populyarlaşması üçün Lənkəran şəhərində Talış Pedaqoji Kolleci təşkil edildi. Bundan başqa talış dilində teatrlar yaradıldı və bu dildə olan nəşrlərin sayı artırılmağa başladı. Bütün bunların həyata keçirilməsində talış ziyalıları Zülfüqar Əhmədzadə, Müzəffər Nəsirli yaxından iştirak edirdi.

1930-cu illərin əvvəllərində Lənkəranda talış dilində ilk qəzet olan “Sıə Toliş” (Qırmızı Talış) yayımlanmağa başladı. Bu qəzetin istifadə etdiyi talış dili xalqın istifadə etdiyi talış dilindən fərqlənirdi (Miller, 1953:135).

Lakin bu kimi tədbirlər talış dilinin populyarlaşması ilə nəticələnmədi. Əliheydər Qarayev 1927-ci ilin martında Azərbaycan KP MK-ya yazdığı məktubda talışların korenizasiyaya qarşı çıxdığını, talış dilinin perspektivi olmadığı üçün uşaqlara türk dilini öyrətmək istədiklərini bildirirdi (Baberovski, 2010:332). 1930-cu illərin ortalarından etibarən SSRİ-də “korenizasiya” siyasəti arxa plana atıldı və titul xalqın dövlətçiliyi prinsipinə keçid edildi. 1937-ci ildə Azərbaycan KP XIII qurultayı zamanı Azərbaycan dilinin fars, ərəb və osmanlıca sözlərindən təmizlənməsi məsələsi müzakirə edildi. Müzakirə iştirakçılarından biri tat dilinin də bu formada reform edilməsinin zəruriliyinindən danışdı. Bu müzakirələrdən sonra Mircəfər Bağırov belə bir çıxışla yadda qaldı: “Düşünürəm ki, tat, kürd, talış dillərindən Azərbaycan dilinə keçid etməyin vaxtı gəlib çatdı. Xalq Təhsil Komissarlığı bu məsələ ilə bağlı təşəbbüs göstərməlidir, onların hamısı azərbaycanlıdır.” (İsmayılov, 2015:156).

1938-ci ildən etibarən talış dilində nəşrlər minimuma qədər azalır, məktəblər, qəzetlər bağlanmağa başlayır. Talış dilinin populyarlaşmasında yaxından iştirak edən talış ziyalıları Zülfüqar Əhmədzadə və Müzəffər Nəsirli isə sürgün edilir (Şnirelman, 2003:108). Sonuncuların repressiya edilməsində bir digər səbəb Talış mahalında muxtariyyət istəmələri idi. Talışlar xalq olaraq 1939-cu il statistikasından sonra qismən, 1959-cu il statistikasından sonra isə tamamilə siyahıyaalmalardan çıxarılaraq azərbaycanlılarla eyniləşdirilir. Yalnız “yenidənqurma” zamanında talışların adı siyahıyaalmaya yenidən qaytarılır. Lakin bu siyahıyaalmada talışların sayı qat-qat az göstərilmişdi.

Rəsmi statistikada talışlara qarşı manipulyasiya müasir dövrdə də aparılır. Talışlarla bağlı Azərbaycanda 1999 və 2009-cu illərə aid statistikalar bir-birini inkar edir. 2009-cu ildən etibarən isə ümumiyyətlə milli mənsubiyyətə aid statistika aparılmır. Bundan başqa müasir Azərbaycanın siyasəti 1930-cu illərin siyasətini xatırladır. Xüsusilə talış dili və tarixi ilə bağlı müstəqil araşdırmalar edən şəxslərə qarşı dövlət sərt cəza tədbirləri görür. Bu kimi şəxslərdən biri də talış filoloq Novruzəli Məmmədov idi. Novruzəli Məmmədov digər talış hərəkatı üzvlərindən fərqli olaraq Azərbaycan yönümlü idi və İrəvanda keçirilən talışşünaslıq konfransına qatılmaqdan imtina edərək bunları söyləmişdi: “Biz Azərbaycan vətəndaşıyıq və Azərbaycan dövlətinə xidmət edirik”. [19] Ancaq, bütün bu amillər, onu həbsdən xilas etmədi. 2009-cu ildə “Amnesty İnternational”ın Novruzəli Məmmədov haqqında hazırladığı hesabatda deyilir: “Avqust ayında 67 yaşlı talış fəalı Novruzəli Məmmədov həbsxana xəstəxanasında həyatını itirdi. Ona 2008-ci ilin iyun ayında talış dili və mədəniyyətinin təbliğindəki fəaliyyətinə görə “dövlətə xəyanət” maddəsi ilə 10 illik həbs cəzası verilmişdi. Onun həbsxanada ölümü ilə bağlı hərtərəfli istintaq aparılmadı. Novruzəli Məmmədova verilən cəzanın siyasi motivli olduğunu ANS Press xəbər portalının manşetində “Tolışi Sədo qəzetinin redaktoru ölkəyə xəyanət etdi” başlıqlı məqalədə görmək olar. Həmin məqalədə Novruzəli Məmmədovun Azərbaycanın tanınmış şairi Nizami Gəncəvini və tarixi qəhrəmanı Babəki talış kimi göstərdiyi, türklərin talışlar yaşadığı əraziyə sonradan gəldiyini deməsi qeyd edilir.

İran tarixçiləri Siyavaş Lornejad və Əli Dostzadə Novruzəli Məmmədovun fikirləri ilə bağlı bunları deyir: “Babək və Nizami Gəncəvinin talış olması mübahisəli olsa da türk dilinin regionda İran dillərindən sonra danışılmağa başlaması sabit faktdır. Nizami və Babəklə bağlı isə bu şəxsiyyətlər yaşadığı dövrdə regionda İran ləhcələrinin üstünlük təşkil etdiyini və talışların bu dilçilik davamına uyğun gəldiyini qeyd etmək lazımdır. Ümumilikdə, talışlar İran sivilizasiyasının bir hissəsi olaraq Şərqi Zaqafqaziyada İran varlığının qanuni varisləri hesab edilə bilər.” (Lornejad və Doostzadeh, 2012:87).

Novruzəli Məmmədovdan sonra “Tolışi Sədo” qəzetinin digər redaktoru Hilal Məmmədov 2012-ci ildə həbs edildi. Hilal Məmmədov da Novruzəli Məmmədov kimi talış loyalistlərindən biri idi. Bu iki şəxsin həbs edilməsi ilə Azərbaycan hökuməti talışların milli haqları məsələsində sərt mövqeyini qoruduğunu nümayiş etdirir. Bu formada siyasət təkcə fərdlərə qarşı deyil, eyni zamanda ideoloji formada da davam edir. Xüsusən talış tarixinə və toponimlərinə müdaxilə indiki dövrdə də həyata keçirilir. Məsələn, Azərbaycan tarixçiliyində Talış xanlığının adı Lənkəran xanlığı olaraq tədris edilir. Həm Gülüstan, həm də Türkmənçay müqavilələrində (eyni zamanda bütün rus mənbələrində) xanlığın adı Talış olaraq göstərilsə də, 2000-ci illərdən etibarən xanlığın adı Azərbaycan tarixçiləri tərəfindən dəyişdirilib. AMEA Tarix İnstitutunun sabiq direktoru Yaqub Mahmudovun “Talış xanlığı yoxdur, Lənkəran xanlığı mövcud olub. Bu xanlığı idarə edənlər də türk olublar” söyləməsi bu siyasətin dövlət tərəfindən aparıldığı ehtimalını formalaşdırır. [20] Bundan başqa, bəzi talış dilində olan kəndlərin adı (Gomuşovon-Göyşaban, Ozobijon-Azərbaycan-Günəşli) türkləşdirilir, bəzi kəndlərin (Tülü, Kekonu, Almu, Küman və s.) isə talışca olan adı ümumiyyətlə başqa anlamda izah edilməyə çalışılır (Umnyaşkin, 2011:110). Digər tərəfdən Azərbaycan tarixində vacib bəzi talış şəxsiyyətlər rəsmi olaraq türkləşdirilir. Əslən Gərmətükdən olan iki dəfə Sovet İttifaqı qəhrəmanı olan Həzi Aslanov, əslən Sütəmurdov kəndindən olan “Qırmızı bayraq” ordenli Baloğlan Abbasov belələrindəndir (İzmaylova, 1964:22).

TMMR-in yaradılması və talış separatizmi

Yenidənqurma dönəmində xalq olaraq talışların həyatında canlanma başlayır. Talış dilində qəzetlərin çapına icazə verilir, “Avesta” mədəni cəmiyyəti yaranır. Elmi və mədəni sahələrdən başqa siyasi tələblər bu dövrdə artmağa başlayır. 1980-cı illərin sonunda talış muxtariyyətini hədəfləyən Talış Milli Dirçəliş Partiyası yaradılır. 1989-cu ildə bu partiyanın üzvləri rəsmi olaraq Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə müraciət edərək onlara muxtariyyət verilməsini istəyirlər. (Şnirelman, 2003:118).

Bununla belə, talışların əsas hissəsi bu dövrdə Azərbaycan Xalq hərəkatının lideri olan AXC-yə qoşulmuşdu. Azərbaycanda Sovet hakimiyyəti Naxçıvan MR-dən sonra ikinci olaraq Talış regionunda devrilir. 1991-ci ilin payızında “Talış Milli Dirçəliş Partiyası” “Talış Xalq Partiyası” olaraq yenidən quruldu, 1992-ci ilin iyul ayında isə partiyanın təsis qurultayı keçirildi. Bu qurultay zamanı Hilal Məmmədov partiyanın sədri seçildi. Partiya liderləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və talış xalqının gələcək inkişafını yalnız Azərbaycan dövləti ilə bağlı olduğunu vurğuladılar. (Babak, Vaisman, Wasserman, 2004:74). Azərbaycan hökuməti partiyanı Talış Xalq Partiyası adı ilə qeydiyyata almaqdan imtina etdiyi üçün adı dəyişdirilərək “Azərbaycan Xalqlarının Bərabərlik Partiyası” adlandırıldı. Partiyanın əsas dəstəkçiləri tələbə və ziyalılar idi.

SSRİ-nin dağılmasından sonra AXC-nin Lənkəran şöbəsinin rəhbərləri olan polkovnik Ələkrəm Hümmətov və şair Əli Nasir talış muxtariyyətini AXC-nin proqramına daxil etdilər. Lakin Elçibəyin millətçi çıxışları səbəbi ilə Hümmətov AXC ilə əlaqəni kəsdi. Bu hadisələr Qarabağ müharibəsi dövründə baş verirdi. Talışlar Qarabağda 820 saylı Lənkəran batalyonunun tərkibində vuruşurdu. Bu batalyon daha sonra 704-cü hərbi hissənin tərkibinə daxil edildi. Hərbi hissə komandiri polkovnik Mikayıl Hacıyev idi. 1993-cü ilin iyununda baş verən Gəncə qiyamından sonra ölkədə başlayan xaos siyasi vəziyyəti daha da gərginləşdirdi. Ələkrəm Hümmətov rəsmi olaraq Surət Hüseynovun qiyamını dəstəklədi. Bundan sonra Ələkrəm Hümmətov 704-cü hərbi hissənin komandanlığının köməyi ilə 21 iyun 1993-cü ildə xalqa müraciətində respublikadakı anarxiya və iqtisadi vəziyyəti nəzərə alaraq Azərbaycanın 7 rayonunda (Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar) Talış-Muğan Muxtar Respublikasının (TMMR) yaradıldığını bildirdi (Şnirelman, 2003:118). Ələkrəm Hümmətov muxtar respublikanın yaradılmasını yerli televiziyada elan etdi.

Bu dövrdə Azərbaycan Ali Sovetinin sədri olan Heydər Əliyev muxtariyyətə qarşı qeyri-müəyyən mövqe tuturdu – onu dəstəkləmirdi, ancaq açıq şəkildə qarşı da çıxmırdı. Əliyev, Ali Sovetinin iclasında bu vəziyyətə görə AXCP-ni və onun millətçi türkçülük siyasətini günahlandırırdı. Heydər Əliyev çıxışında Hümmətovu “layiqli vətən oğlu” adlandırırdı. İyulun 10-da Bakıda Ələkrəm Hümmətov və Heydər Əliyev arasında dörd saatlıq görüş baş tutdu. Bu görüşdə Əliyev Hümmətova yüksək vəzifə vəd edərək muxtariyyət fikrindən imtina etməyə çağırdı. Hümmətov isə öz növbəsində Heydər Əliyevdən israrla muxtariyyətin tanınmasını istədi (Jiroxov, 2012:118).

Bu görüşdən sonra Əliyevlə Hümmətovun bir-birinə olan münasibəti dəyişir. Avqustun əvvəlində Surət Hüseynovla Lənkəranda aparılan görüşdən sonra Hümmətov Heydər Əliyevin istefa verməsini, devrilmiş prezident Ayaz Mütəllibovun yenidən ölkəyə rəhbərlik etməsini tələb edir. 7 avqustda Lənkəranda TMMR Milli Məclisinin iclası keçirilir və Talış-Muğan Muxtar Respublikasının yaradılması təsdiqlənir. Milli Məclisin iclasında Ələkram Hümmətov respublikanın prezidenti, Fəxrəddin Abbasov Milli Məclisin sədri, Rakif Xocayev isə Nazirlər Kabinetinin sədri təyin edilir. Bu addım Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən qınanılır. [21]

Yeni hökuməti dəstəkləmək üçün 704-cü briqada daxilində Elman Osmanovun rəhbərliyi ilə 3000 nəfərlik Milli Qvardiya yaradılır. Bütün bunlardan sonra Ələkrəm Hümmətovla bir daha görüşən Heydər Əliyev onu son dəfə muxtariyyət məsələsindən əl çəkməyə çağırır. Rədd cavabı aldıqdan sonra 23 avqustda Heydər Əliyev televiziya ilə 7 rayonun əhalisinə və oradakı silahlı qüvvələrə müraciət edərək Ələkrəm Hümmətovu devirməyə çağırır. Əliyevin bu çıxışından 1 gün sonra Ələkrəm Hümmətova qarşı Lənkəranda 10 min nəfərdən çox insanın iştirak etdiyi mitinq keçirilir. [22] Mitinq iştirakçıları ilə ordu arasında baş verən toqquşmalarda 3 nəfər həlak olur, 7 nəfər isə yaralanır. Əraziyə Azərbaycan ordusunun əsas hissələri cəlb edildikdən sonra mərkəzi hökumət cənub regionlarında tam olaraq hakimiyyəti ələ keçirə bilir.

Maraqlıdır ki, Lənkəranda bu hadisələr yaşanan ərəfədə Lənkəran batalyonu ilə erməni ordusu arasında Cəbrayıl şəhəri uğrunda ağır döyüşlər gedirdi. 3 dəfə əldən ələ keçən Cəbrayıl şəhəri 20 avqustda tam olaraq erməni ordusu tərəfindən işğal edildi (Jiroxov, 2012:274). Surət Hüseynov bu mübarizədə dostu olan Hümmətova dəstək vermədi, bununla belə bitərəf mövqe tutduğu üçün Heydər Əliyev açıq şəkildə onu tənqid etdi (Şermatova, 2001:219). Ələkrəm Hümmətov gizlənsə də həyat yoldaşı Südabə Rəsulovaya qarşı cinayət işi açılması, qardaşlarının həbs edilməsindən sonra təslim oldu. 1996-cı ilin fevralında Ələkrəm Hümmətov Azərbaycan Cinayət Məcəlləsinin 57-ci (vətənə xəyanət) maddəsi ilə edama məhkum edildi (2 il sonra bu cəza ömürlük cəza ilə əvəzləndi). [23] 2004-cü ildə prezident İlham Əliyev tərəfindən əfv edilən Ələkrəm Hümmətov hazırda Niderland krallığında yaşayır. O, 2018-ci ildə mühacirətdə TMMR respublikasını quraraq, hazırda ona rəhbərliyi davam etdirir.

Bu gün Azərbaycanda 1993-cü ildəki hadisələrə birmənalı separatizm kimi baxılır. Arif Yunusov bu fikirlə razılaşmır: “Hümmətovun addımlarını separatçılıq kimi və ən əsası etnik mənada dəyərləndirmək olmaz. Hümmətov 1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdı və ölkədə ilk olaraq onun rəhbərliyi ilə Lənkəranda Sovet hakimiyyəti ləğv edildi. Üstəlik, o dövrdə Hümmətov özünü milliyyətcə bir azərbaycanlı hesab edir və bunu çox vaxt qürurla elan edirdi. Onun 1993-cü ildəki addımları siyasi xarakter daşıyırdı və eks-prezident Ayaz Mütəllibovun rəhbərlik etdiyi rusiyapərəst qüvvələrin hakimiyyətə gəlməsinə hesablanmışdı. Təsadüfi deyil ki, etnik separatizm ittihamlarından yayınmaq üçün respublikanı yalnız etnik mənsubiyyətə (Talış) deyil, həm də regional (Muğan) formada adlandırdı. Onun özü və tərəfdarları heç vaxt ölkənin cənubunu Azərbaycandan ayırmaq niyyətlərini bildirməmişdilər. Bu səbəbdən Talış regionunda azərbaycanlılarla talışlar arasında heç bir qarşıdurma yaranmamışdı. Bundan başqa, Heydər Əliyevin məlum müraciətindən sonra onun devrilməsində əsas rolu da talışlar oynadı. Hümmətovun özü bu mübarizədə nə talışlardan, nə də azərbaycanlılardan real dəstək ala bilmədi və hərəkat asanlıqla yatırıldı.” (Yunusov, 2007:148-149).

TMMR ləğv edildikdən sonra 704-cü hərbi hissənin bəzi zabitlərinə qarşı cinayət işləri açıldı. Qiyamla heç bir əlaqəsi olmasa da 1993-cü ilin oktyabrında Talış Xalq Partiyası (Azərbaycan Xalqlarının Bərabərlik Partiyası) da qadağan edildi (Şnirelman, 2003:118). Heydər Əliyev bu kimi iddialara Elçibəyin dil siyasətinin səbəb olduğuna inanırdı. Bu səbəbdən 1992-ci ildə qəbul edilmiş dil qanunu (türk dili) ləğv edildi və ölkənin dili yenidən “Azərbaycan dili” adlandırıldı. Bu prosesin təbii nəticəsi kimi 12 noyabr 1995-ci ildə qəbul edilən konstitusiyada Azərbaycan dili dövlət dili elan edildi. (Yunusov,2007:149).

Ələkram Hümmətov

TMMR-in ləğv edilməsindən sonra talış hərəkatında parçalanma yarandı. Yuxarıda qeyd edildiyi kimi Novruzəli Məmmədov, Hilal Məmmədov kimi ziyalılar Azərbaycanda qalaraq talış dili və mədəniyyətini inkişaf etdirməyə çalışdılar. Digər bir qrup Azərbaycanı tərk edib Rusiyaya getdi və orada talışların diasporasını yaradaraq siyasi muxtariyyət tələblərini dilə gətirdilər. Birinci Qarabağ müharibəsində TMMR nümunəsindən sonra Ermənistan rəhbərliyi aktiv olaraq talış kartından istifadə etməyə başladı. İlk olaraq 2005-ci ildə 21-23 may tarixlərində Ermənistanda “Birinci beynəlxalq talışşünaslıq” konfransı keçirildi (ikinci konfrans 2011-ci il, üçüncü konfrans isə 2019-cu ildə keçirilib). Konfrans Yerevan Dövlət Universitetinin İranşünaslıq fakultəsinin dəstəyi ilə keçirilirdi. Yuxarıda qeyd edildiyi kimi, Novruzəli Məmmədov bu konfransa getməkdən imtina etmişdi.

Bu konfransda iştirak edən yeganə talış siyasətçi Fəxrəddin Abbasov (Abbaszadə) idi. Abbaszadə talış siyasətçiləri arasında radikallığı ilə seçilirdi və Novruzəli Məmmədovu da Azərbaycana loyal olması səbəbi ilə ittiham edirdi. Abbasov konfransda iştirakına belə haqq qazandırırdı: “Ermənistandan da daxil olmaqla informasiya dəstəyinə ehtiyacımız var. Bu şansı qiymətləndirməsəydik axmaq olardıq. Ermənistanın bu konfransı davam etdirməkdə məqsədi isə başqa mövzudur. Bu onların problemidir.” [24]

Konfransda ondan başqa Moskvadan talış diasporasının bəzi üzvləri də iştirak edirdi. Abbaszadə və başqaları konfransda Azərbaycanda talışların əzilməsi və onlar yaşayan regionda muxtariyyətin vacibliyi barədə çıxış etdilər. Maraqlıdır ki, sonda Talış Milli Hərəkatının üzvləri konfrans adından BMT-yə, ATƏT-ə və digər beynəlxalq təşkilatlara “Azərbaycanda talışların hüquqlarının pozulmasına son qoyulmasına kömək üçün” müraciət etmələrini xahiş etdi. Lakin talışların etnik qrup kimi tanınmadığı İrandan olan iştirakçılar bu təklifə qarşı çıxdılar. Ümumilikdə bu konfransda iştirak edənlər talış ictimaiyyətinin ciddi qınağı ilə rastlaşdı. Moskvada olan Talış Xalq Partiyasının üzvləri Ermənistandakı konfransı boykot etmişdi. Partiya həmin konfransa qatılan talışları “millətçi macəraçılar” kimi xarakterizə etdi. Partiya üzvləri çoxmillətli Azərbaycana sadiq olduğunu bildirir, talışların özünü ifadə etməsi üçün dövlət orqanları ilə dialoqa çağırırdı. [25]

Bununla belə Ermənistan rəhbərliyinin aktiv yardımı ilə talış dilində informasiya vasitələri yaradılmağa davam etdi. Azərbaycana təsir etmək üçün 2013-cü ildə Şuşada “Talışistanın səsi”, 2014-cü ildə Yerevanda “Talışistan Milli Televiziyası” yaradıldı. Talış hərəkatının radikal qanadının lideri Fəxrəddin Abbaszadə bu layihələrdə iştirak etmişdi. 2020-ci ildə həbsxanada müəmmalı şəkildə həyatını itirən Abbaszadə ziddiyətli açıqlamaları ilə yadda qalıb. O gah talışların Azərbaycandan ayrılmaq niyyətinin olmadığını, gah da müstəqil dövlət qurmaq istədiklərini qeyd edirdi. 2015-ci ildə Abbaszadənin “hər talış yaxın gələcəkdə Talışistanın müstəqil bir dövlət olacağına əmin olmalıdır” fikri onun digər talış siyasətçilərdən nə dərəcədə fərqləndiyini göstərir. [26]

Talış hərəkatının əsas önəmli şəxsi şübhəsiz ki, TMMR-in qurucusu olan Ələkrəm Hümmətovdur. 2013-cü ildə İrəvana səfər edən Ələkrəm Hümmətov burada talışşünaslıq fakultəsinin açılışında iştirak edir. Səfər zamanı Qarabağda da olan Hümmətov burada “Artsaxda olmaq çox xoşdur” ifadəsini işlədir və münaqişənin sülh yolu ilə nizamlanmasına çağırış edir. Ələkrəm Hümmətov Ermənistanda olarkən bir daha talış muxtariyyətinin önəmindən danışaraq Azərbaycan hökumətini TMMR ilə konfederasiya qurmağa çağırır. [27] Bununla belə, Hümmətovun da fikirləri zamanla dəyişir. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başladıqdan 6 gün sonra, mühacir TMMR hökuməti adından yazılan bəyanatda Azərbaycanın apardığı müharibə “haqq müharibəsi” adlandırılır və hərbi əməliyyatlara tam dəstək ifadə edilir. Müharibə zamanı Rusiyada olan Talış diasporası üzvləri (İsmayıl Şabanov, Zabil Məhərrəmov və Zahirəddin İbrahimli) istisna bütün talış ictimaiyyəti hərbi əməliyyatlara dəstək verir.

Hərbi əməliyyatlar davam edən zaman Dağlıq Qarabağ ermənilərinin rəhbəri Arayik Harutyunyanın talışlar da daxil olmaqla Azərbaycanın etnik azlıqlarına müraciətinə cavab kimi Astarada “Talışlar oyaqdır, Qarabağa dayaqdır” mitinqi keçirilir. [28]

Talış regionundan müharibədə iştirak edənlərin sayını və ümumilikdə talışların Qarabağ məsələsində həssaslığını nəzərə alsaq Ermənistan hökumətinin atdığı addımların fiasko ilə nəticələndiyini söyləmək olar. Milli məsələlərdə həssaslığı qoruyan talışlar da, problemlərin yalnız Azərbaycan daxilində demokratikləşdirilmə yolu ilə həll ediləcəyinə inanır.

Müasir dövrdə talışlar

SSRİ-nin son dövrləri və Azərbaycanın müstəqil olduğu ilk dönəmlərdə talışların öz dilində müxtəlif qəzetləri var idi. Belə ki, 1991-1992-ci illərdə Astarada “Sovet Astarası”, 1991-ci il ərzində Masallıda “Çağırış” qəzeti, 1992-1993-cü illərdə Lerikdə “Zizə” qəzeti ,1990-1993-cü illərdə Lənkəranda “Lənkəran qəzeti” talış dilində yayımlanırdı. Talışların həyatında ən böyük rolu şübhəsiz ki, 1992-1994-cü illərdə və 2001-2011-ci illərdə yayımlanan “Tolışi sədo” qəzeti oynamışdır. Lakin bu qəzetin rəhbərliyinə qarşı ittihamlar səbəbi ilə 2011-ci ildə yayımı dayandırıldı. 2011-ci ildə Rafiq Cəlilov “Tolışi sədo” qəzetinin üz qabığında dəyişiklik edərək “Tolışon Sədo” adlı yeni qəzet formalaşdırır. Bu qəzet 2015-ci ilə qədər köşklərdə satılsa da bu ildən etibarən maliyyə problemləri səbəbi ilə ayda yalnız bir dəfə yayımlanır. [29] Bundan başqa Azərbaycanda 2006-2008-ci illərdə Fəxrəddin Abbaszadənin redaktoru olduğu “Şəvnışt” qəzeti də yayımlanmışdı. Abbaszadənin 2008-ci ildə ölkəni tərk etməsindən sonra qəzetin yayımı dayandırıldı. Hazırda ölkədə yayımı davam edən iki talışca qəzetdən biri “Dodo” qəzetidir. 2017-ci ildən etibarən yayımlanan qəzet maddi problemlər səbəbi ilə ayda 1 dəfə yayımlanır. Bu qəzetlərdən başqa talış dilində “Aləm” adlı jurnal da çap edilir. Bu jurnal digər talışca qəzetlər kimi maliyyə problemi yaşayır. Dövlətin talışca qəzetlərə heç bir dəstək göstərməməsi səbəbi ilə bu dildə mətbu orqanlar uzunömürlü ola bilmir və tezliklə də yayımı dayandırılır.

Hazırda talışlarla bağlı bir digər problem bu dildə məktəblərdə tədrisin sadəcə bəzi ərazilərdə və ibtidai formada həyata keçirilməsidir. 1990-cı illərdə talış dili və mədəniyyətinin daha geniş formada tədrisi və təbliği üçün xeyli addımlar atılmışdı. İlk olaraq talışların kompakt yaşadıqları rayonlarda I-IV siniflər üzrə talış dilində məktəblərin açılmasına təşəbbüs göstərildi. Buna müvafiq olaraq, ibtidai məktəblər üçün talış dilində tədris proqramlarının, dərsliklərin, metodiki vəsaitlərin yazılmasına başlandı. Əbülfəz Rəcəbov latın qrafikası əsasında 29 hərfdən ibarət talış əlifbasının yaradılmasına təşəbbüs göstərərək onu “Talışi sədo” qəzetinin 26 yanvar 1993-cü il ikinci sayında əhalinin müzakirəsinə təqdim etmişdi. (Cavadov, 2000:135). Lakin bu kimi tədbirlər davam etdirilmədi.

Hazırda Azərbaycan mediasında talış dilindən istifadəyə qeyri-rəsmi qadağa var. Azərbaycan televiziyalarında talış dilində heç bir veriliş yoxdur və radio yayımı aparılmır. Talış dili yalnız ibtidai məktəbin birinci və ikinci siniflərində istəyə bağlı olaraq tədris olunur. Beləliklə, bu gün talış dili əhalinin bir hissəsinin gündəlik şifahi ünsiyyət vasitəsidir, yazılı üslublar (elmi, publisistik və ədəbi-bədii) çox az dərəcədə təmsil olunur və ya ümumiyyətlə təmsil olunmur (Umnyaşkin, 2011:105). Talış dilində sadəcə dövlət tərəfindən “Əlifba” (N. Məmmədov, Ş. Ağayev) və “Talış dili” (Ə. Rəcəbov, Ə. Əliyev) dərslikləri çap edilib, talış məktəblilərinin istifadəsinə verilmişdir. Bu isə talışların çoxu tərəfindən yetərli hesab edilmir.

İstifadə edilən ədəbiyyat

Azərbaycan və ingilis dilində ədəbiyyat

Kəlbiyev , Həşim Kəlbizadə , Elnur (2007) Ərəb müəllifləri Talış haqqında

Bünyadov, Ziya (2007) Azərbaycan VII-IX əsrlərdə.

Nurullabəyli, Firudin (2007) Mir Mustafa xan

Mirzə Xudaverdi oğlu, Mirzə Əhməd (2009) Əxbarnamə (Talış xanlığının tarixindən)

Məmmədova, İradə (2016 ) Qərb universiteti: Elmi xəbərlər /// XIX əsrin əvvəllərinda Azərbaycanda qadınların vəziyyəti və məşğuliyyəti, № 1,s. 17-28

Matthee, Rudi Andreeva, Elena (2018) Russians in Iran: Diplomacy and Power in the Qajar Era and Beyond

Cavadov, Qəmərşah (2000) Azərbaycanın azsaylı xalqları və milli azlıqları: tarix və müasirlik

Clifton, John Tiessen, Calvin Deckinga, Gabriela Lucht, Laura (2005) Sociolinguistic Situation of the Talysh in Azerbaijan

Tiessen, Calvin (2003) Positive orientation towards the vernacular among the Talysh of Sumgayit, “Work Papers of the Summer Institute of Linguistics, University of North Dakota Session: Vol. 47 , Article 5.

Əliyeva, Rübabə (redaktor) (2007), Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild.

Əliyeva, Rübabə (redaktor) (2007), Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild.

Lornejad, Siavash Doostzadeh, Ali (2012) On the Modern Politicization of the Persian Poet Nezami Ganjavi.

Babak, Vladimir Vaisman, Demian Wasserman,Aryeh (2004) Political Organization in Central Asia and Azerbaijan: Sources and Documents

Rusca ədəbiyyat

Марр, Николай (1922) Талыши //Труды комиссии по изучению племенного состава населения России.

Абдурагимов, Гаджи (1995) Кавказская Албания — Лезгистан: история и современность.

Решетов, Александр (1998) Галеши // Народы и религии мира

Асатрян, Гарник (2011) Введение в историю и культуру талышского народа

Капустина, Екатерина (2013) Талыши Ирана: судьба традиционных хозяйственных практик и особенности идентичности // Лавровский сборник: Материалы XXXVI и XXXVII Среднеазиатско-Кавказских чтений 2012–2013 гг.

Дьяконов, Игорь (1956) История Мидии: От древнейших времен до конца IV в до н.э.

Гейбуллаев, Гиясаддин (1991), К этногенезу азербайджанцев, Том 1.

Страбон (1964) География

Мамедов, Азер Оришев, Александр (2015) Этногенез талышского народа // Фундаментальные исследования. № 2, с. 856—859.

Грантовский, Эдвин (1970) Ранняя история иранских племён Передней Азии

Рисс, Павел (1855) О талышинцах, их образе жизни и языке:Записки Кавказского Отдела Императорского Русского Географического Общества, книга 5.

Петрушевский, Илья (1949) Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI-начале XIX вв.

Ахмади, Хусейн (2009) Талыши: От эпохи Сефевидов до окончания второй русско-иранской войны 1826 – 1828 гг.

Ашурбейли, Сара (1983), Государство Ширваншахов

Бакиханов, Аббас-Кули-Ага (1991), Гюлистан-и Ирам

Яновский, А. (1836) Обозрение российских владений за Кавказом в статистическом, этнографическом, топографическом и финансовом отношениях, Т. 3.

Петрушевский, Илья (1936) Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в. Т. 1.

Заблоцкий-Десятовский, Павел (1837) Обозрении Талышинского ханства в медико-топографическом и статистическом отношении за 1836 год // Журнал министерства внутренних дел, № 11.

Усманова, Диляра (2005) Мусульманские представители в российском парламенте: 1906-1916

Морозова, Ольга Ермоленко, Татьяна (2013) Погоны и буденовки: Гражданская война глазами белых офицеров и красноармейцев

Шнирельман, Виктор (2003) Войны памяти: мифы, идентичность и политика в Закавказье

Миллер, Борис (1926) Предварительный отчет о поездке в Талыш летом 1925 г.

Чурсин, Григорий (1926) Талыши (этнографические заметки). т. IV

Толстов, С. (1962), Народы мира: Этнографические очерки, Народы Кавказа, Том 2

Зейдлиц, Николай (1870) Списки населенных мест Российской империи. Бакинская губерния, т. 65

Зейдлиц, Николай (1880) Сборник сведений о Кавказе: Статистические таблицы о народонаселении Кавказского края. т. VII.

Зейдлиц, Николай (1886) Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков

Тройницкий, Николай (1905) Первая всеобщая перепись населения Российской империи 1897 года. Наличное население обоего пола по уездам с указанием числа лиц преобладающих родных языков.

Стратонов, Всеволод (1910) Кавказский календарь 1908 года

Миллер, Борис (1953) Талышский язык

Пирейко, Лия (1966) Талышский язык // Языки народов СССР: в 5-ти томах. Индоевропейские языки. Т. 1

Кондратенко, Е. (1896) Этнографические карты губерний и областей Закавказского края, Т. ХVIII

Измайлова, Атига (2001) Талыши (етнокультурные процессы), Qafqaz Albaniyasınin Etnomədəni İrsi: Beynəlxalq elmi konfransı, səh. 65-67.

Волкова, Наталия (1969) Этнические процессы в Закавказье в XIX—XX вв. // Кавказский этнографический сборник.Т. IV

Аббасов, Фахраддин (2018) Сколько нас – талышей? // Труды Института востоковедения Российско-Армянского (Славянского), стр. 157-189

Гейбуллаев, Гиясаддин (1986), Топонимия Азербайджана.

Измайлова, Атига (1964) Социалистические преобразования хозяйства, культуры и быта талышей.

Мурадова, Алмас (2007) Вовлечение женщин Азербайджанской ССР в органы государственной власти

Баберовски, Йорг (2010) Враг есть везде. Сталинизм на Кавказе

Исмаилов, Эльдар (2015) История «большого террора» в Азербайджане

Умняшкин, А. (2011) Этимология бытовой лексики талышского языка //Известия Российского государственного педагогического университета им. А. И. Герцена. № 140. стр 103—113.

Жирохов, Михаил (2012) Меч и огонь Карабаха. Хроника незнаменитой войны. 1988-1994.

Жирохов, Михаил (2012) Семена распада: войны и конфликты на территории бывшего СССР

Шерматова, Санобар (2001) Гейдар Алиев (Наброски к портрету человека и “портрету режима”) // Азербайджан и Россия: общества и государства

Юнусов, Ариф (2007) Азербайджан в начале XXI века конфликты и потенциальные угрозы

Elektron qaynaqlar

Former Azeri Commander Visits Artsakh

Goble, Paul (2015) Is Moscow Putting the Talysh in Play Against Azerbaijan? Publication: Eurasia Daily Monitor Volume: 12, Issue: 21

Фахраддин Аббасзаде: Талышскому национальному движению необходима информационная поддержка из Армении

Отчет о совместной экспедиции в Армению, Азербайджан и Нагорный Карабах август 1995 года Memorial

Caucasus City Falls to Armenian Forces

Мусабеков, Расим (2012) Становление независимого азербайджанского государства и этнические меньшинства

Амелина, Яна (2008) Талышский вопрос в современном Азербайджане

Azərbaycanın talış dilində yeganə qazeti

Qeydlər:

[1] Stadi(stadion) – Qədim Yunanıstanda ölçü vahidi

[2] Lerikdə hazırda eyni adlı kənd mövcuddur. Çar Rusiyası mənbələrində Ərdəbil olaraq adlandırılan kəndin indiki adı Ərdəbilədir.

[3] Николай, Зейдлиц, Списки населенных мест Российской империи. Бакинская губерния, т. 65, Тифлис, 1870, с.89.

[4] Николай, Зейдлиц, Сборник сведений о Кавказе: Статистические таблицы о народонаселении Кавказского края. т. VII. Тифлис, 1880. с.ХХII

[5]Николай, Зейдлиц, Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков , Тифлис, 1886, с.89.

[6] Николай, Тройницкий, Первая всеобщая перепись населения Российской империи 1897 года. Наличное население обоего пола по уездам с указанием числа лиц преобладающих родных языков. Санкт-Петербург, 1905, 38 с.

[7] Qeyd edim ki, kəndlərin adı həmin dövrə uyğun olaraq yazılıb.

[8] Кондратенко Е.И. Этнографические карты губерний и областей Закавказского края, ХVIII.Тифлис, 1896,стр 22.

[9] Атига Измайлова, Талыши (етнокультурные процессы),” Bakı, 2001,s. 65-67.

[10] Наталия Волкова ,Этнические процессы в Закавказье в XIX—XX вв. // Кавказский этнографический сборник. Т. IV, Москва, 1969, стр 22.

[11] Борис Миллер, Талышский язык, Москва, 1969, стр 9.

[12] Аббасов, Фахраддин, Сколько нас – талышей? // Труды Института востоковедения Российско-Армянского (Славянского), Ереван, 2018, стр. 183.

[13] Наталия Волкова ,Этнические процессы в Закавказье в XIX—XX вв. // Кавказский этнографический сборник. Т. IV, Москва, 1969, стр 16-17.

[14] Qəmərşah Cavadov, Azərbaycanın azsaylı xalqları və milli azlıqları: tarix və müasirlik, Bakı, 2000,s.110.

[15] Əhalinin ana dili və sərbəst danışdığı dillərə görə bölgüsü (2009-cu il əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən)

[16] Əhalinin ana dili və sərbəst danışdığı dillərə görə bölgüsü (1999-cu il əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən)

[17] Qeyd edim ki, kəndin adı talışları tədqiq edən görkəmli rus linqvist Lev Lopatinin adından götürülüb.

[18] Azərbaycan rəsmi statistikasına görə Lerik rayon əhalisinin 3 faizi talışdır.

[19] Яна Амелина, Талышский вопрос в современном Азербайджане, 2008.

[20] Paul Goble, Is Moscow Putting the Talysh in Play Against Azerbaijan? Publication: Eurasia Daily Monitor Volume: 12, Issue: 21, 2015.

[21] Расим Мусабеков, Становление независимого азербайджанского государства и этнические меньшинства. 2012.

[22] Caucasus City Falls to Armenian Forces,1993.

[23] Отчет о совместной экспедиции в Армению, Азербайджан и Нагорный Карабах август 1995 года,1995. https://memohrc.org/uploads/files/403_source.pdf.

[24] Фахраддин Аббасзаде: Талышскому национальному движению необходима информационная поддержка из Армении, 2005.

[26] Paul Goble, Is Moscow Putting the Talysh in Play Against Azerbaijan? Publication: Eurasia Daily Monitor Volume: 12, Issue: 21, 2015.

[27] Former Azeri Commander Visits Artsakh,2013.

[28] “Talışlar oyaqdır, Qarabağa dayaqdır” – Ermənilərin saxta təbliğatına cavab. 2020

[29] Azərbaycanın talış dilində yeganə qazeti,

Azerbaycan xanliqlarini

Milli.AZ

  • Ramiz Novruzun teatrda SON GÖRÜNTÜLƏRİ YAYILDI – VİDEO
  • “Lotu Quli”nin daha 3 adamı TUTULDU
  • Galaxy S23 Seriyası: Planeti düşünərək hazırlanıb
  • “Nar”abunəçilərinin 98%-i müştəri xidmətlərindən məmnun qalıb
  • Türkiyədə daha bir QORXUNC ZƏLZƏLƏ PROQNOZU – Bu dəfə.
  • “Whatsapp” bu şəxsləri blok edir
  • Ən kreativ bürclər
  • Bakıda daha bir QORXUNC OLAY: Qadın güclə qapını açıb özünü çölə atdı – FOTO
  • Məşhur meyxanaçılardan hər kəsi təəccübləndirən addım – Muğam oxudular – VİDEO
  • “Nəfəs oynamağı yaxşı bacarır” – Aqşin keçmiş duet ortağına SÖZ ATDI – VİDEO
  • Erməni ordusu Naxçıvanla sərhəddə nə tikir?
  • İsmayıllı sakini kirayə verdiyi evlərdən birində ÖZÜNÜ ASDI
  • Bakıdakı atışmanın gerçək SƏBƏBİ. – Yeni adlar
  • Paşinyanını arvadının ŞOK “TƏBRİKİ”: Fahişələr xoşbəxtdir.
  • Simonyan gürcüləri TƏHDİD ETDİ: Tiflis vurulacaq
  • Bu qurumun direktoru vəzifədən azad edildi
Müdafiə Nazirliyi məlumat yaydı

11 Mart 2023 12:33

Moskva bunu İrəvana bağışlamayacaq: BU ŞƏXSLƏRƏ görə gərginlik pik həddə

11 Mart 2023 12:05

İlham Əliyev Rumen Radev ilə videokonfrans formatında görüşüb – FOTO

11 Mart 2023 11:21

Qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımalar yolverilməzdir – MN

11 Mart 2023 10:53

Azərbaycan Ordusu istənilən təxribatın qarşısını alacaq – Zakir Həsənov

11 Mart 2023 10:39

Qlobal Bakı Forumu dünyada ən güclü müzakirə platformasına çevrilib

11 Mart 2023 10:38

Səfirliyimizə hücumla bağlı YENİ ŞOK VİDEO

11 Mart 2023 10:35

Uşaqlar bullinqə məruz qalır: TƏBİB valideynləri ehtiyatlı olmağa çağırdı

11 Mart 2023 10:21

DYP sürücülərə müraciət etdi: Yollarda görünüş məsafəsi məhdudlaşıb

11 Mart 2023 09:09

Bakıda silahlı hücum edənlərin YENİ GÖRÜNTÜLƏRİ: Hadisə yerindən BELƏ QAÇDILAR – ANBAAN VİDEO

11 Mart 2023 00:12

Bugünkü atışmanın görüntüləri yayıldı – VİDEO

10 Mart 2023 20:02

Dünya və siyasət ağrılı olsa da, dəyişir: Bakı Forumunun “gizlin”ləri

10 Mart 2023 19:12

“WhatsApp”da Bakı Metropolitenində terror olacağını iddia edən şəxs tutuldu – VİDEO

10 Mart 2023 19:05

Bakıdakı atışmaya görə 3 nəfər saxlanılıb – YENİLƏNİB – VİDEO – FOTO

10 Mart 2023 18:20

İlham Əliyev Nobel sülh mükafatı laureatı Kailaş Satyartini qəbul edib – VİDEO – FOTO

10 Mart 2023 16:58

Paşinyan Bakı ilə razılaşsa, Rusiya Qarabağda MÜHARİBƏNİ BAŞLADACAQ – ŞOK İDDİA

10 Mart 2023 12:36

Tehranın Bakıya YENİ ÇİRKİN OYUNU – Azərbaycanlıları ARADAN GÖTÜRÜRLƏR

10 Mart 2023 11:54

İlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul edib – VİDEO

10 Mart 2023 10:37

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2023”ə qeydiyyat başladı

10 Mart 2023 10:27

İlham Əliyev Qlobal Bakı Forumuna qlobal problemlərin həllini təklif edir

10 Mart 2023 10:19

  • 12:07 Bazar günü temperatur 25 dərəcəyədək yüksələcək – PROQNOZ
  • 12:04 Heydər Əliyev Mərkəzi bəhreynli rəssam Raşid Al Xəlifənin sərgisinə ev sahibliyi edəcək
  • 11:18 Dumanlı hava BU TARİXƏDƏK fasilələrlə davam edəcək
  • 10:07 Orta Dəhliz Polşa-Azərbaycan münasibətlərində mühüm rol oynayır – Rafal Poborski

GÜNDƏM

İran höküməti qızların məktəbdən qorxmasını istəyir – Jalə Təbrizli
Zəlzələ bölgəsindən azərbaycanlıların təxliyəsi başa çatıb, 686 nəfər ölkəyə gətirilib
Tehran Bakının əlini geri çevirdi: terrorçu yığır…
Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı
Tofiq Musayev “Bellator”da uduzdu
Bakıdakı atışmada adı hallanan kriminal aləmin üzvünün görün kiminlə FOTOSU üzə çıxdı
Bakıda silahlı hücum edənlərin YENİ GÖRÜNTÜLƏRİ: Hadisə yerindən BELƏ QAÇDILAR – ANBAAN VİDEO
Makronun bar əyləncəsi fransızların kütləvi narazılığı ilə qarşılanıb – Həmin kadrlar. – FOTO
Bakıdakı hücumda güllələnənlərdən biri GÖRÜN KİMDİR – Hadisədən 2 saat əvvəl. – FOTO

TOP XƏBƏRLƏR

10 Mart 23:51

10 Mart 23:06

10 Mart 22:20

XƏBƏR LENTİ

Müdafiə Nazirliyi məlumat yaydı

Məşhur aktrisanın ailə üzvləri həbs edildi

Ramiz Novruzun teatrda SON GÖRÜNTÜLƏRİ YAYILDI – VİDEO

Bazar günü temperatur 25 dərəcəyədək yüksələcək – PROQNOZ

Moskva bunu İrəvana bağışlamayacaq: BU ŞƏXSLƏRƏ görə gərginlik pik həddə

Heydər Əliyev Mərkəzi bəhreynli rəssam Raşid Al Xəlifənin sərgisinə ev sahibliyi edəcək

İlin sonuna qədər Şuşada 23 yaşayış binasının tikintisi başa çatacaq

Keçmiş ərini 25 illik ev işinə görə MƏHKƏMƏYƏ VERDİ: 204 min.

Finlandiya öz qırıcılarını Ukraynaya verəcək

İlham Əliyev Rumen Radev ilə videokonfrans formatında görüşüb – FOTO

Dumanlı hava BU TARİXƏDƏK fasilələrlə davam edəcək

İran höküməti qızların məktəbdən qorxmasını istəyir – Jalə Təbrizli

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında açıq qapı keçirilib

Zəlzələ bölgəsindən azərbaycanlıların təxliyəsi başa çatıb, 686 nəfər ölkəyə gətirilib

Tehran Bakının əlini geri çevirdi: terrorçu yığır…

Qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımalar yolverilməzdir – MN

“Euronews.com”: “Azərbaycan mühüm turizm ilinə hazırlaşır”

Azərbaycan Ordusu istənilən təxribatın qarşısını alacaq – Zakir Həsənov

Qlobal Bakı Forumu dünyada ən güclü müzakirə platformasına çevrilib

Səfirliyimizə hücumla bağlı YENİ ŞOK VİDEO

Gülnar Xəlilovanın “Qarabağ” kolleksiyası Stokholm Beynəlxalq Moda Sərgisində təqdim olunacaq

Uşaqlar bullinqə məruz qalır: TƏBİB valideynləri ehtiyatlı olmağa çağırdı

  • 10 Mart 18:20 13 404 Bakıdakı atışmaya görə 3 nəfər saxlanılıb – YENİLƏNİB – VİDEO – FOTO
  • 10 Mart 20:02 3 599 Bugünkü atışmanın görüntüləri yayıldı – VİDEO
  • 10 Mart 12:36 3 445 Paşinyan Bakı ilə razılaşsa, Rusiya Qarabağda MÜHARİBƏNİ BAŞLADACAQ – ŞOK İDDİA
  • 00:12 3 095 Bakıda silahlı hücum edənlərin YENİ GÖRÜNTÜLƏRİ: Hadisə yerindən BELƏ QAÇDILAR – ANBAAN VİDEO
  • 10 Mart 12:47 3 042 Nadirdən qəribə addım – Ayanla oxuyan zaman qədəhi yerə atıb sındırdı – VİDEO
  • 00:01 2 783 Günün qoroskopu: karmik düyünlər aşkarlanacaq
  • 10 Mart 13:31 2 747 Bağban işlədiyi evdə meyiti tapılan Vüsalı qohumları öldürtdürüblər? – ŞOK İDDİA
  • 6 Mart 21:41 14 789 Bakının bu ərazisi PLANA DÜŞDÜ – EVLƏR SÖKÜLƏCƏK
  • 7 Mart 23:52 14 712 Yaxın zamanda varlanmaq şansı olan DÖRD BÜRC
  • 7 Mart 08:21 13 877 Azərbaycanda seysmik baxımdan ən təhlükəsiz şəhər
  • 10 Mart 18:20 13 404 Bakıdakı atışmaya görə 3 nəfər saxlanılıb – YENİLƏNİB – VİDEO – FOTO
  • 10 Mart 09:06 11 496 Pulun qədrini bilməyən bürclər – Xərcləməyi sevirlər.
  • 10 Mart 09:14 10 844 Pensiyalar BU TARİXDƏ tam ödəniləcək
  • 9 Mart 09:49 10 749 Azərbaycanlı aktrisa: Gözəl qadın ehtirasdır – FOTO
  • 9 Mart 04:42 Sevda qızıyla FOTOsunu paylaşdı
  • 10 Mart 18:53 “Vətəndə Dünya Kubokunu qazanmaq lazımdır”
  • 8 Mart 17:44 Azərbaycanlı qadın pilot: “Biz hər işi bacarırıq” – VİDEO
  • 9 Mart 17:25 Sənətçinin paylaşımı gündəm oldu – Avtobusda qadına toxunan. – VİDEO
  • 10 Mart 18:57 Rumen Radev Azərbaycana işgüzar səfərə gəlib
  • 9 Mart 15:40 “Freedom House”un yeni hesabatı Vaşinqtonda hazırlanıb, yoxsa İrəvanda?
  • 10 Mart 19:05 “WhatsApp”da Bakı Metropolitenində terror olacağını iddia edən şəxs tutuldu – VİDEO

TOP VIDEO

  • 12:16 Ramiz Novruzun teatrda SON GÖRÜNTÜLƏRİ YAYILDI – VİDEO
  • 10:35 Səfirliyimizə hücumla bağlı YENİ ŞOK VİDEO
  • 10 Mart 23:42 Məşhur meyxanaçılardan hər kəsi təəccübləndirən addım – Muğam oxudular – VİDEO

SORĞU

TOP XƏBƏRLƏR

10 Mart 23:06

10 Mart 22:20

10 Mart 21:09

10 Mart 20:21

10 Mart 20:11

10 Mart 20:06

10 Mart 18:57

10 Mart 18:56

XƏBƏR LENTİ

Azərbaycan Ordusu istənilən təxribatın qarşısını alacaq – Zakir Həsənov

Qlobal Bakı Forumu dünyada ən güclü müzakirə platformasına çevrilib

Səfirliyimizə hücumla bağlı YENİ ŞOK VİDEO

Gülnar Xəlilovanın “Qarabağ” kolleksiyası Stokholm Beynəlxalq Moda Sərgisində təqdim olunacaq

Uşaqlar bullinqə məruz qalır: TƏBİB valideynləri ehtiyatlı olmağa çağırdı

Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı

Tofiq Musayev “Bellator”da uduzdu

Orta Dəhliz Polşa-Azərbaycan münasibətlərində mühüm rol oynayır – Rafal Poborski

Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb

“Lotu Quli”nin daha 3 adamı TUTULDU

Laçın-Xankəndi yolundakı aksiya 90 gündür davam edir

X Qlobal Bakı Forumunun sonuncu günü işə başlayıb – FOTO

Türkiyə sanksiyalar altında olan malların Rusiyaya tranzitini dayandırdı

Türkiyədə daha bir QORXUNC ZƏLZƏLƏ PROQNOZU – Bu dəfə.

DYP sürücülərə müraciət etdi: Yollarda görünüş məsafəsi məhdudlaşıb

A Seriyası: “İnter” gözlənilmədən məğlub olub

Yerə tüpürmək, növbəyə durmamaq, qışqıra-qışqıra danışmaq “mədəniyyəti” – Mentalitet, yoxsa.

  • Hava Bazar günü temperatur 25 dərəcəyədək yüksələcək – PROQNOZ
  • Ermənistan Moskva bunu İrəvana bağışlamayacaq: BU ŞƏXSLƏRƏ görə gərginlik pik həddə
  • Hava Dumanlı hava BU TARİXƏDƏK fasilələrlə davam edəcək
  • Siyasət Azərbaycan Ordusu istənilən təxribatın qarşısını alacaq – Zakir Həsənov
  • İran Səfirliyimizə hücumla bağlı YENİ ŞOK VİDEO
  • Ölkə Uşaqlar bullinqə məruz qalır: TƏBİB valideynləri ehtiyatlı olmağa çağırdı

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) – Google Analytics

Comments are closed, but trackbacks and pingbacks are open.