Press "Enter" to skip to content

Azərbaycan ədəbiyyatı tarixi oncildliyinin ikinci cildi çıxıb

“Elm” nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Ədəbiyyatda ortaq başlanğıc” adlı irihəcmli tədqiqatı ilə başlayır.

Azərbaycan ədəbiyyatı tarixi 2 ci cild

Bu gecə fəzaya düşmüşdü yolum,
Bir topa ulduza ilişdi yolum.
Qəribə bir aləm gördüm bu gecə:
Göz işlədikcə
Bir salon uzanır göyün düzündə,
Ulduzlar əyləşib əli üzündə,
Dinləyir, arabir əl çalanlara
Qoşulur yazıqlar.
Danışır planet narazılıqlar,
Giley kometlər.
Buynuzlu qeybətlər,
Cisimlər arası münasibətlər,
Dumanlı söhbətlər
Günəş sistemində mehvər istəyir,
Göylərdə ayrıca göylər istəyir.
Günəş işıqladan səma zalında
Günəşlik istəyir öz xəyalında
Sönmüş, söndürülmüş meteroitlər,
Sürünən, quyruqlu asteroidlər.
Günəş öz işində, dərdi-sərində,
Baxıb zərrəsinin zərrələrindən
İstəyir yeni ay, ulduz yarada,
Sönən dünyaların üstünə ata.
Günəş öz işində, öz xəyalında,
Günəş işıqladan səma zalında
Günəş müttəhimdir.
Deyir yana-yana adsız bir cisim:
Günəş haqqımızı tapdayır bizim!
Milyon il, milyard il
bir yol, bir cığır –
Nə geriyə dönür,
nə sona çıxır.
Hərəkət əbədi,
Sürət əbədi.
Bu misqal çəkilər, ölçülər nədi?
İstilik, soyuqluq, qaranlıq, işıq
Azalmır bir qaşıq, artmır bir qaşıq.
Kim isə söz atır:
– Sənətin nədir?
– Böyük kometlərin quyruq yığanı,
Kiçik ulduzların böyük gümanı.
– Bəs nə istəyirsən?
Fikrini anlat:
– Çəkimə əlli qat,
Bəlkə də yüz qat
Artıq ola bilən cazibə, dartım,
Neçə böyükləri özümə qatım,
Kiçiklik adını üstümdən atım.
Yerində çırtlayır başqa bir cisim:
Günəş haqqımızı tapdayır bizim!
Fəzada yeddi rəng, milyard nüsxəli –
İşıq xəbərləri günəşdi, bəli.
Tutulsun günəşin işıq yolları –
Kəsilsin günəşin işıq qolları
Nə qədər bərk getsək haqlayır bizi,
Xoşu gəlməyəndə saxlayır bizi,
Bir cavan ulduzu salır qabağa.
Atmaca:
– Sən nə istəyirsən, ulduz bəy ağa?
– Azad fırlanış!
– Azad fırlanışda məqsədi danış!
– Harada sıxlıq var – oraya getmək!
Ulduzlar toqquşsa, haraya getmək?
Məğrur olanının başına yumruq!
Necə mən gəzmişəm gözləri yumuq,
Elə də o gəzsin bu boş varlığı,
Duysun günəşdəki əzabkarlığı.
Yalançı natiqlər çıxıb kürsüyə;
Böhtanla, yalanla dönüb gürzəyə
Günəşin qətlinə verirlər qərar.
Mənim qorxduğumu görüncə İkar
Söylədi: yer oğlu, olası deyil!
Kainat günəşsiz qalası deyil.
Oğul nankorların adəti budur:
Günəşin nurunu həmişə udub,
Cazibə alırlar, sürət alırlar:
Sonra da beləcə “gözdən salırlar”.
“Onu əvəz edən bəs kim olacaq?” –
Burda duruxurlar günəş yıxanlar.
Bir də ki, nə qədər çalışır ancaq
Onu gizlətməyə yer tapmar onlar.
1968

LENİN ZİRVƏ

Biz nə qədər dahi desək,
ulu desək,
Ona bəşər ağlı desək,
Ona günəş oğlu desək;
Bu çeşidli
təltiflərin hamısından,
Şeriyyətlər toplusunda,
Məhəbbətlər toplusunda
Ali sözlü,
Ülvi sözlü
təriflərin hamısından
O, yenə də uca durur.
Elə bil o yüksəkliyi
Elə yüksəklikdə
dondurubdur
ki,
Oradan o yana ta
meyarsızlıq, ölçüsüzlük
ölkəsidir.
Orda dahi anlayışı,
dahiliyin qırıntısı,
kilkəsidir.
Orda o, sadəliyin,
adiliyin
Ən sonuncu nöqtəsidir.
O sadəlik, o adilik
Ucalıqdan uca olan
Ali fikir zirvəsidir.
O zirvədə ömürləri
Dərə kimi,
təpə kimi,
yamac kimi
görmək olur.
O zirvədən həqiqəti,
Ədaləti,
Səadəti
Yer üzünə səpələyən
Qızıl qanad ildırımlar
hazır durub.
O zirvənin ayağında
xəyanəti,
cinayəti,
ədavəti,
dəfn eləyən
sıldırımlar
hazır durub.
Vəsflərə sığışmayan
O sadəlik zirvəsində,
O dahilik zirvəsində,
O adilik zirvəsində
Lenin yaşar.
Əbədilik məfhumunu
təsdiqləyən
Əbədilik zirvəsində
Lenin yaşar,
öz ağlının
Orbitində fikrimizi,
Ağlımızı yaşadaraq.
O zirvədən yolumuza
günlər axar
çıraq-çıraq.
Günlər axar
gün üzünə
həsrətlərin taleyinə.
Günlər axar
günümüzə
həsədlərin taleyinə.
Lenin fikri
ucalığın
Bir əl çatmaz zirvəsindən
Nur səpələr bu həyata.
Lenin dağı
qoymaz ona
Təltif çata,
Mədh çata,
Tərif çata.
Yanvar, 1969

LENİN ZİRVƏ

Məni bir məclisdə təriflədilər,
Günahkar balaca bir şerim oldu.
Motsart qığılcımım yox ikən hələ,
O gündən mənim də Salyerim oldu.

Elə ki, bir qəza gəlir başıma,
Bəxtimə qəfləti bir hellənc dəyir, –
O günü Salyeri çıxır qarşıma,
O günü üzümə xoş gülümsəyir.

Elə ki, azacıq dinc olur yerim,
İstəsəm gecədən bir çimir dadam,
Ürək ağrısına dönür Salyeri,
Qoymayır dincələm, qoymayır yatam.

Arabir gecələr yuxumu pozan
Küçə itləri də salyeriləşir.
Arabir səhərlər beynimi qazan
Maşın fitləri də salyeriləşir.

Sevinsəm, qarnını sancı doğrayar,
Gülsəm, gülüşümü ağzımdan qapar.
İstər göz yaşımla üzünü yuya,
İstər göz yaşımda mirvari tapa.

Onun çəkməsinin dabanlarında
Əqrəb tikanı var, ilan dişi var.
Dalımca sürünüb külək donunda
Kölgəmi zəhərlər, rəddimi sancar.

Hərdən də qapımda haray qoparar,
Dönər yer üzünün bəd xəbərinə.
Arabir məni də alıb aparar
Özünün naməlum şəhərlərinə.

Böhtan gəlinidir burda hər evin,
Riya təzə bəyi, nələr görürəm.
Salyeri adına qəsdçilər evi,
“Salyeri” markalı zəhər görürəm.

Kim isə qibtələr yaşasın deyə
Yalan bir varlığa heykəllər qurur.
Kiminsə yolunu keçilməzliyə
Yönəltmək naminə tərif yoğurur.

Az qalır özümü mən özüm yıxam,
Bir “mən”də qibtəylə mənlə əlləşir.
Geriyə baxmağa bəzən qorxuram.
Qorxuram kölgəm də salyeriləşib.

Nə yaxşı
ünvanı azıb bu naşı,
Hardasa yaradır bir əl, bir qələm.
Nə yaxşı,
mənmlə qarışıb başı,
Nə yaxşı bilmir ki, Motsart deyiləm.
Bakı-Yalta, 1967-1968

QOLTUQ AĞACI

Qoltuq ağacına yazığım gəlir,
Tutub bir binanı çiyinlərində
O zorba bir dirək ola bilərdi.
Məğrur bir çobanın çiyinlərində
Qurd əzən dəyənək ola bilərdi.
Bir körpü tağı da ola bilərdi,
Tüfəng qundağı da ola bilərdi.
Vaxtsızmı qırıldı, tezmi qırıldı.
Vüqarı qırıldı, əzmi qırıldı.
Qoltuq ağacından acığım gəlir,
O bütün yollara qoltuqdan baxır,
Girdiyi qollara qoltuqdan baxır.
Nəğmə də oxuyur o, cırhacırla,
Qırıla-qırıla.
Qoltuqdan oyana getməyir səsi.
Nədir oxuduğu? – “qoltuq nəğməsi”
Özü bu vərdişi ömrünə yazıb,
Onu bir qoltuqdan tullasan əgər,
Yanından yan ötüb bir ayaqsızın,
Kiməsə üçüncü ayağa dönər.
Daş kaha yaxşıdır bir uçuq damdan,
Duyar eyhamımı bir qoltuq acı:
Deyirəm qoltuğa girən adamdan
Yaxşıdır bir sınıq qoltuq ağacı.
1967

BİZİM GƏNCLİK

Yenə gənclik ordumuzun
Mübarizə yollarını saldım yada.
Ömrümüzün gah günəşli,
Gah boranlı illərini
Saldım yada.
Gözlərimdə Çapay durdu,
Həzi durdu, Gəray durdu.
İlk sırada getdi gənclik
Xalqımızın hər müqəddəs,
Hər mübariz çağrışına;
Bəzən döyüş meydanına,
Bəzən dostluq yarışına.
Azmı odlar ayaqlayıb
Oddan aldıq yurdumuzu.
Avropalı Dunay boyu
Dunaydan da güclü gördü
ordumuzu.
Qayıtmaqçün Vətənə biz
Bəzən ondan aralandıq.
Ağır yara vurmaq üçün
düşmənə biz
Bəzən ağır yaralandıq.
Yox, alsaq da neçə yara,
Ağrı duyan qəlbimizdə
Yer vermədik ağrılara;
Çünki bir yaz havasında,
Zərbəmizdən yuvasında
Düşmənlərin can verdiyi
günü gördük.
Ağrılara yer vermədik
Bəli, ağır yaramızda.
Çünki arxa sıramızda
Neçə dostun
Yürüşünü gördük.
Bir dost kimi, qardaş kimi
Keçdik macar torpağını,
Bizə ayaq açanların
Üzdük yerdən ayağını.
Qucaqlayıb boynumuzu,
Çiçək səpdi yolumuza
Çiçək üzlü bolqar qızı.
Gənclik döyüş meydanında
Nərə çəkib aslan oldu.
Gənclik sevib-seviləndə –
Məhəbbəti ümman oldu.
İlk sırada getdi gənclik
İstər döyüş meydanına,
İstər əmək yarışına.
Lazım gəlsə səs verərik
Yurdumuzun çağrışına,
Yurdumuzun sərhəddinə
Sinəmizlə sədd çəkərik.
Qarşılaşsaq ölümlə biz,
Ölümə də xətt çəkərik.
Lazım gəlsə, qoşularaq
Yurdumuzun çağrışına
Günəşdən od gətirərək
Yurdumuzun sərt qışına.
Gənclik sevgi, gənclik zəhmət,
Gənclik zəfər, gənclik qüvvət,
Gənclik daim alovlanan,
Daim yanan bir ürəkdir.
O ilk getmiş, gedəcəkdir
Xalqımızın hər müqəddəs,
Hər mübariz çağrışına,
İstər döyüş meydanına,
İstər əmək yarışına!
1956

DOSTLUQ NƏĞMƏSİ

Yurduma dostlar gəlir
Vətənin hər yerindən.
Baltik sahillərindən,
Ural ətəklərindən.
Dost gəlişi bayramdır –
Belə deyib babalar.
Sevinib bu gəlişdən
Bizim ellər-obalar.
Çaylar öz nəğməsini
Bir az da artırıbdı;
Dağlarımız sel tökən
Buludu batırıbdı.
Üfüqdən qapı asıb
Muğan düzü, Mil düzü.
Kür-Araz tellərinə
Çiçək düzüb, gül düzüb,
Alqışlayıb gələni,
Uğur – deyib gedənə.
Vətənin hər parçası
Şöhrət olub Vətənə;
Şöhrət olub həmişə
Nəğməli diyarımız. –
Şerində, sənətində
Gücümüz, vüqarımız,
Nizaminin önündə
Papaq çıxaran olub.
Sabirin “Hophop”unu
Töhfə aparan olub.
Burda günəş bacıdır
Meyvəli bağlar ilə.
Günəş süfrəyə gələr
Üzüm ilə, nar ilə.
Günəşin işığını
Düzənlərə sağarıq.
Orda işıq dərərik,
Orda pambıq yığarıq.
Burda hörmət, məhəbbət
Ən böyük varımızdır.
Bu uca dağlar bizim
Qardaşlıq qalamızdır.
Bura xoş qədəm atan
Gül-çiçəyə bələnib.
Dostluq nəğməsi bizim
Qəlbimizdən baş alıb,
Dağlara, düzənlərə
Nur kimi səpələnib.
1973

AZƏRBAYCAN – DÜNYAM MƏNİM

Azərbaycan – qayalarda
bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.

Azərbaycan – mayası nur,
qayəsi nur ki.
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi
gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu,
dan ulduzu gözəlləridir.

İllər olub – kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə,
buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin
ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.

Azərbaycan – mayası nur,
qayəsi nur ki.
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
1970

“Ana yurdum, hər daşına üz qoyum”

Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində,
sən kiminin.
Şöhrətini yaşadan az yaşayır.

Bu gileydən qəlbim yaman xallanır:
Çox ünvanda qaçaq tərif yallanır.
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlı dayaz yaşayır.

Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
1971

ŞUŞADA BİR GECƏ

Bu gecə gecənin son qatındayam,
Bu gecə bir qəndil qanadındayam.
Sağımda bir dərə – qara hörükdür,
Solumda bir dərə – qara hörükdür.
Dövrəmdə buludlar bölük-bölükdür.
Dünyanın damına çıxmışam, nədi?
Dünya qaranlığı harda gizlədib?
Dünya toranlığı harda gizlədib?
Gecə ağ yağışda durulanıbdı,
Gecə dağ mehində qurulanıbdı,
Daranıb, bələnib işıqlarına,
Taxıb qarmağını göy tağlarına
Bir çilçıraq şəhər,
bir qəndil şəhər,
Hər evi bir qızıl qərənfil şəhər.
Uzaqdan: bir ulduz topası kimi
göy üzündədi.
Yaxından: bir qaya lampası kimi
yer üstündədi.
Gecənin qoynunda yanır dağ şəhər,
Fəzadan asılı, çilçıraq şəhər.
Dağlar öz ovcunda yanıdırıb onu,
Ulduzlar qoynuna qaldırıb onu
Bu dağlar vüqarı, bu dağlar gücü.
Bu gecə kəşf etdim bir Şuşa bürcü
Bir Şuşa bürcü, tamaşa bürcü.
1970

OXUYAN TƏBRİZ

(Aşıq Hüseyn Cavanla İstisu
yaylaqlarında görüşümüzdən təəssürat)

Aşıq Cavan sarılmışdı sazına,
Toy qurmuşdu dünəninin yasına.
O, dərdini ya sındıra, ya sına;
Qəzəbi köklənib dağın-daşın da,
Təbriz ağlayırdı dağlar başında.

Heyrətindən donmuş idi Dəlidağ,
Nəfəs çəkib işqırırdı od-ocaq.
Göymü yeri, yermi göyü udacaq,
Buludlar üfüqdə əli qaşında.
Təbriz ağlayırdı dağlar başında.

Dəli mizrab “bəxti kəmi” oyadır,
Qəm heyrəti, heyrət qəmi oyadır,
Özü yatıb, bu aləmi oyadır –
Bir sayıl bəxti yox min bir yaşında,
Təbriz ağlayırdı dağlar başında.

Fəryadından qoyun-quzu duruxdu,
Ağlayan su,
çağlayan su duruxdu.
Qara yelin sel umusu duruxdu,
Dərələr səngidi yaz yağışında,
Təbriz ağlayırdı dağlar başında.
Təbriz ağlayırdı – dedim.
Nə dedim?!
Ağlayan bir sazın telinə dedim,
Sarı yamacların selinə dedim.
Ağlamaz söz yurdu dağlar başında,
Təbriz oxuyurdu dağlar başında!

Qarı nənə, nehrən dondu çatmada,
Gizli ahın fələklərə çatmada.
Həcər ana, Həcər ana, çat dada.
Təbriz ağlayırdı dağlar başında –
Təbriz oxuyurdu dağlar başında!

Ağlasa, ağlardı ildırım kimi,
Gurşad saçı yolan sıldırım kimi,
Qapıb şimşəkləri bir şırım kimi
Nəğmə toxuyurdu dağlar başında,
Təbriz oxuyurdu dağlar başında!

Ağlasa – ayaqda tüfəngə dönər,
Balası vurulmuş pələngə dönər.
Bir dərə ağızlı nəhəngə dönər,
Dumanlar yas qurdu dağlar başında,
Təbriz oxuyurdu dağlar başında!

Gərək dil susanda əllər danışa,
Əllər bağlananda dillər danışa
Elə danışalar, ellər danışa.
Dəli gülüşlərim ağlar başımda,
Təbriz oxuyurdu dağlar başında.
İstisu-Dəlidağ, 1969-1970

MƏNİM YURDUM

Mənim yurdum –
qəhrəmanlar diyarıdır.
Mərd insanlar diyarıdır.
Öz baxtının xoş gününü
Öz əliylə yaradanlar diyarıdır.
Kainatın milyon illik arxivindən
ulduzları
oyadanlar diyarıdır.
Mənim yurdum –
qəhrəmanlar diyarıdır!

Mənim yurdum –
Torpağında nur əkənlər,
Nur biçənlər diyarıdır.
Mənim yurdum –
Neçə dəfə
Qanlı lava dənizindən
Sağ keçənlər diyarıdır.
Mənim yurdum –
Qayaları minalanmış
Dağ keçənlər diyarıdır.
Mənim yurdum –
Mərd oğullar diyarıdır.
1973

BAKININ GECƏSİ

Bakının gecəsi ağ varaq kimi, –
Elə bil
Hələ bir qələm dəyməyib.
Hələ bu varağa əlim dəyməyib.
Nə qədər istəsən, şer yaz ona,
Köçür sətir-sətir duyğularına.
Bu xətkeş küçələr varaq gözləyir.
Bu kitab binalar az oxunubdur.
İnsanlar yatanda göz işığını
Səpir küçələrə,
Yanır küçələr.
Yatmır küçələr.
Bakının gecəsi işıq romanı.
Dənizin qoynunda baş qəhrəmanı.
Oxu səhərəcən, yetəsən ona.
Yüyür səhərəcən dəniz qoynuna.
Bakının gecəsi bir dağ gölüdür.
Kəhkəşan qurşağı boyunbağısı,
Xəzəri ay kimi döşündən asıb.
Bakının gecəsi – mürgülü qoca,
Qayğı yüklü qoca,
Söz yüklü qoca.
Bakının gecəsi ağ varaq kimi.
Onu kim götürə, ona nə yaza!
Nə ötəri ola, nə də ki, asan.
Bakının gecəsi ağ dəniz kimi,
Uyudur qoynunda nə qədər gəmi,
Nə qədər insan – gəmi
Sabah açılanda səfərə hazır.
Gör, şair, ürəyin, əlin nə yazır –
Bakının gecəsi ağ varaq kimi.
Gör, sözün varmıdır səpinə hazır.
Yanvar, 1973

DƏNİZ ŞƏHƏRİNƏ SƏFƏR

Bu gecə evimdən qovdum gecəni,
Yenə gəzdiyimi tapa bilmədim.
Bu gecə fikrimdən gəlib keçəni
Yoğura bilmədim, yapa bilmədim.

Dedim bu gecədən gül ətri alam,
Qatam könlümdəki nəğmə səsinə.
Ayın ziyasından nur çətri alam,
Tutam bir gözəlin pəncərəsinə.

Mən bir yana çəkdim, ilham bir yana;
Gördüm pəncərəmdə dəniz qabardı.
Dalğalar fikrimi neft daşlarına
Bilmədim heç necə çəkib apardı.

Çoxdan olmamışam burda, eləmi? –
Şerimin nə qədər sözü paslanıb.
Gərək iş başında sıxam əlini,
Dəniz qəhrəmanı, dəniz aslanı!

Burda hər ürəkdə bir dəniz yatır,
Hələ xəbərsizəm dəfinəsindən.
Sudan nur göyərir – buruq boy atır –
Muştuluq Xəzərin xəzinəsindən!
Bu yerin ilk özül daşı hünərmiş,
Bütün inadları hünər qırıbdır.
Bu qara daşlar da maneələrmiş
İnsan tapdalayıb, daşlaşdırıbdır.

Gör bura nə böyük ada köçübdür! –
Hər insan qəlbində bir sahil-şəhər.
Şair, söz gəmini bu adaya sür,
Dalğa yar ömrünün sonuna qədər.
1973

DAĞ ÇAYINA OXUNMUŞ MƏKTUB
Rəsul Həmzətova

Bu torpağın adətidir min ildən bəri:
Şair oldun – öz qapındır açdığın qapı.
Ümidlərin ən sonuncu sığıncaq yeri,
Ən sonuncu and yeridir şer kitabı.

Sən gələndə səs yayılır Azərbaycana:
Qaraqabaq adamlar da azca qımışır.
Kimin duzlu sözü varsa,
çıxsın meydana,
Yoxsa Rəsul aparacaq bütün alqışı!

Muştuluqçu xəbərlər də düşməyir atdan,
Çapır bizim dərələrə, dağlara doğru:
“Rəsul gəlib Dağıstandan. ”
Dillənir atam:
– Dağıstana nə çox gedir bu Həmzətoğlu!

Eyniləşir dağ vüqarı,
Dağlı vüqarı;
Bir qocanın dediyini hələ dinlə bir:
“Balam – deyir – yer üzünün uca dağları
Elə bizim bu dağlardan köçüb getmədir”.

Dünən gözəl qar ələndi şəhərimizə,
Dedilər ki,
bu töhfədə
Rəsul əli var.
Gülə-gülə söylədi ki, Süleyman Rüstəm:
“Dağıstana yağar ancaq bu ağlıqda qar. ”
Bu dağlarda hər çay igid,
hər bulaq gəlin;
Hər şey olar – çay olanda,
bulaq olanda.
Yağışına, buluduna bərəkət gəlir –
Təbiətə şair oğlu qonaq olanda.

Bu torpağa baş əyməyin – baş ucalığın!
Məbəd bildin
bizim qədim
sənət yurdunu.
Sən gələndə şairləri başına yığıb,
Təkrar-təkrar xatırlarsan Səməd Vurğunu.

Təkrar deyil dost elinə müntəzəm gəliş,
Təkrar deyil
təriflənə tərifdən uca!
Heykəlini özü yonub, özü dikəltmiş
Təriflilər bir qıyğacı baxışdan uçar.

Dedim sizi ayırmayım son nitqlərdən,
Bir də sizə, doğru desəm,
yetmədi əlim.
Dağ çayına oxumuşam bu məktubu mən,
Surətiylə tanış olun, Rəsul müəllim!
1973

ÇAY AXIR

Çay axır, çay axır.
Rəngi:
Elə bil
ərimiş
qurğuşun
qaya axır.
Sürəti:
Göz ölçündən asılı.
Mənzili:
Məcrası torpağa yazılı.
Çay axır.
Yağış da yağır,
Dolu da yağır,
Şimşək də çaxır.
Çay axır.
Qocaman dağlar da
Arabir
o taydan
bu taydan
ətəyini çırpır,
Xırxaxır
Çay axır.
1973

“Seçirəm fikrimin aynasında mən”

Seçirəm fikrimin aynasında mən:
Vəfalı, vəfasız olan dostları.
Adını dilimdən salıb itirdim,
Qonanda dilinə yalan, “dostların”.

Həyat yollarında tanınır insan,
Zaman arayır da, seçir də asan: –
İtirir daldada rəddini qazan,
Üzdəsə üzünə gülən dostları.

Sev könül dostunu gözündən artıq,
Sözünə məna ver sözündən artıq,
Deyirəm: əzizlə özündən artıq
Dərdini öz dərdi bilən dostları.
1988

XARİCİ DİL MÜƏLLİMİ

Alovlu illər idi dil öyrənən illərim.
Uzaq-uzaq bir dağın
döşündəydi kəndimiz,
Yamaca lehimlənən
qurşun idi kəndimiz.
O, haraydan qızışdı,
axdı dərə aşağı,
İgidlərin nərəsi,
İgidlərin qəzəbi –
Axdı dərə aşağı,
Haray dili öyrəndi
balaca kənd uşağı.
Alovlu illər idi dil öyrənən illərim.
Ot biçər, kol qırardı
yazı yazan əllərim.
Mən çox gözəl öyrəndim:
Dəryazların dilini,
Külünglərin dilini,
Sazaqların dilini,
Küləklərin dilini.
Bir cürcənə içində çimirsiz gecəm olub,
Yağışların çox saya,
Sayaçı nəğməsini sübhəcən dinləmişəm.
Dolular dimdiyində qayalar keçəl olub,
Şimşəyin hədəsini sübhəcən dinləmişəm.
Onda zaman – müəllim,
Təbiət – dərslik idi.
Dil dərsimiz bunların
Hökmünə təslim idi.
Yerdən çörək diləyən
xış dili bilməliydi,
Quş dili bilməliydi,
Daş dili bilməliydi.
Əsgər aparan yolun
intiqam dili vardı,
Qara kağız gətirən
yol dilsiz ağlayardı.
Onda əsil vətəndaş
dilimiz – hünər idi.
Onda mənim
Xarici dil müəllimim əsgər idi.
1973

HEYKƏL ÖMRÜ

Görkəmli heykəltaraş
Fuad Əbdürrəhmanovun xatirəsinə

O, heykəllər dünyasında səyyah idi,
Yol getmişdi on ikinci əsrə qədər.
O, heykəllər dünyasında Allah idi,
Daşa gülüş vermiş idi,
tunca qədəm.
Rudəkinin hər gözünün didəsində
Bir günəş əritməyə həsrət vardı.
Günəş endi Pamirin ağ zirvəsindən
O əllərdə o gözlərə nur apardı.
Əl uzadıb üfüqlərə qapı açan
Şair ona dan işığı bağışladı.
O, yol gəldi Nizamidən Vurğunacan,
Neçə qaya-zəmilikdə yer xışladı.
Nəfəs dərib, külüngünü çaldı yerə;
Səda kimi daşdan-daşa keçib getdi.
Fuad həyat gətirmişdi heykəllərə,
Fuad heykəl həyatına köçüb getdi.
1971

SALAMAT QAL

Ey dəvə yol, düşdüm daha belindən,
Ovsar cığır, çıxdın daha əlimdən.
Balam çiçək, bir də öpüm telindən,
Salamat qal,
Salamat!

Duz axtaran körpə cüyür balası
Ağ daşlara körpə cığır salası.
Qayaların su saxlayan çalası,
Salamat qal,
Salamat!

İldırımlar buludların pələngi.
Paslanacaq mənsiz şimşək üzəngim.
Eh, ya qismət, a şəlaləm – a cəngim.
Salamat qal,
Salamat!

Bulaq gördüm: uşaq kimi ərköyün;
Məni gəzər məndən qaçan ürkəyim.
Salamat qal bu dağlarda, ürəyim,
Salamat qal,
Salamat!
Turşsu, 1970

ATA OCAĞI

Çırpısı tətikdə, odunu dəmdə,
Səhərin gözündən od alıb ocaq,
Yanır aram-aram, onu sinəmdə
Sonra kim söndürüb, kim yandıracaq?

Ömrün şənliyində, ömrün yasında
Bura od dalınca gələcəyəmmi?
Yoxsa xatirələr işartısında
Oğulsuz-övladsız ocaqlar kimi
Sönüb gedəcəyəm: bu daş, bu torpaq
Bircə ləpirimi yaşatmayacaq.

Ocaq çırtıldayır, közü dərində.
Axıdır gözünün yaşını çırpı.
Alovlar hay salıb öz dillərində
Özünü o daşa, bu daşa çırpır.

Atam doluxsunub, baxıram ona,
Kişi uşaq olub səksən yaşında.
Bu nə ayrılıqdır, ata yurduna
Əlvida deyirm ocaq başında!

Ocaq tüstülənir, kövrəlir atam:
“Anan o dünyada darıxır, bala,
Ancaq ki, kişinin qəbri od tutar –
Gedə, od-ocağı tüstüsüz qala.
Babandan qalıbdır bu ocaq bizə,
Bir ocaq sönəndə bir tifaq itir.
Bir ocaq söngüsü qeyrətimizə
Bir düşmən nəslinin qəhqəhəsidir;

Apar bu ocağı evində yandır,
O gözdən qor alır, gözdən odlanır.
Kişi yer üzündə od qoruyandır,
Kişi ona görə kişi adlanır”.

Gözünün yaşını qurudur səsi,
O, Zərdüşt babaya səcdəmi qılır:
Baxıram gözündə ocağın əksi,
Baxıram gözündə alov qıvrılır.

Burda neçə nəsil baş əyib oda,
Nənələr əl basıb ocaq daşına,
Burda dəyməyiblər ilanlara da
Pənah gətirəndə ocaq başına.

Bu gün kənd yolları tüstülü, odlu;
Təpələr fikirli adam kimiydi.
Mürgülü zəmilər gözləri dolu,
Dindirsən – kövrələn atam kimiydi.

Yaşıl kənd üstünə boz pərdə salır –
Aranır, daranır tüstü telləri,
Əlvida, atamın tüstü dəsmalı,
Əlvida, atamın tüstü əlləri!
İyul-avqust, 1969

ÇOBAN ÇÖRƏYİ, ÇOBAN ÜRƏYİ

Qışlaqda yazılmış şer

Bir qadın ki, dağ mehini düzüb saçına,
Şimşəkləri oxlov kimi çəkib sacına,
Nəğməsiylə oyadıbdır dan ulduzunu,
Ocaq çatıb gərnəşdirib qoyun-quzunu,
Xəmrə tutub, acıyınca, inək sağıbdır,
Sinəsinə sazaq sağıb, külək sağıbdır,
Gözlərindən qova-qova alatoranı,
Haraylayıb, hədələyib xam otaranı.
Ocaq üstə üzü qarsıb, saçı ütülüb,
Döşünə od,
kürəyinə ayaz sürtülüb,
Bu minvalla çörək bişib,
çoban çörəyi.
Halaldı bu çörək!
Baldı bu çörək!
Bir ürək ki, dağ çayı var həyəcanında,
Bir ürək ki, sağı-solu çiçəklər ola,
Düzənlərin yovşan ətri axa qanında,
Örüşündə həmsöhbəti küləklər ola,
Gileyini suya deyə, sular apara,
Yaz yaylağa, qış qışlağa vüqar apara,
Bir ürək ki, ömrü boyu ömür təkəri
Dağa aran, arana dağ daşıyar elə,
Ömrü boyu ayaq üstə yaşayar elə.
Bir ürək ki, dərələrə, düzlərə açar,
Ömrü boyu bulaq gözü, arx ağzı açar
Öz canında yay soyudar, qış isindirər;
Çox vaxt onu özü səslər, özü dindirər
Bu çörəyi duya bilən ürəyin gərək
O ürəyə layiq olan çörəyin gərək.
Bərdə, 1970

NEFTÇİLƏR

Layları doğrayan, qatları yaran,
Ən cəsur cərrahlar – neftçilərdir.
Torpaq zülmətində günəş axtaran
Yeraltı səyyahlar – neftçilərdir.

Çox həmdəm olublar borana, qara;
Yerin kölgəsinə sığınıb onlar.
Alqış qanadında ön sıralara
Ali məclislərə çağrılıb onlar.

Üfüqdən üfüqə qızıl yol açan
Əyilməz qüvvətə, qüdrətə alqış!
Torpaqdan ən uzaq ulduzlaracan
Ucalan hörmətə, şöhrətə alqış!
1972

MÜĞANDA KÜR NƏĞMƏSİ

Səs eşitdim.
Həm səs idi, həm qeyri-səs.
Səssizliyin harayını
Ürəkləri qulağında olmayanlar
duya bilməz.
Ovçu Pirim oğulların
Hanı biri, burdan keçə!
Kürdən keçə,
Kür danışır: bu qarışıq – danışıqdan
Bir dən seçə –
Nəğmə dəni.
Kim olubdu bu nəğmənin
ilk səpəni, ilk biçəni?

Ana Kürüm, sənin nəğmən
Nə hikmətli bir nəğmədir!
Ana Kürüm, bu düzlərdə
Ucalan o dağlar nədir? –
O nəğmədir! Kür nəğməsi.
O qızaran bağlar nədir? – Nar bağları –
Kür nəğməsi!
Qatar-qatar, karvan-karvan
çökəkləri selələyən maşınlar da –
Dikdirləri ağırlığı ütüləyən
Maşınlar da – Kür nəğməsi!
Sən olmasan, bu ilğımlar
Ətəyini qatlardımı?
Bu düzlərin ağ gülüşü
Qızıl günəş ziyasını
Gülüşünə qatardımı?
Ana Kürüm, nəfəsini dər azacıq,
Başını qoy sahilinə,
Mürgülə bir.
Qulağıma uzaq üfüq arxasından
Səslər gəlir.
Muğanın boz sinəsində
Gördüm ümman nəriltisi,
Tar telləri, saz telləri.
Gördüm ana həlimliyi.
Gördüm ata müdrikliyi.
Yumşalarmış – torpaq dilə gələndə.
Güllənərmiş – torpaq dilə gələndə.
Qız gülüşü pöhrəliklər
İlğımları yara-yara
Səpildi göy boşluqlara –
Salxım-salxım – as üfüqdən.
Saxla – dedi – insan əli:
– Bunlar sənə Kürdən gəlib,
Kür çayından
yeni-yeni qollar ayır,
Bu qollardan –
Yaşıl-yaşıl yollar ayır.
Bu nəğməylə dağ zəncirlə
Bulud daşı – hara desən.
İşıq daşı ürəklərə,
Daşıyırsan.
Ağıl daşı şüurlara,
Daşıyırsan.
Kür çayının sahilində
Əbədiyyət sahilini yaxşı qoru.
Kür çayını yaxşı qoru.
Kür çayına min yol tor at!
Kür çayıdır bu Muğanın əsil toru.
İşıq toru, məhsul toru.
Bərəkətdir, təbərrükdür bu boz sular;
Kür çayının nəğməsinə nəğmələr qat.
Qəlbində də, ağlında da bir Kür yarat.
Ürəyindən keçməyirsə bu Kür çayı
Hayıf onda, hayıf, hayıf.
1972

KOMSOMOLA KEÇDİYİM GÜN

Komsomola keçdiyim gün
xatırımdadır.
Səhərlərin ən durusu o yaz səhəri.
O günlərin acısı da
indi bal dadır.
Payız fəslim
yollarıma yaz gülü sərir.

Yadımdadır mənim kimi
bir dəstə uşaq
Rayondan geri döndü
fit çala-çala.
Yol qırağı
kollar pilə,
daş-qaya yumşaq.
Hamarlandı öz-özünə
hər dik, hər çala.
Nazik qədək pencəyimin cibi düyməli,
Düymə üstən
bir sancaq da vurmuşdum hələ.
Sol cibimin üstündəydi
elə sağ əlim,
Haqqı nəydi bu ünvana külək yönələ.
Qırmızı rəng görünürdü
bağlı cibimdən –
Ağ çiçəklər, sarı güllər qırmızılaşdı.
Bir burulğan quş topası
qaya dibində
Çəmənliyə pərdə atdı qırmızı, yaşıl.
Buluda bax,
qanadını sallayıb yerə;
Saçlarıma sığal çəkib,
ötür astaca.
E-hey! – deyib daş atıram gölməçələrə,
Qurbağalar gözlərini
örtür astaca.
Elə bil ki, bir sözümə, səsimə bənddi, –
Qaya qopub dağ döşündən,
haray qopartdı.
Bir dərənin boğazında balaca kəndim
Dərə-dərə şaxələndi,
dam-dam boy atdı.
Atam dedi:
– Sabah gedib aşlı gön allam,
Komsomolun çarığı da qoy incə olsun.
Anam tutdu əllərini göyə ki,
“Allah,
Yetimlər də balam kimi sevincək olsun!”
O günlərin acısı da indi bal dadır,
Komsomola keçdiyim gün xatırımdadır.
1970

BU GÜN ÜÇÜN

Günü günə satıram
Sabah var, – deyə.
Yuxuma bal qatıram
Sabah var, – deyə.
Özümü aldadıram
Sabah var, – deyə.
Sabahımı yatıram
Sabah var, – deyə.
Sən bu günü yazmağa
Ey qələmim, ayıq dur!
Ey ürəyim, ol ocaq!
Bu günü olmayanın
Nə dünəni olubdur,
Nə sabahı olacaq.
1970

“Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin ikinci cildi çıxıb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin ikinci cildi nəşr edilib. İnstitut Elmi Şurasının 3 iyul 2020-ci il tarixli 3 saylı iclas protokolunun qərarı ilə nəşr olunan ikinci cild “Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı” bölməsini əhatə edir.

1024 səhifəlik kitabın baş redaksiya şurasına Ramiz Mehdiyev (sədr), İsa Həbibbəyli (baş redaktor), Teymur Kərimli, Nüşabə Araslı və İmamverdi Həmidov daxildir. Kitabın redaksiya şurası isə İsa Həbibbəyli (baş redaktor), İmamverdi Həmidov (məsul redaktor), Nüşabə Araslı, Fəridə Əzizova və Aygün Bağırlıdan (məsul katib) ibarətdir.

“Elm” nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Ədəbiyyatda ortaq başlanğıc” adlı irihəcmli tədqiqatı ilə başlayır.

Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının ikinci cildi Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər) və intibah dövrünü (XI-XII əsrlər) əhatə edir. Ədəbiyyat tarixçiliyində ilk dəfə olaraq Azərbaycan yazılı ədəbiyyatı tarixi “Kitabi-Dədə Qorqud”la başlayıb, bu ədəbi abidənin şifahi başlanğıc baxımından əhəmiyyəti qeyd olunmaqla bərabər, daha çox yazılı ədəbiyyat olması elmi cəhətdən əsaslandırılıb. Azərbaycan xalqının ədəbi fikri sonralar Orxon-Yenisey abidələri kimi nadir ortaq ümumtürk ədəbiyyatı kontekstindən ölkə ədəbiyyatına doğru inkişaf edib. Cilddə qədim Alban yazılı abidələri və Azərbaycanda islamın qəbul edilməsindən sonra VIII-XII əsrlərdə ərəb dilində yazıb-yaratmış azərbaycanlı alim və şairlərin yaradıcılığı, habelə Xətib Təbrizinin elmi-ədəbi irsi araşdırma predmetinə çevrilib. Cildin əsas məzmununu XI-XII əsrlər intibah dövrünün Azərbaycan poeziya məktəbi və onun görkəmli nümayəndələrinin yaradıcılıq xüsusiyyətlərinin təhlili təşkil edir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsi, onun “Xəmsə”si möhtəşəm ədəbiyyat hadisəsi kimi təqdim olunur, Nizami ədəbi məktəbinin özünəməxsusluqlarından bəhs edilir.

İkinci cild iki hissədən ibarətdir. Birinci hissə “Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü” (VII-X əsrlər), ikinci hissə “İntibah dövrü Azərbaycan ədəbiyyatı” (XI-XII əsrlər) adlanır. Bu cild ingilis və rus dillərində xülasədən, həmçinin, Azərbaycan, türk, rus, avropa, ərəb, fars dillərində ədəbiyyat siyahısından ibarətdir.

Sanballı tədqiqat oçerklərindən ibarət kitabda İsa Həbibbəyli, Azadə Rüstəmova, Qafar Kəndli-Herisçi, Zakir Məmmədov, İmamverdi Həmidov, Nüşabə Araslı, Fəridə Əzizova, Çingiz Sadıqoğlu, Tofiq Hacıyev, Malik Mahmudov, Ülkər Məmmədova, Zakir Məmmədov, Xəlil Hüseynov, Könül Hacıyeva, Nailə Tağıyeva, Akif Əliyev, Leyli Əliyeva, Zəhra Allahverdiyeva, Ruqiyyə Qəmbərqızı, Lalə Əlizadə, Xanəli Babayev, Elnarə Zeynalova, Siracəddin Hacı kimi alimlərin tədqiqatları yer alıb.

Azərbaycan ədəbiyyatı tarixi 2 ci cild

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı: 2 cilddə: l cild

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Похожие статьи

  • Azərbaycan ədəbiyyatı xronologiya

    Azərbaycan ədəbiyyatı xronologiya Şirindil Alışanlı: – Mən bir fakt deyim. Biz ədəbi tənqid kursunu bitirmişik. 72-ci ildə Sov.İKP-nin qərarı çıxdı, onda…

  • Azərbaycan ədəbiyyat tarixi 4

    Azərbaycan ədəbiyyat tarixi 4 Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və…

  • Azərbaycan ədəbiyyatı tarixi 6 cilddə

    Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi problemi Əlavə dərslik və ədəbiyyat: Həsən Səfəri “Cənubi Azərbaycan ədəbiyyatı tarixi XIX-XX əsrlərdə”…

  • Azərbaycan ədəbiyyatı tarixi ii cild

    Köçərli F. Ə. Azərbaycan ədəbiyyatı. 2 cilddə. II cild (2005) Sanballı tədqiqat oçerklərindən ibarət kitabda İsa Həbibbəyli, Azadə Rüstəmova, Qafar…

  • Azərbaycan ədəbiyyatı tarixi altı cilddə

    Azərbaycan ədəbiyyatı tarixi”nin üç cildinin təqdimatı olub – FOTOLAR Cilddə professor Məhərrəm Qasımlının şifahi xalq ədəbiyyatımızın ümumi mənzərəsini…

Comments are closed, but trackbacks and pingbacks are open.