Press "Enter" to skip to content

Srin müqaviləsi

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP – 30,37%; AzACG (SOCAR) – 25%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Statoil” – 7,27%, “ExxonMobil” – 6,79%, TP – 5,73%, “Itochu” – 3,65%, “ONGC Videsh Limited” (OVL) – 2,31%.

Azərbaycan tarixi esrin muqavilesi

“Sentyabrın 20-si Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramıdır. Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. Bu baxımdan 20 sentyabr tarixinin ulu öndər Heydər Əliyevin Fərmanı ilə Neftçilər Günü kimi təsis olunması səbəbsiz deyil. Tam əminliklə demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının 28 ildə müasir müstəqil Azərbaycana qazandırdığı uğurları bir yazıda əhatə etmək qeyri-mümkündür. Ümummilli Liderin bu gün artıq dillər əzbəri olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur tezisinin tarixi əhəmiyyətinə söykənərək deyə bilərik ki, bu saziş Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı. Bir sözlə, “Əsrin müqaviləsi” Azərbaycana hansı uğurları qazandırdı» sualının ümumi cavabı bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizdir.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan bütün dünyada “Neft diyarı”, “Odlar yurdu” kimi tanınıb: “1848-ci ildə ilk dəfə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur. XX əsrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş, respublikamızda güclü istehsal bazaları və elmi mərkəzlər yaradılmışdır. Azərbaycan İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verməklə cəbhəni yanacaqla təmin edərək alman faşizminin məğlubiyyətə uğradılmasında müstəsna rol oynamışdır. Keçmiş İttifaqın hər yerində yeni neft yataqlarının aşkara çıxarılmasında Azərbaycan neftçilərinin, qüdrətli elmi-texniki potensialımızın mühüm yeri vardır.”

Baş redaktor onu da əlavə edib ki, ölkəmizin ən böyük nailiyyətlərindən biri 1949-cu ildə Neft Daşlarında dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neftin hasil olunmasıdır: “Məhz həmin dövrlərdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi uğurla inkişaf etdirildi, geniş infrastruktur yaradıldı.”

“Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın neft-qaz sənayesində yeni bir mərhələnin əsası qoyuldu” söyləyən Vüqar Rəhimzadə diqqəti bu mühüm məqama da yönəldib ki, Ümummilli Liderin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin böyük xidmətləri olub. Məhz həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.

Baş redaktor “Əsrin müqaviləsi”nin imzalanmasının 23-cü ildönümündə neft-qaz sahəsində növbəti böyük uğura imza atıldığını da diqqətə çatdırıb: “2017-ci ilin sentyabr ayının 14-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirildi. Tam əminliklə demək olar ki, “Yeni əsrin müqaviləsi” adlandırılan bu kontraktın imzalanması ötən müddət ərzində Azərbaycanın artan nüfuzunun təqdimatıdır. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin 2018-ci ilin mayında rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissəsi olan TANAP istifadəyə verildi. 2020-ci ilin dekabr ayının sonunda isə Cənub Qaz Dəhlizinin daha bir seqmenti TAP istifadəyə verildi. Bununla da Azərbaycanın çoxtərəfli əməkdaşlığının başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin icrası başa çatdı. BTC və BTƏ neft-qaz layihələrinin davamı olaraq gerçəkləşən Cənub Qaz Dəhlizi Azərbaycanın enerji sektorunda qazandığı uğurların davamlılığından xəbər verir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir, dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Azərbaycan, eyni zamanda, regional inkişafın aparıcı qüvvəsi kimi, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinin təminatında fəal rol oynayır. Bu fikir böyük inamla qeyd edilir ki, hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa qlobal iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycan bütövlükdə Cənubi Qafqaz iqtisadiyyatının 85 faizinə sahibdir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollara yaxındır ki, onların da böyük həcmini neft-qaz sektoruna qoyulan sərmayələr təşkil edir.”

Vüqar Rəhimzadə qeyd edib ki, ümumilikdə “Əsrin müqaviləsi” Azərbaycanın dünəninə baxış fonunda gələcəyinin təqdimatıdır: “Bu baxımdan ki, ölkəmiz daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycana artan maraq uğurlarımızın xronologiyasında özünün aydın ifadəsini tapır. Ölkəmizdə sabitliyin, əlverişli biznes mühitinin yaradılması nəticəsində Azərbaycan yeni tərəfdaşlar, dostlar qazandı. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz mühüm hadisələrdən biri Azərbaycanın bu ilin iyun ayında enerji tərəfdaşlarını Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada bir araya gətirməsi oldu. Bakı Enerji Həftəsi çərçivəsində yekun tədbirin Şuşada keçirilməsi və bu məkanda tərəfdaşlar arasında hazırkı dövrdə enerji siyasətimizin əsas tərkib hissəsi olan bərpa olunan enerji mənbələrinə sərmayələrin yatırılması ilə bağlı sənədlərin imzalanması da “Əsrin müqaviləsi”nin ölkəmizə bəxş etdiyi uğurlar sırasındadır.”

Baş redaktor onu da xüsusi vurğulayıb ki, neft strategiyasının uğurlu icrasında SOCAR-ın öz payı, rolu vardır: “Bu gün transmilli şirkət statusu qazanmış SOCAR biri-birindən əhəmiyyətli investisiya layihələri həyata keçirməklə imkanlarını daha da artırır. Dövlət başçısı İlham Əliyev SOCAR-ın qarşısında modern, böyük nüfuza malik beynəlxalq şirkətlərlə eyni sırada olmağı mühüm vəzifə kimi qoymuşdu. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, SOCAR ona göstərilən bu etimadı doğruldub. Şirkətdə idarəçilik sisteminin təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi istiqamətində aparılan islahatlar mühüm uğurlara yol açır. Azərbaycan neftçilərimizin əməyi daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə Neftçilər Gününün təsis edilməsi, hər il bu tarixdə onlarla neftçinin fəxri adlarla təltif olunması və sair kimi mühüm addımlar da bunun təsdiqidir. Dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” Sərəncamı çoxminli neftçilər ailəsi tərəfindən böyük rəğbətlə qarşılanır və onların məsuliyyət hissini daha da artırır. Prezident İlham Əliyev 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində Azərbaycan neftçilərinin bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazandığını önə çəkərək bildirmişdir ki, Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir: “Bütün bu uğurlarımızın əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, böyük payı var. Ona görə, mən Dövlət Neft Şirkətində doqquz il çalışmış bir insan kimi, özümü də müəyyən dərəcədə neftçi hesab edirəm.”

2003-cü ildən qarşıya qoyulan əsas hədəfin iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını xatırladan Vüqar Rəhimzadə bildirib ki, bu məqsədimiz də uğurlu neft siyasətimizin məntiqi nəticəsidir: “Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan uğurlar beynəlxalq səviyyədə də təqdir olunur. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyini qoruyur. Ölkəmiz ən islahatçı ölkələr sırasında qərarlaşır. Hazırda paytaxt Bakımızla yanaşı, bütün bölgələrimizin siması tamamilə dəyişib. Regional inkişaf proqramlarının icrası nəticəsində hər bir bölgə, kənd və qəsəbə yenidən qurulur, insanların rahat yaşayışı üçün bütün zəruri addımlar atılır. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsi üçün 1999-cu ildə yaradılan Dövlət Neft Fondu da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Fond şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir və onun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkəmizin hərtərəfli inkişafını şərtləndirir. Bir sözlə, Azərbaycan iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması hər bir çətinliyin öhdəsindən yüksək səviyyədə gəlməsinə stimul verir.”

“Artıq iki ilə yaxındır ki, ölkəmizin həyatında yeni dövr başlayıb” söyləyən baş redaktor bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 19 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir: “Əsrin müqaviləsi” tarixi Zəfərimizdə əhəmiyyətli rol oynayan amillər sırasında xüsusi yer alan iqtisadi və siyasi müstəqilliyimizin daha da möhkəmlənməsində mühüm rol oynadı. Ölkəmizin bütün sahələrdə zəngin təcrübəyə, davamlı uğurlara malik olmasında iqtisadi qüdrəti əhəmiyyətli rol oynayır ki, bunun da əsası «Əsrin müqaviləsi» ilə qoyulub. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələri uğurla icra edilir. Yeni avtomobil, dəmir və hava yolları çəkilir. Bu yollar bizi azad Qarabağa, azad Şərqi Zəngəzura aparır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfərləri bərpa və quruculuq işlərinin təqdimatı kimi dəyərləndirilir. Görülən bütün işlər Azərbaycanın daxili imkanları hesabına başa gəlir. Müharibədən yenicə çıxan ölkə üçün bərpa-quruculuq işlərinə qısa zamanda start vermək təbii ki, çətindir. Amma Azərbaycanın iqtisadi və maliyyə imkanları bu işlərə qısa zamanda başlamağa stimul verdi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcək. Azərbaycanın enerji diplomatiyasının uğurlarını bu gün tarixi Zəfərimizin yaratdığı reallıqları ardıcıl şəkildə həyata keçirməyimizdə görür və bundan böyük qürur hissi keçiririk.”

Əsrin müqaviləsi

“Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin Müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi.
“Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında imzalanmışdır. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açdı.
“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar.
1994-cü ilin dekabrında “Əsrin müqaviləsi” Azərbaycan parlamentində təsdiq edildi. Azərbaycan Respublikasının Prezidenti müvafiq fərman imzaladıqdan sonra bu müqavilə Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə mindi. 1995-ci ildə layihəyə əsasən 100 milyona qədər, 1996-cı ildə isə 600 milyon dollar vəsait qoyuldu. İndiyə kimi bu layihəyə 2,5 milyard dollar sərmayə qoyulmuşdur. Beləliklə, “Əsrin müqaviləsi”ni uğurla bağlayan Azərbaycan dövləti bir çox Qərb dövlətlərinin, ilk növbədə isə ABŞ-ın Azərbaycanda iqtisadi maraqlarını yaratmaqla onların diqqətini öz problemlərinə cəlb edə bildi. Qərb dövlətləri içərisində ən mühüm pay “Əsrin müqaviləsində” ABŞ şirkətlərinə ayrılmışdır. ABŞ-ın “Yunokal”, “Amoko”, “Mak Dermott”, “Ekson” kimi 5 şirkətinə üst-üstə 50% investisiya payı ayrılmışdır ki, bu da təqribən 5 mlrd. ABŞ dollarına bərabər idi.
“Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəlmişdir. İlkin neftin hasil olunması Azərbaycanı dünyanın neft ixrac edən ölkəsinə çevirdi.
Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərinin istifadəyə verilməsinə baxmayaraq, bu kəmərlər Azərbaycanın getdikcə artan neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyasını ən aktual məsələ olaraq gündəmə gətirdi. Bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli bir layihə olduğu sübut olundu və “üç dənizin əfsanəsi” reallığa çevrildi.
Bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Müqavilənin imzalanması ilə xalqın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi və eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi.
Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.
Artıq bu gün Azərbaycan regionun lider dövlətidir və iqtisadiyyatının inkişafında neft amilinin böyük rolu var. Artıq neftdən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da ölkə iqtisadiyyatının bütünlüklə çiçəklənməsi deməkdir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri
“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində hasil olunan neft dünya bazarlarına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri vasitəsilə ixrac olunur. Bakıdan Türkiyənin Ceyhan limanına çəkilən və uzunluğu 1770 km-ə qədər olan bu kəmər Xəzər dənizindən Aralıq dənizinə qədər 3000 metr hündürlüyündə dağlardan, 1500 çay keçidindən və 7 seysmik zonadan keçir. Neftin nəql surəti saniyədə 2 metrdir. Bu kəmərin çəkilməsi iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı, region üçün həm də strateji əhəmiyyət kəsb edir. Kəmərin tikintisi 2005-ci ildə başa çatdı və 2006-cı ilin may ayının 28-də kəmərə vurulmuş ilk neft Ceyhan limanına çıxarıldı. İyulun 4-də BTC kəməri ilə Səngəçal terminalından Ceyhana qədər 1768 km məsafə qət etmiş Azərbaycan nefti ilə yüklənmiş ilk tanker Aralıq dənizinin Türkiyə sahilindən yola salınmışdır. Kəmərin təntənəli açılış mərasimi iyulun 13-də Türkiyənin Ceyhan limanında və İstanbul şəhərində, 98 ölkənin yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə keçirildi. Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTC-nin müstəsna əhəmiyyətinin rəmzi olaraq, kəmərin maketinə qızıldan sonluq əlavə etdilər. BTC kəməri iqtisadi cəhətdən çox sərfəli olduğundan bəzi dövlətlər bu kəmər vasitəsi ilə öz neftini nəql etmək niyyətindədirlər. Belə ki, artıq Azərbaycanla Qazaxıstan arasında Qazaxıstan neftinin BTC vasitəsilə nəql olunmasına dair saziş imzalanmışdır.

İqtisadiyyat

Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının
inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin
daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki,
XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

Heydər Əliyev

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”. Onun iştirakçısı olduğu saysız-hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinlik və maneələr də olurdu. “Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”. Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.

“Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 sazişin imzalanması üçün yol açdı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18 (inhirafı-5500 m), A-19 (inhirafı-6300m-dən artıq) və s. istismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı.

1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur və xalqa fayda verir. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edilmişdir və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunmuşdur. Kəmərin illik nəqletmə gücü 6,1 milyon tondur.

Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınmışdır. Kəmərin illik nəqletmə gücü 5,1 milyon tondur.

1997-ci ildə respublikada neft hasilatı 9 milyon ton idisə, 2009-cu ildə ən yüksək səviyyəyə çataraq 50 milyon tonu keçmişdir.

Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə “Dədə Qorqud” (keçmiş “Kaspmorneft”) yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilmişdir və 50-475 m dəniz dərinliyində 7620 m dərinliyinə qədər quyu qazmaq imkanına malikdir. Digər qurğu “İstiqlal” (keçmiş “Şelf-5”) yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilərək, 50-700 m dəniz dərinliyində 7620 m dərinliyə qədər quyu qazmaq mümkün olmuşdur. Modernizə olunmuş qazma qurğularının köməyi ilə “Azəri-Çıraq-Günəşli” yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların səhəsində sonradan neft ehtiyatları 30%-dən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış “Kaspian Drillinq Kompani” müştərək müəssisənin tərkibində “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlarında öz işlərini uğurla davam etdirirlər. Xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş, Heydər Əliyev adına “Lider” qurğusunun köməyi ilə də texnika-texnologiya sahəsində böyük irəliləyişlər əldə edilmişdir.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır.

2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Öz tarixi əhəmiyyəti baxımından heç də Bakı-Tbilisi-Ceyhan neft kəmərindən geridə qalmayan hadisə – Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və “Şahdəniz” yatağından qazın hasilatına başlanması oldu. Məhz bu layihənin məntiqi nəticəsidir ki, Azərbaycan bu gün nəinki neft ixrac edən, eyni zamanda qaz ixrac edən ölkəyə çevrilmişdir.

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, 2007-ci ilin əvvəlində isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsi respublikamızın dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.

2010-cu ildə Çıraq Neft Layihəsinə sanksiya verilməsinə dair qətnamə imzalanmışdır. “Çıraq” neft layihəsi üzrə 6 milyard dollar dəyərində işlənmə planına başlanılması ilə yeni, eyni zamanda böyük investisiya layihəsinin ölkəmizin neft tarixinə daxil olmasına yol açıldı. “Qərbi Çıraq” adlanan bu layihə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda neft hasilatını sabitləşdirməyə və layların neft verimini maksimuma çatdırmağa yardım edəcəkdir. Platformanın layihə gücü gündəlik 25 min ton neft və 6,5 milyon kubmetr qaz təşkil edir.

2014-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçal terminalında “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyulmuşdur.

Hazırda Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə genişmiqyasli işlər həyata keçirilir.

Çətin siyasi və iqtisadi şəraitdə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoyub.

2017-ci ilin sentyabrında “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı. Yenilənmiş sazişlə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı.

1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi, lakin ehtiyatlar proqnozları üstələdi. “Hazırda “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş 500 milyon ton neft mövcuddur.

Yeni sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər ARDNF-yə 3,6 mlrd. dollar bonus ödəyəcəklər.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP – 30,37%; AzACG (SOCAR) – 25%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Statoil” – 7,27%, “ExxonMobil” – 6,79%, TP – 5,73%, “Itochu” – 3,65%, “ONGC Videsh Limited” (OVL) – 2,31%.

Müqavilənin yeni şərtləri təkcə 1994-cü ildən bəri ölkəmizin və şirkətimizin artan maliyyə və texnoloji potensialını əks etdirmir, həm də xarici tərəfdaşların Azərbaycan iqtisadiyyatına inamını nümayiş etdirir, tərəfdaşlığımızı yeni səviyyəyə qaldırır.

2017-ci ilin noyabrında Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib. Bütövlükdə çıxarılmış 2 milyard ton neftin təxminən 700 milyon tonu müstəqillik dövründə hasil edilmişdir.

Похожие статьи

  • Azərbaycan tarixi 7 cilddə 1-ci cild

    AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların…

  • Azərbaycan tarixi formatda

    Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…

  • Azərbaycan tarixi derslik

    Dərslik Azərbaycan tarixi 1922-27-ci illər Azərbaycanda əsasən, xalq təsərrüfatının bərpası, yerlərdə kənd sovetlərinin yaradılması və sosializm…

  • Azərbaycan tarixi və coğrafiyası

    Azərbaycan tarixi və coğrafiyası Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. Bellinshauzen və M. Lazarev tərəfindən kəşf edilmişdir….

  • Azərbaycan tarixi 1 cild

    Azərbaycan Tarixi (Yeddi cilddə) Tarix üzrə elmlər doktoru Ədalət Qasımovun «Heydər Əliyevin tərəqqi strategiyası və Naxçıvan Muxtar Respublikası (XX…

Comments are closed, but trackbacks and pingbacks are open.