Azərbaycan dilinin şivələri və qaqauz dilində ortaq sözlər
Çisemee ifadəsi qaqauz dilində “yağış yağması” mənasını ifadə edir (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 61). Azərbaycan dilinin qərb şivələrində “narın yağış” mənasında çisəx’, “narın yağış yağmaq” mənasında çisəx’ləməx’ vahidləri işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 103).
Azərbaycan dilindəki bütün sözlər
Çimnaz Həsən qızı Vəliyeva
Bakı, Azərbaycan
BEYNƏLMİLƏL SÖZLƏR AZƏRBAYCAN DİLİNDƏKİ FRANSIZ
MƏNŞƏLİ SÖZLƏRİN NÜMUNƏSİNDƏ
Açar sözlər: beynəlmiləl sözlər, fransız mənşəli sözlər, alınma sözlərin mənimsənilməsi, dillərarası əlaqə
Ключевые слова: интернационализмы, слова французского происхождения, адаптация заимствований, межъязыковые контакты.
Key vords: international words, words derived from French, adaptation of borrowings, interlanguage contact.
Dil cəmiyyətin ən mühüm ünsiyyət vasitəsidir. Dünyada gedən qloballaşma prosesi, cəmiyyətin iqtisadi, sosial və mədəni səviyyədə inkişafı, beynəlxalq münasibətlərin genişlənməsi, ölkənin coğrafi şəraiti, tarixi faktorlar və sair amillər müxtəlif dillərin bir-birilə yaxınlaşmasına və zənginləşməsinə səbəb olur. Heç bir mədəniyyət, heç bir dil digərlərindən təcrid olunmuş halda inkişaf etmir, hər bir dil və hər bir mədəniyyət öz daxilində gedən inkişafın, eləcə də digər xalqların mədəniyyətləri ilə mürəkkəb qarşılıqlı əlaqələrin nəticəsidir. Dillərin inkişafı onların lüğət tərkibinin artması və genişlənməsi hesabına baş verir. Bu inkişaf dilin öz milli bazası, yəni lüğət fondu hesabına və leksik alınmalar hesabına baş verə bilər. Məlumdur ki, sözalma prosesi istənilən dilin leksik fondunu zənginləşdirən mühüm və universal bir vasitədir. Bütün dünya dilləri kimi Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində də alınma sözlərin xüsusi rolu var.
MƏQALƏNİ YÜKLƏ [166,17 Kb] (yüklənib: 147)
Azərbaycan dilinin şivələri və qaqauz dilində ortaq sözlər
Məqalədə türk dilləri ailəsinin qərbi oğuz qrupuna daxil olan Azərbaycan dilinin şivələri və qaqauz dilində olan ortaq leksika tədqiqata cəlb edilmişdir. Azərbaycan dilinin dialekt leksikası qaqauz dilində ədəbi dil səviyyəsində müşahidə edilir ki, bunun səbəbi həmin dillərin genetik qohumluğundan irəli gələrək tarixin lap qədim qatlarına gedib çıxır. Görkəmli türkoloq Fərhad Zeynalov haqlı olaraq göstərmişdir ki, dialektlərin öyrənilməsi türk dillərinin tarixini öyrənmək problemi ilə üzvi surətdə bağlıdır.
Milli özünüdərkin gücləndiyi bügünkü şəraitdə türk dillərinin müxtəlif yaruslarda müqayisəyə cəlb olunaraq öyrənilməsi bu sahədə qaranlıq qalan bir çox məsələlərə aydınlıq gətirə bilər. Qohum dillərin leksikasının diaxron və sinxron şəkildə araşdırılması son onilliklərdə yenidən gündəmə gəlmiş ortaq türk dili ideyasının reallaşmasına öz töhfəsini verməsi ilə daha da aktuallaşır.
Hər bir dilin şivələri onun daşıyıcısı olan xalqın milli mənsubiyyətini, yaşadığı tarixi hadisələri, həyat tərzini, inanc və adətlərini özündə əks etdirir. Azərbaycan dilinin dialekt leksikasında rast gəlinən qədim türk leksik qatı bunun bariz nümunəsidir. Hələ XI əsrdə böyük türkoloq-dilçi Mahmud Kaşğarinin türk ellərini qarış-qarış gəzərək topladığı ifadələrin bəziləri (aba (ana, ata, nəsildə hörmətli şəxs), davar (qoyun-keçi), dağarçıq (qoyun-keçi dərisindən hazırlanmış kisə), sığır (inək, camış), kərti (bayat), varmaq (getmək) və s.) hazırda Azərbaycan ədəbi dilində istifadə edilməsə də, şivələrdə qorunub saxlanılmaqdadır. Elbrus Əzizov coğrafi prinsip və linqvistik xüsusiyyətləri əsas tutaraq Azərbaycan dili şivələrini üç qrupda birləşdirmişdir: 1.Şimal-şərq qrupu; 2.Qərb qrupu; 3.Cənub qrupu. Bu şivələrin, xüsusən də qərb qrupu şivələrinin lüğət tərkibi digər oğuz qrupu türk dilləri ilə oxşarlıq və eynilik təşkil etməkdədir.
Qaqauz dili oğuz qrupu dilləri içərisində leksik tərkibinin rəngarəngliyi ilə seçilir. Fərhad Zeynalov göstərmişdir ki,Belə ki, qaqauz dilinin leksik tərkibində oğuz, qıpçaq və bulqar mənşəli sözlərlə yanaşı, ərəb, fars, yunan, Roma (moldav-rumın), slavyan (bolqar və rus) dillərindən keçmiş külli miqdarda söz və terminlər də vardır. Qaqauz dilində bu dil üçün səciyyəvi olan bir çox sözlər də işlənməkdədir. Qaqauz dilində işlənən türk mənşəli sözlərin böyük əksəriyyəti türk dili ilə eynilik təşkil edir, Azərbaycan və türkmən dillərindən isə fərqlənir. Həmin sözlərin bir çoxu Azərbaycan dili şivələrində istifadə olunmaqdadır:
Anatar, anahtar (açar) sözü qaqauz dilində istifadə olunur (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 13). Azərbaycan dilinin Şərqi Gürcüstan ərazisində olan Başkeçid və Borçalı şivələrində də bu sözün anaxdar şəklində işlədilməsi izlənilməkdədir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 23). Bu vahid hər iki dilə Türkiyə türkçəsindən keçmişdir.
Asma sözü qaqauz dilində “yuxarıdan asılan” mənasını ifadə edir. Məs.: asma lampa (lamba), asma kilit, asma tavan (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 17). Azərbaycan dilinin Cəbrayıl, Qazax, Şəmkir şivələrində asma vahidi “saxlamaq üçün dərilib asılan meyvə”, Şahbuz şivəsində “əl-üz dəsmalı asılan yer, asqı” mənasında işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 26).
Ayna leksemi qaqauz dilində “güzgü” mənasını ifadə edir. Bu sözdən yaranan aynacı vahidi isə dildə bir neçə mənada istifadə edilir: 1.Güzgü düzəldib satan insan; 2.Güzgüyə baxmağı sevən insan; 3. Hiyləgər, fırıldaqçı. Bu sözlər ilə eyni kökdən törəmiş aynalı sözünə də rast gəlinir ki, bu da “güzgülər ilə əhatə olunmuş, bəzədilmiş (məkan)” mənasını bildirir (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 24). Azərbaycan dilinin əksər şivələrində ayna sözü “pəncərə, şüşə, güzgü”, Ağdərə şivəsində isə “əlin içi” mənasında istifadə edilir. Göygöl və Şəmkir şivələrində isə bu sözdən yaranıb “pəncərənin şüşə salınan yeri” mənasını bildirən aynagül vahidinin işlədilməsinə rast gəlinir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 31).
Azar leksemi qaqauz dilində iki mənada istifadə olunur: 1.Təhqir, ittiham; 2.az miqdarda. Bu sözdən yaranıb “kobudlamaq, incitmək” mənasını ifadə edən azarlamaa, azarlamak sözlərinin işlədilməsinə də rast gəlinir (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 25). Azərbaycan dilinin şivələrində azar sözü ən çox “dərd, bəla, xəstəlik” mənasında istifadə edilir. Şəmkir şivəsində “həmişə xəstə olan” mənasını ifadə edən azargəzdirən, Ucar şivəsində “yarımxəstə, zəif” mənasında azarnək sözlərinin işlədilməsi qeydə alınmışdır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 31). Gəncə şivəsində azarrı “xəstə”, azarranmax “xəstələnmək” vahidləri də istifadə olunur.
Basma sözü qaqauz dilində “dəsmal” mənasında işlədilir. Eyni səs tərkibli vahid Azərbaycan dilinin şivələrində başqa-başqa mənalarda istifadə edilməkdədir. Basma sözü Gəncə, Göyçay şivələrində “qamışdan hörülən həyət qapısı”, Ağdam şivəsində “yalan, gop”, Çənbərək, Hamamlı, Xanlar (indiki Göygöl) şivələrində “kərmə (mal peyinindən hazırlanan yanacaq)”, Mingəçevir şivəsində “bir-birinin içinə keçməklə bağlanan düymə” və s. mənalarını ifadə edir. Çox maraqlıdır ki, analoji hadisəni eyni bir şivədə də müşahidə etmək mümkündür. Belə ki, Kürdəmir şivəsində basma dialektizmi bu mənaların bir çoxunu ifadə edir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 41).
Boyunduruk, boyundruklamaa vahidləri qaqauz dilində “boyunduruq, öküzlərə boyunduruq vurmaq, əsarət altına almaq” mənasında işlədilir (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 39). Azərbaycan dilinin şivələrində də bu sözlərin istifadəsinə rast gəlinir. Ağdam, Bərdə, Qazax, Şəmkir, Şuşa şivələrində boyun sözü “araba və ya kotana qoşulan cüt öküz, kəl”, Kürdəmir şivəsində isə “bir cüt öküzlə bir gün ərzində şumlamaq mümkün olan torpaq sahəsi” mənalarını ifadə edir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 62).
Budamaa “kəsmək, doğramaq”, budanmış (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 41) sözləri qaqauz dilində və Azərbaycan dili şivələrində istifadə olunur. Bıdama, budama sözləri Azərbaycan dilinin Salyan şivəsində “yandırmaq üçün kəsilmiş ağac budaqları”, Qazax şivəsində “paya, dəyənək, iri əl ağacı” mənalarını ifadə edir. Budamax, bıdamax ifadələri Azərbaycan dilinin qərb şivələrində əlavə olaraq “döymək, vurmaq, əzişdirmək” mənalarında da istifadə olunur. Quba şivəsində isə bu vahid budalamağ (doğramaq, parçalamaq) şəklində işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 53, 65).
Çanak (çanaq) sözü qaqauz dilində (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 51) və çanax (saxsı kasa, ölçü qabı) şəklində Azərbaycan dili şivələrində geniş şəkildə işlədilməkdədir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 89).
Çamur sözü qaqauz dilində “palçıq” mənasını ifadə edir. Burada bu sözdən törəyən çamırlamaa “palçıqlamaq, palçıq atmaq”, çamurlu “palçıqlı” və s. ifadələr də işlədilir (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 51). Azərbaycan dilinin Goranboy, Qazax, Şahbuz, Şəmkir, Tovuz, Yevlax şivələrində bu vahid “çamır” şəklində işlədilib eyni mənanı bildirir. Ağdaş şivəsində “lilli, bulanıq” mənasını verən çamra sözünün istifadə edilməsinə də rast gəlinmişdir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 89). Çamur sözü Türkiyə Türkçəsində də işləkdir.
Çarpmaa sözü qaqauz dilində “vurmaq, dəymək” mənasını bildirir. Bu sözdən törəyən “harasa dəymək” mənasında çarpılmaa, “çırpınmak” mənasında çarpınmaa ifadələrinin istifadə olunmasına da rast gəlinir (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 52). Azərbaycan dilinin Yevlax şivəsində “çalxalanmaq” mənasını ifadə edən çarpalammax vahidinin işlədilməsi qeydə alınmışdır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 90).
Çeşne sözü qaqauz dilində “dad”, çeşne çeşne şəklində işlənəndə isə “zövqlə” mənasında istifadə edilir (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 53). Bu vahid çeşni şəklində Azərbaycan dilinin şivələrində müxtəlif mənalarda işlədilməkdədir: 1.şəkil, surət (Qazax, Sabirabad, Şəmkir); 2.naxış (Qazax, Şamaxı, Şuşa); 3.nümunə (Gədəbəy, Şamaxı, Şuşa) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 92).
Çisemee ifadəsi qaqauz dilində “yağış yağması” mənasını ifadə edir (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 61). Azərbaycan dilinin qərb şivələrində “narın yağış” mənasında çisəx’, “narın yağış yağmaq” mənasında çisəx’ləməx’ vahidləri işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 103).
Çitili vahidi qaqauz dilində “işarə olunmuş, qeyd edilmiş”, çitilemee isə “işarə qoymaq, naxış vurmaq” mənasında işlədilir (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 62). Həmin söz Azərbaycan dilinin şivələrində müxtəlif mənalarda işlədilməkdədir. Gədəbəy şivəsində çitəx’ sözünün “naxış, bəzək”, ondan yaranan çitəməx’ ifadəsinin isə “naxış vurmaq, bəzəmək”mənasında istifadə edilməsi qeydə alınmışdır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 104).
Dam sözü qaqauz dilində “saray” mənasında istifadə edilir. Həmin söz Azərbaycan dilinin şivələrində müxtəlif mənalarda işlədilməkdədir. Cəbrayıl, İmişli, Kürdəmir şivələrində isə qaqauz dilindəki mənaya uyğun olaraq “hər cür tikili, bina” mənasında istifadə olunur (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 113).
Damat sözü qaqauz dilində “kürəkən” mənasında istifadə edilir. Türkiyə türkçəsində geniş işlədilən bu vahid Azərbaycan dilinin Quba şivəsində də damad şəklində istifadə edilərək eyni mənanı ifadə etməkdədir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 113).
Düşçü sözü qaqauz dilində “xəyalpərəst” mənasında işlədilir. Bu ifadənin kökündə duran düş morfemi Türkiyə türkçəsində və Azərbaycan dilinin şivələrində “yuxu, röya” mənasını bildirir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 149). Düş sözünə “Oğuznamə”də rast gəlinir: Düşdə dügür ağırdır; Düşi görəndə degil, yorandadır (Oğuznamə, 2006: 94, 97).
Dünür sözü qaqauz dilində “elçi” mənasında işlədilir. Şərqi Gürcüstan ərazisindəki Azərbaycan dilinin Bolnisi şivəsində düngür şəklində “quda” mənasında istifadə edilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 148). Türkiyə Türkçəsində də dünür sözü “quda” mənasında işlənir.
Güdüjü sözü qaqauz dilində “çoban” mənasında işlədilir. Azərbaycan dilinin Ağdaş, Göyçay, İmişli, Kürdəmir, Qax şivələrində güdükçü dialektizmi “malotaran, naxırçı, çoban” mənalarını ifadə edərək istifadə edilməkdədir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 188).
Kiriş sözü qaqauz dilində “ip, bağ”, kirişlemek “bağlamaq” mənasında istifadə olunur (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 152). Həmin söz Azərbaycan dilinin şivələrində müxtəlif mənalarda işlədilməkdədir. Cəbrayıl, Tovuz şivələrində qaqauz dilindəki mənaya uyğun olaraq “cəhrəni işlədən ip”, Gəncə şivəsində isə“qoyun bağırsağından hazırlanmış bağ” mənalarını ifadə edir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 255). Kiriş sözü Türkiyə Türkçəsində də işləkdir.
Nam sözü qaqauz dilində “şöhrət”, namlı “məşhur” mənasında işlədilir (GAYDARCİ, KOLTSA, POKROVSKAYA, TUKAN. Sorumlu Redaktör: Prof. BASKAKOV, 1991: 180). Azərbaycan dilinin Füzuli şivəsində nam vahidi “buğ, buxar”, Tovuz şivəsində isə “tərəf” mənasında istifadə edilir. Namlı sözünün Azərbaycan dilinin şivələrində müxtəlif mənalarda işlədilməsi qeydə alınmışdır: 1. Qüvvətli, güclü (Cəlilabad); 2. Kök, gövdəli (Kürdəmir); 3. Tüfəng lüləsi (Cəbrayıl). (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 368-369).
Azərbaycan dilində dialekt səviyyəsində mövcud olan bir çox dil xüsusiyyətləri (fonetik, qrammatik və s.) qaqauz dilində ədəbi dil səviyyəsində izlənilir. Yazısının gec yaranması, ümumtəhsil məktəblərində ana dilinin tədris olunmaması, bu dildə ədəbiyyatın azlığı qaqauz ədəbi dilinin formalaşmasını ləngidən səbəblər sırasındadır. Bir çox dillərin təsirinə məruz qalmasına baxmayaraq, qaqauz dili özünəxas fonetik, leksik və qrammatik xüsusiyyətləri olan müstəqil bir türk dilidir. Gələcəkdə həm qaqauz, həm də digər türk tədqiqatçı və pedaqoqlarının bu dilə sahib çıxaraq onun öyrənilməsi, qorunması və inkişafı istiqamətində səmərəli addımlar atmasını arzu edərdik.
Похожие статьи
-
Azərbaycan dilinin orfoqrafiya lüğəti
Azərbaycan dilinin orfoqrafiya lüğəti $a Axundov, Ağamusa Ağası oğlu. $c Əməkdar elm xadimi, ədəbiyyatşünas, dilçi, türkoloq, filol. e. d-ru, prof.,…
-
Azərbaycan dilinin dialektoloji lüğəti
Dialektoloji lüğət App, “Azərbaycan dilinin dialektoloji lüğəti (2007) ” kitabı əsasında hazırlanmışdır. Lüğətdə müasir ədəbi dilimizdə işlənməyən və…
-
Azərbaycan dilinin paronimlər lüğəti
Azərbaycan dilinin paronimlər lüğəti Sizə teleqram var Vaxtında, Aydın, Lazımlı! Xankəndi AMEA Nəsimi adına Dilçilik İnstitutundan AzVision.az -a verilən…
-
Azərbaycan dilində qrammatik sinonimlik bakı 1985
İMADƏDDİN NƏSİMİNİN DİVANINDA QRAMMATİK ARXAİZMLƏR İş vaxtı: Bazar ertəsi – Cumə: 9:00-18:00 Fasilə: 13:00-14:00 İstirahət günləri: Şənbə, Bazar…
-
Azərbaycan dilli toplu 2 hisse suallar
Azərbaycan dili test toplusu 2-ci hissə Danışıq vaxtı b ə zi sözl ə rin asan t ə l ə ffüz olunması üçün onların s ə s t ə rkibi d ə yişir v ə bel ə sözl…
Comments are closed, but trackbacks and pingbacks are open.