Press "Enter" to skip to content

İlham Əliyev: “Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır”

Beynəlxalq Məhkəmənin yurisdiksiyası. Yuxarıda qeyd etmişdik ki, dövlət öz beynəlxalq mübahisəsini həll etməyə, — xüsusilə üçüncü tərəfin vasitəsilə, — məcbur edilə bilməz. Bu o deməkdir ki, Beynəlxalq Məhkəmənin mübahisə ilə bağlı işlərdə yurisdiksiyası dövlətlərin razılığından asılıdır.
Hər hansı üçüncü dövlətin beynəlxalq öhdəlikləri iki dövlət – iddiaçı və cavabdeh arasındakı mübahisənin predmeti ilə sıx bağlıdırsa, Məhkəmə həmin üçüncü dövlətin də razılığı olmadan bu mübahisəyə baxa bilməz.
Bu, məhşur Şərqi Timor işindən (1995-ci il) aydın görünür. İşin mahiyyəti belə olmuşdu: 1991-ci ildə Portuqaliya Avstraliyanın əleyhinə Beynəlxalq Məhkəməyə iddia ilə müraciət etmişdi. İddiada Avstraliyanın 1998-ci ildə İndoneziya ilə bağladığı və Şərqi Timor ilə (İndoneziya işğal etdiyi, qabaqlar Portuqaliyanın müstəmləkəsi olmuş ərazi) Avstraliyanın şimal sahili arasında yerləşən kontinental şelfin birgə istismarını nəzərdə tutan müqavilə qeyri-qanuni hesab edilirdi. Portuqaliya formal olaraq Şərqi Timoru idarə edən hakimiyyət kimi israr edirdi ki, Avstraliya birgə istismar haqqında müqaviləni İndoneziya ilə deyil,məhz onunla bağlamalıydı. Öz ərizəsində Portuqaliya göstərirdi ki, Şərqi Timor – özü-özünü idarə etməyən ərazidir və onun xalqı özünümüəyyənetmə hüququnu həyata keçirə bilməmişdir. Buna görə də 1975-ci ildən İndoneziyanın bu ərazidə olması hüquqa uyğun deyildir və xalqın özünümüəyyənetmə hüququna qarşı yonəlmişdir. İndoneziya belə bir müqavilə bağlamaqla, Avstraliya Şərqi Timorun özünümüəyyənetmə hüququna hörmət etmək öhdəliyini (bu, erga omnes öhdəlikdir) pozmuşdur. Beynəlxalq Məhkəmə Portuqaliyanın o mövqeyi ilə razılaşdı ki, Şərqi Timor – özü-özünü idarə etməyən ərazidir və özünümüəyyənetmə hüququ erga omnes xaraqteri olan hüquqdur. Lakin Məhkəmə mübahisə üzrə qərar çıxartmaqdan boyun qaçırdı. Məhkəmənin fikrincə, Avstraliyanın davranışı qiymətləndirməzdən qabaq, İndoneziyanın Şərqi Timora sahib olmasının hüquqauyğunluğu məsələsinə baxmaq lazımdır; başqa sözlə, Məhləmənin qarşısındakı mübahisənin predmeti İndoneziyanın göstərilən ərazirə olmasının hüquqauyğunluğu məsələsidir; bu mübahisə isə İndoneziyanın razılığı olmadan (Beynəlxalq Məhkəmənin yurisdiksiyasını qəbul etmədiyinə görə) həll edilə bilməz.
Beynəlxalq Məhkəmənin yurisdiksiyasına razılığı dövlət müxtəlif yollarla verə bilər.
1. Ad hoc razılıq.
Statutun 36-cı maddəsinin 1-ci hissəsində deyilir ki, Məhkəmə “tərəflərin ona təqdim etdiyi bütün işlər” üzərində yurisdiksiyaya malikdir. Məhkəmənin yurisdiksiyasına ad hoc razılıq konkret mübahisə ilə bağlı tərəflərin aydın ifadə olunmuş razılıq formasıdır. Ad hoc razılığın klassik metodu tərəflərin konkret məsələnin Məhkəməyə verilməsi haqqında xüsusi razılaşmasıdır (buna kompromis deyilir). Buna misal olaraq, Salvador/Honduras işini (1987-ci il) və Qabçikovo-Nadmaroş işini (Slovakiya/Macarıstan, 1997-ci il) göstərmək olar.
2. Posthoc razılıq (forum prorogatum).
Bəzən belə olur ki, Məhkəmə bir dövlətin birtərəfli ərizəsinə baxarkən, “cavabdeh” dövlət birbaşa və ya dolayı yolla Məhkəmənin bu işə baxmasına öz razılığını bildirir. Buna post hoc razılığı detilir. Məsələn, Korfu kanalı işində (1949-cu il) Böyük Britaniyanın Məhkəməyə ərizəsindən sonra Almaniya məktub vasitəsilə öz razılığını bildirmişdi.
3. Ante hoc razılıq – müqavilələr vasitəsilə.
Statutun 36-cı maddəsinin 1-ci hissəsinə görə, Məhkəmə qüvvədə olan müqavilələrdə xüsusi olaraq nəzərdə tutulmuş bütün məsələlər üzərində yurisdiksiyaya malikdir. Bir sıra çoxtərəfli və ikitərəfli müqavilələrə onların predmeti üzrə Beynəlxalq Məhkəməyə qabaqcadan yurisdiksiya verən müddəalar daxil edilmişdir. Müəyyən mənada bu, “məcburi” yurisdiksiyanın bir formasıdır. Dövlət əgər bu yurisdiksiya müddəasını qəbul etmişsə və ona qeyd-şərt etməmişsə, müqavilənin tətbiqi və ya təfsiri ilə bağlı mübahisə ortaya çıxdıqda, digər iştirakçı dövlətin iddia ərizəsi əsasında Məhkəmənin yurisdiksiyasına tabe olmalıdır. Məsələn, Bosniya və Herseqovina/Yuqoslaviya işi Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın IX maddəsi əsasında Məhkəməyə verilmişdi.
4. Ante hoc razılıq – xüsusi bəyanat vasitəsilə.
Statutun 36-cı maddəsinin 2-ci hissəsinə görə, dövlətlər qabaqcadan Məhkəmənin yurisdiksiyasını tanıya bilər. Bu barədə dövlət Qəbuletmə haqqında xüsusi bəyanat qəbul edir və onu BMT-nin Baş Katibinə saxlanmağa verir. Bundan sonra həmin dövlət, Məhkəmənin yurisdiksiyasını bu andan əvvəl və ya sonra qəbul etmiş bütün digər dövlətlərə münasibətdə Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyasını tanımış sayılır. Bu, beynəlxalq məhkəmələr üçün səciyyəvi olan seçmə sistem adlanır (optional system). İndiyə qədər Beynəlxalq Məhkəmənin yurisdiksiyasını bu qaydada cəmi – 64 dövlət (keçmiş sovet respublikaıarından Estoniya və Gürcüstan) tanımışdır.
Məhkəmənin yurisdiksiyasını qəbul etmə haqqında bəyanat şərtsiz və müəyyən qeyd-şərtlə verilə bilər. Qeyd-şərtlər müxtəlif cür olur:

Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələri

Beynəlxalq hüququn əsas prinsiplərindən biri olan beynəlxalq mübahisələrin dinc yolla həll olunması prinsipinin normativ məzmununu və əhəmiyyətini yuxarıda geniş açıqlamışdır. Göstərmişdik ki, aralarında ortaya çıxan mübahisələri nizamlamaq üçün dövlətlər onların ixtiyarında olandinc vasitələrin hər hansı birindən istifadə edə bilərlər. Dinc vasitələrin tam olmayan siyahısı BMT Nizamnaməsinin 33-cü maddəsində öz əksini tapmışdır: danışıqlar, müayinə, vasitəçilik, barışdırma, arbitraj, məhkəmə araşdırması, regional orqan və ya sazişlərə müraciət. Göstərilən siyahıya “xeyirxah xidmətlər” daxil edilməmişdir; “müayinə” termininin əvəzinə isə hazırda “araşdırma” (“təhqiqat”) işlədilir.
Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələruni iki növə ayırmaq olar:

  1. diplomatik vasitələr;
  2. məhkəmə vasitələri.

İkinci növə beynəlxalq arbitraj və Beynəlxalq məhkəmə daxildir; bu halda beynəlxaq mübahisələri qərəzsiz üçüncü tərəf beynəlxalq hüququ əsas götürməklə həll edir və onun çıxardığı qərar mübahisənin tərəfləri üçün məcburidir. Nəzərə almaq lazımdır ki, bütün dinc vasitələr çox zaman bir yerdə tətbiq olunur.

Danışıqlar

Beynəlxalq mübahisələrin dinc yolla həll olunmasının ən sadə, ən geniş yayılmış və ən çox üstünlük verilən vasitəsi birbaşa danışıqlardır. Çox zaman ortaya çıxacaq mübahisələrin məhz danışıqlar vasitəsilə nizama salınması dövlətlər trəfindən razılaşdırılır və müvafiq olarq ikitərəfli və ya çoxtərəfli müqavilələrdə təsbit edilir.
Danışıqlar mübahisələrin nizama salınmasının başlıca diplomatik vasitəsi sayılır. Bu halda mübahisə tərəflərinin siyasi, iqtisadi və sosial mülahizələri ön plana çəkilir. Doğrudur, birbaşa danışıqlarda beynəlxalq hüquq da əhəmiyyətli rol oynayır.
Bəzi müqavilələrdə nəxərdə tutulur ki, mübahisənin tərəfləri arasında birbaşa danışıqlar bir nəticə verməsə, tərəflərdən biri mübahisəni BMT-nin Beynəlxalq Məhkəməsinə və ya arbitraj məhkəməsinə verə bilər. Tərəflərin mübahisənin həllini üçüncü tərəfə etibar etmək istəməməsi danışıqlardan daha səmərəli istifadə olunmasını şərtləndir.
Birbaşa danışıqlara başlamış dövlət bu danışıqları vicdanla aparmağa borcludur.

3. Xeyirxah xidmətlər və vasitəçilik

Xeyirxah xidmətlər və vasitəçilik çox zaman danışıqlarla bir zamanda tətbiq olunan vasitədir. Xeyirxah xidmətlər, əsasən, tərəflər arasında birbaşa danışıqları təmin edir və onun başlaması üçün imkan açır. Xeyirxah xidmətlər və vasitəçilik təklif edən şəxsə və ya dövlətə mübahisənin hər iki tərəfinin etibarı olur. Vasitəçi mübahisənin hər iki tərəfinin bəyəndiyi və danışıqlarda bilavasitə iştirak edən şəxsdir. Onun əsas vəzifəsi bundan ibarətdir ki, mübahisənin nizama salınmasının şərtlərini tərəflərə təklif edir və iki bir-birinə zidd mövqe arasında kompromisə nail olunmasına səy göstərir. Son illərdə BMT-nin Baş Katibi müxtəlif situasiyalarda öz xeyirxah xidmətlərini təklif etmişdir və bəzi hallarda bu missiyanı davam etdirərək vasitəçi kimi də çıxış etmişdir. Misal üçün SSRİ, Pakistan və Əfqanıstan arasında mübahisənin nizama salınmasını göstərmək olar. Keçmiş Yuqoslaviya ərazisindəki münaqişələrlə bağlı Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatının “sülh elçiləri” də eyni missiyanı yerinə yetirmişlər.

4. Araşdırma (təhqiqat)

Araşdırma komissiyalarından dövlətlər arasındakı mübahisənin faktik əsasını müəyyən etmək üçün istifadə olunur. Bu zaman mübahisənin tərəfi olan dövlətlər məsələni qərəzsiz quruma vermək haqqında razılığa gəlirlər; bu qurumun vəzifəsi zəruri faktların obyektiv müəyyən edilməsindən ibarət olur. Bundan sonra isə tərəflər bu faktların əsasında mübahisəni nizamlamaq barədə danışıqlara başlayırlar. Qeyd etmək lazımdır ki, mübahisənin tərəfi araşdırma komissiyalarının ortaya çıxardığı nəticələrlə bağlı deyillər. Mövcud beynəlxalq hüquq sistemində faktların müəyyən edilməsi üzrə məcburi mexanizmlərin olmadığı bir şəraitdə araşdırma komissiyalarının rolu çox böyükdür.

5. Barışdırma

Barışdırma beynəlxalq mübahisəlrin həllinin elə bir vasitəsidir ki, bu zaman mübahisə üçüncü tərəfə — vəzifəsi mübahisənin nizamlanması üçün təkliflər vermək və məruzə təqdim etməkdən ibarət olan komissiya və ya komitəyə verilir. Barışdırma komissiyaları araşdırma komissiyalarından onunla fərqləni ki, ikincilərin vəzifəsinə konkret təkliflər vermək daxil deyildir. Bu mənada barışdırma arbitraja yaxındır. Lakin onların arasında çox mühüm bir fərq mövcuddur. Bir qayda olaraq, barışdırma komissiyasının məruzələri tərəflər üçün hüquqi cəhətdən məcburi deyildir. Barışdırma komissiyasının məruzəsi və təklif etdiyi nizamasalma variantı gələcək danışıqlar üçün əsas rolunu oynaya bilər. Barışdırma bu baxımdan araşdırma ilə arbitraj arasında orta mövqe tutur.
Barışdırma komissiyaları Mübahisələrin dinc yolla nizamlanması haqqında 1899-cu il Haaqa Konvensiyaları ilə və Mübahisələrin dinc yolla nizamlanması haqqında 1828-ci il Ümumi aktı ilə müəyyən edilmişdir. Misal kimi, dəniz sularının delimitasiyası üzrə Yan Meyen Barışdırma Komissiyasını (İslandiya/Norveç) göstərmək olar. Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasında müvafiq mübahisələrin nizamlanması proseduru kimi barışdırma komissiyaları nəzərdə tutulmuşdur.

6. BMT çərçivəsində mübahisələrin nizama salınması

Birləşmiş Millətlər Təşkilatı sistemində beynəlxalq mübahisələrin nizama salınması üçün müxtəlif mexanizm və prosedurlar mövcuddur. Biz yuxarıda BMT Baş Katibinin “xeyirxah xidmətlərində” bəhs etdik. Aşağıda geniş şərh olunacaq BMT Beynəlxalq Məhkəməsi də bu mexanizmlər sırasındadır.
BMT-nin Baş Assambleyası beynəlxalq mübahisələrin nizama salınması istiqamətində tövsiyələr verməklə bağlı geniş səlahiyyətlərə malikdir. Sülhə təhlükə və ya sülhün pozulması hallarında Təhlükəsizlik Şurasının öncür mövqeyini nəzərə almaqla, Baş Assambleya “mənşəyindən asılı olmayaraq, ümumi əmin-amanlığı və millətlər arasındakı dostluq münasibətlərini poza bilən hər hansı situasiyanın dinc yolla nizamlanması üçün tədbirlər tövsiyə edə bilər”.
Baş Assambleyanın əksər qətnamələri kimi, bu cür tövsiyələr də hüquqi cəhətdən məcburi deyil. Ona görə də Baş Assambleya tərəflərə mübahisənin hər hansı həllini zorla qəbul etdirə bilməz. Baş Assambleya siyasi orqan olduğuna görə, hər hansı situasiya və ya mübahisə ilə bağlı aparılan müzakirələrdə və təklif olunan tədbirlərdə beynəlxalq hüquq deyil, siyasi mülahizələr əsas rol oynayır.
Məlumdur ki, Namibiya probleminin həllində Baş Assambleya mühüm töhfə vermişdir. Onun İran-İraq münaqişəsində BMT Baş Katibinin səylərini dəstəkləməsi də əhəmiyyətli olmuşdur.
BMT Nizamnaməsinin VI fəslinə (“Mübahisələrin dinc yolla həll olunması”) əsasən, Təhlükəsizlik Şurası beynəlxalq mülahizələrin həlli ilə bağlı müxəlif səlahiyyətlərə malikdir. Birincisi, əgər digər dinc vasitələrin tətbiqi bir nəticə verməmişsə, beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada biləcək mübahisənin tərəfləri onu Təhlükəsizlik Şurasına verməlidirlər. İkincisi, BMT-nin istənilən üzvü və ya üzvü olmayan dövlət mübahisənin tərəflərinin razılığı olmadan həmin mübahisəni, onun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün təhlükə törədəcəyini müəyyən etmək üçün Təhlükəsizlik Şurasına verə bilər. Göstərilən hər iki halda Təhlükəsizlik Şurası müvafiq nizamlama prosedur və ya metodlarını tövsiyə edə bilər. Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı ilə bağlı hallarda (Bosnyada olduğu kimi) Təhlükəsizlik Şurası, mübahisənin həllini məcburən qəbul etdirə bilər. Artıq qeyd edildiyi kimi, Təhlükəsizlik Şurası siyasi orqandır. Onun əsas vəzifəsi sülhü qorumaqdır, hüququ qorumq deyil; bunlar isə həmişə üst-üstə düşmür. Təhlükəsizlik Şurası, əsas etibarilə, siyasi mübahisələrlə məşğul olur, hüquqi mübahisələrə gəldikdə isə, BMT Nizamnaməsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, o, nəzərə almalıdır ki, tərəflər bu cür mübahisələri, ümumi qayda olaraq, Beynəlxalq Məhkəməyə verməlidirlər. Doğrudur, bir çox mübahisəlrədə siyasi və hüquqi asbektləri bir-birində ayırmaq çətin olur və Təhlükəsizlik Şurası müvafiq hesab etdiyi hallarda bu mübahisələrin həlli üçün əsas məsuliyyəti öz üzərinə götürür və konkret tədbirlər görür.
BMT-nin ixtisaslaşdırılmış təsisatları da dövlətlər arasındakı mübahisələrin həll olunmasında yardımçı ola bilər. Bu təşkilatlar BMT-nin Baş Assambleyası kimi, əsas etibarilə, mübahisələrin nizamlanması istiqamətində forum rolunu oynayır. Xüsusən, Beynəlxalq əmək təşkilatının, Beynəlxalq valyuta fondunun və Beynəlxalq mülki aviasiya təşkilatının bu yönümdə fəaliyyəti əhəmiyyətlidir.

7. ATƏT çərçivəsində mübahisələrin nizamlanması

Beynəlxalq mübahisələrin dinc vasitələrlə həlli prinsipi ATƏT-in fəaliyyətinin əsasinda dayanan fundamental prinsiplərdən biridir. Bu prinsipin ATƏT-in (1994-cü ilə qədər – ATƏM) bütün əsas sənədlərində öz dolğun və birmənalı ifadəsini tapmışdır. Bu prinsipin həyata keçirilməsi istiqamətində ATƏT çərçivəsində xüsusi prosedur və mexanizmlərin yaradılmasını nəzərdə tutan bir neçə mühüm sənəd qəbul olunmuşdur. Onlardan biri “Mübahisələrin nizamlanması prinsipləri və ATƏM-in mübahisələrin dinc nizamlanması üzrə prosedur müddəaları”dır (Valetta, 8 fevral 1991-ci il). Bu sənədə müvafiq olaraq, Mübahisələrin nizamlanması üzrə xüsusi ATƏM Mexanizmi təsis olunur. Mexanizm dövlətlərə mübahisənin nizamlanmasının opdimal prosedurları ilə bağlı tövsiyələr verir; uğur əldə edilmədikdə, Mexanizm tərəfindən birinin tələbi ilə, mübahisənin mahiyyəti üzrə məsləhətlər verə bilər. Mexanizm tərəfindən işin aparılması,tövsiyə və məsləhətlər verilməsi konfidensial xaraqter daşıyır.
Daha bir mühüm sənəd “Mübahisələrin dinc nizamlanması üzrə ATƏM Müşavirəsinin nəticələri” (Cenevrə, 12-23 oktyabr 1992-ci il) adlanır. Bu sənəd vasitəsilə ATƏT-in dinc nizamlama mexanizmi daha təkmil sistem şəklinə salınmışdır. Həmin sistem dörd ünsürdən ibarətdir: 1) Mübahisələrin nizamlanması üzrə ATƏM Mexanizmi; 2) ATƏM çərçivəsində barışdırma və arbitraja dair Konvensiya; 3) Barışdırma üzrə Konvensiya; 4) Direktiv barışdırma haqqında Müddəalar.
Qeyd etmək lazımdır ki, bu prosedur və mexanizmlərin praktik əhəmiyyəti olduqca azdır. Ciddi mübahisə və ya situasiyaların həlli üçün onlar kifayət qədər səmərəli deyildir. Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən münaqişənin ATƏT çərçivəsində nizamlanması prosesi yaxşı məlumdur.

8. Beynəlxalq arbitraj

Arbitraj beynəlxalq mübahisələrin həllinin mühüm və geniş tətbiq olunan vasitələrindən biridir. Arbitraj mübahisənin diplomatik deyil məhkəmə həllidir.
Beynəlxalq mübahisələrin həllinin bütün dinc vasitələri kimi, arbitraj da könüllüdür. Mübahisənin tərəfi olan dövlətlər qabaqcadan buna razılıq verməlidirlər. Bu razılıq yə ad hoc əsasında (Qvineya/Qvineya Bisau dəniz delimitasiyası işində olduğu kimi), ya da xüsusi təsis olunmuş mexanizmlə (məsələn,Daimi arbitraj məhkəməsi) verilə bilər. Daimi arbitraj məhkəməsi Dinc nizamlama haqqında 1899-cu və 1907-ci il Haaqa Konvensiyaları əsasında yaradılmışdır. Lakin praktikada çox az hallarda istifadə olunmuşdur.
Mühüm olan belə bir məqamı da qeyd etmək lazımdır ki, arbitraj mühakiməsi təkcə dövlətlər arasındakı mübahisələrin həlli ilə məhdudlaşmır. BMT-nin Beynəlxalq Məhkəməsindən fərqli olaraq, arbitraj dövlətlərləbeynəlxalq-hüquqi subyektliyə malik olan digər qurumlar arasında yaranan mübahisələri də həll edir. Məsələn, yuxarıda adını çəkdiyimiz İnvestisiya mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəz dövlətlər və transmilli korporasiyalar arasındakı mübahisələri həll edir.
Beynəlxalq arbitrajin xüsusiyyətləri:

  • Hüquqi mübahisənin həlli üçün mexanizmdir. Bu o deməkdir ki, arbitraj tərəflərin beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələrini əsas tutur və mübahisənin həllinə bu hüququn işin faktlarına tətbiq edilməsi ilə nail olur. BMT-nin Beynəjxalq məhkəməsi kimi, arbitraj üçün də beynəlxalq hüquq məsələləri əsasdır.
  • Bir qayda olaraq, arbitraj məhkəməsinin qərarları tərəflər üçün hüquqi cəhətdən məcburidir. Öz mübahisələrini arbitraja etibar etmiş tərəflər onun çıxardığı hər bir qərarı yerinə yetirməyə borcludurlar. Çox nadir hallarda tərəflər qabaqcadan razılaşa bilərlər ki, çıxarılan qərar məcburi xarakter daşımayacaqdır.
  • Arbitraj mühakiməsi icraatında tərəflər arbitləri özləri seçə bilər. BMT-nin Beynəlxalq Məhkəməsinə verilən mübahisələrdən fərqli olaraq, arbitraj məhkəməsinə çıxan tərəflər həm məhkəmə heyətinin tərkibi, həm də prosesin özü ilə bağlı birbaşa nəzarət imkanına malikdirlər. Bu cür təyin olunmuş məhkəmə heyəti, əlbəttə ki,tərəflərin etibarını qazanmış olur və bu, həm də onun çıxardığı qərarın gücünə müsbət təsir göstərir. Adətən, bu heyətdə hər tərəfdən bərabər sayda arbit və bir əlavə, “neytral” arbit olur. Lakin mübahisənin həlli üçün tərəflər bir arbit də təyin edə bilərlər. Arbitraj məhkəməsinin heyətinə BMT- nin beynəlxalq Məhkəməsinin hakimi (Qvineya/Qvineya Bisau işi), xarici dövlətin hakimi (Tinoko arbitrajı (1923)) və ya hüquqşünas olmayan ekspert də (Kanada-Fransa Dəniz Delimitasiyası arbitrajı (1992))götürülə bilər.

Beynəlxalq arbitraj beynəlxalq mübahisələrin nizamlanmasına və belə beynəlxalq hüququn inkişafına böyük töhfə vermişdir.
Məsələn, ABŞ-Meksika İddialar Komissiyasının (1926) qərarı beynəlxalq məsuliyyət institutunun inkişafına, Palmas adası işi (1928) ərazinin əldə edilməsi məqsədlərinin beynəlxalq-hüquqi tənzimlənməsinə, ABŞ-İran İddialar Tribunalı xarici mülkiyyətin ekspropriasiyası ilə bağlı məsələlərin həllinə əhəmiyyətli təsir göstərmişdir.
Nəhayət, qeyd edək ki, hər hansı arbitraj məhkəməsinin çıxartdığı qərara BMT-nin Beynəlxalq Məhkəməsi yenidən baxa bilər.
Belə bir iş — Seneqal/Qvineya Bisau Arbitraj qərarı haqqında iş 1992-ci ildə Beynəlxalq Məhkəməyə təqdim olunmuşdur. Qvineya-Bisau, onunla Seneqal arasındakı mübahisə ilə bağlı bundan əvvəl çıxarılmış arbitraj məhkəməsinin qərarını qanunsuz hesab edirdi. Lakin Beynəlxalq Məhkəmə qeyd etdi ki, onun funksiyası arbitraj qərarından verilmiş apellyasiyaya baxmaq deyil; o, yalnız prosedur məsələlərinə əməl olunmasını yoxlaya bilər. Beynəlxalq məhkəmə işə mahiyəti üzrə baxa bilməz, o, yalnız çıxarılmış arbitraj qərarının qanuniliyinə öz münasibətini bildirə bilər.

9. BMT-nin Beynəlxalq Məhkəmə

Məhkəmənin tərkibi. Belə bir təsəvvür tarana bilər ki, BMT-nin Beynəlxalq Məhkəməsi dövlətlər arasında olan mübahisələri həll etmək üçün əsas vasitədir. Bu, əlbəttə ki, belə deyildir; təkcə bir faktı qeyd etmək kifayətdir ki, hər il yalız dörd və ya beş iş Məhkəməyə təqdim olunur. Digər tərəfdən, çox az hallarda istifadə olunan Daimi arbitraj məhkəməsindən başqa, beynəlxalq mübahisələri həll etmək üçün yeganə universal və daimi məhkəmə orqanıdır. 3-cü fəsildə göstərmişdik ki, Beynəlxalq Məhkəmə beynəlxalq hüququn inkişafına əhəmiyyətli töhfə vermişdir.
Məhkəmə Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən seçilən müxtəlif dövlətlərin vətəndaşı olan on beş hakimdən ibarətdir. Hakimliyə namizədlər Daimi arbitraj məhkəməsinin milli qrupları tərəfindən irəli sürülür. Bundan əlavə, mübahisənin hər bir tərəfi, Məhkəmənin tərkibində onun vətəndaşı yoxdursa, həmin mübahisənin həlli müddətinə ad hoc hakim təyin edə bilər.
Məhkəmənin tərkibi “dünyanın əsas hüquqi sistemlərini təmsil etməlidir”. Hakimlər yüksək əxlaqi keyfiyyətərə malik olmalı, ya öz ölkələrində ən yüksək məhkəmə vəzifələrinətəyin edilməsi üçün irəli sürülən tələblərə cavab verməli, ya da beynəlxalq hüquq sahəsində tanınmış nüfuzlu hüquqşünas olmalıdırlar” (Beynəlxalq Məhkəmənin Statunun 2-ci maddəsi).
1982-ci ilə qədər Beynəlxalq Məhkəmə işlərə tam tərkibdə baxırdı. Sonralar isə Men körfəzi haqqında işdən başlayaraq, Məhkəmənin Statunun 26-ci maddəsinə uyğun olaraq, mübahisələr baxılmaq üçün üç və ya daha çox hakimdən ibarət Palataya təqdim olunmağa başladı.
Sərhəd mübahisəsi haqqında (Burkina Faso/Mali),Quru və dəniz sərhədləri haqqında (Salvador/Honduras), Elettronica Sicula (ABŞ/İtaliya) və digər işlərə məhz kiçik tərkibdə Palata baxmışdır.

Məhkəməyə müraciət etmək imkanı. Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər Təşkilatının əsas orqanlarından biridir və onun Statutu BMT Nizamnaməsinin ayrılmaz tərkib hissəsidir. Birləşmiş Millətlər Təşkilatının bütün üzvüləri ipso facto Statutunun iştirakçılarıdır və ona görə də müəyyən mübahisənin həlli üçün Məhkəməyə müraciət edə bilərlər (Statutun 35-ci maddəsi). BMT-nin üzvü olmayan dövlətlər də Statutun iştirakçısı ola bilər; Statutun iştirakçısı olmayan dövlətlər isə Təhlükəsizlik Şurasının müəyyən etdiyi şərtlərlə Məhkəməyə müraciət edə bilərlər (35-ci maddənin 2-ci hissəsi); məsələn, 1949-cu ildə Albaniya ilə (Korfu kanalı işi) və 1988-ci ildə Nauru ilə belə olmuşdu. Lakin arbitrajdan fərqli olaraq, “yalnız dövlətlər Məhkəmə qarşısındakı işlərin tərəfi ola bilər” (Statutun 34-cü maddəsi). Doğrudur, BMT-nin Baş Assambleyası, Təhlükəsizlik Şurası, Beynəlxalq atom enerjisi agentliyi (MAQATE) və Ümumdünya Poçt İttifaqından başqa, bütün ixtisaslaşmış təsisatlar Məhkəmədən məsləhət xaraqterli rəy verməyi xahiş edə bilər. Qeyd edilməlidir ki, Məhkəməyə müraciət edə bilmək məsələsi yurisdiksiya məsələsindən tamamilə ayrıdır. Əgər dövlət Statutun iştirakçısıdırsa, yaxud Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən müəyyən olunmuş şərtləri başqa cür yerinə yetirmişsə, o halda potensial baxımından bu dövlətin istənilən mübahisəni Məhkəməyə vermək imkanı vardır. Məhkəmənin, ona təqdim olunmuş konkret mübahisəni həll edə bilib-bilməməsi isə daha bir məsələdən – həmin mübahisənin bütün tərəflərinin Məhkəmənin yurisdiksiyasını qəbul edib-etməməsindən asılıdır. Statuta təkcə imza atılması hələ Məhkəməyə yurisdiksiya vermir; dövlət Məhkəmənin yurisdiksiyasını ayrıca tanımalıdır.

Mübahisə ilə bağlı işlərin məhkəmənin icaatına qəbul edilməsi. Məhkəmə öz yurisdiksiyasını həyata keçirməzdən qabaq ona təqdim olunmuş mübahisə məqbul hesab olunmalıdır, yəni icraata götürülmüş elan olunmalıdır. Müəyyən hallarda Məhkəmə öz yurisdiksiyasını həyata keçirməkdən imtina edə bilər. İşi öz icraatına götürmək üçün Məhkəmə, birincisi, mübahisənin hüquqi mübahisə olduğunu müəyyən etməlidir, yəni əmin olmalıdır ki, mübahisə beynəlxalq hüququn prinsip və normaları tətbiq olunmaqla həll edilə bilər; ikincisi, Məhkəmə müəyyən etməlidir ki, onun bu işə baxmaq üçün yurisdiksiyası vardır.
Mübahisənin “siyasi nəticələr” doğurması (Cənub-qərbi Afrika işi, ilkin etirazlar mərhələsi, 1962-ci il), “siyasi” aspektlərə malik olması (Nikaraqua/Honduras işi), Təhlükəsizlik Şurasının həmin mübahisənin başqa bir aspekti ilə məşğul olması (Nikaraqua işi) onun hüquqi mübahisə olunmasına heş də xələl gətirmir. Lakin Təhlükəsizlik Şurasının bütövlükdə mübahisə ilə bağlı BMT Nizamnaməsi əsasında müvafiq konkret tədbirlər gördüyü halda, Məhkəmə yurisdiksiyasını həyata keçirməkdən boyun qaçırmalıdır (Lokerbi işi – Liviya/Böyük Britaniya, 1992-ci il).

Müvəqqəti müdafiə tədbirləri. Məhkəmənin Statutunun 41-ci maddəsinə görə, yurisdiksiya məsələsini həll etməzdən qabaq, Məhkəmə “tərəflərdən hər hansı birinin müvafiq hüquqlarını qoruyub saxlamaq üçün görməli olan istənilən müvəqqəti xaraqterli tədbirləri göstərə bilər”. Məhkəmənin verdiyi bu cür göstərişlər məcburi qüvvəyə malik deyildir. Məhkəmənin müvəqqəti tədbirlər göstərməsi o prinsipə əsaslanır ki, Məhkəmə tərəfindən mübahisəyə baxılana qədər, tərəflərdən birinin mübahisənin mahiyyətinə toxunan istənilən hərəkəti mübahisənin digər tərəfinə münasibətdə onun hüquqi mövqeyini yaxşılaşdıra bilməz. Əksər işlərdə Məhkəmə müvəqqəti müdafiə tədbirləri göstərməkdən imtina etmişdir (Nüvə sınaqları haqqında iş (1973-cü il), Tehran girovları haqqında iş (ABŞ/İran – 1980-cı il), Lokebi işi, Yaşıl zolaq işi (Finlandiya/Danimarka – 1992-ci il) və s.). Lakin 1993-cü ildə Bosniya və Herseqovina/Yuqoslaviya işində Məhkəmə göstərmişdi ki, Yuqoslaviya Bosniya və Herseqovinaya qarşı genosid aktları törətməkdən çəkinməlidir.

Beynəlxalq Məhkəmənin yurisdiksiyası. Yuxarıda qeyd etmişdik ki, dövlət öz beynəlxalq mübahisəsini həll etməyə, — xüsusilə üçüncü tərəfin vasitəsilə, — məcbur edilə bilməz. Bu o deməkdir ki, Beynəlxalq Məhkəmənin mübahisə ilə bağlı işlərdə yurisdiksiyası dövlətlərin razılığından asılıdır.
Hər hansı üçüncü dövlətin beynəlxalq öhdəlikləri iki dövlət – iddiaçı və cavabdeh arasındakı mübahisənin predmeti ilə sıx bağlıdırsa, Məhkəmə həmin üçüncü dövlətin də razılığı olmadan bu mübahisəyə baxa bilməz.
Bu, məhşur Şərqi Timor işindən (1995-ci il) aydın görünür. İşin mahiyyəti belə olmuşdu: 1991-ci ildə Portuqaliya Avstraliyanın əleyhinə Beynəlxalq Məhkəməyə iddia ilə müraciət etmişdi. İddiada Avstraliyanın 1998-ci ildə İndoneziya ilə bağladığı və Şərqi Timor ilə (İndoneziya işğal etdiyi, qabaqlar Portuqaliyanın müstəmləkəsi olmuş ərazi) Avstraliyanın şimal sahili arasında yerləşən kontinental şelfin birgə istismarını nəzərdə tutan müqavilə qeyri-qanuni hesab edilirdi. Portuqaliya formal olaraq Şərqi Timoru idarə edən hakimiyyət kimi israr edirdi ki, Avstraliya birgə istismar haqqında müqaviləni İndoneziya ilə deyil,məhz onunla bağlamalıydı. Öz ərizəsində Portuqaliya göstərirdi ki, Şərqi Timor – özü-özünü idarə etməyən ərazidir və onun xalqı özünümüəyyənetmə hüququnu həyata keçirə bilməmişdir. Buna görə də 1975-ci ildən İndoneziyanın bu ərazidə olması hüquqa uyğun deyildir və xalqın özünümüəyyənetmə hüququna qarşı yonəlmişdir. İndoneziya belə bir müqavilə bağlamaqla, Avstraliya Şərqi Timorun özünümüəyyənetmə hüququna hörmət etmək öhdəliyini (bu, erga omnes öhdəlikdir) pozmuşdur. Beynəlxalq Məhkəmə Portuqaliyanın o mövqeyi ilə razılaşdı ki, Şərqi Timor – özü-özünü idarə etməyən ərazidir və özünümüəyyənetmə hüququ erga omnes xaraqteri olan hüquqdur. Lakin Məhkəmə mübahisə üzrə qərar çıxartmaqdan boyun qaçırdı. Məhkəmənin fikrincə, Avstraliyanın davranışı qiymətləndirməzdən qabaq, İndoneziyanın Şərqi Timora sahib olmasının hüquqauyğunluğu məsələsinə baxmaq lazımdır; başqa sözlə, Məhləmənin qarşısındakı mübahisənin predmeti İndoneziyanın göstərilən ərazirə olmasının hüquqauyğunluğu məsələsidir; bu mübahisə isə İndoneziyanın razılığı olmadan (Beynəlxalq Məhkəmənin yurisdiksiyasını qəbul etmədiyinə görə) həll edilə bilməz.
Beynəlxalq Məhkəmənin yurisdiksiyasına razılığı dövlət müxtəlif yollarla verə bilər.
1. Ad hoc razılıq.
Statutun 36-cı maddəsinin 1-ci hissəsində deyilir ki, Məhkəmə “tərəflərin ona təqdim etdiyi bütün işlər” üzərində yurisdiksiyaya malikdir. Məhkəmənin yurisdiksiyasına ad hoc razılıq konkret mübahisə ilə bağlı tərəflərin aydın ifadə olunmuş razılıq formasıdır. Ad hoc razılığın klassik metodu tərəflərin konkret məsələnin Məhkəməyə verilməsi haqqında xüsusi razılaşmasıdır (buna kompromis deyilir). Buna misal olaraq, Salvador/Honduras işini (1987-ci il) və Qabçikovo-Nadmaroş işini (Slovakiya/Macarıstan, 1997-ci il) göstərmək olar.
2. Posthoc razılıq (forum prorogatum).
Bəzən belə olur ki, Məhkəmə bir dövlətin birtərəfli ərizəsinə baxarkən, “cavabdeh” dövlət birbaşa və ya dolayı yolla Məhkəmənin bu işə baxmasına öz razılığını bildirir. Buna post hoc razılığı detilir. Məsələn, Korfu kanalı işində (1949-cu il) Böyük Britaniyanın Məhkəməyə ərizəsindən sonra Almaniya məktub vasitəsilə öz razılığını bildirmişdi.
3. Ante hoc razılıq – müqavilələr vasitəsilə.
Statutun 36-cı maddəsinin 1-ci hissəsinə görə, Məhkəmə qüvvədə olan müqavilələrdə xüsusi olaraq nəzərdə tutulmuş bütün məsələlər üzərində yurisdiksiyaya malikdir. Bir sıra çoxtərəfli və ikitərəfli müqavilələrə onların predmeti üzrə Beynəlxalq Məhkəməyə qabaqcadan yurisdiksiya verən müddəalar daxil edilmişdir. Müəyyən mənada bu, “məcburi” yurisdiksiyanın bir formasıdır. Dövlət əgər bu yurisdiksiya müddəasını qəbul etmişsə və ona qeyd-şərt etməmişsə, müqavilənin tətbiqi və ya təfsiri ilə bağlı mübahisə ortaya çıxdıqda, digər iştirakçı dövlətin iddia ərizəsi əsasında Məhkəmənin yurisdiksiyasına tabe olmalıdır. Məsələn, Bosniya və Herseqovina/Yuqoslaviya işi Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın IX maddəsi əsasında Məhkəməyə verilmişdi.
4. Ante hoc razılıq – xüsusi bəyanat vasitəsilə.
Statutun 36-cı maddəsinin 2-ci hissəsinə görə, dövlətlər qabaqcadan Məhkəmənin yurisdiksiyasını tanıya bilər. Bu barədə dövlət Qəbuletmə haqqında xüsusi bəyanat qəbul edir və onu BMT-nin Baş Katibinə saxlanmağa verir. Bundan sonra həmin dövlət, Məhkəmənin yurisdiksiyasını bu andan əvvəl və ya sonra qəbul etmiş bütün digər dövlətlərə münasibətdə Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyasını tanımış sayılır. Bu, beynəlxalq məhkəmələr üçün səciyyəvi olan seçmə sistem adlanır (optional system). İndiyə qədər Beynəlxalq Məhkəmənin yurisdiksiyasını bu qaydada cəmi – 64 dövlət (keçmiş sovet respublikaıarından Estoniya və Gürcüstan) tanımışdır.
Məhkəmənin yurisdiksiyasını qəbul etmə haqqında bəyanat şərtsiz və müəyyən qeyd-şərtlə verilə bilər. Qeyd-şərtlər müxtəlif cür olur:

  • müəyyən məsələ ilə, məsələn quru və ya dəniz sərhədləri ilə bağlı mübahisələrə Məhkəmə baxa bilməz (məsələn, Filippin öz kontinental şelfi ilə bağlı mümkün mübahisələri Məhkəmənin yurisdiksiyasından kənarda saxlamışdır);
  • ratione temporis qeyd-şərtlər – bəyanatda müəyyən müddət göstərilir ki, yalnız bu müddət ərzində Məhkəmə yurisdiksiyaya malik olur; Bu müddət (3 ya 5 il) hər dəfə yenidən təzələnə bilər (məsələn, Danimarka belə qeyd-şərt etmişdir).
  • “avtomatik” və ya “dövlətin öz mühakiməsinə əsaslanan” qeyd şərtlər.

Bəzi dövlətlər öz bəyanatlarında belə bir qeyd-şərt etmişlər ki, dövlətdaxili məsələlərdən irəli gələn mübahisələr məhkəmənin yurisdiksiyasına aid deyildir və həm də dövlətdaxili məsələnin nə olduğunu dövlət hər bir halda özü müəyyən edəcəkdir. Məsələn, Fransa öz bəyanatında belə bir qeyd-şərt etmişdir ki, “Fransa Respublikası Hökumətinin özü başa düşdüyü kimi, əsas etibarilə, milli yurisdiksiya çərçivəsində olan məsələlərə aid bütün mübahisələr” Məhkəmənin yurisdiksiyasına tabe olmayacaqdır.
Bu cür qeyd-şərtlər birmənalı şəkildə qəbul edilə bilməz və haqlı olaraq bir sıra işlərdə ayrı-ayrı hakimlər tərəfindən qeyri-qanuni və etibarsız hesab edilmişdir. Əsas kimi burada Statutun 36-cı maddəsinin 6-cı hissəsi göstərilir; həmin maddədə deyilir ki, “Məhkəmə öz yurisdiksiyasının hədlərini özü müəyyən edir”.
Məhkəmənin yurisdiksiyası ilə bağlı daha bir məsələni bilmək lazımdır. Statutun 62- ci və 63-cü maddələrinə müvafiq olaraq, hər hansı üçüncü dövlət iki dövlət arasındakı icraata müdaxilə edə bilər. 63-cü maddəyə görə, üçüncü dövlət, əgər mübahisə onun iştirakçısı olduğu müqavilənin təfsiri ilə bağlıdırsa, məhkəmə icraatına müdaxilə etmək hüququna malikdir (məsələn, Haya de la Torre işində (1951-ci il) belə olmuşdu).
62-cı maddədə isə göstərilir ki, üşüncü dövlət, əgər onun məhkəmə tərəfindən baxılan mübahisədə hüquqi xarakterli marağı vardırsa, müdaxilə etmək üçün icazə istəyə bilər (məsələn, Quru, ada və dəniz sərhədləri mübahisəsi işində (1992-ci il) Məhkəmə Nikaraqua dövlətinə Salvador və Honduras arasındakı mübahisənin müəyyən aspektləri ilə bağlı müdaxilə etməyə icazə vermişdi).
İcraata müdaxilə etmək istəyən dövlət sübut etməlidir ki, konkret mübahisə onun hüquqi xarakterli marağına toxuna bilər. Üçüncü dövlətin müdaxiləsi mübahisənin tərəflərinin razılığından asılı deyildir. Bu barədə qərarı Məhkəmə özü çıxarır. Müdaxilə edən dövlət icraatın iştirakçısı olmur və Məhkəmənin son qərarı onun üçün məcburi deyildir.
Məhkəmənin məsləhət xarakterli rəyləri. BMT Nizamnaməsinin 96-cı maddəsinə və Beynəlxalq Məhkəmənin Statutunun IV fəslinə uyğun olaraq, Beynəlxalq Məhkəməsi BMT Baş Assambleyasının, Təhlükəsizlik Şurasının, İqtisadi və Sosial Şuranın, Beynəlxalq Atom Enerjisi Agentliyinin və ixtisaslaşdırılmış təsisatların (Ümumdünya Poçt İttifaqından başqa) xahişi ilə istənilən hüquqi məsələ üzrə məsləhət xarakterli rəy verə bilər. Dövlətlər məsləhət xarakterli rəy xahiş edə bilməzlər, lakin onlar beynəlxalq orqan və ya təşkilatlarla yanaşı, bu cür icraatda iştirak edə bilərlər. Məsləhət xarakterli rəylər hüquqi cəhətdən məcburi xarakter daşımır. Bununla belə, Beynəlxalq Məhkəmənin çıxardığı bir sıra məsləhət xarakterli rəylər beynəlxalq hüquq elmi və təcrübəsi üçün böyük əhəmiyyət daşıyır. Bunlar aşağıdakılardır: Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya qeyd-şərtlər haqqında iş (1951-ci il); Birləşmiş Millətlərin müəyyən xərcləri haqqında iş (1962-ci il); Namibiya işi (1971-ci il), Qərbi Sahara işi (1975-ci il), Nüvə silahı ilə hədələməyin və ya onun tətbiqinin qanuniliyi haqqında iş (1996-cı il).

  • Teqlər:
  • beynəlxalq hüquq

İlham Əliyev: “Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır”

“Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

“Bu gün biz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələləri müzakirə etdik. Mən Nursultan Abişeviçə nizamlanma məsələsində indiki vəziyyət barədə məlumat verdim. Bizim mövqeyimiz indicə imzalanmış Birgə Bəyannamədə də əksini tapıb. Mən bu mövqeyə görə minnətdaram. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların, ilk növbədə, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində nizamlanmalıdır. Qərar suverenlik, beynəlxalq miqyasda tanınmış sərhədlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul olunmalıdır və nizamlanmanın bu əsas bəndləri bu gün imzalanan Bəyannamədə əks olunub. Bu, münaqişələrin nizamlanması üzrə Qazaxıstanın prinsipial mövqeyinin daha bir göstəricisidir. Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır. Bu, həmçinin Qazaxıstanın ölkəmizə münasibətinin təcəssümüdür”.

Comments are closed, but trackbacks and pingbacks are open.