Press "Enter" to skip to content

Badımcanın faydaları və zərərləri

Badımcan saplağı torpaqdan gələn vitamin və mineralları özündə cəmləyir.

Badımcan saplağının inanılmaz faydaları

Bir çoxumuz yemək hazırlayarkən badımcanın saplağını zibilə atırıq, amma bilməliyik ki, o da ən az gövdəsi qədər faydalıdır.

Badımcan saplağı torpaqdan gələn vitamin və mineralları özündə cəmləyir.

Saplaq qaynadılıb istifadə edildikdə babasil xəstəliyinin müalicəsi ilə yanaşı, bir sıra məsələlərdə insan orqanizmi üçün faydalıdır.

AzNews.az sizə badımcan saplağının inanılmaz faydalarını təqdim edir.

  • Badımcan saplağı suyu babasil xəstəliyini müalicə etmək üçün istifadə olunan dərman, əməliyyat, lazer kimi vasitələrdən daha təbii bir üsuldur.
  • Tərkibindəki vitaminlər sayəsində göz sinirlərindəki hüceyrələrin bərpası və göz zəifləməsi kimi sıxıntıların aradan qaldırılmasına səbəb olur.
  • Qan azlığı səbəbi ilə yaranan yorğunluq və stress kimi narahatlıqları götürür.
  • Badımcan saplağının tərkibində yağın az olmağı və tox saxlamaq kimi özəlliyi arıqlamağınıza kömək edəcək.
  • Badımcan saplağı suyunun müntəzəm istifadəsi dərinizin daha parlaq və gənc görünməsini təmin edəcək.

Hazırlanması:

10 ədəd badımcan saplağı + 10 stəkan içməli su.

Badımcanın yaşıl saplaqlarını kəsib, yaxşı yuyun. Suyu qazana töküb saplaqları içərisinə atın. Qazanın qapağını bağlayıb, yarım saat qaynadın. Soyuduqdan sonra saplaqları qazandan çıxarın. 5 gün ərzində hazırladığınız məhsulu səhər və axşam ac qarınına bir stəkan için.

Səidə Vahid

AzNews.az

Badımcanın faydaları və zərərləri

Badımcan çoxillik tərəvəz bitkisidir. Badımcanın vətəni Hindistanın tropik rayonları hesab edilir. Burada badımcan yabanı halda bitir. Badımcan Aropa ölkələrində XIII-XV əsrlərdə birillik tərəvəz bitki kimi becərilməyə başlanılıb.

Redaktor.az bildirir ki, badımcanın təbii rəngi bənövşəyidir. Amma, son illərdə onun müxtəlif rəngli növləri yetişdirilib. İndi badımcanın ağ, sarı, qəhvəyi, hətta qara rəngi də olur.

Badımcan quru qida maddəsi kimi istifadə edilmir.

Kalori dəyəri

Badımcanın kalori dəyəri 24 kKal-dir və yağsız dietik qida maddəsi hesab edilir. Bişmiş duzsuz badımcanda 33 kKalori olur. Duza qoyulmuş badımcan 189 kKaloriyə malik olur. Bu səbəbdən də duza qoyulmuş badımcandan çox istifdə etmək piylənməyə səbəb ola bilir.

100 qram badımcanın qida dəyəri:

– Karbohidratlar – 4.5 qr

– Kalori dəyəri – 24 kKal.

Badımcanın tərkibində şəkər, sülallar, yağlar, kalium, kalsium, natrium, maqnium, fosfor, brom, xlor, aliminium, dəmir, yod, molibden, ftor, kolbat, sink, müxtəlif mikroelementlər və B1, B2, B6, B9, C, P, PP, D vitaminləri var. Mütəxəssislər, dietoloqlar badımcanın orqanizm üçün faydalı olduğunu söyləyirlər. Belə ki, onun tərkibi liflərlə, pektin və digər dietik maddələrlə zəngindir.

Badımcana xüsusi tünd dad verən “solanin M” adlı maddədir. Bu maddənin həddindən çox olması orqanizm üçün zəhərlidir, amma, badımcanın tərkibində onun miqdarı çox az olur. Badımcanı duza qoyub saxladıqdan sonra əllə sıxaraq suyunu axıtdıqda bu zəhərli maddə xaric olur. Ən dadlı və ən faydalı badımcan göy-qara rəngli, parlaq qabığa malik, nazik və uzun, toxumu az olan badımcan hesab edilir.

Badımcanın faydaları və zərərləri

Badımcan çoxillik tərəvəz bitkisidir. Badımcanın vətəni Hindistanın tropik rayonları hesab edilir. Burada badımcan yabanı halda bitir. Badımcan Aropa ölkələrində XIII-XV əsrlərdə birillik tərəvəz bitki kimi becərilməyə başlamışdır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, badımcanın təbii rəngi bənövşəyidir. Amma, son illərdə onun müxtəlif rəngli növləri yetişdirilmişdir. İndi badımcanın ağ, sarı, qəhvəyi, hətta qara rəngi də var. İndi hətta badımcanın müxtəlif ölçülü və formalı çeşidləri(yumurtaya, armuda,slindirə, şara bənzər) də var. Bu giləmeyvənin ( badımcan giləmeyvədir) çəkisi 30 qramdan 2 kiloqrama qədər ola bilir. Növündən asılı olmayaraq badımcan bir az bərk, bir az yumşaq, xırda toxumlu və özünəməxsus dada malik olur. Badımcan quru qida maddəsi kimi istifadə edilmir.
Kalori dəyəri
Badımcanın kalori dəyəri 24 kKal-dir və yağsız dietik qida maddəsi hesab edilir.Bişmiş duzsuz badımcanda 33 kKalori olur. Duza qoyulmuş badımcan 189 kKaloriyə malik olur. Bu səbəbdən də duza qoyulmuş badımcandan çox istifdə etmək piylənməyə səbəb ola bilir.
100 qram badımcanın qida dəyəri:
– Zülal – 1,2qr
– Yağlar – 0,1qr
– Karbohidratlar – 4.5qr
– Su – 91qr
– Kalori dəyəri – 24kKal.
Badımcanın tərkibində şəkər, sülallar, yağlar, kalium, kalsium, natrium, maqnium, fosfor, brom, xlor, aliminium, dəmir, yod, molibden, ftor, kolbat, sink, müxtəlif mikroelementlər və B1, B2, B6, B9, C, P, PP, D vitaminləri var. Mütəxəssislər, dietoloqlar badımcanın orqanizm üçün faydalı olduğunu söyləyirlər. Belə ki, onun tərkibi liflərlə, pektin və digər dietik maddələrlə zəngindir. Bu maddələr orqanizmdən xolesterinin azalmasına və artıq qidaların xaric olunmasına səbəb olur.
Badımcandan hazırlanan yeməklər ateresklerozun, ürəyin işemik xəstəliklərinin, öd daşı xəstəliyinin əmələ gəlməsinin qarşısını alır, qanda pis xolesterinin miqdarının azalmasına səbəb olur. Badımcandan bişirilən yeməklərlə qidalanmaq qan azlığını aradan qaldırır. Badımcan şəkər xəstəliyi və böyrək xəstəlikləri zamanı çox faydalıdır. Yaşlı adamlara daha çox faydası dəyir. Belə ki, badımcan ürək damar xəstəlikləri əlamətlərini və bu xəstəliklər səbəbindən əmələ gələn şişkinliyi aradan qaldırır. Onun hamilə qadınlara çox xeyri var. Badımcan bakteriasid təsirə malik olan qidalardandır.
Badımcanın tərkibində olan təbii turşular atereskleroz xəstəliyinin əlamətlərini azaldır və xəstəliyin sağalmasına yardım edir.
Badımcana xüsusi tünd dad verən “solanin M” adlı maddədir. Bu maddənin həddindən çox olması orqanizm üçün zəhərlidir, amma, badımcanın tərkibində onun miqdarı çox az olur. Badımcanı duza qoyub saxladıqdan sonra əllə sıxaraq suyunu axıtdıqda bu zəhərli maddə xaric olur. Ən dadlı və ən faydalı badımcan göy-qara rəngli, parlaq qabığa malik, nazik və uzun, toxumu az olan badımcan hesab edilir.
Badımcandan hazırlanan qidalar qara ciyər və böyrək xəstələri üçün çox faydalıdır. Onun tərkibində olan bal və dəmir qanda hemoqlobinin artmasına, dərinin gözəlləşməsinə səbəb olur. Mütəxəssislər uşaqlara və hamilə qadınlara badımcandan hazırlanan yeməklərdən itifadə etməyi məsləhət bilir. Buna səbəb isə badımcanın tərkibinin vitaminlər və mikroelementlərlə zəngin olmasıdır. Tərkibində karbohidratların miqdarı az olduğuna görə badımcan artıq çəkidən və şəkərli diabetdən əziyyət çəkənlər üçün əla qida vasitəsi hesab edilir. Badımcanın şirəsi bakteriasid təsirə malikdir və yaraların sağalmasını sürətləndirir.
Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.