Press "Enter" to skip to content

Azərbaycanda Coğrafiya elminin inkişafı

Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və alimlərinin əsərlərində rast gəlirik. Yunan filosofu Herodot Xəzər sahilini təsvir etmiş, Roma alimi, milliyyətcə yunan olan Strabonun coğrafiya kitablarında isə Albaniya, Xəzər dənizinin sahilləri

Azərbaycan coğrafiya tarixi

Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və alimlərinin əsərlərində rast gəlirik. Yunan filosofu Herodot Xəzər sahilini təsvir etmiş, Roma alimi, milliyyətcə yunan olan Strabonun coğrafiya kitablarında isə Albaniya, Xəzər dənizinin sahilləri

Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və alimlərinin əsərlərində rast gəlirik. Yunan filosofu Herodot Xəzər sahilini təsvir etmiş, Roma alimi, milliyyətcə yunan olan Strabonun coğrafiya kitablarında isə Albaniya, Xəzər dənizinin sahilləri və onun özü haqqında çox maraqlı məlumatlar yazılmışdır. Klavdiy Ptolemey, Dədə Qorqud dastanı və həmçinin yerli alban alimlərindən Moisey Kalankatlı (VII-VIII) ölkəmiz haqqında xeyli bilgilər vermişlər. Moisey Kalankatlınun «Albanların tarixi» əsərində göstərilir ki, I-VII əsrlərdə Albaniyanın ərazisi şimalda Baş Qafqaz dağlarından başlayaraq cənubda Araz çayınadək, qərbdə İberiyadan şərqdə Xəzər dənizinə qədər uzanırdı. İnzibatı bölgü baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara) bölünmüşdür. Kürün sol sahilində Qəbələ, Şəki, Kambisiena (Mingəçevir rayonunda), sağ sahilində Arsax, Uti, Qardman, Sakasena, Paytakaran, Syunik və b. əyalətlər (nahanqlar) yerləşirdi. Xəzər sahili boyu Dərbənddən Beşbarmaq dağınadək olan əraziləri Çola, ondan qərbə Lpinə, Həcəri və b. əyalətlər tuturdu. İri Alban yepiskoplarının mərkəzləri olan Qəbələ, Şəki, Partav (Bərdə), Paytakaran (Beyləqan) haqqında ətraflı məlumatlar verilirdi. Müəllif Albaniyanın əlverişli təbii şəraiti, kənd təsərrüfatının əsas sahələri, sənətkarlığı, ticarət yolları, qonşu xalqları və s. haqqında dəyərli tarixi-coğrafi məlumatlar vermişdir. «Dədə Qorqud» kitabı Azərbaycan xalqının tarixinin işıqlı bir dövrünü VI-VII əsrləri əhatə edir. Bu dastan təkcə tarixi əsər olmaqdan ziyadə, həm də tarixi-coğrafi-etnoqrafik anlayış və hadisələri, çoxlu yer adlarını əhatə edən geniş məzmunlu bir əsərdir. Türklərin yayıldığı əraziləri, qonşuları, əhalinin müxtəlif mərasimləri, məşğuliyyət sahələri, şəhərləri, yolları və s. haqqında dastanda dolğun məlumatlar verilir. Özü də kitabda coğrafi hadisələri əhatə edən ayrıca tarixi-coğrafi bölmə vardır. «Dədə Qorqud» ön Asiyada, Qafqazda, xüsusilə Azərbaycanda yaşayan oğuz türklərinin tarixini bədii dildə qələmə alan bir dastandır. Burada təsvir olunan hadisələr Böyük türk ellərinin (L.Qumilyova görə «Türkyurd») və onların yenilməz sərkərdələrinin göstərdikləri mərdlik və qəhrəmanlıqları ilə bağlıdır. Bu gün həmin dastan bütün türk ölkələrinin tarixi-coğrafi və mədəni birliklərinin inkişaf etdirilməsində böyük rol oynayır. İngilis alimi Luis Qorfrey «Dədə Qorqud kitabı»nın ingiliscə tərcüməsində «Kitabın» məzmununda söylənilən fikirlərə uyğun, onun fəaliyyət dairəsini əks etdirən xəritə düzəltmişdir. Alim bu xəritə ilə «Dədə Qorqudun» məzmununu və tarixi dəlillər əsasında çox gərgin bir həqiqəti də göstərmişdir: bu ərazi hələ «Dədə Qorqud»dan min il qabaqkı Türk imperiyasının torpaqlarına uyğun gəlirdi. Görünür ingilis alimi bizim tarixi heç də bizdən pis bilmirdi. Turan imperiyası, sonra Midiya dövləti süquta uğrasa da İşgit-Oğuz-Türk övladları Mərkəzi və Ön Asiya torpaqlarında yenə də azad nəfəs alır, atlarını istədikləri səmtə çapırdılar. Oğuzlar bu torpaqları qorumaq, onu genişləndirmək və s. məqsədlərlə Qara dəniz sahillərinə, Abxaziya elinədək gedib çıxırdılar. «Dədə Qorqud» kitabında təsvir olunan, qələmə alınan hadisələrin baş verdiyi məkan – Gəncə, Şəmkir, Dərəşam, Göyçə, Qaradağ və başqaları. Göstərilən dastan Azərbaycanın ərəb işğalı ərəfəsini və işğalın ilk illərində bu işğala qarşı türklərin apardıqları mübarizələr dövrünü əhatə edirdi. Azərbaycan haqqında daha zəngin və ardıcıl coğrafi məlumatlar orta əsrlərdə toplanmışdır. Ərəblər tərəfindən istila edildikdən sonra Azərbaycan daha çox öyrənilməyə başlanır. IX əsrdən başlayaraq bir çox ərəb səyyahları Azərbaycanı səyahət etmiş, ölkə haqqında zəngin məlumatlar toplamışlar. Onlardan Əbdülqasım İbn-Xardadbeh, İbn-Rusta, Qüttəma-İbn-Cəfər, Əl-Məsudini (IX-XII əsrlər) və b. göstərmək olar. X əsr səyyahı İbn-Xaukal «Dövlətin yolları» kitabında verdiyi xəritələrdə Xəzər dənizi və onun Azərbaycan sahillərini dəqiq əks etdirmişdir. Kitabın xəritə və təsvirlərində Azərbaycan adları çox dəqiq, təhrifsiz verilmişdir. Məşhur ərəb alimi İbn-Xardadbeh (820-912) də «Yollar və məmləkətlər haqqında» əsərində Azərbaycan coğrafiyasına böyük yer ayırmışdır. Əl-İstəxari 930-933-cü illərdə yazdığı «Məmləkətlərin yolları» kitabında Azərbaycan şəhərləri, onun dəniz sahilləri, Qəbələ, Bərdə, Şamaxı və Şəki şəhərlərinə gedən yollar və s. haqqında məlumat vermişdir. Əl-Məsudi (X əsr) Azərbaycan əhalisini, onun şəhərlərini, xüsusilə Gəncə, Şəki, və b. dəqiq təsvir etmişdir. Ərəb islam mədəniyyətinin təsiri altında olan bir sıra qeyri ərəb ölkələrinin alim və səyyahları da Azərbaycan haqqında qiymətli məlumatlar toplamışlar. Məsələn, məşhur Xarəzm alimi, riyaziyyatçı, astronom və coğrafiyaçıƏl-Biruni (973-1051-ci illər) Şirvan, Bərdə, Dərbənd, Təbriz, Beyləqan, Bakı, Urmiya, Naxçıvan və s. onlarla obyektlər haqqında bilgi vermişdir. O, bir sıra Azərbaycan şəhərlərinin dəqiq coğrafi koordinatlarını təyin etmiş, ilk dəfə Xəzərin böyük göl olduğunu söyləmişdir. Orta əsr azərbaycanlı alim və səyyahları da öz ölkələri barədə yığcam məlumatlar vermişlər. Şərqin məşhur alimi, dövlət xadimi Nəsrəddin Tusi (1201-1274) riyaziyyatçı astronom olsa da, ətraf mühit haqqında da qiymətli fikirlər söyləmişdir. Coğrafiya elmində mühüm yer tutan məşhur Azərbaycan alimi Əbdürrəşad Bakuvi (XIV əsrin II yarısı – XV əsrin I yarısı) Azərbaycana və bir sıra başqa ölkələrə səyahət etmiş, gördüyü yerlər haqqında gərəkli fikirlər söyləmişdir. Ə.Bakuvinin yazdığı coğrafi əsərlərin əksəriyyəti itmişdir. Onlardan bizə ancaq «Əcib-Əl-Malik», «Əl-Kaxar» («Möhtəşəm padşahın möcüzələri və abidələri»), «Qalxiz -Al-Asar» kitabı və b. gəlib çatmışdır. Sonuncu kitab dünya coğrafiyasına aid qiymətli əsərdir. Burada o dövrdə bütün Şərq ədəbiyyatında qəbul edilən xüsusi rayonlaşdırmadan və bu tipli rayonlaşdırmanın dünyanın xüsusi iqlimlərə bölünməsilə aparılmasından geniş bəhs olunur. Hər iqlimə daxil olan ölkələr, yerlər, şəhərlər haqqında coğrafi təsvirlər verilir, coğrafi şəraitin və iqlimin insan həyatına təsiri məsələlərinə də toxunulur. Həmin kitabda Azərbaycan IV-V iqlim zonasına daxil edilmiş və onun təbiəti, şəhərləri (Bakı və ətrafı, Bərdə, Dərbənd, Şirvan, Ərdəbil və s.) təsvir olunmuşdur. L.S.Berq Xəzərə aid məruzələrinin birində Ə.Bakuvini Xəzərin əvəzedilməz tədqiqatçısı adlandırmışdır. O, nəinki Azərbaycan və Xəzər haqqında, həmçinin bir sıra digər ölkələr barədə də qiymətli məlumatlar vermişdir. XIII-XV əsrlərdə Azərbaycanın öyrənilməsində Marko Polo və digər Venesiya tacirlərinin rolu böyük olmuşdur.Marko Polo Azərbaycanı başdan-başa «şəhərlər və qalalar» ölkəsi adlandırmış və onun təsərrüfat sahələri, ticarəti, sənətkarlığı və coğrafi yerləri haqqında geniş məlumat toplamışdır. O, dövrdə qiymətli ticarət malı hesab olunan ipəyin Azərbaycanda geniş yayıldığını, onun emalının iri mərkəzləri inkişaf etdiyini göstərirdi. Polonun səyahətnaməsində deyilirdi ki, burada şəhərlər, qalalar olduqca çoxdur; çoxlu ipək var. Burada ipək və zərxana, parçalar toxunur; belə gözəl parçalara heç yerdə rast gəlməzsən. Hər şey burada boldur. Əhali ticarət və sənətkarlıqla məşğul olur. İtalyan-Venesiya tacirləri Azərbaycana su yolu: Qara-Azov dənizləri, Don-Volqa çayları və Xəzər dənizi ilə gəlirdilər. Xəzər dənizi, Kür çayı və onun ağzında çoxlu balıq olması haqqında məlumatlar verilirdi. Hələ orta əsrlərdə Yaxın və Orta şərqin ən böyük sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi olan qədim Azərbaycan şəhəri Təbriz haqqında məlumatlar xüsusilə qiymətlidir. O zamanlardan Təbrizin əlverişli coğrafi mövqeyi olduğuna görə buraya Hindistan, Bağdad, Mosul və b. yerlərdən müxtəlif mallar gətirilirdi və buradan isə Avropaya çoxlu ipək aparılırdı. Beləliklə, Təbrizin Asiya-Avropa yollarının və ticarətinin əlaqələndiricisi rolunu oynadığı aydın görünürdü. Elə tarixi İpək yolunun buradan keçməsi də deyilənləri təsdiqləyirdi. Sonralar Azərbaycan, onun Səfəvilər və Ağqoyunlu dövlətləri haqqında yenə də Venesiya tacirlərindən Katerino Zeno, Ambrocco Kontari və ingilis səyyahı Antonio Cenkinson ətraflı məlumatlar veriblər. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn səyyahlar haqqında prof. Yaqub Mahmudov özünün «Səyyahlar Azərbaycana gəlir» (Bakı, 1977) adlı dəyərli kitabında geniş məlumat vermişdir. XVIII əsrin birinci yarısından başlayaraq bir sıra Şərq ölkələrinə səyahət etmiş, onlar haqqında çox qiymətli kitablar yazmış, Azərbaycan coğrafiya alimi və səyyahı Hacı Zeynalabidin Şirvani (1780-1837) coğrafiya tarixində xüsusi yer tutur. O, XVIII əsrin ikinci yarısından başlayaraq 40 il səyahət etmiş, Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Bakıda, digər yerlərdə Şimali Afrika və Cənubi Avropa ölkələrində olmuşdur. Fars dilində iki hissədən ibarət «Riyazüs-səyahə» («Cənnət bağı səyahətləri») və digər iri həcmli coğrafi və fəlsəfi məzmunlu ensiklopedik xarakterli əsərlərin müəllifidir. Əsərlərində Yaxın və Orta Şərq ölkələri, Hindistan, Efiopiya, Orta Asiya və Azərbaycanın coğrafiyası, tarixi, etnoqrafiyası, incəsənəti, mədəniyyəti, abidələri, ədəbiyyatı və bəzi görkəmli şəxsiyyətləri haqqında qiymətli məlumatlar vermişdir. Yer kürəsinin iqlim qurşaqları və iqlim tipləri, onların təsərrüfata, insanların həyatına, davranış və məişətinə göstərdiyi təsirdən öz dövrünə görə yüksək elmi fikirlər söyləmişdir .

Əzizağa Əhmədov

Azərbaycanda Coğrafiya elminin inkişafı.

Azərbaycanın gözəl təbiəti, zəngin təbii ehtiyatları hər zaman diqqəti cəlb etmişdir. Qədim zamanlardan Azərbaycan haqqında məlumatlara müxtəlif coğrafiyaçıların əsərlərində rast gəlinir. Potolomey, Strabon, Əl -Biruni, Əl -Məsudi və digərlərinin əsərlərinda Azərbaycan təbiəti, şəhərləri və başqa obyektlər haqqında da məlumat verilmişdir.

Zaman keçdikcə ölkəmizin təbii şərait və təbi sərvətlərin öyrənilməsi davam edir və onalrdan istifadə genişlənirdi. Azərbaycan alimləri Coğrafiya elminin inkişafına çox böyük tövhələr vermişdir.

Nəsirəddin Tusi (1201-1274) – Marağa şəhərində qurduğu rəsədxanada astronomik hesablamalar aparmışdır. Bu rəsədxanada çalışan alimlər N.Tusinin rəhbərliyi ilə “Elxanilərin astronomik cədvəlləri” kitablarını hazırlanmışdılar. Bu kitablar 4 (dörd) hissədən ibarətdir. İkinci kitab ulduzların hərəkəti və onların ekliptik kordinatlarının yerləşməsinə həsr olunub. Burada eyni zamanda 256 şəhərin yerləşdiyi uzunluq və en dairələri göstərilmişdir. Nəsirəddin Tusi uzunluq dairəsinin ölçüsünü Qrinviç meridianından 34 – 35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor Həbibulla Məmmədbəyli buna əsaslanaraq, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox əvvəl qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər.

Əbdürrəşid Bəkuvi– XIV-XV əsrlərdə yaşamışdır. Azərbaycana və bir sıra başqa ölkələrə səyahət etmiş, gördüyü yerlər haqqında gərəkli fikirlər söyləmişdir. Ə.Bakuvinin yazdığı coğrafi əsərlərin əksəriyyəti itmişdir. Onlardan bizə ancaq “Əcib-Əl-Malik”, “Əl-Kaxar” (Möhtəşəm padşahın möcüzələri və abidələri), «Qalxiz -Al-Asar» kitabı və b. gəlib çatmışdır.
Sonuncu əsərində o dövrdə bütün Şərq ədəbiyyatında qəbul edilən xüsusi rayonlaşdırmadan və bu tipli rayonlaşdırmanın dünyanın xüsusi iqlimlərə bölünməsilə aparılmasından geniş bəhs olunur. O yeri 7 (yeddi ) iqlimə bölürdü. Hər iqlimə daxil olan ölkələr, yerlər, şəhərlər haqqında coğrafi təsvirlər verilir, coğrafi şəraitin və iqlimin insan həyatına təsiri məsələlərinə də toxunulur. Həmin kitabda Azərbaycan IV-V iqlim zonasına daxil edilmiş və onun təbiəti, şəhərləri (Bakı və ətrafı, Bərdə, Dərbənd, Şirvan, Ərdəbil və s.) təsvir olunmuşdur.

Hacı Zeynalabdin Şirvanı– Məşhur Azərbaycanlı səyyah və coğrafiyaçıdır. Ömrünün 40 ilini səyahətdə keçirmiş və 60 min km yol qət etmişdir. O, Mərkəzi Asiyada, İndoneziyada, Ərəbistanda, Hindistanda və Şimali Afrikada, Kanar adalarında olmuşdur. H.Z. Şirvani səyahət etdiyi dövlətlər haqqında “Riyazüs -səyahə” (Səyahət bağçaları), “Hədəyigüs-səyahə”(Səyahət bağları), “Bustanüs -səyahə”(Səyahət bostanı) və “Bəstül maarif”(Maariflərin kəşfi) əsərlərini yazmışdır. O, yer kürəsinin iqlim qurşaqları və iqlim tipləri, onların təsərrüfata, insanların həyatına, davranış və məişətinə göstərdiyi təsirdən öz dövrünə görə yüksək elmi fikirlər söyləmişdir.

H.Z.Şirvanin səyahət marşurutu. (Mənbə:Coğrafiya ensiklopediyası I hissə)

Abbasqulu ağa Bakıxanov (1794-1837)- Azərbaycanın tarixi ,ictimai-iqtisadi inkişafı haqqında “Gülüstani irəm” əsərini yazmışdır. Həmçinin o, Kolumbun Amerikanı kəşf etməsi haqqında “Qəribə kəşflər” və kainatın Heliosentrik sistemi haqqında ” Kainatın sirləri” əsərlərini yazmışdır.

Həsən bəy Zərdabi (doğum-1837-ci il bəzi mənbələrdə 1842-ci il, vəfat 1907-ci il) Azərbaycanın təbiəti haqqında əsərlərində geniş məlumatlar var. Həmçinin “Əkinçi” qəzetində onun Azərbaycanın torpaqları və onların düzgün becərilmə üsulları haqqında da məlumatlar yazdığı qeyd olunur.

Qafur Rəşad Mirzəzadə(1884-1943)- Ana dilində yazılan ilk “Qafqaz coğrafiyası” və “Ümumi coğrafiya” adlı dərsliklərin müəllifidir. Qafur Rəşad uzun müddət əvvəl Lahıcda, sonra isə Bakı məktəblərində coğrafiyanı tədris etmişdir. Ana dilində ilk coğrafiya dərslikləri ilə yanaşı, milli coğrafiya terminologiyasının yaradılmasında məhz onun adı ilə bağlıdır.

Məhəmmədhəsən Vəliyev (Baharlı)-1920-ci ildə İqtisadi coğrafiyaya aid ana dilində ilk əsəri çap olunmuşdur. Coğrafi cəhətcə bitkin əsər olan həmin kitabda Azərbaycanın ümumi coğrafi səciyyəsi, təbii şəraiti və təbii ehtiyatları, ümumi iqtisadi icmalı, təsərrüfatın inkişaf imkanları və sərvətlərinin qiymətləndirilməsi, əhalisinin coğrafiyası və s. məsələlər barədə geniş məlumat verilmişdir. Kitabda xalq təsərrüfat sahələrinin ərazi potensialına, bu sahələrin inkişaf perspektivlərinə xüsusilə geniş yer verilmişdir.

Ölkəmizdə Coğrafiya elmi XX əsrin 30-cu illərində formalaşmağa başlasada XX əsrin 60- cı illərində sürətlə inkişaf etməyə başlad. Bu dövrdə istər fiziki istərsədə iqtisadi coğrafiyay aid çoxlu əsərlər yazılmış, müxtəlif xəritələr hazırlanmışdır.

Müseyib Müseyibov və Budaq Budaqov-Azərbaycanın relyefinin öyrənilməsində böyük xidmətləri olmuşdur.

Ənvər Şıxlinski və Ələbbas Mədətzadə– Azərbaycanın iqliminin öyrənilməsində xidmətləri böyükdür.

Saleh Rüstəmov-Azərbaycan çaylarını öyrənmişdir.

Qasım Gül-Xəzər dənizinin öyrənilməsində xidmətləri yüksəkdir.

Həsən Əliyev və Məhəmməd Salayev-Azərbaycanın torpaq örtüyün öyrənilməsində xidmətləri böyükdür.

Hacı Əliyev, Asəf Nadirov və Əbdürrəhim Hacızadə-İqtisadi coğrafiya elminin inkişafında xidmətləri böyükdür.

by Yahya Gadirov

Mənbə: Məktəb dərslikləri, Coğrafiya ensiklopediyası, T.Həsənov Ə.Hacızadə-Coğrafiya tarixi dərs vəsaiti, müxtəlif internet saytlar

Похожие статьи

  • Azərbaycanın coğrafiya tarixi

    Azərbaycanın hərb tarixi pervin dedi ki: Azərbaycan coğrafiya tarixi Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və…

  • Azərbaycan tarixi və coğrafiyası

    Azərbaycan tarixi və coğrafiyası Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. Bellinshauzen və M. Lazarev tərəfindən kəşf edilmişdir….

  • Azrbaycanın qısa tarixi

    Bakının tarixi və mədəni məkanları Dünya şöhrətli memar Zaha Hadid tərfindən dizayn edilən Heydər Əliyev Mərkəzini Bakının müasir arxitekturasının siması…

  • Azrbaycanın dövlt v hüquq tarixi

    Azrbaycanın dövlt v hüquq tarixi Ailədə ər və arvadın qarşılıqlı hüquq və vəzifələri, öhdəlikləri həmişə maraqlı və özündən bir sıra mübahisələr doğuran…

  • Azərbaycan tarixi üzrə qaynaqları

    Kollektiv. Azərbaycan tarixi üzrə qaynaqlar (1989) Kökləri miladdan qabaq III-II minilliklərdən gələn Dədə Qorqud boylarında türkçülük, azərbaycançılıq…

Comments are closed, but trackbacks and pingbacks are open.