Press "Enter" to skip to content

Azərbaycan universitetlərində təhsil haqları – SİYAHI – CƏDVƏL

Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib.

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti mühazirə keçirilib

Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib.

Mühazirədə hər iki universitetin professor-müəllim heyəti üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.
Mingəçevir Dövlət Universitetindən Editor.az-a bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirəyə MDU-nun “Humanitar fənlər” kafedrasının müdiri Esmira Cəfərova moderatorluq edib. BDU-nun Jurnalistika fakültəsinin

“Yeni media və kommunikasiya nəzəriyyəsi” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli “Müasir Azərbaycan mediasının problemləri” mövzusundakı məruzəsində müasir jurnalistikanın qarşısında dayanan vəzifələrdən, yazı stilistikasından, xəbərlərin obyektivliyindən, sosial medianın yaratdığı imkanlardan, informasiya təhlükəsizliyi və digər mövzulardan danışıb.

Mediada operativliyin vacibliyindən söz açan Cahangir Məmmədli peşəkar jurnalistlərin uğurlu fəaliyyətlərindən bəhs edib.

Böyük maraqla qarşılanan məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb və suallar ətraflı cavablandırılıb.
Faydalı mühazirəyə və maraqlı müzakirələrə görə professor C.Məmmədliyə, eləcə də əməkdaşlığın inkişafında dəstəyi olan hər kəsə təşəkkürünü bildirən hər iki universitetin kollektiv üzvləri layihənin icrasından məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, MDU-da akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin qabaqcıl və qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın effektivliyinin yüksəldilməsi məqsədilə universitetlər arasında çoxşaxəli birgə fəaliyyət planı həyata keçirilir. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına hədəflənən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.

Azərbaycan universitetlərində təhsil haqları – SİYAHI – CƏDVƏL

Azərbaycanda qəbul imtahanları yaxınlaşdıqca, ali məktəb seçimləri başlayır. Ali məktəb seçimində isə təhsil haqqı bəzən həlledici rol oynayır.

Day.Az-ın məlumatına görə, Fins.az bu mövzunun əhalinin böyük hissəsi üçün əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdəki təhsil haqlarını açıqlayır:

Dillər Universiteti

Fakültələr üzrə illik təhsil haqqı 1 – 2,5 min manat arasında dəyişir.

Ən yüksək təhsil haqqı olan fakültələr

Regionşünaslıq – 2,5 min manat

Beynəlxalq münasibətlər – 2,5 min manat

İngilis dili müəllimliyi – 2,5 min manat

İngilis dili filologiyası – 2,5 min manat

İngilis dili tərcümə – 2,5 min manat

Ən aşağı təhsil haqqı isə alman və fransızdilli ixtisaslardır – 1000 manat.

Texniki Universiteti

Menecment fakültəsi – 1600 manat,

Avtomatika fakültəsi – 1600 manat,

Maşınqayırma fakültəsi- 1500 manatdır.

Qafqaz Universitetində

Təhsil haqları tələbələrin topladıqları ballara uyğun müəyyən edilir. İxtisas seçimində Qafqaz Universitetini 1-ci seçim edənlərə 10% güzəşt edilir.

Qafqaz Universiteti 2016-2017-ci tədris ili bakalavr səviyyəsi üzrə qəbul ixtisasları

toplanmış bala görə ödəniş və güzəştlər (manatla)

QEYD:1) Ixtisas seçimində Qafqaz Universitetini 1-ci seçim edənlərə 10% güzəşt edilir.

Dövlət İdarəçilik Akademiyası

Kompüter elmləri- 2000 manat

Politologiya – 2500 manat

Siyasi Elmlər- 2500 manat

Beynəlxalq münasibətlər -2500 manat

Hüquqşünaslıq – 2500 manat

Dövlət və bələdiyyə idarəetməsi – 2500 manat

Menecment- – 2500 manat

İqtisadiyyat – 2500 manat

Neft və Sənaye Universiteti

Kompüter elmləri ixtisası -1800 manat

Kompüter mühəndisliyi ixtisası – 1800 manat

İnformatika texnologiyası ixtisası – 1800 manat

Sənayenin təşkili və idarə olunması ixtisası – 1800 manat

Dünya iqtisadiyyatı – 1800 manat

2 beynəlxalq proqram üzrə pullu təhsil:

ABŞ-ın Corciya Universiteti və Almaniyanın Zigen universitetinə hazırlıq üzrə aparılan ixtisaslar -1800 manat

Digər ixtisaslarda isə təhsil haqqı 1600 manatdır.

Xəzər Universiteti

Humanitar və sosial elmlər – 2500 manat

İqtisadiyyat – 4000 manat

Təhsil – 3500 manat

Mühəndislik – 3500 manat

Göstərilən ixtisaslar üzrə magistr təhsili isə 3000 manatdır.

Tibb Universiteti

Müalicə işi fakültəsi – 3000 manat

Əczaçılıq fakültəsi – 2000 manat

Stomotologiya – 3000 manat

Tibbi profilaktika – 2000 manat

Turizm və Menecment Universiteti

Qida məhsulları mühəndisliyi -2500 manat

Turizm və otelçilik – 3000 manat

Regionşünaslıq – 2500 manat

Beynəlxalq münasibətlər – 2500 manat

Menecment – 3000 manat

Marketinq – 3000 manat

Maliyyə – 3000 manat

Biznesin idarə edilməsi – 2800 manat

Nəqliyyat servisi – 2500 manat

Tərcümə – 3000 manat

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması – 2500 manat

Sosial iş – 2500 manat

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bakı Dövlət Universiteti

Təsərrüfat əməliyyatları zamanı müəssisə 1) əsas vəsaitlər, qeyri-maddi aktivlər və materiallar alır; 2) onlardan istifadə edir; 3) istehsal prosesinə xərc çəkir; 4) hazır məhsul istehsal edir; 5) onu satır; 6) satışdan pul vəsaiti və mənfəət əldə edir. Bütün bunlar təsərrüfatı prosesləri zamanı baş verir.

Müəssisədə təsərrüfat əməliyyatlarının baş verməsi zamanı orada olan əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və materialların rolu böyükdür. Belə ki, onlarsız təsərrüfat əməliyyatlarının baş verməsini düşünmək olmaz. Ona görə də hər bir müəssisənin mühasibatlığında əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və materialların uçotunun aparılması vacib şərtlərdən biridir. Onların təsnifatı və uçotunun aparılması aşağıdakı kimidir.
Əsas vəsaitlər anlayışı, təsnifatı və uçotun vəzifələri

Əsas vəsaitlər – hər bir müəssisənin maddi-texniki bazasının əsasını təşkil etməklə qeyri-dövriyyə aktivi sayılır. Əsas vəsaitlərin səciyyəvi cəhəti ondadır ki, onlar müəssisənin istehsal (xidmət) təsərrüfat fəaliyyətində uzun müddət iştirak edir, köhnəldikcə öz dəyərini müəyyən olunmuş normalarla hissə-hissə məhsulun dəyərinə keçirir, istehsal əməliyyatlarında özünün natural formasını saxlayır və əlavə olaraq iqtisadi fayda verir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli əmri ilə təsdiq olunmuş və 1996-cı ilin yanvarın 1-dən qüvvədə olan «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimata» müvafiq olaraq 1996-cı ildən sonra alman əsas vəsaitlərin vahidinin və dəstinin dəyərinin minimum həddi 100 manat həcmində müəyyən olunmuşdur (milli pulun 2006-cı ildə denominasiya nisbəti ilə). İnflyasiyanın sürətindən asılı olaraq əsas vəsaitlərin dəyərinin minimum həddinin limiti hər dəfə dəyişdirildikcə onların balansda yerini dəyişmək olmaz.

Müəssisənin 01№-li “Əsas vəsaitlər” hesabında müxtəlif səbəblərdən əsas vəsait kimi uçota alınan bəzi lüzumsuz (faktiki olaraq istehsal (xidmət) sferasında əsas vəsait kimi iştirak etmək imkanı olmayan) vəsaitlər olarsa və onların əsas vəsaitlər sırasından çıxarılması zərurəti yaranarsa, o zaman müvafiq qanun-vericiliyə uyğun olaraq müəssisə rəhbəri bu barədə qərar qəbul edir. Bu qərar müəssisənin uçot siyasəti barədəki əmrində öz əksini tapmalıdır.

İcarəyə verilmiş binalar, qurğular, avadanlıqlar və digər əsas vəsaitlər üzrə başa çatdırılmış əsaslı məsrəflər icarəyə götürən tərəfindən faktiki xərclər məbləğində özünün əsas vəsaitlərinə daxil edilir (icarə müqaviləsində başqa şərtlər nəzərdə tutulmadıqda).

Müəssisənin öz mülkiyyətində olan torpaq sahələri uçotda onların alınmasına çəkilən faktiki xərclər üzrə əks etdirilir.

Əsas vəsaitlər mühasibat uçotunda ilkin dəyəri ilə, yəni onun alınmasına, quraşdırılmasına, hazırlanmasına çəkilən faktiki xərc məbləğində əks etdirilir. Öz mülkiyyətində torpaq sahələrindən başqa əsas vəsaitlərin ilkin dəyəri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri aparıldıqda, onlara yeni avadanlıqlar quraşdırdıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişdirilə bilər.

Əsas vəsaitlər istehsal əməliyyatının mühüm amillərindən biri olduğundan onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibində öz əksini tapır. Bu əsas vəsaitlərin dəyərini müəyyən dövr ərzində istehsal olunmuş məhsulların, görülmüş işlərin maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə icra olunur. Bununla əlaqədar olaraq əsas vəsaitlərə amortizasiya (köhnəlmə) hesablanır.

Əsas vəsaitlərin satışı və s. xaric olması hallarında (əvəzsiz olaraq verilənlərdən və alınanlardan başqa) bu əməliyyatlar üzrə mənfəət, yaxud zərər müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir.

  1. dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;
  2. istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə məhsulun (xidmətin) dəyərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər;
  3. dəyərindən və xidmət müddətindən asılı olmayaraq əsas vəsait sayılan kənd təsərrüfatı maşınlarından, alətlərindən, mexanikləşdirilmiş tikinti alətlərindən, işçi və məhsuldar heyvanlardan başqa xidmət müddətindən asılı olmayaraq vahidinin və dəstinin dəyəri 100 manatdan (bu hədd 01. 01. 1996-cı ildən sonra alınanlar üçündür) aşağı olan əmək əşyaları;
  4. dəyərindən və xidmət müddətindən asılı olmayaraq balıq ovu alətləri(trallar, bütün növ torlar və s.);
  5. benzin motorlu mişarlar, şaxdoğrayan maşınlar, çaylarda istifadə edilən axıtma trosları, mövsümi yollar, ağac daşıma üçün müvəqqəti asılma yollar, iki il müddətində istifadə etmək üçün meşələrdə olan müvəqqəti evlər, səyyar dartılıb aparılan qızdırıcı evlər, qazan-xana məntəqələri və başqa müvəqqəti mövsümi xarakterli vəsaitlər (əmək vasitələri);
  6. dəyərindən asılı olmayaraq fərdi sifarişlərin, yaxud məmulatların seriyalı və kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər;
  7. vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları;
  8. vahidinin və dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq müəssisələrdə işçilərə verilən xüsusi geyim formaları, səhiyyə, maarif, əhalinin sosial müdafiəsi və başqa büdcə idarələrində verilən geyimlər və ayaqqabılar;
  9. dəyəri kompleks tikinti-quraşdırma işlərinin maya dəyərinə üstəlik xərclər kimi daxil edilən müvəqqəti (titulsuz) xüsusi düzəldilmiş mexanizmlər, qurğular və s. (tituldan kənar) tikintilər;
  10. anbarda əmtəə material qiymətlilərinin saxlanmasında və ya texnoloji prosesdə iştirak edən vahidinin dəyəri 100 manatdan (bu hədd 01.01.96-cı ildən sonra alınanlar üçündür) aşağı olan taralar;
  11. dəyərindən asılı olmayaraq kirayə vermək üçün təyin edilmiş əşyalar;
  12. cavan və kökəldilməkdə olan heyvanlar, quşları, dovşanlar, xəzli heyvanlar, arı ailələri və təcrübə üçün saxlanılan heyvanlar;
  13. tinglikdə köçürmə məqsədilə əkilmiş çoxillik əkmələr.

– Maşınlar və avadanlıqlar;

– İstehsalat alətləri və təsərrüfat avadanlıqları;

– İşçi və məhsuldar heyvanlar;

– Sair əsas vəsaitlər.

Binalara – bütün növ istehsalat və təsərrüfat təyinatlı binalar, o cümlədən idarə heyətinin yerləşdiyi binalar, sosial-mədəni obyektlər, xəstəxana, poliklinika binaları, internat evləri, qocalar və əlillər evləri, uşaq müəssisələri, kitabxana, muzey binaları, elmi-tədqiqat institutları, laboratoriyalar, sexlər və başqa istehsalat və təsərrüfatların yerləşdikləri bütün növ binalar aiddir.

Qurğulara (tikintilərə) – müəyyən texniki funksiyaları yerinə yetirən mühən-dis-texniki obyektlər, stadionlar, hovuzlar, yollar, körpülər, heykəllər, binaların hasarları, vodokaçkalar (suçıxaranlar), ictimai bağlar, bağçalar və bu kimi başqa qurğular aiddir.

Ötürücü qurğulara – elektrikötürücülər və xətlər, transmissiyalar və boru kəmərləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları, bir sözlə, istehlakçıya çatdırılacaq enerji, maye və qaz halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ avadanlıqlar, qurğular (bu kimi ötürücü qurğuların və avadanlıqların yerləşdiyi binalardan başqa) aiddir.

  1. Güc maşınları və avadanlıqlarına: – elektrik enerjisi və istilik hasil edən maşın-generatorlar və müxtəlif növ enerji (su enerjisi, külək enerjisi, istilik enerjisi, elektrik enerjisi və s.) hasil edən maşın-mühərriklər və bu kimi başqa güc maşınları və avadanlıqları aiddir.
  2. İş maşınları və avadanlıqlarına: istehsalat prosesində mexaniki mühərriklərin, insan və heyvan gücünün köməyi ilə əmək predmetlərinin yerdəyişməsinə və istehsalat xarakterli işlərin (xidmətlərin) görülməsində, yaxud məhsul hazırlığı prosesində əmək predmetlərinə mexaniki, termiki və kimyəvi təsir göstərmək üçün nəzərdə tutulmuş maşınlar, aparatlar və avadanlıqlar aiddir.
  3. Ölçü cihazlarına: – dozatorlar, ampermetrlər, barometrlər, vatt-metrlər, suölçənlər, vakuummetrlər, vaporimetrlər, voltmetrlər, hündürlükölçənlər, qalvanometrlər, geodeziya cihazları, hiqroskoplar, indikatorlar, kompaslar, manometrlər, xronometrlər, xüsusi tərəzilər, kassa aparatları və başqa ölçü cihazları aiddir.
  4. Tənzimləyici cihazlar və qurğulara: – oksigenli tənəffüs cihazları, elektrik, pnevmatik və hidravlik qurğuları tənzimləyən cihazlar. avtomatik idarəetmə pultları, blokirovka və mərkəzləşdirmə aparatları, dispetçer nəzarəti üçün xətli qurğular və bu kimi başqa tənzimləyici cihazlar və qurğular aiddir.
  5. Laboratoriya avadanlıqlarına: – pirometrlər, nizamlayıcılar, kalori-metrlər, nəmliyi müəyyən edən cihazlar, distillə qazanları, laboratoriya koprları, mikroskoplar, termostatlar, stabilizatorlar, sorucu şkaflar, mikroskoplar və başqa laboratoriya avadanlıqları aiddir.
  6. Hesablama texnikasına: – elektron-hesablayıcılar, idarəçi və analoji maşınlar, rəqəmli hesablayıcı maşınlar və qurğular və bu kimi başqa hesablama texnikası aiddir.
  7. Tibbi avadanlıqlara: – diş həkimləri üçün kreslolar, cərrahiyyə stolları, xüsusi avadanlıq bərkidilmiş çarpayılar, xüsusi dezinfeksiya avadanlıqları, qanköçürmə stansiyaları və bu kimi başqa tibbi avadanlıqlar aiddir.
  8. Sair maşın və avadanlıqlara: – yuxarıdakı qruplarda adları çəkilməyən maşınlar, aparatlar və avadanlıqlar, yəni idman meydançalarının, binalarının, stadionların avadanlıqları və idman alətləri, təhsil müəssisələrində, emalatxanalardakı, kabinetlərdəki, otaqlardakı avadanlıqlar, kinoaparatlar, işıqlandırma aparatları, səhnə avadanlıqları, musiqi alətləri, televizorlar, radioaparatlar, elmi-tədqiqat müəssisələri və başqa müəssisələr üçün xüsusi elmi-tədqiqat avadanlıqları, avtomat-telefon stansiyalarının avadanlıqları, avtomobillərdə, at arabalarında yerləşdirilən yanğınsöndürən maşınlar, avadan-lıqlar, mexanikləşdirilmiş yanğın nərdivanları, paltaryuyan və paltartikən maşınlar, soyuducular, tozsoranlar və bu kimi başqa maşın və avadanlıqlar aiddir.

1. Dəmiryol, su, avtomobil nəqliyyatı vasitələri (elektrovozlar, teplovozlar, parovozlar, motovozlar, motodrezinlər, vaqonlar, platformalar, sisternlər, teploxodlar, paroxodlar, dizel-elektroxodları, yedəklər, barjlar, barkalar, qayıqlar, xidmətedici və köməkçi gəmilər, xilasedici gəmilər, üzən körpülər, yelkənli gəmilər, yük və minik avtomobilləri, qoşqular, öz yükünü boşaldan avtomobillər, avtosisternlər, avtobuslar, traktorlar və bu kimi başqa nəqliyyat vasitələri).

  1. Hava nəqliyyatı vasitələri (təyyarələr, vertolyotlar və başqaları).
  2. Araba nəqliyyatı (araba, xizək və başqaları).
  3. İstehsalat nəqliyyatları (elektrokarlar, motorollerlər, velosipedlər və başqaları).
  4. Bütün növ idman nəqliyyatları (idman atlarından və başqa iş heyvanlarından başqa).
  1. Alətlər: – ümumi təyinatlı mexanikləşdirilmiş və mexanikləşdirilməmiş əmək vasitələri, həmçinin materiallar emal etmək məqsədilə maşınlara quraşdırılmış əmək predmetləri. Bunlara aiddir: – kəsmək, zərbə endirmək, əzmək və bərkitmək kimi işləri görmək üçün nəzər-də tutulmuş əl əməyi alətləri, elektrik enerjisinin, sıxılmış havanın və başqalarının vasitəçiliyi ilə işləyən mexanikləşdirilmiş əl əməyi alətləri (elektrik dreli, kraskapult, elektrovibrator və başqaları), həmçinin tikinti-quraşdırma işlərində material emalı üçün uyğunlaşdırılmış bütün növ qurğular və başqaları (məngənələr, patronlar, mühərriklərə quraşdırılmış xüsusi bölücü başlıqlar və avtomobillərdə olan kardan valını çevirmək üçün xüsusi qurğular və başqaları).
  2. İstehsalat inventarları və ləvazimatları: – iş vaxtı istehsalat əməliyyatlarının asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan istehsalat predmetləri (iş stolları, verstaklar, kafedralar, partalar və başqaları), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar, maye və dənəvər səpələnən şeylərin saxlanması üçün qablar (baklar, novlar, yeşiklər, hovuzlar, çənlər və başqaları), ticarət şkafları və stellajları, inventar taralar, texniki təyinatlı predmetlər və başqaları istehsalat inventarları və ləvazimatlarına aiddir.
  3. Təsərrüfat inventarları: – dəftərxana və təsərrüfat inventarları adı daşıyan predmetlər (müxtəlif dəftərxana mebelləri, daşınan sədlər, asılqanlar, qarderoblar, müxtəlif şkaflar, divanlar, stollar, kreslolar, yanmayan şkaflar və yeşiklər, yazı makinaları, hektoqraflar və başqa əl ilə surətçoxaldan və nömrəvuran aparatlar, daşınan çadırlar, çarpayılar, xalçalar, portyerlər və başqa təsərrüfat inventarları, həmçinin yanğından mühafizə predmetləri (hidropultlar, stenderlər, əl nərdivanları və başqaları) təsərrüfat inventarlarına aiddir.
  1. İşçi heyvanlar: – atlar, öküzlər, dəvələr və başqa işçi heyvanlar (idman atları və başqa nəqliyyat heyvanları da daxil olmaqla) işçi heyvanlara aiddir.
  2. Məhsuldar və damazlıq heyvanlar: – inəklər, döl öküzləri, camışlar, döl kəlləri, döl ayğırları, ilxıya qoşulmuş damazlıq madyanlar, damazlıq dəvələr, döl nərləri, ana marallar, döl üçün erkək marallar, döl qabanları, damazlıq donuzlar, damazlıq qoyunlar, damazlıq keçilər, döllük qoçlar, döllük təkələr və başqaları məhsuldar və damazlıq heyvanlara aiddir.
  1. Çoxillik əkmələr: – yaşından asılı olmayaraq mədəni çoxillik əkmələr, bütün növ meyvə və giləmeyvə çoxillik əkmələri (ağaclar və kollar), küçələrdə, meydanlarda, parklarda, bağlarda, müəssisələrin ərazi bağçalarında, yaşayış binalarının həyətlərində və bu kimi başqa yerlərdə əkilən yaşıllaşdırma və dekorativ çoxillik əkmələr, qumsallığın və sahillərin bərkidilməsi məqsədilə əkilən çoxillik əkmələr, elmi-tədqiqat institutlarında, botanika bağlarında və bu kimi başqa yerlər-də tədqiqat və başqa məqsədlər üçün əkilən çoxillik əkmələr.
  2. Torpaqların yaxşılaşdırılması üzrə əsaslı məsrəflər: – kapital qoyuluşu hesabına aparılan torpaq sahələrinin əkin üçün planlaşdırılması, ərazinin kötükdən təmizlənməsi və əkinə hazırlanması, sahələrin daşlardan, kəsəklərdən, alaqlardan və başqa lüzumsuz bitkilərdən təmizlənməsi, kiçik təpəciklərin düzəldilməsi, nohurların təmizlənməsi və s. bu kimi torpaqların yaxşılaşdırılması işləri (tikinti və quraşdırma işləri ilə əlaqəsi olmayan işlər) əsaslı məsrəflərə aiddir.
  3. Muzey sərvətləri: – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq normativ sənədləri üzrə uçota alınan muzey sərvətləri (qiymətindən asılı olmayaraq).
  4. Heyvanxanalarda və digər analoji təşkilatlarda olan dünya heyvanlarının eksponatları (qiymətindən asılı olmayaraq).
  5. Dəyəri əsas vəsaitlərin dəyərinin təyin edilmiş minimum həddinin 1/20 hissəsindən çox olan səhnə vəsaitləri (dekorasiyalar, butaforlar, milli teatr geyimləri, pariklər və başqa rekvizitlər).
  6. Qiymətindən asılı olmayaraq nümunəvi layihələr üzrə sənədlər.
  7. Tədris kinofilmləri, maqnit lentləri (diskləri), kasetlər və başqa texniki proqram daşıyıcıları (qiymətindən asılı olmayaraq).
  8. Vahidinin və dəstinin dəyəri 100 manatdan yuxarı olan başqa inventarlar (uşaq oyuncaqları, xüsusi xizəklər və başqaları).

Əsas vəsaitlərin təsnifatı onların vəsait növləri ilə yanaşı forma (qrup) etibarilə təsnifləşdirilməsi müəyyən olunmuşdur. Beləliklə, əsas vəsaitlər istifadə olunma dərəcəsinə görə aşağıdakı formada təsnif olunur:

– İstifadə olan əsas vəsaitlər;

– Ehtiyatda olan əsas vəsaitlər.

Ehtiyatda olan əsas vəsaitlər bilavasitə müəssisədə istehsalın fasiləsiz fəaliyyətini təmin etmək üçün nəzərdə tutulur.

Əsas vəsait obyektləri üzərində mülkiyyət hüququ olması etibarilə təsnifi üzrə vəsaitlər:

– öz mülkiyyətində olan əsas vəsaitlərə

– digər müəssisələrdən icarəyə qəbul olunmuş əsas vəsaitlərə ayrılır.

Öz mülkiyyətində olan əsas vəsaitlərə müəssisənin öz vəsaiti ilə aldığı, apardığı tikinti əsasında hazırlanan, müəssisənin səhmdarları tərəfindən səhm hesabına verdikləri və nizam-namə kapitalına daxil olan və ya əvəzsiz verilən və əlavə kapitala daxil olan əsas vəsaitlər daxildir.

İcarəyə qəbul olunmuş əsas vəsaitlər o vəsaitlərdir ki, onlar icarə qaydalarına uyğun olaraq digər müəssisədən və ya şəxsdən müəyyən vaxta müvəqqəti istifadə olunması və bununla əlaqədar olaraq müəyyən qarşılıqlı razılaşdırılmış məbləğdə pul vəsaitinin ödənməsi əsasında qəbul olunur. Bır sıra hallarda icarəyə qəbul olunmuş əsas vəsaitlər icarəçi tərəfindən vəsaiti icarəyə verəndən ala bilər.

İstehsal xarakterində – istifadə olunma xarakterinə görə (istehsal, kommer-siya və s.) əsas vəsaitlər aşağıdakı bölgüyə ayrılır:

– istifadədə olan əsas vəsaitlər;

– istifadədə olmayan əsas vəsaitlər.

İstifadədə olan əsas vəsaitlər o vəsaitlər adlanır ki, onlar müəssisənin istehsal fəaliyyətində bilavasitə iştirak edir. Məsələn, maşınqayırma zavodunda əsas istifadədə olan istehsal maşın və avadanlıqları bilavasitə məhsul istehsalında istifadə olunur və öz dəyələrini tədricən istehsal olunmuş məhsulun dəyərinə keçirir və onlara hesablanmış köhnəlmə (amortizasiya) məbləği istehsal və ya tədavül xərclərinə keçirilir.

İstehsalda olmayan əsas vəsaitlər müəssisə istehsal fəaliyyətində bilavasitə iştirak etmir və öz dəyərlərini istehsal olunmuş məhsulun dəyərlərinə keçirmir. Lakin nəzərə almaq lazımdır ki, həmin vəsaitlərin iştirakı olmadan maddi istehsalın fəaliyyəti qeyri-mümkündür. Məsələn maşınqayırma müəssisəsində qeyri-istehsal xarakterli əsas vəsaitlərə binalar, uşaq və məktəbəqədər bağça və avadanlıqlar, özəlləşdirilmiş mənzil fondu, yeməkxanalar, idman-sağlamlıq kompleksləri və sairə aid edilir ki, bunların da müəssisədə əhəmiyyəti böyükdür.

Əsas vəsaitlərin dəyərlərinin istehsal olunmuş hazır məhsulların dəyərlərinə keçirmələrində iştirakına görə əsas vəsaitlər aşağıdakı qruplara ayrılır:

– fəal xarakterinə əsas vəsaitlər;

– qeyri fəal xarakterli əsas vəsaitlər;

Fəal xarakterli əsas vəsaitlər müəssisə fəaliyyətindəki gördüyü işi saat hesabı ilə ölçülür və nəticə müəyyən olunur (məsələn avtomaşınların işi kilometr-saat ölçüsü, kombaynın işi fəziki hektar və s.).

Qeyri fəal xarakterli əsas vəsaitlərə binalar, tikintilər, avadanlıqlar və başqa-ları aid edilir ki, onların müəssisə istehsal fəaliyyətini müəyyən ölçü vahidi ilə ölçmək mümkün deyildir.

Əsas vəsaitlərin uçotunun təşkilində mühüm məsələlərdən biri də onların qiymətləndirilməsidir. Əsas vəsaitlərin dəyəri amortizasiya (köhnəlmə) hesablan-masına təsir edir və buna görə də onun məsrəflərinin artmasına səbəb olur.

Mühasibat uçotunda əsas vəsaitlər müxtəlif qiymətlərlə qiymətləndirilə bilər. Lakin hazırda əsas hallarda əsas vəsaitlər ilkin, bərpa və qalıq dəyəri ilə qiymətləndirilir.

Əsas vəsaitlərin ilkin dəyərinin müəyyən olunması onların əldə olunması mənbəyindən və formasından asılıdır. Əsas vəsaitlər kapital qoyuluşu qaydasında müəssisənin özü tərəfindən yaradılır, yaxud digər müəssisələrdən, şəxslərdən satın alına bilər. Bu zaman onların yaradılmasına, alınmasına sərf olunan məsrəflər, daşınma, quraşdırma xərcləri də daxil olmaqla həmin əsas vəsaitin ilkin dəyərini təşkil edir.

Əsas vəsaitin ilkin dəyərinin formalaşması müxtəlif qaydada müəyyən olunur:

  • başqa müəssisədən əsas vəsait alındıqda və ya müəssisənin özü tərəfindən hazırlandıqda onun ilkin dəyərinə faktiki olaraq sərf olunmuş məsrəflər, daşınma, yığılma və quraşdırılma xərcləri daxil edilir;
  • əsas vəsait əvəzsiz olaraq dövlət tərəfindən və ya digər müəssisə tərəfindən verildikdə onun ilkin dəyəri daxil olan gündə bazar qiyməti üzrə qiymətləndiril-məklə mədaxil olunur;

Əsas vəsaitin ilkin dəyəri onun yenidən qurulması, modelinin dəyişməsi, müəyyən hissəsinin ləğv olunması hallarında və dövlət qərarı ilə onun yenidən qiymətləndirilməsi hallarında da ola bilər.

Əsas vəsaitin bərpa dəyəri onun yenidən qiymətləndirilməsidir. Kommersiya təşkilatları ildə bir dəfə eyni tipli obyektlər üzrə əsas vəsaitlərin bərpa qiymətlərini tənzimləyirlər. Bu halda əsas vəsaitin ilkin dəyəri yeni dövrün bazar qiymətinə uyğun olaraq yenidən qiymətləndirilir.

Əsas vəsaitin qalıq dəyərinin müəyyən olunmasında ilkin və ya bərpa dəyərindən hesablanmış amortizasiya çıxılır və qalan dəyər, onun qalıq dəyərini təşkil edir. Bu dəyər mühasibat balansında əks olunur.

  • mühasibat uçotu sintetik və analitik uçot registrlərində əsas vəsaitlərin qalığı, hərəkəti ilə əlaqədar sənədləşmənin düzgün və vaxtında tərtib olunması;
  • əsas vəsaitlərin saxlanması üzərində və ehtiyatda olan vəsaitlərin saxlanmasına nəzarətin təşkili;
  • əsas vəsaitlərin faydalı istifadə olunması və amortizasiya (köhnəlmə) hesablanmasının uçotunun düzgün aparılması üzərində nəzarət;
  • müəssisədən satılmış və sair kənarlaşmış əsas vəsaitlərin uçotunu düzgün icra olunması və onların icarəyə verilməsi üzərində nəzarət;
  • aparılan inventarlaşmaların düzgün aparılması və onların nəticələrinin mühasibat uçotunda əks olunmasına nəzarət;
  • əsas vəsaitlər üzrə vergilərin hesablanması və ödənməsinin icrası üzərində nəzarət;
  • rüblük və illik maliyyə mühasibat hesabatlarının tərtibi üçün həqiqi etibarlı uçot göstəricilərinin və informasiyaların hazırlanması;

Əsas vəsaitlərin daxil olmasının uçotu və sənədləşdirilməsi

Müəssisələrə əsas vəsaitlər yeni tikilmiş obyektlərin istifadəyə verilməsi, başqa təşkilatdan əvəzsiz daxil olması, müəssisə yaradılarkən nizamnamə kapitalı formasında səhmdarların verdikləri əsas vəsaitlər, digər müəssisə və şəxslərdən pulla alınan, müəssisənin özü tərəfindən hazırlanan əsas vəsaitlər formasında daxil olur. Mövcud olan əsas vəsaitlərin mühasibat uçotu onların təsnifatı qrup və yerləşdiyi obyektlər üzrə təşkil olunur.

Əsas vəsaitlərin daxil olması və onların əsas vəsait kimi uçotda əks olunması qəbul-təhvil aktı ilə rəsmiləşdirilir. Yeni tikilmiş və istifadəyə verilən əsas vəsaitlər isə xüsusi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası vasitəsilə yoxlanıb, qəbul olunur və həmin dövlət komissiyasının aktı ilə sənədləşdirilir. Dövlət komissiyasına yüksək səviyyəli mütəxəssislər, dövlət apara-tı mütəxəssisləri və digər maraqlı şəxslər daxil edilir. Mövcud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib olunur. Tərtib olunmuş aktda obyektin tam xarakteristikası, tikilmə, onun texniki göstəricilərə uyğunluğu, istifadəyə verildiyi tarix və s. göstərilir. Tərtib olunmuş akt ona əlavə olunmuş istehsal-texniki sənədlərlə birlikdə əsas vəsait kimi mədaxil olunması və inventar kartı açmaq üçün müəssisə mühasibatlığına təqdim olunur. İnventar kartı müəssisədə əsas vəsaitlərin obyektlər üzrə uçotunun təşkili üçün açılır. İnventar kartında obyektin inventar nömrəsi, onun əsas göstəriciləri, ilkin dəyəri, amorti-zasiya hesablanması nömrəsi, köhnəlmə həcmi və s. göstərilir. İnventar kartı mühasibatlıqda xüsusi ayrılmış əsas vəsaitlərin uçotu üzrə jurnalda əks olunur. Əsas vəsait müəssisədən çıxarılarkən inventar kartı uçotdan çıxarılır. İnventar kartına əsasən müəssisə mühasibatlığında daxil olmuş və çıxarılmış əsas vəsaitlərin qruplar üzrə hərəkəti uçotu aparılır. Kiçik müəssisələrdə az miq-darda əsas vəsaitlərin olduğu halda onların obyektlər üzrə uçotu inventar kitabla-rında aparılır.

Əsas vəsaitlərin sintaktik uçotu aktiv hesab olan 01№-li «Əsas vəsaitlər» hesabında aparılır. 01№-li «Əsas vəsaitlər» hesabı müəssisənin mülkiyyətindəki istismarda, ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud icarəyə verilən (uzun-müddətli icarəyə götürülənlərdən başqa) əsas vəsaitlərin mövcudluğu və hərəkəti haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. 01№-li «Əsas vəsaitlər» hesabının debetində əsas vəsaitlərin daxil olması, yenidən qiymətləndirilməsi, kreditində isə əsas vəsaitlərin çıxması və qiymətlərinin aşağıya salınması əməliyyatları əks olunur. Əsas vəsaitlərin köhnəlməsi 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» (amortizasiyası) hesabında uçota alınmalıdır.

  • təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan obyektlər üçün tərəflərin müqavilə qiyməli ilə;
  • müəssisənin özündə hazırlanmış, həmçinin başqa müəssisə və şəxslər tərəfindən pulla alınmış obyektlər üçün daşınma və quraşdırma üzrə xərclər də daxil edilməklə quraşdırılmış (tikilmiş), yaxud alınmış obyektlərə faktiki məsrəflərdən asılı olaraq;
  • dövlət orqanlarından maddi yardını kimi digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış obyektlər üçün ekspert yolu ilə, yaxud qəbul-təhvil sənədlərindəki məlumatlar üzrə müəyyən edilmiş dəyərlə.

Təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına pay qoyulan əsas vəsaitlər mədaxil edildikdə 01№-li «Əsas vəsaitlər» hesabının debetində və 75№-li «Təsisçilərlə hesablaşmalar» hesabının «Nizamnamə (yığım) kapitalına qoyuluşlar üzrə hesablaşmalar» subhesabının kreditində əks etdirilir.

Dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən əvəzsiz alınmış əsas vəsaitlərin mədaxili 01№-li «Əsas vəsaitlər» hesabının debetində və 87№-li «Əlavə kapital» hesabının «Əvəzsiz olaraq alınmış sərvət» subhesabının kreditində əks etdirilir. Əgər əvəzsiz daxil olan əsas vəsaitlər qeyri-istehsal təyinatlıdırsa onda 87№-li hesabın əvəzinə 88№-li «Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» hesabı tətbiq edilir.

Müəssisənin özü tərəfindən yaradılmış yaxud başqa müəssisə və şəxslərdən pulla alınmış əsas vəsaitlər 01№-li «Əsas vəsaitlər hesabının debeti və 08№-li «Kapital qoyuluşları» hesabının kreditinə mühasibat yazılışını verməklə mədaxil edilir.

Göstərilən qaydada tikintisi başa çatmış və istismara verilmiş əsas vəsaitlər mühasibat uçotunda əks olunur. Burada obyektin tikintisi ilə əlaqədar olan və smeta-titul siyahısı, kapital qoyuluşu üzrə müəyyən olunmuş bütün məsrəflər tikintinin təsərrüfat və ya podrat üsulu ilə aparılmasından asılı olmayaraq 08№-li «Kapital qoyuluşları» hesabında əks olunmalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.