Press "Enter" to skip to content

Dövlət universitetləri

1919-cu il aprelin 8-də Azərbaycan Respublikası hökuməti Bakı şəhərində Universitetin açılması haqqında qərar qəbul etdi. Həmin qərara əsasən Xalq Maarif Nazirinə tapşırılırdı:

Bakı Dövlət Universitetinin yaradılmasına aparan yol

1918-ci il mayın 28-də Azərbaycan xalqı sərbəst inkişaf yolunu seçərək müstəqilliyini elan etdi. Xalqımız İstiqlal Bəyannaməsini qəbul edərək öz müstəqil dövlətini — Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. 1918-ci ildə yeni yaradılmış hökumət kabinəsi Avropa və Rusiyanın ən yaxşı universitet və institutlarında yüksək təhsil almış nazirlərlə təmsil olunmuşdu. Həmin şəxslər Azərbaycan türkü olaraq öz ölkəsinin həqiqi vətəndaşı və vətənpərvər övladları kimi tarixdə dərin iz qoymuşdular.
Rusiya İmperiyası süquta uğradıqdan imperiyanın dağıntıları üzərində yaradılmış dövlətlər arasında Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında qurulmuş və Avropa tərəfindən tanınmış yeganə türk respublikası idi. Həmin dövrdə Azərbaycanın müstəqil dövlətçiliyinin önündə xalqımızın M.Ə.Rəsulzadə, F.X. Xoyski, Ə.M.Topçubaşov, Ə.b.Ağayev, N.b.Yusifbəyli, S.b.Mehmandarov, Ş.Rüstəmbəyli və başqa şanlı oğulları dayanırdı.
Azərbaycan Respublikasının Dövlət Arxivi və Dövlət Tarix Arxivində saxlanılan arxiv sənəd və materialları təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mövcud olduğu dövrdə ölkənin sosial-iqtisadi və mədəni inkişafı, milli dövlətçiliyin əsasının yaradılması, milli kimliyin inkişafı sahəsində mühüm addımlar atmışdır. Cümhuriyyət hökumətinin Respublikamızda xalq təhsili və məktəb işinin inkişaf etdirilməsi üzrə fəaliyyətini xüsusi olaraq qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyəti ölkədə məktəb-təhsil-tədris işini həlli vacib sayılan bir vəzifə kimi ön cərgəyə çəkmişdir. İlk növbədə hərc-mərclik dövründə dağıdılmış və əmlakı talan edilmiş məktəblərin bərpası, yeni şəraitə uyğunlaşdırılması, milliləşdirilməsi, milli mədəniyyətin, ədəbiyyatın və incəsənətin dəstəklənməsi işinə xüsusi diqqət yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk növbədə 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan hökuməti və Xalq Maarif Nazirliyinin həyata keçirdiyi növbəti tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu. 1918-ci il avqustun 28-də Azərbaycan Respublikasının Nazirlər Şurası tərəfindən məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edildi. Həmin qərara əsasən bütün məktəblərdə tədris, şagirdlərin öz ana dilində aparılmaqla yanaşı, dövlət dili olan azərbaycan dili də məcburi fənn kimi tədris edilirdi. Hökumət tərəfindən məktəblərin milliləşdirilməsi siyasəti həyata keçirilərkən şagirdlərin müəyyən bir hissəsinin məktəbdən kənarda qalmamasına çalışılırdı və həmin məsələyə xüsusi diqqət yetirilirdi. Bu məqsədlə Hökumət tərəfindən 1918-ci il noyabrın 13-də məktəblərin milliləşdirilməsi haqqında əvvəl qəbul edilmiş qərarın dəyişdirilməsi haqqında yeni qərar qəbul edildi. Yeni qərara görə, yalnız bir orta təhsil müəssisəsi olan şəhərlərdə Xalq Maarif Nazirliyinin icazəsi ilə yuxarı hazırlıq siniflərində paralel olaraq rus bölmələrinin açılmasına icazə verilirdi. Eynitipli bir neçə təhsil ocağının fəaliyyət göstərdiyi şəhərlərdə onların bir hissəsi milliləşdirilir, qalan hissəsində isə təhsil rus dilində aparılırdı. Həmin məktəblərin hamısında türk (Azərbycan-R.S.) dili dövlət dili olaraq məcburi fənn ki¬mi tədris olunurdu.

Həmin dövrdə məktəblərin milliləşdirilməsi işi bir sıra ciddi çətinliklərlə üzləşirdi. Pedaqoji kadrların çatışmaması və məktəblərin azlığı, lazımi sayda dərsliklərin olmaması başlıca çətinliklərdən sayılırdı. Cümhuriyyət dövründə ölkədə məktəb işi ilə bağlı məsələlərin müzakirə edilərək həll edilməsi, məktəb-tədris və təlim-tərbiyə işlərinin zamanın tələblərinə və milli mənafeyə uyğun qurulması üçün maarif işçilərinin, müəllim və pedaqoqların qurultayının çağırılmasına ehtiyac duyulurdu. Azərbaycan hökuməti və Xalq Maarif Nazirliyi qarşısında məktəb şəbəkəsinin dağılmasının qarşısının alınması, həmçinin maarif və təhsil sisteminin milli maraqlara və tələblərə uyğunlaşdırılması kimi vacib vəzifələr dayanırdı. Təsadüfü deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ayrı-ayrı vaxtlarda — 13-28 dekabr 1918-ci il və 20 avqust — 01 sentyabr 1919-cu il tarixlərində maarif işçilərinin, müəllim və pedaqoqların iki qurultayı keçirilmişdir.
Hökumətin 21 mart 1919-cu il tarixli qərarı ilə X.b.Məlik-Aslanovun sədrliyi ilə əlifba islahatı üzrə xüsusi komissiya yaradılmışdı. Qeyd edək ki, yazılı dilin ərəbcədən latın qrafikasına keçirilməsi üçün Müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində komissiya yaradılmışdır.
Çarizmin yürütdüyü müstəmləkəçilik siyasətinin ağır nəticələrinin tezliklə aradan qaldırılması məqsədilə, hökumət tərəfindən azərbaycanlı şagirdlərin təhsilinə böyük diqqət yetirilirdi. Xalq Maarif Nazirliyinin orta məktəb rəislərinə ünvanladığı sərəncamda qeyd edilirdi ki, azərbaycanlı uşaqlar yalnız milliləşdirilmiş əlifba, hazırlıq və birinci siniflərə qəbul edilsinlər. Azərbaycanlı uşaqların, tədrisi rus dilində aparılan siniflərə qəbul edilməsinə yalnız müstəsna hallarda, nazirin icazəsi ilə yol verilirdi. Təhsil sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində köhnə məktəbin əhəmiyyətli hissəsini bərpa etmək və bir sıra yenilərini acmaq, bir sıra layihələri qismən də olsa yerinə yetirmək mümkün oldu.
Ölkədə ixtisaslı mütəxəssis kadrların hazırlanması üçün Azərbaycan Respublikasında ali məktəblərin yaradılmasına böyük ehtiyac var idi. Lakin ölkəmizdə ali məktəbin təsis edilməsi heç də asan məsələ olmayıb, xüsusi çətinliklərlə müşayiət edilirdi. Çünki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılana qədər ölkəmizdə ali təhsil ocağı mövcud olmayıb və bu sahədə təcrübəyə malik deyildik. Hökumət ali məktəbin yaradılması məsələsini – bir tərəfdən gənclərin oxumaq üçün xarici ali tədris ocaqlarına göndərilməsi, digər tərəfdən isə ölkədə ali məktəbin yaradılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi yolu ilə həll etməyə çalışırdı. Milli hökumət 1918-ci il oktyabrın 27-də xaricə təhsil almağa getmək üçün müsəlman tələbələrə icazənin verilməsi qaydası haqqında qərar qəbul etmişdir. Həmin qaydaya uyğun olaraq, xaricə getmə və orada ali məktəblərə daxil olma imkanını sübut edən müsəlman tələbələrə icazə verilirdi ki, təhsilini davam etdirmək üçün xaricə getsin.

1919-cu il aprelin 8-də Azərbaycan Respublikası hökuməti Bakı şəhərində Universitetin açılması haqqında qərar qəbul etdi. Həmin qərara əsasən Xalq Maarif Nazirinə tapşırılırdı:

1) 1919-1920-ci tədris ilinin əvvəlindən etibarən Bakı şəhərində Universitet açsın və bu məqsədlə 10 milyon manatdan artıq olmayan smetanı təqdim etsin;

2) Ticarət məktəbinin binası Universitet üçün ayrılsın.

Azərbaycan Respublikası hökuməti 1919-cu il mayın 19-da Universitet komissiyası haqqında əsasnamənin qəbul edilməsi və komissiyanın ilkin xərclərinin ödənilməsi üçün pul vəsaitinin ayrılması haqqında qərar qəbul etdi. Həmin əsasnamədə qeyd edilirdi ki, Bakı şəhərində Universitetin yaradılması üçün Xalq Maarif Nazirliyi yanında Universitet komissiyası təşkil edilir. Komissiya aşağıda qeyd olunan əvəzedilməz üzvlərdən: elm nümayəndələri — sədr professor V.İ. Razumovskiy və üzvləri professorlardan: N.A. Dübrovskiy, A.M. Levin, S.İ.Sitoviç və privat-dosent L.A.İşkovdan ibarət idi və üstəlik, komissiyanın işində həlledici səslə Xalq Maarif Nazirliyinin, Bakı şəhər Özünüidarəetmənin və Neft Mədən Sahibkarları Şurasının nümayəndələri iştirak edirdi. Komissiyanın başlıca vəzifəsi Dövlət Universitetinin qanunvericilik layihəsi, nizamnaməsi, ştat və smetasının işlənib hazırlanması və onun təsdiq edilməsi üçün hökumət vasitəsilə Parlamentə təqdim etməkdən ibarət idi. Komissiya universitetin yaradılması, onun quraşdırılması və avadanlıqlarla təmin edilməsi üzrə işlərin icrasına başladı və bu məqsədlə hökumət tərəfindən xalq maarif nazirliyinin sərəncamına bir milyon manat pul vəsaiti ayrıldı. Komissiya ayrı-ayrı məsələlərin işlənib hazırlanması üçün yardımçı komissiyalar yaradır və müxtəlif xüsusi məsələlər üzrə ekspertlərin onun işində iştirak etməsini təmin edirdi. Komissiyanın öz üzvlərinin, həmçinin digər şəxslərin xüsusi məqsədlər üçün ayrı-ayrı şəhərlərə və dövlətlərə göndərmək hüququ da vardır. Komissiyanın bütün qərarları Xalq maarif naziri tərəfindən təsdiq edilərək, onun tərəfindən də icra edilirdi.

Universitet komissiyasının ilk iclası 1919-cu il mayın 21-də komissiyanın sədri, əməkdar professor Vasiliy İvanoviç Razumovskiy, komissiyanın üzvləri: əməkdar professor Aleksandr Mixayloviç Levin, professor Nikolay Aleksandroviç Dubrovskiy, həlledici səs hüququna malik Bakı şəhər özünüidarətmənin nümayəndəsi, məktəb şöbəsi üzrə şəhər idarəsinin üzvü Əli Cabbar Orucəliyev, neft sahiblərinin qurultay şurasının nümayəndəsi Arseniy Nikolayeviç Saparov və komissiyanın katibi İvan İvanoviç Babuşkinin iştirakı ilə keçirildi. Həmin iclas müvəqqəti olaraq Xalq Maarif Naziri vəzifəsini icra edən Camo bəy Hacinski tərəfindən açıldı. O, iclas iştirakçılarını salamlayaraq çıxışında qeyd etdi: «Azərbaycan hökuməti Bakıda universitetin açılmasının çox vacib olduğu haqqında qəti qərara gəlmişdir. Hökumətin komissiya üzvlərindən gözləntisi odur ki, onlar öz bilik və təcrübələrini universitetin tezliklə təşkil edilməsi və açılması kimi çətin işə yönəldərək lazımi töhfələrini verəcəklər. Hökumət Azərbaycanın həyatında universitetin böyük mədəni və dövləti əhəmiyyət kəsb etdiyini qiymətləndirərək, müvafiq avadanlıqlarla təchiz edilməsi üçün heç bir vəsaiti əsirgəməyəcək və əmindir ki, komissiyanın üzvləri də öz bilik və bacarıqlarını, işə olan sevgisini Azərbaycanda ali təhsilin təşkili işinə sərf edərək, lazımi töhfələrini verəcəklər.”

Azərbaycan Hökuməti 16 iyun 1919-cu il tarixdə Xalq Maarif Nazirliyi nəzdində Universitet Komissiyasının müvəqqəti ştatının təsdiq edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan Respublikasının Parlamenti tərəfindən 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təşkil edilməsi haqqında qanun qəbul edildi. Parlamentin qəbul etdiyi həmin qanuna uyğun olaraq Bakıda 4 — şərq şöbəli tarix-filologiya; fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət Dövlət Universiteti açıldı. Lakin 1919/1920-ci tədris ilində yalnız tarix-filologiya və tibb fakültələrini açmaq mümkün oldu. Qeyd edək kii, bütün fakültələrdə türk (Azərbaycan-R.S.) dili məcburi fənn kimi tədris olunurdu. Azərbaycan Parlamenti 1919-cu il sentyabrın 1-də həmçinin təhsil almaq üçün xaricə göndərilən azərbaycanlı tələbələrə yol xərclərinin və təqaüdlərin ödənilməsi üçün 7 milyon manat pul vəsaitinin ayrılması haqqında qərar qəbul etdi. Həmin qərarda qeyd edilirdi ki, təqaüddən istifadə etmiş tələbələr təhsilini başa vurduqdan sonra hökumətin müəyyən etdiyi yerdə dörd il işləməyə borcludurlar.

Universitet Komissiyasının sədri V.İ.Razumovskiy 1919-cu il sentyabrın 4-də Ticarət Məktəbinin direktoru V.İ.Ponomaryova 186 saylı məktubla müraciət edərək məktəbin binasının universitet üçün təhvil-təslim edilməsi vaxtının sentyabrın 5-nə, səhər saat 10-a təyin edildiyi haqqında məlumat vermişdir.
1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektor və dekanlarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Hökuməti tərəfindən qərar qəbul edildi. Həmin qərara əsasən, operativ cərrahiyə kafedrasının əməkdar professoru V.İ.Razumovskiy Bakı Dövlət Universitetinin rektoru, patoloji anatomiya kafedrasının professoru İ.İ. Şirokoqorov isə Bakı Dövlət Universitetinin tibb fakültəsinin dekanı vəzifəsinə təsdiq olundu. Universitet Komissiyası tərəfindən seçilmiş fakültə terapevtik klinikası kafedrasının əməkdar professoru A.M.Levin tibb fakültəsinin dekanı və həmin kafedranın dosenti N.A.Dubrovski isə tarix-filologiya fakültəsinin dekanı vəzifələrini icra etməsi qəbul edilmişdir.
1919-cu il sentyabrın 11-də Bakı Dövlət Universitetinin rektoru V.İ.Razumovskiy təhsil ocağını professorlarının mənzil məsələsinin hökumət tərəfindən həll edilməsi haqqında Xalq maarif naziri R.b.Kaplanova məktubla müraciət etmişdir. Müraciətdə qeyd edilirdi ki, Rostov, Xarkov, Yekaterinoslav və Rusiyanın digər şəhərlərindən olan professor heyətinin xidmət etmək üçün Bakıya dəvət edilməsi, onların hökumət tərəfindən mənzillə təmin edilməsini tələb edir. Bu məsələnin həllinin gecikdirilməsi universitetin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, onun gələcək fəaliyyətini təhlükə altına alır. Azərbaycan Hökuməti qısa müddət ərzində universitetdə xidmət etmək üçün dəvət olunmuş müəllim-professor heyətinin mənzillərlə təmin olunması vəzifəsini layiqincə yerinə yetirmişdir.
Bakı Dövlət Universitetinin açılması münasibəti ilə İngiltərənin Xarici işlər naziri lord Kerzonun təbrik məktubu Zaqafqaziyada Britaniya diplomatik missiyasının başçısı O.Uordrop tərəfindən 1920-ci il martın 2-də Azərbaycan Xarici işlər naziri F.X.Xoyskiyə təqdim edilmişdir. Məktubda qeyd edilirdi: „Kedelstondan Lord Kerzon Bakı Universiteti üçün aşağıdakı teleqraf məlumatı sizə çatdırmağı məndən xahiş etmişdir. Bu tapşırığı sizin vasitənizlə böyük sevinclə yerinə yetirirəm:
“Xarici işlər naziri və dünyanın ən qədim və iri universitetlərinin kansleri kimi Zaqafqaziyada yeni universitetlərin açılması münasibətilə sizə səmimi təbriklərimi göndərirəm, məndə olan məlumata görə Universitetlər Bakıda, Aleksandrapol və Tiflisdə artıq öz fəaliyyətinə başlamışdır, onlara uğurlar arzulayıram.
Böyük Britaniya həmin universitetlərin vətəni olan ölkələrin parlaq gələcəyini qabaqcadan gördüyü kimi, Oksford universiteti də Zaqafqaziya universitetlərinin parlaq gələcəyini görür. Sizə dərin hörmətimi bildirirəm.”


Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) dövründə Xalq Maarif Nazirliyi Bakıda bir neçə ali məktəblərin açılması haqqında qanun layihələri işlənib hazırlanmışdır. Məsələn, Pedaqoji və Kənd Təsərrüfatı İnstitutlarının açılması haqqında qanun layihələri işlənib başa çatdırılmış və Parlamentin müzakirəsinə təqdim edilmişdir. Gündəlikdə Konservatoriyanın açılması məsələsi dayanırdı. Həmin dövrdə Xalq Maarif Nazirliyi tərəfindən Azərbaycan Respublikasında Dövlət İncəsənət İnstitutunun yaradılması haqqında qanun layihəsinin işlənib hazırlanması üzrə müəyyən işlər də görülmüşdür. Lakin ölkənin iqtisadi-siyasi vəziyyəti və Azərbaycanın sovet Rusiyası tərəfindən işğal edilməsi ali məktəblərin yaradılması üzrə hazırlanmış layihələrin həmin dövrdə həyata keçirilməsini mümkün etmədi. Həmin layihələr sonrakı dövrlərdə həyata keçirildi. Cümhuriyyət dövründə yalnız Bakı Dövlət Universitetini açmaq mümkün oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə çıxış edərək qeyd etmişdir: „Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır. 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti, Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu, çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün universitetin yaradılması çox mühüm hadisə olmuşdur. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun olmadı, iki ildən sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, zamanın müəyyən ideoloji çərçivələri daxilində fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir.”

2019-cu ilin sentyabrında Azərbaycanın nüfuzlu təhsil və elm ocağı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illik yubileyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Həmin Sərəncamda qeyd edilir: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır.”
Bu məqalənin sonunda xalqımızı Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm və universitetə yaradıcı fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Müəllif: Rafiq Səfərov Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin baş məsləhətçisi

  • Teqlər:
  • BDU
  • , BDU-nun yaranması
  • , Bakı Dövlət Universiteti
  • , Bakı Dövlət Universitetinin tarixi

Dövlət universitetləri

Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 01 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olunub – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. İlk rektoru Qazan Universitetinin professoru, V.İ.Razumovski olub.

Ünvan: Bakı ş., Z.Xəlilov küçəsi 23
Telefon:(+994 012) 439-08-58
Faks: (+994 012) 598-33-76
http://www.bsu.az/
Azərbaycan Dövlət Neft Akademiyası (ADNA)

1920-ci ildə Avropa və Asiyada neft sahəsi üzrə ilk texniki-ali məktəb olan ADNA yaradılıb. O vaxtdan bu günə kimi ADNA Azərbaycanın elmi-texniki fikrinin zənginləşdirilməsində xüsusi yer tutub. Onun həm də keçmiş Sovetlər İttifaqı və xarici ölkə vətəndaşlarının ali təhsilə yiyələnməsində böyük rolu olub.

Ünvan: Bakı ş., Azadlıq prospekti 20
Telefon: (+994 012) 493-45-57
Faks: (+994 012) 498-29-41
http://www.adna.jis.az/
Azərbaycan Tibb Universiteti

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında verdiyi 28799 saylı qərarı ilə yaradılıb. Tanınmış ictimai xadim və xalq səhiyyə komissarı M.Qədirli tibb institutunun ilk rektoru olub (1930).

Ünvan: Bakı ş.,Bakıxanov küçəsi 23
Telefon: (+994 012) 495-35-66
Faks: (+994 012) 495-38-70
http://www.amu.edu.az/
Azərbaycan Texniki Universiteti

1950-ci ildən fəaliyyət göstərir. Hazırda universitetdə elm və texnikanın müxtəlif sahələrini əhatə edən 26 istiqamətdə 70 ixtisas üzrə yüksək səviyyəli mütəxəssis və elmi kadrlar hazırlanır.

Ünvan: Bakı ş., Hüseyn Cavid pr. 25
Telefon: (+994 012) 438-33-43
Faks: (+994 012) 438-32-80
http://www.aztu.az/
Azərbaycan Dövlət İqtisad Universiteti

1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. İqtisadiyyat fakültəsinin bazasında isə Ticarət-Kooperativ İnstitutu adlı ali təhsil ocağı təşkil edilib. Beləliklə, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin ilkin əsası Azərbaycan Xalq Komissarları Şurasının 1930-cu il 19 iyun tarixli qərarı ilə Ticarət-Kooperativ İnstitununun bazası əsasında qoyulub.

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi 6
Telefon: (+994 012) 492-60-43
Faks: (+994 012) 492-59-40
http://www.aseu.az/
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı
Ünvan: Rusiya Federasiyası, Dərbənd şəhəri, S.Stalski 26
Telefon: (+787 240) 2-78-15
Faks: (+787 240) 2-78-15
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Universitet 1921-ci ildə yaradılıb. Onun ilk buraxılışı 1923-24-cü tədris ilində olub. ADPU indiyədək 100 mindən artıq ali təhsilli müəllim kadrları hazırlayıb. Hazırda universitetdə müəllim və tərbiyəçi kadrları hazırlayan 10 fakültə və 55 kafedra fəaliyyət göstərir.

Ünvan: Bakı ş., Ü.Hacıbəyov küçəsi 34
Telefon: (+994 012) 598-37-71
Faks: (+994 012) 493-00-26
http://www.aspu.az/
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU)

AzMİU 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930-1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərib. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılıb. 1992-ci ildə institut universitet statusu alıb. AzİMU inşaat sahəsində Zaqafqaziyada ilk və hələlik yeganə ali təhsil müəssisəsidir.

Ünvan: Bakı ş., A.Sultanova küçəsi 5
Telefon: (+994 012) 438-30-01
Faks: (+994 012) 498-78-36
http://www.azmiu.edu.az/
Bakı Slavyan Universiteti

Bakı Slavyan Universiteti Azərbaycan Respublikasının Prezidenti 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına APRDƏİ-nin bazasında yaradılıb.

Ünvan: Bakı ş., S.Rüstəm küçəsi 25
Telefon: (+994 012) 440-27-70
Faks: (+994 012) 440-27-70
http://www.bsu-az.org/
Azərbaycan Dillər Universiteti

1972-cü ildən SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutu kimi müstəqil fəaliyyət göstərir. Bundan əvvəlki dövrdə Dillər İnstitutu Rus dili və Ədəbiyyatı İnstitutu ilə vahid ali məktəb kimi fəaliyyət göstərib. İnstitutda tələbələrin təlim-tərbiyəsi ilə 600-ə yaxın müəllim, o cümlədən 37 nəfər professor, 157 nəfər dosent, 211 nəfər baş müəllim, 157 nəfər müəllim məşğul olur

Ünvan: Bakı ş., R.Behbudov küçəsi 60
Telefon: (+994 012) 440-35-05
Faks: (+994 012) 440-85-46
http://www.adu.edu.az/
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Əsası 1930-cu ildə qoyulub. İlk dəfə məktəbi 39 nəfər bədən tərbiyəsi və idman mütəxəssəsi bitirib. İlk illər institutda 11 kafedra yaradılıb. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılıb, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilib. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirib. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılıb.

Ünvan: Bakı ş., Fətəli xan Xoyski prospekti 98
Telefon: (+994 012) 564-47-31
Faks: (+994 012) 493-86-17
Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycanın aqrar sektorunu yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri ilə təmin edən yeganə dövlət ali təhsil müəssisəsidir. 1920-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəzdində yaradılan kənd təsərrüfatı fakültəsi müstəqil Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun əsası olub.

Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 262
Telefon: (+994 022) 56-57-33;
(+994 022) 52-34-94
Faks: (+994 022) 56-03-53
http://www.adau.edu.az/
Bakı Musiqi Akademiyası

BMA-nın tarixi Musiqi Kollecinin (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) bazası əsasında formalaşıb. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-cı ildən fəaliyyətə başlayıb. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoyub.

Ünvan: Bakı ş., Ş.Bədəlbəyli küçəsi 98
Telefon: (+994 012) 493-22-48;
(+994 012) 493-19-28
Faks: (+994 012) 493-77-96
http://musakademiya.musigi-dunya.az/
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Universitet 1945-ci ildə Bakı teatr texnikumunun bazası əsasında yaradılıb, Teatr İnstitutu adı ilə fəaliyyət göstərib. İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılıb. 1954-cü ildə instituta xalq artisti Mirzağa Əliyevin adı verilib. 1959-cu ildən burada “Mədəni maarif”, 1963-cü ildə isə “Dekorativ tətbiqi sənət” ixtisasları üzrə mütəxəssis hazırlığına başlayıb. 1968-ci ildə ali məktəb Azərbaycan Dövlət İncəsənət İnstitutuna çevrilib. 1981-91-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltəraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılıb.

Ünvan: Bakı ş., İnşaatçılar prospekti 9
Telefon: (+994 012) 439-07-78;
(+994 012) 439-76-06
Faks: (+994 012) 438-93-48
http://www.admiu.edu.az/
e-mail: ncme[email protected]
Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası

Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə yaradılmışdır. Akademiya dövlət idarəçiliyi və dövlət kadr siyasəti sahəsində elmi tədqiqatlar aparır və eyni zamanda dövlət idarəçiliyi məsələləri üzrə dövlət hakimiyyəti orqanlarının analitik – informasiya təminatını həyata keçirir.

Ünvan: Bakı ş., Lermontov küçəsi 74
Telefon: (+994 012) 492-65-29
Faks: (+994 012) 492-65-15

Home 2


Azərbaycan Dövlət Dəniz Akademiyası

Azərbaycanda dənizçi kadrların hazırlanmasına 1881-ci ilin noyabrından başlanıb. 1896-cı ildə dənizçilik sinifləri nəzdində mexanika kursu (sonralar gəmi mexanikləri məktəbi) açılıb. Əksər Azərbaycan dənizçiləri təhsilini bu siniflərdə alıb.

1 iyul 1902-ci ildə Bakı dənizçilik sinifləri əsasında üçillik Bakı uzaq səfərlər məktəbi yaradıldı və eyni zamanda məktəbin tərkibində hazırlıq kursları təşkil edildi.

1 oktyabr 1921-ci ildə isə Bakı su nəqliyyatı texnikumunda istehsalatdan ayrılmamaqla axşam şöbəsi və istehsalatdan ayrılmaqla əyani şöbə açıldı.

Ünvan: Bakı ş., Azərbaycan prospekti 18
Telefon: (+994 012) 493-09-63;
(+994 012) 493-09-19
Faks: (+994 012) 493-75-21
http://www.caspianagma.com/
Milli Aviasiya Akademiyası

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin Milli Aviasiya Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyun 1992-ci il tarixli, 337 saylı qərarı ilə “Milli Aviasiya Mərkəzi” adı ilə yaradılıb və sonra Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli, 81 saylı qərarı ilə Milli Aviasiya Akademiyasına çevrilib. Akademiya 1999-cu ildə Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə “Mülki Aviasiya Ali Təhsil Müəssisəsi” sertifikatına layiq görülüb.

Ünvan: Bakı ş., Binə qəs. Aviaşəhərcik
Telefon: (+994 012) 497-28-29;
(+994 012) 497-28-42
Faks: (+994 012) 497-28-38
http://www.naa.in-baku.com/
Sumqayıt Dövlət Universiteti

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə 1961-ci ildən fəaliyyət göstərir. Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılıb.

Universitetin 7 – “Riyaziyyat”, “Fizika və elektroenergetika”, “Kimya”, “Mühəndislik”, “İqtisadiyyat və idarəetmə”, “Tarix” və “Filologiya” fakültələrində 4000-ə yaxın tələbə 21 istiqamət üzrə təhsil alır.

Ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə
Telefon: (+994 018) 642-16-20
Faks: (+994 018) 642-02-70
http://www.sdu.az/az/
Lənkəran Dövlət Universiteti

Respublika Nazirlər Kabinetinin 1991-ci il 25 sentyabr tarixli 319 saylı qərarı ilə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlayıb, Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli 403 saylı qərarı ilə müstəqil Dövlət Universitetinə (LDU) çevrilib.

Universitetdə 4 fakültə: humanitar elmlər, təbiyyət, iqtisadiyyat və pedaqoji fakültələr fəailiyyət göstərir. 1997-98-ci tədris ilindən universitetdə magistratura şöbəsi yaradılıb.

Ünvan: Lənkəran şəhəri, general Həzi Aslanov xiyabanı 50
Telefon: (+994 0171) 5-38-52;
(+994 0171) 5-25-88
Faks: (+994 0171) 5-27-86
http://www.lsu.edu.az/
Gəncə Dövlət Universiteti

1939-cu ildə natamam ali təhsil verən ikiillik müəllimlər institutu kimi fəaliyyətə başlayıb. İnstitut Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılıb. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilib və ona Həsənbəy Zərdabinin adı verilib. Hazırda institutun 7 fakültəsində 21 ixtisas üzrə müəllim kadrları hazırlanır

Ünvan: Gəncə şəhəri, Şah İsmayıl Xətai pr. 187
Telefon: (+994 022) 56-73-10
Faks: (+994 022) 56-19-63
http://www.gsu.az/
Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılıb.

Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 103
Telefon: (+994 022) 57-26-60
Faks: (+994 022) 57-29-61
http://www.aztun.edu.az/
Mingəçevir Politexnik İnstitutu

İnstitut fəaliyyətə 1991-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft Akademiyası) filialı kimi başlayıb. 1992-ci ildən müstəqil ali məktəb statusu alaraq Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərməyə başlayıb.

Ünvan: Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 21
Telefon: (+994 0147) 5-32-72
Faks: (+994 0147) 5-35-97
http://www.mpi-az.narod.ru/
Naxçıvan Dövlət Universiteti

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yeganə dövlət universitetidir. Naxçıvan Dövlət Universiteti 1967-ci ildə yaradılıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialına, beş il sonra isə müstəqil ali məktəbə çevrilib. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun varisidir.

Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi
Telefon: (+994 0136) 45-23-66;
(+994 0136) 45-39-29
Faks: (+994 0136) 45-72-88
http://www.ndu.edu.az/
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2002-ci ildə Respublika Prezidentinin fərmanı ilə yaradılıb. Akademiyada bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il vaxt norması nəzərdə tutulub.

Ünvan: Bakı ş., Heydər Əliyev prospekti 58
Telefon: (+994 012) 566-98-34;
(+994 012) 566-93-69
Faks: (+994 012) 566-56-37

Front Page


Azərbaycan Milli Konservatoriyası

Azərbaycan Milli Konservatoriyası ali musiqi təhsil məktəblərindən biridir. Ali musiqi məktəbi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli “Azərbaycan Milli Konservatoriyası”nın təsis edilməsi haqqında fərmanı ilə yaradılıb. Prezidentin 10 avqust 2001 ci il tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” sərəncama əsasən Azərbaycan Milli Konservatoriya tərkibinə Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası daxil olub.

Ünvan: Bakı ş., Mirzə İbrahimov küç. 8
Telefon: (+994 012) 510-53-28;
(+994 012) 430-58-68;
Faks: (+994 012) 497-04-95
http://www.conservatory.az/
e-mail: musiqi [email protected]
Azərbaycan Diplomatik Akademiyası

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il fərmanı ilə yaradılıb.

Ünvan: Bakı ş., Şamil Əzizbəyov küç. 88
Telefon: (+994 012) 437-32-35
Faks: (+994 012) 437-32-36
http://www.ada.edu.az/
Azərbaycan Müəllimlər İnstitutu

Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılıb. 1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində ali təhsili mütəxəssis hazırlığı ilə fəaliyyətə başlayan indiki AMİ hal-hazırda müxtəlif istiqamətlər, bakalavr, magistratura, aspirantura və dissertantura, ixtisasartırma və yenidənhazırlanma təhsil istiqamətləri üzrə kadr hazırlığı mərkəzinə çevrilmişdir.

Bakı Dövlət Universitetinin Tarix fakültəsi

Bakı Dövlət Universitetinin Tarix fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri.

Mündəricat

1919-cu ilin sentyabrında təsis edilən və noyabrın 15-də fəaliyyətə başlayan Tarix fakültəsi Bakı Dövlət Universitetinin yaşıdıdır.

1919-cu ildə Tarix-filologiya fakültəsi adı ilə ilk addımlarını atmağa başlayan Tarix fakültəsi sonralar müxtəlif adlar ilə (İctimai elmlər fakültəsi, Pedaqoji fakültə) fəaliyyətini davam etdirmişdir.

Fakültə təsis olunarkən ona 509 tələbə və 95 azad dinləyici (604 nəfər) qəbul edilmişdi. 1920-1921-ci illərdə fakültədə 12 professor, 2 dosent, 6 müəllim, 1 elmi işçi – cəmi 21 nəfərlik elmi-pedaqoji heyət çalışmışdır. Onlar fakültədə elmi-pedaqoji işin təşkili və milli kadrların hazırlanması işinə böyük əmək sərf etmişlər.

1922-ci ildə Tarix fakültəsində 8 kafedra fəaliyyət göstərirdi: Qədim tarix; Orta əsrlər tarixi; Yeni dövrün tarixi; Rusiya tarixi; Müsəlman Şərqinin ümumi tarixi; Türklərin tarixi; İran tarixi; Ar­xeologiya. 1923-cü ilin aprelində Tarix-filologiya fakültəsi İctimai elmlər fakültəsinə çevrilir. Həmin il fakültədə 3 yeni kafedra yaradılmışdır və ümumilikdə, 17 kafedrada 19 professor, 6 dosent, 10 privat-dosent işləyirdi. 1925-ci ildə İctimai elmlər və Fizika-riyaziyyat fakültələri ləğv edilmiş, tarix-filologiya və riyaziyyat şöbələri olan Pedaqoji fakültə təsis edilmişdir. Lakin 1930-cu ildə «Azərbaycan SSR ali məktəblərini və ali texniki məktəblərini yenidən təşkil etmək və rayonlaşdırmaq, onları müvafiq təsərrüfat orqanlarının və xalq komissarlıqlarının ixtiyarına vermək haqqında» Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı ilə Universitetin müstəqil institutlara ayrılması ilə əlaqədar Tarix fakültəsinin də fəaliyyəti dayandırılmışdır.

1940/41-ci dərs ilində fakültədə 5 kafedra fəaliyyət göstərirdi; professor-müəllim heyəti 16 nəfər­dən ibarət idi; 10 aspirant təhsil alırdı. Fakültədə təhsil alan 272 tələbənin 109 nəfəri azərbaycanlı idi. 1941-ci ildə Azərbaycan tarixi kafedrasının yaradılması fakültənin həyatında mühüm hadisə oldu. Sovet dövründə milli respublikaların tarixinin öyrənilməsi və tədrisinə çoxsaylı əngəllərin olduğu ağır şəraitdə bu, mühüm nailiyyət və riskli addım idi. Kafedranın tərkibi müəyyən edildikdən sonra Universitetin bütün fakültələrində Azərbaycan tarixinin tədrisi tətbiq edildi.

1945-1946-ci dərs ilində Tarix fakültəsinin nəz­dində fəlsəfə şöbəsi açılmış, ümumuniversitet Psixologiya, Fəlsəfə və Siyasi iqtisad kafedraları onun tərkibinə daxil edilmişdir. Azərbaycanın bir sıra tanınmış filosofları – akademiklər Fuad Feyzulla oğlu Qasımzadə, Aslan Məhəmməd oğlu Aslanov, Firudin Qasım oğlu Köçərli, Akademiyanın müxbir üzvləri Məqsəd Məhəmmədəli oğlu Səttarov, Ziyəddin Bahadur oğlu Göyüşov, elmlər doktorları Həsən İsmayıl oğlu Şirəliyev, İzzət Əşrəf oğlu Rüstəmov, Həmid Rza oğlu İmanov və başqaları bu şöbəni bitirmişlər.

Müharibədən sonra fakültədə 4 kafedra var idi: Azərbaycan tarixi; SSRİ tarixi; Qədim dünya və orta əsrlər tarixi; Yeni, müstəmləkə və asılı ölkələrin tarixi. XX əsrin 70-80-cı illərində fakültədə mühüm struktur dəyişiklikləri baş vermiş, Azərbaycanın maddi mədəniyyət tarixi; Dünya azərbaycanlıları (tarixi demoqrafiya); Tarixi tədqiqatlarda kompüter ETL-ləri yaradılmışdı. Nəticədə Tarix fakültəsi 70-80-ci illərdə böyüyərək Universitetin ən qabaqcıl və aparıcı fakültələrindən birinə çevrilmişdi. 80-ci illərin ortalarından başlayaraq tarixçi kadrların hazırlanması sahəsində geniş islahatlar keçirilmiş, tədris planları təkmilləşdirilmiş, bir sıra yeni tədris planları yaradılmış, fakültənin tarixində ilk dəfə olaraq tarixçi-şərqşünas, beynəlxalq münasibətlər, etno-sosiologiya, etno-psixologiya, sosiologiya, tarixçi-arxeoloq, tarixçi-etnoqraf, çinşünas kimi bir sıra yeni ixtisaslar üzrə mütəxəssislər hazırlanmasına başlanmışdır. Çox keçmədən həmin ixtisasların bazasında universitetdə iki yeni fakültə – Beynəlxalq münasibətlər və beynəlxalq hüquq, Sosial elmlər və psixologiya fakültələri yaradılmışdı.

Azərbaycanın gələcək inkişaf perspektivləri nəzərə alınaraq keçmiş SSRİ-nin qabaqcıl universitetlərinə (Moskva, Leninqrad, Kiyev, Minsk, Kazan və s.) nadir ixtisaslar üzrə təhsil almaq və təhsillərini davam etdirmək üçün onlarla tarixçi gənc göndərilmişdi. 80-ci illərin sonlarında Tarix fakül­tə­si respublikada mühüm demokratik fi­kir mərkəzinə çevrilmişdi. Tarix fakültəsi kollektivinin təkidi və Elmi Şurasının təklifi ilə Universitetin tarixi adı – Bakı Dövlət Universiteti adı bərpa edilmişdi. 1989-cu il­də SSRİ-nin qabaqcıl universitetlərinin alim­lərinin iştiraki ilə Tarix fakültəsinin 70 illik yubileyi qeyd olunmuşdu.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni dövrün tələblərinə uyğun olaraq SSRİ tarixi (Oktyabra qədərki dövr) kafedrasının bazasında Şərqi Avropa xalqları tarixi kafedrası, SSRİ tarixi (Sovet döv­rü) kafedrasının bazasında isə Türk və Qafqaz xalqları tarixi kafedrası təşkil olunmuşdu. 2001-ci ildə Şərqi Avropa xalqları tarixi kafedrası Slavyan ölkələri tarixi kafedrası adlandırılmışdır. Azərbaycan tarixi kafedrasının bazasında iki kafedra – Azərbaycan tarixi (humanitar fakültələr üzrə) və Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedraları yaradılmışdı, Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat Laboratoriyası və Dünya azərbaycanlıları (tarixi demoqrafiya) elmi-tədqi­qat laboratoriyası 2001-ci ildə «Azərbaycanşünaslıq» Elmi-Tədqiqat Mərkəzində birləşdirilmişdir.

Aparılan elmi tədqiqatları müvafiq kafedraların elmi təqiqatları ilə əlaqələndirmək, elmi yeniliklərin bilavasitə tədris prosesinə tətbiqini sürətləndirmək, elm və tədrisin vəhdətini yaratmaq məqsədilə 2010-cu ildə Dünya azər­baycanlıları: tarixi demoqrafiya ETL-i Azər­baycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının, Azərbaycanın Maddi Mədəniyyət Tarixi ETL-i Arxeologiya və etnoqrafiya ka­fedrasının, Tarix, dil, tədris və metodika mərkəzi isə Türk və Qafqaz xalqları tarixi kafedrasının nəz­dinə keçi­ril­miş­di. 2011-ci ildə Türk və Qafqaz xalqları tarixi kafedrasının əsasında 2 müstəqil kafedra – Türk xalqları tarixi və Qafqaz xalqları tarixi kafedraları yaradılmışdı. 2012-ci ildə Kompüter tarixi tədqiqatlarda ETL-nin bazasında Qafqaz xalqları tarixi kafedrasının nəzdində Erməni araşdırmaları ETL-i yaradılmışdır.

1919-cu ildən başlayaraq, 40-cı il­lə­rin son­larınadək Tarix fa­kül­təsinə Niko­lay Dubrovski (fa­kül­tənin ilk dekanı), Leonid İşkov, Aleksandr Baqri, Tağı Şah­bazi, Pyotr Fridolin, Boris Tixomirov kimi görkəmli alimlər başçılıq etmişlər. Son­rakı illərdə fakül­təyə Zülfəli İbrahimov (1948-1949), Məm­məd Şıxlı (1949-1950), Əliövsət Quli­yev (1950-1952), Qəzənfər Mehdiyev (1953-1957), Məmməd Əfəndiyev (1957-1960), Məlik Orucov (1960-1964), Səidə İmanzadə, Xəlil Əlimirzəyev (1964-1966), Zakir Abdullayev (1967-1970), Məmməd Qazıyev (1970-1977), Mahal Məmmədov (1977-1980), Miryusif Mirhadıyev (1980-1986), Yaqub Mahmudov (1986-1990; 1994-2005), Eldar İsmayılov (1991-1994), Sani Hacıyev (2005-2011), Azad Rzayev (2012-2019) rəhbərlik etmişlər. Hazırda fakültəsinin dekan vəzifəsini icra edən 2019 ildən may ayından professor İbrahim Zeynalov.

Bakalavr

  • Tarix istiqaməti
  1. Tarix
  2. Tarix müəllimi
  • Antropoloq istiqaməti
  1. Antropoloq
  • Regionşünaslıq istiqaməti
  1. Regionşünaslıq-Qafqazşünaslıq
  2. Regionşünaslıq-Amerikaşünaslıq

Magistratura

  • Tarix istiqaməti
  1. Azərbaycanın qədim və orta əsrlər tarixi
  2. Asiya və Afrika ölkələri tarixi
  3. Qədim dünya tarixi
  4. Arxeologiyavə Etnoqrafiya
  5. Etnologiya
  6. Tarixin tədrisi metodologiyası və metodikası
  7. Avropavə Amerikanın yeni və ən yeni tarixi
  8. Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi
  9. Türkdünyası tarixi
  10. Yaxınvə Orta Şərqin tarixi
  11. Orta əsrlər tarixi
  12. Azərbaycanın yeni və ən yeni tarixi
  13. Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı
  14. Şərqi Avropa xalqları tarixi
  • Muzeyşünaslıq istiqaməti
  1. Muzeyşünaslıq
  • Regionşünaslıq istiqaməti
  1. Regionşünaslıq (Qafqazşünaslıq)
  2. Regionşünaslıq (Amerikaşünaslıq)

İstinadlar

Həmçinin bax

September 17, 2021
Ən son məqalələr

NGC 3902

NGC 3903

NGC 3906

NGC 3907

NGC 3907A

NGC 3907B

NGC 3910

NGC 3912

NGC 3918

NGC 3919

Ən çox oxunan

Dənizkənarı Şaranta

Dənizi fəth edənlər (film, 1959)

Dənizli

Dənizli ili

Dənizçi ürəyi (film, 1986)

bakı, dövlət, universitetinin, tarix, fakültəsi, bakı, dövlət, universitetinin, fakültələrindən, biri, tarix, fakültəsi, bakı, dövlət, universitetiyaranma, tarixi1919dekanibrahim, zeynalovşəhərbakı, bakıölkəazərbaycanvebsaythistory, mündəricat, tarixi, rəhbərl. Baki Dovlet Universitetinin Tarix fakultesi Baki Dovlet Universitetinin fakultelerinden biri Tarix fakultesi Baki Dovlet UniversitetiYaranma tarixi1919DekanIbrahim ZeynalovSeherBaki BakiOlkeAzerbaycanVebsaythistory bsu edu az Mundericat 1 Tarixi 2 Rehberler 3 Tehsil 3 1 Bakalavr 3 2 Magistratura 4 Istinadlar 5 Hemcinin baxTarixi Redakte1919 cu ilin sentyabrinda tesis edilen ve noyabrin 15 de fealiyyete baslayan Tarix fakultesi Baki Dovlet Universitetinin yasididir 1919 cu ilde Tarix filologiya fakultesi adi ile ilk addimlarini atmaga baslayan Tarix fakultesi sonralar muxtelif adlar ile Ictimai elmler fakultesi Pedaqoji fakulte fealiyyetini davam etdirmisdir Fakulte tesis olunarken ona 509 telebe ve 95 azad dinleyici 604 nefer qebul edilmisdi 1920 1921 ci illerde fakultede 12 professor 2 dosent 6 muellim 1 elmi isci cemi 21 neferlik elmi pedaqoji heyet calismisdir Onlar fakultede elmi pedaqoji isin teskili ve milli kadrlarin hazirlanmasi isine boyuk emek serf etmisler 1922 ci ilde Tarix fakultesinde 8 kafedra fealiyyet gosterirdi Qedim tarix Orta esrler tarixi Yeni dovrun tarixi Rusiya tarixi Muselman Serqinin umumi tarixi Turklerin tarixi Iran tarixi Ar xeologiya 1923 cu ilin aprelinde Tarix filologiya fakultesi Ictimai elmler fakultesine cevrilir Hemin il fakultede 3 yeni kafedra yaradilmisdir ve umumilikde 17 kafedrada 19 professor 6 dosent 10 privat dosent isleyirdi 1925 ci ilde Ictimai elmler ve Fizika riyaziyyat fakulteleri legv edilmis tarix filologiya ve riyaziyyat sobeleri olan Pedaqoji fakulte tesis edilmisdir Lakin 1930 cu ilde Azerbaycan SSR ali mekteblerini ve ali texniki mekteblerini yeniden teskil etmek ve rayonlasdirmaq onlari muvafiq teserrufat orqanlarinin ve xalq komissarliqlarinin ixtiyarina vermek haqqinda Azerbaycan SSR Xalq Komissarlari Sovetinin 1930 cu il 19 iyun tarixli qerari ile Universitetin musteqil institutlara ayrilmasi ile elaqedar Tarix fakultesinin de fealiyyeti dayandirilmisdir 1940 41 ci ders ilinde fakultede 5 kafedra fealiyyet gosterirdi professor muellim heyeti 16 nefer den ibaret idi 10 aspirant tehsil alirdi Fakultede tehsil alan 272 telebenin 109 neferi azerbaycanli idi 1941 ci ilde Azerbaycan tarixi kafedrasinin yaradilmasi fakultenin heyatinda muhum hadise oldu Sovet dovrunde milli respublikalarin tarixinin oyrenilmesi ve tedrisine coxsayli engellerin oldugu agir seraitde bu muhum nailiyyet ve riskli addim idi Kafedranin terkibi mueyyen edildikden sonra Universitetin butun fakultelerinde Azerbaycan tarixinin tedrisi tetbiq edildi 1945 1946 ci ders ilinde Tarix fakultesinin nez dinde felsefe sobesi acilmis umumuniversitet Psixologiya Felsefe ve Siyasi iqtisad kafedralari onun terkibine daxil edilmisdir Azerbaycanin bir sira taninmis filosoflari akademikler Fuad Feyzulla oglu Qasimzade Aslan Mehemmed oglu Aslanov Firudin Qasim oglu Kocerli Akademiyanin muxbir uzvleri Meqsed Mehemmedeli oglu Settarov Ziyeddin Bahadur oglu Goyusov elmler doktorlari Hesen Ismayil oglu Sireliyev Izzet Esref oglu Rustemov Hemid Rza oglu Imanov ve basqalari bu sobeni bitirmisler Muharibeden sonra fakultede 4 kafedra var idi Azerbaycan tarixi SSRI tarixi Qedim dunya ve orta esrler tarixi Yeni mustemleke ve asili olkelerin tarixi XX esrin 70 80 ci illerinde fakultede muhum struktur deyisiklikleri bas vermis Azerbaycanin maddi medeniyyet tarixi Dunya azerbaycanlilari tarixi demoqrafiya Tarixi tedqiqatlarda komputer ETL leri yaradilmisdi Neticede Tarix fakultesi 70 80 ci illerde boyuyerek Universitetin en qabaqcil ve aparici fakultelerinden birine cevrilmisdi 80 ci illerin ortalarindan baslayaraq tarixci kadrlarin hazirlanmasi sahesinde genis islahatlar kecirilmis tedris planlari tekmillesdirilmis bir sira yeni tedris planlari yaradilmis fakultenin tarixinde ilk defe olaraq tarixci serqsunas beynelxalq munasibetler etno sosiologiya etno psixologiya sosiologiya tarixci arxeoloq tarixci etnoqraf cinsunas kimi bir sira yeni ixtisaslar uzre mutexessisler hazirlanmasina baslanmisdir Cox kecmeden hemin ixtisaslarin bazasinda universitetde iki yeni fakulte Beynelxalq munasibetler ve beynelxalq huquq Sosial elmler ve psixologiya fakulteleri yaradilmisdi Azerbaycanin gelecek inkisaf perspektivleri nezere alinaraq kecmis SSRI nin qabaqcil universitetlerine Moskva Leninqrad Kiyev Minsk Kazan ve s nadir ixtisaslar uzre tehsil almaq ve tehsillerini davam etdirmek ucun onlarla tarixci genc gonderilmisdi 80 ci illerin sonlarinda Tarix fakul te si respublikada muhum demokratik fi kir merkezine cevrilmisdi Tarix fakultesi kollektivinin tekidi ve Elmi Surasinin teklifi ile Universitetin tarixi adi Baki Dovlet Universiteti adi berpa edilmisdi 1989 cu il de SSRI nin qabaqcil universitetlerinin alim lerinin istiraki ile Tarix fakultesinin 70 illik yubileyi qeyd olunmusdu Azerbaycan musteqilliyini berpa etdikden sonra yeni dovrun teleblerine uygun olaraq SSRI tarixi Oktyabra qederki dovr kafedrasinin bazasinda Serqi Avropa xalqlari tarixi kafedrasi SSRI tarixi Sovet dov ru kafedrasinin bazasinda ise Turk ve Qafqaz xalqlari tarixi kafedrasi teskil olunmusdu 2001 ci ilde Serqi Avropa xalqlari tarixi kafedrasi Slavyan olkeleri tarixi kafedrasi adlandirilmisdir Azerbaycan tarixi kafedrasinin bazasinda iki kafedra Azerbaycan tarixi humanitar fakulteler uzre ve Azerbaycan tarixi tebiet fakulteleri uzre kafedralari yaradilmisdi Azerbaycanin Maddi Medeniyyet Tarixi Elmi Tedqiqat Laboratoriyasi ve Dunya azerbaycanlilari tarixi demoqrafiya elmi tedqi qat laboratoriyasi 2001 ci ilde Azerbaycansunasliq Elmi Tedqiqat Merkezinde birlesdirilmisdir Aparilan elmi tedqiqatlari muvafiq kafedralarin elmi teqiqatlari ile elaqelendirmek elmi yeniliklerin bilavasite tedris prosesine tetbiqini suretlendirmek elm ve tedrisin vehdetini yaratmaq meqsedile 2010 cu ilde Dunya azer baycanlilari tarixi demoqrafiya ETL i Azer baycan tarixi tebiet fakulteleri uzre kafedrasinin Azerbaycanin Maddi Medeniyyet Tarixi ETL i Arxeologiya ve etnoqrafiya ka fedrasinin Tarix dil tedris ve metodika merkezi ise Turk ve Qafqaz xalqlari tarixi kafedrasinin nez dine keci ril mis di 2011 ci ilde Turk ve Qafqaz xalqlari tarixi kafedrasinin esasinda 2 musteqil kafedra Turk xalqlari tarixi ve Qafqaz xalqlari tarixi kafedralari yaradilmisdi 2012 ci ilde Komputer tarixi tedqiqatlarda ETL nin bazasinda Qafqaz xalqlari tarixi kafedrasinin nezdinde Ermeni arasdirmalari ETL i yaradilmisdir Rehberler Redakte1919 cu ilden baslayaraq 40 ci il le rin son larinadek Tarix fa kul tesine Niko lay Dubrovski fa kul tenin ilk dekani Leonid Iskov Aleksandr Baqri Tagi Sah bazi Pyotr Fridolin Boris Tixomirov kimi gorkemli alimler basciliq etmisler Son raki illerde fakul teye Zulfeli Ibrahimov 1948 1949 Mem med Sixli 1949 1950 Eliovset Quli yev 1950 1952 Qezenfer Mehdiyev 1953 1957 Memmed Efendiyev 1957 1960 Melik Orucov 1960 1964 Seide Imanzade Xelil Elimirzeyev 1964 1966 Zakir Abdullayev 1967 1970 Memmed Qaziyev 1970 1977 Mahal Memmedov 1977 1980 Miryusif Mirhadiyev 1980 1986 Yaqub Mahmudov 1986 1990 1994 2005 Eldar Ismayilov 1991 1994 Sani Haciyev 2005 2011 Azad Rzayev 2012 2019 rehberlik etmisler Hazirda fakultesinin dekan vezifesini icra eden 2019 ilden may ayindan professor Ibrahim Zeynalov Tehsil RedakteBakalavr Redakte Tarix istiqametiTarix Tarix muellimiAntropoloq istiqametiAntropoloqRegionsunasliq istiqametiRegionsunasliq Qafqazsunasliq Regionsunasliq AmerikasunasliqMagistratura Redakte Tarix istiqametiAzerbaycanin qedim ve orta esrler tarixi Asiya ve Afrika olkeleri tarixi Qedim dunya tarixi Arxeologiyave Etnoqrafiya Etnologiya Tarixin tedrisi metodologiyasi ve metodikasi Avropave Amerikanin yeni ve en yeni tarixi Beynelxalq elaqelerin tarixi ve nezeriyyesi Turkdunyasi tarixi Yaxinve Orta Serqin tarixi Orta esrler tarixi Azerbaycanin yeni ve en yeni tarixi Azerbaycan tarixinin menbesunasligi ve tarixsunasligi Serqi Avropa xalqlari tarixiMuzeysunasliq istiqametiMuzeysunasliqRegionsunasliq istiqametiRegionsunasliq Qafqazsunasliq Regionsunasliq Amerikasunasliq Istinadlar RedakteHemcinin bax RedakteMenbe https az wikipedia org w index php title Baki Dovlet Universitetinin Tarix fakultesi amp oldid 5954173, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Comments are closed, but trackbacks and pingbacks are open.