Press "Enter" to skip to content

Azərbaycan heyvanlar aləmi

Heyvanlar aləminə aid olan elanlardan effekti daha da artırmaq üçün ödənişli alətlərdən istifadə edə bilərsiniz – bunun sayəsində:

HEYVANLAR ALƏMİ

Heyvanlar aləmi ilə maraqlanırsız? Onlayn heyvan bazarı axtarışdasınız? Heyvanların alqı-satqı elanları yerləşdirmək istəyirsiz? Tut.az Pulsuz Elanlar saytı bu və digər məsələləri həll etmək üçün ideal vasitədir!

İndi heyvanlar aləminə aid olan elanları yerləşdirmək üçün xüsusi yerləri axtarmağa ehtiyac yoxdur! Bizim sayt vasitəsilə siz tez və rahat Heyvanların alqı-satqı elanları yerləşdirib istədiyiniz effekti əldə edə bilərsiz. Hər gün müxtəlif mövzularda bizim sayta əlavə olunur. Istədiyinizi rahat tap az vaxt sərf et – sabaha saxlamayın, elə indi başlayın!

ONLAYN HEYVAN BAZARI BÖLMƏSİNDƏ UĞURLU ELANIN SİRRİ

Heyvanların alqı-satqı elanı yerləşdirib tez bir zamanda effekt əldə etmək üçün nə etmək lazımdır? Bunun üçün sadə qaydalara riayət etməlisiniz:

– elana uyğun kateqoriya seçin

– bütün sahələri lazımi məlumatlarla doldurun

– “Təsvir” sahəsindəki məlumatları mümkün qədər ətraflı qeyd edin

– düzgün əlaqə məlumatlarını daxil edin

Heyvanlar aləminə aid olan elanlardan effekti daha da artırmaq üçün ödənişli alətlərdən istifadə edə bilərsiniz – bunun sayəsində:

1. Elanın prioritetini artıraraq, onu son elanlar bölməsində və axtarış nəticələrində birinci yerə qaldırırn

2. Heyvanların alqı-satqı elanın saytın ana səhifəsində xüsusi ayrılmış blokda digər elanlarla yanaşı və eyni zamanda VIP blokun içərisinidə təsadüfi qaydada aktivlik müddətlərinin sonunadək görsədin

3. Elanlarınızı baku.ws , oxu.az , azxeber.com , media.az , olke.az kimi populyar xəbər saytlarında 5 gün müddətinə yerləşdirin.

Hər hansı bir sualınız var? Müştəri Dəstək Xidməti 24/7 onlayn çat və (012) 525-83-08 Telefon Qaynar Xətt vasitəsilə xidmətinizdədir.

Təbiət

Heyvanlar aləmi müəyyən ərazi və ya akvatoriyada bir neçə heyvan növünün uzun müddət ərzində yaranmış və formalaşmış toplusudur. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında rast gəlmək olar.​

Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatmışdır. XVII əsrdən etibarən təbiətşünas səyahətçilərin Azərbaycan ərazisinə səfərləri ilə bağlı heyvanlar aləmi haqqında ilk bilgi əldə edilir.

Fauna anlayışından fərqli olaraq heyvanlar aləmi dedikdə onların növ tərkibi ilə yanaşı, fərdlərin sayı da nəzərə alınır. Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar yalnız çox məhdud (göl, dağın bir hissəsi), digərləri isə respublikanın bütün ərazisində yayılmışdır. Məs., sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar.

Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.

Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.

Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeyd edilir. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-da, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.

Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamıyı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.

Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var. Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Əlibayramlı və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmişdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 mln.-dək nərə balığı, 600 min qızılbalıq və 800 mln-dan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 mln. nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.

Heyvanlar aləmi

Yer üzərində 2 milyondan çox heyvan növü mövcuddur. Onları tanımaq və öyrənmək üçün 2 böyük qrupa – İbtidailər və Ali heyvanlar qruplarına bölmüşlər. Bu şöbələr isə tiplərə ayrılır. Hazırda onurğasız heyvanların 23, onurğalıların isə bir tipi mövcuddur.
Heyvanlar Yer kürəsinin hər yerində – quruda, torpaqda, şirin sularda, dənizlərdə yayılmışlar. Onlara dəniz səviyyəsindən 8000 metr hündürlükdə və Dünya okeanının 11000 metrə çatan dərinliklərində rast gəlinir. Bir çox heyvanlar gizli həyat keçirdiklərindən onları insanlar görə bilmir. Bəzi heyvanlar çox kiçik olduğundan görünmürlər. Bir çox heyvanlara isə tez-tez rast gəlinir.
Heyvanların da bitkilər kimi, təbiətdə, insan həyatında böyük əhəmiyyəti vardır. Onların bəziləri bitkilərin tozlanmasında, toxumların yayılmasında, torpağın münbitləşməsində, gübrələnməsində iştirak edirlər. Bitkilərlə heyvanlar təbiətdə qarşılıqlı əlaqədə yaşayırlar.
Bir çox heyvanlar təbiətdə sanitar rolunu oynayırlar. Suda yaşayan heyvanların bəziləri suyu təmizləməklə çox böyük fayda verirlər.
Heyvanlar insanlar üçün də çox əhəmiyyətlidirlər. İnsanlar tarixən heyvanlarla qidalanmış, onlardan əmək fəaliyyətində, döyüşlərdə, idman yarışlarında istifadə etmiş, onların məhsullarından geyim və digər məişət əşyaları hazırlamışlar. İnsanlar eyni zamanda zərərli və zəhərli heyvanları tanımış, onlardan qorunmuşlar. İndiki ev heyvanlarını öz yaşayışlarını təmin etmək üçün əhliləşdirmişlər. İnsanlar heyvanları öyrənməklə onlardan daha çox istifadə etməyə başlamışlar. Heyvanların qeyri-qanuni ovlanması, istifadəsi və elmin, texnikanın inkişafı bəzi heyvanların azalmasına, digərlərinin növlərinin, nəslinin kəsilməsinə səbəb olmuşdur. Onların qorunması və artırılması zərurəti meydana çıxmışdır.
Bir çox heyvanlar insanların təsərrüfatlarına ziyan vurur, bitki, heyvan və insanlarda xəstəliklər törədir və ya onları yayırlar. Belə heyvanların öyrənilməsi və onlara qarşı mübarizə aparılması lazım gəlir. İnsanlar zərərverici heyvanlarla mübarizə aparır, faydalılara qulluq edir, nəsli kəsilmək qorxusu olanları artırır və ümumiyyətlə, bu barədə maarifləndirmə işləri aparırlar.
Heyvanlar və bitkilər canlı orqanizmlər olduğundan bir çox oxşar və fərqli cəhətlərə malikdirlər.
Heyvanlar aləmini hazırda iki yarımaləmə bölürlər: Birhüceyrəli heyvanlar, Çoxhüceyrəli heyvanlar. Birhüceyrəli heyvanlarda bütün həyat prosesləri: qidalanma, ifrazat, tənəffüs, qıcıqlanma, çoxalma, hərəkət, mühitə uyğunlaşma və s. bir hüceyrə daxilində gedir. Onlar qeyri-cinsi və cinsi yolla çoxalırlar. Əksəriyyəti sista əmələ gətirir. Əsasən suda, torpaqda, bitki, heyvan və insan orqanizmində yaşayırlar.
İbtidailərdən başqa bütün heyvanlar çoxhüceyrəlidirlər. Bədənləri çox müxtəlif quruluşlu və formalı hüceyrələrdən təşkil olunmuşdur. Belə hüceyrələr orqanizmdən kənarda yaşaya bilmirlər. Onların həyatı orqanizmi təşkil edən digər hüceyrələrlə sıx qarşılıqlı əlaqədədir. Bədən hüceyrələri müəyyən funksiyaların yerinə yetirilməsi üçün differensiasiya etmiş və toxumalarda birləşmişlər. Toxumalar isə orqanları əmələ gətirmişlər. Onların hamısı cinsi yolla çoxalırlar. Cinsi hüceyrələr meyoz bölünmə sayəsində əmələ gəlir. Qeyri-cinsi çoxalma və toxumaların inkişaf etməsi sadə quruluşlu çoxhüceyrəlilərdə saxlanmışdır. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Heyvanları hazırda 24 tipə ayırırlar.
Hər tip bir və ya bir neçə sinfə, siniflər dəstələrə, onlar fəsilələrə, cinslərə, onlar da növlərə ayrılır.

Mənbə: Biоlоgiyanın inkişaf tariхi və mеtоdоlоgiyası
Müəlliflər: H.M. HACIYЕVA, Ə.M. MƏHƏRRƏMОV, Q.K. İSMAYILОV, İ.V. QAFARОVA

Похожие статьи

  • Azərbaycan heyvanlar aləmi 1 ci cild

    Heyvanlar aləmi HEYVANLAR ALƏMİ Azərbaycan heyvanlar aləmi 1 ci cild Azərbaycan Respublikası ərazisinin təbii şəraiti müxtəlif olduğundan, onun heyvanlar…

  • Azərbaycan xalçası kitabı

    Azərbaycan xalçası kitabı Təqdim olunan kitabda toplanan xalçalar, əsasən XIX-XX əsrləri əhatə edir. 1948-53-cü il deportasiyası nəticəsində minlərlə…

  • Azərbaycan uşaq ədəbiyyatı

    Azərbaycan uşaq ədəbiyyatı Klassik Azərbaycan ədəbiyyatımızda da uşaq ədəbiyyatı nümunəsi kimi səciyyələndirə biləcəyimiz bədii nümunələr çoxdur. Qədim…

  • Azərbaycan multikulturalizmi

    Azərbaycan multikulturalizmi Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan…

  • Azərbaycan enerji siyasəti

    Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyindəki rolu – TƏHLİL “QARADAĞ GÜNƏŞ ELEKTRİK STANSİYASININ TƏMƏLİNİN QOYULMASI ÇOX ÖNƏMLİ…

Comments are closed, but trackbacks and pingbacks are open.