Press "Enter" to skip to content

Körpələr üçün yemək reseptləri (davam)

Keçmiş zamanlarda kişilər cinsi aktı uzatmaq məqsədilə xörəyə moruq yarpaqları qatırdılar. Onun tərkibindəki feliamin sayəsində cinsi orqanın sinir uclarının fəaliyyəti bir qədər ləngiyir. Oyanma gec baş verdiyindən cinsi akt uzanır.

Gec qurtarmaq üçün təbii vasitələr

Erkən boşalma günümüzdə milyonlarla kişini narahat edən və bir çoxunun dilə gətirmədiyi problemdir. Sırf bu diaqnozla androloq həkimlərə müraciət edən xəstələrin sayı çox azdır. Bir çoxları alternativ metodlara can atır. Bu üsullar arasında gec qurtarmaq üçün təbii vasitələr ön sıralarda dayanır.

Gec qurtarmaq üçün müalicə üsulu – fitoterapiya

Müalicəvi vasitələr: otlar və bitkilər qədim zamanlardan istifadə olunur. Bir çox bitki gec qurtarmaq üçün dərmanlarla birgə tətbiq edilir.

Gec boşalmaq üçün təbii vasitələr – nanə

Nanə – ödqovucu, spazmolitik, iltihabəleyhinə, antiseptik təsirlərə malikdir. Bu bitki bağırsaqda mayalanma və çürümə proseslərini ləngidir. Həmçinin nanənin immuniteti möhkəmləndirici, yarasağaldıcı, sidikqovucu xüsusiyyətləri vardır.

Erkən boşalmanın müalicəsində onun normadan artıq sinir oyanması və baş beyin damarlarında spazmı azaltma xassəsindən yararlanırlar. O həmçinin qan dövranını normaya salır. Nanə şirəsini penisin başına sürtmək lazımdır.

Sakitləşdirici təsiri sayəsində penisin sinir hüceyrələri cinsi akt zamanı stimulyasiyaya gec reaksiya verir. Nəticədə kişi eyakulyasiyanı (sperma ifrazını) kontrol etməyi bacarır və bu prosesi bir qədər uzadır.

Gec qurtarmaq üçün təbii vasitələr – göyçiçək

Xalq təbabətində orqazmı gecikdirən vasitədir. Göyçiçək tinkturasının tərkibindəki sentaurin maddəsi boşalmanı gecikdirir. Tinktura – spirt və ya efirdə hazırlanan dərman maddəsi deməkdir.

Gec qurtarmaq üçün təbii vasitələr – moruq

Keçmiş zamanlarda kişilər cinsi aktı uzatmaq məqsədilə xörəyə moruq yarpaqları qatırdılar. Onun tərkibindəki feliamin sayəsində cinsi orqanın sinir uclarının fəaliyyəti bir qədər ləngiyir. Oyanma gec baş verdiyindən cinsi akt uzanır.

Gec qurtarmaq üçün təbii vasitələr – palıd qabığı

Bir çox xəstəliyin müalicəsində istifadə olunan palıd qabığı seksual disfunksiyada effektiv vasitə hesab edilir. Onun dəmləməsini 1 həftə ərzində içmək lazımdır. Palıd qabığı tiaminlə zəngindir. Tiamin cinsi orqanların sinir uclarının fəaliyyətini tormozlayır.

Gec qurtarmaq üçün təbii vasitələr – buğda yağı

Buğda yağının tərkib hissəsi olan entemorfin hipofizə birbaşa təsir göstərir. Hipofiz seksual oyanma və cinsi prosesləri idarə etdiyindən yağın qəbulu cinsi aktı uzadır. Bundan ötrü buğda yağını intim əlaqədən öncə 40 damcı içmək lazımdır.

Gec qurtarmaq üçün təbii vasitələr – ot qarışıqları

Resept №1

Səhləbin kök yumrularından hazırlanmış toz – 1 xör.qaş.

Nar şirəsi – 1 xör. qaş.

Gavalı şirəsi – 1 xör.qaş.

Quru üzüm şərabı – 100 ml.

Qaynar su – 1 stəkan.

Hazırlanma qaydası: 1 stəkan suya səhləbin tozunu töküb, uzun müddət qatı sıyıq alınana qədər qarışdırın. Sonra qaynar şəraba mumiya, bal, nar və gavalı şirələrini əlavə edin. Əldə olunan qarışığı səhləb sıyığının üzərinə töküb, həmcins kütlə əldə olunana qədər qarışdırın. Gündə ½ stəkan həcmində 2 dəfə için.

Resept №2

Qəhvəyi itburnu (meyvələri) – 3 hissə

Dərman cəbrayılotu (kökü) – 2 hissə (dyagil)

Adi turpəng (ot hissəsi) – (surepka) -1 hissə

Qoşayarpaq platantera (lyubka dvulistnaya) – kök yumruları – 2 hissə

Resept №3

Beşpaycıqlı damotu (pustırnik pyatoplastnıy) – 2 hissə

Adi boymadərən – 2 hissə

Acı nanə (yarpaqları) – 1 hissə

Adi qaraqınıq – 1 hissə

Resept №4

İtburni (qəhvəyi meyvələri) – 2 pay

Üçyarpaq suyoncası yarpaqları -1 pay

Gülümbahar (çiçəkləri) – 1 pay

Beşpaycıqlı damotu – 2 pay

№2, 3, 4 hazırlanma qaydası: 2 xör qaş. öncədən xırdalanmış otu 1 litr qaynamış su ilə qarışdırın, qaynama dərəcəsinə çatdırın. 10 dəqiqə vam odda bağlı qabda qaynadın. Otla birlikdə termosa tökün, bütün gecə qalsın. Gün ərzində yeməkdən 30 dəqiqə əvvəl 100-150 ml için. Dadlandırmaq məqsədilə bal, mürəbbə, şəkər əlavə etmək olar. Müalicə kursu 3-4 aydır. 10-14 günlük fasilədən sonra kurs təkrarlanır. Yaxşılaşmaya baxmayaraq müalicə 12 ay aparılmalıdır.

Xülasə

Hər hansı təbii vasitəni istifadə etməzdən öncə o bitkinin əks-göstərişləri və törədə biləcəyi allergik reaksiyalar haqqında həkimdən soruşun.

Körpələr üçün yemək reseptləri (davam)

Bu yeməklər 1 yaşına qədər uşaqlar üçün nəzərdə tutulub. Əlavə qidalar körpənin yalnız 6-aylığından sonra (ət, baliq isə 8 aylığından sonra) onun pəhrizinə əlavə oluna bilər.

Saglamolun.Az-ın məlumatına əsasən – yeni qidaların əlavə edilməsi prosesi tədricən və düzgün şəkildə həyata keçirilməlidir ki, uşağın səhhətində problemlər yaranmasın.

Düyü sıyığı ətlə

2 x.q. düyü, 3 stəkan su, 100 q çiy mal əti, 1/2 ç.q. kərə yağı.

Yumşaq yağsız mal ətin üzərinə soyuq su töküb vam odda hazır olana qədər bişirin. Əti bulyondan çıxarıb 2 dəfə ətçəkən maşınından keçirin. Düyü suda hazır olana qədər bişirin, ət və duz əlavə edin, yaxşı qarışdırın. Sonra sıyığı 3-4 dəq. ərzində vam odda bişirin və sonda kərə yağı əlavə edin.

Sup-püre

1 dənə orta ölçüdə kartof, 1 ç.q. manna yarması, 1/2 ç.q. kərə yağı, 1 yumurtanın sarısı, 1/4 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır), 2/3 stəkan su.

Kartofu təmizləyin, doğrayın və vam odda bağlı qabda hazır olana qədər bişirin. Hazır kartofu ələkdən sıxın, kartof bişirilən suyu əlavə edin və yenə bir neçə dəqiqə qaynadın. Manna yarmasını soyuq suda həll edin və püreyə əlavə edib 10 dəqiqə ərzində vam odda bişirin. Yumurtanın sarısını qaynanmış soyuq süd ilə qarışdırın və sup-püreni qarışdıra-qarışdıra ona əlavə edib 1-2 dəq. ərzində qaynadın. Sup-püreni oddan götürüb ona kərə yağı əlavə edin.

Toyuq püresi

80 q. toyuğun yağsız əti (“broyler” toyuqlarından yox, “kənd” toyuqlarından istifadə olunur), 2 x.q. süd, 1/2 stəkan su, az miqdarda cəfəri və xırda doğranmış baş soğan, 1/2 ç.q. kərə yağı, 1/2 ç.q. un.

Toyuq əti suya cəfəri və soğan əlavə edilib hazır olana qədər vam odda qapağın altında bişirilir. Ət ətçəkən maşınından 2 dəfə olmaqla keçirilir, ona bulyon, un və kərə yağı əlavə olunur və 2-3 dəq. ərzində qaynadılır. Daha sonra püreyə isti süd və duz əlavə olunur, yenə 1-2 dəq. ərzində qaynadılır.

Balıq küftəcikləri

100 qr. balıq filesi (treska), 1 tikə çörək, 2/3 stəkan su, 1 yumurtanın sarısı, 1/2 ç.q. kərə yağ.

Balıq filesi soyuq suda isladılmış çörəklə birlikdə 2 dəfə ətçəkən maşınından keçirib, yumurta sarısını və kərə yağı əlavə edin. Qiymə (farş) yaxşı qarışdırılır və xırda küftəciklər formasına salınır. Küftəciklər qaba yığılır, üzərinə su əlavə olunur və vam odda divarları qalın olan bağlı qabda bişirilir.

Toyuq kotletləri

100 qr toyuq əti, 1 tikə ağ çörək, 1/4 stəkan süd, 1/2 ç.q. kərə yağı, 1 dənə yumurta.

Toyuq əti süddə isladılmış çörəklə birlikdə 2 dəfə ətçəkən maşınından keçirilir. Yumurta, duz, yumşalmış kərə yağı əlavə olunur və yaxşı qarışdırılır. Qiymədən kotletlər formalanır və buğda hazır olana qədər bişirilir.

Ev kəsmiyi

Uşaqlar üçün olan kefir (dükanlarda satılır) təmiz minalanmış qaba tökün və su hamamında kəsmik əmələ qələnə qədər qızdırın. Suyu tökün, kəsmiyi ələkdən sıxın.

Saglamolun.Az

Qoz qabığını 10 dəqiqə qaynadın. Hamı bu reseptdən danışır

Qozun faydalarını saymaqla bitməz. Tərkibində zülal, lif, Omega 3, Omega 6 yağ turşuları olan qoz kalsium, dəmir, sink, maqnezium, fosfor, mis, selenium, manqan mineralları və A, B1, B2, B6, C vitaminləri baxımından insan həyatında əhəmiyyətli qidalardan biridir.
Qabıqlı çərəzlərdən ən xeyirlisi olan qozun faydasını saymaqla qurtarmaz. Qadinlar.Biz bu dəfə qoz qabığının faydalarını araşdırıb.Qozun qabığının çay dəmləyib, daxilə qəbul etmək möcüzəvi bir təsirə malikdir.Qoz Qabığını atmayın! Yığın və qaynadın.
Qoz və qabığı da çox qədim zamanlardan bu günə qədər müxtəlif xəstəliklərin müalicəsində və dərman istehsalında istifadə edilmişdir. Qozun quru qabığını çay kimi dəmləyib içmək soyuqdəymə və öskürəyə yaxşı təsir edir. Quru və ya təzə qoz qabığının dəmləməsi bağırsaqlarda olan qurdların müalicəsi üçün də müalicəvi təsirə malikdir. Gündə iki fincan qoz qabığı məhlulu ilə bu problemin öhdəsindən gəlmək olar. Şəkər xəstəliyi, orqanizmdə D vitamini çatışmazlığından yaranan raxit xəstəliyi üçün də 10-15 ədəd qoz qabığına su ilə qaynadıb qəbul etmək faydalıdır.Sızanaqlı dəri üzərinə sürülməsi sızanaqların və dəri ləkələrinin keçməsinə köməkçi olur. Qoz qabığını (Quru və ya yaş) qaynayan suyun içərisinə atıb 10 dəqiqə bişirdikdən sonra saçlarımızı yuyanda saç tökülməsi dayanacaqdır. Saçlarımız əvvəlki parlaqlığına qovuşacaq və təravətini itirmiş saçlarınız güclənəcəkdir. Saçlar kəpəklərdən təmizlənmiş olacaq. Saçlarımızı hazırladığımız su ilə hər gün yumağa davam etsək , saçlardakı ağ tüklərin azalmasının şahidi olacaqsınılz.Qoz qabığının istifadə qaydası:
20 ədəd qozun qabığını (xarici qismindəki sərt olan qəhvəyi qabıqları), 1 litr suda 10-15 dəqiqə qaynadın. Əldə edilən qoz qabığının suyu ilə hər gün səhər-axşam iki dəfə saçlarınızı yuyun. Daimi tətbiqdən sonra qısa müddətdə saç tökülməsinin qarşısı alınır.

Müalicəni ən az üç həftə davam etməniz vacibdir.

Sağlamlıq Baxılıb: 41304 Tarix: 20 iyun 2016

Digər yazılar

Zeytun yağı haqqında və onun faydası

Müxtəlif xalqlar zeytun yağına ilahi mənşəli ağac yağı kimi yanaşardılar. Qədim yunan rəvayətinə görə müdriklik allahı Afina allahların yarışında ən əhəmiyyətli neməti udaraq insanlara hədiyyə kimi bağışlamışdır. Yunanla

Ağrınız varsa nanə qəbul edin

Qış aylarında nanəli çay içərək həm soyuqdəymənin qarşısını alın, həm də səhhətinizə diqqət yetirin. Faydalı bitki kimi gündəlik məişətdə istifadə etdiyimiz nanə həzmi asanlaşdırmaqla yanaşı, mədədə əmələ gələcək yanıqları

Dəfnə yarpağının insana faydası

Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir. Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidə

Yemişin faydası

Bu şirin tərəvəz öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır. Bəzi mənbələrə görə, Hindistanda bu tərəvəzi hətta bizim eramızdan əvvəl yetişdirirdilər. Daha sonra yemiş Asiyaya “gəlib” və yalnız ort

Nar haqqında

Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasınd

Kakaonun insana faydası

Kakao əsəb və xərçəng riskini azaldan önəmli vasitə hesab edilir.Kalsiumla zəngin olan kakao sümüklərin bərkiməsi, ürəyin qüvvətlənməsi, həzmin asanlaşması üçün də çox faydalıdı. Bu bitki böyrəklərdə su və duzun həl l olunara

Limonun çox faydalı 5 cəhəti

Limon xərçəngə qarşı istifadə edilən vasitədir. Yeməklərdə, salatlarda, çayda, dəri üçün hazırlanan bir çox maskalarda istifadə edilən bitki tərkibli limonun bir sıra faydaları var. Bu sitrus meyvəsinin 5 əsas faydalı cəhət

Spermanın keyfiyyətini və sürətini artırmağın yolu – Bunları edin

Sperma keyfiyyətini və sürətini artırmaq üçün bunları yeyin. Mütəxəssislər sperma keyfiyyəti və sayı ilə köklük arasında tərs mütənasiblik olduğunu bildirirlər. Belə ki, kök kişilərin sperma sayı daha az olur. Ona görə d

İmmuniteti gücləndirən, orqanizmi təmizləyən yaşıl detoks

Müxtəlif meyvə və tərəvəzlərdən hazırlanan detoks yalnız orqanizmi şlaklardan təmizləmir, həm də bədəni lazım olan vitaminlərlə təmin edərək həzm sistemini yaxşılaşdırır. Qaraciyər sağlamlığını qoruyur, onun işini yaxşılaşdırır

Comments are closed, but trackbacks and pingbacks are open.