Beynəlxalq İqtisadi Münasibətlər Beynəlxalq Əmək Bölgüsü
DİM-də ACCA imtahanları hər həftənin II (10:00–13:30) və IV (10:00-18.00) günləri keçirilir.
Beynəlxalq imtahanlar
DİM SAT, TOEFL iBT Test, GRE, PTE Academic, ACCA, ТРКИ, ICDL, Cambridge English Qualifications kimi beynəlxalq imtahanları keçirən təşkilatlarla (“College Board”, “ETS”, “Pearson VUE”, “ACCA”, “St. Petersburg State University”, “ECDL”, “Cambridge Assessment English”) əməkdaşlıq edir
28.01.19 17:26
SAT imtahanı
SAT I (Scholastic Aptitude/Assessment Test) imtahanı tələbənin riyaziyyat və məntiqini yoxlayan 3 saat 45 dəqiqəlik test imtahanıdır. Bu növ SAT imtahanı 3 hissədən ibarətdir: “Math” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə oxuma) və “Writing” (Yazı qabiliyyəti).
SAT II (SAT Subject) imtahanı – müxtəlif məktəb fənlər (hər biri 1 saat olmaqla) üzrə bilik və bacarıqları yoxlayan test imtahanıdır.
TOEFL iBT imtahanı
TOEFL iBT® (Test of English as a Foreign Language) imtahanı – ingilis dili üzrə oxu, yazı, dinləmə və ünsiyyət bacarıqlarını ölçən 3 saatlıq imtahandır. İmtahanın nəticələri 130-dan çox ölkənin 9000-dən artıq kolleci, universiteti və institutları tərəfindən qəbul olunur.
GRE imtahanı
GRE (Graduate Record Examinations) imtahanı – dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir. GRE: ümumi testi 4 hissədən ibarət olur və 160-dan çox ölkənin 1000-dən artıq test mərkəzində keçirilir.
Pearson VUE imtahanları
PTE-Academic imtahanı – akademik ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsini nəzərdə tutan 3 saatlıq onlayn imtahandır. İmtahanda iştirakçların oxu, yazı, dinləmə və ünsiyyət bacarıqları yoxlanılır. PTE-Academic imtahanın nəticələri 62 ölkənin 2500-dən çox təhsil müəssisəsi tərəfindən qəbul olunur.
Peşəkar imtahanlar – “Pearson VUE” platforması vasitəsilə keçirilən və beynəlxalq səviyyədə tanınan müxtəlif ixtisas istiqamətləri (IT, maliyyə, mühasibat, marketinq , audit, layihələrin idarə edilməsi və s.) üzrə 100-dən çox sertifikat imtahanlarıdır.
DİM-də keçirilən müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı:
- “Pearson VUE”-nun 100-dən çox professional imtahan – hər həftənin I, V günləri (səhər növbəsi: 08:30–13:30, günorta növbəsi: 14:00-17:00)
- “Pearson Test of English Academic” (PTE Academic) – hər həftənin II günləri (günorta növbəsi: 14:00-17:00)
ACCA kvalifikasiyası maliyyə, mühasibat uçotu və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən, peşəkar bilik, bacarıq və yeniliklər, o cümlədən işgüzar dəyər formalaşdıran peşəkar kvalifikasiya hesab olunur. Namizəd ACCA üzvlüyünə daxil olmaq üçün 11 imtahan verməli və müvafiq sahələrdə (maliyyə, mühasibat uçotu və audit) 3 illik iş təcrübəsinə malik olduğunu göstərməlidir.
DİM-də ACCA imtahanları hər həftənin II (10:00–13:30) və IV (10:00-18.00) günləri keçirilir.
ТРКИ (Beynəlxalq rus dili imtahanı)
ТРКИ (Rus dili xarici dil kimi imtahanı) rus dilini bilmə səviyyəsini təyin etmək üçün keçirilən beynəlxalq imtahandır. Bu imtahan hər səviyyə üçün beş komponentdən (subtestlərdən) ibarətdir: lüğət ehtiyatı və qrammatika, oxu, dinləmə, yazı, danışıq. ТРКИ imtahanlarının mərkəzləri Avropa və Asiyanın bir sıra qabaqcıl ölkələrində (Böyük Britaniya, Almaniya, Fransa, Çin, Koreya, Yaponiya, Türkiyə və s.) fəaliyyət göstərir.
DİM-də ТРКИ imtahanları hər həftənin I və III günləri, eləcə də onlayn qaydada həftənin VI və VII günləri keçirilir.
Beynəlxalq Kompüter İşlətmə Lisenziyası – “International Computer Driving Licence” (ICDL) Avropa və Asiyanın bir sıra qabaqcıl ölkələrində, ümumilikdə 100-dən artıq ölkədə (Böyük Britaniya, Almaniya, Fransa, Çin, Koreya, Yaponiya, Türkiyə və s.) 14 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan bilik və bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır.
DİM-də ICDL imtahanları hər həftənin ç ərşənbə günləri (09:00–17:00) günləri keçirilir.
“Cambridge”in İngilis dili Üzrə Kvalifikasiyaları
Dövlət İmtahan Mərkəzi CAE rəsmi test mərkəzlərindən biri olaraq Cambridge İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Cambridge İngilis dili üzrə Tədris (Cambridge English Teaching) və LinguaSkill imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Cambridge İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test – CEPT) də təşkil edir.
Beynəlxalq İqtisadi Münasibətlər Beynəlxalq Əmək Bölgüsü
Beynəlxalq İqtisadi Münasibətlər Beynəlxalq Əmək Bölgüsü. Krivoquzova Lalə Maliyyə fakultəsi Qrup~ 648. Müəllim: Elşən BAĞIRZADƏ. Beynəlxalq Əmək Bölgüsü (BƏB). Plan: BƏB obyektiv əsası kimi. BƏB nədir? BƏB növləri. BƏB üstünlükləri.
Uploaded on Oct 12, 2014
Download Presentation
Beynəlxalq İqtisadi Münasibətlər Beynəlxalq Əmək Bölgüsü
Presentation Transcript
- Beynəlxalq İqtisadi Münasibətlər Beynəlxalq Əmək Bölgüsü Krivoquzova Lalə Maliyyə fakultəsi Qrup~648 Müəllim: Elşən BAĞIRZADƏ
- Beynəlxalq Əmək Bölgüsü (BƏB) Plan: BƏB obyektiv əsası kimi. BƏB nədir? BƏB növləri. BƏB üstünlükləri. BƏB və ölkələrarası qarşılıqlı asılılıq problemi. Ölkələrin BƏB-də iştirakını tələb edən faktorlar. Ölkələrin açıqlıq indeksi.
- BƏB obyektiv əsası kimi: BƏB ölkədaxili əmək bölgüsündən bu proseslərdə fəaliyyət göstərən obyektlərin əhatə dairəsinin irihəcmliliyi ilə də fərqlənir. Məlumdur ki, ölkədaxili əmək bölgüsünün obyektləri kimi müxtəlif əmtəələr və xidmətlər çıxış edirlər. Ölkə daxilində müəssisələr həmçinin texnoloji nailiyyətlərlə, elmi-texniki təcrübə ilə, mütəxəssislər və işçilərlə mübadilə edirlər. Bütün bu sadalanan obyektlər BƏB üçün də xarakterikdir, lakin onların əhatə dairəsi əhəmiyyətli dərəcədə fərqlidir.
- BƏB nədir? Əmək bölgüsü ümumi mənada fərdin və yaxud bir qrup adamın müəyyən əmək fəaliyyətinə görə bir-birindən ayrılması nəzərdə tutulur. Əmək bölgüsü ayrı-ayrı təsərrüfat subyektlərinin müxtəlif əmtəə və xidmətlər istehsalında ixtisaslaşmaları və sonradan bu əmtəə və xidmətlərlə mübadilənin baş verdiyi əməyin təşkili sistemi və ya üsuludur.BƏB isə ictimai əmək bölgüsünün xüsusi növüdür. O, ölkədaxili əmək bölgüsünün inkişafı əsasında yaranır. BƏB-də müəssisələrin ixtisaslaşması müəyyən növ məhsulların istehsalı və bu məhsullarla mübadilə əsasında baş verir.
- BƏB nədir? Beynəlxalq əmək bölgüsü müxtəlif ölkələrin müəssisələrinin müəyyən əmtəə və xidmətlərin istehsalı üzrə ixtisaslaşdıqları və sonradan bu əmtəə və xidmətlərlə mübadiləni həyata keçirdikləri, qarşılıqlı surətdə asılı olan istehsalın təşkili sistemi və ya üsuludur. BƏB ictimai əmək bölgüsünün xüsusi növüdür, ölkədaxili əmək bölgüsündən fərqli olaraq BƏB müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında baş verir.
- BƏB növləri: Beynəlxalq Əmək Bölgüsünün 2 növü var: .İstehsalın beynəlxalq ixtisaslaşması Beynəlxalq istehsal kooperativləşdirilməsi
- BƏB növləri: İstehsalın beynəlxalq ixtisaslaşması ölkələr arasında əmək bölgüsünün elə bir formasıdır ki, milli istehsalların diferensiallaşması əsasında dünya üzrə eynicinsli istehsalın təmərküzləşməsi, müstəqil texnəloji proseslərin ayrılması baş verir və bu zaman ayrı-ayrı istehsal sahələrində məhsul istehsalı daxili ehtiyacları aşır.
- BƏB növləri: Beynəlxalq ixtisaslaşmanın istiqamətləri; istehsal:a. Sahələrarası ixtisaslaşmab. Sahədaxili ixtisaslaşmac. Müxtəlif firma və müəssisələrin ixtisaslaşması ərazi aspekti:a. Ayrı-ayrı ölkələrb. Ölkə qruplarıc. Regionlar Texnologiyaa. Texnoloji proseslərin həyata keçırılməsib. Hazır məhsulun hissələrinin istehsalıc. Predmet ixtisaslaşması
- BƏB növləri: Kooperativləşdirmə müəyyən məhsulunhazırlanmasında iştirak edən və bu zaman özünün təsərrüfat müstəqilliyini saxlayan müxtəlif müəssisələr arasında istehsal əlaqələrinin mövcudluğu deməkdir.
- BƏB növləri: Beynəlxalq istehsal kooperativləşdirilməsinin növləri; a. Subyektlərin sayına görə: – ikitərəfli – çoxtərəfli b. Obyektlərin sayına görə: – birpredmetli – çoxpredmetli c. Əlaqələrin sahəvi srukturuna görə: – sahədaxili – sahələrərası və.s
- BƏB üstünlükləri: BƏB-də iştirak etməklə hər bir ölkə müəyyən iqtisadi maraq, mənfəət güdür. Bu zaman əsas üstünlüklər aşağıdakılar hesab olunur: İxrac edilən əmtəə və xidmətlərin beynəlxalq və daxili qiymətləri arasında fərqdən əldə olunan üstünlük. Daha ucuz idxaldan istifadə etməklə milli istehsaldan imtinanın daxili xərclərin qənaətinə gətirib çıxarması.
- BƏB və ölkələrarası qarşılıqlı asılılıq problemi: Beynəlxalq iqtisadi cəmiyyətin ən nəzərə çarpacaq xüsusiyyəti ölkələrin qarşılıqlı olaraq bir-birlərindən asılı olmasıdır. Bu mal, xidmət və faktor axınlarının təbii nəticəsidir. Beynəlxalq ticarətdən asılılığın əsas göstəricisi: (İxracat/ÜDM)x100, nə qədər yüksəkdirsə, asılılıq da o qədər yüksəkdir. Milli iqtisadiyyatda olduğu kimi beynəlxalq iqtisadi cəmiyyətdə də əsas prinsip əmək bölgüsü və ixtisaslaşmadır .
- Ölkələrin BƏB-də iştirakını tələb edən faktorlar: Ölkələriin sosial-iqtisadi xüsusiyyətləri Ölkələr arasındakı təbii-coğrafi fərqlər Beynəlxalq amillər
- Ölkənin açıqlıq indeksi: Açıqlıq İndeksi ölkənin tam ticarətinin nisbəti kimi hesablanan iqtisadi metrikdir. Açıqlıq indeksi=( İdxal + İxrac )/ÜDM
- Ədəbiyyat siyahısı: 1. Şamil Qafarov. İctimai əmək bölgüsü və onun müasir sosial-iqtisadi problemləri. – Bakı: BDU, 19992. Авдокушин Е.Ф. Международные экономические отношения. – Москва: ИКЦ «Маркетинг», 20013. Международные экономические отношения / под редакцией В.Е.Рыбалкина. – Москва: ЮНИТИ, 20034. Акопова Е.С., Воронкова О.Н., Гаврилко Н.Н. Мировая экономика и международные экономические отношения. – Ростов-на-Дону: «Феникс», 20015. Хасбулатов Р.И.. Мировая экономика. – Москва: «Экономика», 2001, Т I.
© 2023 SlideServe | Powered By DigitalOfficePro
Comments are closed, but trackbacks and pingbacks are open.