Press "Enter" to skip to content

5 May Xalçaçı günü dür – Milli sərvətimiz olan xalçaçılıq sənəti muxtar respublikada yaşadılır

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Azərbaycanda balıqçılığın inkişafı üçün dövlət proqramı hazırlanır

Azərbaycanda balıqçılığın inkişafı üçün dövlət proqramı hazırlanır Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanda və Xəzəryanı digər ölkələrdə akvakulturanı inkişaf etdirmək və əhalinin yeni fəaliyyət növü olan marikulturaya cəlb etmək lazımdır. Bu da Xəzər dənizində bioloji resursların tükənmə təhlükəsinin, brakonyerliyin qarşısını ala, həmçinin qanunsuz balıq ovunun azalmasına və dənizin ekoloji vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər.

2 Noyabr , 2018 15:32
https://static.report.az/photo/4accde2f-f977-4f27-ba86-6defa6771920.jpg
Report / Elchin

Bakı. 2 noyabr. REPORT.AZ/ “Azərbaycanda və Xəzəryanı digər ölkələrdə akvakulturanı inkişaf etdirmək və əhalinin yeni fəaliyyət növü olan marikulturaya cəlb etmək lazımdır. Bu da Xəzər dənizi ndə bioloji resursların tükənmə təhlükəsinin, brakonyerliyin qarşısını ala, həmçinin qanunsuz balıq ovunun azalmasına və dənizin ekoloji vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər”. “Report” xəbər verir ki, bu fikirləri mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov bildirib. Onun sözlərinə görə, Azərbaycanda hələlik balıq məhsullarının yetişdirilməsi və bazara çıxarılması kortəbii xarakter daşıyır: “Amma bundan çıxış yolları mövcuddur. Artıq Nazirlik tərəfindən bu sahədə tədbirlərə başlanılıb. Yəni təbii su hövzələrində daha səmərəli olan müasir fermaların yaradılması və akvakulturanın inkişafı hesabına balıq növlərinin artırılmasına çalışılır. Hazırda bu sahənin inkişafı üçün dövlət proqramı hazırlanır. Bu da Azərbaycanın balıqçılıq və akvakultura sektorunun inkişafına təkan verilməsi üçün imkan yaradacaq”. Mütəxəssis deyib ki, Azərbaycanda şirin su və kənd təsərrüfatı istehsalı üçün torpaq ehtiyatlarının məhdud olduğunu nəzərə alaraq, balıqyetişdirmə fəaliyyətinin genişləndirilməsi daha çox Xəzər dənizində marikulturanın gələcək inkişafı ilə bağlı olacaq: “Əhalinin balığa olan tələbatının təmin edilməsi proqramı çərçivəsində Xəzər dənizinin Azərbaycana aid sularında marikulturanın inkişaf etdirilməsi məqsədilə qəfəs tipli balıq təsərrüfatlarının yaradılmasına geniş imkanlar var. Marikulturanın inkişafı üçün Xəzər dənizinin sahilyanı rayonlarında xarici ölkələrin biotexnologiya təcrübələrindən istifadə etməklə yüksək məhsuldarlı balıqçılıq təsərrüfatları yaradıla bilər. Balıqçılıq və akvakultura sektorunun inkişafı üçün beynəlxalq standartlara, qabaqcıl təcrübəyə və sazişlərə uyğunluq təmin edilməlidir”. M.Axundov vurğulayıb ki, akvakultura və marikultura sahəsinin davamlı inkişafı Azərbaycanın kənd ərazilərində yeni iş yerlərinin və alternativ gəlir mənbələrinin yaranmasına səbəb olar, ölkə əhalisinin sosial vəziyyətinə və sağlamlığına, ərzaq təhlükəsizliyi məsələlərinin həllinə müsbət təsir göstərə bilər: “Araşdırmalara əsasən, deyə bilərik ki, yaxın zamanlarda əhalinin balıq ovçuluğundan akvakultura və marikultura fəaliyyətinə yönəldilməsi əvvəlcə sənaye balıq ovu ilə məşğul olan balıqçıların gəlirlərinin artmasına səbəb olacaq və həmçinin ölkəmizdə balıq məhsullarına olan daxili tələbat tam ödənəcək. Hətta hesablamalara görə, məhsuldarlıq o qədər artıq olacaq ki, qarşıdakı illərdə yetişdirilən balıq məhsullarını xaricə ixrac etmək mümkün olacaq. Bizim əsas prioritetlərimiz və məqsədimiz budur”.

Link kopyalandı
Aynur Osmanqızı
https://static.report.az/photo/37bf4708-5e8c-345e-999a-1a80e81739bd_50.jpg
İngilis versiyası Azerbaijan prepares state program on development of fishing
Rus versiyası В Азербайджане готовится госпрограмма для развития рыболовства

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

5 May “Xalçaçı günü”dür – Milli sərvətimiz olan xalçaçılıq sənəti muxtar respublikada yaşadılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.

Azərbaycanda toxuculuğun tarixi 5-7 min il bundan əvvələ gedib çıxır. Naxçıvanda duz istehsalına başlanması, duzun tədavülü və daşınmasında torba və xurcunlardan istifadə toxuculuq sənətinin də qədim tarixindən xəbər verir. Toxuculuğun inkişafı isə xalçaçılıq sənətinin yaranması üçün geniş imkanlar açmışdır. Herodot, Klavdi Elian, Ksenofont və digər qədim dünya tarixçilərinin əsərlərində, “Kitabi-Dədə Qorqud” dastanında, Nizami Gəncəvinin yaradıcılığında Azərbaycan xalçaları haqqında məlumatlar verilmiş, bu dəyərli mədəni irsimiz tərənnüm olunmuşdur. Görkəmli Azərbaycan və dünya rəssamlarının tablolarında da təsvir olunan xalçalarımız bu gün dünyanın məşhur muzeylərinin ən dəyərli eksponatlarındandır.

“Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”, –deyən ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq milli dəyərlərimizin və tarixi-mədəni irsimizin qorunub yaşadılması qayğısına qalmış, bu sahədə məqsədyönlü tədbirlər görülmüşdür. Xalq tətbiqi sənətimiz də o dövrdə yeni inkişaf mərhələsinə qədəm qoymuş, xüsusilə xalçaçılıq sənətinin inkişafına diqqət artırılmışdır. Xalqımızın həyat şəraiti və məişəti ilə sıx bağlı olan xalçaçılıq sənəti ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində müstəqillik illərində daha da inkişaf etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qədim el sənəti olan xalçaçılığın inkişafına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, Azərbaycan xalçaları YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması da bu sənətə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Bu gün ölkəmizdə xalçaçılıq sənətinin tarixi-mədəni dəyəri ilə yanaşı, onun iqtisadi əhəmiyyəti də yüksək qiymətləndirilir, şəhər və rayonlarımızda xalça istehsalı emalatxanaları istifadəyə verilir. Bu da yeni iş yerlərinin açılması və xalçaçılıq sənəti ilə bağlı xammal istehsalı sahələrinin inkişafına təkan verir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı da Naxçıvanda xalçaçılıq sənətinin sənaye üsulu ilə inkişafına öz töhfəsini verəcəkdir.

Azərbaycan xalçaçılıq sənəti tarixində Naxçıvan xalçaçılıq məktəbinin də özünəməxsus yeri və rolu vardır. Zəngin koloriti, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxış və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirmişdir. Tarixən Naxçıvanda xalqımızın qədim mədəniyyətini, məşğuliyyətini və həyat tərzini özündə əks etdirən dəyərli xalça nümunələri yaradılmış, bu sənət nəsildən-nəslə ötürülərək yaşadılmışdır. Xüsusilə heyvandarlığın və qoyunçuluğun inkişafı xalçaçılıq sənətinin formalaşmasında mühüm amil olmuşdur. Xalçaçılığın inkişafı isə boyaqxanaların yaranmasını zəruri etmiş, boyaqçılar bu torpaqda bitən gül çiçəklərdən, ağac qabıqlarından istifadə edərək min illərin yadigarı olan və əlvanlığını itirməyən xalçalarımızın təbii rəngini almışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Xalçaçılıq tətbiqi sənətimizin elə bir sahəsidir ki, burada xalqımızın zəngin mənəvi aləmi, eləcə də həyat fəlsəfəsinə xas olan xüsusiyyətlər öz əksini tapmışdır. Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir. Bu ərazidə istehsal edilən iri ölçülü, qalın toxunuşa malik xovlu və xovsuz xalçalardan məişətdə geniş istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir.”

Bu gün də muxtar respublikada xalçaçılıq sənətinin inkişafına xüsusi diqqət yetirilir. Muxtar respublikanın Şərur, Şahbuz, Ordubad və Culfa rayonlarında daha geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi yaşadılır və təbliğ olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvanda xalçaçılıq sənətinin bərpası və öyrənilməsi istiqamətində sistemli iş aparılır. 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılması, 2010-cu ildə yeni bina ilə təmin olunması və internet saytının yaradılması bu sahədə görülən işlərin davamıdır. Muzeydə Naxçıvan xalçaçılıq məktəbinin 3 mindən artıq ən dəyərli nümunələri mühafizə və nümayiş olunmaqla yanaşı, həm də xalça toxunuşu həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalçaçılıq sənətinin qorunmasına və inkişafına hərtərəfli şərait yaratmış, yeni elmi araşdırmaların aparılmasına stimul vermişdir. Bu sahədə görülən işlərin davamı olaraq, nəfis tərtibatlı “Naxçıvan xalçaçıları” kitabı və “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı çap olunmuş, “Naxçıvan xalçaları” sənədli filmi hazırlanmışdır. “Naxcıvan xalçaçıları” kitabında 254 naxçıvanlı toxucu haqqında məlumatlar toplanmışdır. Naxçıvan xalçaçılıq məktəbinin daha dərindən öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bununla da qədim el sənətinin hərtərəfli araşdırılması və təbliği üçün geniş imkanlar açılmışdır. Dövlət Proqramı Naxçıvan xalçaçılıq məktəbinin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.

Muxtar respublikada xalçaçılıq sənətinin yaşadılması, gənc xalça toxuyanların yetişdirilməsi də diqqət mərkəzindədir. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kursları açılmış, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi fəaliyyətə başlamış, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında, eləcə də Sədərək Xalçatoxuma müəssisəsində xalça toxunması təşkil olunmuşdur. Həmçinin 2014-cü ildən etibarən Naxçıvan Muxtar Respublikasında “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” sosial layihəsi həyata keçirilir. Layihənin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və evdar qadınlarla müqavilələr bağlanılmış, onlara hana, ip və digər lazımi avadanlıq və materiallar verilərək evlərdə xalça toxunuşu təşkil edilmişdir. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrə də Naxçıvan xalçaçılıq məktəbinin ənənələri öyrədilir.

Muxtar respublikada xalçaçılıq sənətinin inkişafı sahəsində görülən işlər və yaradılan şərait xalq tətbiqi sənətinin bu növünün daha da zənginləşdirilərək gələcək nəsillərə çatdırılmasına imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Azərbaycanda toxuculuğun inkişafı

Xalçaçılıq özünün adi toxuculuğa əsaslanan inkişafında uzun bir təkamül yolu keçmişdir. Eneolit dövründən məlum olan toxuculuğun mənşəyini Qobustandan tapılan Neolit dövrünə aid bitki xammalından sadə hörmə metodu ilə müxtəlif əşyaların hazırlanması üçün işlədilən alətlər və Kültəpədən, Üzərliktəpədən, Sarıtəpədən, Xanlardan və s. tapılan Eneolit dövrünə aid gil, sümük tağalaqlar, iylər sübut edir.

Tədqiqatçıların fıkrincə, yun xalçalar hələ Tunc dövründə mövcud olmuşdur. Eramızın VII əsrindən başlayaraq Azərbaycan xalçaları tarixi sənət nümunəsi kimi həmişə xatırlanır, onların zərif toxunuşu və nadir gözəlliyi qeyd olunur.

VII əsr alban tarixçisi Musa Kalankatuklu Albaniyada xalça istehsalı və zadəganların məişətində onlardan istiladə edilməsi barədə məlumat verir. VII əsr Çin səyyahı Xuan-Tes-ank Azərbaycanı iri xalça istehsalı mərkəzi adlandırır. Bunu arxeoloji tədqiqatlar da sübut edir. VII əsr katakomba mağaralarından toxuculuq dəzgahının, yun iplərin qalıqları, xalçaçının əmək alətləri, keçə, çürümüş xalı və palaz parçaları tapılımışdır.

VI əsrə aid edilən “Xosrovun baharı adlı xalça bir çox mənbələrdə təsvir olunmuşdur. Həmin xalçadakı süjet sonrakı əsrlərdə inkişaf etdirilmiş və öz davamını “Dörd fəsıl” adlanan çoxsaylı Təbriz xalçalarında tapmışdır. Orta əsr mənbələrində Azərbaycan xalçalarının xüsusiyyətlərindən və tiplərindən də bəhs edilir. IX-X əsr ərəb tarixçisi Təbəri Azərbaycan xalçalarının yüksək keyfiyyəti barədə məlumat verir. X əsrə aid Hüdud-əl-Aləm” adlı mənbədə Azərbaycanın Mərənd Gəncə, Səmkir şəhərlərində yüksək keyfiyyətli yun məmulatlar istehsal olunduğu qeyd edilir. Naxçıvanda, Xoyda, Muğanda, Səlmasda və Ərdəbildə toxunan xalça və palazlar böyük şöhrət qazanmışdı. X əsr ərəb səyyahı Əl-Məsudi yazırdı ki, Mərənddə, Təbrizdə, Ərdəbildə “Məxfur” adlı xalçalar istehsal edilir. Ərəb müəllifı Əl Müqəddəsi (X əsr ) gözəl Qarabağ xalçaları, xüsusən “. misli-bərabəri olmayan” Bərdə xalçaları haqqında məlumat verir. X əsr ərəb müəllifləri Əl-İstəxri Bərdədən Hindistana ixrac edilən qızılı boyaq maddəsi (boyaqotu), Əl Müqəddəsi, Gövhəl isə al-qırmızı boya alınan və hətta Avropaya ixrac edilən “qırmız” adlı xüsusi qurdlar barədə məlumat verirlər.

Xalça yun, pambıq, ipək və başqa materiallardan hazırlanmış iplərdən ibarətdir; ip nə qədər burulubsa, bir o qədər də möhkəmdir. Bizim qədim əcdadlarımız əmək və yaxud ov üçün alətlər hazırlayanda, onları lifli bitkilərdən əldə edilmiş kəndir vasitəsilə bağlayarkən, bu biliklərindən praktikada istifadə etməyi bacarırdılar. Çox illər ərzində onların əməli təcrübələri artdı və aşkar etdilər ki, ipin möhkəmliyi, onun burulma dərəcəsindən asılıdır. Əcdadlarımız özlərini soyuqdan qorumaq üçün əyinlərinə heyvan dərisi geyirdilər. Sonralar onlar dərk etdilər ki, heyvanların yunu qiymətli alternativdir və onlar yunu əyirmək vasitəsilə ip düzəltməyə başladılar. Amma buna baxmayaraq, hörmə və toxuma yalnız çoxlu təcrübə və səhvlərin uzun bir dövründən sonra meydana gəldi. Çox ola bilsin ki, model kimi ilkin olaraq hörümçək toru götürülüb. Bu nümunəyə əsaslanaraq əcdadlarımız qamış və budaqlardan hasarlar, həsirlər, daldalanmaq və qorunmaq üçün örtüklər və başqa əşyalar hörə biliblər. Elə bu metoddan istifadə edərək onlar lifli bitkilərdən balıqçılıq üçün torlar hazırlayıblar. Uzun zaman ərzində müxtəlif hörmə texnikasından istifadə olunub və toxuculuq dəzgahı icad olunub. Tədricən əcdadlarımız əriş və arqacın təyinatını və beləliklə də, toxuculuq üçün vacib olan ilk şərtləri kəşf ediblər.

Tədqiqatçılar XVI-XVII əsrlər Səfəvilər dövrünü Azərbaycan xalça sənətinin yüksək inkişaf mərhələsi hesab edirlər. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin XVI əsrin əvvəllərində Təbrizdə, öz sarayında yaratdığı kitabxana sənət mərkəzinə çevrilmişdi. Buraya şairlər, elm və mədəniyyət xadimləri ilə birlikdə rəssamlar da toplaşmışdılar. Kitabxananın nəzdində bədii emalatxana yaradılmış və burada Sultan Məhəmməd, Sadiq bəy Əfşar, Dust Məhəmməd kimi qüdrətli fırça ustaları fəaliyyət göstərmişlər. Onlar xalça və bədii parçaların çeşnilərini vermiş və bunların əsasında toxunmuş zərif xalçalar və parçalar geniş yayılmışdı.

Azərbaycanda yaradılmış müxtəlif sənət nümunələrindən, o cümlədən Azərbaycan xalçalarından seçmələr 1872-ci ildə Moskvada, 1873-cü ildə Vyanada, 1918-ci ildə Peterburqda Ümumrusiya sərgilərində,1924-cü ildə Parisdə Ümumdünya sərgilərində nümayiş etdirilib. Bununla yanaşı, xalça sənətinin bir sıra nadir sənət nümunələri zaman-zaman dünyanı dolaşıb, ayrı-ayrı ölkələrin muzeylərinin fondlarını zənginləşdirib, şəxsi kolleksiyaların bəzəyinə çevrilib. Bu əşyaların bəziləri ayrı-ayrı şəxslərdən alınıb, bəziləri isə qarət edilərək Azərbaycandan aparılıb.

Azərbaycanda xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Xalçaçılıq sənət və elm sahəsi kimi Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də, incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə öyrədilir. Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. Şərq, o cümlədən, Azərbaycan xalçası və dekorativ – tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist – rəssam, tədqiqatçı-alim kimi tanınan Lətif Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır.

Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini, habelə, Bakıda Azərbaycan Xalçaçılıq və Azərbaycan Tarixi muzeylərini bəzəyir.

Bu gün Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi fəaliyyət göstərir. Bu muzeyin fondlarında müxtəlif növ çeşnidə xalçalar qorunur. Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır. “Azərilmə” MMC-nin yaradılması isə xalçaçılıq sənətinin yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə orijinal memarlığı ilə diqqəti çəkən Xalça Muzeyi binasının tikilməsi bu nadir və gözəl sənət növünə dövlətimizin qayğısından xəbər verir. Azərbaycan mədəniyyətinin yorulmaz təbliğatçısı və böyük hamisi kimi məşhurlaşan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə isə xalçalarımızın milli və dünyəvi dəyəri daha da artmaqdadır.

Məhz bunun nəticəsidir ki, 2010-cu ilin 15-19 noyabr tarixində Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti bu mötəbər qurumun Ümundünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib. Bu, Azərbaycan mədəniyyətinin növbəti uğurudur.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.

Похожие статьи

  • Azərbaycanda turizmin inkişafı

    Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir Turizm qeyri-enerji sektorunun aparıcı sahəsidir və bu iqtisadiyyatın inkişafında mühüm…

  • Azərbaycanda turizimin inkişafı

    Azərbaycanda turizimin inkişafı Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin…

  • Azərbaycanda kənd təsərrüfatının inkişafı

    Kənd təsərrüfatının davamlı inkişafının elmi əsasları Kənd təsərrüfatında rəqəmsal transformasiyalar – süni intellektin tətbiqi. Süni intellekt…

  • Azrbaycanda turizm inkişafı

    Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin…

  • Azərbaycanda turizim

    Azərbaycanda turizim Yanar dağ Azərbaycanda rekreasiya Azərbaycan sizin gözlərinizlə #ExperienceAzerbaijan Hər fotonun öz tarixçəsi var. Siz də…

Comments are closed, but trackbacks and pingbacks are open.