Press "Enter" to skip to content

Azərbaycan tarixi/Atabəylər dövləti

Cəbə, Subutay, Ağsunqurilər, Cəlaləddin, Usta Bəndər, yarlıq, noyon

Azərbayca eldənizlər atabəylər sülaləsinin hakimiyyəti düvründə

XIII əsrdə Azərbaycan o dövrün böyük istilaçısı Çingiz xan ordularının yürüşlərinə məruz qaldı. Köçəri bütpərəst olan monqollar Azərbaycandakı inkişaf etmiş sivilizasiyaya böyük zərər vursalar da, onun təsiri altında islam dinini qəbul edərək tədricən türkləşdilər.

Cəbə, Subutay, Ağsunqurilər, Cəlaləddin, Usta Bəndər, yarlıq, noyon

Azərbaycan monqol yürüşlərinin ərəfəsində. XIII əsrin əvvəlində monqol yürüşləri ərəfəsində Azərbaycan ərazisində vahid mərkəzləşmiş dövlət yox idi, ölkədə feodal pərakəndəliyi hökm sürürdü. Azərbaycanda Eldənizlərin Atabəylər dövləti və Şirvanşahlar dövləti mövcud idi. Marağada Rəvvadilər nəslindən olan yerli Ağsunqurilər sülaləsi (1108-1227) hakimiyyətdə idi. Əhər, Meşkin, Sərab şəhərləri isə Əhər məlikliyinin sərəncamında idi.

XII əsrin sonunda Eldənizlər dövləti öz əvvəlki qüdrətini itirdi. Eldənizlər sülaləsinin üzvləri arasında gedən mübarizələr dövlətin əsaslarını sarsıtdı. Sonuncu atabəy Özbək (1210-1225) feodal qruplarının əlində oyuncağa çevrilmişdi. Dövlət işləri, demək olar ki, onun iştirakı olmadan həll olunurdu.

Mərkəzləşdirilmiş dövlətin əlamətlərini müəyyən edin.

Monqolların kəşfiyyat yürüşü. Miniatür

Azərbaycan tarixi/Atabəylər dövləti

Bu əsərin müəllifi bilinmir
Daha ətraflı məlumat üçün müzakirə səhifəsinə baxın.

Səlcuqlar imperiyasının parçalandığı ərazilərdə mübarizələr nəticəsində yeni dövlət əmələ gəldi. Beləliklə, XII əsrin 30-cü illərində Kürdən cənubda Azərbaycan torpaqlarında Atabəylər (Eldənizlər) dövləti meydana çıxdı. Bu dövlətin paytaxtı Naxçıvan idi. Bu dövlətin əsasını Şəmsəddin Eldəniz qoymuşdur. Tarixi mənbələrə görə o, Dərbənddən qul kimi alınmış və Bağdada gətirilmiş, səlcuq sultanın vəzirinə satılmışdır. Vəzir öldükdən sonra sultan sarayına düşmüş və öz şəxsi bacarığına görə səlcuq qoşunlarının baş komandanı vəzifəsinə yüksəlmişdi. Sultan II Toğrul ona “əmir” rütbəsi vermiş və onu oğlu Arslanın atabəyi təyin etmişdir. II Toğrul öldükdən sonra qardaşı Məsud (1135 – 1152) hakimiyyətə gəlmiş , Eldənizi qardaşının dul qadını Mömünə Xatun ilə evləndirmiş və 1136-cı ildə Arranı iqta şəklində ona verərək, oranın idarəsini Eldənizə tapşırdı. O, arvadının şərəfinə əzəmətli Mömünə Xatun türbəsini tikdirdi. Eldəniz özünə Bərdəni iqamətgah seçdi, Azərbaycan əyanlarını öz tərəfinə çəkib tərəfini möhkəmləndirdi və Eldənizlər (Atabəylər) dövlətinin və Eldənizlər sülaləsinin sülaləsinin əsasını qoymuşdu.(1136) İqta şəklində aldığı Arrandan başqa, Azərbaycanın Cənub torpaqları, habelə Naxçıvanı müstəqil idarə etməyə və adına pul kəsdirməyə başlayan Eldəniz (1136 – 1172) 1160-cı ildə “Böyük atabəy” titulunu aldı. Atabəyi olduğu Arslanşahı (1161 – 1176) İraq Səlcuq sultanlığının taxtına çıxardı. Beləliklə, bütün İraq Səlcuq sultanlığının idarəçiliyini ələ keçir. Ali dövlət vəzifələrini öz yaxın adamlarına tapşırdı. Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı sarayın hacibi, digər oğlu Qızıl Arslanı qoşunlarının ali komandanı seçdi. Şirvanşahlar Eldənizlərdən asılı oldu. Eldənizlər dövləti Dərbənddən Fars körfəzinə qədər olan ərazilərdə yerləşirdi.Eldənizin ölümündən sonra hakimiyyətə onun oğlu Məhəmməd Cahan Pəhləvan (1175 – 1186) hakimiyyətə keçdi. 1175-ci ildə paytaxtı Həmədana keçirdi. Təbrizi Ağsunqurilərdən aldı. Ömrünün sonunda ərazisini oğullarının arasında böldü. Azərbaycanın idarəçiliyini oğlu Əbu Bəkrə tapşırdı. Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə onun qardaşı Qızıl Arslan (1186-1191) keçdi.Saray müxalifətini aradan qaldırmaq üçün qardaşının dul qadını İnanc Xatunla evləndi. 1191-ci ildə iri feodallar İnanc Xatunun əli ilə Qızıl Arslana sui qəsd etdilər. Ondan sonra onun qardaşı oğlu Əbu Bəkr(1191 – 1210) hakimiyyətə keçdi. Əbu Bəkrin ölümündən sonra gələn Özbəyin (1210 – 1225) dövründə Eldənizlər dövlətinin süqutu sürətləndi.

Hökmdarlar Dövrü
Şəmsədin Eldəniz 1136-1175
Məhəmməd Cahan Pəhləvan 1175-1186
Qızıl Arslan 1186 1191
Əbu Bəkr 1191-1210
Özbək 1210-1225
  • Müəllifi bilinməyən əsərlər
  • Azərbaycan tarixi

Naviqasiya menyusu

  • Bu səhifə sonuncu dəfə 16 fevral 2023 18:00 tarixində redaktə edilib.
  • Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
  • Gizlilik siyasəti
  • Vikikitab haqqında
  • Məsuliyyətdən imtina
  • Mobil görüntü
  • Tərtibatçılar
  • Statistikalar
  • Kuki məlumatı

Похожие статьи

  • Azərbayca eldənizlər atabəylər sülaləsinin hakimiyyəti düvründə z.bunyadov

    Azərbayca eldənizlər atabəylər sülaləsinin hakimiyyəti düvründə z.bunyadov Vəzir müdrik bir qərar çıxarır. Onun əmri ilə qulları İnancı qətlə yetirirlər,…

  • Azərbaycan atabəylər dövləti

    Azərbaycan atabəylər dövləti Əkbər Nəcəf: Bu mövzu dar çərçivədə araşdırılırdı. Erməni olmasına baxmayaraq Sovet dövründə Sergey Aqacanov bu sahəni…

  • Azərbaycan tarixi kurikulumla 6-11

    Azərbaycan tarixi kurikulumla 6-11 9. 1863-cü il Zaqatala üsyanına aid deyil: Azərbaycan tarixi. XI sinif. KSQ №2 1.Rusiyada təhkimçilik hüququ ləğv…

  • Azərbaycan tarixi 7 cilddə 5-ci cild

    TƏSDİq ediRƏM” azərbaycan tariXİ Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi….

  • Azərbaycan tarixi 2ci cild

    V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…

Comments are closed, but trackbacks and pingbacks are open.