Press "Enter" to skip to content

Azərbaycan dili dərslik

Beləliklə, ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Azərbaycan dili” və “ingilis dili” dərslik komplektinin elmi-metodiki monitorinqi başa çatıb. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcək.

KİTABLAR

Axtardığınız dərslikləri rahat tapa bilmək üçün yuxarıdakı filterlərdən istifadə edin.

0. sinif

1. sinif

2. sinif

3. sinif

4. sinif

5. sinif

6. sinif

7. sinif

8. sinif

9. sinif

10. sinif

11. sinif

Logo

BİZİ İZLƏYİN

E-DƏRSLİK

ƏN ÇOX BAXILAN

YENİ ƏLAVƏ OLUNAN

  • Всеобщая история – 10
  • Ümumi tarix – 10
  • Русский язык – 10
  • Русский язык – 10

ZƏNGİN DƏRSLİKLƏR

  • Riyaziyyat – 8
  • Biologiya – 8
  • Fizika – 8
  • Bütün zəngin dərsliklər

Təhsil sisteminin informasiyalaşdırılmasının sürətli prosesi təhsildə elektron dərsliklərin istifadəsi üçün yol açır. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün şərait yaradır.

Azərbaycan dili dərslik

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Azərbaycan dili”və “ingilis dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirib.
Komissiyadan Simsar.az-a verilən məlumata görə, seminar “Dərslik portalı”nda canlı yayımlanıb
(https://www.youtube.com/watch?v=qMCzs9bx4w0).

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilib.

“Azərbaycan dili” dərslik komplektinin seminarında Bakı şəhərindən AMEA-nın elmi işçisi İslam Qəribli, 286 nömrəli tam orta məktəbin müəllimi Arzu Hüseynova, 232 nömrəli tam orta məktəbin müəllimi Fərhadov Zəfər, ADPU-nun müəllimi Arif Kazımov, 33 nömrəli Ağdam rayon tam orta məktəbinin müəllimi Azadə Quliyeva gündəlik məsələ ilə bağlı fikir bildirib, təkliflər veriblər.

“İngilis dili” dərslik komplektinin müzakirəsində dərslik komplektinin müəllifləri 111 nömrəli tam orta məktəbin müəllimi Qıztamam Quliyeva və 290 nömrəli tam orta məktəbin müəllimi Xalidə Rüstəmova iştirak ediblər. Seminarda Bakı şəhərindən ADU-nun dosenti Rəna Əhmədova, ADU-nun müəllimi Gülyaz Zeynallı, 129 nömrəli tam orta məktəbin müəllimi Rəbiyyə Bayramova, 35 nömrəli tam orta məktəbin müəllimi Pərvanə Talıbova, Bakı “Avropa” liseyinin müəllimi Mətanət Əhədova, 20 nömrəli tam orta məktəbin müəllimi Təranə Əliyeva və Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin müəllimi Nüşabə Adıgözəlova gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.

TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələri ilə internet vasitəsilə “Skype” əlaqəsi yaradılıb.

Beləliklə, ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Azərbaycan dili” və “ingilis dili” dərslik komplektinin elmi-metodiki monitorinqi başa çatıb. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcək.

Növbəti seminarda (23 fevral 2015-ci il tarixdə, saat 13:30) 7-ci sinif üçün “Ədəbiyyat” dərslik komplektinin müzakirəsi aparılacaq.

Aysel Kərimova

Comments are closed, but trackbacks and pingbacks are open.