Azərbaycanın faydalı qazıntıları
yataqlar (Filizçay, Katex, Qasdağ və s.) əmələ gətirir. Bu yataqlarda həmçinin külli miqdarda sənaye əhəmiyyətli mis və kadmium, kobalt, qızıl, gümüş və s. var. Bu elementlərin Kiçik Qafqazda yataqları və bir sıra təzahürləri (Mehmana, Ağdərə və Gümüşlü) məlumdur.
Molibdenin damar tipli yataqları və təzahürləri Dəlidağ (Teymuruçandağ, Bağırsaq və s.) və Ordubad filiz rayonları da (Parağaçay Diaxçay) təsadüf edilir.
Alüminium filizinin (alunit) ən böyük yatağı Daşkəsən rayonundadır (Zəylik alunit yatağı). Alunit təzahürləri Şəmkir və Ordubad rayonlarında da məlumdur. Zəylik alunit yatağı 1960-cı ildən istismar edilir. Bu yataq Avropada ən böyük yataqdır. Gəncə alüminium zavodunda bu filizdən alüminium-oksidlə bərabər kalium kübrəsi, soda, sulfat turşusu və s. alınır.
Naxçıvan MR-nın qərb hissəsində Perm çöküntülərinin yayıldığı sahələrdə alüminiumun ən yaxşı xammalı olan boksit filizinin təzahürləri (Sədərək-Şərur rayonlarında) məlumdur.
Civə filizi yataqları və təzahürləri Kiçik Qafqazın mərkəzi hissəsində (Kəlbəcər-Laçın zonası) geniş yayılmışdır. Ən böyük yataqlarının – Ağyataq, Şorbulaq, Levçay (Kəlbəcər rayonu), Çilgəzçay və Narzanlı (Laçın rayonu) ehtiyatı hesablanmışdır. Civə filizləşməsi (kinovar) hiperbazitlərin və Miosen-Pliosen yaşlı turş maqmatik süxurların yayıldığı sahələrdə müxtəlif yaşlı və tərkibli süxurlarda, ən çox Üst Təbaşirin vulkanogen-çökmə və vulkanogen süxurlarda rast gəlinir. Kinovar filizlərdə pirit, xalkopirit, antimonit, maqnetit, hematit, sfalerit və s. minerallarla assosiasiya təşkil edir. Naxçıvan MR-da Badamlı-Aşağı Kişlaq təzahürləri məlumdur.
Sürmə müstəqil yataqlar təşkil etmir. Sürmə antimonit mineralı şəklində Levçay civə yatağında kinovarla birlikdə yığıntılar əmələ gətirir.
Mərgümüşün Azərbaycan Respublikasında ən böyük yataqları Gədəbəy (Bitibulağ enargit yatağı) və Culfa (Darıdağ auripiqment-realqar yatağı) rayonlarında məlumdur. Bu yataq 1941-ci ilədək istismar edilmişdir. Filiz cismi ştok formasındadır. Filizin tərkibi auripiqment, realqar, antimonit, arsenopiritdən ibarətdir.
Volframın şeyelit mineralı şəklində kiçik təzahürləri Ordubad və Kəlbəcər rayonlarında Mehri-Ordubad, Dəlidağ qranitoid plutonlarının təmasında müşahidə edilmişdir.
Azərbaycanın Filiz faydalı qazıntılar
Bu qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s.) respublikanın əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər.
Bu qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s.) respublikanın əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər. Dəmir filizləri (maqnetit, hematit) Azərbaycan Respublikasında dörd mənşədə rast gəlir: seqrasion-maqmatik skarn-maqnetit (kontakt-metasomatik), hidrotermal-metasomatik və çökmə. Bunların yalnız skarn-maqnetit tipli Daşkəsən, Cənubi Daşkəsən və «Dəmir» yataqları sənaye əhəmiyyəti kəsb edir. Bu yataqlar Kellovey, Oksford, Kimeric yaşlı vulkanogen, piroklaastik və çökmə-vulkanogen süxurlardan təşkil olunmuşdur. Daşkəsən sinklinalını ox boyu yaran eyni adlı qranitoid intruziv ilə təmasda yerləşir və mənşəcə bu intruzivlə əlaqədardır. Daşkəsək dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250mln.tondur.
Kobalt filizlərinin sənaye əhəmiyyətli yığımları Daşkəsək filiz rayonunda məlumdur.
Burada kobalt filizləri həm müstəqil (Yuxarı Daşkəsən yatağı), həm də skarn-maqnetit filizləri ilə birgə əmələ gəlmişdir.
Qızıl yataqları və təzahürləri əsasən Kiçik Qafqazın ərazisində: Söyüdü, Qızılbulaq, Dağ Kəsəmən, Veynəli, Qoşa, Gədəbəy, Çovdar; Naxçıvan MR-da Şəkərdərə, Pyəzbaşı, Ağyurt, Baskənd yataqları yayılmışlar. Bu yataqlarda həmçinin sənaye əhəmiyyətli gümüş, mis və s. qarışıqlar iştirak edirlər. Hal-hazırda qızılın çoxsaylı təzahürləri (Tülallar, Kəpəz, Dabalt, Küngütçay, Kələki, Unus və s) aşkar edilmişdir. Əlincəçay və Kürəkçay hövzəsində aşkar edilmiş səpinti qızıl yataqlarında qiymətləndirmə işləri aparılmış, ilkin ehtiyatları hesablanmış və sənaye əhəmiyyətliliyi müəyyən edilmişdir.
Xromit yataqları və təzahürlər (Göydərə, Kazımbinəsi, İpək, Xatəvəng və s.), əsasən Kəlbəcər və Laçın rayonları ərazisindədir.
Manqanın kiçik həcmli yataqları və təzahürləri Kiçik Qafqazın Somxeti-Ağdam (Mollacəlilli, Daş Salahlı və s.), Böyk Qafqazın Vəndam (Mücü, Balakənçay) və Araz (Biçənək, Ələhi) struktur-formasiya zonalarında məlumdur.
Mis filizləri Azərbaycan Respublikasında mis-kolçedan və mis-porfir formasiyalıdır. Mis-kolçedan formasiyalı filizlərin mineral tərkibi, əsasən, pirit və xalkopiritdən ibarətdir. Çox vaxt filizin tərkibində sfalerit və qalenit də rast gəlir. Mis-porfir formasiyalı filizlərin tərkibində misdən əlavə molibden, az miqdarda qiymətli metallar olur. Hər iki formasiyanın filizləri Gədəbəy filiz rayonunda törəmə kvarsitlərdə yerləşir. Mis-porfir filizləşməsi daha geniş yayılmışdır. Qaradağ və Xarxar yataqlarından (Gədəbəy filiz rayonu) başqa bu rayonda mis-porfir filizləşməsinin bir çox təzahürləri də var. Gədəbəy rayonunda ştok formalı ehtiyatı tükənmiş eyni adlı mis-kolçedan yatağı da məlumdur. Mehmana filiz rayonunda mis-porfir təzahürləri (Dəmirli və Xançınçay) mövcuddur.
Böyük Qafqazın cənub yamacında Alt Yura yaşlı terrigen çöküntülərdə bir sıra mis-sink yataq və təzahürləri (Çıxıx-Saqator, Mazımçay, Karabçay və s.) məlumdur.
Naxçıvan MR ərazisində də mis-porfir tipli filizləşmə, əsasən, Mehri-Ordubad qranitoid batolitinin ekzo və endotəmas zolağında (Diaxçay, Göygöl, Göydağ və s.) yerləşir. Bunlardan başqa Xalxal mis-kolçedan, Göy-göl, Ağrıdağ mis, Nəşirvaz, Kilit-Kətəm mis-kobalt, Nəgirvaz mis-polimetal təzahürləri məlumdur.
Qurguşun-sink Böyük Qafqazın Balakən-Zaqatala metallogenik zonasında sənaye əhəmiyyətli
yataqlar (Filizçay, Katex, Qasdağ və s.) əmələ gətirir. Bu yataqlarda həmçinin külli miqdarda sənaye əhəmiyyətli mis və kadmium, kobalt, qızıl, gümüş və s. var. Bu elementlərin Kiçik Qafqazda yataqları və bir sıra təzahürləri (Mehmana, Ağdərə və Gümüşlü) məlumdur.
Molibdenin damar tipli yataqları və təzahürləri Dəlidağ (Teymuruçandağ, Bağırsaq və s.) və Ordubad filiz rayonları da (Parağaçay Diaxçay) təsadüf edilir.
Alüminium filizinin (alunit) ən böyük yatağı Daşkəsən rayonundadır (Zəylik alunit yatağı). Alunit təzahürləri Şəmkir və Ordubad rayonlarında da məlumdur. Zəylik alunit yatağı 1960-cı ildən istismar edilir. Bu yataq Avropada ən böyük yataqdır. Gəncə alüminium zavodunda bu filizdən alüminium-oksidlə bərabər kalium kübrəsi, soda, sulfat turşusu və s. alınır.
Naxçıvan MR-nın qərb hissəsində Perm çöküntülərinin yayıldığı sahələrdə alüminiumun ən yaxşı xammalı olan boksit filizinin təzahürləri (Sədərək-Şərur rayonlarında) məlumdur.
Civə filizi yataqları və təzahürləri Kiçik Qafqazın mərkəzi hissəsində (Kəlbəcər-Laçın zonası) geniş yayılmışdır. Ən böyük yataqlarının – Ağyataq, Şorbulaq, Levçay (Kəlbəcər rayonu), Çilgəzçay və Narzanlı (Laçın rayonu) ehtiyatı hesablanmışdır. Civə filizləşməsi (kinovar) hiperbazitlərin və Miosen-Pliosen yaşlı turş maqmatik süxurların yayıldığı sahələrdə müxtəlif yaşlı və tərkibli süxurlarda, ən çox Üst Təbaşirin vulkanogen-çökmə və vulkanogen süxurlarda rast gəlinir. Kinovar filizlərdə pirit, xalkopirit, antimonit, maqnetit, hematit, sfalerit və s. minerallarla assosiasiya təşkil edir. Naxçıvan MR-da Badamlı-Aşağı Kişlaq təzahürləri məlumdur.
Sürmə müstəqil yataqlar təşkil etmir. Sürmə antimonit mineralı şəklində Levçay civə yatağında kinovarla birlikdə yığıntılar əmələ gətirir.
Mərgümüşün Azərbaycan Respublikasında ən böyük yataqları Gədəbəy (Bitibulağ enargit yatağı) və Culfa (Darıdağ auripiqment-realqar yatağı) rayonlarında məlumdur. Bu yataq 1941-ci ilədək istismar edilmişdir. Filiz cismi ştok formasındadır. Filizin tərkibi auripiqment, realqar, antimonit, arsenopiritdən ibarətdir.
Volframın şeyelit mineralı şəklində kiçik təzahürləri Ordubad və Kəlbəcər rayonlarında Mehri-Ordubad, Dəlidağ qranitoid plutonlarının təmasında müşahidə edilmişdir.
Azərbaycanın faydalı qazıntıları
Böyük və Kiçik Qafqaz dağ sistemlərinin şərq hissəsini əhatə edən Azərbaycan Respublikasının ərazisi mürəkkəb geoloji quruluşa malik olması, faydalı qazıntıların müxtəlifliyi və rəngarəngliyi ilə fərqlənir.
Azərbaycan çox qədim dövrlərdən neft diyarı kimi tanınmışdır. Belə ki, tarixi məlumatlara görə hələ bizim eramızdan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında neft çıxarılmışdır. Bununla bərabər, Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammallardan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətlərinin və bəzək əşyalarının tapılması bu ərazilərdə hələ eramızdan əvvəl dağ – mədən işlərinin aparıldığını göstərir. Orta əsrlərə aid edilən tarixi mənbələrdə Azərbaycanda mis, qızıl, gümüş, qurğuşun mədənlərinin olması və istismar edilməsi barədə məlumat verilir. Sonradan neftin istifadə dairəsinin genişlənməsi ilə əlaqədar təbii neft təzahürlərinin, neft yataqlarının və Azərbaycanın neftli-qazlı vilayətlərinin geoloji öyrənilməsinə maraq artmış, ərazinin digər faydalı qazıntılara nəzərən perspektivliyinin müəyyən edilməsi bir növ arxa planda qalmışdır.
Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif öyrənilmişdir.
XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinə qədər alman, rus və qismən yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar.
1867-1914-cü illər ərzində alman firması «Siemens» tərəfindən Gədəbəy yatağından 56000 ton mis, təqribi hesablamalara görə isə 6,3-12,7 ton qızıl, 120,6-126,1 ton gümüş; Bittibulaq yatağından tərkibində 2% mis olan 16000 ton mis filizi; Daşkəsən kobalt yatağından isə tərkibində 10-18% kobalt olan 608 ton kobalt filizi çıxarılmış və Almaniyaya aparılmışdır.
XX əsrin əvvəllərində digər alman firması «Vagau» Balakən rayonu ərazisində əlvan metal yataqlarının axtarışı və istismarı ilə məşğul olmuş, Cixix və Köhnəmədən yataqlarından hasil edilmiş filizləri yerindəcə emal edərək, alınmış misi yerli iş adamlarına satmışdır.
1862-72–ci illərdə Naxçıvan şəhərinin yaxınlığında, Tumbul kəndində selitra istehsal edən zavod fəaliyyət göstərmişdir. XIX əsrin 80-ci illərində Şan Qirem tərəfindən, 1914-cü ildə isə ingilis Atterton tərəfindən Gömür kükürd yatağının (Naxçıvan MR) bazası əsasında kükürd istehsal edən zavod fəaliyyət göstərmişdir.
Azərbaycan ərazisinin məqsədyönlü geoloji öyrənilməsinə XX əsrin 30-cu illərindən başlanmış, az vaxtda sənaye əhəmiyyətli bir neçə dəmir, molibden, kobalt, polimetal yataqları aşkar edilmiş və istismara cəlb edilmişlər.
Böyük Vətən Müharibəsi illərində geoloji tədqiqat işləri əsasən müdafiə əhəmiyyətli mineral xammal ehtiyatlarının axtarılmasına yönəldilmişdir. Bununla əlaqədar 1939-cu ildə kəşf edilmiş Parağaçay molibden yatağında istismar işlərinə başlanılmış, istismar edilən Şimali Daşkəsən yatağında kobalt filizinin çıxarılması sürətləndirilmişdir. Ümumiyyətlə, 1941-45-ci illərdə keçmiş SSRİ-də hasil edilən kobaltın 60%-i Azərbaycanın (Daşkəsən yatağı) payına düşmüşdür.
Gədəbəy mədənində mis istehsalı təşkil edilmişdir.
O dövrdə Ittifaq üzrə istehsal olunan bütün yanacaq-sürtkü materiallarının 75%-ni verən Azərbaycan neft sənayesinin ehtiyacları üçün qeyri–filiz yataqlarına (barıt, kükürd kolçedanı, kaolin, odadavamlı gil və s.) kəşfiyyat işlərinin aparılması və istifadəyə verilməsi intensiv davam etdirilmişdir.
Sonradan Daşkəsən dəmir filizi və Zəylik alunit yatağının istismara cəlb edilməsi ilə Azərbacanda dağ-mədən sənayesinin əsası qoyulmuş oldu.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublika iqtisadiyyatının mineral-xammaldan istifadəyə əsaslanan bir sıra sahələrinin stabil inkişafını və mineral-xammala artmaqda olan tələbatın ödənilməsini təmin edən etibarlı baza yaradılmışdır.
Keçən əsrin 90-cı illərinədək filiz yataqlarından Daşkəsən dəmir filizi, Zəylik alunit, Gümüşlü, Ağdərə polimetall, Parağaçay molibden filizləri yataqlarında istismar işləri aparılmışdır.
Mineral-xammal resursları mürəkkəb təbii məhsul olmaqla cəmiyyətin texniki-iqtisadi və sosial inkişafında olduqca əhəmiyyətli rol oynayır.
Bu səbəbdən müasir dövrdə mineral-xammal resurslarının əhəmiyyəti durmadan artmaqdadır.
Yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin tərkib hissəsi olmaqla ölkəmizin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyənləşdirən əsas amillərdən biridir.
Azərbaycan Respublikasının iqtisadi potensialının yüksəldilməsi onun ərazisində kəşfiyyatı başa çatdırılmış müxtəlif faydalı qazıntı yataqlarının resurslarından səmərəli istifadə olunması, dağ-mədən və emal sənayesi sahələrinin inkişaf etdirilməsi ilə bağlıdır.
Sənaye ehtiyatları təsdiq olunmuş və dövlət balansında qeydə alınmış faydalı qazıntı yataqları ilə yanaşı, bir çox filiz təzahürləri üzrə axtarış və geoloji-kəşfiyyat işləri aparılmış, onların ilkin ehtiyatları qiymətləndirilmişdir. Əsas yataqlar haqqında qısa məlumat aşağıda verilir:
Azərbaycanda qara metallurgiya
Azərbaycanda əlvan metallurgiya
AZƏRBAYCANIN FAYDALI QAZINTILARI
1 AZƏRBAYCANIN FAYDALI QAZINTILARI Azərbaycan ərazisi bir sıra faydalı qazıntı növləri ilə zəngindir. Bunların içərisində enerjidaşıyıcılardan neft ve qaz; filizlərdən dəmir, xrom, mis, kobalt, molibden, polimetallar; qeyri metallardan alunit, kaolinit, barit, daş duz xüsusilə qeyd edilməlidir.respublikanın bütün fiziki-coğrafi bölgələrində tikinti materiallarının bir çox növləri geniş yayılmışdır (5-ci şəkil) Azərbaycanda qazıntılar çox qədimlərdən insana mə’lum olub və onlardan primitiv şəkildə olsa da, hələ daş dövründən istifadə etməyə başlamışlar. Naxçıvan duz mədənlərində tapılmış daş alətlər (baltalar, çəkiclər, bıçaqlar) daş dövründən, Gədəbəy və Daşkəsən rayonlarında eneolit dövründən başlamış mis və dəmir filizi yataqlarının istismar edilməsinə aid mə’lumatlar göstərir ki, Azərbaycanda dağ-mə’dən işlərinə eramızdan minillər əvvəl başlanmışdır. Hələ eramızdan əvvəl 1-ci minillikdə Azərbaycanda dəmir, bürünc, qızıl, gümüş mə’mulat və əşyalar hazırlanırdı. Abşeronda və Ceyrançöldə birbaşa yer səthinə çıxan neft bulaqları insanlara çox qədim zamanlardan mə’lum idi. Abşeronda və Xınalıq kəndi yaxınlığında yanar qazın səthə çıxıb alovlanması da bir başqa “mö’cüzə” idi. Eramızın VI-ci əsrindən başlamış Konstantinopolda Vizantiya imperatorlarının sarayları və kilsələr, o cümlədən, Aya Sofiya Bakıdan aparılan neftlə işıqlandırıldı Enerji daşıyıcıları Azərbaycanda bir sıra faydalı qazıntılarının böyük ehtiyatlı olmasına baxmayaraq, qədimlərdən, xüsusilə XIX əsrin sonu XX əsrdə onu şöhrətləndirən neft, sonralar yanar qaz, bitum ehtiyatlarının istismarı olmuşdur. Keçmiş Rusiya imperiyasında, sonralar Sovet ittifaqında hasil olan neftin 70%-dən artığı Bakı neftinin payına düşürdü. Böyük Vətən müharibəsi illərində Abşeronun neft yataqları daha intensiv istismar edilir və ildə mln. ton neft çıxarılırdı. Bu bir həqiqətdir ki, Bakı nefti olmadan müharibənin müqəddəratını həll edən Sovet ordusunun zirehli qüvvələrini, hərbi hava və dəniz donanmalarını, bütün nəqliyyat vasitələrini hərəkətə gətirmək mümkün olmazdı. Indiyə qədər Azərbaycanda 1,2 mlrd. tondan artıq neft çıxarılmışdır. Keçmişdə Abşeron yataqlarının bə’zilərində yuxarı pliosen çöküntülərindən (yer səthinə ən yaxın yatan neftli laylardan) çıxarılan neft ən təmiz neft idi. Azərbaycan nefti bir sıra xüsusiyətlərinə, xüsusilə parafin və kükürdün azlığına görə başqa regionlardan çıxarılan 1
2 neftlərdən çox üstün olması ilə fərqlənir. Bu neftdən neftayırma zavodlarında ən yüksək oktanlı yanacaqlar, qiymətli sürtgü yagları və başqa məhsullar alınır. Respublikanın neft və qaz ehtiyatı əsasən Abşeron yarımadasında və Xəzər dənizinin Azərbaycan akvatoriyasında (şelf zonsında) cəmlənmişdir. Bundan başqa Cənub-Şərqi Qobustanda, Aşağı Kür depressiyasında (Əli Bayramlı, Neftçala), Gəncə (Qazanbulaq, Naftalan) neftli rayonunda, Ceyrançöldə, Kür-Araz ovalığının mərkəzində (Muradxanlı- Carlı), Siyəzən və Dəvəçi rayonlarında neft yataqları müəyyən edilmişdir. Sadalanan regionlarda neft və qaz çıxarılması eyni vaxtda başlanmamışdır. Hələ keçən əsrin ortalarından, xüsusilə axırlarından Bakının məşhur neft mədənləri bir-birinin ardınca kəşf edilmiş və istismara verilmişdir. Azərbaycan neftinin xeyli hissəsi Abşeron yarmadasında məşhur Balaxanı-Sabunçu- Ramana, Suraxanı, Qaraçuxur, Qala, Buzovna, Binəqədi, Bibi-Heybət, Qaradağ, Buta, Korgöz, Pirallahı adası yataqlarından hasil edilmişdir. Əsrimizin 20-ci illərindən, xüsusilə 40-cı illərin axırından dəniz neft yataqlarının istismarına başlanmışdır. Bayıl buxtasının torpaqla doldurulması, Pirallahı, Qum adası, Cilov, Neft Daşları, daha sonaralar, Səngəçal dəniz mədənlərinin işə salınması Azərbaycanın neft hasilatında dəniz mədənlərinin xüsusi çəkisini artırdı. Quruda yerləşən mədənlərin ehtiyatının kəskin azalması dəniz yataqlarının kəşfi ilə təxminən eyni vaxta düşürdü. Son onilliklərdə Xəzərdə bir sıra böyük neft və qaz ehtiyatına malik olan neft yataqları aşkar edilmişdir. Bunlardan Çıraq, Azəri, Günəşli, Şahdəniz, Qarabağ yataqları ən perspektivli yataqlardır. Bu yataqlar bir sıra xarici şirkətlərlə birgə istismar ediləcəkdir. Neft Daşları rayonunda dəniz şəraitində neft və qaz yataqlarının istismarı, Neft Daşlarının şəhərciyinin yaradılması, açıq dənizdə yüz kilometrlərlə estakadalar çəkilməsi Azərbaycan neftçilərinin əmək salnaməsində xüsusi bir yer tutacaq. Azərbaycanda neft və qaz ehtiyatları əsasən pliosen dövrünün məhsuldar qat adlanan neftli-qazlı laydəstələrində toplanmışdır. Məhsuldar qat çöküntülərinin qalınlığı Abşeron yarımadasında, Cənub-Şərqi Qobustanda, Cənub-Şərqi Şirvanda, Xəzər akvatoriyasında m-lə m arasındadır. Məhsuldar qat çöküntüləri tərkibində bir sıra yüksək kollektor qabiliyyətli qalın qum, qumdaşı layları var. neft və qazın toplandığı 2
3 kollektor laylarının sayı yataqlarda 10-a çatır. Antiklinal qırışıqlarda neftli-qazlı kollektorlar bəzi mədənlərdə m-dən dərində yatırlar. Siyəzən neft mədənlərində neft maykop çöküntülərindən, Muradxanlı yataqlarında yuxarı mezozoy çöküntülərindən, Naftalan-Qazanbulaqda oliqosenin maykop çöküntülərindən çıxarılır. Gələcəkdə Azərbaycanda neftçıxarma, əsasən dəniz yataqları və qismən qurudakı yataqların daha dərində yatan neftli kollektorları hesabına aparılacaqdır. N a f t a l a n n e f t i böyük müalicə əhəmiyyətinə malik olduğundan burada keçmiş ittifaq miqyaslı abad sanatoriyaları olan kurort şəhəri salınmışdır. Azərbaycanda təbii qaz cənub-şərqi Qobustanda çıxarılır. Bu qiymətli xammalın ən böyük yatağı da burada yerləşir. Bundan əlavə neft yataqlarının istismarı zamanı neftlə bərabər çıxan qazdan da istifadə edilir. Lakin onillər boyu yanar qazın bu növü havaya buraxılırdı. Xəzərdə yeni neft yataqlarının istismarı ilə yanaşı neftlə bərabər çıxan qazdan da istifadə ediləcək. Neft yataqları ilə baglı yaranmış faydalı qazıntı növlərindən biri də təbii bitumlardır. Bitum yataqları Abşeron yarımadasında Balaxanı, Binəqədi kəndləri ətrafındadır. Bunlardan Balaxani yatağı daha böyük olmaqla, onillər ərzində istismar edilir. Azərbaycanda çıxarılan neft və qazla əlaqədər Bakı və Sumqayıt şəhərlərində böyük neft-qaz e’malı və neft-kimya sənayəsi inkişaf etdirilmişdir. Enerji daşıyıcılardan Böyük Qafqaz dağlarının cənub yamacında İsmayıllı rayonu, Şimal yamacında isə Quba rayonu ərazisində yanar şistlərin yataqları aşgar edilmişdir. Ceyrançöldə Eldarovuğu və Çobandağ antiklinal tirələrinin şimal yamaclarında sarmat çöküntüləri tərkibində sənaye əhəmiyyəti olmayan daş kömür təbəqələri yerləşir. Filiz yataqları Azərbaycanın əsas filiz yataqları Kiçik Qafqaz vilayətində və Naxçıvan MR-sı dağlıq ərazisində yerləşir. Kiçik Qafqaz dağları çoxdan “Azərbaycan Uralı” adı ilə məşhurdur. Burada bir çox filiz və qeyri filiz faydalı qazıntı yataqları aşkar edilmiş, öyrənilmiş və onların bir çoxu müxtəlif vaxtlarda istismara verilmişdir. Kiçik Qafqazda bütün Qafqaz regionunun ən böyük dəmir filiz yataqları yerləşir. Gəncə şəhəri yaxınlığında yerləşən Daşkəsən, Alabaşlı, Seyfəli və başqa dəmir filizi yataqları arasında Daşkəsən maqnetit yatağı’daha böyük əhəmiyyət kəsb edir. Bu yataq aşağı tabaşir 3
4 yaşlı intruzivlə kəsilmiş orta və üst yuranın müxtəlif tuflarından, tuf qumdaşlarından, kvaslı porfiritlərindən, argillitlərdən, mergellərdən və əhəngdaşlarından, həmçinin göstərilən kompleksləri uyğun olmadan örtən üst tabaşir əhəngdaşı və mergellərindən ibarətdir. Daşkəsən maqnetiti dəmir filizi yatağında layşəkilli maqnetitlərin qalınlığı 4-5 m-dən 60 m-ə qədərdir. Lakin bəzi yerlərdə maqnetiti dəmir filizinin qalınlığı m-ə çatır. Filizdə dəmirin miqdarı 35-50% arasında dəyişir. Yatağın Azərbaycan Geologiya İdarəsi geoloqları tərəfindən hesablanmış ümumi ehtiyyatı 200 mln.tondan azca aşağıdır. Alabaşlı dəmir filizi yatağı çökmə mənşəli olmaqla, lay formasında yura dövrünün tufogen süxurları tərkibində yerləşir. Bu yataqda dəmirlə daha zəngin hematitlərdir. Bu göstərilən yataqlarla yanaşı Kiçik Qafqazın mərkəzi hissəsində ultra əsasi süxurlar arasında xromit yataqları da mə’lumdur. Azərbaycan respublikasının və eləcədə bütün Qafqaz regionunun ən böyük polimetal filiz yatağı Böyük Qafqaz silsiləsinin cənub yamacında Balakən rayonu ərazisində 1958-ci ildə aşkar edilmiş Filizçay yatağıdır. Eyni adlı çayın hövzəsində ortadağlıq qurşaqda yerləşən bu yataq Tufan antiklinoriumunda orta yuva şistləri, tufogen qumdaşı və argillit laylarında yerləşir. Azərbaycan Geologiya İdarəsi əməkdaşlarının tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, filiz kütləsinin əmələ gəlməsi argillitlərin əvvəlcə pirit mineralı ilə, daha sonralar mis, gümüş, qurşun, sink, mərgümüş, sürmə, bismut, tellur və bir sıra başqa mühüm filizlərin sulfidləri ilə zənginləşməsi ilə əlaqədardır. Filizçay yatağında 80-dən artıq mineral müəyyən edilmişdir. Yatağın ehtiyatı böyük olmasına baxmayaraq, o bu vaxta qədər istismara verilməmişdir. Cənub yamacda bir sıra xüsusiyyətlərinə görə Filizçay polimetal yatağına yaxın Kasdağ və Jixix yataqları da aşkar edilmiş və öyrənilmişdir. Mənşəyinə və filiz tərkibinə görə Filizçay yatağından xeyli fərqlənən damar kvarspolimetal formasiyası Yataqları Kiçik Qafqaz dağlarında yerləşir. Burada Mehmana, Badakənd, Mollahəsənli və b. yataqlar müəyyən edilmişdir. Kiçik Qafqazda həmçinin lay formalı mis-polimetal ( Tərtər rayonunda Elbekdaş yatagı) və mis-porfir yataqları da mövcuddur. Kiçik Qafqazda əlvan metallardan mis filizi daha çox yerlərdə müəyyən edilmişdir. Azərbaycanda vaxtilə ən məşhur mis yatağı Gədəbəy yatağı olmuşdur. Istismarına hələ
5 ci ildən başlanmış yataqdan xeyli mis çıxarılmış və əsasən Almaniyaya aparılmışdır. Hazırda bu yataq yalnız pirit yatağı kimi qiymətləndirilir. Bir sıra müxtəlif faydalı qazıntı yataqları ilə məşhur olan Daşkəsən rayonu ərazisində yüksək keyfiyyətli dəmir, polad almaq üçün mühüm komponentlərdən sayılan kobalt yatağı bütün regionda nadir yataqlardandır. Bu yataq Aşağı Daşkəsən kəndi yaxınlığında Qoşqarçayın dərəsində yerləşir. Molıbdən yataqları Naxçıvan MR-də Parağaçay hövzəsində müəyyən edilmişdir. damar halında olan Parağaçay molibdən yatağı uzun müddətdir ki, istismar edilir. Şəril rayonu ərazisində qurşun-sink yatağı paleozoy süxurlarından təşkil olunmuş Yuxarı Danziq antiklinalının cənub-qərb qanadında yerləşir. Kiçik Qafqazın bir sıra sahələrində qiymətli metallardan qızılın müxtəlif mənşəli yataqları məlumdur. Bunlardan Kəlbəcər, Zəngilan rayonları ərazisində aşkar edilmiş yataqlar sənaye əhəmiyyətlidir. Kiçik Qafqazın şimal-şərq yamacında axan çayların allüvial çöküntüləri tərkibində (Gəncə-Qazax Maili düzənliyində) səpinti halında qızıl olması aşkar edilmişdir. Qeyri-filiz faydalı qazıntılar. Qeyri metal filizlərdən Daşkəsəndə Zəylik alunit yatağı ehtiyyatına görə dünyada məşhur yataqlar sırasında durur. Alunit filizin əsas mineralları alunit və kvarsdır. Zəylik yatağında alunit lay formasında yatan alunitləşmiş vulkanogen süxurlarından ibarət olmaqla, əsas iki qatda yerləşir. Üst qaz az sahə tutsa da, orta qalınlığı 19 m-ə çatır. Alı qat daha böyük sanayə malikdir. Zəylik aluniti Gəncə giltorpaq və Sumqayıt alüminium zavodlarının əsas xammalıdır. Kiçik Qafqaz dağlarında, xüsusilə onun şimal-şərq yamacında bir sıra pirit yataqları məlumdur. Bu yataqlardan Xanlar rayonundakı Çıraqdərə mədəni uzun müddət istismar edilmiş və kükürd turşusu almaq üçün respublikanın tələbatını ödəmişdir. Həmin yataq yaxınlığında Toğanalı və bir neçə başqa pirit yataqları var. Vaxtilə yalnız mis yatağı kimi istismar edilən Gədəbəy mis yatağı hazırda mis ehtiyatı tükəndiyinə görə,yalnız pirit yatağı kimi isdifadəyə yararlıdır. Qeyri filiz yataqlardan Naxçıvanda daş duzun böyük yataqları çox qədimdən məlum olmaqla, hələ daş dövründən istifadə edilməyə başlamışdır.duz yatağı eyni adlı sinkinal yaylaqda (Naxşıvan şəhərində km şimal-qərbdə) Karaqan horizonu çöküntüləri 5
6 tərkibində (gil, gips,anhidridlər) yerləşir.duz qatı qalınlığı m arasında dəyişən lay əmələ gətirir. Bu layın tərkibində gil, qum, anhidrid, gips təbəqələrinin olması duzun keyfiyyətini aşağı salır. Naxçıvan daş duz yatağı tərkibində NaCL75-82%, həll olmayan çöküntülər isə 11-17% təşgil edir. Naxçıvan çökəkliyində Duzdağ yatağından başqa səthdən 100m və daha dərində çox qalın daşduz qatı olması müəyyən edilmişdir. Abşeron yarımadasının göllərində yay aylarında intensiv buxarlanma nəticəsində xörək duzu çökür. Yerli əhali bu göllərdə çökən duzdan çox qədimlərdən istifadə edilir. XX əsrdə isə əsasən iqtisadi böhranlar və müharibələr zamanı Abşeron göllərində əmələ gələn duzlardan daha geniş miqyasda istifadə edilmişdir. lakin 40-cı 50-ci illərdən fərqli olaraq son zamanlar Abşeron göllərində çökən duzlar ekoloji cəhətdən çox çirklənmişdir. Buna baxmayaraq, əhali bu göllərdən indi daha çox duz yığır. Lakin Abşeron göllərindən yığılan duzlar respublikanın xörək duzuna olan ehtiyacının az bir hissəsini ödəyir. Azərbaycan ərazisində neft quyuları qazılmasında məhlulların ağırlaşdırıcısı kimi istifadə edilən baritin bir sıra yataqları məlumdur. Barit əsasən tektonik çatlarda damar halında rast gəlir. Bu mineralın ən böyük yataqları Xanlar rayonunda Çovdar yatağı, Goranboy rayonunda Ağackənd yatağıdır. Bunlarla yanaşı Şəmkir rayonunda, Dağlıq Qarabağda da barit yataqları, Tovuz rayonunda isə barit təzahürləri müəyyən edilmişdir. Azərbaycanda, xüsusilə Kiçik Qafqaz dağlarının müxtəlif bölgələrində İslandiya ştatı(dağlıq Qarabağda Harov və Mirikənd kəndləri yaxınlığında), perlit və obsidian (Kəlbəcər yaxınlığında), müxtəlif mineral boyalar(çovdar kəndi yaxınlığında) o cümlədən kopal (Göranboy rayonunun Aşağı Ağcakənd kəndi yaxınlığında, Laçın rayonunda) yataqları aşgar edilmiş və onlardan bəziləri istismar edilir. Tikinti materialları. Azərbaycan respublikasının bütün böyük regionları tikinti materiallarının bu və yaxud başqa növləri ilə zəngindir. Tikinti materiallarının ənənəvi, yəni çox qədim zamanlardan istifadə edilən növləri çiy kərpic, yonulmamış təbəqəli daşlar, qamış, ağac, şirə (gil) olmuşdur. Çiy kərpic hazırlamaq üçün Azərbaycanın demək olar ki, bütün dağətəyi və düzənlik zonalarında, dağlıq sahələrdə isə çay terraslarında, erozion tektonik çökəklərdə əmələ gəlmiş delüvial, aeral mənşəli lössəbənzər gillicələr ən əlverişli xammal olmuşdur. XX əsrin 50-ci, 60-cı illərinə qədər düzənlik rayonlarda kənd tikintisində, əsaən bu xammaldan geniş istifadə edilir. Lössəbənzər gillicələrdən həmçinin bişmiş kərpic, damları 6
7 örtmək üçün kirəmit hazırlanırdı. Son onilliklərdə çiy kərpicdən divar materialı kimi istifadə edilməsi heçə enmək həddinə çatmışdır. Azərbaycanda divar materialı kimi ən çox işlədilən müxtəlif daşlardır. Bunlardan Abşeron yarımadasında orta Abşeron əsri, Bakı və Xəzər yaşlı əhəngdaşları xüsusi yer tutur. Bu müxtəlif yaşlı əhəngdaşları arasında Abşeron əhəngdaşları tikinti materialı tikinti materialı kimi bütün başqa divar materialına nisbətən daha yüksək keyfiyyətlərə malik olması ilə seçilir. Abşeron yarımadasında geniş yayılmış balıqqulağı əhəngdaşlarının iridənəli növləri əsasən divar materialı kimi, xırdadənəli, daha monolit növləri isə üzük, dekorativ materialı kimi istifadə edilir. Bakının arxitektur baxımdan olduqca gözəl, nadir(şərq və qotika stilləridə tikilmiş) binalarının çox zərif ornamentləri, detalları da Abşeron yaşlı əhəngdaşlardan hazırlanmışdır. Abşeron əhəngdaşlarının ən müsbət cəhətlərindən daşkəsən maşınlarla onlardan müxtəlif ölçülü divar daşı kəsməyin, səthini cilalamağın asan başa gəlməsi və bir sıra başqa keyfiyyətlərini göstərmək vacibdir. Abşeron yarımadasında bu qiymətli tikinti materialının ən məşhur yataqları Qaradağ, Şonqar, Güzdək, Duvannı, Alatava, Dərnəgül Şüvəlan, Nardaran, Şıx, və bir çox başqa yataqlardır. Bu yataqlardan Alatava, Dərnəgül, Nardaran və Duvannı yataqları istismar edilir. Çox qiymətli və qalın orta Abşeron əhəngdaşı layından ibarət olan Duvannı (Böyükdaş) karxanası bütün dünyada məşhur olan Qobustan qayaüstü rəsimlərilə əlaqədər bağlanmışdır. Azərbaycanın paytaxtı Bakı şəhəri, Sumqayıt və Abşeronun bütün tikililəri bu qiymətli materialdan tikilmişdir. Son ildə Abşeron əhəngdaşından Azərbaycanın ən uzaq rayonlarında belə şəhər və kənd tikintisində geniş istifadə edilir. Azərbaycanın bütün dağlıq bölgəsində əsas tikinti materialı kimi mezokaynozoy yaşlı əhəngdaşlarından, tufqumdaşından, mergellərdən hətta ağır daşlardan (məs.binaların özündə müxtəlif lavalardan) istifadə edilir. Şimal-Qərbdə Qazax rayonundan cənub-şərqdə Ağdam rayonuna qədər Kiçik Qafqazətəyi monoklinalın üst təbaşir əhəngdaşı və mergellərinin böyük yataqları istismar edilir. 7
8 Ağ əhəngdaşı layları çox qiymətli divar materialı olmaqla yanaşı, yumşaq olduğuna görə daşkəsən maşınlarla asan kəsilir. Tovuz mergellərini isə sanki tikinti materialı kimi təbiət özü təbəqələşdirib, istifadə üçün hazır vəziyyətə salıb. Kiçik Qafqazətəyi monoklialın və Qaradağın əhəngdaşı və mergelləri həmçinin sement xammalı kimi istifadə edilir. 70 illik bir dövrdə Tovuz sement zavodu, son 40 ildə isə Qaradağ sement zavodu respublikanın sementə olan tələbatının bir hissəsini təmin edir. Naxçıvan MR-də divar materialı kimi paleogenin tufqumdaşı yataqlarından, Süst əhəngli qumdaşından, Şahtaxtı, Qarabağlar travertinlərindən və başqa yerli materiallarından istifadə edilir. Şahtaxtı, Qarabağlar travertinlərindən və başqa yerli materiallardan istifadə edilir. Şahtaxtı travertinləri qiymətli üzük materialı kimi Bakı və başqa şəhərlərdən binaların daxilində işlədilir. Azərbaycanda bahalı üzük materialı kimi istifadə edilən mərmər və mərmərləşmiş əhəngdaşlarının bir sıra yataqları məlumdur. Böyük Qafqaz dağlarının şimal-şərq yamacında (Quba rayonunda) cəhrayı, Daşkəsəndə iridanəli ağ, Şəril rayonunda qara mərmərin yataqları aşkar edilmişdir. Qara və ağ mərmərin ehtiyyatları böyükdür və onlardan müxtəlif sahələrdə istifadə edilir. Şuşa yaylasını təşkil edən yura dövrünə aid mərmərləşmiş əhəngdaşlarıda çox möhkəm və və dözümlü tikinti və üzlük daş kimi istifadəyə yararlıdır. Azərbaycan düzənlik və dağətəyi rayonlarında tikinti materialları kimi pliosenin, xüsusilə dördüncü dövrün gillərindən geniş istifadə edilir. Son zamanlar bağlanmış Zığ kərpic zavodu uzun illər yuxarı pliosen gil yatağı əsasında fəaliyyət göstərmiş, Quba, Şəki, Lənkəran kərpic və kirəmit zavodları isə dördüncü dövr gillicilər yataqları əsasında işləyirlər. Azərbaycan tikinti materiallarından dəniz mənşəlli qumların böyük yataqları, Xəzər sahillərində, allüvial qumlar isə Kür boyunda və Kürün qolları üzrə yerlləşirlər. Azərbaycanın bütün allüvial-prolüvial maili düzənliklərində, Kür, Araz, Samur çayı yataqları boyu zonada böyük qum-çınqıl yataqları mövcuddur. Bu yataqlardan şəhər və kəndlərin, müxtəlif sənaye obyektlərinin, dəmir və şose yollarının tikintisində geniş miqyasda istifadə edilir. 8
9 Yuxarıda göstərilən tikinti materialından başqa Xanlar, Şəmkir, Qazax və Abşeron rayonlarında bentonit gillərinin Xanlar, Füzuli, Cəbrayıl rayonunda porfiritlərin və bir sıra başqa faydalı qazıntıların yataqları məlumdur. Mineral sular. Azərbaycanın bütün fiziki coğrafi vilayətlərində müxtəlif tərkibli mineral su bulaqları aşkar edilmişdir. Mineal bulaqlarının bir qrupunun suyu soyuq, bir qrupununki möhtədal (ilıq), bir qrupununki isə istidir. Respublika ərazisində adi və müalicəvi suyu ilə seçilən külli miqdar mineal bulaqların bəziləri öz əhəmiyyətinə görədünya şöhrəti qazanmışdır. Bu baxımdan mədə-bağırsaq xəstəliklərinin müalicəsində əvəzsiz əhəmiyyətə malik olan Kəlbəcər İstisuyu Çexiyadakı Karlovı-Varı və Şimali Qafqazdakı Jeleznovodsk suları ilə, böyük xəstəlikləri müalicəsində istifadə edilən Dəvəçi rayonundakı Qalaaltı Qərbi Ukranyada Karpat dağlarının ətəyindəki məşhur Truskaves suları ilə müqayisə edilir. Hər iki mineral su yanında sanatoriyalar fəaliyyət göstərir. Azərbaycanın mineral bulaqlarının öyrənilməsində bir sıra hidrogeoloqların, xüsusilə məşhur Azərbaycan geoloqu akademik Mirəli Qaşqayın və professor Əziz Əsgərovun əvəzsiz rolu olmuşdur. Azərbaycanın fiziki coğrafi vilayətləri içərisində Kiçik Qafqaz Naxçıvan və Lənkəran vilayətləri mineral bulaqların bolluğuna və müalicə əhəmiyyətinə görə Böyük Qafqaz və Kür çökəkliyi vilayətlərində daha zəngindir. Mirəli Qaşqayın məlumatlarına görə Kiçik Qafqaz vilayətində 30-a qədər mineral bulaq qrupu vardır. Bunlardan Kəlbəcər rayonundakı İstisu və Qoturlu mineral bulaqları, Laçın rayonundakı Mirkənd-Əhmədli mineral bulaqları, Şuşa rayonundakı Turşsu, Şırlan və Gədəbəy rayonunda Qızılca mineral bulaqları respublikamızda xüsusi şöhrət qazanmışdır. İstisu kurort rayonunda mineral bulaqlar Tərtərçayın dərəsinin dibində yerləşir. Çayın dərəsi və bulaqlar tektonik qırılma üzrə yerləşir. İstisu bulaqları qrupu Bağırsaq, Yuxarı İstisu(yaxud İstisu kurortu), Aşağı İstisu və Kəlbəcər sahələrinə ayrılır. Mineral bulaqlar vulkanogen süxurlardakı və qranitoidlərdəki çatlardan çıxır. Yuxarı İstisu sahəsində mineral bulağın biri birbaşa çayın dibində fəvvarə vururdu. İstisu bulaqlarında suyun temperaturu arasında tərəddüd edir. Suların balneoloji əhəmiyyətini artıran onların radioaktivliyidir. Bu bulaqların gündəlik su debiti I milyon 9
10 litrdən çoxdur. Lakin bunun çox cüzi hissəsi istifadə edilir. Bundan başqa su şüşələrə doldurmaq ölkənin müxtəlif regionlarına, xüsusilə Bakı şəhərinə göndərilir. Minkənd mineral bulaqları eyni adlı çayın dərəsində səthə çıxan 6 böyük debitli qaynaqdan ibarətdir. Bu qaynaqların ümumi debiti 1,5 mln. litirdən artıqdır. Suyun temperaturu arasındadır. Yayda bulaqlar ətrafında yüzlərlə alaçıq və çadır qurulur. Qaynaqlar sahəsində xəstələr primitiv dayaz quyular qazaraqtəbii vannalar qəbul edirlər. Minkənd bulaqlarından bir qədər aşağıda gündəlik debiti 0,6 mln. litirdən artiq olan və temperaturu 8,8 ilə 19 arasında dəyişən Əhmədli mineral bulaqları yerləşir. Turşusu və Şırlan bulaqları Qarqarçayın qollarından Zarıslı və Xəlifəli çayların mənbələrinə yaxın bir-birindən 8 km məsafədə yerləşir. Turşusu bulaqları Şuşa-Laçın yolu üzərindədir. Suyun temperaturu 8,2-9,6, minerallaşma dərəcəsi 3,9q/litr, sərbəst karbon qazının miqdarı 2,45-2,57 q/litrdir. Turşsuda suyu şüşələrə dolduran zavod tikilmişdir. Qızılcan mineral bulaqları suyun temperaturu 7-12, gündəlik debiti 20 min litrdən çoxdur. Sular karbon qazlı-hidrokarbonat-kalsium-maqnezium-natrium tiplidir. Naxçıvan MR ərazisində 50-yə qədər isti və soyuq sulu mineral bulaqlar mövcuddur. Naxçıvan mineral suları kimyəvi tərkibinə görə dörd tipə ayrılır: 1 acı və şor sular(qızıl Vənk, Cuğa, Dərəşam, Dostu bulaqları), 2 şor və acı- şor sular ( Darrıdağmərgümüşlü su bulaqları və Vayxır bulaqları), 3 karbon qazlı, əhəngli sular (Badamlı və Gömür suları), 4 qələvi sular(sirab, Nəhəcir suları). M. Qaşqay balneoloji xassələrinə və içməyə yararlığına görə aşağıdakı mineral su bulaqlarından fərqləndirir: 1. Darrıdağ mərgümüşlü su bulaqları (Culfa rayonu); 2. Badamlı bulaqları(şahbuz rayonu); 3. Sirab (borjom tipli) bulaqları (Babək rayonu); 4. Nəhəcir(duzlu qələvi sulu) bulaqları (Babək rayonu); 5. Qızıl-Vənk mineral su bulağı (Babək rayonu); 6. Vayxır mineral bulağı (Babək rayonu); 7.Gömür mineral bulağı (Gömür kəndi yaxınlığında). Badamlı bulaqlarında suyun temperaturu 16-17, ümumi gündəlik debiti 950 min litrdir, minerallaşma dərəcəsi 1,45q/litr, karbon qazının miqdarı 1,3-1,5q/litrdir. 1 və 3 nömrəli bulaqlarda isə minerallaşma dərəcəsi daha yüksək olub, müvafiq şəkildə 4,5 və 6,7 q/litrə, çatır. Badamlı bulaqları suyu qiymətli içməli su kimi şöhrət qazanmış və respublikada geniş miqyasda istifadə edilir. 10
11 Sirab bulaqlarında suyun temperaturu 15, gündəlik debiti 30 min litrdən artıqdır. Lənkəran vilayətinə dağətəyi zonada yerləşən tektonik qırılmalar üzrə bir sıra mineral su bulaqlar qrupu yerləşir. Bunlara Masallı, Lənkəran, Astara mineral bulaqları daxildir. Masallı, mineral bulaqları kimyəvi tərkibinə görə xloridli-natriumlu-kalsiumlu sulara aiddir. Bu bulaqlar temperaturuna görə (50-64 ) termal sulara aid edilir. Minerallaşma 17 q/litrə çatır. Lənkəran mineral bulaqları qrupu Lənkəran şəhəri yaxınlığında (12km qərbdə) dağətəyində yerləşir. Lənkəran mineral bulaqları qrupu bir-birindən 3 km məsafədə yerləşən Yuxarı və Aşağı Lənkəran bulaqlarına ayrılır. Yuxarı Lənkəran bulaqlarında suyun temperaturu yə, gündəlik debiti 900 min litrə çatır. Aşağı Lənkəran bulaqları dəniz səviyyəsindən m yüksəkdədir. Bu bulaqlarda suyun temperaturu yə, çatır. Lənkəran isti suyun üzərində müalicə və istirahət ocağı yaradılmışdır. Astara İstisu bulaqları da alçaqdağlıq zonada yerləşir. Bu mineral bulaqlarda suyun temperaturu 50 -yə çatır, gündəlik debiti isə 2 mln litrdən artıqdır. Bu bulaqların acıtəhər şor sularının minerallaşma dərəcəsi 20q/litrə qədərdir. Astara rayonunun Ərcivan kəndində qazılmış quyudan metan qazı ilə çox zəngin mineral su çıxır. Kibrit çəkdikdə Ərcivan suyundan qaz alovlanır. Vilayətin termal suları, təkrarsız təbii landşaftları, Xəzər çimərliklərinin yaxınlığı burada böyük kurort və istirahət kompleksləri yaratmağa imkan verir. Böyük Qafqaz vilayətində mineral bulaqları üç əsas regionda cəmlənmişdir. Bunlar cənub və şimal-şərq yamac regionlarından və bu dağlıq vilayətin uzaq cənub-şərq ətəyi regionundan ibarətdir. Cənub yamacda 60-dan artıq mineral bulaqlar daha məşhurdur. İlisu mineral bulaqları natrium-hidrokarbonat və qələvi-karbon qazlı sular qrupuna aiddir. Bu bulaqlar məşhur İlisu kəndindən yuxarı Hamamçayın (Kürmükçayın qoludur) sahilində yerləşir. Bu bulaqların suyu şaquli çatlardan fəvvarə vurur, temperaturu yə çatır. Bu regionda Qax suyu adlanan suyun da böyük müalicə əhəmiyyəti var. Böyük Qafqazın şimal-şərq yamacında mövcud olan mineral bulaqlardan ən məşhurları Quba rayonunda Cimi, Xaltan, Xaşı xüsusilə müalicə məqsədləri ilə 60-cı illərdən geniş miqyasda istifadə edilən Dəvəçi rayonundakı Qalaaltı mineral bulaqlarıdır. 11
12 Şamaxı və Qobustan rayonlarında bir sıra hidrogen-sulfidli soyuq mineral bulaqlar mövcuddur. Bunlardan daha əhəmiyyətlisi Çuxuryurd bulaqlarıdır (suyun temperaturu 15-17, gündəlik debiti 200 min litr). Abşeronda böyük müalicə əhəmiyyətli isti su Şıx istisuyudur. Bunun əsasında Şıx kəndində revmatizm və başqa xəstəliklərin müalicəsi üçün sanatoriya kompleksi yaradılmışdır. Kür-Araz ovalığında sərbəst mineral bulaqlar azdır. Bunlardan Göranboy rayonunda Gəncə Bozdağının ətəyində yerləşən yodlu bulaq, Neftçala rayonunda Babazənən qrupu bulaqları çox minerallaşması ilə seçilir. Ovalığın müxtəlif yerlərində qazılmlş quyulardan daha çox maierallaşmış və müxtəlif qazlarla zəngin sular çıxır. 12
Comments are closed, but trackbacks and pingbacks are open.