Press "Enter" to skip to content

Xanlıqlar (cədvəl)

Əziz istifadəçilər ! Tarix.info saytı sizi tarixin maraqlı dünyasına səyahətə aparacaqdır. Bu saytda siz Azərbaycan tarixinin şanlı səhifələrini izləyəcəksiniz. Dünya tarixinin şəxsiyyətləri, üsyanları, dövlətləri və s. haqqında geniş məlumat toplayacasınız. Saytda müəllimlər, şagirdlər və tarixlə maraqlanan hər kəs üçün əlavə məlumatlar toplanılıb. Testlər, yeni dərs modelləri, təqdimatlar, əyləncəli oyunlar, video-audio dərslər və s. Bildiyiniz kimi tarix fənni müxtəlif mənbələr əsasında öyrənilir. Odur ki, verilən xəbərlərdə mübahisə doğuracaq məqamlara rast gələ bilərsiniz. Bunu isə verilmiş xəbərin müəllifi ilə məsləhətləşmək lazımdır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır. Tarixi gözünlər gör.

Azərbaycan tarixi (mühazirələr)

Bu mühazirələr toplusunda Azərbaycanərazisində ibtidai icma quruluşu, Azərbaycanərazisində qədim dövlətlər, Azərbaycan III – IX əsrlərdə, Azərbaycan ərəb xilafəti sistemində, Azərbaycan IX-XIII Əsrin Əvvəllərində, Azərbaycan XIII – XIV əsrlərdə Monqol işğalları, Azərbaycan Səfəvi dövləti XVI əsrdə, Azərbaycan XVI yüzilliyin sonu XVIIyüzillikdə, Azərbaycan Xanlıqlar Dövründə, XVIII Əsr Azərbaycan-Rusiya Münasibətləri, Şimali Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsi, Şimali Azərbaycan XX Əsrin Əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti (may 1918 – aprel1920-ci illər), Sovet Azərbaycanı1920-1941-ci illərdə, Şimali Azərbaycanda XIX Əsrin ikinci Yarısında Kapitalist Münasibətlərinin inkışafı, Cənubi Azərbaycan XIX- ХХ əsrlərdə, Sovet Azərbaycanı İkinci Dünya Müharibəsi və ondan sonrakı illərdə, Müstəqil AzərbaycanRespublikası mövzularına dair geniş mühazirə mətnləti toplanmışdır. Mühazirələr toplusun 547 səhifədən ibarətdir.

Yükləməyə Keç [722,49 Kb] [ : 582] –>

Xanlıqlar (cədvəl)

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.

« Mart 2023 »
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Populyar xəbərlər

Qədim Yunanıstan haqqında interaktiv oyunlar

9-04-2020, 18:42

5-cilər üçün daha bir MİLYONÇU

7-04-2020, 18:18

DUEL (Online oyun)

6-01-2020, 21:51

6-cı siniflər üçün Milyonçu

23-11-2019, 22:20

7-ci siniflər üçün “Milyonçu”

21-11-2019, 18:51

6-cı siniflər üçün Milyonçu

6-11-2019, 09:16

5-ci lər üçün Milyonçu

24-10-2019, 21:18

8-ci siniflər üçün “Milyonçu”

21-10-2019, 22:16

5-cilər üçün yeni “Milyonçu”

27-02-2018, 22:13

İbtidai cəmiyyət (interaktiv oyun)

9-11-2017, 22:35

Xronologiya (Online-oyun)

3-11-2017, 23:59

Prometanda interaktiv tapşırıqlar

5-08-2017, 20:41

İnteraktiv tapşırıqlar

9-07-2017, 21:03

Milyonçu (6-cı sinif)

15-03-2017, 20:02

İnteraktiv oyun (6-cı sinif)

30-10-2016, 21:57

Qədim Azərbaycan (İnt-Oyun)

4-10-2016, 07:13

Sayta daxil ol

Kopspekt.az 0

26 06 2020

Təbliğat və Maarifləndirmə 0

28 05 2020

AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARADILMASI TARİXİNDƏN 0

28 05 2020

Respublika gününüz qutlu olsun! 0

19 05 2020

ONLİNE dərs (5) 0

14 05 2020

Qədim Roma (Online dərs) 0

11 05 2020

5-cilərlə ONLİNE dərs (İstiqlalımızın bərpası) 0

5-cilərlə ONLİNE dərs (DİRÇƏLİŞ) 0

30 04 2020

6-cı siniflərlə ONLİNE dərs 1

29 04 2020

İKİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ SSRİ 0

27 04 2020

5-cilərlə ONLİNE dərs 0

23 04 2020

Yunan şəhər-dövlətlərinin tənəzzülü” (Video dərs) 0

19 04 2020

Ərəb işğalına qarşı mübarizə (Video dərs) 0

17 04 2020

Xaç yürüşləri (Video dərs) 0

16 04 2020

6-cı siniflər üçün dərs 0

12 04 2020

Пособие для абитуриентов 0

12 04 2020

5-cilər üçün ONLİNE dərs 0

10 04 2020

7-cilər üçün PULSUZ ONLİNE -DƏRS 0

Yazdı → Revan777
Xəbər → Böyük Summativ qiymətləndirmə V sinif Həyat .
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → ivaferJed
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → Dating_Roovareria
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → dadaviame
Xəbər → Prometanda interaktiv tapşırıqlar
Yazdı → maiaa
Xəbər → Prometanda interaktiv tapşırıqlar

Video

5-cilərlə ONLİNE dərs

27-04-2020, 20:30

Yunan şəhər-dövlətlərinin tənəzzülü” (Video dərs)

23-04-2020, 20:20

Ərəb işğalına qarşı mübarizə (Video dərs)

19-04-2020, 21:53

Xaç yürüşləri (Video dərs)

17-04-2020, 17:20

Ağqoyunlu dövləti (Video-dərs)

31-03-2020, 07:41

Azərbaycan Orta və Üst Paleolit dövründə (Video-dərs)

5-08-2019, 12:31

Atropatena video dərs(

17-05-2019, 02:15

Marketinq (Video dərs)

2-05-2019, 20:39

“Azadlıq hərəkatının yeni mərhələsi”

13-04-2019, 19:34

XIX əsrdə Azərbaycanda Milli mətbuat. (Video dərs)

11-04-2019, 21:42

Qədim Şumer

7-02-2019, 19:17

Assur dövləti

4-01-2019, 23:25

Əziz istifadəçilər ! Tarix.info saytı sizi tarixin maraqlı dünyasına səyahətə aparacaqdır. Bu saytda siz Azərbaycan tarixinin şanlı səhifələrini izləyəcəksiniz. Dünya tarixinin şəxsiyyətləri, üsyanları, dövlətləri və s. haqqında geniş məlumat toplayacasınız. Saytda müəllimlər, şagirdlər və tarixlə maraqlanan hər kəs üçün əlavə məlumatlar toplanılıb. Testlər, yeni dərs modelləri, təqdimatlar, əyləncəli oyunlar, video-audio dərslər və s. Bildiyiniz kimi tarix fənni müxtəlif mənbələr əsasında öyrənilir. Odur ki, verilən xəbərlərdə mübahisə doğuracaq məqamlara rast gələ bilərsiniz. Bunu isə verilmiş xəbərin müəllifi ilə məsləhətləşmək lazımdır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır. Tarixi gözünlər gör.

TARIX.INFO TARIXI GÖZÜNLƏ GÖR © 2010-2017

Azərbaycan xanlıqları

Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Ərdəbil, Sərab, Marağa, Maku, şimalında isə Qarabağ, Gəncə, Şamaxı, Bakı, Dərbənd, Quba, Şəki, Lənkəran, İrəvan və Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil sultanlıqları, Car-Baləkən camaatlığı meydana gəldi.
Təbriz xanlığı XVIII əsrin ortalarında Əmiraslan xan tərəfindən yaradılmış, mərkəzi Təbriz şəhəri olmuşdur. Xanlıq inzibati cəhətdən Təbriz, Güney və Mərənd vilayətlərinə bölünürdü.
Urmiya xanlığının əsası XVIII əsrin ortalarında Fətəli xan Əfşar tərəfindən qoyulmuşdur. Xanlığın mərkəzi əvvəlcə Urmiya, Təbriz xanlığını ələ keçirdikdən sonra Təbriz şəhəri olmuşdur.
Xoy xanlığı.XVIII əsrin ortalarında yaranmışdır. Xanlıq Dünbülü Əhməd xan tərəfindən idarə olunurdu.
Qaradağ xanlığı.XVIII əsrin I rübündə Kazım xan tərəfindən yaradılmış, mərkəzi Əhər şəhəri olmuşdur. Mərkəzi hakimiyyətə tabe olmadığına görə Kazım xanın gözlərini Nadir şah çıxartdırmışdır. Nadir şahın ölümündən sonra Kazım xanın hakimiyyəti bərpa olunmuş, 1791-ci ildə xanlıq Ağaməhəmməd şah Qacara tabe olmuşdur.
Ərdəbil xanlığı. Xanlığın əsasını XVIII əsrin ortalarında Bəbir xan qoymuşdur. Mərkəzi Ərdəbil şəhəri idi. Nəzir xanın dövründə isə xanlıq qacarlardan asılı vəziyyətə düşmüşdür.
Şəki xanlığı.1743-cü ildə Hacı Çələbi xan tərəfindən əsası qoyulmuşdur. Mərkəzi Şəki şəhəri idi. Hacı Çələbi xan Qəbələ, Ərəş sultanlıqlarını, Qazax və Borçalını ələ keçirdi. Hacı Çələbi xandan sonra onun oğlu Ağakişi bəy (1755), sonra isə Qubalı Fətəli xanın müdaxiləsi ilə nəvəsi Hüseyn xan hakimiyyətə yiyələndilər. 1795-ci ildə hakimiyyətə Səlim xan gəldi.
Şamaxı xanlığı. Şamaxı xanlığında ikihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.
Quba xanlığı. Quba xanlığının banisi Hüseynəli xan 1726-cı ildə bu vəzifəyə Rusiya tərəfindən təyin edilmişdir. Xanlığın iqamətgahı əvvəl Xudat qalası, 1735-ci ildən isə Quba şəhərinə köçürüldü.
1758-ci ildə Fətəli xan hakimiyyətə gəldi. Onun məqsədi Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirmək idi. Fətəli xan bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verməklə 1767-ci ildə Bakı xanlığını Quba xanlığına birləşdirdi. Sonra isə o, Şəki, Şamaxı, Muğan xanlıqlarını da Quba xanlığına birləşdirdi. Lakin 1789-cu ildə ölümündən sonra oğlanları xanlığın qüdrətini qoruyub saxlaya bilmədilər. Şəki, Şamaxı, Bakı xanlıqları, Ərdəbil və Meşkin şəhərləri Quba xanlığının tabeliyindən çıxdı.
Qarabağ xanlığı. XVIII əsrin ortalarında yaranmış, əsası Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlıq əsasən Arazla Kür çayı ərazisində yerləşmiş, mərkəzi Şuşa şəhəri olmuşdur. Pənahəli xandan sonra hakimiyyət İbrahimxəlil xana məxsus olmuşdur.
İrəvan xanlığı Xanlığın əsasını XVIII əsrin ortalarında Mirmehdi xan qoymuşdur. Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları təşkil edirdi. Xanlıq 15 mahala bölünmüşdür. Əhalinin hamısını Azərbaycan türkləri təşkil edirdi. Xanlığın mərkəzi İrəvan şəhəri idi. Mirmehdi xandan sonra hakimiyyətə Hüseyinəli xan gəlmişdir. 1795-ci ildə Ağaməhəmməd Xan Qacar İrəvan xanlığına hücum etmiş, həmin dövrdə İrəvan xanı Məhəmməd xanı hakimiyyətdən uzaqlaşdırmışdır. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın ölümündən sonra Məhəmməd xan hakimiyyətini bərpa etmişdir.
Naxçıvan xanlığı. XVIII əsrdə yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı idi. Xanlığın əsasını Heydərqulu xan qoymuşdur. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın II yürüşü nəticəsində Naxçıvan xanı Kəlbəli xan həbs olundu.
Lənkəran xanlığı. XVIII əsrin ortalarında yaranmış, mərkəzi əvvəlcə Astara, sonra isə Lənkəran şəhəri olmuşdur. Lənkəran xanı Cəmaləddin Mirzə bəy (Qara xan ləqəbli) Lənkəranda iqtisadi və siyasi xarakterli bir sıra tədbirlər görmüşdür.
Mirmustafa xanın dövründə isə Lənkəran xanlığı Qacarın hücumuna məruz qaldı və əhalinin bir qismi Sarı adasına köçürüldü.
Bakı xanlığı. Bakı xanlığının əsası XVIII əsrin 40-cı illərində qoyulmuşdur. 39 kəndi olan xanlığın mərkəzi Bakı şəhəri idi. Xanlıq 1867-ci ildə Quba xanlığından asılı vəziyyətə düşmüş, Quba xanı Fətəli xan öldükdən sonra yenidən müstəqil olmuşdur.
Gəncə xanlığı. Gəncə xanlığının əsası XVIII əsrin ortalarında Qacar tayfasından olan II Şahverdi xan Ziyadoğlu tərəfindən qoyulmuşdur. 1786-ci ildə hakimiyyətə Cavad xan gəlmişdir.

Azərbaycanın şimal-qərb camaatlığı, sultanlıqlar və məlikliklər

  • Car-Baləkən camaatlığı.Bu camaatlıq Car, Baləkən, Katex, Tala, Muxak və Cəlik adlı azad cəmiyyətləri özündə birləşdirirdi. Cəmiyyətlərin əhalisinin xeyli hissəsi türk soylu avarlar idilər.
  • Qazax və Şəmşəddil sultanlıqları.Bu sultanlıqlar vaxtilə Səfəvilər dövlətinin Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlıq Şəmşəddil tayfası tərəfindən idarə edilirdi.
  • Ərəş sultanlığı. Sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.
  • İlisu sultanlığı. İlisu sultanlığı XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII-XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.