Press "Enter" to skip to content

Bank hesabıma necə ödəniş edə bilərəm

· hesablaşma hesabının açılması üçün ərizə;

Ölkəmizdə bir ilk: indi fiziki şəxslər də məsafədən bank hesabı aça bilər!

Müştərilərin vaxtına dəyər verən ABB onlar üçün məsafədən xidmət imkanlarını genişləndirməkdədir. Fərdi müştərilər indi banka gəlmədən özlərinə məsafədən hesab aça bilərlər. Fiziki şəxslər üçün bu imkanı ölkəmizdə ilk dəfə məhz ABB yaradıb.

Hesabın açılması prosesi https://openaccount.ibar.az səhifəsi üzərindən həyata keçirilir. Məsafədən hesabın açılması üçün fiziki şəxslər ilk növbədə “ASAN İmza”-ya sahib olmalıdırlar. Müştəri “ASAN İmza” vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim edir. Sonra özü videogörüş vaxtı müəyyənləşdirir. Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir. Bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra isə Bank tərəfindən hesablar avtomatik açılır. Rəsmiləşdirmə sənədləri ilə birgə hesab rekvizitləri barədə məlumat müştəriyə təqdim olunur. Müştəri təqdim olunmuş sənədləri və hesab rekvizitlərini yükləyərək elektron qaydada və ya çap edərək özündə saxlaya bilər. Yeni açılmış hesab dərhal bankın mobil tətbiqində görünür və müştəri filiala getmədən mobil telefonu vasitəsilə bu hesab üzərindən bank əməliyyatları aparmaq imkanına malik olur.

Bankda hesabın olması müasir dövrdə əksəriyyət üçün bir zərurətdir. Hüquqi şəxslər, sahibkarlıq subyektləri ilə yanaşı, fiziki şəxslər də özlərinə hesab açdıraraq müxtəlif bank əməliyyatlarını hesablar üzərindən nağdsız qaydada apara bilərlər. Bank hesabının açılması indiyə qədər müəyyən zaman tələb edən proses idi. Hesabın məsafədən açılması imkanı isə müştərinin əlavə vaxt sərf edərək banka gəlmək, növbədə gözləmək ehtiyacını aradan qaldırır.

Bankın İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “Bu, ABB-nin pərakəndə bankçılıq sektorunda tətbiq etdiyi daha bir innovativ ilkdir. Artıq hesab açmaqdan ötrü bankın xidmət ofislərinə gəlməyə ehtiyac yoxdur. Bunu hər kəs onlayn kanallar vasitəsilə çox rahat bir şəkildə həyata keçirə bilər. Məsafədən hesab açmaq fiziki şəxs müştərilərin işini asanlaşdıracaq, onlar üçün yeni və faydalı təcrübələr yaradacaq”.

ABB-nin fiziki şəxslər üçün təqdim etdiyi digər onlayn xidmət imkanlarından faydalanmaq üçün bankın mobil tətbiqini Google Play və App Storedən yükləmək olar.

MobilBank

Mobilbank tətbiqi abunəçilərə aşağıdakı əməliyyatları yerinə yetirməyə imkan verir:

  • Mobil operator, İnternet provayder və kommunal xidmətlərinin ödənilməsi
  • Bank hesabından çıxarış
  • Pulun kartdan karta köçürülməsi
  • Kartın itirildiyi zaman onun deaktiv edilməsi
  • Balansın yoxlanılması
  • Son əməliyyatlar, hesabda olan vəsaitlərin hərəkəti və hətta xaricdə olduqda belə bank hesabının statusu haqda məlumat

MobilBank tətbiqini yükləmək üçün www.azericard.com saytına daxil ol.

Əlavə məlumat

MobilBank tətbiqini yüklədikdən dərhal sonra istifadə edə bilərəmmi?

MobilBank, istifadəçinin telefonunda internet bağlantısından istifadə etməklə fəaliyyət göstərən mobil tətbiqdir. Tətbiqin onlayn xüsusiyyətlərindən istifadə etmək üçün abunəçiyə balansında yetərli vəsait ilə aktiv telefon xətti və internet tarif paketi lazım olacaq.

MobilBank tətbiqindən istifadə üçün xidmət haqqı tətbiq olunurmu?

Banklar Mobilbank vasitəsilə təqdim etdiyi xidmətlərə giriş təmin etmək üçün aylıq ödəniş tətbiq edirlər. Xidmət haqqı müvafiq banklar tərəfindən birbaşa istifadəçilərin bank hesablarından tutulur. Fərqli banklar fərqli xidmət haqları tətbiq edə bilər. Daha ətraflı məlumat üçün aidiyyatı banka müraciət etmək lazımdır.

Birdən artıq bank kartım var. Hamısını MobilBank tətbiqində istifadə edə bilərəmmi?

Hər bir kartın MobilBank-da çalışması üçün özünəməxsus proqram təminatı tələb olunur. İstifadəçinin istifadə etmək istədiyi kartlar üçün müvafiq proqram təminatı quraşdırması lazımdır. MobilBank tətbiqi vasitəsilə istifadə oluna bilən kartların sayına heç bir məhdudiyyət qoyulmur.

MobilBank-a daxil olmaq üçün PİN kodumu unutmuşam. Mən nə etməliyəm?

Təhlükəsizlik səbəblərinə görə tətbiqdəki PIN kodu yenidən quraşdırmaq mümkün deyil. İstifadəçi tətbiqi ləğv edib yenidən yükləməli, daha sonra bank hesabını yenidən qeydiyyatdan keçirməlidir.

MobilBank tətbiqi quraşdırılmış telefonum oğurlandığı təqdirdə mən nə etməliyəm?

Telefon oğurlandıqda, xidməti deaktiv etmək üçün dərhal AzeriCard müştəri dəstəyinə müraciət etmək lazımdır. Həmçinin banka da məlumat verməlidir. Yeni telefonda Mobilbank tətbiqi təkrar yükləmək və eyni qeydiyyat prosedurlarını əvvəlki qaydada təkrarlamaq lazımdır.

Vergi ödəyicisi və bank hesabı

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün tələb olunan mğhğm şərtlərdən biri də bank hesablarının açılmasıdır. Bank hesabı hər bir şəxsin hesabına daxil olan pul vəsaiti ilə ölkənin bank qanunvericiliyində nəzərdə tutulan istənilən ölkədaxili, ölkəxarici və nağdsız köçürmə əməliyyatlarını asanlıqla yerinə yetirə bilməsi üçün bir növ vasitəçidir. Vergi ödəyicisi üçün vergi orqanında qeydiyyata alınaraq VÖEN-nin açılması zəruri olduğu kimi bank hesabının olması da olduqca əhəmiyyətlidir.

Bank hesablarının açılması, aparılması və bağlanması «Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları»na əsasən aparılır. Bank hesabının açılması üçün vətəndaş VÖEN və şəxsiyyət vəsiqəsi ilə banka müraciət etməlidir. Hesab açmaq üçün heç bir ödəniş tələb edilmir.

Yeri gəlmişkən, qanunvericilikdə edilmiş dəyişikliklər nəticəsində bank hesabları ilə əlaqədar münasibətləri tənzimləmək səlahiyyəti Mərkəzi Bankdan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmişdir.

Bank hesabını fiziki şəxslər şəxsi məqsədlər üçün, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər və hüquqi şəxslər sahibkarlıq fəaliyyəti və digər məqsədlər üçün açırlar.

Məqsədlərinə görə bank hesabları aşağıdakılardan ibarətdir:

Həmçinin bax: Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?

Cari hesablar

Cari hesab hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrinin, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır. Bank hesabının açılması üçün hüquqi şəxs (müəssisə) aşağıdakı sənədləri banka təqdim etməlidir:

· hesablaşma hesabının açılması üçün ərizə;

· hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

· hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə sənədin notarial qaydada təsdiqlənmiş surəti;

· hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surəti;

· vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;

· imza və möhür nümunələri vərəqəsi.

Bank hesabının açılması üçün fərdi sahibkar aşağıdakı sənədləri banka təqdim etməlidir:

· hesablaşma hesabının açılması üçün ərizə;

· fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);

· vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;

· imza və möhür nümunələri vərəqəsi.

Banka təqdim edilmiş sənədlər bankın əməkdaşları və hüquqşünasları tərəfindən yoxlanıldıqdan sonra hesabın açılması üçün qərar qəbul edilir. Əgər sənədlərdə heç bir uyğunsuzluq yoxdursa, müəssisəyə imzalanmış bank hesabı müqaviləsi təqdim edilir.

Həmçinin bax: Ümidsiz borcları necə xərcə silməli?

Cari subhesablar

Cari subhesablar hüquqi şəxslərə, onların regional fəaliyyətləri ilə əlaqədar filial və nümayəndəlik statusu daşımayan yerli qurumlara açıla bilər. Bu hesablara daxil olan vəsaitlər yerli qurumların işçilərinin əməkhaqları, habelə bu qurumların fəaliyyətini təmin edən zəruri kommunal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, baş təşkilatla bağlanmış bank hesabı müqaviləsində müəyyən olunmuş müddətlərdə, baş təşkilatın cari hesabına köçürülməlidir.

Cari subhesabın açılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:

· hüquqi şəxsin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti;

· vergi orqanı tərəfindən hüquqi şəxsə verilmiş şəhadətnamə-dublikatın əsli (yerli qurum vergi ödəyicisi olduqda özünün şəhadətnamə-dublikatının əsli);

· imza və möhür nümunələri vərəqəsi.

Valyuta hesabı

Bu, xarici valyutalarda hesablaşmaların həyata keçirilməsi üçün istifadə olunan hesabdır. Onun vasitəsilə xarici ölkələrlə biznes və digər fəaliyyətlə bağlı pul hesablaşmaları aparılır, digər köçürmələr edilir. Vətəndaş həmin valyuta hesabının açılması üçün banka ərizə və hesablaşma hesabının açılması barədə sənədlər təqdim edir. Xarici valyutada bank hesabının açılması üçün hesabın açılmasına dair ərizə, habelə vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli təqdim olunur.

Hesabın dondurulması

Əksər vergi ödəyiciləri sahibkarlıq fəaliyyətini dayandırdıqda VÖEN-nin ləğv edilməsi barədə vergi orqanına müraciət etməklə işi bitmiş hesab edirlər. Yaddan çıxarmaq olmaz ki, bank hesabı bağlanmadan fəaliyyətini dayandırdıqda VÖEN-nin ləğv edilməsi mümkün deyil. Ona görə də vergi ödəyicisi vergi orqanına müraciət etməklə yanaşı, banka ərizə ilə müraciət etməlidir. Bankda onun hesab müqaviləsi ləğv edildikdən sonra (bank hesabı müqaviləsinin ləğv edilməsi, hesabın bağlanmasının hüquqi əsasını təşkil edir) vergi orqanına müvafiq məlumatlar onlayn rejimdə təqdim edilir və bundan sonra VÖEN ləğv edilir.

Sahibkarlıq fəaliyyəti ilə bağlı son zamanlar meydana çıxan problemlərdən biri dövlət müəssisəsi kimi qeydiyyatdan keçən vergi ödəyicisinin (hüquqi şəxslərin) özəl biznes subyekti kimi fəaliyyət göstərməsidir. Bu, bir sıra məsələlərdə hüquqi və maliyyə problemləri yaradır. Hazırda Vergilər Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyasının birgə razılığına əsasən, yeni qaydalar hazırlanıb. Banklar müəssisələrin dövlətə məxsus olub-olmadığını müəyyən edən müvafiq sistem təminatı ilə təmin olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.