Press "Enter" to skip to content

Baba Vəziroğlu: “Çox zəif və mənasız əsər idi”

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Baba Vəziroğlunun “Qalanı xatirədir…” kitabı Osloda oxuculara təqdim edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Evi və Osloda N. Gəncəvi adına həftəsonu Azərbayan dili məktəbinin təşkilatçılığı ilə əməkdar incəsənət xadimi, dəyərli şairimiz Baba Vəziroğlu ilə Norveçin paytaxtı Oslo şəhərində 28 May Respublika Günü münasibəti ilə bir neçə görüş keçirilib. , B.Vəziroğlu ilə ilk görüş Oslonun mərkəzi kitabxanası “Deichman Bjørvika”da baş tutub və “Qalanı xatirədir…” adlı şeir kitabının təqdimatı olub. Sözügedən görüşdə həmvətənlilərimizlə yanaşı norveçlilər və əcnəbilər də iştirak ediblər. Görüşdə əslən norveçli Torill Stokland tərəfindən Norveç dilinə tərcümə olunmuş “Qalanı xatirədir…” adlı şeir səsləndirilib. Torill xanım B.Vəziroğlu poeziyasının sadə, rəngarəng, anlaşıqlı və axıcı olduğunu bildirib: “Sizin müəllifi olduğunuz “Qalanı xatirədir…” adlı şeiri tərcümə etməkdən məmnun oldum və zövq aldım. Şeirin dili sadə, duyğulu və mənalı idi. Bu baxımdan da düşünürəm ki, sizin uşaqlar üçün də şeirlər yazmağınız çox maraqlı olardı”. Torill xanım B. Vəziroğlu yaradıcılığına yenidən müraciət edəcəyini və tərcümə işini davam etdirəcəyini bildirib. B. Vəziroğlunun müəllifi olduğu “Qalanı xatirədir…” adlı şeir kitabı ilk dəfə Osloda oxuculara təqdim edilib və çox maraqla qarşılanıb. Görüşdə “Qalanı xatirədir…” adlı şeir Azərbaycan, ingilis və Norveç dillərində səsləndirilib. N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri B.Vəziroğlunun müəllifi olduğu şeirləri səsləndiriblər.Görüşün sonunda oxucular müəllifdən imzalı kitablar əldə ediblər. Görüş iştirakçıları 28 May Respublika Günü münasibəti ilə təşkil edilmiş və həftəsonu məktəbinin şagirdlərinin rəsmlərinin nümayiş olunduğu sərgi ilə tanış olublar. 28 May Respublika Günü münasibəti ilə B.Vəziroğlu ilə ikinci görüş Osloda N.Gəncəvi adına həfətsonu Azərbaycan dili məktəbində valideyn və şagirdlərlə keçirilib. Sözüdegən görüşdə iştirakçılar B. Vəziroğlunun səsi ilə şeirlər dinləyib, şairin yaradıcılığına dair suallar veriblər. Şagirdlərin ifasında şeirlər səsləndirilib. Valideyn və şagirdlər müəllif tərəfindən imzalı kitablar əldə ediblər. B.Vəziroğlu ilə Osloda Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin idarə heyətinin görüşü də keçirilib. Görüşdə iştirak edən müəllim, şagird və valideynlər tədrisin təkmilləşdirilməsi və ədəbi dilimizin şagirdlərə tədris edilməsi ilə bağlı şairdən məsləhətlər alıblar. Ana dilinin tədrisini daha təkmil formada həyata keçirmək və dərs vəsaitləri ilə bağlı şair tərəfindən bir sıra faydalı tövsiyələr verilib. Qeyd edək ki, B.Vəziroğlunun müəllifi olduğu “Qalanı xatirədir…” adlı şeir kitabı Norveçin Milli Kitabxanasına hədiyyə edilib. Oxucular kitabı oradan əldə edə bilərlər. Fotolar:

Müəllif: Günay ƏLİYEVA

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Baba Vəziroğlu: “Çox zəif və mənasız əsər idi”

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az şair Baba Vəziroğlunun 1937.az-a müsahibəsini təqdim edir

– Baba müəllim, müxtəlif verilişlərdə, müsabiqələrdə, münsiflər heyətində, bir sözlə, hər yerdə sizi görürük. Niyə məhz sizi çağırırlar, Azərbaycanda Baba Vəziroğludan başqa şair yoxdur?

– Məşhur frazada deyildiyi kimi, müəyyən yaş həddinə qədər sən adına xidmət edirsən, bəlli yaşdan sonra isə ad sənin qulluğunda olur. Cavanlıqda çalışırsan ki, ad qazanasan, sonra artıq o aktiv həyatı yekunlaşdırıb, rahat istirahət edə biləsən. Bir növ sözün yaxşı, ya pis mənasında toy generalına çevrilirsən. Artıq generalsan və səni hörmətli bir insan kimi hər yerə çağırırlar.

– Amma sizi bütün növ verilişlərdə görmək olar və bəzən bunlar profilinizə uyğun olmur. Yəni haradandı sizdə bu həvəs?

– İnanın, məndə nəinki həvəs, ümumiyyətlə, həvəsə heç meyil də yoxdur. Çox qəribədir, insanlar var ki, ömrü boyu şöhrətə can atırlar, amma çata bilmirlər, mən ömrü boyu şöhrətə nifrət etmişəm, amma o şöhrət gəlib məni tapıb.

– Allaha and olsun, səmimiyəm. Mən heç vaxt ictimai fiqur olmaq istəməmişəm. Bir az özümə qapalı adamam, həmişə istəmişəm ki, sakitcə başımı aşağı salım öz işimlə məşğul olum, dərdimi çəkim, sevincimi yaşayım. Amma birdən gəlib şöhrət tapdı məni, məşhur insan oldum. Ona görə bu, məndən asıl olmayıb. Və profilimə uyğun olmayan hansı verilişdə, tədbirdə məni görürsünüzsə, bilin ki, bu ancaq müsəlmançılıqdan irəli gəlir, mən ürək qıra bilmirəm. Əlbəttə, bəzən yalan danışmalı oluram. Nə yaxşı ki, mobil telefonlar məkan bildirmir, bəzən verilişin adını eşidəndə deyirəm ki, İsmayıllıdayam gələ bilmirəm. Amma nə qədər etsəm də alınmır. Nə mövqeyimə, nə profilimə, nə də ictimai yerimə dəxli olmayan o verilişlərdə məcburən iştirak edirəm. Üzüm yumşaqdır, lətifəsi sizdən uzaq nə yaxşı ki, mən qadın olmamışam, Allah bilir, sorağım haradan gələrdi. Amma narazı da deyiləm bu mənada. Qoy, mənim lap hörmətim düşsün, qoy desinlər onun orada nə işi var, amma kiminsə ürəyini qırmaqdan yaxşıdır. Mən ürək qırmağın düşməniyəm.

– Çox qırıblar ürəyinizi?

– Nədənsə, ürək qırmaq deyəndə, əksər vaxtlar qadın-kişi münasibətləri kontekstindən yanaşırlar mövzuya.

– Yox, həyatda mütləq həqiqətlər var, onlara çatmasan yaşamaq çətin olar və o da yaşla bağlı deyil. Müəyyən insanlar o həqiqətlərə tez çatırlar. Çox xoşbəxtəm ki, cavan yaşımdan müdrik olmuşam. Mənəviyyat nədir, maddiyyat nədir dərk etmişəm. Dərk etdiklərimdən biri də budur ki, insan ömrü bir andır. Bu bir an kiminsə ürəyini qırmağa, quyusunu qazmağa, mərdimazarlıq etməyə yetməz. Mənim poeziyamda da bu mövzu çox qabarıqdır, yəni yaxşılıq mövzusu, yaxşı, mənalı ömür sürmək mövzusu.

-Nədənsə cəmiyyətdə sentimental, romantik ab-havalı şeirlər daha çox oxunur və daha çox yazılır.

-İnsan xislət etibarilə sentimentaldır. Sentimentallıq, kədər, nigarançılıq hissi olmalıdır. Yoxsa heyvanlardan fərqlənmərik. Mənim şeirlərimdə bu duyğular çoxdur.

– Amma belə bir fikir də formalaşıb ki, sizin şeirləriniz orta məktəb qızlarına hesablanmış, xatirə dəftərinə yazılası səviyyədədir.

– Bəli, düzdür. Çünki mən iki Baba Vəziroğluyam. Biri çox ciddi, ağır nəsr yazan, heç Azərbaycan nəsrini o qədər yüksək səviyyədə olduğunu qəbul etməyən, Moskvada Qorki adına Ədəbiyyat institutunun nəsr şöbəsini bitirən və özü də “Səhər qatarı”, “Yol”, “Ocaq”, “Müsəlman qəbri” kimi ciddi əsərlər yazan Baba Vəziroğlu. Bir də var lirik-sentimental, duyğusal, gənclərin yaxın dostu, nəğməkar şair Baba Vəziroğlu. Bu təbii ki, siz deyən tərəfdir və mənim daha çox şair Baba Vəziroğluna tərəf əyilməyimə səbəb, cəmiyyətdəki təbədüllatlar oldu. Çünki o keçid dövrü dəhşətli idi. O dövrdə, sadəcə, inqilab baş vermədi, o həm də bizim həyatımızda, düşüncəmizdə baş verdi və bizim müqəddəs dediyimiz çox dəyərlər itdi, kriteriyalar dəyişdi, o cümlədən, ciddi ədəbiyyatın oxucuları sıradan çıxdı.

– O güclü nəsr əsərlərindən sonra romantik ab-havalı şeirlərə meyillənəndə, ədəbi mühitdə belə bir fikir formalaşdı ki, siz ciddi ədəbiyyatı maddiyyata dəyişdiniz.

– Mən həmişə demişəm, nə qədər romantik, şairanə düşüncə ilə yaşayan biri olsam da, həm də realistəm, praqmatikəm. Yəni mən uzaqgörən və hər şeyə səbir edən insanam. Klassik şair obrazını, nə zahirən, nə də daxilən daşıyan insan deyiləm. Bilirsiniz də, klassik şair obrazı var, saçları dağınıq, siqaret damağında, asket həyat tərzi keçirən. Və onun bir əqidəsi var ki, xeyri yoxdur, nə yazıram yazım indi oxumasalar da, yüz ildən sonra bəlkə də, oxuyacaqlar. Mən tamam başqa tip adamam, daha realistəm. Yəni bazara tələbat olmayan mal çıxarmıram, iqtisadi hesablar var burada.

– Yəni istedadınızdan kommersiya məqsədi ilə istifadə edirsiniz?

-Yazı da bir əmtəədir. Biz kapitalizm cəmiyyətində yaşayırıqsa, bunu qəbul etməliyik. Sovet düşüncəsi ilə yanaşmamalıyıq, o başqa düşüncə idi. İndiki dövrdə bədii ədəbiyyat da bir əmtəədir, yazırsan və bazara çıxarırsan. Bu bazarda bunun alıcısı yoxdursa, mən bunu niyə istehsal edirəm?

– Maraqlıdır, sözlərinə ən çox mahnı yazılan şairsiniz. Onlar sizi tapırlar, yoxsa siz onları tapırsınız?

– Söhbətin başlanğıcında dediyim kimi, bəlli yaşa qədər sən adın üçün işləyirsən, çalşırsan, istəyirsən ki, hansısa bəstəkarla dostluq edəsən, hansısa müğənniyə mahnı verəsən. Bu müəyyən yaşa qədər olur. Amma müəyyən vaxtdan sonra əks proses başlayır.

– Yaradıcılıq prosesində qazandığınız dostlarınız var?

– Mən şou aləmindən pul qazansam da, oradan dostum, demək olar ki, yoxdur. Mənim dostluq haqda təsəvvürlərim tamam başqadır.

– Qadın dostlarınız var?

– Adətən, Azərbaycanda qadın və kişinin dostluğunu çətin təsəvvür edirlər.

– Dostluqda cins heç bir önəm daşımır.

– Bu məsələnin nəzəri tərəfidir.

– Yox, yanaşma bucağı var. Sən ona qadın kimi baxmırsansa, istəyirsən dünyada bir sən, bir də o qalsın, heç bir kontakt yarana bilməz. Çünki ona qadın kimi baxmırsan, dost kimi baxırsan. Yəni bu mənada dostlarım lap dünya gözəlləri olsa da, mən onlara qadın kimi baxmıram. Mən, sadəcə, qadına heç vaxt sirrimi açmaram. Sadəcə, qadına ürək qızdırmaram. Amma dostuma ürəyimi açaram, hər sirrimi deyərəm. Ağrılarımı, zəif yerlərimi deyərəm. Amma qadınların heç birinə bunları demərəm, mən qadınlara etibar etmirəm. Yəni Allah onları bu mənada etibarsız yaradıb. Gərək zəif nöqtəni bilməsinlər.

– Kişilərin ən zəif nöqtəsi elə qadınlar deyil?

– Bu adi sirdir, dərində elə sirlər var ki, onları Allahdan başqa heç kim bilmir.

– Baba müəllim, sosial şəbəkələrdə də aktivsiniz. Maraqlıdır ki, “Facebook”da həmişə onlayn olursunuz, amma heç vaxt status paylaşmırsınız, rəy yazmırsınız. Bəs neynirsiniz orada?

– Mən orada ancaq xəbərlərə baxıram. Artıq neçə ildir qəzet almıram, bütün dünyadan məlumatı oradan alıram. Həm də burada ünsiyyət var. Televizor sosial şəbəkənin yerini vermir. Qəzetlərin obyektivliyinə inanmıram. Amma “Facebook”da hər imzanın arxasında canlı insan var.

– Sizə yazılanlara cavab yazırsınız?

– Hamısına yox. 5 min insana cavab yazmaq çətindir axı.

– Əvvəl oxucu məktubları olurdu, indi “Facebook”da yazırlar. Maraqlıdır, sizə yazılan ən maraqlı mesaj necə olub?

– Hamısı maraqlı mesajlardır, hərə öz mesajını yazır. Amma sosial şəbəkələrdə çox dərinə gedən, filosofluq edənlərdən xoşum gəlmir. Polemikanı sevmirəm.

Baba vəziroğlunun şeirləri

Martın 10-u Bakı şəhəri 246 nömrəli orta məktəb – liseydə Əməkdar incəsənət xadimi, şair, nasir, publisist, kinodramaturq, tərcüməçi Baba Vəziroğlu ilə görüş keçirilmişdir.

Görüşü giriş sözü ilə məktəbin direktoru Almaz Bayramova açmış, şairin məktəblilərlə görüşünün şagirdlər üçün böyük önəm daşıdığını qeyd etmişdir. Direktor bu tipli tədbirlərin uşaqların tərbiyəsinə, dünya­görüşünə, söz ehtiyatlarının zənginləşməsinə, bədii mütaliəsinə müsbət təsir edəcə­yini xüsusi vurğulamışdır.

Tədbirdə öncə Baba Vəziroğlunun həyat və yaradıcılığına həsr olunmuş video­rolik göstərilmiş, aparıcı şairin lirik şeirlərində axıcılıq, səmimilik, yüksək poetikliyin olduğunu diqqətə çatdırılmışdır.

Görüşdə şairin sevilən əsər­lərindən biri olan “Heydər xalqım söyləyəcək, xalq Heydər deyəcək” adlı musiqi kompozisiyası izlənilmişdir. Sonra şagirdlər mahnı sədaları altın­da şair Baba Vəziroğlunun şeirlərindən nümunələr söyləmiş, nəğməkar şairin sözlərinə bəstələnmiş mahnı­lar ifa etmişlər.

Şagirdlər hazırladıqları şeirləri və nəğmələri söylədikdən sonra söz şair Baba Vəziroğluna verilmiş, şair şagirdlərlə görüşün onun üçün xüsusi məna kəsb etdiyini vurğulamışdır. O, öz çıxışında dövlətin təhsil islahatlarını bəyən­diyini qeyd etmişdir. Şair onun bugünkü yüksəlişində təhsilinə, müəllimlərinə minnət­dar olduğunu diqqətə çatdırmış və şagirdlərə də yüksək təhsil uğrunda bütün çətinliklərə dözməyi tövsiyə etmişdir. Öz tərcümeyi – halından danışan Baba Vəziroğlu vaxtilə İsmayıllı rayonunda kənd məktəbində təhsil aldığından, Bakı Dövlət Universi­tetinin jurna­listika fakültəsini bitirdiyindən, Moskvada M. Qorki adına Ədəbiyyat İnsti­tutunda təhsilini davam etdirdiyindən, daha sonra isə Bolqarıstanda tərcüməçilik kurs­larında oxuduğundan bəhs etmişdir.

Görüşdə mək­təbin Azərbaycan dili və ədəbiyyat müəllimi Baba Məhərrəmli çıxış edərək bil­dirdi ki, Baba Vəziroğlunun şeirlərində Azərbaycan dilinin bütün incə­likləri, axıcılığı əks olunub. Şagirdlərin milli ruhda böyüməsi, doğma dillərinin zəngin söz ehtiyatına yiyələn­mələri üçün Baba Vəziroğlu kimi ziyalı­larla, ədiblərlə tanışlığı, canlı ünsiyyəti, sıx təması mühüm önəm daşıyır.

Sonra şair müəllim və şagird kollektivi qarşısında öz şeirlərini səsləndirmiş və şagird və müəllimlərin müxtəlif mövzulardakı suallarını ətraflı cavablandırmışdır.

Tədbirin sonunda şagird və müəllim kollektivi Baba Vəziroğlunu gül dəstələri ilə yola salmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.