Press "Enter" to skip to content

Prezident İlham Əliyev: Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır

�� ” Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” nın icrasına başlanıldığı 2002-ci ildə ölkəmizdə yaşayış minimumu adambaşına 35 manat idi . Həmin ildə əhalinin 46 ,7 faizi yoxsulluq səviyyəsində yaşayırdı . Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46 ,7 faizdən 29,3 faizə endirildi . Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırıldı və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15 ,8 faiz təşkil etdi . 2013-cu ildə isə yaşayış minimumu 116 manata qaldırımasına baxmayaraq , yoxsulluq həddi 5 ,6 faizə düşdü . 2002-2013-cü illər ərzində yaşayış minimumu 3 ,31 dəfə artdığı halda yoxsulluq həddi 8,3 dəfə azaldı .

Azərbaycanda yoxsulluq

Ana Səhifə Banner Azərbaycanda YOXSULLUQ SƏVİYYƏSİ: “Pandemiyanın mənfi təsirləri bir qədər də güclənəcək” – ŞƏRH

!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Aprel 01, 2021 – 14:05
!Reklam – Yazi

“Əhalinin orta əməkhaqqı səviyyəsi və bütövlükdə ölkədəki əməkhaqqı fondunun göstəriciləri üzrə ciddi geriləmə olmayıb”.

Bu fikirləri pandemiya dövrünün ölkədəki yoxsulluq səviyyəsinə təsirlərini dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib. Professorun sözlərinə görə, əksər ölkələrlə müqayisədə Azərbaycanda yoxsulluq səviyyəsi kritik səviyyədə deyil: “Pandemiya və sərt karantin rejimində tətbiq olunan məhdudiyyətlərin dünya iqtisadiyyatında yaratdığı böhran əlbəttə ki, Azərbaycana da təsirsiz ötüşməyib. Son aylar ərzində bu təsiri daha çox hiss etməkdəyik. Lakin ölkədə “kölgə iqtisadiyyatı” ilə mübarizə fonunda dövlət tərəfindən həyata keçirilən anti-böhran sistem tədbirləri nəticəsində əksər iş yerlərinin açılması dinamikası müşahidə olunub. Bu baxımdan, həm əhalinin orta əməkhaqqı səviyyəsi, həm də bütövlükdə ölkədəki əməkhaqqı fondunun göstəriciləri üzrə ciddi geriləmələrdən söhbət getmir. Bu, eyni zamanda, son illər dövlət tərəfindən sosial siyasətin prioritet kimi götürülməsinin nəticəsidir. Digər ölkələrlə müqayisədə Azərbaycanda yoxsulluq səviyyəsi ilə bağlı vəziyyət kritik həddə deyil. Ancaq pandemiya dövrü işgüzar fəaliyyətin kəskin zəifləməsinə yol açıb. Karantinlə əlaqədar gözləntilər onu deməyə əsas verir ki, pandemiya dövrünün mənfi təsirləri bir qədər də güclənəcək”. Gülşən Şərif

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Prezident İlham Əliyev: Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır

“Bu gün biz Azərbaycanın uğurları haqqında danışanda, əlbəttə ki, neft-qaz sənayesində əldə olunmuş nailiyyətləri, neftçilərimizin əməyini xüsusi qeyd etməliyik. Neftçilərin qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir.

Neftdən əldə olunan gəlirləri ədalətli şəkildə idarə etmək, onları insanlara çatdırmaq, ölkə qarşısında duran əsas vəzifələrə yönəltmək, əlbəttə ki, siyasi rəhbərliyin böyük zəhməti hesabına və düşünülmüş siyasət nəticəsində mümkün olmuşdur. Azərbaycan o ölkələrdəndir ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəxtlik, inkişaf gətirdi”.

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasimdə deyib.

Dövlət başçısı bildirib:

“Neftlə zəngin olan bir çox ölkələrdə, əksinə, neft xeyir yox, ziyan, problemlər gətirir, qanlı toqquşmalar baş verir. Biz tarixdən yaxşı bilirik ki, neft uğrunda mübarizə əksər hallarda çox böyük çətinliklərə, faciələrə gətirir. Azərbaycan isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış neft strategiyasını uğurla icra edərkən neftdən əldə olunmuş gəlirləri ölkəmizin ümumi inkişafına yönəltdi. Məhz buna görə bu gün adambaşına düşən valyuta ehtiyatlarına görə biz MDB məkanında birinci yerdəyik.

Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır. Bu, onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür və son illərdə ölkəmizdə yaşanan tərəqqi məhz bu amilə söykənir. İnfrastruktur layihələri icra olunub, 16 min kilometr yol çəkilibdir. Bu gün yol infrastrukturuna görə biz aparıcı ölkələr sırasındayıq. Biz vaxtilə elektrik enerjisindən korluq çəkirdik, onu xaricdən idxal edirdik. Bu gün biz ixrac edirik və bizdə min meqavatdan artıq generasiya gücü var. Buna nəyin hesabına nail olmuşuq? Neft-qaz sektorunda görülən işlər hesabına.

Eyni zamanda, vətəndaşların sosial problemlərinin həlli də birbaşa neft-qaz sahəsində görülən işlərlə bağlıdır – əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması, sosial infrastrukturun yaradılması. Yəni, böyük işlər görülübdür, 3300-dən çox məktəb, 700-dən çox tibb ocağı tikilibdir. Bütün bu işlərin əsas mənbəyi neftdən əldə edilmiş gəlirlər və bu gəlirlərdən düzgün istifadə olunmasıdır”.

Azərbaycanda yoxsulluq

Yoxsulluq necə azaldılır?

Qaçqın və məcburi köçkünlərin , əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

Hər bir ölkədə olduğu kimi Azərbaycanda da ən böyük sosial problemlərdən biri yoxsulluqdur . Yoxsulluq insanların aşağı səviyyədə həyat tərzi sürməsinin göstəricisidir və belə ağır vəziyyətdə yaşayanların sayının çox olması ölkənin iqtisadi və sosial cəhətdən inkişafına böyük əngəllər yaradır. Buna görə də hər bir dövlət kimi Azərbaycan dövləti də öz imkanlarından istifadə edərək ölkədə yoxsulluq səviyyəsinin iləbil azalmasına çalışır.

�� Bu məqsədlə dövlət 2 böyük proqram qəbul edərək həyata keçirir . O proqramlardan birincisi olan “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icrası artıq başa çatıb. 2007-ci ildə isə daha bir proqram qəbul edilib və həmin proqram 2008-2015-ci illəri əhatə edir . 2015-ci ilin sonunda ikinci proqramın da icras ı başa çatacaq .

�� Hər iki proqramın icrası ölkəmizdə yoxsulluq probleminin həlli istiqamətində xüsusi əhəmiyyətə malik olub . Yoxsulluqla mübarizə məqsədilə adıçəkilən proqramların qəbul edilməsi təsadüfi deyil . 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı Minilliyin sammitinə toplaşaraq , Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannamə imzaladı və bununla da yoxsulluğun azaldılması m əsələlərini özlərinin 2015-ci ilə qədər öhdəlikləri kimi müəyyənləşdirdi. Bəyannamədə göstərilən vəzifələri həyata keçirmək üçün 18 hədəf və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsəd müəyyənləşdirildi. Həmin qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur .

�� Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi , Azərbaycan da bu öhdəliyin ölkə şəraitinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə yuxarıda adı çəkilən Dövlət Proqramını qəbul edib .

�� Bəs, yoxsulluq nədir və o necə müəyyənləşdirilir?

�� Yaşayış minimumuna əsaslanan yoxsulluq

�� Yoxsulluq səviyyəsi müəyyən edilən zaman əsas meyar kimi istehlak səbətində nəzərdə tutulal mal və xidmətlərdən istifadə səviyyəsi əsas götürülür . Əgər insanların gəliri və istifadə etdiyi xidmətlər Azərbaycan Nazirlər Kabinetinin 2009-cu ildə təsdiq etdiyi normalara uyğun deyilsə, o halda həmin insanlar yoxsul səviyyədə yaşamış hesab edilir . Deməli, yoxsulluq minimum səviyyədə qidalanmanın, zəruri qeyri-ərzaq malları ilə təminatın və lazımı xidmətlərin (mənzil, kommunal , təhsil, səhiyyə və s .) olmamasının göstəricisidir. Minimum istehlak səbətinin tələblərinə əsasən insan ərzaq, qeyri-ərzaq və xidmətlərlə elə səviyyədə təmin olunmalıdır ki , onda fiziki və mənəvi zəifləmə baş verməsin.

�� Bunun üçün insanların gəliri istehlıak səbətinin dəyərindən az olmamalıdır. İstehlak səbətinin dəyəri dedikdə isə yaşayış minimumu nəzərdə tutulur . Hər il ilin əvvəlində statistik məlumatlardan və ev təsərrüfatlarının tədqiqatının nəticələrindən istifadə etməklə Milli Məclis yaşayış minimumunu müəyyənləşdirir. Onun əsasında il ərzində ölkəmizdə bu həddən aşağı nə qədər insanın, yəni yoxsul vətəndaşın olduğu müəyyən edilir .

�� 2013-cü ilin sonuna olan məlumata görə , Azərbaycanda əhalinin 5 ,6 faizi yoxsuldur . Bu da ümumdünya yoxsulluq səviyyəsindən təxminən 3 ,57 dəfə , inkişaf etməkdə olan ölkələrlə müqayisədə isə 4,46 dəfə aşağıdır . Dünyada yoxsulluğun orta səviyyəsi 20, inkişaf etməkdə olan ölkələrdə 25 faiz təşkil edir .

�� Azərbaycanda yoxsulluq həddi ilə bağlı ən böyük mübahisə doğuran məsələ istehlak səbətinin tərkibi ilə bağlıdır . Həm hökumət , həm də müstəqil ekspertlər etiraf edir ki , istehlak səbətinin tərkibi və orada olan mal və xidmətlər üzrə normalar kasaddır . Əksər mütəxəsislərin fikrincə istehlak səbətinə daxil edilən həm mal və xidmətlərin çeşidi çoxaldılmalı , həm də müəyyənləşdirilən minimum norma artırılmalıdır . Əgər bu baş verərsə istehlak səbətinin dəyəri , yəni yaşayış minimumu 125 manatdan daha böyük olar . Bu halda isə ölkəmizdə yoxsul insanların sayının daha çox olması üzə çıxar . İndi yoxsulluq problemi ilə bağlı dövləti ən çox məhz istehlak səbətinin tərkibinə görə tənqid edirlər .

�� Yoxsulluğun azaldılması üçün atılan addımlar

�� Tənqidlərə baxmayaraq qeyd edək ki , dövlət son illərdə yoxsulluq səviyyəsinin azaldılması istiqamətində çox mühüm addımlar atıb . Əgər belə olmasaydı 2002-ci ildən bəri əhalinin yoxsul olan hissəsi 46 ,7 faizdən 5,6 faizə qədər azalmazdı .

�� ” Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” nın icrasına başlanıldığı 2002-ci ildə ölkəmizdə yaşayış minimumu adambaşına 35 manat idi . Həmin ildə əhalinin 46 ,7 faizi yoxsulluq səviyyəsində yaşayırdı . Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46 ,7 faizdən 29,3 faizə endirildi . Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırıldı və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15 ,8 faiz təşkil etdi . 2013-cu ildə isə yaşayış minimumu 116 manata qaldırımasına baxmayaraq , yoxsulluq həddi 5 ,6 faizə düşdü . 2002-2013-cü illər ərzində yaşayış minimumu 3 ,31 dəfə artdığı halda yoxsulluq həddi 8,3 dəfə azaldı .

�� Yoxsulluq həddinə daha yaxın olan sosial qruplardan biri pensiyaçılardır . Ötən müddətdə pensiyaçıların təqaüdlərinin artırılması istiqamətində ciddi tədbirlər görülüb . 2002-ci ildən minimum pensiya 10 manat idi . 2014-cü ildə artıq 100 manata çatıb . Minimum pensiya 10 dəfə artırılıb . Yaşayış minimumu bu müddətdə 35 manatdan 125 manata çatdırılıb . Deməli , pensiyaların minimum hissəsi yaşayış minimumunu nisbətən daha çox artıb .

�� Artım orta pensiyalarda da müşahidə edilib . 2002-ci ildə 15 manat olan orta pensiyanın məbləği 2013-cü ilin sonunda 170 manata yüksəlib . 2002-ci ildə orta pensiya yaşayış minimumundan 2 ,3 dəfə az olduğu halda 2013-cü ilin sonunda pensiyaçılar üçün yaşayış minimumunu 1,7 dəfə ötdü .

�� Tədqiqatlar göstərir ki , uşaqlar , çoxuşaqlı ailələr ən yüksək yoxsulluq riskinə malik qruplardandır . Ev təsərrüfatlarında uşaqlarla əlaqədar əlavə xərclər tələb olunduğundan həmin ailələrdə böyüklərin gəlir əldə etmək imkanlarını yaxşılaşdırmaqla yoxsulluq riskini azaltmaq mümkündür . Eyni zamanda aztəminatlı uşaqlı ailələrin zəruri yardımlarla təmin edilməsi məqsədilə onların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilməlidir . Çoxuşaqlı ailələrdə yoxsulluq riskinin daha yüksək olması sosial xərclərin nisbətən aşağı yaş qrupunda olanlara və uşaqlı ailələrə istiqamətləndirilməsini zəruri edir .

�� Yoxsulluq sosial məsələlərlə yanaşı həm də iqtisadi məsələdir . Yoxsulluğun azaldılması yalnız iqtisadi siyasət sahəsində həyata keçirilən tədbirlər nəticəsində əldə edilməsə də , iqtisadi artım və makroiqtisadi sabitlik kimi məsələlər yoxsulluğun azaldılmasına zəmin yaradaraq , çoxşaxəli və davamlı inkişaf tempinin təmin edilməsində mühüm amildir .

�� İqtisadi artımın davamlılığını təmin edən ən başlıca cəhətlərdən biri iqtisadi inkişafın sahəvi və coğrafi diversifikasiyasıdır . Bu baxımdan , qeyri-neft sektorunun inkişafı , həmçinin , regionların tarazlı inkişaf etdirilməsi xüsusi önəm daşıyır . Məhz dayanıqlı iqtisadi artım makroiqtisadi sabitliyin əsasını təşkil etməlidir .

�� Makro səviyyədə iqtisadi sabitliyin qorunub saxlanılması ölkənin bütün dövlət xərclərinin davamlı və inflyasiya yaratmayan şəkildə idarə edilməsini tələb edir . Tədqiqatlar göstərir ki , inflyasiyanın sürətli artımı ilk növbədə əhalinin yoxsul təbəqələrinə daha ağır zərbə vuraraq , yoxsulluq həddindən bir az yuxarı səviyyədə olan ailələrin yoxsulluğa düçar olmalarına gətirib çıxarır . Bu baxımdan makroiqtisadi sabitlik , davamlı olaraq iqtisadi artımın təmin edilməsi , ölkənin gəlir və xərclərinin səmərəli idarə edilməsi mühüm əhəmiyyətə malikdir .

�� Dövlət 2009-cu ildən etibarən ölkədə təkrəqəmli inflyasiyaya nail olub . 2016-cı ilə qədər təkrəqəmli inflyasiyanın qalacağı güman edilir .

�� Məlum olduğu kimi , işsizlik yoxsulluğu yaradan əsas amillərdən biridir . Azərbaycan dövləti məşğulluq siyasətində aktiv və passiv tədbirlər vasitəsilə işsizlərə yardım göstərilməyə çalışır . Passiv tədbirlər , əsasən , işsizliyə görə müavinətlərin verilməsindən ibarətdir . 2013-cü ildə işsizlik müavinətinin orta məbləği 268 ,5 manat təşkil edib . Aktiv tədbirlər isə , əsasən , peşə təlimlərinin təşkil edilməsi , əmək yarmarkalarının keçirilməsi və sair kimi çoxsaylı tədbirləri əhatə edir və əsasən , əmək bazarının təşkilinə və təkmilləşdirilməsinə , işçi qüvvəsinin iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasına yönəlib .

�� Digər mühüm məsələ əməkhaqqının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsidir . Azmaaşlı və azməhsuldar iş yerlərinin çoxluğu məşğul əhalinin yoxsulluq riskini azaltmağa imkan vermir . Məşğul əhali arasında yoxsulluq riskini azaltmaq üçün son illərdə minimum əməkhaqqının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib . Belə ki , 2003-cü ildən minimum əməkhaqqı mərhələlərlə artırılaraq , 5 ,5 manatdan 2013-cü ilin sonunda 105 manata çatdırıldı . Minimum əməkhaqqında artım 20 dəfə olub .

�� Dövlət nəzərdə tutduğu tədbirlər hesabına 2016-cı ilə qədər yoxsulluğun səviyyəsinin 8 faizə qədər azaldılmasını hədəfləyirdi . Artıq bu hədəfə nail olunub . Lakin bununla belə yoxsulluğun azaldılması məqsədilə tədbirlər davam etdiriləcək . 2016-cı ilə qədər qeyri-neft sektoru üzrə ÜDM- nin artımının 7-8 faizdən az olmamasına çalışılacaq . Məhz qeyri-neft sektoru məşğul əhalinin böyük əksəriyyətinin cəmləşdiyi sahədir . Son 3 ildə qeyri-neft sektoru üzrə artım 7 faizdən yüksək olub .

�� Bununla bərabər dövlət 2016-cı ilə kimi işsizlik səviyyəsinin 3-4 faizə düşürülməsini çalışacaq . Hazırda əmək qabiliyyətli əhalinin 5 faizindən bir qədər artığı işsiz sayılır .

�� Nəhayət , digər vacib hədəf kimi minimum əməkhaqqının və minimum pensiyanın yaşayış minimumuna çatdırılmasını müəyyənləşdirilib . Bunlarla bərabər dövlər ünvanlı sosial yardımın müəyyənləşdirilməsi üçün istifadə edilən ehtiyac meyarının həddinin yaşayış minimumuna çatdırılması hədəflənir . Dövlət müəyyənləşdirildiyi hədəflərinə çatacağı təqdirdə Azərbaycanda yoxsulluq səviyyəsi bir qədər də azalacaq .

Vasif CƏFƏROV

Ekspress .- 2014.- 25 fevral .- S.9.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.